Sayfa 104/461 İlkİlk ... 45494102103104105106114154204 ... SonSon
4610 sonuçtan 1.031 ile 1.040 arası

Azərbaycan Xəbərləri

1. #1031
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Amerika alimləri: "Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır"

[b]Amerika alimləri: "Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır"[b]

Los Anceles. Hüsniyyə Həsənova - APA. Azərbaycanlılar və ermənilər Qafqazın iki ən yaxın xalqıdır. APA-nın ABŞ bürosunun məlumatına görə, Pensilvaniya Dövlət Universitetinin Antropologiya Departamentinin müəllimləri - İvan Nasidze və Mark Stonekin Qafqazın 9 xalqının DNK kodunu müqayisə etdikdən sonra bu qənaətə qəliblər.

Alimlər Qafqazın Azərbaycan, gürcü, erməni, kabardin, inquş, çeçen, abxaz, çərkəz və dargin xalqlarının 353 nümayəndəsindən qan analizi götürüblər. Qan analizi götürülən insanların qohum olmamasına xüsusi nəzarət edən antropoloqlar onların DNK kodlarının oxşarlığına baxıblar. Aparılan araşdırma nəticəsində alimlər Qafqazda azərbaycanlıların Altay, ermənilərin isə Hind-Avropa dil qrupuna məxsus olmasına baxmayaraq, iki ən yaxın xalq olduğunu müəyyən ediblər. Onların ehtimalına görə, bu iki xalq 1300-1400 il əvvəl həddindən artıq yaxın olub. Lakin ötən 11 əsrdə Oğuzların Azərbaycana köçməsi sayəsində Azərbaycan dilinin Altay dilinə yaxınlaşması prosesi baş verib. Ermənilər isə yaşadıqları ərazilərdə Hind-Avropa dilli xalqlarının təsirinə məruz qalaraq müasir dillərinə yiyələniblər.

2. #1032
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Strasburqda "Mədəniyyətlərarası dialoqda dini ölçü" mövzusunda konfrans keçirilir

[b]Strasburqda "Mədəniyyətlərarası dialoqda dini ölçü" mövzusunda konfrans keçirilir[b]

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurasında "Mədəniyyətlərarası dialoqda dini ölçü" mövzusunda konfrans keçirilir.

APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Şurası Nazirlər Komitəsi adından San-Marino xarici işlər naziri Fiorenzo Stolfinin sədrliyi ilə keçirilən tədbirdə məqsəd Avropa cəmiyyətində qarşılıqlı anlaşma, hörmət və tolerantlığa nail olmaq, bununla da Avropa dəyərlərini daha da möhkəmləndirmək və yaymaqdan ibarətdir. Konfransda üç səmavi dinin təmsilçiləri, bu sahənin alimləri, eləcə də AŞ yanında daimi nümayəndəliklərin təmsilçiləri iştirak edirlər. Toplantıda əsasən "Təhsildə dini elementlərin tədrisi və qavranılması", "Dinin təhsil, demokratik vətəndaşlıq, insan haqları və mədəniyyətlərarası dialoqda rolu" mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin də iştirakı gözlənilsə də, son anda səfər təxirə salınıb.

3. #1033
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Razılıq əldə olunarsa, NATO enerji infrastrukturları və layihələrin qorunmasında Azərbaycana yardım edə bilər

[b]Razılıq əldə olunarsa, NATO enerji infrastrukturları və layihələrin qorunmasında Azərbaycana yardım edə bilər[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycan hökuməti ilə NATO arasında razılıq əldə olunarsa, alyans enerji infrastrukturlarının və layihələrin qorunmasında Azərbaycana yardım göstərə bilər.

Bu barədə APA-ya Azərbaycanın NATO-dakı daimi nümayəndəliyindən məlumat verilib. Nümayəndəlikdən bildirilib ki, ərazisindəki enerji infrastrukturlarının qorunması hər bir ölkənin daxili işi olsa da, əldə olunmuş razılıqlar çərçivəsində NATO həmin dövlətlərin müvafiq qurumlarına təlimlər, təhlillər və digər formalarda yardımlar göstərmək imkanına malikdir. Nümayəndəlikdən yaxın günlərdə NATO ekspertlərinin Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) birinci hissəsinin icrasının monitorinqini aparmaq və ikinci hissəyə start verilməsi məqsədi ilə Azərbaycana səfər edəcəyi də bildirilib.

4. #1034
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məhkəmə Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzetinin yerləşdiyi binadan çıxarılması barədə qərar qəbul edib

[b]Məhkəmə Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzetinin yerləşdiyi binadan çıxarılması barədə qərar qəbul edib[b]

Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) və "Bakı-Zaman" qəzeti yerləşdiyi binadan çıxarılacaq. Bu barədə APA-ya binanın sahibi, Rəsul Quliyevin qaynı İdris Quliyev məlumat verib.

Onun sözlərinə görə, partiya və qəzetin binadan çıxarılması ilə bağlı bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinə müraciət edib və təxminən bir ay əvvəl hakim Fuad Hüseynovun sədrliyi ilə iddia təmin edilib. Buna baxmayaraq, qəzet və partiya rəhbərliyi binanı tərk etməyib və məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. İ. Quliyev bu günlərdə Apellyasiya Məhkəməsinin Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxladığını qeyd edib. Məhkəmə cavabdeh tərəflərin xahişini nəzərə alaraq, onların 3 aydan sonra qərargahı tərk etməsinə razılıq verib. İ. Quliyev icarə müqaviləsini pozmasının, partiya və qəzeti binadan çıxarmasının səbəblərinə aydınlıq gətirməyib. Maraqlıdır ki, icarə müqaviləsinin tərəflərindən biri olan ACP sədrinin müavini Yaqub Abbasov APA-ya məsələdən xəbərsiz olduğunu bildirib və bu barədə danışmaq istəməyib. ACP sədri Akif Şahbazov da eyni mövqe nümayiş etdirib. ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva isə məsələdən xəbərdar olduğunu qeyd edib: "Hələlik partiyanın hansı addım atacağı, harada məskunlaşacağı müəyyənləşdirməyib. Yəqin ki, bu barədə lazımı addımlar atılacaq". Z. Dünyamalıyeva İ. Quliyevin addımına münasibət bildirmək istəmədiyini söyləyib.

5. #1035
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsrail Türkiyəyə uydurma "erməni soyqırımı"nın tanınmayacağına dair təminat verib

[b]İsrail Türkiyəyə uydurma "erməni soyqırımı"nın tanınmayacağına dair təminat verib[b]

Ankara - APA. İsraildə səfərdə olan Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin rəhbəri Murad Mərcan bu ölkə parlamentinə təqdim olunan və uydurma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qərar layihəsinin qəbul edilməyəcəyinə inandıqlarını bildirib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri M. Mərcan İsrail prezidenti Şimon Peres başda olmaqla, görüşdükləri bütün səlahiyyətli şəxslərdən saxta "soyqırım"ın tanınması cəhdlərinin nəticəsiz qalacağına dair təminat aldıqlarını açıqlayıb. O bildirib ki, İsrail Türkiyədən çox şey gözləyir: "İsrailin bölgədə təhlükəsizliklə bağlı narahatlığını anlamalıyıq". Qeyd edək ki, uydurma "erməni soyqırımı" ilə bağlı qərar layihəsini Knessetin gündəminə "Meretz" Partiyası tərəfindən gətirilib.

6. #1036
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Abbas Lisaninin məhkəməsi olub

[b]Abbas Lisaninin məhkəməsi olub[b]

Bakı.Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisanin məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. R. Əlizadə deyib ki, A. Lisani 2005-ci ildə Səttarxanın və Bağırxanın məzarı üzərində keçirilən mitinqdə İran hökuməti əleyhinə fikirlər söyləməkdə ittiham olunub. Təbriz İnqilab Məhkəməsində dünən keçirilən məhkəmə iclasında A. Lisani 50 min İran tüməni (60 ABŞ dolları) məbləğində cərimə olunub.Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinə təşkilatçılıq etməkdə təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb.

7. #1037
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər

[b]Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər[b]

Bakı. Laçın Sultanova-APA. Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Anaməmməd Məmmədov etimadnamələrinin surətini bu gün xarici işlər naziri Elmar Məmmədyarova təqdim ediblər. APA-nın məlumatına görə, Tacikistan Azərbaycana ilk dəfədir səfir təyin edir, Türkmənistanın isə ölkəmizdə ötən əsrin 90-ci illərində səfirliyi fəaliyyət göstərib. 2001-ci ildə maliyyə çətinlikləri əsas gətirilərək, Türkmənistan səfirliyinin Bakıda fəaliyyəti dayandırılıb.Hər iki ölkənin səfirləri etimadnamələrini prezident İlham Əliyevə təqdim etdikdən sonra diplomatik missiyanın rəhbərləri kimi rəsmən fəaliyyətə başlayacaqlar.

8. #1038
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər

[b]Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirləri etimadnamələrinin surətini Elmar Məmmədyarova təqdim ediblər[b]

Bakı. Laçın Sultanova-APA. Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Annaməmməd Məmmədov etimadnamələrinin surətini bu gün xarici işlər naziri Elmar Məmmədyarova təqdim ediblər. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tacikistan səfiri ilə görüşdə qarşılıqlı rəsmi səfərlərin artdığını və iqtisadi, siyasi müstəvidə daha sıx əməkdaşlığın qurulmasında vacib rol oynadığını qeyd edən tərəflər ikitərəfli əlaqələrin mövcud baza əsasında daha da irəli aparılmasının zəruriliyini vurğulayıblar. Z. Vəzirov bu yaxınlarda Bakı-Düşənbə aviareysinin açılacağını bildirib, Tacikistanın Azərbaycanda bir sıra iqtisadi maraqlarının olduğunu, neft koksundan əlavə, digər neft məhsullarının idxalı, kənd təsərrüfatı, bank sistemi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Tərəflər, həmçinin sərmayə qoyuluşu, elmi kadrların hazırlanması, hərbi-texniki sahədə əməkdaşlıq, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Türkmənistan səfiri Annaməmməd Məmmədovla görüşdə isə qardaş xalqlar arasında dost əlaqələrin möhkəmləndirilməsinin hər iki dövlətin milli maraqlarına uyğun olduğu, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud şərtlərin əlverişliliyini vurğulanıb. Xüsusilə, prezidentlərin görüşü, qarşılıqlı səfərlər, hökumətlərarası komissiyanın görüşlərinin səmərəliliyi qeyd olunub, Azərbaycan və Türkmənistan arasında bir sıra məsələlərin nizama salınması alqışlanıb. E. Məmmədyarov bu əlverişli şəraitin əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirməyə əsas verdiyini, bu imkanlardan bəhrələnərək, XİN-lərarası məsləhətləşmələr keçirmək və energetika, humanitar, mədəniyyət, elm-təhsil, hərbi sferalarda birgə fəaliyyət qurmağın zəruriliyini diqqətə çatdırıb. Qeyd edək ki, Tacikistan Azərbaycana ilk dəfədir, səfir təyin edir, Türkmənistanın isə ölkəmizdə ötən əsrin 90-ci illərində səfirliyi fəaliyyət göstərib. 2001-ci ildə maliyyə çətinlikləri səbəbi əsas gətirilərək, Türkmənistan səfirliyinin Bakıda fəaliyyəti dayandırılıb.

9. #1039
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır

[b]Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilk "Be-200" amfibiya-təyyarəsi alır[b]

Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın «İrkut» korporasiyası Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) ilə imzalanmış sazişə uyğun olaraq aprelin 15-də ilk "Be-200" amfibiya-təyyarəsini Azərbaycana göndərəcək.

APA-nın məlumatına görə, təyyarə İrkutskda yerləşən aviazavoddadır və hazırda sınaqdan keçirilir. Qeyd edək ki, Be-200 amfibiya-təyyarəsini alqı-satqısına dair müqavilə 2007-ci ildə imzalanıb. Azərbaycan bu təyyarələri satın alan ilk xarici ölkədir. Hazırda Be-200 amfibiya-təyyarələrinin almaq məqsədi ilə Yunanıstan, Portuqaliya və İtaliya da «İrkut» şirkəti ilə danışıqlar aparır.

10. #1040
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri mərkəzin perspektiv planlarını açıqlayıb

[b]Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri mərkəzin perspektiv planlarını açıqlayıb[b]

Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev mərkəzin perspektiv planlarını açıqlayıb. APA-nın məlumatına görə, E. Nuriyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu il fevralın 8-dən fəaliyyətə başlayan mərkəzin əsas vəzifəsi ölkədə və regionda baş verən hadisələri izləmək, analiz etmək və siyasi məsləhətlər verməkdir. O, həmçinin qeyd edib ki, mərkəz Bakıda və xaricdə müxtəlif seminarlar, konfrans və simpoziumlar keçirməyi də planlaşdırır.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.