Türkiyədə türklüyü təhqir etməyə görə cəza nəzərdə tutan qanun maddəsi dəyişdirilir
[b]Türkiyədə türklüyü təhqir etməyə görə cəza nəzərdə tutan qanun maddəsi dəyişdirilir[b]
Ankara - APA. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) ölkə Cəza Qanununun (Cinayət Məcəlləsi) 301-ci maddəsini dəyişdirmək üçün hərəkətə keçib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, parlamentə təqdim olunacaq dəyişiklik təklifində türklüyü təhqir etmək üstündə 3 ilə qədər həbs cəzası nəzərdə tutan maddədəki "türklük" sözü, "türk milləti" ilə əvəzlənir, cəza müddəti 2 ilə endirilir və prokurorların bu maddə ilə cinayət işi qaldırmaq səlahiyyəti əllərindən alınır. Dəyişiklik təklifinə əsasən bundan sonra prokurorlar öz təşəbbüsləri, eləcə də vətəndaşların şikayəti əsasında yox, yalnız prezidentin icazəsi ilə 301-ci maddə ilə cinayət işi aça bilər.AKP-nin təşəbbüsü Milliyyətçi Hərəkat Partiyasında (MHP) sərt etiraz doğurub. MHP lideri Dövlət Bağçalı bildirib ki, bu məsələni gündəmə gətirmək AKP-nin siyasi iflası olacaq: "Bu yola sapma hazırlığı içində olan baş nazir türk milləti qarşısında bu suallara cavab verməlidir: türklüyə həqarətin sərbəstləşdirilməsini kim və hansı hüquqla tələb edir? "Erməni soyqırımı" yalanının sərbəst şəkildə səsləndirilməsinə və bunun haqlı sayılacağına səbəb olacaq belə bir zillətə boyun əyilməsi, bunu Türkiyədən tələb edənlərin hiyləgər məqsədləri ilə AKP-nin əməllərinin üst-üstə düşməsi necə izah ediləcək?" D. Bağçalı hesab edir ki, dəyişiklik təklifi parlamentə gətirildikdən sonra AKP-nin 339 millət vəkili türk millətinin və türk tarixinin qarşısında qürur və heysiyyət imtahanı verəcək. MHP lideri 301-ci maddənin dəyişdirilməsini əngəlləmək üçün hər cür imkandan istifadə edəcəklərini də açıqlayıb. Bu məqsədlə parlamentdaxili mübarizə və kütləvi etiraz aksiyaları ilə yanaşı, reklam kampaniyasından da istifadə ediləcək. Artıq partiyanın sifarişi ilə reklam rolikləri və afişalar hazırlanıb. Reklam rolikləri televiziya kanallarında yayımlanacaq, afişalar isə böyük şəhərlərin küçələrindəki bilbordlara vurulacaq.
Beynəlxalq Böhran Qrupu: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təsir göstərməlidir"
[b]Beynəlxalq Böhran Qrupu: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təsir göstərməlidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Öz tarixində əsrin böhranını yaşamasına baxmayaraq, sabah Ermənistan yeni prezidentinin andiçmə mərasimini keçirir. Beynəlxalq ictimaiyyət siyasi məhbusların azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq mühitin yaradılması məqsədilə Ermənistana təsir göstərməlidir".
APA-nın məlumatına görə, bu sözlər Beynəlxalq Böhran Qrupunun Ermənistandakı vəziyyətlə bağlı açıqlamasında əksini tapıb. Açıqlamada bildirilir ki, Ermənistanda kifayət qədər mürəkkəb vəziyyət yaranıb. BBQ-nin Qafqaz üzrə koordinatoru Maqdalena Friçeva bu ölkədə demokratiyanın ciddi itkilərə məruz qaldığını, bütün hakimiyyətin icra strukturu və təhlükəsizlik xidmətinin əlində cəmləşdiyini deyib. BBQ hesab edir ki, ABŞ və Avropa hökumətləri demokratik inkişaf təmin olunmasa, əməkdaşlığın çətinləşəcəyini Ermənistana başa salmalıdır: "Yaxın vaxtlarda müvafiq addımlar atılmasa, Avropa Birliyi və ABŞ Ermənistana xarici yardımları müvəqqəti dayandırmalıdır".
Koreya Respublikasının baş naziri Azərbaycana gələcək
[b]Koreya Respublikasının baş naziri Azərbaycana gələcək[b]
Bakı. Turan Hüseynova - APA. Koreya Respublikasının yeni baş naziri Xan Seunq So mayın 18-də Azərbaycana rəsmi səfərə gələcək.
Koreya Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində 6-7 nazir olacaq. Səfər zamanı ikili vergiqoymanın aradan qaldırılması, Bakı nəqliyyatının intellektual idarəetmə sisteminin yaradılması, ətraf mühitin qorunması və digər sahələrdə ikitərəfli sənədlər imzalanacaq. Səfər mayın 20-də yekunlaşacaq.
Qızıl Aypara Cəmiyyəti prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb
[b]Qızıl Aypara Cəmiyyəti prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin növbəti Baş Məclisi keçirilib. Cəmiyyətin informasiya və beynəlxalq şöbəsinin müdiri Pərviz Nəzərovun APA-ya verdiyi məlumata görə, Baş Məclisdə təşkilati məsələlərə - prezident və vitse-prezidentlərin seçilməsi məsələsinə baxılıb.
Novruz Aslanov növbəti 4 ildə yenidən cəmiyyətin prezidenti, Qafar Əsgərzadə və Azər Sultanov isə vitse-prezidentləri seçiliblər. Baş Məclis, həmçinin qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb. Baş Məclisdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev də iştirak ediblər.
Rusiyanın Tver vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədr müavini öldürülüb
[b]Rusiyanın Tver vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədr müavini öldürülüb[b]
Tver - APA. Rusiyanın Tver vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədr müavini, iş adamı Etibar Nağıyev qətlə yetirilib.
APA-nın məlumatına görə, E. Nağıyev aprelin 4-dən 5-nə keçən gecə evinin qarşısında avtomobilindən çıxarkən avtomat silahdan atəşə tutulub. Yaralı biznesmen xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi qaldırılıb.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır
[b]Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır[b]
Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın «İrkut» korporasiyası Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə imzalanmış sazişə uyğun olaraq aprelin 15-də ilk "Be-200" amfibiya-təyyarəsini Azərbaycana göndərəcək. APA-nın məlumatına görə, təyyarə İrkutskda yerləşən aviazavoddadır və hazırda sınaqdan keçirilir.Qeyd edək ki, "Be-200" amfibiya-təyyarəsini alqı-satqısına dair müqavilə 2007-ci ildə imzalanıb. Azərbaycan bu təyyarələri satın alan ilk xarici ölkədir. Hazırda Be-200 amfibiya-təyyarələrinin almaq məqsədi ilə Yunanıstan, Portuqaliya və İtaliya da «İrkut» şirkəti ilə danışıqlar aparır.
Azərbaycan prezidenti Tacikistan və Türkmənistan səfirlərinin etimadnamələrini qəbul edib
[b]Azərbaycan prezidenti Tacikistan və Türkmənistan səfirlərinin etimadnamələrini qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakir Vəzirovun etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir Z. Vəzirov etimadnaməsini Azərbaycan dövlət başçısına təqdim edib. İ. Əliyev deyib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. O, əlaqələrin daha da möhkəmlənməsi işində yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, səfirin öz fəaliyyətində bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.Öz növbəsində Z. Vəzirov səfirlik fəaliyyətində qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.Bu gün prezident İ. Əliyev Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anaməmməd Məmmədovun da etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Azərbaycan dövlət başçısına təqdim edib.Söhbət zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib, əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.
[b]Ermənistanın yeni baş nazirinin adı bəlli olub[b]
İrəvan - APA. Ermənistan Respublika Partiyasının Şurası Mərkəzi Bankın rəhbəri Tiqran Sarkisyanı baş nazir vəzifəsinə namizəd göstərib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, Tiqran Sarkisyanın namizədliyi Respublika Partiyasının lideri, yeni seçilmiş prezident Serj Sarkisyan tərəfindən irəli sürülüb. T. Sarkisyan 1960-cı ildə Kirovakanda doğulub. Ermənistan Xalq Təsərrüfatı İnstitutunu və Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib. İqtisad elmləri namizədidir.
Azərbaycanın Yevlax rayonunda qətl hadisəsi baş verib
[b]Azərbaycanın Yevlax rayonunda qətl hadisəsi baş verib[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Dünən Yevlax rayonunda üzərində bıçaq xəsarətləri olan meyit tapılıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyitin şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, Yevlax rayonu Aran qəsəbə sakini Muxtar Həsənovdur. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Razi Mustafayev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120. 1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
[b]Metyu Brayza Azərbaycana gəlir[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza aprelin 11-də Azərbaycana gələcək. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib.
M. Brayza hazırda Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdədir. O, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcək.
Yer imleri