Sayfa 115/461 İlkİlk ... 1565105113114115116117125165215 ... SonSon
4610 sonuçtan 1.141 ile 1.150 arası

Azərbaycan Xəbərləri

1. #1141
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şeyxülislamın Səudiyyə Ərəbistanı Krallığına səfəri başlayır

[b]Şeyxülislamın Səudiyyə Ərəbistanı Krallığına səfəri başlayır[b]

APA-nın məlumatına görə, bu barədə A. Paşazadə məlumat verib. Şeyx bir həftə davam edəcək səfərdə Səudiyyə Ərəbistanı Krallığının Həcc naziri və digər rəsmi şəxslərlə görüşlər keçirəcəyini deyib. Onun sözlərinə görə, keçirəcəyi görüşlərdə bu ilki Həcc ziyarəti ilə yanaşı, dünyada dini sahədə gedən proseslər də müzakirə olunacaq. A. Paşazadə son vaxtlar dünya ölkələrində dinlərarası dialoqa çağırışların intensivləşdiyini, Azərbaycanda isə bu məsələ ilə bağlı hələ iki il əvvəl böyük bir tədbirin keçirildiyini deyib: "Əslində dinlərarası dialoqa çağırış məhz bizim təşəbbüsümüz olub. Bu bizim qələbəmizdir".

2. #1142
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakının Qaradağ rayonunda arvad ərini qətlə yetirib

[b]Bakının Qaradağ rayonunda arvad ərini qətlə yetirib[b]

Bakı. Şəhriyar Əlizadə-APA. Bakının Qaradağ rayonunun Müşfiq qəsəbəsində arvad ərini qətlə yetirib. Daxili işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Qalina Kolduşova ailə münaqişəsi zəminində əri Anatolini bıçaqla qətlə yetirib. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.Kolduşova tutulub.

3. #1143
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şeyxülislam: "Azərbaycanda kiminsə dini etiqadına görə həbs edilməsi məsələsi yoxdur"

[b]Şeyxülislam: "Azərbaycanda kiminsə dini etiqadına görə həbs edilməsi məsələsi yoxdur"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Bu günə kimi Azərbaycanda kiminsə dini etiqadına görə həbs edilməsi məsələsi yoxdur. İstənilən şəxs, hətta dindar olsa belə, qanun pozuntusuna yol veribsə, qanun qarşısında cavab verməlidir".

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx qloballaşma dövründə xarici dövlətlərdən ölkəyə qeyri-ənənəvi dinlərin daxil olmasını mümkün sayıb. Onun sözlərinə görə, belə ənənəvi təriqətlər həm müsəlman, həm də xristian təmayüllü ola bilər: "Azərbaycanda qanundan kənar fəaliyyət göstərən dini təriqətlərlə mübarizə aparmaq üçün hüquq-mühafizə orqanları var".

4. #1144
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şeyx BMT baş katibini Bakıda keçiriləcək din xadimlərinin sammitinə dəvət edib

[b]Şeyx BMT baş katibini Bakıda keçiriləcək din xadimlərinin sammitinə dəvət edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvaya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Paşazadə səfər zamanı bütün Rusiya Patriarxı II Aleksi ilə görüşdüyünü bildirib. QMİ sədri görüşdə qloballaşan dünyada artan təhlükə və təhdidlərin, müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında qarşıdurma yaratma meyllərinin qarşısının yalnız siyasətçilərin səyləri sayəsində alınmasının qeyri-mümkünlüyü haqda müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, görüş zamanı Birləşmiş Millətlər Təşkilatı nəzdində Dinlərarası Məşvərət Şurasının yaradılması ideyası haqda da danışılıb: "Belə bir şuranın yaradılma təşəbbüsü 2006-cı ildə Moskvada keçirilən Dini liderlərin Ümumdünya Sammitində MDB Dinlərarası Sülhyaratma Şurasının həmsədrləri kimi mən və Moskva və bütün Rusiya Patriarxı II Aleksi tərəfindən irəli sürülüb. BMT-nin himayəsində fəaliyyət göstərəcəyi təqdirdə bu şuranın dünya birliyi üçün taleyüklü qərarların qəbul edilməsi prosesində ənənəvi dinlərin liderlərinin müdrik fikir və tövsiyələrinin nəzərə alınmasını təmin etmək məramına xidmət edəcəyi gözlənilir". Şeyx vaxtilə Qarabağ probleminin dinlərarası münaqişə müstəvisinə transfer edilməsinin qarşısının alınması üçün gərgin səylərinə görə II Aleksiyə öz təşəkkürlərini bildirdiyini və Patriarxı Azərbaycana səfər dəvət etdiyini deyib. A. Paşazadə, həmçinin Moskva Patriarxlığının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Smolensk və Kalininqrad mitropoliti Kiril və BMT-nin baş katibi Pan Ki Munla da görüşü haqda məlumat verib. QMİ sədri Pan Ki Munu 2009-cu ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan din xadimlərinin sammitinə də dəvət edib.

5. #1145
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dağıstanın Xasavyurd rayonunda silahlı dəstə başçılarından biri öldürülüb

[b]Dağıstanın Xasavyurd rayonunda silahlı dəstə başçılarından biri öldürülüb[b]

Xasavyurd. Solmaz Mehdiyeva-APA. Dağıstanın Çeçenistanla həmsərhəd olan Xasavyurd rayonunda silahlı dəstə başçılarından biri öldürülüb. APA-nın Dağıstan bürosunun məlumatına görə, rayon daxili işlər orqanları əməkdaşları bu gecə silahlı dəstə üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçiriblər. Nəticədə bir neçə terror aktı törətməkdə təqsirləndirilən dəstə başçısı İsmayıl Yanqizbayev öldürülüb.

6. #1146
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Şəki şəhərində qan vermə aksiyası keçirilib

[b]Azərbaycanın Şəki şəhərində qan vermə aksiyası keçirilib[b]

Şəki. Hafiz Heydərov-APA. Şəkidə Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə qan vermə aksiyası keçirilib. Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Seyran Məmmədovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aksiya Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibəti ilə təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov başda olmaqla 100-ə yaxın rayon sakini talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə aksiyada iştirak edib.

7. #1147
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İranın Şiraz şəhərində məsciddə baş verən partlayış nəticəsində 10 nəfər ölüb

[b]İranın Şiraz şəhərində məsciddə baş verən partlayış nəticəsində 10 nəfər ölüb[b]

Şiraz. Ramil Məmmədli-APA. İranın Şiraz şəhərində məscidə yerləşdirilən bombanın partlaması nəticəsində 10 nəfər ölüb, 160-dan çox insan yaralanıb.

APA-nın İranın rəsmi İRNA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam yerli vaxtla 20.30 radələrində şəhərdəki məscidlərdən birində olub. Partlayışın təsiri hadisə yerindən 1 km aralıda yerləşən evlərdə də hiss olunub. Hadisənin terror aktı olduğu ehtimal edilsə də, indiyədək heç bir qrup üzərinə götürməyib. Ölü və yaralı sayının artacağı ehtimal edilir.

8. #1148
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İtaliyada parlament seçkisi keçirilir

[b]İtaliyada parlament seçkisi keçirilir[b]

Roma-APA. Bu gün və sabah İtaliyada parlament seçkisi keçirilir. APA-nın məlumatına görə, səsvermə bu gün yerli vaxtla saat 08.00-22.00, sabah isə 07.00-15.00 arasında olacaq. Səsvermə nəticəsində Təmsilçilər Məclisi və Senat formalaşacaq. İtaliyada baş nazir postu uğrunda 35 siyasi partiyadan 32 namizəd mübarizə aparır. Seçkinin ilkin nəticəsi sabah saat 15.00-dan sonra açıqlanacaqa

9. #1149
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fuad Muxtarov: "Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır"

[b]Fuad Muxtarov: "Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır"[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il keçiriləcək prezident seçkisində iştirak edib-etməyəcəyini hələ də müəyyənləşdirməyib. Bu barədə APA-ya AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən baş katib Fuad Muxtarov bildirib. Onun sözlərinə görə, partiyanın seçkilərlə bağlı mövqeyinin müəyyənləşməməsinə səbəb AMİP lideri Etibar Məmmədovun prezident seçkisində öz namizədliyini irəli sürüb sürməyəcəyi ilə bağlı qərarının olmamasıdır: "Bizim seçkidə hansı formada iştirak edəcəyimiz Etibar Məmmədovdan asılıdır. Bu məsələni partiyanın yaxın günlərdə keçiriləcək qurultayında müzakirə edəcəyik. Seçki prosesinə start verilənə kimi bu məsələ həllini tapacaq. Əgər Etibar Məmmədov öz namizədliyini irəli sürməsə, o zaman başqa variantlara baxacağıq. Əslində uzun müddətdir ki, bu məsələ partiyanın daxilində müzakirə edilir və bir sıra şəxslər ümumiyyətlə ,indiki şərtlərlə seçkilərə qatılmağın əhəmiyyətsiz olduğunu bildirərək boykot yolunu tutmağı vacib sayırlar. Bütün bu suallara qurultayda cavab tapılacaq".

10. #1150
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Bərdə rayonunda çaya düşərək boğulan 4 yaşlı uşağın meyiti tapılıb

[b]Azərbaycanın Bərdə rayonunda çaya düşərək boğulan 4 yaşlı uşağın meyiti tapılıb[b]

Bərdə. Teymur Quliyev-APA. Aprelin 2-də Bərdənin Əyricə kəndi ərazisində Tərtər çayına düşərək boğulan 4 yaşlı Abışov Seyfəddin Bəhmən oğlunun meyiti Tərtər çayının Kürlə qovuşan hissəsində tapılıb.

Bərdə Rayon Polis şöbəsinin rəisi polis polkovniki Ağalar Məhərrəmov APA-nın Qarabağ bürosuna bildirib ki, cəsədi Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları aşkarlayıblar. Seyfəddin Abışovun meyiti valideynlərinə təhvil verilib. Qeyd edək ki, Abışovlar ailəsi Kəlbəcərdən məcburi köçkündür.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.