[b]Gəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib[b]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib.
[Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bazarda Samux rayon Sərkar kənd sakini 52 yaşlı Qara Məmmədov həmyerlisi 54 yaşlı Məhəmməd İbrahimova üstündə gəzdirdiyi tapança ilə atəş açmağa cəhd göstərsə də, buna müvəffəq olmayıb. İlkin ehtimala görə Məhəmməd İbrahimov özünü müdafiə etmək üçün onun boğazına bıçaqla zərbə yetirib. Xəsarət alan Qara Məmmədov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir. APA-nın Qərb bürosunun məlumatına görə, 1989-cu ildə Məhəmməd İbrahimov Qara Məmmədovun qardaşını qətlə yetirib və 9 il azadlıqdan məhrum edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

10-11-2008, 10:50 AMAPAGəncə şəhər mərkəzi bazarında silahlı insident baş verib

10-11-2008, 11:10 AMAPANaxçıvanda həkimlərin Türkiyədə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib
[b]Naxçıvanda həkimlərin Türkiyədə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında çalışan həkimlərin Türkiyəyə təkmilləşdirmə kurslarına getmə prosedurası sadələşdirilib. Naxçıvan MR Səhiyyə Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, əvvəllər kurslara göndərişlər nazirlikdə xüsusi icazə prosedurası ilə müxtəlif ixtisaslara uyğun məqsədli proqram əsasında həyata keçirilirdisə, artıq istənilən həkim nazirliyə müraciət etməklə müvafiq icazə əsasında təcrübə kurslarında iştirak edə bilər. Bu zaman onlar yalnız məişət xərclərini özləri ödəməli olacaqlar. Kurslar isə Türkiyənin Kocaeli Universiteti ilə qarşılıqlı razılaşmaya əsasən həmin universitetin xəstəxanasında pulsuz təşkil olunur. Bundan əlavə tamamilə dövlət hesabına kurslara göndərişlər həyata keçirilir ki, bu, ildə iki dəfə baş tutur. Belə kurslar Ankarada təşkil olunur. -
10-11-2008, 11:20 AMAPAFatih Terim: "Bosniya-Herseqovina ilə oyunda kapitan sarğısını Sərvət daşıyacaq"
[b]Fatih Terim: "Bosniya-Herseqovina ilə oyunda kapitan sarğısını Sərvət daşıyacaq"[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. "Nihat, Tuncay, Semih, Əmrə, Hamit ve Mehmet Topal sıralarımızda deyil. Bunların birinin olmamağı bizim üçün itkidir. Bizim sıralarımız seyrəldikcə gücümüz artır". "APA-SPORT"un məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib. Bu gün Bosniya və Herseqovina ilə qarşılaşacaq komandasının durumunu izah edən mütəxəssis itkilərin çoxluğundan qorxmur: "Avro-2008-də olduğu kimi buna əhəmiyyət verməyib mübarizə aparacağıq. Bir bayraq altında toplaşmağa, ölkənin hamımızın olduğunu anlamaq və anlatmağa həmişəkindən də çox ehtiyacımız var. 13-14 zədəli oyunçumuz var. Gənc komanda ilə qalmışıq. Amma buna görə narahatçılığa dəyməz. Çox bacarıqlı gənclərdir. Onlara güvənirəm. Avropa çempionatına qədər yığmada cəmi 1 qol vuran Semih həmin turnirdə bu rəqəmi 4-ə çatdırdı. İndiyə kimi qol vurmayanlar da Bosniya və Herseqovuna ilə matçda hesablarını açacaq. Rəqib çox hərəkətli komanda, İspaniya səviyyəsində bir rəqibdir. Bu qarşılaşmada kapitan sarğısını Sərvətə verəcəyik. Məsutla bağlı onu deyim ki, onun Almaniyanı seçməsi yalandır. "Qalatasaray"a qayıtmağımla bağlı söhbətlər şişirdilib. 21 yaşlılardan ibarət yığmamız Avropa çempionatına vəsiqə qazansa həmin komandanın başında özüm olacağam". -
10-11-2008, 11:30 AMAPANehrəm kəndində 7 sosial obyekt istifadəyə verilib
[b]Nehrəm kəndində 7 sosial obyekt istifadəyə verilib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) ən iri kənd yaşayış məntəqəsində 7 sosial obyektin açılışı olub. APA-nın Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin məlumatına istinadən yaydığı xəbərə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Babək rayonun Nehrəm kəndində əsaslı yenidənqurmadan sonra 2400 kvadratmetr ərazini əhatə edən 3 korpusdan ibarət 20 çarpayılıq xəstəxana, 9 xidmət sahəsini özündə birləşdirən kənd mərkəzi, Məişət Evi, Ticarət Mərkəzi, Nehrəm kənd Uşaq-Musiqi Məktəbi, C. Məmmədquluzadənin xatirə muzeyi və Nehrəm kənd bazarı istifadəyə verilib. Kənddə 8 şəhidin büstünün ucaldığı, 12 min kvadratmetr sahəni əhatə edən Şəhidlər Kompleksinin və 8 kilometrlik daxili kənd yolunun da açılışı olub. Qeyd edək ki, Nehrəm Naxçıvan Muxtar Respublikasının ən böyük kəndi hesab olunur. Burada 13 min 300 nəfər yaşayır. -
10-11-2008, 11:40 AMAPAGürcüstanda 3 rus kəşfiyyatçısı həbs olunub
[b]Gürcüstanda 3 rus kəşfiyyatçısı həbs olunub[b]
Tiflis-APA. Gürcü polisi Sxinvali bölgəsinin Yuxarı Nikozi kəndində üç Rusiya hərbçisinin həbs edib.
[APA-nın məlumatına görə, həbs olunan hərbçilər Avropa İttifaqının müşahidəçilərinin iştirakı ilə Sxinvalidə yerləşən Rusiya qoşunlarının qərargahına təhvil verilib. Rusiya tərəfi hərbçilərin azaraq Gürcüstan ərazisinə daxil olduqlarını bildirsə də, Gürcüstan tərəfi saxlanan hərbçilərin kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu ehtimal edir. -
10-11-2008, 11:50 AMAPAUkraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib
[b]Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib[b]
Kiyev-APA. Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniyaya rəsmən start verilib.
[APA-nın məlumatına görə, seçkilərə rəsmən start verilsə də, kampaniyanın hansı vəsait hesabına maliyyələşəcəyi hələ də sual altındadır. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 417,5 milyon qriven vəsait lazım olduğunu bəyan edib, lakin hökumət bu vəsaiti ayırmaqdan imtina edir. Dünən Ukrayna prezidenti Viktor Yuşşenko prezident Yuliya Timoşenkoya məktub yazaraq Nazirlər Kabinetinin növbədənkənar seçkilər üçün vəsait ayırmağa borclu olduğunu bildirib. Lakin hələlik hökumət bu müraciəti cavablandırmayıb. Qeyd edək ki, baş nazir Yuliya Timoşenko Ali Radanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarı Konstitusiyaya zidd addım adlandırıb. -
10-11-2008, 12:10 PMAPABeynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri Azərbaycanın bölgələrinə səfər edəcəklər
[b]Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri Azərbaycanın bölgələrinə səfər edəcəklər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi" çərçivəsində ölkənin bir sıra regionlarına səfər edəcək. "APA-ECONOMICS»in məlumatına görə, bu barədə layihənin rəhbəri Boris Devyak məlumat verib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Azərbaycan regionlarında mövcud olan vəziyyətlə tanış olmaqdır: "Gələn ilin əvvəlində Azərbaycan regionlarına səfər edəcəyik və regionlarda fəaliyət göstərən sahibkarlarla görüşüb mövcud vəziyyəti öyrənəcəyik". -
10-11-2008, 12:20 PMAPAYussi Yaskelaynen: "Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq"
[b]Yussi Yaskelaynen: "Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq"[b]
[Bakı. Vüqar Xeyrullayev-APA-SPORT. "Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq. Asan xallar əldə edəcəyimizi xəyalımıza gətirməyimiz belə düz olmazdı". "APA-SPORT"un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının qapıçısı Yussi Yaskelaynen deyib. Dünya çempionatının bu gün keçiriləcək seçmə oyununda Azərbaycan yığması ilə qarşılaşacaq skandinaviyalıların 33 yaşlı futbolçusu erkən qol arzusundadır: "Hamımız bilirik ki, bu qələbə bizə nə qədər zəruridir. Bu vəzifənin yerinə yetirilməsi üçün isə baş məşqçinin tapşırıqlarına əməl olunmalıdır. Qüvvəmizi cinahlar üzrə bərabər paylaşıb kollektiv oyun nümayiş etdirməliyik. Erkən qol vurmaqla istəyimizi gerçəkləşdirməyə bir az da yaxınlaşarıq. Əks halda da istedadlı futbolçularımız Azərbaycanın müdafiə səddini yarmaq iqtidarındadır. Ən önəmlisi isə 85 dəqiqə oynamaqla da kifayətlənməyərək matç boyu konsentrasiyanı itirməməliyik". Qeyd edək ki, Yaskelaynen Finlandiya milli komandasında 44 oyun keçirib. -
10-11-2008, 12:30 PMAPATofiq Əhmədov: "Mütəllibovun tərəfdarları ASDP-dən uzaqlaşıb"
[b]Tofiq Əhmədov: "Mütəllibovun tərəfdarları ASDP-dən uzaqlaşıb"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Araz Əlizadə nə müxalifətçi deyil, nə də iqtidar tərəfindən qəbul olunmur. Belə siyasətçilər nə iqtidara, nə də müxalifətə lazım deyil. O, alverçidir və heç vaxt da siyasətçi olmayıb. Mən ona dəfələrlə demişdim ki, siyasətçi söyüşlə danışmaz, təhqirə yol verməz. Bizim bu ziddiyyətimiz hətta Ayaz Mütəllibova qədər gedib çıxmışdı". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) keçmiş təşkilatı məsələlər üzrə katibi Tofiq Əhmədov deyib. Onun sözlərinə görə, ASDP-dən çıxdıqdan sonra partiyadaxili problemlərə və təşkilatın həmsədri Araz Əlizadənin fəaliyyəti haqda danışmaq istəməyib. Lakin partiya funksionerləri və A. Əlizadə tərəfindən mətbuatda ona yönələn ittihamlara cavab vermək məcburiyyətində qalıb: "Ayaz Mütəllibov ASDP-nin lideri olandan sonra - 2003-cü il avqustun 8-də bu partiyaya gələndə, burada çox az adam gördük. Araz həmişə deyir ki, həmin adamlar "kabab iyinə gəlmişdilər, gördülər ki, burda heç eşşək də dağlamırlar". Əslində o düz deyir. Ayaz Mütəllibovun tərəfdarları toplu şəklində ASDP-yə gələndə orada heç eşşək də dağlamırdılar". Azərbaycandakı "mütəllibovçuların" onun ətrafında toplaşdığını da deyən T. Əhmədov A. Mütəllibovun tərəfdarlarının ASDP-dən uzaqlaşdığını vurğulayıb. O, mətbuatda A. Əlizadə tərəfindən təhqir olunması ilə bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib. ASDP həmsədri Araz Əlizadə isə ona yönələn ittihamları fərqli şəkildə cavablandırıb: "Mənim üçün partiyadan xaric edilən adam rəhmətə getmiş sayılır. Allahdan onlara yalnız rəhm eləməsini diləyə bilərəm". -
10-11-2008, 12:40 PMAPAABŞ rəsmisi: "Təqribən altı ay sonra Mərkəzi Asiya qazının Rusiya ərazisindən keçmədən Avropaya nəqlinə dair saziş imzalanacaq"
[b]ABŞ rəsmisi: "Təqribən altı ay sonra Mərkəzi Asiya qazının Rusiya ərazisindən keçmədən Avropaya nəqlinə dair saziş imzalanacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Təqribən altı ay sonra Mərkəzi Asiya qazının Rusiya ərazisindən keçmədən Avropaya nəqlinə dair saziş imzalanacaq".
[APA-nın məlumatına görə, bu bəyanatla ABŞ prezidentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey çıxış edib. Romada jurnalistlərin suallarını cavablandıran Qrey bildirib ki, tezliklə Mərkəzi Asiya qazının tranzitinə dair Türkiyə ilə qarşılıqlı anlaşmaya nail olacaqlarına inanır. Lakin ABŞ rəsmisi söhbətin hansı qaz kəmərindən getdiyinə aydınlıq gətirməyib. -
10-11-2008, 02:10 PMAPAMarkus Heykkinen: "Azərbaycan yığması müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir"
[b]Markus Heykkinen: "Azərbaycan yığması müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir"[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. "Azərbaycan millisi haqda qeyri-adi məlumatımız yoxdur. Bilirik ki, onlar müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir. Bu yolla da rəqibi büdrədirlər". "APA-SPORT"un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının yarımmüdafiəçisi Markus Heykkinen deyib. Azərbaycan yığması ilə bu gün keçiriləcək qarşılaşmadan iki gün sonra 30 illik yubileyini qeyd edəcək futbolçu komandamızı Hollandiya ilə müqayisə edib: "Düzdür, Lixtenşteynlə fərqli oynayıblar. Lakin bu o demək deyil ki, onlar Hollandiya kimi oynayır. Oyunla bağlı taktikamızı da müəyyənləşdirmişik. Bir saata qarşılaşmanın taleyini həll edib, matçı rahat bitirmək istəyirik". -
10-11-2008, 02:20 PMAPAKiyev məhkəməsi Ukrayna prezidentinin parlamenti buraxmaq qərarını ləğv edib
[b]Kiyev məhkəməsi Ukrayna prezidentinin parlamenti buraxmaq qərarını ləğv edib[b]
Kiyev-APA. Kiyev inzibati dairə məhkəməsi Ukrayna prezidenti Viktor Yuşşenkonun parlamenti buraxmaq barədə qərarını ləğv edib.
[APA-nın məlumatına görə, prezidentin qərarının ləğv olunması tələbi ilə məhkəməyə Yuliya Timoşenko Blokunun deputatı Vladimir Pilipenko müraciət edib. Məhkəmə həmçinin dekabrın 7-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı hər hansı fəaliyyət göstərməyi də qadağan edib. Ukraynanın ədliyyə naziri Nikolay Onişuk isə prezidentin qərarının ləğvi şansının sıfıra bərabər olduğunu vurğulayıb. -
10-11-2008, 02:30 PMAPAOli Ren: "Avropa İttifaqı Türkiyənin Qafqaz regionunda proseslərin nizamlanmasındakı rolundan razıdır"
[b]Oli Ren: "Avropa İttifaqı Türkiyənin Qafqaz regionunda proseslərin nizamlanmasındakı rolundan razıdır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv olmaq üçün islahatları sürətləndirməlidir". APA-nın məlumatına görə, bu bəyanatla Avropa İttifaqının genişlənməsi üzrə komissar Oli Ren çıxış edib. İstanbulda Türkiyə-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş konfransa qatılan Oli Ren bildirib ki, bu iki subyekt öz iqtisadiyyatlarını və cəmiyyətlərini birləşdirmək üçün eyni istiqamətdə fəaliyyət göstərirlər. Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü müsbət qiymətləndirib: "Avropa İttifaqı Türkiyənin Qafqaz regionunda proseslərin nizamlanmasındakı rolundan razıdır". -
10-11-2008, 02:40 PMAPA"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov Azərbaycan prezidentinə məktub göndərib
[b]"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov Azərbaycan prezidentinə məktub göndərib[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov Azərbaycan prezidentinə məktub göndərib.
[Bu barədə APA-ya açıqlamasında Qamət Süleymanov bildirib. O, "Əbu Bəkr" məscidi adından göndərilən təşəkkür məktubunda ölkədə sabitliyin qorunmasında görülən işlərin yüksək qiymətləndirildiyini qeyd edib: "Ölkədə sabitlik yüksək səviyyədə təmin olunmasaydı, "Əbu Bəkr" məscidində baş verən terror hadisəsi daha genişmiqyaslı ola bilərdi. Biz bütün bunlara görə dövlət başçısına təşəkkür edirik". Təşəkkür məktubunun nüsxələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Milli Təhlükəsizlik Nazirliyinə də ünvanlanıb. -
10-11-2008, 03:10 PMAPASeyid Camal Əzimbəyli: "Qarabağ seyid ocaqları prezidentliyə namizəd İlham Əliyevi dəstəkləməyə qərar veriblər"
[b]Seyid Camal Əzimbəyli: "Qarabağ seyid ocaqları prezidentliyə namizəd İlham Əliyevi dəstəkləməyə qərar veriblər"[b]
Ağcabədi. Teymur Zahidoğlu - APA. Bu gün Qarabağ seyid ocaqlarının nümayəndələri prezidentliyə namizəd İlham Əliyevi dəstəklədikləri barədə qərarlarını elan ediblər.
[APA-nın xəbərinə görə, bu qərarı Ağcabədi rayonunda seyid ocaqlarının bir qrup nümayəndəsi və ziyalılarla birgə mətbuat konfransı keçirən Seyid Camal Əzimbəyli bildirib. Seyid Camal Əzimbəyli çıxışında deyib ki, bu gün regionda və dünyada baş verən proseslər Azərbaycan xalqının milli birlik, həmrəylik nümayiş etdirməkdən başqa yolu olmadığını göstərir: "Bu cür şəraitdə milli birliyini, həmrəyliyin qorunması, ölkədəki inkişafın təminatı üçün ən doğru addım İlham Əliyevin namizədliyini dəstəkləməkdir. Biz növbəti beşillikdə də onun ölkə rəhbərliyində fəaliyyətini dəstəkləyəcəyik". Tədbirdə iştirak edən 100-dən çox din adamı, seyid ocaqlarının nümayəndələri və ziyalılar da İlham Əliyevin namizədliyini dəstəklədiklərini deyiblər.Qeyd edək ki, Seyid Camal Əzimbəyli bir müddət öncə Müsavat Partiyası sıralarını tərk edib. -
10-11-2008, 03:20 PMAPABaş müstəntiq: "Mingəçevirin axundu oktyabrın 16-dək könüllü polisə gəlməsə, məcburi gətiriləcək"
[b]Baş müstəntiq: "Mingəçevirin axundu oktyabrın 16-dək könüllü polisə gəlməsə, məcburi gətiriləcək"[b]
[Mingəçevir. Şahnəzər Bəşirov-APA. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev suvaqçı işləyən Mingəçevir sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək xəsarət yetirməsi ilə bağlı işin təhqiqatı başa çatıb. Hazırda faktla bağlı istintaq araşdırması aparılır. Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsinin baş müstəntiqi Mehman Şükürov məlumat verib. Müstəntiq deyib ki, artıq faktla bağlı zərərçəkəndən və şahidlərdən ifadələr alınıb: "Xanəli Babayev isə istintaqdan yayınır. Ona üç dəfə istintaqa çağırılması ilə bağlı bildiriş göndərilib. Hətta bu bildirişlərdən birini özü qəbul edib və imzalayıb. Lakin o, istintaqa gəlməyib. Əgər oktyabrın 16-dək Xanəli Babayev istintaqa gəlməsə, o qanunvericilikdə nəzərdə tutulmuş formada məcburi qaydada istintaqa cəlb olunacaq". Müstəntiq onu da deyib ki, axundun istintaqdan yayınması ilə bağlı Mingəçevir şəhər Prokurorluğu da məlumatlandırılıb. M. Şükürov onu da deyib ki, zərərçəkən R. Süleymanov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Qeyd edək ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 5 ünvanda yaşayan R. Süleymanov Aşıq Ələsgər küçəsi, 9 ünvanda yaşayan bibisinin evinin fasad hissəsində suvaq işləri apararkən qonşuluqda yaşayan Hacı Xanəli Babayevin ailə üzvləri tərəfindən təhqirlərə məruz qalıb. R. Süleymanov bu zaman evə gələn Hacı Xanəliyə müraciət edərək, ailə üzvlərindən ona şikayət etmək istəyib. Məlumata görə, şəhərin Axundu R. Süleymanovu dinləmədən onun üzünə yumruqla zərbələri endirib. Eyni zamanda Xanəli Babayevin sürücüsü və yaxın qohumu olduğu bildirilən Saleh Rafiq oğlu Babayev də R. Süleymanovun başına yumruq zərbələri vurub. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R. Süleymanova çənə sınığı diaqnozu qoyulub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır. -
10-11-2008, 06:20 PMAPAFazil Qəzənfəroğlu seçkiqabağı təbliğat-təşviqat kampaniyasını yekunlaşdırıb
[b]Fazil Qəzənfəroğlu seçkiqabağı təbliğat-təşviqat kampaniyasını yekunlaşdırıb[b]
Bakı. Ramil Məmmədli-APA. Bu gün prezidentliyə namizəd Fazil Qəzəınfəroğlu "Təbriz" kinoteatrının qarşısındakı meydanda seçicilərlə görüş-mitinq keçirib.
[F. Qəzənfəroğlunun Seçki Qərargahından APA-ya verilən məlumata görə, mitinqdə Fazil Qəzənfəroğlunun vəkilləri Bəxşeyiş Əsgərov və Elxan Şükürlü çıxış edərək, namizədlə, onun fəaliyyəti ilə bağlı seçicilərə məlumat veriblər. Daha sonra çıxış edən F. Qəzənfəroğlu isə platformasından, ölkədəki iqtisadi, siyasi, sosial, mədəni sahələrə aid öz görüşlərini seçicilərlə paylaşıb. Qeyd edək ki, Seçki Qərargahı bu mitinqlə Fazil Qəzənfəroğlunun seçkiqabağı təbliğat-təşviqat kampaniyasının yekunlaşdığını bildirib. -
10-11-2008, 08:50 PMAPABakı sakini özünü 14-cü mərtəbədən ataraq intihar edib
[b]Bakı sakini özünü 14-cü mərtəbədən ataraq intihar edib[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gün saat 16 radələrində Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Cəfər Xəndan küçəsi 42 b ünvanında intihar hadisəsi baş verib.
[Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1980-cı il təvəllüdlü, iki uşaq anası Günel Loğman qızı Əliyeva 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən mənzilindən özünü ataraq, intihar edib. Binanın sakinləri APA-ya deyiblər ki, G. Əliyevanın həyat yoldaşı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqidir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır. -
10-11-2008, 10:50 PMAPABərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb
[b]Bərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb[b]
Bərdə. Teymur Zahidoğlu-APA. Bu gün saat 21 radələrində Bərdə-Ağdam yolunun 4-cü kilometrliyində yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəzada 3 nəfər yaralanıb.
[Bərdə şəhər sakini Fazil Muradovun idarə etdiyi 03-BC-253 nömrə nişanlı VAZ-2106 markalı avtomobil qarşıdan gələn pambıq dolu traktor qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun sərnişinləri Əvəz Bayramovla Həsrət Qarayeva ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.Həkimlər yaralılardan Əvəz Bayramovun vəziyyətini daha ağır qiymətləndirirlər. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. -
10-11-2008, 11:00 PMAPAAzərbaycan milli komandası Finlandiya yığmasına məğlub olub
[b]Azərbaycan milli komandası Finlandiya yığmasına məğlub olub[b]
Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində bü gün Finlandiya ilə qarşılaşıb. "APA-SPORT"un məlumatına görə, Helsinkinin Olimpiya stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.
[Yığmamızın start heyətində Kamran Ağayev, Rəşad Sadıqov, Rail Məlikov, Saşa Yunisoğlu, Mahir Şükürov, Aleksandr Çertoqanov, Samir Abbasov, Elvin Məmmədov, Zeynal Zeynalov, Leandro Qomeş və Branimir Subaşiç yer alıb. 4-5-1 taktiki sxemini seçən Berti Foqts əsasən müdafiə futboluna üstünlük verib. Bunun məntiqi nəticəsidir ki, oyun finlandiyalıların ərazi üstünlüyü şəraitində keçib.Qarşılaşmada ilk real qol epizodunu Finlandiya komandası yaradıb. Lakin qapıçımız Kamran Ağayev rəqib futbolçunun yaxın məsafədən vurduğu zərbəni qaytarıb. "Xəzər-Lənkəran" klubunun da şərəfini qoruyan 22 yaşlı qapıçı ilk hissədə yığmamızı daha bir neçə real qoldan xilas edib. Bu müddət ərzində milli komandamızdan yalnız Rail Məlikovun qüvvətli zərbəsi yadda qalıb.Fasilədən sonra təzyiqi artıran finlandiyalılar istəklərinə çatıblar. 62-ci dəqiqədə görüşün şotlandiyalı baş hakimi Uilyam Kollum Saşa Yunisoğlunun cərimə meydançasında rəqib komandanın kapitanı Sami Hyuyupya qarşı kobud oynadığını bildirərək, penalti təyin edib. Topa yaxınlaşan Mikael Forssell şansını boşa verməyib - 1:0. Qalan vaxtda tərəflərin səyinə baxmayaraq, hesab dəyişməyib.Beləliklə, Berti Foqtsun yetirmələri dünya çempionatının seçmə qrup mərhələsində ikinci dəfə məğlubiyyətə üzləşiblər. Yığmamız sentyabrın 6-da səfərdə Uelsə 0:1 hesabı ilə uduzmuşdu. Onu da qeyd edək ki, milli komandamızın Helsinkidəki məğlubiyyətlərinin sayı 4-ə çatıb. Finlandiyalılar öncə futbolçularımıza daha 3 dəfə (3:0; 3:0; 2:1) qalib gəlmişdilər. -
10-11-2008, 11:50 PMAPAŞimali Qafqazda zəlzələ baş verib, 12 nəfər ölüb, 116 nəfər yaralanıb
[b]Şimali Qafqazda zəlzələ baş verib, 12 nəfər ölüb, 116 nəfər yaralanıb[b]
Moskva-APA. Bu gün Şimali Qafqazda zəlzələ baş verib. APA-nın "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, episentri Çeçenistan ərazisində olan zəlzələdə 12 nəfər ölüb, 116 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
[Zəlzələ Şimali Osetiya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Stavropol bölgəsində, Cənubi Osetiya və Gürcüstanda da hiss olunub. Zəlzələnin episentrinin Qudermesin 15 kilometr şimalında, 10-12 kilometr dərinlikdə olduğu bildirilib. Episentrdə təkanların gücü Rixter şkalası ilə 5,5 bal olub. Təkanlar ard-arda iki dəfə olub. Hazırda Çeçenistanın Səhiyyə Nazirliyi hadisə nəticəsində 12 nəfərin ölməsi barədə məlumat verib. Fövqəladə Hallar Nazirliyi isə ən son 6 nəfərin ölməsi, 116 nəfərin müxtəlif bədən xəsarətləri aldığını bildirib. Təkcə Qudermesdə xəstəxanalara 60-a qədər insan yerləşdirilib. Hazırda xilasetmə işləri aparılır. Xilasetmə işlərinə Rusiya FHN-nin bölgə üzrə koordinatorluğu nəzarət edir. Çeçenistan ərazisindəki bütün rayonlarda evlər və obyektlər zərər çəkib. Zəlzələdən ən çox zərər çəkən rayonlar isə Kurçaloyev rayonu və Qudermesdir. Təkcə Qudermesdə 7 çoxmərtəbəli bina zəlzələdən ciddi ziyan çəkib. Bölgəyə elektrik enerjisinin verilişi dayandırılıb. İnquşetiyada isə zəlzələ Rixter şkalası ilə 3,5-4 bal gücündə hiss edilib. Burada bir neçə köhnə məktəb, yaşayış evi və çoxmərtəbəli bina təkanlardan zərər çəkib. Lakin hadisə nəticəsində yaralanan və ölən olmayıb. Kabardin-Balkarda zəlzələ 2-2,5 bal gücündə hiss olunub. Rusiya FHN-nin yerli bürosundan bildirilənə görə, burada dağıntı baş verməyib, həmçinin ölən və xəsarət alan olmayıb. Sadəcə, dərslərin ikinci növbə keçirildiyi bir neçə məktəbdə təkanlar hiss edilərkən, şagirdlər arasında panika yaşanıb. Təkanların hiss edildiyi digər bölgələrdə də ciddi dağıntılar və zərər çəkənlər olmayıb. -
10-12-2008, 10:30 PMAPAAŞ PA-nın Azərbaycanda prezident seçkilərini izləyəcək missiyası Bakıya gəlib
[b]AŞ PA-nın Azərbaycanda prezident seçkilərini izləyəcək missiyası Bakıya gəlib[b]
Bakı. Elnur Məmmədli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda prezident seçkilərini izləyəcək missiyası bu gün ölkəyə gəlib.
[MSK-nın müstəqil Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, 26 nəfərdən ibarət nümayəndə heyətinə AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin rəhbərlik edir. Səfər çərçivəsində AŞ PA nümayəndələri prezidentliyə namizədlərlə görüşəcək, prosesi izləyəcəklər. Nümayəndə heyətinin tərkibinə Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri də daxildir. -
10-13-2008, 10:20 AMAPAErmənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 12-də saat 16.45-dən 17.10-dək, 18.45-dən 20.22-dək və 20.40-dan 20.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi, Qarasu dağı və Noyemberyan rayonu Voskevan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 15.05-dən 15.10-dək və oktyabrın 13-də saat 02.00-dan 02.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.08-dən 20.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dan 20.35-dək və oktyabrın 13-də saat 01.20-dən 02.00-dək isə fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-13-2008, 10:30 AMAPADəhşətli sel Azərbaycanın Lənkəran və Astara rayonlarında güclü dağıntılar törədib
[b]Dəhşətli sel Azərbaycanın Lənkəran və Astara rayonlarında güclü dağıntılar törədib[b]
Lənkəran. Ağəddin Babayev-APA. Oktyabrın 11-i və 12-də cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran və Astara rayonları üçün ciddi problemlər yaradıb.
[APA-nın Cənub bürosunun məlumatına görə, yağıntının leysan xarakteri alması çaylarda suyun səviyyəsini artırıb, Lənkəran çayı məcrasından çıxıb. Su ötürücü kanallarının dolması nəticəsində şəhərin mərkəzi küçələrində gediş-gəliş çətinləşib. Rayonun Hirkan, Parakənd, Gərmətürk, Şağlaküçə, Girdəni, Separadi, Xarxatan və digər kəndlərində fərdi həyətyani və əkin sahələrini su basıb. İstisu qəsəbəsi ərazisindəki su anbarı daşıb. Gəgiran və Günəhir dağ kəndlərinə gedən yollarda bir neçə körpü uçub. Həmin ərazidə sürüşmə təhlükəsi yaranıb. Biləsər dağ yolu yağlıntı nəticəsində yararsız hala düşüb. Yağıntının küləklə müşahidə olunması Lənkəranın elektrik təsərrüfatına da ciddi ziyan vurub. Dünən axşam saat 19.30 - dan rayonun əksər yaşayış məntəqələrinə enerjinin verilişi dayandırılıb. Rayon paylayıcı elektrik şəbəkəsinin qəza briqadası gərgin iş rejiminə keçib. Şəhər İcra Hakimiyyəti tərəfindən isə yerlərə ağır texnika cəlb olunub və ötürücü su kanalları operativ şəkildə təmizlənib. Məlumata görə, gclü yağışlar Astarada da təbii fəlakət yaradıb. Astara çayının daşması nəticəsində Məsçidməhəllə kəndində 100 - dən artıq fərd ev suyun altında qalıb. 50-yə yaxın evin sakini dərhal evukasiya olunub. Pəlikeş ərazi icra nümayəndəliyinin Düriyyə kəndindən keçən Pensərçayın üzərindəki körpünü su aparıb və 11 kəndlə əlaqə kəsilib. Hamuşam - Siyəkü kənd yolunun "Üləsi" adlanan ərazisində dağ sürşməsi nəticəsində 50 metrlik yolun bağlanması ətraf 7-8 kəndlə əlaqənin kəsilməsi ilə nəticələnib. Ərçivan kəndindəki Ərçivan çayı daşaraq 300-ə yaxın evin həyətini basıb. Miki kəndində 1 ev, Siyəkü kəndində isə 3 ev torpaq sürüşməsinə məruz qalıb. Şəmətürk və Şüvü kəndlərindəki körpüləri sel suları aparıb.Təbii fəlakətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin nümayəndələri yerlərdə mövcud vəziyyətlə tanış olublar. Ərazilərə texnikalar gətirilib. Rayonlara dəyən ziyanın məbləği dəqiqləşdirilir. -
10-13-2008, 10:40 AMAPADollar Azərbaycanda da ucuzlaşmağa başlayıb
[b]Dollar Azərbaycanda da ucuzlaşmağa başlayıb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 6-dan 10-dək birja valyuta bazarının dövriyyəsinin həcmi 51,63 mln. ABŞ dolları təşkil edib.
["APA-ECONOMICS"in məlumatına görə, dövriyyənin gündəlik həcm göstəriciləri aşağıdakı kimi olub: Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8094 manatdan 0,8089 manata və ya 0,06% düşüb. Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə 0,03%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,03% enib, nağd satış məzənnəsi isə 0,04% artıb: Göründüyü kimi, ötən həftə dolların məzənnəsi demək olar ki, dəyişməyib. Buna səbəb dünya bazarlarında analoji, sabit vəziyyət olub. Belə ki, həftə ərzində dollar avroya qarşı cüzi səviyyədə dəyişib. Azərbaycanda da avronun məzənnəsinin həftəlik dinamikası cəmi 0,6% olub və qəribədir ki, avro da dollar kimi ucuzlaşıb. Yəni dünya bazarlarında, adətən, əks istiqamətlərdə «hərəkət edən» dollar və avronun məzənnələri Azərbaycanda eyni istiqamətdə dəyişib. Ümumilikdə isə, ötən həftə valyuta bazarında gözə çarpan hadisələr baş verməyib.Bu, həmçinin dünya bazarlarına aiddir. ABŞ iqtisadiyyatının sərhədlərini aşaraq artıq Avropaya daxil olan maliyyə böhranının dərinləşməsinə baxmayaraq, ötən həftə dollar və avronun məzənnəsinin dinamikası dəyişkən olub. Qeyd edək ki, maliyyə böhranı bir sıra iri maliyyə qurumunu müflisləşmə təhlükəsi qarşısında qoyub. Nəticədə, praktiki olaraq bütün Avropa ölkələrinin mərkəzi bankları maliyyə bazarının müdafiəsi üçün müəyyən həcmdə vəsait ayırıb, həmçinin uçot dərəcəsi orta hesabla 0,5 faiz bəndi azalıb. Bundan başqa, ötən həftə ərzində həm Amerika, həm də Avropa və Asiya fond indeksləri kəskin azalma nümayiş edib. Amerika və Asiya indeksləri hətta çoxillik minimumlarını keçib. Bundan başqa, azalma həm də neft bazarında müşahidə olunub. Burada qiymət 80 dollar/barel səviyyəsindən bir qədər yüksək olub. Lakin bu, dünya bazarlarında valyuta məzənnəsinə olduqca zəif təsir göstərib və müvafiq olaraq, analoji vəziyyət Azərbaycanda da müşahidə olunub.Qeyd edək ki, bu fonda daxili valyuta bazarının həcm göstəriciləri artıb. Belə ki, BBVB-da həftəlik dövriyyə sentyabrın analoji göstəricilərini üstələyib. Bu da bank və onların müştərilərinin valyuta əməliyyatlarına olan cari ehtiyaclarının artdığını göstərir.Ötən həftənin əsas göstəricisi isə dolların məzənnəsinin son 5 həftə ərzində ilk dəfə azalması olub. Bu, dünya bazarlarındakı dolların avroya qarşı dinamikasının tendensiyasının Azərbaycan bazarına da daxil olduğunu təsdiqləyir. -
10-13-2008, 10:50 AMAPANaxçıvanda yeni pivə zavodu fəaliyyətə başlayıb
[b]Naxçıvanda yeni pivə zavodu fəaliyyətə başlayıb[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasında (MR) yeni pivə zavodu fəaliyyətə başlayıb. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, «Prestij» Naxçıvan Pivəsi adı altında fəaliyyət göstərəcək zavodun illik istehsal gücü 300 min dekalitrdir. 4 min 600 kvadratmetr sahəni əhatə edən müəssisənin qurulmasına 1 milyon 770 min manat vəsait sərf olunub. Zavodda ABŞ, İtaliya, Çexiya və Macarıstandan gətirilən avadanlıqlar quraşdırılıb. Bütün texnoloji proseslər avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Açıq və tünd olmaqla 2 çeşiddə istehsal ediləcək məhsullar istehlakçılara regiona idxal olunan pivədən 33-35 % ucuz qiymətə satılacaq. Qeyd edək ki, Naxçıvan MR əhalisinin pivə məhsullarına olan illik tələbatı 300 min dekalitrdir. Hər il 145 min dekolitr pivə xarici ölkələrdən idxal olunur. -
10-13-2008, 11:00 AMAPAErmənistan Silahlı Qüvvələrinin Tovuzun Koxa Nəbi kəndini 6 saatdan artıq atəşə tutması nəticəsində kəndə ciddi ziyan dəyib
[b]Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Koxa Nəbi kəndini 6 saatdan artıq atəşə tutması nəticəsində kəndə ciddi ziyan dəyib[b]
[Tovuz. Nəzakət Məşədiəliqızı-APA. Ermənistan Silahlı Qüvvələri oktyabrın 11-də Tovuz rayonunun Koxa Nəbi kəndini intensiv atəşə tutub. APA-nın Qərb bürosunun yerli sakinlərə istinadən məlumatına görə, Ermənistan Silahlı Qüvvələri Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini və Koxa Nəbi kəndini oktyabrın 11-də saat 20 -30 radələrindən başlayaraq gecə 03.00-a qədər fasiləsiz atəşə tutub. İri çaplı avtomat və pulemyotlardan açılan atəş nəticəsində kəndə ciddi ziyan dəyib. Evlər, inzibati binalar, təhsil ocaqları yarasız vəziyyətə düşüb. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub. Məlumata görə, itki yoxdur. -
10-13-2008, 11:10 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-13-2008, 11:20 AMAPAYığmanın baş məşqçisi 4-cü liqa klubunda oynayır
[b]Yığmanın baş məşqçisi 4-cü liqa klubunda oynayır[b]
[Bakı - APA-SPORT. Futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsində Türkiyə milli komandasının növbəti rəqibi Estoniyanın vəziyyəti ürəkaçan deyil. "APA-SPORT"un məlumatına görə, Baltikyanı ölkənin yığması qrupda keçirdiyi hər 3 görüşdə məğlubiyyətlə üzləşib. Öncə Belçikaya uduzan (2:3) estoniyalılar Bosniya və Herseqovina (0:7), eləcə də İspaniyadan (0:3) da ağır zərbə alıblar.Ancaq Estoniya ilə bağlı ən təəccüblü məqam komandanın yarış cədvəlindəki mövqeyi deyil. Ən qəribəsi budur ki, yığmanın baş məşqçisi Tarmo Ruutli hələ də futbolçu karyerasını davam etdirir. 54 yaşlı məşqçi-futbolçu Estoniyanın 4-cü liqasında mübarizə aparan "Sokkernet" klubunda oynayır. Cari mövsümdə 13 oyuna 3 qol vuran Ruutli futbolçu karyerasını davam etdirdiyi üçün dünyadakı bütün həmkarlarından fərqlənir.Qeyd edək ki, Estoniya - Türkiyə matçı oktyabrın 15-də Tallində keçiriləcək. -
10-13-2008, 11:30 AMAPAKristina Aquilera Türkiyənin "Varmısın, yokmusun?" yarışmasına qatılacaq
[b]Kristina Aquilera Türkiyənin "Varmısın, yokmusun?" yarışmasına qatılacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkiyənin "Show TV" telekanalında yayımlanan və artıq Azərbaycanda da xeyli tamaşaçı auditoriyası toplayan "Varmısın, yokmusun?" yarışmasında Amerikanın tanınmış pop müğənnisi Kristina Aquilera oynayacaq. APA-nın məlumatına görə, tanınmış müğənninin bu verilişdə oyunu otkyabrın 19-da, yəni bu həftənin bazar günündə olacaq. Yarışa qatılmaqla yanaşı K. Aquilera türkiyəli pərəstişkarları ilə görüşəcək və canlı yayımda repertuarındakı mahnıları ifa edəcək. K. Aquileranın bu yarışmada iştirakı layihənin rəhbəri və verilişin aparıcıs olan Acun İlcalın dəvəti ilə gerçəkləşəcək. Belə ki, bir müddət əvvəl Acun İlcal tərəfindən yarışmaya dəvət alan sənətçi bu dəvəti tez bir zamanda qəbul edib. -
10-13-2008, 11:40 AMAPAFransanın Azərbaycandakı səfiri: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur
[b]Fransanın Azərbaycandakı səfiri: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur" - EKSKLÜZİV[b]
Bakı. Arzu Yaqubova-APA. Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin APA-ya müsahibəsi
[- Cənab səfir, hazırda Avropa İttifaqına sədrlik edən Fransanın fəaliyyətinin prioritetləri hansılardır ?- Fransa prezidenti Nikola Sarkozi əsas prioritetin Lissabon sazişinin ratifikasiyası prosesinin davam etdirilməsi olduğunu bəyan edib. Bu gün Avropa İttifaqına 27 üzv ölkədən 22-si sazişi ratifikasiya ediblər. Lissabon sazişi Avropa İttifaqının stabil qurumlarla və məqbul qaydalarla daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Fransanın Aİ-yə sədrlik etməklə bu məqsədə paralel olaraq, həm də öz proqramını da inkişaf etdirib. Bu proqram 4 böyük fəaliyyət sahəsini əhatə edir. Bunlardan birincisi enerji sahəsidir və Fransa hazırda "Enerji iqlim paketi"ni həyata keçirir. Bu paketin mahiyyəti enerjiyə qənaət etmək, istixana effekti yaradan qazların atmosferə buraxılmasını məhdudlaşdırmaq və yeniləşən enerjilərdən istifadəni artırmaqdır. Digər üç sahə isə Avropanın qida təhlükəsizliyinin vacibliyini nəzərə alaraq, ortaq kənd təsərrüfatı siyasətinin 2013-cü ilə qədər yenidən qurulması, Avropanın müdafiə sisteminin möhkəmləndirilməsi, və "İmmiqrasiya və sığınacaq üzrə Avropa Müqaviləsi" adlanan Fransanın təşəbbüsünün həyata keçirilməsidir. Fransa diplomatiyası əvvəllər də bir çox digər təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin hər biri barəsində ayrıca danışa bilmərəm, lakin onların arasında mən "Minilliyin yoxsulluğa qarşı mübarizə məqsədi" çərçivəsində "Afrikada inkişafa yardım"ı, Darfurda sülhün əldə edilməsi cəhdlərini, İranın nüvə proqramı böhranı ətrafında aparılan danışıqları, Afrika burnu regionunda narahatlıq doğuran dəniz quldurluğu sahəsində aparılan müzakirələri və s. kimi təşəbbüsləri sadalaya bilərəm.Lakin 6 ay ərzində yaranmış əsas prioritet, şübhəsiz, Gürcüstandakı müharibənin doğurduğu vəziyyətdir. Döyüş əməliyyatlarının dayandırılmasında və götürülmüş öhdəliklərin yerinə yetirilməsində fransız diplomatiyasının rolu həlledici olub. Bu gün Avropa İttifaqı Gürcüstanda 300 üzvdən ibarət müşahidə missiyası yaradır və onlardan 50-si fransızdır. Avropa İttifaqının daha bir təşəbbüsünə uyğun olaraq 15 oktyabrda Cenevrədə Gürcüstandakı vəziyyətə dair beynəlxalq müzakirələr keçirilməlidir. Cənubi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin olması zəruridir, buna görə də biz sülh naminə bütün diplomatik səyləri səfərbər etmişik. Biz Gürcüstanın bərpasına fəal dəstək göstəririk və eyni zamanda Rusiya ilə həm Avropaya aid məsələlərdə, həm də ikitərəfli əlaqələr sahəsində apardığımız dialoqu davam etdiririk. - Fransanın Avropa İttifaqına sədrliyi Azərbaycan münasibətlərinə necə təsir edə bilər ? - Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər bizim Avropa İttifaqına indiki sədrlik mövqeyimizdən asılı deyil. Bu əlaqələr normal inkişaf edir, həmin münasibətlər Fransanın Avropa İttifaqına sədrliyindən sonra da əvvəlki qaydada davam edəcəkdir. Çünki Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olub. Viza rejiminin sadələşdirilməsinə gəldikdə isə Fransanın Avropa İttifaqına sədrliyinin ilk günlərindən "İmmiqrasiya və sığınacaq üzrə Avropa Müqaviləsi" təqdim edib və 27 üzv ölkə tərəfindən qəbul edilən bu müqavilənin məqsədi insan mübadiləsinə açıq olmaq (bərabər inkişaf, qanuni immiqrasiya və hər bir üzv ölkəyə uyğun olan sığınacaq siyasəti) və miqrasiya axınına nəzarəti təmin etmək arasında bir balans müəyyənləşdirməkdir. Bu müqavilənin qurumun 15 oktyabr tarixində baş tutacaq Avropa Şurasında (Avropa İttifaqının qurumlarından biridir) rəsmən qəbul edilməsi gözlənilir. Azərbaycan vətəndaşları üçün tətbiq olunan viza rejimi hazırda liberaldır : Fransa səfirliyi viza xahişlərinin çox az hissəsinə, təqribən 10 faizinə rədd cavabı verir. Bilirsiniz ki, biz bu məsələdə Şengen sazişi ilə six bağlıyıq. Vizaların verilməsi prosesinin daha çox liberallaşdırılması tərəflər arasında read-missiya ( digər ölkədə olan vətəndaşın sazişi imzalayan ölkəyə yenidən qəbulu) sazişlərinə və sərhədlərin idarə edilməsi əməkdaşlığına əsaslanır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Fransa Avropa İttifaqının sədri qismində deyil, Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərir. Əlbəttə, Avropa İttifaqının bir çox üzv ölkəsi Minsk Qrupunda təmsil olunur, bu baxımdan Avropa İttifaqı da münaqişənin nizamlanması prosesində çox həlledici rol oynayır və bu rol da danışıqlar irəlilədikcə daha da artacaqdır. - Bölgədə baş verən son hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll imkanlarını necə qiymətləndirirsiniz? - Paradoksal olaraq, bu gün Dağlıq Qarabağ münaqişəsinin həll şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur. Belə ki, Cənubi Qafqaz ölkələri öz zəifliklərinin, regional kontekstdən asılılıqlarının və hərb yolu ilə problemləri həll etməyin mümkünsüzlüyünün fərqinə vardılar. Bu şəraitdə Minsk Qrupu tərəfindən irəli sürülən təşəbbüslərin - Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü, 15 oktyabrdan sonra prezidentlərin görüşünün planlaşdırılması - nəticə verəcəyinə daha çox şans var. Danışıqlarda qeydə alınan hər bir uğur regionun təhlükəsizliyi və rifahı naminə müsbət ölçülərlə davam etdiriləcək.- Türkiyənin bölgədə vasitəçi rolunun Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün xeyri ola bilərmi?- Regionda əməkdaşlıq və təhlükəsizlik şəraitini yaxşılaşdırmağa yönəlmiş hər bir təşəbbüs alqışlanmağa layiqdir, xüsusilə o halda ki bu təşəbbüslər Türkiyənin də daxil olduğu Minsk Qrupunun səylərini dəstəkləməyə yönəlib. Mən Fransanın Avropa İttifaqına sədrliyi çərçivəsində 4 sentyabr 2008-ci ildə yaydığı bəyanatı xatırlatmaq istərdim. Bu bəyanatda qeyd olunur ki, "Türkiyənin Qafqaz Stabillik və Təhlükəsizlik Platforması təşəbbüsünə böyük maraq göstərilir. Bu Türkiyə tərəfindən regionun stabilliyi, təhlükəsizliyi və inkişafı üçün bir töhfədir və Gürcüstandakı münaqişə kontekstində yeni bir miqyasa malikdir".- Cənab Səfir, Ermənistan-Azərbaycan münaqişəsi Fransanın Cənubi Qafqaz dövlətləri ilə, xüsusən Azərbaycan və Ermənistanla iqtisadi əməkdaşlığına mane olurmu ?- Fransanın münaqişədə olan hər iki ölkə ilə iqtisadi əlaqələri yaxşıdır. Lakin şübhəsiz ki, bu münaqişə həllini tapdığı halda bu münasibətlər daha yaxşı ola bilər. Bir tərəfdən, Cənubi Qafqaz regionunun daxilində, digər tərəfdən isə bu regionla dünya arasında iqtisadi əməkdaşlıq imkanları münaqişənin həlli nəticəsində çox asanlaşmış olardı. Bir gün müharibə nəticəsində zərər çəkmiş regionlara sərmayə yatırmaq, dağıdılmış binaları yenidən tikmək, kommunikasiya yollarını bərpa etmək, iqtisadi fəaliyyəti yenidən qurmaq və yeni regional həmrəylik yaratmaq lazım gələcək. Bu yeni dinamika şübhəsiz həm bütün Cənubi Qafqaz, həm də digərləri üçün əlverişli olacaq. - Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirmək sahəsində müəyyən planlarınız varmı? - Fransa ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlıq qənaətbəxşdir və bu münasibətlərin inkişaf perspektivləri böyükdür. Fransa ötən il Azərbaycana 100 milyon avro həcmində mal ixrac edib və bu rəqəm artmaqdadır. Eyni zamanda biz hər il Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edirik. Fransız şirkətləri Azərbaycanın iqtisadi inkişafında iştirak edir. "Total" şirkəti "Şahdəniz" qaz yatağının istismarında tərəfdaş qismində iştirak edir və öz iştirakını möhkəmlətmək istəyir. Bu şirkət ARDNŞ ilə Abşeronda tədqiqatlar aparmaq üçün baza razılığı imzalayıb. Neft sahəsində həmçinin "SAIPEM"lə bərabər çalışan "TECHNIP" firması da varr və bu şirkət Xəzər dənizində yerləşən yataqların istismarı üçün neft platformalarının Azərbaycanda qurulmasında mühüm proqramlar həyata keçirir. Son illər ərzində biz Azərbaycana "Airbus" və "ATR" təyyarələri və vertolyotlar satmışıq. "Thales" şirkəti 2007-ci ilin iyul ayında Bakı hava limanını radarla təchiz edib və həmçinin Gəncə və Naxçıvan hava limanlarını radarla təchizatına dair də müqavilələr imzalanıb. Bizim şirkətlərimiz ətraf mühit sahəsində də fəallıq göstərir. Bakıda utilizasiya zavodunun tikintisi ilə bağlı "CNIM" şirkəti ilə İqtisadi İnkişaf Nazirliyi ilə aparılan danışıqlar son mərhələdədir. OTV firması isə Bakıda su təmizləyici stansiya tikir. Bunlardan əlavə bizim həmçinin istehlak malları sahəsində bir çox iqtisadi əlaqələrimiz var. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyə bilərəm ki, bu bölgəyə heç bir fransız şirkəti sərmayə yatırmır. Məndə olan məlumata görə, bu regionda heç bir fransız şirkəti kommersiya fəaliyyəti də həyata keçirmir. - Azərbaycanda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz? - Azərbaycanda insan hüquqlarının vəziyyəti Avropa İttifaqı, Avropa Şurası və xüsusilə ATƏT-in hesabatlarında yer alıb. Bu təşkilatların üzvü kimi Fransa, şübhəsiz ki, bu hesabatlardakı fikirlərlə həmrəydir. Bu günlərdə ölkədə seçkiqabağı vəziyyətə dair çap edilən növbəti hesabatını misal gətirmək istərdim. Bu hesabat obyektiv şəkildə həm hökumətin situasiyanı yaxşılaşdırmaq cəhdlərini, həm də demokratik ölkələrin beynəlxalq normalarına çatmaq üçün hələ də edilməli olan tərəqqini təsvir edir. Fransa insan hüquqları sahəsində Avropa İttifaqı ilə Azərbaycanın hökumət orqanları arasında qarşılıqlı hörmət əsasında mütəmadi dialoqun tərəfdarıdır və buna məsuliyyətlə yanaşır. -
10-13-2008, 11:50 AMAPABakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü tutulub
[b]Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü tutulub[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin daha üç üzvü həbs olunub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Sumqayıt şəhər Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ-Aeroport yolundan kabel oğurlamaqda təqsirli bilinən mütəşəkkil dəstənin daha 3 üzvü, Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Qiyas Məmmədov, Bakı şəhər sakinləri, 1970-ci il təvəllüdlü Füruz Baloğlanov saxlanılıb. Qeyd edək ki, Bakıda kabel oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin bir qrup üzvü xeyli əvvəl zərərsizləşdirilib. Dəstənin axtarışda olan üzvlərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-13-2008, 12:00 PMAPAAdları seçici siyahılarında olmayan vətəndaşlar məhkəməyə müraciət etmədən siyahılara düşə biləcəklər
[b]Adları seçici siyahılarında olmayan vətəndaşlar məhkəməyə müraciət etmədən siyahılara düşə biləcəklər[b]
[Bakı. Elnur Məmmədli - APA. Adları seçici siyahılarında olmayan seçicilər səsvermə günü məhkəməyə müraciət etmədən siyahılara düşə biləcəklər. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, artıq seçicilər siyahılara düşmək üçün əvvəlki kimi məhkəmələrə müraciət etmək məcburiyyətində qalmayacaqlar. Onlar yaşadıqları ərazidə olan məntəqə seçki komissiyasında öz şəxsiyyət vəsiqələrini göstərmək və ərizə formasını doldurmaqla əlavə seçici siyahısına düşdükdən sonra səsvermədə iştirak edə biləcəklər. -
10-13-2008, 12:20 PMAPAAzərbaycanda ilk dəfə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» adlı beynəlxalq sərgi keçiriləcək
[b]Azərbaycanda ilk dəfə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» adlı beynəlxalq sərgi keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin noyabr ayının 5-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian»ın təşkilatçılığı ilə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» Xəzər Beynəlxalq Sərgisi keçiriləcək. «İteca Caspian» şirkətinin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Qafqazda ilk dəfə keçirilən «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» sərgisinin məqsədi Azərbaycanın təhlükəsizlik sferasında yeni texnologiyaların tətbiqinə nail olmaq, bu sahəyə dair yeni məlumatları potensial istehlakçılara təqdim etməkdir. Noyabrın 7-dək davam edəcək sərgidə 11 ölkədən 50-dən çox şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında «Delta Group» (Azərbaycan), «Eliks Group» (Rusiya), «Hitas» (Türkiyə), «İdrak Texnoloji Transfer» (Azərbaycan), «AXİS Communications» (İsvecrə), «Padilta» (İspaniya), «STA plus Group» (Rusiya) şirkətləri və s. var. Sərgi çərçivəsində ixtisaslaşdırılmış seminarın keçirilməsi də planlaşdırılır. Tədbirdə daxilolma siqnalizasiyası, mühafizə və müşahidə sistemləri, girişə nəzarət, yanğın təhlükəsizliyi, mərkəzləşdirilmiş həyəcan siqnalı sistemləri və s. üzrə stendlər nümayiş etdiriləcək. -
10-13-2008, 12:30 PMAPABakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək
[b]Bakıda Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Dekabrın 4-5-də Bakıda Avropa Şurasının "Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu" layihəsinin 10 illik yubileyinə həsr edilmiş Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli Avropa Şurasının qərargahında milli koordinatorların "Fandreizinq strategiyası və onun tətbiq edilməsi" mövzusunda məşvərət toplantısında iştirak edib. Koordinatorların Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə Direktoru Robert Palmerlə və Mədəniyyət siyasəti üzrə Katrin Merkle ilə görüşündə Bakı konfransı, o cümlədən "Kompendium və mədəniyyət siyasəti üzrə Toplu"nun nəşri ilə bağlı məsələlər müzakirə edilib. R. Palmer Milli Müəlliflərin Bakı Konfransında iştirak etmək məqsədilə İSESKO-nun bir neçə aparıcı üzv-dövlətlərinin ekspertlərinin Azərbaycana ezam edilməsinin nəzərdə tutulduğunu bildirib. -
10-13-2008, 12:40 PMAPAMDB ölkələrinin müdafiə nazirləri Sankt-Peterburqda 20-yə yaxın məsələ müzakirə edəcəklər
[b]MDB ölkələrinin müdafiə nazirləri Sankt-Peterburqda 20-yə yaxın məsələ müzakirə edəcəklər[b]
[Bakı. Laçın Sultanova - APA. Oktyabrın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 55-ci iclası keçiriləcək. APA-nın məlumatına görə, gündəliyə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-yə yaxın məsələ salınıb. Toplantıda əsas diqqət MDB ölkələrinin raket hücumundan müdafiə üzrə birləşmiş sisteminin təkmilləşdirilməsinə yönələcək, bu sistemin regional komanda punktları barədə əsasnamə, birgə tədbirlərin keçirilməsi, strukturun və qoşun qruplaşmalarının hərbi tərkibinin optimallaşdırılması məsələləri müzakirəyə çıxarılacaq. Şuranın iclasında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. -
10-13-2008, 01:10 PMAPA"Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi" mövzusunda dəyirmi masa keçirib
[b]"Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi" mövzusunda dəyirmi masa keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Konstitusiya Araşdırmalar Fondu "Əhaliyə pullu xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin monitorinqi" mövzusunda layihəyə həsr olunan dəyirmi masa keçirib. APA-nın məlumatına görə, fondun sədri Əliməmməd Nuriyev bildirib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində, Respublika Dövlət Yol Polisində (DYP), Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində pullu xidmətlər göstərilməsi sahəsində fəaliyyəti tənzimləyən normativ aktların antikorrupsion ekspertizası aparılıb. Həmçinin, pullu xidmətdən istifadə edən vətəndaşlar arasında sorğu keçirilib. Fondun nümayəndəsi Zaur İbrahimli deyib ki, sorğuda 899 respondent iştirak edib. Sorğu zamanı bəlli olub ki, respondentlərin 17,67 faizi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin fəaliyyətini "çox pis", 49,50 faizi isə "pis" qiymətləndirib. Respondentlərin 38,50 faizi notariusların fəaliyyətini "yaxşı", 36,50 faizi isə "pis" dəyərləndirib. Respondentlərin əksəriyyəti DYP-nin də fəaliyyətini pis hesab edib. -
10-13-2008, 01:30 PMAPAAzərbaycanda prezident seçkilərini 30 xarici KİV-in 92 nümayəndəsi izləyəcək
[b]Azərbaycanda prezident seçkilərini 30 xarici KİV-in 92 nümayəndəsi izləyəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərini izləmək üçün 30 xarici Kütləvi İnformasiya Vasitəsinin (KİV) 92 nümayəndəsi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Bu barədə APA-ya məlumat MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən daxil olub. Müraciət edənlər arasında "Azadlıq" radiosu (ABŞ), "İmedi", "Rustavi-2" (Gürcüstan), "Əl-Cəzirə" (Qətər), TRT( Türkiyə), "Milli Rumuniya" (Rumıniya), CTB, NTV, "Mir" (Rusiya) televiziyaları, İRNA (İran), "İhlas", "Anadolu" Türkiyə), "Associated Press", EPA (ABŞ), "Frans-Press" (Fransa), "Bloomberg-News" (Almaniya) informasiya agentlikləri, "Profil", "Vestnik XXI", "Rossiskaya qazeta" (Rusiya) və "El Pais" (İspaniya) qəzetləri var. -
10-13-2008, 01:40 PMAPAMSK sədri Məzahir Pənahov qazaxıstanlı həmkarını qəbul edib
[b]MSK sədri Məzahir Pənahov qazaxıstanlı həmkarını qəbul edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kulandık Turqankulovla görüşüb. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verən M. Pənahov seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün bütün imkanların səfərbər olunduğunu, seçki məntəqələrinin 500-də veb-kameraların quraşdırıldığını bildirib. K. Turqankulov isə Azərbaycanda seçkilərə hazırlığın səviyyəsini yüksək qiymətləndirərək Qazaxıstandan olan 50-dən çox müşahidəçinin səsvermənin gedişini izləyəcəyini deyib. O, veb-kameralarla bağlı təcrübənin öyrənilərək Qazaxıstanda da tətbiq olunmasının vacibliyini vurğulayıb. -
10-13-2008, 02:00 PMAPABu ildən Masallı və Saatlı rayonlarının sosial obyektləri də istiliklə təmin olunacaq
[b]Bu ildən Masallı və Saatlı rayonlarının sosial obyektləri də istiliklə təmin olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Azəristiliktəchizat» ASC ilk dəfə olaraq, bu ilin payız-qış mövsümündən Masallı və Saatlı rayonlarını istiliklə təmin etməyə başlayacaq. «Azəristiliktəchizat» ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev «APA-ECONOMICS»ə bildirib ki, artıq bunun üçün hər bir rayonda bir qazanxana tikilib. İlkin mərhələdə həmin rayonlarda bu qazanxana vasitəsilə əsasən, sosial obyektlərə istilik veriləcək. R.Əliyevin sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar respublikanın regionlarında 7 yeni modul tipli qazanxana quraşdırılıb. Bu il 33 rayonda 124 qazanxana işləyəcək ki, bu da 84 məktəb, 10 uşaq bağçası, 61 səhiyyə obyekti və 86 digər sosial obyekti istiliklə təmin etməyə imkan verəcək.