Əsas məzmuna keç
Sayfa 205/461 İlkİlk ... 105155195203204205206207215255305 ... SonSon
4610 sonuçtan 2.041 ile 2.050 arası

Azərbaycan Xəbərləri

1. #2041
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda sabiq prokurorun apellyasiya şikayəti qismən təmin olunub

[b]Azərbaycanda sabiq prokurorun apellyasiya şikayəti qismən təmin olunub[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Ağstafa rayonunun sabiq prokuroru Nadir Bayramov və digər iki nəfərin apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin barəsindəki hökmün dəyişdirilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər Şahnaz Şakilova 11 il, Nadir Bayramov və Elman Şakilov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 312.1-ci (rüşvət vermə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunan Ş. Şakilova 13 il, N. Bayramov və E. Şakilov 3 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

2. #2042
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin tətbiqi haqqında fərman imzalayıb

[b]Azərbaycan prezidenti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin tətbiqi haqqında fərman imzalayıb[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin. Qeyd edək ki, Milli Məclis "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunu bu il mayın 30-da qəbul edib.

3. #2043
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub

[b]PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub[b]

Berlin - APA. PKK terror təşkilatının Danimarkada lisenziya almış və bu ölkədən peyk vasitəsilə bütün dünyaya yayımlanan telekanalı - "Roj TV"nin Almaniya ərazisində yayımına qadağa qoyulub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi ölkədə "Roj TV" adından fəaliyyət göstərən "VİKO Production" şirkətinin fəaliyyətini də yasaqlayıb və mülkiyyətinə həbs qoyub. Nazirlik qərarı belə əsaslandırıb: ""Roj TV" peyk vasitəsilə Almaniyada da yayımlanır. Bu telekanal PKK-nın ruporu rolunda çıxış edir və qeyri-qanuni təşkilatın təbliğatını aparır. "Roj TV"nin məqsədi PKK-nın hədəflərinə uyğun olaraq zorakılığı təbliğ etmək və Türkiyə ilə silahlı toqquşmalar üçün canlı qüvvə cəlb etməkdir".

4. #2044
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Azərbaycandakı səfiri MSK sədri ilə görüşüb

[b]ABŞ-ın Azərbaycandakı səfiri MSK sədri ilə görüşüb[b]

Bakı. Elnur Məmmədli-APA. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə səfir təmsil etdiyi dövlətin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı geniş miqyaslı proqram həyata keçirmək niyyətində olduğunu bildirib. O, seçkilərin azad və ədalətli, demokratik keçirilməsinin ölkədə demokratiyanın göstəricisi hesab etdiyini, ABŞ-ın da Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlı olduğunu bildirib. MSK-nın seçkilərə hazırlıqla bağlı gördüyü işləri izlədiyini bildirən səfir, qurumun aşağı seçki komissiyaları üçün həyata keçirdiyi maarifləndirmə proqramları və seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində gördüyü işlər təqdirəlayiq hesab edib. M. Pənahov isə öz növbəsində Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın ölkədə demokratiyanın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb. MSK sədri prezident seçkilərinin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və vətəndaşların seçki hüquqlarının tam təmin olunacağını söyləyib. O ölkə prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nına uyğun olaraq dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurslar, seminarlar təşkil olunduğunu qeyd edib.

5. #2045
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şahin Mirzəyev: "Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların arasında qadınların sayı ilbəil artır"

[b]Şahin Mirzəyev: "Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların arasında qadınların sayı ilbəil artır"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda son üç ildə və bu ilin beş ayı ərzində narkotiklərlə bağlı 8050 cinayət faktı aşkar edilib. Onlardan 2901-i narkotiklərin satışı, 4746-sı narkotik vasitələrin qanunsuz olaraq əldə olunub saxlanması, 403-ü narkotik xassəli bitkilərin əkini ilə bağlı olub. APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahin Mirzəyev bildirib. Ş. Mirzəyev deyib ki, bu müddətdə qanunsuz dövriyyədən 1 ton 57 kiloqramdan çox müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələr hazırlanması üçün istifadə oluna bilən 1316 ton 33 kiloqram yabanı halda bitən narkotik mənşəli bitki yaşıl kütlə halında aşkarlanaraq məhv edilib. Ş. Mirzəyevin sözlərinə görə, bu müddətdə Azərbaycanda narkotiklərlə bağlı aşkarlanan cinayətlər üzrə 6662 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 1630 nəfəri 30 yaşa qədər olan gənc, 23 nəfər 18 yaşa çatmayan, tələb, 185 nəfər xarici ölkələrin vətəndaşıdır: "Narahatedici faktlardan biri də odur ki, narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların sırasında qadınların sayı ilbəil artır". Rəis müavini ötən il cinayət məsuliyyətinə cəlb olunan 42 xarici ölkə vətəndaşından 92 kiloqram 150 qram narkotik vasitə götürüldüyünü açıqlayıb və qeyd edib ki, onların 99 faizi İran vətəndaşıdır. Son illər keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ən müasir silahlarla təchiz olunan silahlı cinayətkarlar polis əməkdaşlarına qarşı silahlı müqavimət göstəriblər: "Bu, polis əməkdaşlarının xəsarət almaları, hətta həlak olmaları ilə nəticələnib". Onun sözlərinə görə, hər il müsadirə edilən narkotik maddələrin strukturunda heroinin çoxalması, hər il narkotiklərə, onun daha ağır növlərinə tələbatın artması halları bu sahədə ciddi əks tədbirlərin keçirilməsini tələb edir.

6. #2046
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan parlamentinin deputatları Qubada aşkarlanmış kütləvi məzarlığı ziyarət ediblər

[b]Azərbaycan parlamentinin deputatları Qubada aşkarlanmış kütləvi məzarlığı ziyarət ediblər[b]

Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Həvva Məmmədova və Yevda Abramov Qubada aşkar edilmiş kütləvi məzarlıqda aparılan qazıntılarla tanış olublar.

Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, ərazidə aşkar olunan insan kəllələrinin sayı 191-ə çatıb: "Millət vəkilləri ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin zəruriliyini bildirdilər. Ərazidə şüşədən muzeyin yaradılması və hündür qüllənin tikilməsi nəzərdə tutulur".

7. #2047
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Penitensiar Xidmətin şöbə rəisi: "Azərbaycanda 300-ə yaxın məhkum QİÇS daşıyıcısıdır"

[b]Penitensiar Xidmətin şöbə rəisi: "Azərbaycanda 300-ə yaxın məhkum QİÇS daşıyıcısıdır"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın cəzaçəkmə müəssisələrində cəza çəkənlərin 35 faizi narkotiklərlə bağlı məhkum edilib. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tərbiyə işinin təşkili şöbəsinin rəisi Azər Seyidov bildirib.

A. Seyidov cəzaçəkmə müəssisələrində saxlanılan 60-a yaxın yeniyetmənin arasında narkotiklərlə bağlı məhkum edilənin olmamasını təqdirəlayiq hal olduğunu bildirib. Onun sözlərinə görə, qadın məhbusların əksəriyyəti narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilib. A. Seyidov hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 300-ə yaxın məhkumun QİÇS virusunun daşıyıcısı olduğunu deyib.

8. #2048
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabir Rüstəmxanlı: "Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin"

[b]Sabir Rüstəmxanlı: "Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin"[b]

Bakı. Ramil Məmmədli - APA. "Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup boş yerə qüvvə sərf etməmək üçün adını Demokratik Dünya Azərbaycanlıları Konqresi olaraq saxlasın və Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin". Bu sözləri APA-ya açıqlamasında DAK-ın həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu məsələyə görə Qulamrza Səbri Təbrizi ilə məhkəmə zalında görüşmək istəməzdi: "İşin o yerə gedib çıxmasını arzulamıram. Qulamrza Səbri Təbrizi ömrü boyu qürbətdə yaşayıb və yaşlı adamdır. Əgər istəsəydim, çoxdan bu məsələ qanun çərçivəsində həll olunardı və onun Bakıdakı qərargahı bağlanardı. Sadəcə, bunu DAK-a və özümüzə sığışdırmadım". S. Rüstəmxanlının sözlərinə görə, ola bilsin Qulamrza Səbri Təbrizi öz qurumunu başqa ölkədə qeydiyyatdan keçirsin: "Əgər ciddi münaqişə yaransa, beynəlxalq məhkəmələrə və qeydiyyatda olduğumuz ölkənin müvafiq qurumlarına müraciət edəcəyik. Bu ikitirəlik həll olunmalıdır".

9. #2049
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Fətullah Gülənə "Yaşıl kart" verməkdən imtina edib

[b]ABŞ Fətullah Gülənə "Yaşıl kart" verməkdən imtina edib[b]

Vaşinqton - APA. Türkiyədə barəsində açılan cinayət işlərinə görə uzun müddətdir ABŞ-da yaşayan "nurçular"ın lideri Fətullah Gülənin "Greeen Card" (Yaşıl kart") almaq üçün Pensilvaniya Şərq Dairə Məhkəməsində qaldırdığı iddia rədd edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, F. Gülən bir müddət əvvəl "Yaşıl kart" almaq üçün ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidmətinə (USCİK) müraciət edib, lakin müraciət qəbul olunmayıb. Bundan sonra dini lider məhkəməyə üz tutub. Lakin məhkəmə onun ABŞ-da yaşamaq, səyahət etmək və işləmək icazəsi verən "Yaşıl kart" almaq üçün irəli sürdüyü arqumentləri yetərli saymayıb. Məhkəmə qərarına əsasən F. Gülənin 1 ay ərzində ABŞ-ı tərk etməli olduğu bildirilsə də, qanunvericilikdə konkret müddət göstərilmədiyi üçün "nurçular"ın liderinin qeyri-qanuni olaraq daha 6 ay ABŞ-da qalması mümkün sayılır. Xatırladaq ki, bu günlərdə Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası F. Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd edib. Bununla da F. Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmış olub.

10. #2050
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İPAP-ın II hissəsi əsasında aparılacaq islahatların nəticəsi olaraq Baş Qərargahın Müdafiə Nazirliyindən ayrılması nəzərdə tutulur

[b]İPAP-ın II hissəsi əsasında aparılacaq islahatların nəticəsi olaraq Baş Qərargahın Müdafiə Nazirliyindən ayrılması nəzərdə tutulur[b]

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Fərdi Tərəfdaşlığın Əməliyyat Planının (İPAP) ikinci hissəsinə yeni hədəflərlə yanaşı, sənədin birinci hissəsində yerinə yetirilməmiş bəzi məsələlər də daxil edilib.

APA-nın məlumatına görə, bu barədə "Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda Bakıda keçirilən konfransda Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin ikinci katibi Hikmət Hacıyev bildirib. H. Hacıyevin sözlərinə görə, İPAP-ın II hissəsində qarşıya qoyulan hədəflərdən biri də Müdafiə Nazirliyinin mərkəzi aparatında islahatların aparılmasıdır. İslahatların nəticəsi olaraq Baş Qərargah Müdafiə Nazirliyindən ayrılmalı, Müdafiə Nazirliyi daha çox mülki struktura çevrilməlidir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.