[b]Azərbaycanda neft hasilatı 10 ildən sonra kəskin azalacaq[b]
Bakı. Elmin İbrahimov - APA-ECONOMICS. Azərbaycanda neft hasilatı yaxın 7-8 il ərzində pik həddə çatdıqdan sonra 2018-ci ildə kəskin şəkildə azalaraq təxminən indiki səviyyəyə çatacaq.
[«APA-ECONOMICS»in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin əməliyyat idarəsinin rəis müavini Vidadi Rüstəmov Qazaxıstanda keçirilən beynəlxalq neft və qaz konfransında deyib.«Azərbaycanda 2018-ci ildə maye karbohidrogen hasilatı təxminən 45-50 mln. ton həcminə düşəcək ki, bu həcm heç Bakı-Ceyhan kəmərinə də bəs etməyəcək. «Azəri-Çırag-Günəşli» strukturunda isə hasilat həcminin 35-40 mln. tona düşəcəyi gözlənilir», - deyə şirkət rəsmisi vurğulayıb. Məlumat üçün qeyd edək ki, bu il Azərbaycanda neft hasilatı həcminin 50-52 mln. ton, 2015-ci ildə isə 60 mln. ton olacağı proqnozlaşdırılır. Şirkətin strateji planları barədə danışan V.Rüstəmov 2018-ci ilə qədər investisiya dəyəri 4 mlrd. ABŞ dolları olan müasir standartlara uyğun neftayırma zavodu inşa olunacağını və bunun ildə 15 mln. ton Qazaxıstan nefti emal edəcəyini bildirib.
Azərbaycan Xəbərləri
Printable View

10-10-2008, 12:30 PMAPAAzərbaycanda neft hasilatı 10 ildən sonra kəskin azalacaq

10-10-2008, 12:40 PMAPAYaxın 17 il ərzində Bakıda 41 yeni metro stansiyası tikiləcək
[b]Yaxın 17 il ərzində Bakıda 41 yeni metro stansiyası tikiləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın 17 il ərzində Bakı Metropolitenində daha 41 stansiyanın tikintisi nəzərdə tutulur. «APA-ECONOMICS»in bildirdiyinə görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.Metropoliten rəisinin bildirdiyinə görə, paytaxtda inşa olunan yeni avtovağzal kompleksinin ərazisində də metro stansiyasının tikintisi nəzərdə tutulur. Bundan başqa, gələn il «Azadlıq» stansiyası istismara veriləcək.Bu dövrdə Sumqayıta, Heydər Əliyev Beynəlxalq Hava Limanına və Badamdar qəsəbəsinə də metro xətlərinin çəkilməsi nəzərdə tutulur.Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin 21 stansiyası və 1 deposu var. -
10-10-2008, 12:50 PMAPABişkek sammitinin qərarı ilə gürcü-abxaz münaqişə zonasında MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb
[b]Bişkek sammitinin qərarı ilə gürcü-abxaz münaqişə zonasında MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb[b]
[Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkek sammiti başa çatıb. APA-nın məlumatına görə, sammitin yekun qərarına əsasən, gürcü-abxaz münaqişə zonasında sülhün qorunması üzrə MDB kollektiv qüvvələrin fəaliyyəti dayandırılıb. Bu qərar Rusiyanın təşəbbüsü ilə gündəliyə daxil edilib və qəbul olunub. Dövlət başçıları həmçinin MDB məkanında 2009-cu ildə əməkdaşlığın əsas sahəsi olaraq enerji sahəsini müəyyən ediblər. Bundan başqa 2020-ci ilə kimi MDB-nin İqtisadi İnkişaf Strategiyası layihəsinin yenidən işlənməsi barədə qərar qəbul olunub. Sammitin qərarı ilə dünyada gedən maliyyə böhranının MDB ölkələrinə neqativ nəticələrinin qarşısını almaq yollarını müəyyənləşdirmək üçün işçi qrup yaradılıb. Bu qrupun maliyyə nazirləri səviyyəsində ilk iclası yaxın 10 gündə Moskvada keçiriləcək. -
10-10-2008, 01:00 PMAPAQDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı oktyabrın sonunda Tiranada keçiriləcək
[b]QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı oktyabrın sonunda Tiranada keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Oktyabrın 23-də Tiranada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 19-cu toplantısı keçiriləcək. APA-nın məlumatına görə, toplantıya Albaniyanın xarici işlər naziri Luzlim Başa sədrlik edəcək. Toplantıda "QDİƏT fəaliyyətinin yaxşılaşdırılmasına dair təlimatlar" adlı sənəd müzakirə olunacaq. Bu məsələ Türkiyənin xarici işlər naziri Əli Babacanın təşəbbüsü ilə qurumun Nyu-Yorkda keçirilən qeyri-formal sammitində müzakirə olunub. XİN başçıları həmçinin peşəkar yük maşını sürücüləri və iş adamları üçün viza rejiminin asanlaşdırılmasına dair saziş imzalanması məsələsini də müzakirə etmək niyyətindədir. Toplantıda həmçinin QDİƏT-Avropa İttifaqı əməkdaşlığı, QDİƏT milli koordinatorlarının təyin olunması, quruma müşahidəçi statusla üzvlüyə dair ərizələrə baxılması məsələləri müzakirə olunacaq. Görüşün sonunda QDİƏT Xarici İşlər Nazirləri Şurasının Tirana Bəyannaməsi müzakirə olunacaq. Toplantının sonunda QDİƏT-ə sədrlik Albaniyadan Ermənistana keçəcək. Ermənistan bu quruma bu ilin noyabrın 1-dən 2009-cu ilin 30 aprelinə kimi sədrlik edəcək. Daha sonra sədrlik rotasiya qaydasında altı ay müddətinə Azərbaycana keçəcək. -
10-10-2008, 01:20 PMAPAQarabağ müharibəsi əlili yeni aldığı "Oka" markalı avtomobildə qəzaya düşərək ölüb
[b]Qarabağ müharibəsi əlili yeni aldığı "Oka" markalı avtomobildə qəzaya düşərək ölüb[b]
[Balakən - Oğuz. Vüqar Heydərov. APA. Qarabağ Müharibəsi əlili, 1972-ci il təvəllüdlü Balakən rayonu Tülü kənd sakini Alagözov Elçin Məhəmməd oğlu Oğuz rayonunda baş verən yol qəzasında dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası oktyabrın 7-də saat 14.00 radələrində E. Alagözov İsmayıllı rayonunda əlillərə "Oka" markalı avtomobillərin təqdim etmə mərasimindən qayıdarkən baş verib. Bildirilib ki, E. Alagözovun idarə etdiyi "Oka" markalı avtomobil idarə etmənin itməsi səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 102-ci kilometrliyində yolun soluna çıxıb və əks istiqamətdə hərəkət edən 1979-cu il təvəllüdlü Şəki şəhər sakini Mustafayev Elçin Rafiq oğlunun idarə etdiyi "Toyata" markalı, 10-RL-655 dövlət nişan nömrəli avtomaşınla toqquşaraq ağaca dəyib. Bədən xəsarətləri alan E. Alagözov Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. E. Alagözovun sərnişin 1989-cu il təvəllüdlü Balakən rayon Talalar kənd sakini Süleymanov Bəhruz Bilal oğlu ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. -
10-10-2008, 01:30 PMAPAAzərbaycan dünya mətbuatında haqqında məlumat gedən ölkələrin siyahısında 60-cı yeri tutub
[b]Azərbaycan dünya mətbuatında haqqında məlumat gedən ölkələrin siyahısında 60-cı yeri tutub[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan dünya mətbuatında ölkələr haqqında məlumatların sayına görə müəyyənləşən "East West Global Index 200" reytinqində 60-cı yeri tutub. APA-nın məlumatına görə, reytinq cədvəli aprel-iyul aylarında dünyanın 38 aparıcı kütləvi informasiya vasitələrində keçirilən monitorinq əsasında hazırlanıb. Bu müddət ərzində 38 media orqanında Azərbaycanın adı 869 dəfə çəkilib. Reytinq cədvəlində ilk yeri 32155 xatırlatma ilə Sinqapur tutur. Ermənistan 1140 xatırlatma ilə 151-ci yerdədir. -
10-10-2008, 01:40 PMAPAÇelik: "Mənim üçün Türkiyə, bayraq sözü nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir" - FOTOSESSİYA
[b]Çelik: "Mənim üçün Türkiyə, bayraq sözü nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir" - FOTOSESSİYA[b]
Türkiyəli sənətçi Qafqaz rəqslərinə heyran olduğunu, Azərbaycanın bütün görməli yerlərini gəzəcəyini deyir
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin məşhur sənətçisi Çelik Erişçinin APA-ya eksklüziv müsahibəsi- Yaşamaq üçün Azərbaycanı seçməyiniz nə ilə bağlıdır?- Dövlət olaraq Azərbaycanın, ticarət layihələri baxımından isə Bakının gələcəyi çox parlaqdır. Bura gəldiyimdən bəri sadəcə bunu deyirəm ki, yaxın vaxtlarda Bakı Qafqazın Parisi olacaq. Burada çox gözəl ticarət quracağam və gəlişimin əsas məqsədi də budur. - Deyəsən, ticarətə restoran biznesi ilə başlamaq niyyətindəsiniz.- Əslinə qalsa, restoran mənim bu yolda ilk addımımdır. Bakıda həyata keçirmək istədiyim azı 3 layihə var. Hazırda onların üzərində işləyirəm. Bunlardan birincisi otel açmaq, digərləri isə menecerlik və təşkilatçılıqla bağlı layihələrdir. Əsas məqsədimiz buradakı sənətçiləri Türkiyə və dünya miqyasına çıxarmaq, Azərbaycanda isə Türkiyə sənətçilərinin konsertlərini təşkil etməkdir. Ancaq buradakı sənətçilərdə və mediada yanlış anlaşılan bir məsələ var. Onlar yalnız populyar və daha tanınmış olan şəxsləri sənətçi olaraq görürlər. Bu, çox böyük bir xətadır. Burada populyar olmayan çox dəyərli sənətçilər var. Biz onlara da menecerlik etmək fikrindəyik. - Paytaxtımızda saysız-hesabsız restoranlar və otellər fəaliyyət göstərir. Siz bu rəqabətə tam hazırsınızmı? - Rəqabətə hazıram, özü də lap çoxdan. Bu sahədə təcrübəmiz var. Şəxsən mən Türkiyədə çoxsaylı restoranlar işlətmişəm, yəni həmin restoranlara sahiblik etmişəm. Bu sahədə uğur qazanacağıma tam əminəm. Amma işimi buradakı sistemlə aparmayacağam. - Bu işə təkbaşına girişmədiyiniz bəllidir. Ticarət ortağınızın kimliyini açıqlaya bilərsinizmi? - Düzdür, ticarət ortaqlarım var. Ancaq onların kimliyini sirr olaraq saxlamağı lazım bilirəm. Bircə onu deyim ki, Azərbaycanda çoxlu dostlarım var. - Hansı Azərbaycan sənətçiləri ilə əməkdaşlıq etməyi düşünürsünüz? - Bunu hələ dəqiq müəyyənləşdirməmişik. Belələri var, ancaq onları daha çox tanımaq lazımdır. Əsas məsələ səs və sənətdir, bizim üçün başqa meyarlar yoxdur. Mən Qafqaz rəqslərinə heyranam. Burada Qafqaz rəqslərini ifa edən kollektivlərin çıxışlarına baxmaq istəyirəm, onları Türkiyəyə aparmaq arzum var. Amma bizim anladığımız anlamda populyar olmadığı üçün kimsə bu rəqslə maraqlanmır. Burada qalacağım müddətdə yerli sənətçilərin konsertlərinə, rəqs göstərilərinə, opera tamaşalarına, teatrlara, klassik musiqi konsertlərə getmək istəyirəm. Eyni zamanda muzeyləri, kinoteatrları, tarixi abidələri görmək niyyətindəyəm. Qazaxda dövlət başçısının qatıldığı bir konsertdə çıxışım oldu. Oraya gedərkən yol boyunca gördüklərim inanılmazdır. Mən burada Dədə Qorqudun abidəsinin olduğunu bilmirdim. Belə şeylərin hamısını görmək istəyirəm. Yəni daha populyar və göz önündə olan şeylərlə yox, diqqətdən bir az kənarda qalmış məsələlərlə bağlı layihələrim çoxdur. - Azərbaycan və Türkiyə şou-biznesi arasında fərqlər çoxdur. Maraqlıdır, Azərbaycanın şou-biznes aləminə qatılmaq istəyən Çelik buranın, yoxsa Türkiyənin standartlarına üstünlük verəcək? - Tamamilə doğrudur, fərqlər çox böyükdür. Amma bu prinsiplə Türkiyə ilə Amerika və Avropa arasında da fərqlilik çoxdur. Azərbaycanda şou-biznes inkişaf etməlidir. Əslində bütün ölkələrə aid olan daimi kriteriya, ümumi tələblər var. Kimsə dünya səviyyəsinə uyğunlaşmaq istəyirlərsə, həmin tələbələri yerinə yetirməlidir. Mən də həmin ümumi kriteyaları və tələbləri həm ölkəmdə, həm də burada həyata keçirəcəyəm. Bununla da şou-biznesin ümumi yolunu buradakılara öyrətmiş olacağam. - Bu istiqamətdə hər hansı tövsiyələriniz və addımlarınız olacaqmı?- Əlbəttə, olacaq. Bu tövsiyələrimi iş əsnasında verəcəyəm. Amma yaxın vaxtlarda kiçik bir layihə həyata keçirmək istəyirəm. Dərs verəcək bir yer açmaq fikrindəyəm. Bu, əsasən assistentlik kursu olacaq. Media koordinatorluğu və assistentliklə bağlı mütləq bir şeylər etmək lazımdır. Bu sahədə çoxlu çatışmazlıqlar var. Bu əksikliklərin tamamlanması üçün lazımi işlər görülməlidir. Tövsiyə vermək yerinə, bir məktəb açıb öyrətməyi üstün tuturam. - Türkiyə televiziyalarında, maqazin proqramlarında ən az görünən sənətçilərdən birisiniz. Bu, nə ilə əlaqədardır, yoxsa gündəmdə olmaqdan xoşlanmırsınız? - Gündəmlə əlaqəli deyil. Hər bir kəs gündəmdə olmağı çox sevir, mən də bunu xoşlayıram. Ancaq mən səviyyəli şəkildə - işimlə, sənətimlə, ifamla gündəmdə olmağa üstünlük verirəm. Səviyyəsiz bir şəkildə gündəmdə qalmaq mənə yaddır. - İndiyədək iki evliliyiniz olub. İkinci evliliyinizdən bir oğlunuz var. Onu Bakıya gətirmək fikriniz yoxdur ki?- Oğlum Atilla 4 yaşındadır. Hələ çox balaca olduğu üçün buraya gətirmək mümkün deyil. O, anasının yanındadır və artıq məktəbə getmə zamanı yaxınlaşır. İndi onu bura gətirsəm, iş görə bilməyəcəyəm. Yanında mütləq biri olmalıdır. - Burada olduğunuz müddətdə oğlunuz üçün darıxmayacaqsınızmı?- Türkiyəyə tez-tez gedib-gələcəyəm, həftənin bir-iki gününü onunla keçirəcəyəm. Daim yollarda olacağam... - Hər iki evliliyinizin pozulmasına səbəb nə olub? Evliliyə xarakteriniz imkan vermir, yoxsa sənətiniz? - Bizim çox çətin həyatımız var. Kənardan baxanda çox maraqlı, cəlbedici, arzu edilən bir həyat kimi görünə bilər, amma göründüyü kimi deyil. Bir qadınla bərabərliyi davam etdirərkən, işində-gücündə olmaq həqiqətən çox çətindir. Məsələn, hansısa xanım sənətçi ilə konsert üçün birgə turneyə çıxmaq birlikdə olduğun qadının xoşuna gəlməyə bilər, amma bu, bizim işimizdir. Yəni belə məsələlər ortaya çıxanda evliliyi davam etdirmək olmur, bu üzdən daim problemlər yaşanır. Bu, cansıxıcı bir durumdur, bütün bunlara tab gətirmək çətin olur. - Türkiyədə seriallara çəkilməyi gələcək planlarınız sırasına daxil etmisinizmi?- Ola bilər. Əgər səviyyəli, özümə layiq serial olarsa, çəkilərəm. Səviyyəli bir şey deyəndə maddiyyəti qətiyyən nəzərdə tutmuram. Ümumiyyətlə, mən heç nəyi maddiyyətlə ölçmürəm. İstər filmdə, istərsə də serialda ifa edəcəyim obraz mənə uyğun olmalıdır. Məsələn, həyatım boyu filmdə və ya serialda narkoman obrazını canlandırmaram. Lap bu rol üçün mənə 1 milyon dollar versələr belə... - Bəs hansı rolu təklif etsələr razılıq verərdiniz? - Müəllim, vəkil, qanun adamı rolunu oynaya bilərəm, amma mənfi rolları sevmirəm. Mən öz gücümə inandığım üçün mənfi rolları oynamaq istəmirəm, çünki bu rolla tamaşaçıda başqa fikirlər oyadacağam. Bu üzdən də seriala çəkilməklə bağlı çoxsaylı dəvətlərdən imtina etmişəm. Azərbaycanda da filmə dəvət alsam, eyni şərtlər irəli sürəcəyəm. Bu fikrim Hollivud və ya Paris üçün də dəyişməzdir. - Siyasətlə maraqlanırsınızmı?- Siyasətlə çox yaxından maraqlanıram və qəti, konkret mövqeyim var. Vətənimi çox sevirəm və dövlətimin quruluş ideallarına sadiqəm. Ölkəmin qurucusu və lideri Mustafa Kamal Atatürkə çox bağlıyam. Partiya mənsubluğum yoxdur. Doğru saydığım hər şeyi azad şəkildə söyləyə bilmək azadlığım var. - Gələcəkdə millət vəkili seçilmək iddianız varmı?- Əlbəttə. Yaxın illərdə mütləq siyasətə atılıb, bu düşüncəmi həyata keçirəcəyəm. - Türkiyədə cərəyan edən "Ergenekon" məsələsinə münasibətimiz necədir?- Ergenekon türklüklə bağlı çox müqəddəs sözlərdən biridir. Mənim üçün Türkiyə, bayraq sözləri nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir. O ada zərər vermək üçün atılan hər bir addımı səhv hesab edirəm. Bu mövzuda yazılanların heç birinin doğruluğuna inanmıram. Bu məsələ ilə bağlı hazırda Türkiyədə çox ciddi basqı var. - Bəlkə sizi Türkiyədən qaçıran da elə bu basqıdır?- Yox, mənim bu anlamda bir sıxıntım yoxdur. Ancaq Türkiyədə ölkəsini, xalqını qoruyan insanlara qarşı çox ciddi basqılar var. İnsanlar bundan dolayı çox sıxıntı çəkirlər. Məqamı yetişəndə sizin mətbuata bəzi siyasi məsələlər barəsində açıqlama verəcəyəm. - Türkiyənin hansı futbol komandasına azarkeşlik edirsiniz? - "Qalatasaray"lıyam, amma fanat deyiləm. Ümumiyyətlə, idmanı çox sevirəm. Azərbaycanın voleybol yığmasının kapitanı olan qız hazırda İstanbuldadır və onu seyr edirəm. Özüm də həmişə voleybol, basketbol oynayıram, digər idman növləri ilə də məşğul oluram. - Çelik polad deməkdir. Adınız xarakterinizə nə qədər uyğundur?- Eyibdir söyləməsi, amma mən elə əsl çelikəm. Yaxşı insan olduğumu düşünürəm. Dürüstəm və hər zaman verdiyim sözləri yerinə yetirirəm. - Azərbaycan sənətçilərindən kiminlə duet oxumaq fikrindəsiniz? Bəstələrinizdən ifa üçün bizim sənətçilərə verə bilərsinizmi?- Hələ ki seçim etməmişəm. Noyabrın sonuna kimi Bakıda bütün Azərbaycan televiziyalarını seyr edəcəyəm, sonra Azərbaycan türkcəsini mükəmməl öyrənmək istəyirəm. Yəni bu dili tamlığı ilə anlamaq və danışmaq arzusundayam. Duet məsələsinə gəlincə, bu, bir az vaxt aparan işdir. Öncə bir mahnı olmalı və sonra bu mahnını hansı sənətçi ilə birlikdə oxumağın daha yaxşı alınacağını düşünmək lazımdır. Mənim "Sən yoluna, bən yoluma" mahnımı Əbru Gündəş, "Qızımız olacaq" mahnımı isə İzel oxuyur. Əgər Əbru Gündəşin oxuduğunu İzel, İzelin oxuduğunu isə Əbru oxusaydı, çox pis alınardı. Mən mahnı seçimi edərkən çox götür-qoy edirəm. Ağlımda bir-iki sənətçi var, ancaq hələ dəqiqləşdirməmişəm. Bu gün üçün hələlik bir nəfərin adını çəkə bilərəm, o da Azərindir. Onun ifası olduqca diqqətimi çəkdi. - Gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmək fikriniz yoxdur ki? - Siz necə öz vətəndaşlığınızdan vaz keçməzsinizsə, mən də Türkiyə vətəndaşlığımdan imtina etmərəm. Amma sizin mərhum lideriniz Heydər Əliyevin bir sözü var və Türkiyədə o söz çox sevilir - "Bir millət, iki dövlət". İki ayrı dövlət kimi görünsək də, bir millətik. Mən bir fərq görmürəm. Azərbaycanda və bölgədə rus dili də çox işlək olduğu üçün bu dili də öyrənmək istəyirəm. Burada gördüyüm işlər Türkiyədəki işlərimə qətiyyən mane olmur. Orada restoranım var və indi də işləyir. Noyabrda yeni albomum çıxacaq və təqdimatını Türkiyədə keçirəcəyəm. Amma burada ticarət baxımından Amerikadan, Avropadan və Türkiyədən daha yaxşı imkanlar var. - Bakının tarixi yerlərində olmusunuzmu?- Bəli, İçərişəhərdə olmuşam və oranı çox sevirəm. Amma Azərbaycanın çox az yerini tanıyıram, bu dəfə ölkənizi daha çox gəzib öyrənəcəyəm. Məqsədim bütün əyalətlərinizdə konsert proqramı ilə çıxış etməkdir. - Azərbaycan mətbəxində ən çox sevdiyiniz yemək hansıdır?- Qutabı çox sevirəm. İndi yeməklərin adını çox da bilmirəm, ancaq mətbəxiniz çox zəngin və ləzzətlidir. Tezliklə hər birinin adını öyrənəcəyəm. - İmicinizə dəyişiklik etmək fikriniz varmı? - Yeni albomum çıxdıqdan sonra imicimdə dəyişiklik etməyi düşünürəm. -
10-10-2008, 01:50 PMAPATQDK qəbul imtahanlarında açıq test banklarından istifadəni dayandıracaq
[b]TQDK qəbul imtahanlarında açıq test banklarından istifadəni dayandıracaq[b]
[Bakı. İlhamə İsabalayeva-APA. "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2000-ci ildə test bankını çap edib. Biz bu testləri imtahana hazırlıq kimi deyil, pedaqoji işçiləri onlarla tanış etmək üçün açıqladıq. Hazırda həmin test bankı bugünki test bankının 30 faizini təşkil edir. Gələcək imtahanlarda isə o test bankından bir sual da istifadə ediılməyəcək". APA-nın məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında TQDK-nın sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri təəssüflə qeyd edib ki, bu gün repetitorluqla məşğul olan müəllimlər açıq test bankından abituriyentləri hazırlaşdırmaq üçün istifadə edirlər. Bunu səhv yol sayan M. Abbaszadənin sözlərinə görə, ötən müddətdə saxta test bankı dərc edənlər də çox olub: "Müəllimlər test banklarını toplayırlar və hesab edirlər ki, artıq bankın bir hissəsi onlarda var. Ancaq hansı müəllimlər "məndə test bankı var, sizi hazırlaşdıracağam" deyirsə, onlar düzgün hazırlaşdırmırlar. Abituriyent test tapşırıqlarını əzbərləməli deyil, qəbul proqramlarını mənimsəməlidir". M. Abbaszadənin sözlərinə görə, artıq qapalı bankda kifayət qədər sual olduğu üçün açıq test bankından istifadə etməmək olar. -
10-10-2008, 02:00 PMAPATRT-də "Sən türkünü söylə" adlı solist yarışması başlayır
[b]TRT-də "Sən türkünü söylə" adlı solist yarışması başlayır[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Oktyabrın 11-də Bakı vaxtı ilə saat 23.00-da Türkiyənin TRT-1 və "TRT İnt" telekanallarında xalq musiqisi janrında "Sən türkünü söylə" adlı solist yarışması başlayacaq. Bu barədə APA-ya TRT-nin Bakı təmsilçiliyinin mətbuat xidmətindən məlumat verilib. Qaliblərin SMS vasitəsilə seçiləcəyi yarışmada Azərbaycanı Qızılgül Babayeva təmsil edəcək. Q. Babayevanı Azərbaycan, Türkiyə və Avropada yaşayan azərbaycanlılar SMS-lə dəstəkləyə bilərlər. Onun SMS nömrəsi yarışma başlayan andan efirdən elan ediləcək. -
10-10-2008, 02:10 PMAPAAli məktəblərə qəbul imtahanlarının test tapşırıqlarında dəyişikliklər ediləcək
[b]Ali məktəblərə qəbul imtahanlarının test tapşırıqlarında dəyişikliklər ediləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanları zamanı təqdim edilən test tapşırıqlarında müəyyən dəyişikliklər edəcək. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, dəyişikliklər testin təqdim olunma forması, onun metodiki cəhətdən işlənməsi ilə bağlı olacaq. O, model testlərin "Abituriyent" jurnalının gələn il çıxacaq 1-ci və 2-ci saylarında çap ediləcəyini söyləyib: "İndiyə qədər istifadə edilən testlərdə təklif olunan cavablardan biri seçilirdi. Amma elə testlər var ki, cavab yazılmır. Sual verilirsə, cavabı yazılmalıdır". M. Abbaszadə ümumilikdə qəbul imtahanlarının məzmununda, ixtisas qruplarında heç bir dəyişiklik olmayacağını vurğulayıb: "Növbəti tədris ili üçün qəbul imtahanlarında ötənilki modeldən istifadə olunacaq. Biz hər il elmi-metodiki seminarlarda müxtəlif modelləri müzakirə edirik. Amma hüququ qərar olmadan heç bir dəyişiklik tətbiq edilə bilməz". Yanvarda fənlər üzrə qəbul proqramlarının da çap ediləcəyini açıqlayan M. Abbaszadənin sözlərinə görə, imtahanların təhlükəsizliyinə təsir göstərməmək şərti ilə sənəd verilmə prosesi sadələşdiriləcək. -
10-10-2008, 02:20 PMAPAPermdə təyyarə qəzasında həlak olmuş sərnişinlərin zinət əşyalarını oğurlamış milislər həbs edilib
[b]Permdə təyyarə qəzasında həlak olmuş sərnişinlərin zinət əşyalarını oğurlamış milislər həbs edilib[b]
Bakı. Laçın Sultanova-APA. Rusiyanın Perm şəhərində "Boinq-737" təyyarəsində həlak olan sərnişinlərin zinət əşyalarını oğurlamaqda günahlandırılan milis əməkdaşları barəsində cinayət işi başlanıb.
[APA-nın məlumatına görə, sentyabrın 14-də təyyarənin qəzaya uğradığı yerdə rəsmi orqanlar tərəfindən aparılan təhqiqat zamanı həlak olanlar məxsus minlərlə şəxsi əşyalar, sənədlər, zinət əşyaları, pul, avadanlıq və s. götürülüb. Əşyalar həlak olanların yaxınlarına qaytarmaq üçün sistemləşdirilib, şəkilləri çəkilib və təsvirləri yazılıb. Lakin oktyabrın 7-də məlum olub ki, həlak olanlara məxsus bütün zinət əşyaları oğurlanıb. Faktla bağlı cinayət işi açılıb və bir sutka ərzində cinayətin üstü açılıb. Araşdırma zamanı oğurluğu 2 milis işçisinin törətdiyi müəyyənləşdirilib. Xatırladaq ki, həmin qəza nəticəsində 8 azərbaycanlı və əslən Azərbaycanın Quba rayonundan olan Naxumovlar ailəsi həlak olub. -
10-10-2008, 02:30 PMAPAAzərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib
[b]Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Bişkekdə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib.
[APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb. Qeyd edək ki, görüş Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirləri Şurasının iclası çərçivəsində keçirilib. -
10-10-2008, 02:40 PMAPAİraqın şimalından Türkiyəyə keçməyə çalışan xeyli terrorçu məhv edilib
[b]İraqın şimalından Türkiyəyə keçməyə çalışan xeyli terrorçu məhv edilib[b]
[Ankara - APA. İraqın şimalından Türkiyə ərazisinə keçməyə çalışan böyük terrorçu qrup məhv edilib. APA-nın məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Baş Qərargahın ictimaiyyətlə əlaqə idarəsinin rəisi, general Mətin Gürak oktyabrın 9-da axşam saatlarında İraqın şimalından Türkiyə ərazisinə keçməyə cəhd göstərən xeyli PKK-çının müəyyən edildiyini, terrorçulara havadan və yerdən zərbələr endirildiyini deyib. O, keçirdiyi həftəlik brifinqdə bildirib ki, əməliyyat nəticəsində terrorçuların böyük hissəsi məhv edilib. M. Gürak oktyabrın 3-də Aktütün sərhəd zastavasına hücum etmiş terrorçuları təqib etməyə davam etdiklərini söyləyib. Xatırladaq ki, terrorçuların Türkiyə-İraq sərhədindəki Aktütün zastavasına hücumu zamanı 17 türk hərbçisi şəhid olub. -
10-10-2008, 03:00 PMAPAAzərbaycanın Gözdən Əlillər Cəmiyyəti 5 minədək trafaret hazırlayaraq seçki məntəqələrinə paylayıb
[b]Azərbaycanın Gözdən Əlillər Cəmiyyəti 5 minədək trafaret hazırlayaraq seçki məntəqələrinə paylayıb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın Gözdən Əlillər Cəmiyyəti 5 minədək trafaret hazırlayaraq seçki məntəqələrinə paylayıb. Bu barədə APA-ya Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. Cəmiyyət sədrinin sözlərinə görə, gözdən əlillərin gizli səsvermə hüququnu təmin edəcək həmin trafaretlər Mərkəzi Seçki Komissiyasının sifarişi ilə çap edilib. S. Abdullayev həmin trafaretlərdə prezidentliyə namizədlərinin adının Brayl üsulu ilə yazıldığını deyib. Qeyd olunan trafaretlərdən hər məntəqəyə 3-4 ədəd verilib. S. Abdullayev ölkədə 30 mindən artıq gözdən əlil insanın 20 mindən çoxunun səsvermə hüququna malik olduğunu bildirib. -
10-10-2008, 03:10 PMAPAPrezidentliyə namizəd İlham Əliyevin vəkilləri ölkənin şimal bölgəsində seçicilərlə görüşlər keçiriblər
[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri ölkənin şimal bölgəsində seçicilərlə görüşlər keçiriblər[b]
[Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyevin vəkilləri ölkənin şimal bölgəsində seçicilərlə təbliğat xarakterli görüşlər keçiriblər. Namizədin vəkili Ceyhun Osmanlının APA-ya verdiyi məlumata görə, İ. Əliyevin vəkilləri Ziyad Səmədzadə, Nizami Xudiyev və Ceyhun Osmanlı seçicilərlə görüşərək, onları qarşıdakı prezident seçkilərində fəal olmağa çağırıblar. Dünən və bu gün namizədin vəkilləri Qusarın və Xaçmazın bir neçə kəndində olub, o cümlədən Qubanın Aqrar Elm Mərkəzində, Nizami kinoteatrında və rayon Müəllimlər İnstitutunda görüşlər keçiriblər. Oktyabrın 9-da Qusar rayonunun şəhər stadionunda seçicilərin iştirakı ilə mədəni-kütləvi tədbir də keçirilib. Bu gün isə Xaçmaz stadionunda seçicilərin iştirakı ilə analoji tədbirin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, şimal-şərq zonası üzrə YAP namizədi İlham Əliyevin vəkilləri sabah - oktyabrın 11-də Quba şəhər stadionunda görüş keçirəcək. -
10-10-2008, 03:20 PMAPAAzərbaycan paytaxtında gözdən əlillər üçün səsli işıqforlar quraşdırılıb
[b]Azərbaycan paytaxtında gözdən əlillər üçün səsli işıqforlar quraşdırılıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan paytaxtında gözdən əlil insanlar üçün 30-dək səsli işıqfor quraşdırılıb. Bu barədə APA-ya açıqlamasında Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə quraşdırılan bu işıqforların gözdən əlillərin küçələri təhlükəsiz şəraitdə keçməsinə imkan yaratdığını deyən S. Abdullayev yaxın gələcəkdə işıqforların sayının artırılmasının nəzərdə tutulduğunu bildirib. Cəmiyyət sədri belə işıqforlarda bəzən texniki problemlərin yarandığını da bildirib: "Bu işıqforların səsi zəif çıxdığı üçün bəzən gözdən əlil insanlar eşitmir. Biz istəyirik ki, səsli işıqforlar beynəlxalq standartlara tam cavab versin". S. Abdullayev yeni inşa olunan yollarda gözdən əlil insanların sərbəst keçidini təmin edəcək vasitələrin quraşdırılmasının da vacib olduğunu bildirib. -
10-10-2008, 03:30 PMAPAAzərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da paytaxtın yaxınlığında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı kompleksin açılışını bildirən rəmzi lenti kəsib. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, ölkənin turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcək. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya qoruğu yaradılıb. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam mövcuddur. Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. İki hektar ərazisi olan muzey kompleksi Abşeron yarımadasında tapılıb və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.Prezident və xanımı muzey kompleksi ilə yaxından tanış olublar. Sonra dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb söhbət edib. -
10-10-2008, 03:40 PMAPASəlim Müslümov: «Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır»
[b]Səlim Müslümov: «Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır»[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Azərbaycanda maliyyə bazarlarının inkişafı ilə qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması məsələləri uzlaşdırmalıdır». Bunu «APA-ECONOMICS»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Fondun sədri hesab edir ki, hazırda dünyada baş verən maliyyə böhranı şəraitində Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsinə olduqca həssas yanaşmaq lazımdır. S.Müslümovun sözlərinə görə, qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayarsa, bu qurumlar qeydiyyata saldıqları və onlara sosial sığorta haqqı ödəyən vətəndaşlardan aldıqları vəsaitləri yerləşdirilməlidir. Bunun üçün isə ilk növbədə həmin vəsaitlərin yerləşdiriləcəyi mənbələr müəyyənləşdirilməlidir: «Vəsaitlər elə yerlərə yerləşdirilməlidir ki, likvidlik dərəcəsi aşağı, gəlirlik isə yüksək, ən azından inflyasiya faizindən yüksək olsun. Ancaq bu gün vəsaitləri həmin şəkildə yerləşdirə bilən pensiya fondlarının fəaliyyət göstərməsi mümkündürmü? Ona görə də, hesab edirəm ki, bu, son dərəcə incə məsələdir». -
10-10-2008, 03:50 PMAPAQAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat yayıb
[b]QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat yayıb[b]
[Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ və Rusiya rəsmilərinin, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda işğal faktına hüquqi qiymət verilməsi məqsədəuyğun hesab edilib: "Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, danışıqların prinsiplərinə dair yaranmış müsbət meyl müvəqqəti və kompaniya xarakteri daşımamalı, Ermənistanın bu mövqeni qəbul etməsi üçün ardıcıl addımlar atılmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğalçı və təcavüzkar hərəkətlərinə görə cəzalandırılmalı, işğalçı qoşunlar Azərbaycanın ərazilərindən çıxarılmalıdır. Yalnız bundan sonra digər məsələlərin müzakirələrinə başlamaq olar. Əks halda müharibə qaçılmaz olacaq. Bunu dünya birliyi bilməli və Azərbaycanın haqlı mövqeyini başa düşməlidir. Dünya birliyi Rusiyanın işğalına məruz qalmış Gürcüstanı müdafiə etdiyi kimi, 18 ildir ki, işğaldan əziyyət çəkən Azərbaycanın da haqq işinə ədalətli mövqedən yanaşmalıdır". -
10-10-2008, 04:00 PMAPAAFFA-nın baş katibi UEFA-da sədr müavini oldu
[b]AFFA-nın baş katibi UEFA-da sədr müavini oldu[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-da da çalışacaq. "APA-SPORT"un məlumatına görə, Məmmədov qitə futbol qurumunun Fransanın Bordo şəhərində keçirilən son iclasında UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsi sədrinin ikinci müavini təyin edilib. Baş katibin bu qurumda fəaliyyəti gələn ilin iyunun 30-dək nəzərdə tutulub. Onun bu vəzifəyə namizədliyi AFFA rəhbərliyi tərəfindən irəli sürülüb. -
10-10-2008, 04:10 PMAPASentyabrda Azərbaycanın dövlət sərhədini pozan 19 sərhəd pozucusu saxlanılıb
[b]Sentyabrda Azərbaycanın dövlət sərhədini pozan 19 sərhəd pozucusu saxlanılıb[b]
[Bakı-APA. Bu ilin sentyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 14 halda 19 nəfər sərhəd pozucusu saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tutulan sərhəd pozucularının 10 nəfəri Azərbaycan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Suriya vətəndaşıdır. Vizası olmadığı üçün 90 halda 128 nəfər (41 nəfər İran, 25 nəfər Türkiyə, 9 nəfər İraq, 7 nəfər Azərbaycan, 5 nəfər Əfqanıstan, 5 nəfər Filippin, 5 nəfər Nigeriya, 5 nəfər Pakistan, 3 nəfər Fil Dişi Sahili, 3 nəfər Latviya, 3 nəfər Rusiya Federasiyası, 2 nəfər Türkmənistan, 2 nəfər Hindistan, 2 nəfər Çin, hər ölkədən 1 nəfər olmaqla ABŞ, Almaniya, İsrail, Kamerun, Şimali Kipr, Livan, Malayziya, Nepal, Sinqapur, Tailand və Zimbabve vətəndaşı), vizalarının müddəti qurtardığı üçün 36 halda 40 nəfər (13 nəfər İran, 6 nəfər Türkiyə, 4 nəfər ABŞ, 2 nəfər İsrail, 2 nəfər Nigeriya, 2 nəfər Türkmənistan, 2 nəfər Yaponiya, hər ölkədən 1 nəfər olmaqla Almaniya, Anqola, Böyük Britaniya, CAR, Çin, Kamerun, Latviya, Yuqoslaviya vətəndaşı və 1 nəfər vətəndaşlığı olmayan şəxs), müvafiq sənədləri olmadığına görə 28 halda 41 nəfər (21 nəfər Azərbaycan, 11 nəfər Rusiya Federasiyası, 3 nəfər İran, 2 nəfər Türkmənistan, hər ölkədən 1 nəfər olmaqla Qırğızıstan, Suriya, Türkiyə və Ukrayna vətəndaşı) saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 92 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində isə ay ərzində 4 halda 25 kiloqram 239 qram narkotik maddə aşkar edilərək götürülüb. Məlumata görə, Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus 5 gəmi və 1 qayığa, Rusiya Federasiyasına məxsus 1 gəmiyə baxışı keçirilib. Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 32 halda ümumi dəyəri təxminən 166 min 432 manat olan qaçaqmal, o cümlədən 13 ədəd pnevmatik tapança, 5000 ədəd pnevmatik tapança patronu, 2 ədəd ov tüfəngi, 11 ədəd tüfəng patronu, 31100 ədəd dərman preparatı, 2075 qutu siqaret 73050 ABŞ dolları, xeyli miqdarda spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb. -
10-10-2008, 04:30 PMAPAAzərbaycanda sahibkarlara verilən lisenziyaların reyestrinin yaradılması təklif olunur
[b]Azərbaycanda sahibkarlara verilən lisenziyaların reyestrinin yaradılması təklif olunur[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə sahibkarlıq sahəsində qeydiyyatla bağlı yeni qurumun yaradılmasını təklif edəcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu IFC-nin «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi»nin rəhbəri Boris Devyak bildirib. «Biz Azərbaycan üçün tamamilə yeni məhsul təklif edəcəyik ki, bu da, icazələrin və lisenziyaların reyestridir. Hazırda bu məsələyə dair İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparırıq. Öz növbəsində Azərbaycan hökuməti bu məhsulu qiymətləndirir və tətbiqində maraqlıdır», - deyə B.Devyak bildirib.Layihə rəhbərinin sözlərinə görə, 2008-ci ilin sonuna kimi bu layihənin planı Azərbaycan hökumətinə təqdim olunacaq. -
10-10-2008, 04:40 PMAPAPrezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Qusar və Xaçmazda seçicilərlə görüşüb
[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Qusar və Xaçmazda seçicilərlə görüşüb[b]
[Bakı. Elnur Məmmədli-APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli Qusar və Xaçmaz rayonlarında seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, görüşlərdə Q. Əlibəyli isə seçki platforması barədə məlumat verib, əhalinin sosial vəziyyəti, insan haqları, demokratik problemlər, hüquq bərabərliyi və digər sahələrdə olan problemlərdən danışıb, bu vəziyyətdən çıxış yollarına toxunub. Q. Əlibəyli hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakına tərəfdar olduğunu və bu amilə görə də seçkilərə qatılmaq qərarı verdiyini bildirib. Q. Əlibəylinin sözlərinə görə, bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problem Qarabağ məsələsidir. O, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində güzəştli mövqe tutduğunu bildirib və ümumilikdə Minsk Qrupundan imtina edilməsinin vacib olduğunu qeyd edib. Prezidentliyə namizəd bildirib ki, Azərbaycanda sosial problemlər kifayət qədər çoxdur, əhali çətin vəziyyətdə yaşayır. O həkimlərin, müəllimlərin əməkhaqlarının artırılmasının vacib olduğunu bildirib. Bundan əlavə Q. Əlibəyli Azərbaycanda idarəetmə mexanizminin düzgün təşkil olunmadığını qeyd edib. -
10-10-2008, 04:50 PMAPADünya şöhrətli caz ustası Bakıda konsert verəcək
[b]Dünya şöhrətli caz ustası Bakıda konsert verəcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Oktyabrın 29-da Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, 2005-ci ildə ABŞ-da "Caz ustası" fəxri adına layiq görülmüş məşhur ifaçı və bəstəkar Çik Koreanın konserti keçiriləcək. Ç. Koreanın Azərbaycanda ilk konserti Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə baş tutacaq. Bu barədə APA-ya Azərbaycan Beynəlxalq Bankından məlumat verilib. "Dünya caz ulduzları Bakıda" silsiləsindən keçiriləcək bu konserti "Premier Art" Konsert Agentliyi təşkil edəcək. -
10-10-2008, 05:10 PMAPAAzərbaycanda MDB-də analoqu olmayan MAN Satış və Servis Mərkəzi açılıb - FOTOSESSİYA
[b]Azərbaycanda MDB-də analoqu olmayan MAN Satış və Servis Mərkəzi açılıb - FOTOSESSİYA[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Almaniya istehsalı olan MAN yük avtomobilləri və sərnişin avtobuslarının Azərbaycandakı rəsmi idxalçısı «Improtex Trucks & Buses» şirkəti Bakıda MDB məkanında analoqu olmayan MAN avtomobillərinin satış və servis mərkəzinin açılış mərasimini keçirib.«APA-ECONOMICS»in məlumatına görə, açılış mərasimindən öncə «Improtex Trucks & Buses», «MAN Avtomobili Rossiya» MMC və «MAN Nutzfahrzeuge AG» şirkətlərin rəsmi şəxslərinin iştirakı ilə mətbuat konfransı keçirilib.Konfransda çıxış edən «Improtex Trucks & Buses» MMC-nin baş direktoru Elxan Əkbərov qeyd edib ki, Azərbaycanın digər regionlarında da analoji mərkəzlər açılacaq: «Belə ki, yaxın gələcəkdə biz Quba və Lənkəran rayonlarında - Şimal-Cənub avtomobil magistralı üzərində və Gəncə şəhərində, İpək Yolunun marşrutu üzərində MAN-ın satış və servis mərkəzlərini açmaq niyyətindəyik».Öz növbəsində konfransda Azərbaycanda yeni və istifadə olunmuş MAN texnikasından danışan «Improtex Trucks & Buses» MMC-nin satış üzrə direktoru Samir Əliyev bildirib ki, hazırda ölkədə iqtisadi tərəqqi müşahidə olunur və bir sıra sahələr kimi tikinti sektoru da inkişaf edir: «Bunun nəticəsində, yük və tikinti avtomobillərinə olan tələbat artır. Azərbaycanda daha çox MAN-ın yeni texnikasına tələbat duyulur. Lakin bu, o qədər çox olmasa da, istifadə olunmuş avtomobillərə də tələbat müşahidə olunur. Ümumiyyətlə, ölkədə bu cür texnikaya olan tələb təklifdən çoxdur». S.Əliyev həmçinin qeyd edib ki, bu ilin sonunadək «Improtex Trucks & Buses» şirkəti 500 ədəd müxtəlif növ MAN avtomobili sifariş edib ki, artıq sifarişin 80%-i satılıb. İlin sonunadək isə qalan 20%-in asanlıqla realizə olunacağı gözlənilir: «İstisna olunmur ki, ilin sonunda MAN avtomobillərinin Azərbaycanda defisiti yaransın».Konfransda çıxış edən «Improtex Trucks & Buses» MMC-nin satış sonrası direktoru Azər Şirməmmədov bildirib ki, mərkəz Avropanın ən müasir servis avadanlıqları ilə təchiz olunub. Servis mərkəzində təmir növündən asılı olaraq gün ərzində 120-150 avtomobili təmir etmək imkanı var: «Qeyd etmək lazımdır ki, 2006-cı ildə cəmi 30 avtomobilə, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 1 700 avtomobilə xidmət göstərilib. Hazırda servis mərkəzində 37 nəfər işçi çalışır, gələcəkdə isə işçilərin sayının 170-ə çatacağı gözlənilir». Bakıda MAN avtomobil mərkəzinin açılmasından razı qaldığını bildirən «MAN Avtomobili Rossiya» MMC-nin baş direktoru Per Qustav Nilson bildirib ki, mərkəzin həm ərazi, həm də təchizatı yüksək səviyyədə təşkil olunub. Belə ki, sözügedən mərkəz MDB məkanında birinci və hələ ki yeganədir. P.Nilson həmçinin qeyd edib ki, MAN-ın Azərbaycanın yük və sərnişin avtomobilləri bazarında iştirak payı 70%-dir. Həmçinin bildirilib ki, MAN avtomaşınları hansı ölkədə (Almaniya, Türkiyə, Polşa, Avstriya) istehsal edilməsindən asılı olmayaraq, onların keyfiyyəti eynidir. Tədbirdə çıxış edən «MAN Avtomobili Rossiya» şirkətinin baş direktorunun müavini Hakan Sundstrom əlavə edib ki, şirkət avtomobilləri sataraq işini bitmiş saymır. Belə ki, satılan avtomobillərə sonradan yüksək keyfiyyətli servis xidmətləri göstərilir: «Son 5 il ərzində bizim strategiya dəyişib. Belə ki, biz şəffaflıq yaratmışıq və beynəlxalq arenada uğurla fəaliyyətə başlamışıq».Öz növbəsində «MAN Nutzfahrzeuge AG»nin Azərbaycan üzrə direktoru Sergey Xavkin bildirib ki, MAN avtomobillərinin satışına görə Azərbaycanı digər ölkələrlə müqayisə etmək çətindir və bu, satışın sürətlə yüksəlməsi ilə bağlıdır. Belə ki, son bir neçə ilə ərzində ölkədə satış həcmi 5 dəfə artıb və yaxın gələcəkdə bu rəqəmin daha 3 dəfə artacağı gözlənilir. «Cari ilin ilk 6 ayı ərzində MAN avtomobillərinin satışı 80% artıb. Ümumiyyətlə, analoji artım göstəriciləri heç bir başqa ölkədə müşahidə olunmayıb», - deyə S.Xavkin vurğulayıb. Qeyd edək ki, 4 hektar sahəni əhatə edən MAN avtomobil satış və servis mərkəzinin inşası «Improtex Trucks & Buses» şirkəti tərəfindən maliyyələşdirilib. Mərkəzin tərkibinə ümumi sahəsi 9 min kv. metr təşkil edən 6 inzibati və servis binaları daxildir.«Improtex» Şirkətlər Qrupuna daxil olan «Improtex Trucks & Buses» 2005-ci ildən fəaliyyət göstərir və artıq 2006-cı ildən etibarən Almaniyanın «MAN Nutzfahrzeuge» şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı qismində çıxış edir. «Improtex Trucks & Buses» MMC dünyanın «Lufthansa» və BMW kimi tanınmış şirkətləri ilə də əməkdaşlıq edir. -
10-10-2008, 05:20 PMAPAElçin Behbudov polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib
[b]Elçin Behbudov polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Siyəzən, Dəvəçi, Samur, Xaçmaz və Qusar rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, müvəqqəti saxlanma təcridxanalarında saxlanılan şəxslər 15 oktyabr prezident seçkilərində səs vermək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına köçürülüblər. Komitə sədri bu gün rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqləri davam etdirəcəyini deyib. -
10-10-2008, 05:30 PMAPA«Azercell» sentyabrda daha 17 radio-baza stansiyası quraşdırıb
[b]«Azercell» sentyabrda daha 17 radio-baza stansiyası quraşdırıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» MMC sentyabr ayında ölkə ərazisində 17 radio-baza stansiyası istifadəyə verib. «Azercell»in mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, həmin stansiyaların 3-ü Bakı, digərləri isə Ağcabədi, Ağdaş, Balakən, Bərdə, Beyləqan, Cəlilabad, Gəncə, Göyçay, Göygöl, İsmayıllı, Qax, Yardımlı, Zaqatala və Zərdab rayonlarındadır. Hazırda «Azercell»in respublika üzrə 1 494 stansiyası fəaliyyət göstərir. Bununla yanaşı, şirkət 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 12 mobil rabitə kommutasiya mərkəzi quraşdırıb. -
10-10-2008, 05:40 PMAPAAzərbaycan prezidenti Polşa Prezidenti Administrasiyasının Milli təhlükəsizlik bürosunun rəhbərini qəbul edib
[b]Azərbaycan prezidenti Polşa Prezidenti Administrasiyasının Milli təhlükəsizlik bürosunun rəhbərini qəbul edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Polşa Prezidenti Administrasiyasının Milli təhlükəsizlik bürosunun rəhbəri Vladislav Stasiakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Polşa münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, qarşılıqlı səfərlərin, müvafiq dövlət strukturları və təşkilatları arasında əməkdaşlığın əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib. -
10-10-2008, 05:50 PMAPANamiq Tan: "İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq"
[b]Namiq Tan: "İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq"[b]
[Tel-Əviv-APA. "İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanıyarsa, bu qərar Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq". APA-nın "Panarmenian"a istinadən yaydığı məlumata görə, bu bəyanatla Türkiyənin İsraildəki səfiri Namiq Tan çıxış edib. O, ABŞ və Fransada bu məsələnin müzakirəsindən sonra Ankaranın təxirə salınmadan öz səfirlərinin geri çağırdığını xatırladıb. Knesset deputatlarının bu məsələni gündəliyə daxil etmək təşəbbüsünə sərt reaksiya verən səfir prezident Şimon Peresin mövqeyi ilə razı olduğunu deyib: "Bu məsələni müzakirə etmək siyasətçilərin deyil, tarixçilərin işidir. Knessetdə belə bir məsələnin müzakirəyə çıxarılması sanki Türkiyə parlamentində İsrailin Fələstin xalqına qarşı soyqırımı həyata keçirməsi məsələsinin müzakirəsi kimi bir şeydir. Ümidvaram ki, Knesset anlamlı şəkildə Türkiyə ilə tərəfdaşlıq münasibətlərini korlamayacaq". Namiq Tan ermənilərin məqsədyönlü şəkildə Türkiyə-İsrail münasibətlərinə kölgə salmaq istədiyini bildirib və Ankara-Bakı-Yerusəlim strateji alyansının yaradılmasının vacibliyindən söhbət açıb: "Artıq iki ildir ki, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri fəaliyyət göstərir. Biz Azərbaycan neft və qazının İsrailə, oradan isə Aşkelon-Eylat xətti ilə Çin və Yaponiyaya nəqlini arzulayırıq". -
10-10-2008, 06:00 PMAPAKinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib
[b]Kinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın incəsənət xadimi, kinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev tanınmış kinorejissorun həyat və yaradıcılığından söz açıb. C. Quliyev deyib ki, A. Babayev 10-dan artıq sənədli, "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Birisi gün gecə yarısı" tammetrajlı bədii filmlərinə, "Zirvə" kino-novellasına quruluş verib. Onun vətənpərvərlik və vətəndaşlıq mövqeyində çəkilən filmlərində Azərbaycan mənəviyyatı, dünyagörüşü və kino sənəti əks edilib. -
10-10-2008, 06:20 PMAPAAzərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bağlanılan iki platformadan birinin işi bərpa olunub
[b]Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bağlanılan iki platformadan birinin işi bərpa olunub[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇC) yataqlar blokunda istismar olunan «Qərbi Azəri» hasilat platformasının fəaliyyətini bərpa edib. Bu barədə «APA-ECONOMICS»ə ABƏŞ-in Bakıdakı baş ofisindən məlumat verilib.«Biz «Qərbi Azəri» hasilat platformasının fəaliyyətini bərpa etmişik. «Mərkəzi Azəri» hasilat platformasında isə hələ araşdırma işləri aparılır», - deyə ABƏŞ-dən bildirilib. Ofisdən həmçinin əlavə ediblər ki, «Qərbi Azəri» platformasının fəaliyyəti «Mərkəzi Azəri» hasilat platformasında detektorlar vasitəsi ilə qaz sızması nəticəsində dayandırılıb. Belə ki, bu iki platforma bir-biri ilə sıx bağlıdır. Qeyd edək ki, sentyabrın 17-də «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının yaxınlığında detektorlar vasitəsi ilə dənizdə qaz sızması aşkarlanıb. Bununla əlaqədar platformaların bütün işçilərinin evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı təxminən 50%-dən çox azalıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi 800 min bareldən çoxdur.Qeyd edək ki, bu ilin iyul ayında AÇG-da neft hasilatının orta gündəlik səviyyəsi 841,169 min barel təşkil edib. Hesabat dövründə «Çıraq-1» platformasında gündəlik orta hesabla 124,801 min barel, «Azəri»də isə 668,624 min barel neft hasil olunub. Cari ilin aprel ayından hasilat prosesinə cəlb olunan «Günəşli» yatağının dərinsulu hissəsində isə orta hesabla gündə 47,839 min barel neft çıxarılıb. Xatırladaq ki, ötən il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 685,5 min barelə bərabər olub. Belə ki, «Çıraq-1»dən gündə orta hesabla 132,406 min barel, «Azəri»dən isə 553,092 min barel neft hasil edilib. «BP-Azerbaijan» şirkətinin proqnozlarına əsasən, 2008-ci ildə «Çıraq-1» platformasından gündəlik orta hesabla 134 min barel, «Mərkəzi Azəri»dən 243,5 min barel, «Qərbi Azəri»dən 235,3 min barel, «Şərqi Azəri»dən 144,4 min barel, dərinsulu «Günəşli»dən isə 82,8 min barel neft hasil olunacaq. Müqayisə üçün bildirək ki, 2006-cı ildə bu yataqlardan ümumilikdə gündəlik orta hesabla 472 min barel neft hasil edilib.Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir. -
10-10-2008, 06:30 PMAPAEldar Mahmudov Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb
[b]Eldar Mahmudov Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri ilə görüşüb[b]
[Bakı-APA. Bu gün milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Azərbaycanda işgüzar səfərdə olan Polşa Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Staşiak ilə görüşüb. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, E. Mahmudov bu ilin aprel ayında Polşaya rəsmi səfərini xatırladaraq beynəlxalq terrorçuluğa və ekstremizmə qarşı görülən işlər barədə danışıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə qonağa məlumat verib. V. Staşiak Polşanın Azərbaycanla sıx dostluq əlaqələrinin və dövlət strukturları arasında əməkdaşlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verdiyini bildirib. O Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu qeyd edib, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyünün və problemin həlli üzrə beynəlxalq hüquq normalarına söykənən mövqeyinin Polşa tərəfindən birmənalı dəstəkləndiyini xüsusi vurğulayıb. -
10-10-2008, 06:50 PMAPABVF: Bu il Azərbaycanda inflyasiya 22%-dən çox olacaq
[b]BVF: Bu il Azərbaycanda inflyasiya 22%-dən çox olacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, 2008-ci ildə Azərbaycanda illik inflyasiya 22,4%, 2009-cu ildə isə 20% səviyyəsində gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə BVF tərəfindən hazırlanmış «Dünya iqtisadi icmalı»nda deyilir. Ümumilikdə, BVF tərəfindən MDB ölkələri üzrə illik inflyasiya 2008-ci il üçün 15,6%, 2009-cu il üçün isə 12,6% həddində proqnozlaşdırılır. Bu il MDB ölkələri arasında Azərbaycandan daha yüksək inflyasiya Ukraynada (25,3%) və Qırğızıstanda (24,5%) gözlənilir. Ermənistan üçün bu göstəricini BVF bu il 9,4%, gələn il isə 5% səviyyəsində proqnozlaşdırır. -
10-10-2008, 07:00 PMAPAMətbuat katibi: "Brilliant Dadaşovanın istintaqa çağırılmasından söhbət belə gedə bilməz"
[b]Mətbuat katibi: "Brilliant Dadaşovanın istintaqa çağırılmasından söhbət belə gedə bilməz"[b]
[Bakı. Ülkər Qasımova - APA. "Brilliant Dadaşova il yarım əvvəl Türkiyədən qayıtdıqdan sonra ansamblındakı musiqiçiləri başına toplayıb, onlarla yenidən fəaliyyət göstərmək istədiyini bildirdi. Lakin Ramin Həsənov ibadətlə məşğul olduğunu əsas gətirərək, musiqidən tamamilə ayrıldığını söylədi. Bununla da, Brilliant xanımla onun əməkdaşlığına son qoyuldu". APA-nın məlumatına görə, bu bəyanatı Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın xalq artisti İlhamə Quliyevanın oğlu və digər viəzifəli şəxslərin övladlarının barəsindəki cinayət işinin ibtidai istintaqında dindirilməsi ilə bağlı məlumatlara münasibət bildirən müğənninin mətbuat katibi Aynurə Əhmədova yayıb. A. Əhmədova R. Həsənovun həbsindən B. Dadaşovanın xəbərsiz olduğunu vurğulayıb: "Brilliant xanım Raminin adının hansısa cinayət işində hallanmasından xəbərsizdir. Müğənninin istintaqa çağırılmasından isə söhbət belə gedə bilməz". Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin məlumatına görə, bu işlə əlaqədar həbs olunmuş R. Həsənov skripkaçı kimi Azərbaycanın xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın ansamblında çalışıb. Onun həbsi ilə əlaqədar B. Dadaşova və A. Kazımova istintaqda dindiriliblər. A. Kazımovanın məsələyə münasibətini öyrənmək mümkün olmayıb. -
10-10-2008, 07:10 PMAPAXəyyam Nisanov İstanbulda 12 min dollara klip çəkdirib
[b]Xəyyam Nisanov İstanbulda 12 min dollara klip çəkdirib[b]
[Bakı. Ülkər Qasımova-APA. Gənc müğənni Xəyyam Nisanov yaradıcılığı dövründə ən bahalı klipi çəkdirib. O bu klipinin çəkilişi üçün 12.000 ABŞ dolları xərcləyib. Klip sözləri və musiqisi gənc bəstəkar Murad Arifə məxsus olan "İstanbul" mahnısına çəkilib. M. Arif APA-ya bildirib ki, çəkilişləri İstanbulda aparılan klipin rejissoru Aqil M.Quliyevdir. Yerli modellərdən birinin də çəkildiyi klip sevgidən bəhs edir: "Xəyyamın məhz bu mahnını seçməsində mənim təsirim olmayıb. Sadəcə olaraq müğənninin ifasında səslənən bu mahnı bütün hit-paratlarda və onluqlarda birinci yeri tutur. Xəyyam da tamaşaçıların və dinləyicilərin bu marağını nəzərə alaraq yaradıcılığında ən bahalı klipi bu mahnıya çəkdirmək qərarını verdi. Bu klipin sponrsoru elə Xəyyamın özüdür". Yaxın günlərdə hazır olacaq klipin tez bir zamanda yerli telekanallarda yayımlanması da nəzərdə tutulur. Onu da deyək ki, mahnı "İstanbul" adlandığı və klipin çəkilişləri də məhz o şəhərdə aparıldığı üçün X. Nisanov ekran işinin bir neçə tanınmış türk kanalında nümayiş olunmasını istəyir. Bu istəyini həyata keçirmək üçün isə müğənni artıq bir neçə türk kanalı ilə danışıqlar apararaq razılıq əldə edib. M. Arifin sözlərinə görə, bir neçə ay ərzində X. Nisanov Türkiyənin bir neçə canlı proqramında qonaq olacaq və verilişlərdə məhz bu mahnı ilə çıxış edəcək. -
10-10-2008, 07:20 PMAPAƏli Əhmədov ATƏT Müşahidə Missiyasının rəhbəri ilə görüşüb
[b]Əli Əhmədov ATƏT Müşahidə Missiyasının rəhbəri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli - APA. Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP-ın sədr müavini Əli Əhmədov bu gün ATƏT Müşahidə Missiyasının rəhbəri, səfir Boris Frleslə görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezident seçkilərinin təşviqat kampaniyası dövründə həyata keçirilən tədbirlər, seçkiqabağı durum, seçkilərin şəffaf və ədalətli keçirilməsi istiqamətində görülən işlər barəsində ətraflı fikir mübadiləsi aparılıb. Səfir müşahidə missiyasını səsvermənin nəticələrinin deyil, daha çox seçki prosesinin özünün maraqlandırdığını deyib. Missiyanın sonrakı dövr üçün fəaliyyəti barədə qısa məlumat verən B. Frles İlham Əliyevin seçki-təşviqat kampaniyasının yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb.Ə. Əhmədov isə bütün səylərin seçki prosesinin qanunun tələbləri çərçivəsində keçirilməsinə yönəldiyini qeyd edib. Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçiriləcəyinə əmin olduğunu deyən Ə. Əhmədov seçkilər haqqında hesabatın müsbət olmasının da əhəmiyyətini vurğulayıb. -
10-10-2008, 07:30 PMAPAAzərbaycan prezidenti Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib[b]
[Bakı - APA. Oktyabrın 10-da Bakının Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq bağçası üçün yeni 100 yerlik bina tikilib. Müasir tələblərə cavab verən yeni binada hər cür şərait yaradılıb. Prezident və xanımı açılışı bildirən lenti kəsib, bina ilə tanış olublar. -
10-10-2008, 08:00 PMAPAŞəkidə baş verən yol qəzasında 1 nəfər ölüb
[b]Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb[b]
[Şəki. Vüqar Heydərov.APA. Bu gün Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Polis Şöbəsindən məlumat verilib. Saat 18.30 radələrində 1956-cı il təvəllüdlü rayon sakini Tahirov Həsrullax Bala oğlunun yüksək surətlə idarə etdiyi ZİL-130 markalı, 55-AC-370 dövlət nömrə nişanlı yük maşını Səki şəhərinin girəcəyində yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Nəticədə N. Tahirov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır. -
10-10-2008, 08:10 PMAPARamil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb
[b]Ramil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb[b]
[Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Vladislav Stasyak ilə görüşüb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Ölkələrimiz arasında işgüzar əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan daxili işlər naziri son illər iki ölkənin sürətlə inkişaf edən əməkdaşlığının daxili işlər orqanları arasında olan əlaqələrə də müsbət təsir göstərdiyini bildirib. O, bu ilin iyununda Varşavaya səfəri zamanı iki ölkənin daxili işlər nazirləri arasında "Beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq" haqqında hökumətlərarası saziş imzalandığını xatırladıb. Daha sonra qonağa ölkədəki kriminogen durumla bağlı qısa məlumat verilib, əməliyyat şəraitinin nəzarət altında olduğu bildirilib. Nazir Ramil Usubov bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da demokratik prinsiplərə əsaslanan köklü islahatlar aparıldığını, polisin fəaliyyətini tənzimləyən Avropa standartlarına uyğun yeni qanunvericilik bazasının yaradıldığını və bu zaman Avropa Şurası ekspertlərinin rəylərinin nəzərə alındığını vurğulayıb. Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizə məsələlərinə də toxunulub, regional təhlükə və risklərə qarşı mübarizədə bu iki dost dövlətin öz səylərini daha sıx birləşdirmələrinin zəruriliyi vurğulanıb. Vladislav Stasyak Polşa rəhbərliyinin regionun lider dövləti olan Azərbaycana mühüm önəm verdiyini və Avropa strukturlarına inteqrasiya baxımından həmişə ölkəmizin yanında olacaqlarını, mümkün olan hər şeyi edəcəklərini diqqətə çatdırıb. Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub. -
10-11-2008, 10:40 AMAPAAvstriya nasistlərinin lideri Yorq Hayder yol qəzasında dünyasını dəyişib
[b]Avstriya nasistlərinin lideri Yorq Hayder yol qəzasında dünyasını dəyişib[b]
Vyana-APA. Avstriyanın məşhur siyasətçilərindən Yorq Hayder avtomobil qəzasında dünyasını dəyişib.
[APA-nın məlumatına görə, hadisə bu səhər baş verib. 58 yaşlı Hayderin idarə etdiyi maşın naməlum səbəblərdən yoldan çıxaraq bir neçə də aşıb. Baş və döş nahiyəsindən ağır xəsarətlər alan siyasətçi qəzadan bir qədər sonra vəfat edib. Qeyd edək ki, Yorq Hayderin siyasi fəaliyyəti daim Avstriya və dünyada narazılıqla qarşılanıb. Avropaya mühacirətin qadağan olunmasını təklif edən Hayder eyni zamanda Türkiyənin Avropa İttifaqına qəbulunu dəstəkləyib. 1999-cu ildə "Avstriya faşistlərinin lideri" adlandırılan Yorq Hayderin Avstriya Azadlıq Partiyası parlament seçkilərində ikinci yeri tutub. Partiya hakim koalisiyanın tərkibinə daxil olsa da, Avropa İttifaqına daxil olan ölkələrin təzyiqi nəticəsində Hayder partiya lideri postundan istefa verib və hökumətdə post tutmaqdan boyun qaçırıb. Onun partiyasının seçkilərdə uğur qazanmasından sonra Avropa İttifaqına daxil olan ölkələr Avstriya ilə münasibətləri minimuma endiriblər. 2005-ci ildə "Avstriyanın Gələcəyi Uğrunda" adlı partiya təsis edən Yorq Hayder nasist ideologiyasını geniş şəkildə təbliğ edib. Həmin ili keçirilən seçkilərdə Hayderin partiyası dördüncü yerə çıxsa da, o yenə də hökumətə daxil ola bilməyib.