Media Hüququ İnstitutu Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb
[b]Media Hüququ İnstitutu Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb. MHİ-dən APA-ya verilən məlumata görə, "Azərbaycanda media hüququ: önəmli olaylar və tendensiyalar" adlanan sənəddə may ayında media qanunvericiliyinə diqqətçəkən dəyişikliklərin edildiyi, həmin dəyişikliklərin azad medianın sıxışdırılmasına xidmət etdiyini bildirilib. Qeyd olunub ki, mayda aşağı məhkəmə instansiyalarının jurnalistlər barəsində çıxardığı ağır məhkəmə qərar və hökmlərindən verilən şikayətlər təmin olunmayıb, jurnalistlərin qaldırdıqları iddialar rədd edilib. Hesabatda Milli Teleradio Şurasının yeni telekanalın açılması məqsədilə elan etdiyi müsabiqənin vaxtının müraciət edənlərin olmaması səbəbindən uzadılması faktı da öz əksini tapıb.
Murad Hüseynov fransalı musiqiçilərlə birlikdə konsert verib
[b]Murad Hüseynov fransalı musiqiçilərlə birlikdə konsert verib[b]
Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov iyunun 4-də Bakıda fransalı skripkaçı Julien Şova və violneçelist Farbris Bianla birgə konsert verib. Bu barədə APA-ya məlumat verən M. Hüseynov konsertin Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirildiyini deyib. Konsertdə Fikrət Əmirov, Bethoven, Motsart və Şubertin mahnıları ifa olunub. Konsert Fransanın Azərbaycandakı Səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Buta" İncəsənət Mərkəzinin birgə təşkilatçılığı həyata keçirilib. M. Hüseynov onu da deyib ki, hər üç musiqiçi eyni proqramla Farnsanın paytaxtı Parisdə də konsert verəcəklər. Bu ayın sonunda isə pianoçu Türkiyədə konsert proqramı ilə çıxış edəcəyini bildirib.
İnsan alveri ilə məşğul olan dəstə üzvləri tutulublar
[b]İnsan alveri ilə məşğul olan dəstə üzvləri tutulublar[b]
Bakı-APA. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olan qrupun üzvləri tutulublar. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Saxlanılan qrup üzvləri Tovuz rayon sakinləri Dilarə Əsgərova və Zabitə Qasımovadır.
"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi təxirə salınıb
[b]"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi təxirə salınıb[b]
Bakı. Hacı Zeynalov-APA. Nəsimi Rayon Məhkəməsində Azadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Bu barədə APA-ya məlumat verən "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib ki, prosesin təxirə salınması qəzetin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun Azərbaycanda olmaması ilə bağlıdır. Cavabdeh tərəf prosesə sədrlik edən hakim Elçin Qurbanovdan iclası təxirə salmasını xahiş edib. Proses iyulun 1-dək təxirə salıb.Qeyd edək ki, Birliyin sədri Təhmasib Novruzov "Azadlıq" qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub.
Şimali İraqın kürd rejimi Kərkük məsələsində güzəştə getməyə hazır olduğunu bəyan edib
[b]Şimali İraqın kürd rejimi Kərkük məsələsində güzəştə getməyə hazır olduğunu bəyan edib[b]
Kərkük. Kərim Həsənli - APA. Şimali İraqdakı kürd federal bölgəsinın rəhbərliyi İraq türkmənlərinin yaşadıqları əsas şəhər olan Kərkükün gələcək taleyinə dair keçirilməsi planlaşdırılan referendumun xaricində həll yolu olduğunu da bildirib. APA-nın məlumatına görə, federal bölgənin xarici işlər naziri Nəçirvan Bərzani Kərkükün idarəçiliyinin kürdlərlə bərabər şəhərdə yaşayan digər etnik qruplar - ərəblər, türkmənlər və assuriyalılar ilə bölüşdürülməsindən ibarət variantı nəzərdən keçirməyə hazır olduqlarını açıqlayıb: "Biz kürdlər adından Kərkükdəki hakimiyyəti bölüşməyə hazır olduğumuzu bildiririk". N. Bərzani təmsil etdiyi qurumun Kərkükün statusu probleminin həll olunmasını istədiyini və referendum üzərində təkid etmədiyini vurğulayıb. BMT-nin İraq təmsilçiliyi də Kərkük probleminin regionda zorakılığı təhrik edəcək referendum yerinə siyasi formul əsasında dinc yolla həllini tövsiyə edib. Qeyd edək ki, kürd federal bölgəsinin parlamentinin qərarına əsasən şəhərin taleyinə dair referendum bu ay keçirilməli idi. Ancaq türkmən icması şəhərdə demoqrafik durumun süni şəkildə kürdlərin xeyrinə dəyişdirildiyini bildirərək bunun əleyhinə çıxır.
Qaqauz Respublikasının sabiq rəhbərləri Türkiyə prezidenti və baş nazirinə müraciət ediblər
[b]Qaqauz Respublikasının sabiq rəhbərləri Türkiyə prezidenti və baş nazirinə müraciət ediblər[b]
Komrat. Kərim Həsənli - APA. Qaqauz Respublikasının keçmiş prezidenti və Ali Sovetinin sədri Türkiyə rəhbərliyinə müraciət edib. APA-nın verdiyi xəbərə görə, Moldovadakı Qaqauz Yeri muxtar bölgəsinin başqanının müşavirləri, 1990-94-cü illərdə mövcud olmuş separatçı Qaqauz Respublikasının prezidenti Stepan Topal və Ali Sovetinin sədri Mixail Kendigelən Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana açıq məktub yazıblar. Onlar məktublarında Moldova rəhbərliyindən şikayət ediblər. Məktubda Türkiyənin Qaqauz Yeri muxtar bölgəsinin təşkil olunmasındakı rolu vurğulanaraq, muxtariyyətin hazırkı rəhbərliyinin türk dünyası ilə əlaqələrə böyük ümidlər bəslədiyi, Azərbaycan, Tatarıstan və Başqırdıstan ilə əlaqələr qurulduğu, Komrat şəhərində böyük liderlər olan Heydər Əliyev və Süleyman Dəmirələ abidələrin qoyulmasının planlaşdırıldığı vurğulanır. Müraciət müəllifləri əvəzində Qaqauz Yerinin başqanı Mixail Formuzalın Türkiyəyə səfərlərinə qeyri-rəsmi qadağanın qoyulması, muxtariyyətin statusuna dair hüquqi aktların birmənalı olaraq Kişinyovdakı mərkəzi hakimiyyət tərəfindən tapdalanması, qaqauz dili və mədəniyyətinin inkişafına heç bir vəsaitin ayrılmaması, bölgənin iqtisadi inkişafının əngəllənməsi və region üçün ayrılan yardımların qarşısının kəsilməsi faktları qeyd olunur: "Təəssüflə qeyd edirik ki, bu gün bizim unikal mədəniyyətə, dilə və ənənələrə sahib olan qədim və azsaylı türk mənşəli xalqımızın qorunması və inkişafı real təhlükə altındadır". Sənəddə Qaqauz Yeri sakinləri adından rəsmi Ankaradan qaqauz xalqının maraqlarının qarantı qismində çıxış etmək və muxtariyyəti mərkəzi hakimiyyət tərəfindən tətbiq olunan iqtisadi blokadadan çıxarmaq xahiş olunur.
Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 54 nəfər saxlanılıb
[b]Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 54 nəfər saxlanılıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin mayında Azərbaycan dövlət sərhədini keçən və ya keçməyə cəhd göstərən 28 halda 54 nəfər sərhəd pozucusu saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tutulan sərhəd pozucularının 26 nəfəri İran, 15 nəfəri Azərbaycan, 5 nəfəri Gürcüstan, 3 nəfəri Türkiyə, 2 nəfəri İraq, 1 nəfəri Rusiya, 1 nəfəri Əfqanıstan və 1 nəfəri Pakistan vətəndaşıdır. Sərhəddə rejim qaydalarını pozduğu üçün 10 halda 16 Azərbaycan vətəndaşı, vizaları olmadığı üçün 65 halda 108 nəfər (23 İran, 17 Türkiyə, 12 Çin, 8 İraq, 6 Pakistan, 5 Azərbaycan, 5 Özbəkistan, 4 Hindistan, 3 İordaniya, 3 Malayziya, 3 Türkmənistan, 2 Filippin, 2 İsrail, 2 Liviya, 2 Rusiya, hər ölkədən bir nəfər olmaqla Almaniya, Böyük Britaniya, Fransa, İndoneziya, İtaliya, Qazaxıstan, Livan, Nigeriya, Oman, Səudiyyə Ərəbistanı və Vyetnam vətəndaşı), vizalarının müddəti qurtardığı üçün 16 halda 20 nəfər (6 İran, 4 Türkiyə, 3 Böyük Britaniya, 2 Fransa, 2 Kanada, hər ölkədən 1 nəfər olmaqla Almaniya, Boliviya və İsrail vətəndaşı), müvafiq sənədləri olmadığına görə 18 halda 19 nəfər (7 Azərbaycan, 5 Rusiya, 3 İran, 2 Qazaxıstan, hər ölkədən 1 nəfər olmaqla Almaniya və Bosniya-Herseqovina vətəndaşı) saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. Ay ərzində axtarışda olan 70 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ötən ay 7 halda 54,188 kq narkotik vasitə aşkarlanaq götürülüb. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Azərbaycana məxsus 11 qayıq saxlanılaraq baxış keçirilib. Ay ərzində sərhəd rejim qaydalarını pozduğu üçün 3 qayıqda 7 Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. 65 halda ümumi dəyəri təxminən 216 971 manat olan qaçaqmalı saxlanılıb.
[b]İraqda xidmət edən gürcü hərbçisi həlak olub[b]
Bağdad - APA. İraqda xidmət edən Gürcüstan sülhməramlılarının bir hərbçisi həlak olub. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Giqa Tatiaşvili 28 yaşlı serjant İrakli Kordzayanın bombardman zamanı öldüyünü açıqlayıb. O, hərbçinin cənazəsinin bir neçə gündən sonra Tiflisə gətiriləcəyini, bütün xərcləri Müdafiə Nazirliyinin öz üzərinə götürdüyünü bildirib. Dövlət İ. Kordzayanın ailəsinə 10 min dollar birdəfəlik yardım göstərəcək.
Ukrayna və Gürcüstan birgə sülhməramlı qüvvələr yaratmaq barədə razılığa gəlib
[b]Ukrayna və Gürcüstan birgə sülhməramlı qüvvələr yaratmaq barədə razılığa gəlib[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ukrayna və Gürcüstan birgə sülhməramlı hərbi kontingent formalaşdırmaq niyyətindədir. Bu quruma sonradan digər GUAM ölkələri də daxil ola bilər".
APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanda səfərdə olan Ukraynanın müdafiə naziri Yuri Yexanurov söyləyib. O, hazırda Gürcüstan tərəfi ilə hərbi kontingentin strukturu və qarşısında duracaq vəzifələrlə bağlı məsləhətləşmələrin davam etdiyini deyib: "Çox ümid edirəm ki, GUAM-a üzv digər ölkələr də qısa bir zamanda bu layihəyə qoşulacaqlar". Ukrayna Müdafiə Nazirliyinin beynəlxalq münasibətlər departamentinin direktoru İvan Androsenko APA-ya açıqlamasında birgə sülhməramlı hərbi birləşmələrin yaradılması ideyasının Yuri Yexanurovun Bakıya səfəri zamanı da müzakirə olunduğunu deyib: "Bu məsələ Bakıda da müzakirə olunub və çox pozitiv qarşılanıb. Bu gün nazir Kiyevə qayıdır, o qayıtdıqdan sonra məsələ ilə bağlı qərar qəbul olunacaq". Androsenko GUAM sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı Moldova ilə xüsusi danışıqların aparılmayacağını bildirib: "Heç bir ölkə ilə ayrı-ayrılıqdan danışıq aparılmamalıdır, qərarı konsensus yolu ilə vermək lazımdır".
Azərbaycan prezidenti İran xarici işlər nazirinin müavinini qəbul edib
[b]Azərbaycan prezidenti İran xarici işlər nazirinin müavinini qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də İran İslam Respublikası xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.Ölkələr arasında münasibətlərin gələcək perspektivlərinə dair də fikir mübadiləsi aparılıb.
Yer imleri