[b]Estoniya parlamentinin vitse-spikeri: "Azərbaycanda siyasi məhbuslarla bağlı dair xüsusi müzakirəçinin təyin olunmasına prezident seçkilərindən sonra baxıla bilər"[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanda siyasi məhbus məsələsinə dair xüsusi məruzəçinin yaxın zamanlarda təyin olunacağı gözlənilmir. APA-nın məlumatına görə, Bakıda keçirdiyi mətbuat konfransında Estoniya parlamentinin vitse-spikeri Kristina Ojuland bildirib ki, hazırda bu istiqamətdə müzakirələr davam edir: "Avropa Şurası seçkilər zamanı heç bir ölkənin daxili siyasətinə qarışmaq istəmədiyindən, məruzəçinin təyin olunması ilə prezident seçkilərindən sonra məşğul olacaq. Bu məsələyə dair xüsusi monitorinqin də prezident seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur".
Azərbaycan Xəbərləri
Printable View

04-01-2008, 07:36 PMAPAEstoniya parlamentinin vitse-spikeri: "Azərbaycanda siyasi məhbuslarla bağlı dair xüsusi müzakirəçinin təyin olunmasına prezident seçkilərindən sonra baxıla bilər"

04-01-2008, 07:41 PMAPADaha bir amerikalı konqresmen Azərbaycan üzrə işçi qrupuna daxil olub
[b]Daha bir amerikalı konqresmen Azərbaycan üzrə işçi qrupuna daxil olub[b]
Bakı. Laçın Sultanova - APA. ABŞ Nümayəndələr palatasına Nyu-York ştatından üzv seçilmiş demokrat-konqresmen Edalfus Tauns Azərbaycan üzrə işçi qrupuna qoşulduğunu bəyan edib.
[Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 37 nəfərə çatıb. -
04-01-2008, 07:56 PMAPAAkif İslamzadə "Sevgili canan"a klip çəkdirəcək
[b]Akif İslamzadə "Sevgili canan"a klip çəkdirəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Akif İslamzadənin vaxtilə ifa etdiyi "Sevgili canan" mahnısına klip çəkiləcək. Bu barədə APA-ya məlumat verən Akif İslamzadənin sözlərinə görə, hazırda layihənin həyata keçirilməsinə hazırlıq gedir: "Klipdə ifa etdiyim "Sevgili canan" mahnısı səsləndiriləcək. Ancaq mən bu klipdə mahnı ifaçısı kimi yox, sadəcə, bir obraz iştirakçısı kimi çıxış edəcəyəm". A. İslamzadə deyib ki, klipin süjet xətti yaradıcı heyət tərəfindən hazırlanacaq. O, klipin peşəkar rejissor tərəfindən çəkilməsini arzuladığını deyib. Qeyd edək ki, "Sevgili canan" mahnısının sözləri böyük şairimiz Nizami Gəncəviyə, musiqisi isə dahi bəstəkar Üzeyir Hacıbəyova məxsusdur. -
04-01-2008, 08:01 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Ənvər Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti İlham Əliyev Ənvər Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Ənvər Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ə. Əliyev Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə təltif olunub. -
04-01-2008, 08:06 PMAPAAŞ PA Monitorinq Komitəsinin apreldə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq
[b]AŞ PA Monitorinq Komitəsinin apreldə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq[b]
Bakı. Turan Hüseynova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin apreldə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq.
[APA-nın məlumatına görə, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O, AŞ PA-nın yay sessiyasında da Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarılacağını deyib: "Burada qeyri-adi heç nə yoxdur, ənənəvi müzakirələrdir". Azərbaycanda jurnalistlərin aclıq aksiyası keçirməsinə münasibət bildirən S. Seyidov qanunun aliliyinin hər şeydən üstün olduğunu söyləyib: "Bu məsələdə jurnalistlərə ayrıca yanaşmaq olmaz". -
04-01-2008, 08:16 PMAPAAzərbaycanın sabiq səhiyyə naziri aclıq aksiyasına başlayacaq
[b]Azərbaycanın sabiq səhiyyə naziri aclıq aksiyasına başlayacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün hüquq müdafiəçiləri Səidə Qocamanlı və Səadət Bənənyarlı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayevlə görüşüblər. Bu barədə APA-ya məlumat verən S. Qocamanlı bildirib ki, 8 gündür aclıq aksiyası keçirən jurnalistin səhhəti hələlik normaldır. O, E. Fətullayevin həkim nəzarətində saxlandığını söyləyib: "Eynulla Fətullayev arıqlayıb, hələlik səhhətində ciddi problem yoxdur. Ancaq aclığın 10-cu günündən sonra fəsadlar ortaya çıxa bilər. Buna görə qərara aldıq ki, həftənin cümə günü yenidən ona baş çəkək". Hüquq müdafiəçiləri daha sonra 13 saylı Cəzaçəkmə Müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanovla görüşüblər. Sabiq nazir jurnalistlərin aclıq aksiyasına dəstək məqsədi ilə aprelin 3-dən aclığa başlayacağını, bununla bağlı sabah müəssisə rəhbərliyinə müraciət edəcəyini söyləyib. -
04-02-2008, 11:01 AMAPAMSK təmsilçisi Monteneqroda prezident seçkilərini müşahidə edəcək
[b]MSK təmsilçisi Monteneqroda prezident seçkilərini müşahidə edəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Monteneqroda aprelin 6-da keçiriləcək prezident seçkilərini izləmək üçün bu ölkəyə səfər edib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurum təmsilçisi bu prosesdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasında tərkibində iştirak edəcək. Müşahidə missiyası aprelin 9-na qədər Monteneqroda olacaq. Qeyd edək ki, Azərbaycan 2000-ci ildən etibarən ATƏT-in Seçki Müşahidə Missiyalarının tərkibində müxtəlif ölkələrdə keçirilən seçkiləri müşahidə edir. -
04-02-2008, 11:11 AMAPAAMİP-in növbədənkənar qurultayı aprelin 20-də keçiriləcək
[b]AMİP-in növbədənkənar qurultayı aprelin 20-də keçiriləcək[b]
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar qurultayı aprelin 20-də keçiriləcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, bu qərar AMİP-in Siyasi Şurasının iclasında qəbul edilib.
[Qurultayın keçirilməsi üçün yer ayrılması məqsədi ilə bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Ə. Orucovun sözlərinə görə, qurultayda partiyanın yeni sədri, Siyasi Şurası, Mərkəzi İntizam Komissiyası və digər seçkili orqanları formalaşacaq, bu il keçiriləcək prezident seçkiləri ilə bağlı qərar veriləcək. O, partiya sədrliyinə seçkilərin gizli səsvermə ilə keçiriləcəyini bildirib. Ə. Orucov hələlik iki nəfərin öz iddiasını irəli sürdüyünü və Siyasi Şuranın iclasında digər iddialıların ortaya çıxmadığını bildirib. AMİP lideri Etibar Məmmədovun yenidən sədrliyə qayıtması ilə bağlı ehtimallara gəldikdə, Ə. Orucov bunun mümkün olmadığını bildirib. -
04-02-2008, 11:16 AMAPAErmənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən 15 il ötür
[b]Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən 15 il ötür[b]
Bakı. Cavid Cabbaroğlu - APA. Bu gün Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür. APA-nın məlumatına görə, 1993-cü il martın 27-də Ermənistan hərbi birləşmələrinin başladığı genişmiqyaslı hücum Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.
[İşğal nəticəsində 55 hərbçi və 250-yə yaxın mülki şəxs şəhid olub, 321 nəfər əsir və girov götürülüb. İşğal nəticəsində 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, bu ərazilərdə olan 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana dağıdılıb, 52 min soydaşımız məcburi köçkün düşüb. Hazırda Kəlbəcər rayonunun 2.185 kvadrat kilometr ərazisi hələ də Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəlbəcərin işğalı nəticəsində Azərbaycan büdcəsinə 703,5 milyard manat ziyan dəyib. -
04-02-2008, 11:21 AMAPABMT baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciət edib
[b]BMT baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Ən azı 68 ölkədə minaların mövcudluğu milyonlarla qadın, kişi, oğlan və qızın ölüm, əlsiz, ayaqsız qalmaq və ya digər yaşayış vasitələrindən məhrum olmaq qorxusu altında yaşamasına səbəb olur. Bu, insanların işə və ya məktəbə rahat getməsini, kənd təsərrüfatı ilə məşğul olmasını və bazarlara gedişini məhdudlaşdırır".
[Bu fikirlər BMT baş katibi Pan Gi Munun 4 aprel - Beynəlxalq Mina Təhlükəsizliyi barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı müraciətində qeyd olunub. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, 2007-ci ildə partlayıcı qurğulardan 6000 şəxs zərər çəkib, bu rəqəm əvvəlki illərdə olan göstəricilərdən az fərqlənir. Hər il dünyada 100 kv.km-dən çox ərazi minalardan təmizlənir və 7 milyondan çox insana minalanmış ərazilərdə təhlükədən necə müdafiə olunmaq öyrədilir: "Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü xatırladır ki, minalardan və müharibədən sonra qalan partlayıcı qurğulardan zərər çəkmiş şəxslər həyatları boyu yoxsulluq və ayrı-seçkilik, uyğun səhiyyənin və ya reabilitasiya xidmətlərinin olmamağı kimi problemlərlə qarşılaşa bilərlər. Üzv dövlətlər vətəndaş cəmiyyəti və BMT bu insanlara öz hüquqlarından istifadə və öz cəmiyyətlərində istehsalatda fəal iştirak etməyə imkan yaradan hüquqi, sosial və iqtisadi şəraiti təmin etməyə çalışmalıdır". Baş katib bütün tərksilah, minalar, müharibədən sonrakı partlayıcı qurğular və bu qurğuların dağıdıcı effekti üzrə humanitar və humanitar hüquq beynəlxalq sənədləri ratifikasiya etməmiş ölkələrə müraciət edərək bildirib ki, bu sənədlərin geniş ratifikasiyası və onların tam həyata keçirilməsi vasitəsi ilə beynəlxalq icma yeni bədbəxt hadisə və insan ölümlərinin qarşısını ala, ziyan çəkmiş şəxslər və onların ailələrinin hüquqlarının tam həyata keçirilməsinə nail ola bilər. -
04-02-2008, 11:26 AMAPAVasili İstratov: "Rusiya NATO-ya daxil olmaq istəyən ölkələrlə münasibətlərə yenidən baxacaq"
[b]Vasili İstratov: "Rusiya NATO-ya daxil olmaq istəyən ölkələrlə münasibətlərə yenidən baxacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "NATO-nun genişlənməsi ilə bağlı Rusiyanın öz mövqeyi bar və bu mövqeyi gizlətmirik".
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov verib. O, Azərbaycanın NATO-ya üzv qəbul olmaq ehtimalını da dəyərləndirib: "NATO hərbi alyansına daxil olmağa hazırlaşan istənilən ölkə anlamalıdır ki, Rusiya həmin ölkə ilə təhlükəsizlik münasibətlərinə yenidən baxmalı olacaq". Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair dialoq prosesinə toxunan səfir dekabrdan bəri danışıqların aparılmadığını deyib: "Amma Rusiya istənilən təklifləri müzakirə etməyə hazırdır". -
04-02-2008, 11:31 AMAPAAzərbaycan paytaxtında "GUAM ölkələrinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda beynəlxalq konfrans keçiriləcək
[b]Azərbaycan paytaxtında "GUAM ölkələrinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları" mövzusunda beynəlxalq konfrans keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. Aprelin 15-16-da Bakıda «GUAM ölkələrinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları» mövzusunda beynəlxalq konfrans keçiriləcək.
[Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə 15 ölkənin rəsmi nümayəndələri və ekspertlərinin iştirakı gözlənilir. GUAM ölkələrindən başqa, tədbirə Baltikyanı ölkələr, Türkiyə, İsrail, İsveçrə, Slovakiya, Sloveniya və digər dövlətlərdən nümayəndələr qatılacaq. -
04-02-2008, 11:36 AMAPAATƏT sədri tutduğu postdan istefa verib
[b]ATƏT sədri tutduğu postdan istefa verib[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva tutduğu postdan istefa verib. Bu barədə APA-ya Finlandiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
[XİN-dən bildiriblər ki, səlahiyyətlərin rəsmi olaraq təhvil verilməsi aprelin 4-də həyata keçiriləcək. Bundan sonra İlkka Kanerva yalnız Finlandiya parlamentinin üzvü kimi fəaliyyət göstərəcək. Finlandiyanın xarici işlər naziri postuna isə Aleksandr Spudd təyin olunub. Əvvəllər Finlandiyanı Avropa parlamentində təmsil edən Aleksandr Spudd üç ilə yaxındır ki, Xarici İşlər Nazirliyi sistemində çalışır. -
04-02-2008, 11:41 AMAPASabah İnsan Hüquqları üzrə İşçi Qrupun Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlərinin iştirakı ilə iclası keçiriləcək
[b]Sabah İnsan Hüquqları üzrə İşçi Qrupun Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlərinin iştirakı ilə iclası keçiriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Sabah hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Hüquqları üzrə İşçi Qrupun iclası keçiriləcək.
[İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə APA-ya bildirib ki, iclasda Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun bu Azərbaycana gələcək üzvləri də iştirak edəcəklər. Onun sözlərinə görə, hüquq müdafiəçiləri iclasda İşçi Qrupda aparılan müzakirələr, razı və narazı qaldıqları məqamlar, həbsdə olan jurnalistlər və xəstə məhkumlara əfv fərmanının şamil edilməsi barədə çıxış edəcək təkliflərini bildirəcəklər: "Biz "Aqo" qrupunun üzvlərindən həbsdə olan jurnalistlərin və xəstə məhkumların azadlığa buraxılması üçün yardımçı olmalarını xahiş edəcəyik. Eyni zamanda bildirəcəyik ki, Azərbaycanda məhbus siyahıları ilə bağlı yaranan mübahisələri, problemləri bir əfv fərmanı ilə həll etmək mümkündür". -
04-02-2008, 11:46 AMAPABuxarestdə NATO-nun zirvə toplantısı başlayır
[b]Buxarestdə NATO-nun zirvə toplantısı başlayır[b]
Buxarest - APA. Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO-nun növbəti zirvə toplantısı başlayır.
[APA-nın məlumatına görə, toplantıda hərbi-siyasi blokun üzvü olan 26 ölkənin, Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramında iştirak edən 23 dövlətin prezidentləri, baş nazirləri, hökumət üzvləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri - ümumilikdə 3 min nəfər iştirak edəcək. Sammitin işini 3,5 mindən çox media nümayəndəsi işıqlandıracaq. Əsas müzakirə mövzuları NATO-nun genişlənməsi, alyansın Kosovo və Əfqanıstandakı sülhməramlı əməliyyatları ilə bağlı məsələlər olacaq. Sammit çərçivəsində Şimali Atlantika Şurasının, Şimali Atlantika Tərəfdaşlıq Şurasının, NATO-Rusiya Şurasının və NATO-Ukrayna Komissiyasının iclasları da keçiriləcək. NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planında iştirak edən Albaniya, Makedoniya və Xorvatiyanın tamhüquqlu üzvlüyə dəvət alması gözlənilir. Ancaq Makedoniya ilə bağlı məsələ bir qədər mürəkkəbdir. Yunanıstan eyni adlı vilayətə malik olduğundan Makedoniyanın bu adla NATO-ya qəbuluna qarşı çıxır. Ukrayna və Gürcüstan hökumətləri isə Buxarest sammitində NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qəbul ediləcəklərini gözləyirlər. ABŞ onların bu niyyətinə fəal dəstək versə də, Fransa və Almaniya Rusiya ilə münasibətlərin pisləşəcəyindən ehtiyatlanaraq bunun əleyhinədir. -
04-02-2008, 11:56 AMAPABakıda Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçiriləcək
[b]Bakıda Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bakıda Azərbaycan və Litva xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
[Məsləhətləşmələrdə iştirak etmək üçün Litva Xarici İşlər Nazirliyindən iki nümayəndə heyəti Bakıya gəlib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kudzmanas Kyastutis məlumat verib. Onun sözlərinə görə, Litva Xarici İşlər Nazirliyinin Şərqi Avropa ölkələri ilə qonşuluq münasibətləri departamentinin və planlaşdırma departamentinin nümayəndələri Azərbaycan xarici siyasət idarəsində, Sənayə və Energetika Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Nəqliyyat Nazirliyində, TRACEKA-nın yerli ofisində görüşlər keçirəcəklər. Görüşlərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq. -
04-02-2008, 12:01 PMAPAAzərbaycan aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün təqdimat hazırlanır
[b]Azərbaycan aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün təqdimat hazırlanır[b]
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi üçün təqdimat hazırlanır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib.
[Qeyri-maddi mədəni abidələrin siyahısına aid edilən aşıq sənətinin Azərbaycanın hüdudlarından kənarda təbliğatına son zamanlar geniş yer verildiyini deyən H. İsmayılov bu məsələnin UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu bildirib: "Qədim tarixə malik olan muğam sənətimiz artıq UNESCO-nun mədəni irs siyahısına daxil edilib. İndi məqsədimiz aşıq sənətinin də dünya miqyasında mühafizə olunan mədəni irs siyahısına qəbuludur. Bu istiqamətdə müəyyən işlərə artıq başlanıb və tələb olunan sənədlər toplanır". H. İsmayılovun sözlərinə görə, yaxın günlərdə Azərbaycan aşıq yaradıcılığına həsr olunmuş müsabiqənin keçirilməsi də nəzərdə tutulur. -
04-02-2008, 12:06 PMAPAErmənistan müdafiə nazirinin müavini Manvel Qriqoryan tutduğu vəzifədən azad edilib
[b]Ermənistan müdafiə nazirinin müavini Manvel Qriqoryan tutduğu vəzifədən azad edilib[b]
İrəvan-APA. Ermənistan müdafiə nazirinin müavini Manvel Qriqoryan tutduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, prezident Robert Köçəryan müdafiə nazirinin müavinini bu gün imzaladığı sərəncamla vəzifədən azad edib.
[Qeyd edək ki, fevralın 21-də keçirilən mitinqdə prezidentliyə namizəd Levon Ter-Petrosyan general Manvel Qriqoryanın müxalifət hərəkatına qoşulduğunu bəyan etmişdi. Bir gün sonra Müdafiə Nazirliyi bu məlumatı rəsmi şəkildə təkzib etsə də, seçkilərdə qalib elan olunan Serj Sərkisyan bu faktı təsdiqləmişdi: "Təəssüf edirəm ki, general Manvel Qriqoryan nədənsə siyasətlə məşğul olmaq qərarına gəlib və Ali Baş Komandana itaətsizlik göstərir. Mən müdafiə naziri olanda heç zaman onu siyasətə cəlb etməmişəm. Onun belə addım atması mənim qəlbimi ağrıdır. Onun müxalifətə keçməsi məsələsi araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir". -
04-02-2008, 12:16 PMAPAABŞ-da yaşayan soydaşlarımız Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərəcəklər
[b]ABŞ-da yaşayan soydaşlarımız Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərəcəklər[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ-da yaşayan azərbaycanlılar Konqresin Azərbaycan və Türkiyə üzrə işçi qruplarına daxil olan konqresmenlərin xeyrinə maliyyə vəsaitləri toplamağa başlayıblar.
[Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azərinin APA-ya verdiyi məlumata görə, artıq 20 azərbaycanlı ailə bu konqresmenlərə maddi yardım göstərəcəyini bəyan edib. Qeyd edək ki, ABŞ Konqresinin Azərbaycan və Türkiyə üzrə işçi qrupuna daxil olan konqresmenlərə maddi yardım göstərilməsi təşəbbüsü ilə Amerikada yaşayan azərbaycanlı Naimi Əmirəliyevin ailəsi çıxış edib. Naimi Əmirəliyev hər iki işçi qrupunda təmsil olunan 22 konqresmenin hər birinə il ərzində 100 dollar yardım göstərməyə boyun olub. O, qruplara daxil olan hər bir yeni konqresmenə də 100 dollar maddi yardım göstərəcəyini bildirib.Qeyd edək ki, ABŞ-ın mövcud qanunvericiliyinə görə, ölkə vətəndaşları və "Green Card" sahibləri hər bir konqresmenə ildə 2300 dollara qədər maddi yardım göstərə bilərlər. Aprel ayında Amerikada yaşayan azərbaycanlılar Nyu-York ştatından Konqresə seçilən Ed Tovns və Virciniyadan olan konqresmen Telma Drakın xeyrinə ianə toplama kampaniyasına start verəcəklər. -
04-02-2008, 12:21 PMAPAABŞ səfiri: "İnanırıq ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir"
[b]ABŞ səfiri: "İnanırıq ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "ABŞ Azərbaycanı strateji tərəfdaş kimi dəyərləndirir və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə tərəfdardır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ səfiri Ann Dersi verib.
[Dağlıq Qarabağın müstəqilliyini qəbul etmədiklərini deyən səfir ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib: "ABŞ sülh prosesini və münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Biz inanırıq ki, Azərbaycan hökuməti problemi sülh yolu ilə həll etmək istəyir". -
04-02-2008, 12:26 PMAPAŞəmsəddin Hacıyev: "Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin bəzi müddəaları ilə bağlı 500-dən artıq teleqram və müraciət almışıq"
[b]Şəmsəddin Hacıyev: "Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin bəzi müddəaları ilə bağlı 500-dən artıq teleqram və müraciət almışıq"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. ""Təhsil haqqında" qanun layihəsinin müzakirəsinin parlamentin payız sessiyasına saxlanılmasına heç bir əsas yoxdur. Sənəd müzakirəyə tam hazırdır". Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələlər daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. O, sənədin yaxın günlərdə komissiyada müzakirəyə çıxarılacağını deyib. Komissiya sədri qanun layihəsinin ən gec yaz sessiyasının sonuna kimi müzakirəyə təqdim ediləcəyini bildirib. Ş. Hacıyev, həmçinin qanun layihəsinin bir neçə müddəası ilə bağlı 500-dən artıq teleqram və müraciət aldıqlarını deyib: "Bunlar, əsasən təhsilin pillələri, idarə olunması, maliyyələşməsi, təhsil işçilərinin sosial müdafiəsi və hicabla bağlı məqamlara aiddir. Biz bütün müraciətləri qanun layihəsinin üzərində işləyərkən nəzərə almışıq". -
04-02-2008, 12:36 PMAPABolqarıstan səfiri İvan Palçev Azərbaycan haqqında kitab yazır
[b]Bolqarıstan səfiri İvan Palçev Azərbaycan haqqında kitab yazır[b]
Bakı. Turan Hüseynova-APA. Bolqarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İvan Palçevin səlahiyyət müddətinin başa çatmasına üç ay qalıb.
[Missiyası iyunun 30-da başa çatacaq səfiri bu postda əvəzləyəcək şəxsin adı hələlik məlum deyil. Bolqarıstan səfiri APA-ya açıqlamasında bildirib ki, bolqar xalqının Azərbaycan haqqında daha çox məlumat alması məqsədilə Bakıda işlədiyi dövrdəki təəssüratlarını qələmə almaqdadır. Səfirin ölkəmiz haqqında yazdığı kitab bolqar və Azərbaycan dillərində nəşr olunacaq. Kitabı bolqar dilindən Siyavuş Məmmədzadə tərcümə edəcək. Əsərin bolqar dili variantının təqdimat mərasiminin sentyabrda Bolqarıstanda keçirilməsi nəzərdə tutulur. Azərbaycan türkcəsinə çevrilmiş kitabın ölkəmizdə təqdimatı isə prezident seçkilərindən sonra baş tutacaq. Səfir İvan Palçev bu mərasimdə iştirak etmək üçün Bakıya gələcək. -
04-02-2008, 01:01 PMAPAAzərbaycan prezidenti İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Buxarestə gedib
[b]Azərbaycan prezidenti İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Buxarestə gedib[b]
Buxarest. Fəxri Kərimli - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün NATO-nun zirvə toplantısında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarestə gedib.
[Prezidentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövlət başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. APA-nın zirvə toplantısını izləmək üçün akkreditə olunmuş müxbirinin məlumatına görə, sammitin işi aprelin 1-də yerli vaxtla saat 18.30-da işçi qrupları səviyyəsində başlayıb. Giriş sözü ilə ABŞ-ın Marşal Fondunun prezidenti Kreq Kennedi çıxış edib. Daha sonra Rumıniya prezidenti Trayan Basesku nitq söyləyib. Şam yeməyindən sonra davam edən axşam sessiyasında mətbuatın iştirakı olmadan "Kosovodan sonra Balkanlar: daha sonra nə olacaq?" mövzusunda müzakirələr aparılıb. Müzakirələrə Slovakiyanın xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin sədri Yan Kubiş, Yunanıstan XİN-in nümayəndəsi Aleksandros Rondos, Kosovo parlamentinin üzvü Veton Surroi, Serbiyanın keçmiş xarici işlər naziri Qoran Svilanoviç qatılıblar. Paralel aparılan "Silahlar və qaz: NATO-nun Şərqi Avropada rolu" mövzusunda müzakirələrdə ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya işləri üzrə köməkçisi Metyu Brayza ilə Rumıniyanın xarici işlər naziri Adrian Çoroyanu, Gürcüstan prezidenti Mixail Saakaşvili və Avrasiya Tədqiqatlar Mərkəzinin direktoru Laurent Ruseçkas çıxış ediblər. -
04-02-2008, 01:06 PMAPAABŞ Nümayəndələr Palatası Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul edib
[b]ABŞ Nümayəndələr Palatası Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul edib[b]
[Vaşinqton - APA. ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul olunub. APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, qətnamə müəllifləri qətlin arxasında Rusiya hakimiyyətinin dayandığını güman edirlər. Sənəddə dövlət katibi Kondoliza Rays və prezident Corc Buşdan cinayətin təhqiqatının aparılması işinə dəstək vermələri xahiş olunur. Respublikaçı konqresmen Hovard Berman bildirib ki, Litvinenkonun ölümü Rusiya hökumətinin öz əleyhdarlarına qarşı hansı yolla mübarizə apardığına dair narahatlıq dolu suallar doğurur. -
04-02-2008, 01:36 PMAPAProkuror Rövşən Novruzoğlunun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
[b]Prokuror Rövşən Novruzoğlunun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ələkbər Quliyevin sədrliyi ilə "Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi"nin direktoru Rövşən Novruzoğlunun (Vəliyev) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
[APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi aprelin 9-da davam etdiriləcək. Qeyd edək ki, R. Novruzoğlu Bakı şəhər sakini Fikrət Hüseynovdan torpaq satmaq üçün 115 min dollar alıb. R. Vəliyevə qarşı Cinayət Məcəlləsinin 178. 3. 2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320. 1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. -
04-02-2008, 01:41 PMAPARassel Constonun səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan və Ermənistan millət vəkilləri arasında nəzərdə tutulan görüş təxirə salın
[b]Rassel Constonun səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan və Ermənistan millət vəkilləri arasında nəzərdə tutulan görüş təxirə salınıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Alt Komitəsinin rəhbəri lord Rassel Conston səhhətində yaranan problemlərlə əlaqədar Ermənistana səfərini təxirə salıb.
[Səhhətində ciddi problemlər yaranan lord Rassel Conston hazırda xəstəxana şəraitində müalicə olunur. AŞ PA Siyasi Komitəsindən APA-ya verilən məlumata görə, britaniyalı parlamentar Ermənistana səfəri zamanı Azərbaycan və Ermənistan millət vəkillərinin görüşünün təşkili ilə əlaqədar danışıqlar aparmalı idi. Rassel Constonun Ermənistana səfəri təxirə salındığına görə AŞ PA-nın aprel sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulan bu görüş də təxirə düşüb. Siyasi Komitədən bildiriblər ki, Rassel Constonun Ermənistana səfəri aprel sessiyasından sonra, xəstəxanadan çıxdıqdan sonra gerçəkləşəcək. Azərbaycan və Ermənistan millət vəkillərinin görüşünün isə AŞ PA-nın yay sessiyası çərçivəsində baş tutacağı gözlənilir. -
04-02-2008, 01:46 PMAPATürkiyənin cənub-şərqində aparılan əməliyyatlar zamanı məhv edilən PKK terrorçularının sayı 16-ya çatıb
[b]Türkiyənin cənub-şərqində aparılan əməliyyatlar zamanı məhv edilən PKK terrorçularının sayı 16-ya çatıb[b]
Ankara - APA. Türkiyənin cənub-şərqində - Şırnak, Siirt və Hakkari bölgələrinin əhatəsində yerləşən Bestlər Dərələr adlanan dağlıq ərazidə 40 nəfərlik terrorçu qrupa qarşı aparılan əməliyyatlarda 16 PKK-çı məhv edilib.
[APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatın ilk günündə 2, ikinci və üçüncü günlərində isə müvafiq olaraq 7 (ümumilikdə 14) terrorçunun məhv edildiyini açıqlayıb. Döyüşlərdə biri kapitan olan 3 türk hərbçisi şəhid olub. -
04-02-2008, 01:51 PMAPAVelikiye Lukidə azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib, xəsarət alan var
[b]Velikiye Lukidə azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib, xəsarət alan var[b]
Velikiye Luki - APA. Velikiye Luki şəhərinin Smolensk bazarında azərbaycanlılarla ermənilər arasında dava düşüb. APA-nın məlumatına görə, şəhər daxili işlər idarəsinin rəisi Nikolay Şmotkin insidentin ciddi bir səbəbdən qaynaqlanmadığını deyib.
[İki nəfərin bir-birinə sataşması ilə başlayan konflikt qısa müddətdə etnik qruplar arasında kütləvi davaya çevrilib. İnsident zamanı odlu silahdan istifadə olunub, nəticədə "Osa" markalı tapançadan açılan atəş nəticəsində bir nəfər yaralanıb. İnsidentin səbəbkarları həbs olunub, onlar haqqında xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Hər iki diasporun rəhbərləri profilaktik iş aparılması məqsədilə şəhər daxili işlər şöbəsinə dəvət olunub, onlarla insidentin təkrarlanmaması ilə danışıqlar aparılıb. -
04-02-2008, 01:56 PMAPAAzərbaycanda axtarışda olan şəxs Dağıstanda tutulub
[b]Azərbaycanda axtarışda olan şəxs Dağıstanda tutulub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Orxan Dadaşov Rusiya Federasiyasının Dağıstan Respublikasında tutulub. Bu barədə APA-ya Azərbaycan DİN mətbuat xidmətindən bildirilib. O. Dadaşovun Azərbaycan ekstradisiya olunması üçün tədbirlər görülür. -
04-02-2008, 03:14 PMAPABMT-nin baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib
[b]BMT-nin baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib[b]
[Bakı. İlhamə İsabalayeva-APA-ECONOMICS. BMT-nin baş katibi Pan Gi Mun 4 aprel- Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə Və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, ən azı 68 ölkədə minaların mövcudluğu milyonlarla qadın, kişi, oğlan və qızın ölümünə, əlsiz, ayaqsız qalmaq və ya digər yaşayış vasitələrindən məhrum olmaq qorxusu altında yaşamasına səbəb olur: "2007-ci ildə mina və digər partlayıcı qurğulardan 6000 şəxsin zərər çəkməsinə baxmayaraq, bu rəqəm əvvəlki illərdə olan göstəricilərdən çox az fərqlənir. Hər il dünyada mina təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir və 7 milyondan çox insana minalanmış ərazilərdə təhlükədən necə müdafiə olmağı öyrədilir: "Bu səylər qurbanların sayının azaldılmasına yardım edib. Lakin biz yalnız belə halların tamamilə baş vermədiyi halda sakitləşə bilərik. Hazırda vətəndaşlara dözülməz ziyan vuran kaset hərbi sursatların ləğv olunması üzrə həyata keçirilən təşəbbüslərin sayəsində yeni beynəlxalq sənədlər meydana çıxır. Mən bu silahların humanitar nəticələrinə son qoyulması üçün istənilən yeni cəhdləri müsbət qarşılayıram. Yalnız bu sənədlərin geniş ratifikasiyası və onların tam həyata keçirilməsi vasitəsi ilə beynəlxalq icma yeni bədbəxt hadisə və insan ölümlərinin qarşısını ala, ziyan çəkmiş şəxslər və onların ailələrinin hüquqlarının tam həyata keçirilməsinə nail ola bilər". -
04-02-2008, 03:21 PMAPASergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdı
[b]Sergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməlidir". APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasının iclasında çıxışı zamanı söyləyib.
[ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini dəyərləndirən Sergey Lavrov bildirib ki, həmsədrlərin təklif etdiyi baza prinsipləri kifayət qədər sanballı sənəddir və danışıqların davam etdirilməsi üçün yaxşı əsas sayıla bilər. XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin heç zaman dayandırılmadığını və davam etdiriləcəyini deyib. Cənubi Qafqaz regionunda münaqişələrlə bağlı mövzunu davam etdirən Sergey Lavrov Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı Dövlət Dumasının müraciətinin öyrənildiyini deyib: "Sizi əmin edirəm ki, bu müraciət bütün faktorlar nəzərə alınmaqla ən diqqətli şəkildə öyrəniləcək". -
04-02-2008, 03:24 PMAPASergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdı
[b]Sergey Lavrov: "Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təklif etdikləri baza prinsipləri danışıqların davamı üçün sanballı əsasdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməlidir". APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasının iclasında çıxışı zamanı söyləyib.
[ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini dəyərləndirən Sergey Lavrov bildirib ki, həmsədrlərin təklif etdiyi baza prinsipləri kifayət qədər sanballı sənəddir və danışıqların davam etdirilməsi üçün yaxşı əsas sayıla bilər. XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin heç zaman dayandırılmadığını və davam etdiriləcəyini deyib. Cənubi Qafqaz regionunda münaqişələrlə bağlı mövzunu davam etdirən Sergey Lavrov Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı Dövlət Dumasının müraciətinin öyrənildiyini deyib: "Sizi əmin edirəm ki, bu müraciət bütün faktorlar nəzərə alınmaqla ən diqqətli şəkildə öyrəniləcək". -
04-02-2008, 03:29 PMAPABakı Slavyan Universitetində "Müasir Polşa mədəniyyəti" adlı sərgi açılıb
[b]Bakı Slavyan Universitetində "Müasir Polşa mədəniyyəti" adlı sərgi açılıb[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) "Müasir Polşa mədəniyyəti" adlı sərginin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Kamal Abdulla bildirib ki, sərgi polyak mədəniyyəti və incəsənəti, qədim dövlət olan Polşa haqqında məlumat almağa imkan verir. BSU-nun Polşanın Varşava və Poznan universitetləri ilə əməkdaşlıq etdiyini deyən rektor bu əməkdaşlığın genişlənməsi üçün yeni layihələrin həyata keçiriləcəyini söyləyib. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski isə sərgini Azərbaycanla Polşa arasında gözəl əməkdaşlığın bariz nümunəsi adlandırıb. Sərgi aprelin 6-na kimi davam edəcək. -
04-02-2008, 03:33 PMAPA"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit sabahdan aclığa başlayacaq
[b]"Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit sabahdan aclığa başlayacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit sabahdan aclıq aksiyasına başlayacaq. Bu barədə APA-ya "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov məhbusun ailəsinə istinadən məlumat verib. A. Əhmədov deyib ki, M. Sakit həbsdə olan jurnalistlərin aclıq aksiyasına dəstək məqsədi ilə bu addımı atacaq. Bu gün M. Sakitlə görüşən qızı Zülfiyyə Zahidova APA-ya bildirib ki, atası aclığa başlamaqla bağlı həbsxana rəhbərliyinə ərizə ilə müraciət edəcək. Z. Zahidova atasının hələ də ürək və ayaq ağrılarından, əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirib: "Atam dedi ki, Ədliyyə Nazirliyinin Müalicə Müəssisindən həbsxanaya qaytarılandan sonra onu tibb hissəsinə köçürməli olsalar da, bunu indiyədək etməyiblər". Onun sözlərinə görə, məhbus artıq bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, Ombudsman Elmira Süleymanovaya, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudova, hüquq müdafiəçilərinə müraciət edib. M. Sakit Ombudsmanla və hüquq müdafiəçiləri ilə görüşə şərait yaradılmasını tələb edib. -
04-02-2008, 04:42 PMAPAŞəhidlər Xiyabanında Kəlbəcərin işğalının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
[b]Şəhidlər Xiyabanında Kəlbəcərin işğalının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü, Kəlbəcərdən olan mətbuat və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında Kəlbəcərin Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 15 illiyi ilə bağlı anım mərasimi keçiriblər. APA-nın məlumatına görə, ziyarət zamanı şəhidlərin xatirəsi anılıb və onların ruhuna dualar oxunub. QAT sədri Akif Nağı bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarını açıq şəkildə tapdalamaqla, iri miqyaslı döyüş əməliyyatlarına başlayıb. "Bununla da Ermənistan Azərbaycanın Dağlıq Qarabağdan kənarda yerləşən daha geniş ərazilərini işğal edib. Bu döyüşlərdə Rusiyanın hərbi qüvvələri də açıq şəkildə iştirak ediblər. Ermənilər Kəlbəcər rayonunda xüsusi qəddarlıq nümayiş etdirib və dinc əhali vəhşicəsinə qətlə yetirilib. Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 822 saylı qətnamə qəbul olunub. Lakin bu qətnamənin yerinə yetirilməsi üçün BMT və digər beynəlxalq qurumlar qətiyyət göstərməyiblər". Qeyd edək ki, Kəlbəcərin işğalı zamanı yüzlərlə yerli sakin həlak olub, 321 nəfər əsir və girov götürülüb. -
04-02-2008, 05:11 PMAPADenis Sammit: "Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər"
[b]Denis Sammit: "Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycan Avropa və Asiyanı birləşdirən həlqə rolunu oynaya bilər". APA-nın məlumatına görə, bu fikirləri "Azərbaycan və Avropa: 2008" konfransında çıxışı zamanı Links beynəlxalq təşkilatının Bakı ofisinin rəhbəri Denis Sammit söyləyib. Azərbaycan hökumətinin media sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində işlər gördüyünü deyən Denis Sammit bu səylərin gücləndirilməsini vacib sayıb. O, ölkədə prezident seçkilərinin azad və ədalətli əsaslarda keçirilməsi üçün Azərbaycan tərəfinin bütün imkanlardan istifadə etməli olduğunu bildirib. Konfransda çıxışı edən Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev bildirib ki, Avropa dövlətləri digər ölkələrə nisbətən Azərbaycana daha tənqidi mövqedən yanaşırlar. O, Azərbaycanın demokratiyanın inkişafı istiqamətində ciddi səylər göstərdiyini, qonşu Ermənistanda isə insan hüquqlarının və demokratiya prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edib. -
04-02-2008, 05:16 PMAPADövlət Komissiyasının katibi: "Beynəlxalq təşkilatlar 1996-cı ildən bu günə qədər azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində ciddi add
[b]Dövlət Komissiyasının katibi: "Beynəlxalq təşkilatlar 1996-cı ildən bu günə qədər azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində ciddi addım atmayıb"[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi ilə birgə "Kəlbəcərin işğalı: əsir, girov və itkin problemi" adlı dəyirmi masa keçirib.
[APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova Kəlbəcərin işğalı zamanı 730 nəfərin itkin düşdüyünü deyib. Əsir və girovlarla bağlı problemin mütəmadi gündəmdə saxlanılmasının zəruriliyini vurğulayan E. Orucova Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əsir və girovların qaytarılması ilə bağlı fəaliyyətini pisləyib, BQXK xətti ilə sonuncu azərbaycanlı əsir və girovun qaytarılmasının Rusiyanın xarici işlər naziri Yevgeni Primakovun yardımı nəticəsində 1996-cı ildə mümkün olduğunu bildirib. O, hazırda minlərlə azərbaycanlı əsir və girovun Ermənistanda, işğal altında olan Qarabağ və digər rayonların ərazisində saxlanıldığını söyləyib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanov ermənilərin Azərbaycanda və Türkiyə ərazilərində törətdiyi qətliamların beynəlmiləlləşdirilməsinin əhəmiyyətini vurğulayıb: "Bu ərazilərdə ermənilər təkcə türk-müsəlmanları deyil, ləzgi, kürd, gürcü və dağ yəhudiləri də qətlə yetiriblər. Yəni, təkcə müsəlmanlar soyqırımına məruz qalmayıblar. Ermənilər məqsədli şəkildə qeyri-türklərə qarşı da qırğınlar törədiblər". Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov isə dövlətin azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində zəruri addımlar atdığını deyib. Ş. Sailov bildirib ki, Dövlət Komissiyası bir neçə il öncə azərbaycanlı əsir və girovların saxlandığı məntəqələr haqda dəqiq məlumatları müvafiq beynəlxalq təşkilatlara çatdırıb: "Lakin beynəlxalq təşkilatlar 1996-cı ildən bu günə qədər azərbaycanlı əsir və girovların qaytarılması istiqamətində ciddi addım atmayıb". O, mətbuatı əsir və girov məsələsində diqqətli olmağa da çağırıb. Sonda mövzu ilə bağlı toplantı iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. -
04-02-2008, 05:21 PMAPAAzərbaycan paytaxtında altı yaşlı uşaq itkin düşüb
[b]Azərbaycan paytaxtında altı yaşlı uşaq itkin düşüb[b]
Bakı. Hacı Zeynalov - APA. Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Murad Rövşən oğlu Babayev itkin düşüb.
[Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsindən məlumat verilib. Məlumatda bildirilir ki, M. Babayev ötən ilin noyabrından evdən çıxıb və bir daha geri dönməyib. Onun tapılması istiqamətində axtarışlar aparılır. -
04-02-2008, 05:26 PMAPAAndres Herkel Estoniyada nəşr edilən "Kitabi-Dədə Qorqud" dastanına ön söz yazıb
[b]Andres Herkel Estoniyada nəşr edilən "Kitabi-Dədə Qorqud" dastanına ön söz yazıb[b]
Bakı. Laura Cəbrayıllı - APA. Estoniyanın paytaxtı Tallin şəhərində "Kitabi-Dədə Qorqud" dastanı tam və nəfis şəkildə nəşr edilib.
[Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu APA-ya bildirib ki, kitabda dastanın 12 boyu elmi şərh və izahlarla çap olunub. Boyları eston dilinə Anneli Tekkonen və Vidadi Məmmədov tərcümə ediblər. Yüksək poliqrafiya nümunəsi olan nəşrdə Azərbaycan rəssamı Fəxrəddin Seyfəddinoğlunun 6 miniatür rəsmi də yer alıb. Kitab Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, eston parlamentar Andres Herkelin ön sözü ilə işıq üzü görüb. -
04-02-2008, 05:36 PMAPAATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarestdə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri gözlənilir
[b]ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarestdə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri gözlənilir[b]
Bakı. Tamara Qriqoryeva - APA. NATO-nun Buxarestdə keçirilən sammiti çərçisində ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakovun (Rusiya) bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.
[Bu barədə APA-ya eksklüziv açıqlamasında fransalı həmsədr B. Fasie məlumat verib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. B. Fasie onu da bildirib ki, Ermənistanın baş naziri və yeni seçilmiş prezidenti Serj Sərkisyanla görüş isə sabaha nəzərdə tutulur.