Sayfa 103/461 İlkİlk ... 35393101102103104105113153203 ... SonSon
4610 sonuçtan 1.021 ile 1.030 arası

Azərbaycan Xəbərləri

1. #1021
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 7-də saat 19.50-dən 19.55-dək Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsindəki mövqelərini, saat 11.30-dan 11.45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 12.40-dan 12.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, aprelin 8-də saat 00.15-dən 00.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

2. #1022
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

UNESCO Azərbaycan paytaxtında konfrans keçirəcək

[b]UNESCO Azərbaycan paytaxtında konfrans keçirəcək[b]

Bakı. Laçın Sultanova - APA. BMT-nin mədəniyyət, elm və təhsil üzrə təşkilatı olan UNESCO-nun Bakıda konfransı keçiriləcək.

YUNESKO-nun ictimaiyyət və informasiya bürosundan APA-ya verilən məlumata görə, konfrans mayın 14-16-da paytaxtın «Gülüstan» sarayında təşkil olunacaq. Konfrans Avropada savadlılığın yayılması problemlərinə həsr olunacaq.

3. #1023
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Qəbələ RLS-dən birgə istifadə məsələsində Rusiya ilə əməkdaşlığı mümkün sayır

[b]ABŞ Qəbələ RLS-dən birgə istifadə məsələsində Rusiya ilə əməkdaşlığı mümkün sayır[b]

Bakı. Tamara Qriqoryeva - APA. ABŞ raket hücumundan müdafiə məsələsində, o cümlədən Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlıq etmək üçün hər cür imkan olduğu qənaətindədir.

APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu NATO-nun Buxarest sammitinin və Soçidə keçirilmiş Putin-Buş görüşünün yekunlarına həsr olunmuş brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid deyib. O bildirib ki, 2007-ci ildə "Böyük səkkizlər"in Almaniyada keçirilən toplantısı zamanı Rusiyanın Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə ilə bağlı irəli sürdüyü təklif ABŞ tərəfindən qəbul edilib, ancaq Vaşinqton bunu Polşa və Çexiyada yerləşdirəcəyi antiraket sisteminin ümumi tərkib hissəsi kimi görmək istəyir. D. Frid Rusiyanın ABŞ-ın bu planlarının əleyhinə çıxmaqda davam etdiyini söyləyib. Onun sözlərinə görə, NATO sammitinin yekun Bəyannaməsində raket təhlükələrinə operativ reaksiya sistemini yaradılmasında ABŞ, Avropa və Rusiyanın bərabərhüquqlu tərəfdaş kimi iştirak etməkdə maraqlı olduqları göstərilir.

4. #1024
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azəri star-2008" müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub

[b]"Azəri star-2008" müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub[b]

Bakı. Ülkər Qasımova-APA. "Azəri star-2008" müsabiqəsinin münsiflər heyətinin tərkibi məlum olub. Layihənin rəhbəri Kamal Ceng İçten APA-ya bildirib ki, münsiflər heyətində bəstəkar Eldar Mansurov, aktrisa Sənubər İsgəndəli, sənətçilər Faiq Ağayev və Röya təmsil olunur. Onun sözlərinə görə, aprelin 7-də "Azəri star-2008"-in seçim turları başa çatıb. Müsabiqənin canlı yayımında 20 gənc mübarizə aparacaq. Həmin sənətçilərdən 8-i qız, 12-si isə oğlandır. Layihə rəhbərinin sözlərinə görə, seçim turları ilə bağlı gündəlik verilişlərin yayımına gələn həftədən başlanılacaq. Müsabiqənin canlı yayımına aprelin 25-də start verilməsi nəzərdə tutulur.

5. #1025
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"İsrail-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü: "Knessetdə "erməni soyqırımı"nın tanınması İsrailin təcridinə səbəb olacaq"

[b]"İsrail-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü: "Knessetdə "erməni soyqırımı"nın tanınması İsrailin təcridinə səbəb olacaq"[b]

Bakı. Laçın Sultanova - APA. "İsrail-Azərbaycan" Assosiasiyası İdarə Heyətinin üzvü Yana Salman İsrail parlamentinin (Knesset) deputatı, "erməni soyqırımı" məsələsini Knessetin müzakirəsinə çıxarmış deputat Zeyev Elkinə məktub ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir ki, "erməni soyqırımı" heç nədən nəsə əldə etmək məqsədi güdən zəngin təxəyyülün uydurmasıdır. Ermənilər "soyqırımı sənayesi" yaradaraq yalan, iftira, hiyləgərliklə xristian dünyasından milyardlarla dollar almaq məqsədi güdürlər. İxtisasca tarixçi olan Yana Salman yazır ki, «soyqırımı» sözü ilk dəfə II Dünya Müharibəsi zamanı yəhudi millətini məhv etmək cəhdini təsvir etmək üçün yaranıb. Osmanlı Türkiyəsi tərəfindən isə heç zaman qarşıya bir milləti məhv etmək məqsədi qoyulmayıb. Erməni məsələsinin birdəfəlik həlli barədə heç bir sənəd mövcud deyil. Osmanlı Türkiyəsində yaşayan ermənilər bu ölkənin siyasi və iqtisadi qüvvəsinin sarsıdılmasına yönəlmiş Rusiya xristian ideyasının bələdçiləri olublar, bu azmış kimi, ölkə daxilində "beşinci kolon" hərbi birləşmə yaradıblar. Əslində bu, vətəndaşı olduqları ölkəyə düşmən mövqeyində durmaq demək idi. 1919-cu ilin Paris konfransında ermənilər «soyqırımı» (sözün özü istifadə olunmamışdı) məsələsini iki dəfə qaldırsalar da, hər iki dəfə bu iddia keçməyib. Müharibə bitdikdən dərhal sonra, özü də konfransda Türkiyə nümayəndələrinin iştirakı olmadan bu məsələ rədd edilib. Y. Salman deputat Z. Elkini vətənpərvər olmağa çağırıb və bildirib ki, "erməni soyqırımı"nın tanınması İsrail-Türkiyə əlaqələrinin pisləşməsinə və İsrailin təcrid olunmasına, başqa sözlə, «hamıya qarşı tək» vəziyyətə düşməsinə səbəb olacaq.

6. #1026
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda səfərdə olan amerikalı cazmenlər mətbuat konfransı keçiriblər

[b]Azərbaycanda səfərdə olan amerikalı cazmenlər mətbuat konfransı keçiriblər[b]

Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanda səfərdə olan Amerikanın tanınmış cazmenləri Dan Tepfer və Coul Harrison mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, Dan Tepfer bildirib ki, o, bir çox beynəlxalq müsabiqənin, o cümlədən Edinburq və Dandi Cazı Festivallarının, Parisdə Beynəlxalq Hərbi Solal Cazı Fortepianosu Yarışının, Vaşinqtondakı FMJS Caz Yarışmasının laureatıdır. Caz fortepianosu işində magistr dərəcəsi aldığını deyən Tepfer 2007-ci ilin aprel ayında isə Amerikan Pianoçular Assosiasiyasının "Koul qapıçısı" prizini qazanıb. O, hazırda Nyu-Yorkda caz pianoçusu Fred Hersch və klassik pianoçu Zitta Zohar ilə oxuyur. Cazmen Azərbaycanın dünya şöhrətli cazmeni Vaqif Mustafazadənin yaradıcılığı ilə tanış olduğunu qeyd edib: "Mən Vaqif Mustafazadənin 1979-cu ildə Latviyadakı konsertinə qulaq asmışam. Səfər zamanı muğamla cazın sintezini dinləmək və öyrənmək istəyirəm. Burada həm master-klasslar keçirəcək, həm də Azərbaycan musiqiçiləri ilə tanış olacağıq". Coul Harrison isə bildirib ki, o, Mississipi Dövlət Universitetinin professoru olub, 14 il orada çalışıb, həmçinin Missisipi Fortepianosu Vitrininin direktoru vəzifəsində çalışıb. Hazırda Amerika Pianoçular Assosiasiyasının üzvüdür. O, 2002-ci ildə müqavilə əsasında İngiltərə Musiqiçilərinin Assosiasiyasında kampaniya sədri olduğunu da qeyd edib. Harrison hazırda Şimali Karolina, İndiana universitetlərində dərs dediyini və İsveçrədə, Avstriyada və İtaliyada tədqiqatlar apardığını da diqqətə çatdırıb. ABŞ Səfirliyinin mədəniyyət üzrə müşaviri Dmitri Taraxovski layihənin "Qarant Sığorta" Şirkətinin sponsorluğu ilə həyata keçirildiyini qeyd edib: "Qonaqların səfər proqramı zəngindir. Caz mədəniyyəti mərkəzlərindən hesab olunan Bakıya səfərləri çərçivəsində musiqiçilər Milli Musiqi Konservatoriyasında, Bülbül adına Musiqi Məktəbində təlimlər keçərək, öz təcrübələrini tələbələrlə bölüşəcəklər. Bundan başqa, musiqi menecerləri, bu sahənin bilicilərinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq". D.Taraxovski qeyd edib ki, qonaqlar aprelin 9-da Bakı Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək, aprelin 10-da isə Türkiyəyə yola düşəcəklər.

7. #1027
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyəli ekspert: "Ermənistan böyük dövlətlərin istifadə etdiyi oyuncaqdır"

[b]Türkiyəli ekspert: "Ermənistan böyük dövlətlərin istifadə etdiyi oyuncaqdır"[b]

İstanbul. Mayis Əlizadə - APA. "Avropa Birliyi Məhkəməsinin PKK-nın terror təşkilatları siyahısından çıxarılması ilə bağlı qərarı AB-nin Türkiyəyə qarşı ikili standart tətbiq etdiyini bir daha göstərir. AB-nin qəbul etdiyi qərarlarda Fransa, Almaniya və İngiltərədən birinin möhürünü mütləq görə bilirik. PKK terror təşkilatı ilə bağlı qəbul edilən bu qərar Türkiyəyə "sən Avropaya gəlmə, səni istəmirik" xəbərdarlığını da ehtiva edir. Bu, bir siyasi qərardır və Türkiyə bu qərarı doğru şərh etmək məcburiyyətindədir". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Yedditəpə Universteti beynəlxalq əlaqələr kafedrasının müəllimi və "Habertürk" televiziyasının "Aynanın arxası" proqramının aparıcısı, politologiya doktoru Erol Mütərcimlər deyib. O, Mustafa Kamal Atatürkdən misal gətirərək Avropanın iki üzü olduğunu bildirib: "Birincisi, renessansı yaşamış, müasir, islahatçı Avropa, ikincisi isə müstəmləkəçi Avropa. Öz ölkələri üçün insan hüquqları prinsipindən çıxış edən AB növbə başqa ölkələrə gələndə bu dəyərləri arxa plana atır. Fransa Afrika ölkələrindən gələnlərin haqlarını tapdalayır, Almaniyada irqçilər türkləri yandırırlar. Bu səpkili faktlara AB ölkələri insan haqları adına heç bir reaksiya göstərmirlər, ancaq Türkiyədə azyaşlı uşaqları qətlə yetirən PKK-nın adını terror siyahısından çıxarırlar. Bu qərardan sonra AB Məhkəməsi Türkiyədən PKK terror təşkilatını siyasi təşkilat kimi tanımağı da tələb edə bilər. Türkiyədə buna qarşı dura və milli dövləti qoruya biləcək siyasi iradə yoxdur. Siyasi iqtidarın təslimiyyət yolunu seçməsini xaricdəkilər də yaxşı bilir və hökumətə təzyiqləri davam etdirirlər". Ekspertin fikrincə, bir müddət sonra Türkiyəni parçalanma prosesinə daxil etməyə çalışacaqlar: "Amma bu ölkənin ordusu ve xalqının buna icazə verməyəcəyinə inanıram"."PKK ilə eyni paraleldə hərəkət edən erməni terrorçuları Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, 1992-ci ildə Xocalı soyqırımını törətmişlər. Avropa Birliyi Məhkəməsinin bu qərarı terrorçu və işğalçılara cəsarət verməyəcəkmi?" sualına politologiya doktoru Erol Mütərcimlər belə cavab verib: "Onların dalında duran qüvvələrə baxmaq lazımdır. Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün ermənilər gücü haradan alırlar? Əlbəttə ki, Qərbdən və Rusiyadan. Ermənistan böyük dövlətlərin istifadə etdiyi oyuncaqdır. Bunu yaxşı görmək lazımdır. Azərbaycan ilk növbədə bu oyuncaqdan ona qarşı istifadə edənlərlə münasibətlərinə yenidən baxmalıdır. Bu, eyni zamanda Türkiyəyə də aiddir".

8. #1028
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın meyxana ustası Ağasəlim Çıldağ vəfat edib

[b]Azərbaycanın meyxana ustası Ağasəlim Çıldağ vəfat edib[b]

Bakı. Ülkər Qasımova - APA. Meyxana ustası, "Şöhrət" ordenli Ağasəlim Çıldağ uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 78 yaşında vəfat edib.

Mərhumun bacısı oğlu meyxanaçı Ağamirzənin APA-ya bildirdiyinə görə, A. Çıldağla vida mərasimi doğulub, boya-başa çatdığı Maştağada keçiriləcək. Mərhum bu gün Maştağa qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, bir neçə il əvvəl insult keçirən A. Çıldağın son vaxtlar ayaqları tutulub. O, xəstəliyi ilə əlaqədar uzun müddət müalicə alıb.

9. #1029
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Birliyi Azərbaycanda məskunlaşmış çeçenlərə yardım ayırıb

[b]Avropa Birliyi Azərbaycanda məskunlaşmış çeçenlərə yardım ayırıb[b]

Brüssel - APA. Avropa Komissiyası Çeçenistan münaqişəsinin qurbanlarına 11 milyon avro həcmində humanitar yardım ayırıb.

APA-nın "Kavkazskiy uzel" saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının Moskvadakı nümayəndəliyindən bildiriblər ki, humanitar yardım həm Çeçenistan daxilində yaşayış yerlərini dəyişmiş şəxslərə, həm də qonşu ölkələrdə və regionlarda məskunlaşmış köçkünlərə veriləcək. Çeçenistana ayrılacaq vəsait əhalinin gəlirlərinin artırılması işinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, şəxsi evlərin təmirinə, həmçinin ilk tibbi yardım xidməti, ana və uşaqların qorunmasına yönələcək. Vəsaitin bir hissəsi Azərbaycanda yaşayan aztəminatlı çeçenlərə yardım üçün sərf ediləcək. Avropa Komissiyasının məlumatlarına əsasən İnquşetiyada 14 minə yaxın, Dağıstanda 4 min, Azərbaycanda 2100, Gürcüstanda isə 1100 Çeçenistan qaçqını məskunlaşıb.

10. #1030
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ukrayna Müdafiə Nazirliyi: "GUAM-ın sülhməramlı kontingentinin yaradılması üçün dövlət başçılarının siyasi qərarı lazımdır"

[b]Ukrayna Müdafiə Nazirliyi: "GUAM-ın sülhməramlı kontingentinin yaradılması üçün dövlət başçılarının siyasi qərarı lazımdır"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "GUAM-ın sülhməramlı kontingentinin yaradılması ideyasının gerçəkləşməsinə mane olan əsas amil dövlət başçılarının bu yöndə siyasi qərarının olmamasıdır".

Bunu APA-ya Ukrayna Müdafiə Nazirliyindən deyiblər. Nazirlikdən bildiriblər ki, dövlət başçıları müvafiq sənədi imzalamadan bu ideya layihə olaraq qalacaq. Ukrayna Müdafiə Nazirliyi bu məsələ ilə bağlı müdafiə nazirlərinin xüsusi görüşünü də vacib sayır. Belə bir görüş MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında baş tuta bilər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.