Əsas məzmuna keç
Sayfa 202/461 İlkİlk ... 102152192200201202203204212252302 ... SonSon
4610 sonuçtan 2.011 ile 2.020 arası

Azərbaycan Xəbərləri

1. #2011
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Elmlər Akademiyasının dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxunub

[b]Azərbaycan Milli Elmlər Akademiyasının dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxunub[b]

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə "Tolışi sədo" qəzetinin baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri Novruzəli Məmmədov və bölmənin sabiq işçisi Elman Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, N. Məmmədov 10 il, E. Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, N. Məmmədov və E. Quliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunublar.

2. #2012
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dmitri Medvedev Rusiya-Ermənistan münasibətlərini müttəfiqlik kimi qiymətləndirib

[b]Dmitri Medvedev Rusiya-Ermənistan münasibətlərini müttəfiqlik kimi qiymətləndirib[b]

Moskva - APA. Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin Ermənistanla münasibətlərini müttəfiqlik kimi qiymətləndirib.

APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, Kremldə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edən D. Medvedev iki ölkə arasında geniş əhatəli məsələlərin müzakirə olunacağını bildirib: "Biz qarşılıqlı əlaqələrin siyasi, iqtisadi, sosial-mədəni tərəflərini müzakirə edəcəyik. Hesab edirəm ki, danışıqlar məhsuldar olacaq və Ermənistanla Rusiya arasında müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin səviyyəsinə uyğun gələcək". S. Sarkisyan isə iki ölkə arasında əlaqələrin bunda sonra da qarşılıqlı anlayış və strateji tərəfdaşlıq şəraitində inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib: "Əminəm ki, bugünkü danışıqlar münasibətləri yeni səviyyəyə qaldıracaq". O, həmkarını Ermənistana səfərə dəvət edib. D. Medvedev dəvətə görə təşəkkürünü bildirib. Serj_Sarkisyan

3. #2013
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Serj Sarkisyan Abdulla Gülü Ermənistana dəvət edəcək

[b]Serj Sarkisyan Abdulla Gülü Ermənistana dəvət edəcək[b]

İrəvan - APA. "Türkiyə ilə münasibətlərin qurulması məsələsində Ermənistanın mövqeyi aydındır: XXI əsrdə qonşu ölkələr arasında sərhədlər qapalı olmamalıdır". APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Moskvada Rusiyadakı erməni icmasının təmsilçiləri ilə görüşündə deyib.

S. Sarkisyan Türkiyə tərəfinin tarixi hadisələrin araşdırılması üçün birgə komissiya yaradılmasını təklif etdiyini xatırladaraq bunun əleyhinə olmadıqlarını söyləyib: "Ancaq bir şərtlə ki, ölkələrimiz arasında sərhədlər açıq olsun. Əks təqdirdə, belə bir komissiya vəziyyətdən sui-istifadə və məsələnin uzun illər uzadılması vasitəsinə çevrilə bilər". S. Sarkisyan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin qurulması istiqamətində yeni addımlar atacağını da bildirib. O, Türkiyə prezidenti Abdulla Gülü iki ölkə milli futbol komandalarının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəkləri ilk matça dəvət edəcəyini açıqlayıb. Qarşılaşma sentyabr ayında İrəvanda olacaq.

4. #2014
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azər Hətəmov: "Azərbaycan Baş Prokurorluğunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu cinayət işi istintaq edilir"

[b]Azər Hətəmov: "Azərbaycan Baş Prokurorluğunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu cinayət işi istintaq edilir"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. "Hazırda Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu bir cinayət işi istintaq edilir. Həmin cinayət işi transmilli mütəşəkkil cinayətkar qrupla bağlıdır". APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Azər Hətəmov bildirib. A. Hətəmov deyib ki, həmin iş üzrə uzun zamandan bəri Azərbaycana Əfqanıstan, Türkiyə, İran kanalı ilə narkotik vasitə daşıyan mütəşəkkil cinayətkar qrupun bir sıra üzvləri həbs ediliblər. A. Hətəmov qeyd edib ki, Azərbaycana narkotik vasitələr, əsasən cənub sərhədlərindən daxil olur: "Ən təhlükəli tendensiya budur ki, son zamanlar narkotik vasitələrin Azərbaycan ərazisinə keçirilməsi silahlı basqınlarla müşayiət olunur. Ötən il ərzində belə silahlı basqınlar zamanı hüquq-mühafizə orqanlarının 2 əməkdaşı öldürülüb. Dəfələrlə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına qarşı silahlı basqınlar olub. Hücumlarla bağlı bir neçə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib".

5. #2015
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə səfirliyi: "Milli komandamızı dəstəkləyən azərbaycanlı azarkeşlərə böyük Türk milləti adından minnətdarlığımızı bildiririk"

[b]Türkiyə səfirliyi: "Milli komandamızı dəstəkləyən azərbaycanlı azarkeşlərə böyük Türk milləti adından minnətdarlığımızı bildiririk"[b]

Bakı-APA. Türkiyənin Azərbaycandakı səfirliyi futbol üzrə Türkiyə milli futbol komandasının yarımfinala vəsiqə qazanmasının Bakı küçələrində təmtəraqlı şəkildə qeyd edilməsi ilə bağlı açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Türkiyə yığması azarkeşlərinin Bakı küçələrində keçirdiyi bayram şənlikləri səfir Hulusi Kılıc və səfirliyin əməkdaşlarına gözəl təsir bağışlayıb: "Oyun başa çatdıqdan sonra Bakı küçələrində hər iki dövlətin bayraqlarının bir yerdə dalğalanması, böyük sevinc və fəxr hissi ilə qarşılanıb. Bakının ürəyinin İstanbul, Ankara və digər türk şəhərləri ilə eyni həyəcanla döyünməsi ulu öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini yenidən xatırlatdı və Türkiyənin sevincinin Azərbaycanın da sevinci olduğu bir daha öz təsdiqini tapdı. Təbriklərə qoşulan bütün qardaşlarımıza və şənliklərin problemsiz bir şəkildə davam etməsi üçün şərait yaradan bütün səlahiyyətli şəxslərə böyük Türk milləti adından minnətdarlığımızı bildirir və millətimizin belə sevinc nümayişlərini tez-tez yaşamasını arzu edirik".

6. #2016
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Erməni əsirliyində olan Azərbaycan vətəndaşının azad edilməsinə kömək göstərmək adı ilə onun yaxınlarının külli miqdarda əmlakını mənim

[b]Erməni əsirliyində olan Azərbaycan vətəndaşının azad edilməsinə kömək göstərmək adı ilə onun yaxınlarının külli miqdarda əmlakını mənimsəyən şəxs tutulub[b]

Bakı-APA. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan, 2007-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mürsəlova Meyxanım Baba qızı yaxalanıb.

MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, məlum olub ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən axtarışda olan M. Mürsəlova 2007-ci ilin ortalarında tanış olduğu Sabirabad rayonunun Kovlar kənd sakini Hüseyn Hüseynovun qardaşı Zaur Hüseynovun 1994-cü ildə Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə itkin düşdüyünü öyrəndikdən sonra bundan faydalanmaq niyyətinə düşüb. M. Mürsəlova özünü Mehriban Mehdizadə kimi təqdim edərək, Hüseyn Hüseynovun etibarını qazanıb, itkin qardaşının yerinin müəyyənləşdirilməsi üçün onlara köməklik göstərəcəyini vəd edib. Bundan sonra, M. Mürsəlova itkin düşmüş şəxsin Sabirabad rayonunda yaşayan valideynləri və digər qardaşı ilə də tanış olub. M. Mürsəlova onlara Zaur Hüseynovun hazırda Ermənistanda əsirlikdə olduğunu bildirib və onun guya əsirlikdən azad edilməsi üçün ailə üzvlərini aldadıb, 2007-ci ilin iyun ayından 2008-ci ilin may ayınadək ayrı-ayrı vaxtlarda külli miqdarda əmlaklarını ələ keçirərək mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, işin bütün hallarının araşdırılması üçün istintaq tədbirləri davam etdirilir. MTN vətəndaşların nəzərinə çatdırır ki, Ermənistan ölkəmizə təcavüzünün nəticələrinin qurbanları olan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, habelə həmin soydaşlarımızın ailə üzvlərinin və qohumlarının belə hallara məruz qalmamaları üçün Dövlət Komissiyasının işçi qrupuna, yaxud Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etmələri məqsədəuyğundur. Ümumiyyətlə, bu növ cinayət əməllərindən zərər çəkmiş vətəndaşlardan 405-99-99 əlaqə telefonuna zəng etmələri xahiş olunur.

7. #2017
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Ordusunun 90 illiyi münasibətilə Balakən rayonunda hərbi uçuşlar keçirilib

[b]Azərbaycan Milli Ordusunun 90 illiyi münasibətilə Balakən rayonunda hərbi uçuşlar keçirilib[b]

Balakən. Hafiz Heydərov - APA. Azərbaycan Milli Ordusunun yaranmasının 90 illiyi münasibətilə Balakən rayonunda hərbi uçuş keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, uçuşlar Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Balakən Aviasiya Mərkəzi tərəfindən təşkil olunub. Hərbi uçuşlarda "YAK-52" qırıcı və "AN-2" təyyarələri iştirak edib. Bundan başqa, paraşütçülər də öz məharətlərini göstəriblər. Milli Ordunun yaranmasının 90 illiyinə həsr olunmuş bayram tədbirinin sonunda rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri ölkənin ən böyük hava şarı ilə gəzintiyə çıxıblar.

8. #2018
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında NATO-nun beynəlxalq məktəbinin yeni binasının açılış mərasimi keçirilib

[b]Azərbaycan paytaxtında NATO-nun beynəlxalq məktəbinin yeni binasının açılış mərasimi keçirilib[b]

O, bu tip məktəblərin fəaliyyətinin genişləndirilməsini və inkişaf etdirilməsini vacib sayıb. Jan-Fransua Buro bildirib ki, bu məktəb müdavimlərə təkcə NATO haqqında deyil, ümumilikdə beynəlxalq aləmdə gedən proseslər haqqında geniş məlumat verməyə imkan yaradacaq. NATO təmsilçisinin sözlərinə görə, hazırda hərbi alyansda enerji təhlükəsizliyi, demokratiya, insan hüquqları, stabillik və inkişafı əsas dəyərlər hesab edən demokratik dövlətlərin birləşdiyini bildirib. Açılış mərasimində çıxış edən Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Kamil Xasıyev NATO məktəblərinin tarixi və bu tip strukturların diplomatiyanın inkişafında rolu barədə danışıb. Onun sözlərinə görə, 2003-cü ildə yaradılan NATO məktəbində bu günə qədər Azərbaycan və digər ölkələrdən 400-dən artıq şəxs təhsil alıb. Xasıyev Azərbaycan hökumətinin NİSA-ya hərtərəfli yardım göstərdiyini bildirib.

9. #2019
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Küveyt Əmirinin Aparatının rəhbərini qəbul edib

[b]Azərbaycan prezidenti Küveyt Əmirinin Aparatının rəhbərini qəbul edib[b]

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Küveyt Əmirinin Aparatının rəhbəri Şeyx Nasir Sabah Əl-Əhməd Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

10. #2020
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qənirə Paşayevanın "Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi" mövzusunda hazırladığı bəyanat A#

[b]Qənirə Paşayevanın "Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi" mövzusunda hazırladığı bəyanat AŞ PA-da yayılıb[b]

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən plenar iclasında "Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi" mövzusunda müzakirələr keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirə zamanı Böyük Britaniyadan olan deputat Hamfri Malins Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda çox böyük rol oynadığını bildirib. O, bir müddət öncə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda qadınların rolunun artırılmasına dair beynəlxalq forum keçirildiyini xatırladıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın bu mövzuda hazırladığı sənəd isə AŞ PA-nın bəyanatı kimi çap edilərək yayılıb. 30-a yaxın AŞ PA üzvünün imza atdığı sənəddə Heydər Əliyev Fondunun, xüsusilə də fondun prezidenti Mehriban Əliyevanın mədəniyyətlərarası anlaşmanı təbliğ etmək üçün qadınlar arasında dialoqun möhkəmləndirilməsi istiqamətində fəal iştirakı və bu mövzuda Bakıda təşkil olunan beynəlxalq forum alqışlanır. Bəyanatı imzalayanlar forum iştirakçılarının dövlətləri və vətəndaş cəmiyyətinin nümayəndələrini gender bərabərliyini, davamlı dialoqu, tolerantlığı və ədaləti təbliğ etməyə çağırmasını da alqışlayaraq Avropa Şurasını, eləcə də üzv dövlətləri qadınların səlahiyyəti ilə bağlı gündəliyini genişləndirməyə, Heydər Əliyev Fondu və Mehriban Əliyeva tərəfindən həyata keçirilən bu kimi tədbirləri dəstəkləməyə və öz töhfələrini verməyə çağırırlar.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.