Sayfa 112/461 İlkİlk ... 1262102110111112113114122162212 ... SonSon
4610 sonuçtan 1.111 ile 1.120 arası

Azərbaycan Xəbərləri

1. #1111
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası təsis edilib

[b]Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası təsis edilib[b]

Naxçıvan. Samir Cabbarov - APA. Naxçıvan Muxtar Respublikasının (MR) Vəkillər Kollegiyası təsis edilib.

APA-nın məlumatına görə, bununla bağlı keçirilən təsis yığıncağında Kollegiyanın Nizamnaməsi və Rəyasət Heyəti sədrinin seçilməsi məsələləri müzakirə olunub. Müzakirələrdən sonra MR Vəkillər Kollegiyasının Nizamnaməsi səs çoxluğu ilə qəbul edilib, Tural Hüseynov isə qurumun Rəyasət Heyətinin sədri seçilib.

2. #1112
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədlərlə bağlı aprelin 14-də AŞ PA Bürosunda müzakirələr aparılacaq

[b]Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədlərlə bağlı aprelin 14-də AŞ PA Bürosunda müzakirələr aparılacaq[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsini tutmaq üçün müəyyənləşdirilən namizədlərlə bağlı Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun aprelin 14-də keçiriləcək iclasında müzakirə aparılacaq.

Bu barədə APA-ya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirib. Ç. Əsgərovun sözlərinə görə, Büro Azərbaycandan olan namizədlərlə bağlı məsələyə AŞ PA sessiyasında baxılması barədə qərar qəbul edəcək. Nümayəndə onu da deyib ki, AŞ PA sessiyasında Azərbaycandan olan namizədlərlə bağlı aprelin 15-də müzakirələr açılacaq.Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyevin, Rövşən İsmayılovun və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. Namizədlərlə bağlı AŞ PA-nın Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müzakirələr aparılıb. Alt Komitənin Azərbaycandan olan namizədlər haqqında müsbət rəy açıqladığı bildirilib.

3. #1113
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Erməni əsirliyində olan azərbaycanlı əsgərin 2-ci məktubu ailəsinə çatdırılıb

[b]Erməni əsirliyində olan azərbaycanlı əsgərin 2-ci məktubu ailəsinə çatdırılıb[b]

Şəki. Hafiz Heydərov-APA. Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Yaqub Muxtarovun 2-ci məktubu ailəsinə çatdırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna əsirin anası Ulduz Muxtarova məlumat verib. U. Muxtarovanın dediyinə görə, məktubu onlara Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gətirib. Məktubun rus dilində yazıldığını qeyd edən anası Y. Muxtarovun tezliklə vətənə qayıtmaq arzusunda olduğunu bildirib. Məktubda yazılıb: "Salam anam, atam və bacım. Necəsiz? Mən çox yaxşıyam. Sizi çox sevirəm. Nə vaxt bilmirəm, amma tezliklə vətənə qayıtmaq arzusundayam". Y. Muxtarov həmçinin, ailəsinin ona ünvanladığı məktubu aldığını və valideynlərindən yeni məktub gözlədiyini bildirib. Ailəsi Y. Muxtarova 2-ci məktubu yollayıb.Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Y. Muxtarov bu il martın 9-da Tovuz rayonu istiqamətində əsir götürülüb.

4. #1114
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə baş nazirinin müavini Cəmil Çiçəyin Azərbaycana səfəri başlayıb

[b]Türkiyə baş nazirinin müavini Cəmil Çiçəyin Azərbaycana səfəri başlayıb[b]

Bakı. Rəşad Süleymanov-APA. Bu gün Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, C. Çiçəyin Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ədliyyə naziri Fikrət Məmmədovla görüşləri nəzərdə tutulub. Bundan başqa, onun Fövqəladə Hallar Nazirliyinin bir neçə müəssisəsinə baş çəkməsi planlaşdırılıb.

5. #1115
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yunanıstanın Azərbaycandakı səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəklə

[b]Yunanıstanın Azərbaycandakı səfiri: "Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəkləyirik"[b]

Bakı. Arzu Yaqubova - APA. Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Demidisin APA-ya müsahibəsi

- Bu il Azərbaycan prezidentinin Yunanıstana səfəri planlaşdırılır. Yunanıstan parlamentinin sədrinin Azərbaycana səfəri də gündəmdədir. Bu səfərlərin təxmini vaxtı haqda məlumatınız varmı? - Azərbaycan prezidentinin Yunanıstana qarşıdakı səfərinin vaxtı haqda onu deyə bilərəm ki, yunan tərəfi səfəri bu il noyabrın ortalarında gerçəkləşdirməyi təklif edib. Yunanıstan parlamentinin sədrinin Azərbaycana səfərinə gəldikdə isə, mənə məlumdur ki, bizim spiker Azərbaycan tərəfinin dəvətini alıb və bu səfərə razılıq verib. Səfərlərin dəqiq tarixi qarşılıqlı razılaşdırmalardan sonra bəlli olacaq. - İlham Əliyevin səfəri ikitərəfli münasibətlərin inkişafına hansı pozitiv təzirlər göstərə bilər? - Rəsmi şəxslərin səfərləri ikitərəfli dövlətlərarası münasibətlərin inkişafı baxımından həmişə vacibdir. Səfərlərin yekununda imzalanan sənədlər də ikitərəfli əlaqələrin intensivləşməsi üçün əlavə stimul olur. Hesab edirəm ki, İ. Əliyevin qarşıdakı səfəri də istisna təşkil etməyəcək və Yunanıstanla Azərbaycan arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. - Bu gün Yunanıstan-Azərbaycan münasibətlərinin yüksək inkişaf dövründə olduğunu söyləmək olarmı? - Yunanıstanla Azərbaycan arasında siyasi əlaqələrin səviyyəsi kifayət qədər yüksəkdir. Yunanıstan Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına böyük kömək göstərir. Biz Avropa Şurasında da Azərbaycana dəstək verməyə davam edirik. Hər iki ölkə regional qurumlar, məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. İqtisadi əlaqələrə gəldikdə, təəssüf ki, bu sahədə münasibətlərin səviyyəsi mövcud potensiala uyğun deyil və bu istiqamətdə hələ işləməliyik. Bu ilin martında Yunanıstanın inkişaf naziri X. Foliasın səfəri bu yöndə ciddi addım oldu. Obrazlı desək, qarşılıqlı faydalı əməkdaşlığın qapıları açıqdır. Bizim əməkdaşlığımız yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Ticarət, bərpa olunan enerji sahələrində qarşılıqlı əlaqələrin inkişafı da bizim planlarımıza daxildir. Biznes Şurasının yaradılması da ölkələrimizin iqtisadi cəhətdən yaxınlaşmasına kömək edəcək. - Şuranın yaradılması hansı mərhələdədir? - Bu ideya Bakıda Yunanıstanın inkişaf naziri X. Folias tərəfindən səsləndirilib və hələlik müzakirə səviyyəsindədir. Bu məsələ ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi məşğul olur. Müzakirələr davam edir və hazırkı mərhələdə mənim detallar haqda məlumatım yoxdur. Onu bilirəm ki, yunan tərəfi başqa ölkələrlə imzalanan analoji layihələri Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinə təqdim edib. Azərbaycan tərəfi bu sənədləri öyrənir və ümid edirəm ki, yaxın vaxtlarda müvafiq cavab verəcək. - Azərbaycanda fəaliyyət göstərən yunan şirkətlərinin sayı çox deyil. Bunu necə izah edərdiniz? - İqtisadi münasibətlərin səviyyəsinin mövcud potensiala uyğun olmadığını dedikdə mən bu məqamı da nəzərdə tuturdum. Bu cür vəziyyətin səbəblərindən biri məncə odur ki, Yunanıstanda Azərbaycanı yaxşı tanımırlar. Bunun da səbəbləri var. Məsələn, Azərbaycanın Yunanıstandakı səfirliyi 2004-cü ildə fəaliyyətə başlayıb. Razılaşın ki, bu, yunanları Azərbaycan haqqında məlumatlandırmaq üçün o qədər də böyük müddət deyil. Məsələnin coğrafi aspektləri də var. Yunan biznesmenləri yaxşı tanıdıqları regionların ölkələrinə kapital qoymağa üstünlük verirlər. Məsələn, Yaxın və Orta Şərq, eləcə də Balkan ölkələrinə. Ancaq düşünürəm ki, yunan biznes dairələri Azərbaycan iqtisadiyyatı barədə kifayət qədər məlumatlandırılsalar, Azərbaycanda biznes qurmaq istəyəcəklər. - Yunanıstan Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Afinanın münaqişə ilə bağlı bugünkü mövqeyi nədən ibarətdir? - Bizim bu məsələdə mövqeyimiz kifayət qədər aydındır və dəfələrlə dilə gətirilib. Biz Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini dəstəkləyirik. Biz münaqişə tərəfləri arasında prezidentlər səviyyəsində danışıqları da dəstəkləyirik. Ümumən Yunanıstan problemin siyasi dialoq, sülh danışıqları yolu ilə həllinin tərəfdarıdır. - Azərbaycan tərəfinin bu məsələni digər beynəlxalq təşkilatlar, xüsusən BMT müstəvisinə çıxarmasını necə qiymətləndirirsiniz? - Azərbaycan müstəqil dövlətdir və öz problemini BMT-nin müzakirəsinə çıxara bilər. Amma mən Azərbaycanın xarici siyasəti haqqında fikir söyləmək hüququna malik deyiləm. Mənim fikrim belədir ki, Azərbaycan suveren dövlət kimi müstəqil xarici siyasət kursu yeritmək hüququna malikdir. - Necə düşünürsünüz, ATƏT-lə müqayisədə münaqişənin BMT, Avropa Birliyi kimi beynəlxalq təşkilatlar çərçivəsində həlli nə dərəcədə effektli olardı? - Mən yalnız onu təkrarlaya bilərəm ki, bu məsələnin həlli Azərbaycan hökumətinin səlahiyyəti daxilindədir. Azərbaycan tərəfinin bu məsələyə dair öz mövqeyi var və problem bu mövqeyə uyğun həll olunacaq. Mən problemin həlli yolları barədə Azərbaycanın əvəzindən danışa bilmərəm. - BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" haqqında qətnaməyə Yunanıstanın münasibəti necə olub? - Yunanıstan Minsk Qrupunun həmsədri Fransa istisna olmaqla, Avropa Birliyinin digər 26 üzvü kimi, bu məsələdə neytral mövqe tutdu. Bu məsələdən danışarkən bəzi texniki məqamlara aydınlıq gətirmək istərdim. Adətən beynəlxalq təşkilatlar çərçivəsində bu tipli məsələyə baxılarkən Avropa Birliyi ölkələri müzakirədən əvvəl vahid mövqe formalaşdırır və bu mövqedən çıxış edirlər. Yunanıstan AB ölkələrinin vahid mövqeyinə uyğun olaraq neytrallıq göstərib.

6. #1116
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkmənistan vətəndaşı Azərbaycan paytaxtında qətlə yetirilib

[b]Türkmənistan vətəndaşı Azərbaycan paytaxtında qətlə yetirilib[b]

Bakı. Hacı Zeynalov - APA. Bakının Müşviqabad qəsəbəsində ağır qətl hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsindən APA-ya verilən məlumata görə, Türkmənistan vətəndaşı, 1949-cu il təvəllüdlü Anatoli Koldyuşevin meyiti bu gecə Müşviqabad qəsəbəsində yaşadığı ev 4, mənzil 107-də tapılıb. Məlumata görə, mərhum çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı hələlik saxlanılan yoxdur. Araşdırmalar davam edir.

7. #1117
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dünyanın ən balaca qızı Hindistanda yaşayır

[b]Dünyanın ən balaca qızı Hindistanda yaşayır[b]

Bakı. Laçın Sultanova - APA. Dünyanın ən balaca qızı Hindistanda yaşayır. APA-nın «Telegraph» qəzetinə istinadən verdiyi məlumata görə, 15 yaşlı Yoti Amge Hindistanın Naqpur şəhərində yaşayır. Onun çəkisi cəmi 5 kiloqram, boyu isə 58 santimetrdir. Balaca olmağı ilə fəxr edən Yoti hamının ona diqqət yetirməsindən məmnundur. "Mən digər adamlar kimiyəm - onlar kimi yeyirəm, arzular qururam, özümü başqa cür hiss etmirəm», deyən qızcığaz digər həmyaşıdları kimi məktəbdə oxuyur. Sinifdə onun boyuna uyğun olaraq parta quraşdırılıb. Yoti aktrisa olub Hollivudda kinoya çəkilmək istəyir.

8. #1118
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsrailin Azərbaycandakı keçmiş səfiri: "İsrail parlamentində müzakirəyə çıxarılan "erməni soyqırımı" məsələsi ilə bağlı sənəd qəbu

[b]İsrailin Azərbaycandakı keçmiş səfiri: "İsrail parlamentində müzakirəyə çıxarılan "erməni soyqırımı" məsələsi ilə bağlı sənəd qəbul oluna bilməz"[b]

Bakı. Ramil Məmmədli - APA. "İsrail parlamentində müzakirəyə çıxarılan "erməni soyqırımı" məsələsi ilə bağlı sənəd qəbul oluna bilməz". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı keçmiş səfiri Eytan Naye deyib.

O bildirib ki, bu məsələ tarixçilər tərəfindən müzakirə edilməli və siyasi mübarizə vasitəsinə çevrilməməlidir: "İsrail demokratik dövlətdir. Knessetin az sayda deputatı "erməni soyqırımı" məsələsini parlamentin müzakirəsinə çıxarmaq istəyib. Bu, onların mövqeyidir. İsrail dövlətinin bu məsələyə dair mövqeyi isə dəyişməyib. Hesab edirəm ki, bu məsələyə tarixçilər münasibət bildirməlidirlər. Mən səfir olanda da İsrail parlamentində "erməni soyqırımı"nı müzakirəyə çıxarmaq istəmişdilər. Amma buna nail ola bilmədilər. Bu dəfə də həmin vəziyyətin təkrarlanacağına əminəm və azsaylı şəxslərin istəyi keçməyəcək". İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərinə də toxunan keçmiş səfir dostluq əlaqələrinin daha da inkişaf etdiyini diqqətə çatdırıb: "İnsanlar dəyişsə də, maraqlar qalmaqdadır və dostluq əlaqələri də bu baxımdan inkişaf edir".

9. #1119
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında öz evinə od vuran II qrup əlil yanaraq ölüb

[b]Azərbaycan paytaxtında öz evinə od vuran II qrup əlil yanaraq ölüb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 2 mənzil 63-də yaşayan, 2-ci qrup əlil Əziz Mehdiyev özünə məxsus 3 otaqlı mənzili qəsdən yandırıb (mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir).

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar 25 kvm. sahədə yanıb. Yanğın söndürüldükdən sonra Ə. Mehdiyevin yanmış meyiti tapılıb. Daha bir yanğın Binəqədi qəsəbəsində, qəsəbə sakini Pirəli Cabbarova məxsus çörəkbişirmə sexində qeydə alınıb. Nəticədə sexin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Füzuli rayonunun 2-ci Mahmudlu kənd sakini Nobat Məmmədovaya məxsus 4 otaqlı evdə baş verən yanğın nəticəsində isə ev tamam yanaraq yararsız hala düşüb. Hər üç faktla bağlı araşdırma aparılır.

10. #1120
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Yazın sonu-yayın əvvəllərində Bakıda türkdilli dövlət başçılarının növbəti sammiti keçiriləcək

[b]Yazın sonu-yayın əvvəllərində Bakıda türkdilli dövlət başçılarının növbəti sammiti keçiriləcək[b]

Bakı. Ramil Məmmədli - APA. Türkdilli dövlət başçılarının növbəti sammiti yazın sonu-yayın əvvəllərində Bakıda keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin deputatı Nizami Cəfərov məlumat verib. O bildirib ki, görüşün vaxtının dəyişdirilməsi müzakirə mövzusu deyil. N. Cəfərov sammitdə türkdilli ölkələrin bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsinin müzakirə olunacağını deyib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.