Sayfa 100/461 İlkİlk ... 50909899100101102110150200 ... SonSon
4610 sonuçtan 991 ile 1.000 arası

Azərbaycan Xəbərləri

1. #991
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səməd Seyidov: "AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq"

[b]Səməd Seyidov: "AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq"[b]

Bakı. Ülviyyə Əliyeva - APA. "Jurnalistlərin həbsdə olmasını istəməzdim. Aclıq edən jurnalistləri aksiyanı dayandırmağa çağırıram". APA-nın məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vaxtında və layiqincə yerinə yetirir: "Təbii ki, demokratiyanın inkişafı zamanı müəyyən problemlər olur. Bu problemlər Azərbaycanın maraqları çərçivəsində həll edilməlidir. Əminəm ki, bu problemlər həllini tapacaq. İnsan hüquqlarının müdafiəsi aclıq aksiyaları ilə deyil, hüquqi yollarla təmin olunmalıdır. Bütün jurnalistlərin həbsdən çıxmasını istəyirəm, amma hamı qanun qarşısında bərabərdir, məsuliyyətini dərk etməlidir". S. Seyidov deyib ki, seçki öncəsi və ümumi vəziyyətlə bağlı AŞ və Azərbaycan arasında geniş müzakirələr təşkil ediləcək. Ona qədər AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq: "Böyük ehtimalla iyun sessiyasınadək həmməruzəçilər Andres Herkel və Yelena Jivkova Azərbaycana gələcəklər. Biz Azərbaycanla bağlı problemlərin Monitorinq Komitəsi çərçivəsində müzakirəsinin tərəfdarıyıq. Bəzi qüvvələr çalışır ki, bu məsələlər ya başqa komitəyə verilsin, ya da Monitorinq Komitəsində yeni həmməruzəçi təyin olunsun. Bu, destruktiv addımdır, Azərbaycanla Avropa Şurası arasında gərginlik yarada bilər".

2. #992
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilərin Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 16 il ötür

[b]Ermənilərin Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 16 il ötür[b]

Bakı. Ramil Məmmədli - APA. Bu gün Ermənistan hərbi birləşmələri tərəfindən Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalinin qətlə yetirilməsi ilə müşayiət olunan kütləvi qırğından 16 il ötür.

APA-nın məlumatına görə, 1992-ci ilin aprelin 7-dən 8-ə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakininə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlum yoxdur. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb. Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ tərəfində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

3. #993
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ötən ay Azərbaycanın dövlət sərhədində 37 sərhəd pozucusu yaxalanıb

[b]Ötən ay Azərbaycanın dövlət sərhədində 37 sərhəd pozucusu yaxalanıb[b]

Bakı. Hacı Zeynalov-APA. 2008-ci ilin martında Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 31 halda 37 nəfər sərhəd pozucusu yaxalanıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib. Sərhəd pozucularının 13-ü Azərbaycan, 8-i Gürcüstan, 6-sı İran, 4-ü Əfqanıstan, 3-ü İraq, hər ölkədən 1 nəfər olmaqla Türkiyə və Böyük Britaniya vətəndaşıdır, biri isə vətəndaşlığı olmayan şəxsdir. Ay ərzində sərhəd zastavalarının xidməti ərazisində 36 nəfər sərhəd rejim qaydalarını pozduğu üçün, 15 nəfər saxta sənədlə, 4 nəfər Azərbaycan vətəndaşı özgəsinə məxsus sənədlə, 3 nəfər dövlət sərhədindən gizli sərhədi keçməyə cəhd edərkən, 80 nəfər vizası olmadığı üçün, 47 nəfər vizasının müddəti qurtardığı üçün, 16 nəfər müvafiq sənədləri olmadığı üçün saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Ay ərzində 5 halda 14,635 kq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Azərbaycana məxsus 4 gəmi və 8 qayıq saxlanılaraq baxış keçirilib, nəticədə 17 Azərbaycan vətəndaşı saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Ötən ay 46 halda ümumi dəyəri təxminən 66335 manat olan qaçaqmal saxlanılıb. 1 ədəd AKS-74 markalı avtomat silah, 1 ədəd "Min-Kral-2005" markalı tapança, 6 ədəd 7,62 mm-lik patron, 730 qutu siqaret, 1211 ədəd dini kitab, 390 kq balıq, 1480 kq limon, 245 ədəd fişəng, 7002 ədəd geyim əşyası, 9074 ədəd etiket, xeyli miqdarda müxtəlif dərman preparatı, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları götürülüb.

4. #994
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda ATƏT-in hazırladığı "Mətbuatın özünütənzimləməsi" adlı kitabın təqdimatı keçirilib

[b]Bakıda ATƏT-in hazırladığı "Mətbuatın özünütənzimləməsi" adlı kitabın təqdimatı keçirilib[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün Bakıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin iştirakı ilə ATƏT tərəfindən hazırlanan "Mətbuatın özünütənzimləməsi" adlı nəşrin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın ATƏT məkanında yaşayan hər kəs üçün mətbuat haqqında dərin biliklər verən bir nəşr olduğunu bildirib: "Tam azad olmayan mətbuatdan gerçək məsuliyyəti tələb etmək düzgün deyil". Ə. Amaşov Azərbaycanda media üzrə ombudsman təsisatının yaradılacağına inandığını söyləyib. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev çıxışında Azərbaycan mediasını iki hissəyə ayırıb - hakimiyyət tərəfindən özününküləşdirilmiş və buna etiraz edən media. O, hesab edir ki, problemin həlli ilə beynəlxalq təşkilat yox, Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları məşğul olmalıdır. Mikloş Haraşti isə bildirib ki, azad mətbuatın keşiyində durmaq hakimiyyətin borcu deyil, mətbuatın keşiyində jurnalistlər dayanmalıdır: "Dövlətə aid media olmamalıdır". M. Haraşti böhtan, diffamasiya və təhqirə görə jurnalistlərə qarşı cinayət maddəsinin tətbiqinin yolverilməz olduğunu deyib. O, dünyada tam məsuliyyətli bir KİV olmadığını da vurğulayaraq, kommersiya mediasının hər zaman mövcud olduğunu söyləyib. ATƏT təmsilçisi son vaxtlar Azərbaycanda həbs olunan jurnalistlərin sayının artmasından narahatlığını da dilə gətirib. Tədbirdə çıxış edən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Azərbaycanda azad, sərbəst, müstəqil telekanalın, real ictimai televiziyanın olmamasından şikayətlənib. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycan mediasının fəaliyyətinin qanunvericiliklə tənzimləndiyini, medianı özününküləşdirmək ideyasının çox əlverişsiz ideya olduğunu vurğulayıb. İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərov isə mərkəzçi mövqedə dayandığını, həm hakimiyyət, həm də müxalifət nümayəndələrinin ona eyni münasibətdə olduqlarını deyib. Müxalifətlə iqtidar arasında əməkdaşlıq olmadığı üçün gərginlik yarandığını söyləyən millət vəkili Qüdrət Həsənquliyev isə bu problemin işıqlandırılmasına ehtiyac olduğuna diqqət çəkib. O, həmçinin Azərbaycanda konstitusion islahatlara ehtiyac duyulduğunu bildirib.

5. #995
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Ombudsmanı: "Hesab edirəm ki, həbsdəki jurnalistlərin məsələsinə baxılacaq"

[b]Azərbaycan Ombudsmanı: "Hesab edirəm ki, həbsdəki jurnalistlərin məsələsinə baxılacaq"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Hesab edirəm ki, həbsdə olan jurnalistlərin məsələsinə baxılacaq". APA-nın xəbərinə görə, bu barədə Ombudsman Elmira Süleymanova bildirib. E. Süleymanova həbsdəki jurnalistlərin azadlığa buraxılması təşəbbüsü ilə çıxış edib-etməyəcəyi barədə suallara cavab olaraq deyib ki, indiyədək jurnalistlərin əfvi ilə bağlı prezidentə iki dəfə müraciət edib. Onun sözlərinə görə, bu yöndə müsbət addımlar atılıb: "Bu gün isə söhbət üç jurnalistdən - Eynulla Fətullayev, Qənimət və Sakit Zahidov qardaşlarından gedir. Hesab edirəm ki, bu məsələyə baxılacaq".

6. #996
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan təmsilçilərinin "Eurovision"da ifa edəcəkləri mahnının musiqisi Londonda lentə alınıb

[b]Azərbaycan təmsilçilərinin "Eurovision"da ifa edəcəkləri mahnının musiqisi Londonda lentə alınıb[b]

Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin yarışmada ifa edəcəkləri "Day after day" mahnısının musiqisi Londonda lentə alınıb. Bu barədə APA-ya "Eurovision-2008" müsabiqəsində Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib. O deyib ki, minisofka bir neçə ölkədə lentə alınsa da, Londonda daha keyfiyyətli nəticə əldə olunub: "Təmsilçilər bu gün geyimləri ilə əlaqədar Ukraynaya yola düşüblər. Müğənnilər oradan da Avropa turnesinə çıxacaqlar. Onların səfər çərçivəsində Malta, Rumıniya, Andorra, Moldova, Sloveniya və Finlandiyada çıxışları nəzərdə tutulub".

7. #997
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məzahir Pənahov: "Hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var"

[b]Məzahir Pənahov: "Hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var"[b]

Bakı. Elnur Məmmədli - APA. MSK sədri Məzahir Pənahov seçici siyahılarının dairə seçki komissiyaları tərəfindən quruma təqdim olunmasının yekunlaşması ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Pənahov bildirib ki, ilkin nəticələrə əsasən hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var. O, siyahıların mayın sonuna kimi MSK-da dəqiqləşdiriləcəyini söyləyib və bu rəqəmdə cüzi dəyişikliyin olacağını istisna etməyib. MSK sədri deyib ki, seçicilərin 48 faizi kişi, 52 faizi qadındır, onlardan 55 mini bu il səsvermə hüququ əldə etmiş vətəndaşlardır. Yaş qrupları əsasında təsnifata görə, seçicilərin 2 milyon 20 min 925-i 36-55 yaş arası, 1 milyon 864 min 120 nəfəri 36 yaşa kimi, 894 min 56 nəfəri isə 55 yaşdan yuxarı şəxslərdir. M. Pənahov siyahıların yenidən tərtib olunmasının ağır proses olduğunu bildirib və bu işdə seçki komissiyalarına yardım etmiş bütün dövlət strukturlarına, ayrı-ayrı müəssisələrin, təşkilatların rəhbərlərinə təşəkkür edib. Onun sözlərinə görə, bu il siyahıların yenidən tərtib olunması zamanı reklam roliklərindən və MSK-da yaradılmış "qaynar xətt"dən istifadə edilib və bu da müsbət nəticə verib. M. Pənahov prezident seçkilərinə 65 gün qalmış bir ay müddətində siyahıların yenidən dəqiqləşdiriləcəyini vurğulayıb.

8. #998
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda "Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar" mövzusunda beynəlxalq konfrans keçirilir

[b]Bakıda "Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar" mövzusunda beynəlxalq konfrans keçirilir[b]

APA-nın xəbərinə görə, konfransda 27 ölkədən 70-dən çox ekspert, Avropa Şurası Parlament Assambleyası (AŞ PA), ATƏT və Avropa Birliyinin deputatları iştirak edir. Tədbirdə çıxış edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib ki, Azərbaycanda siyasi hüquq və azadlıqların reallaşdırılması böyük önəm kəsb edir və bu yöndə mühüm addımlar atılıb. Z. Əsgərov ölkənin bu sahədə mövcud olan bütün beynəlxalq paktlara qoşulduğunu deyib. Avropa Parlamenti Xarici İşlər Komitəsinin və İnsan Hüquqları alt komitəsinin üzvü xanım Katrin Saks "Avropa Birliyi iqtisadi maraqlar və əsas dəyərlər arasında" mövzusunda çıxış edib. K. Saks qeyd edib ki, Avropa Parlamenti Azərbaycanda insan hüquqları sahəsində mövcud olan problemlər, polis zorakılığına yol verilməsi halları, KİV-in problemləri barədə ölkə hökumətinə müraciətlər edib. Avropa ölkələrinin insan hüquqları sahəsində ideal vəziyyətdən uzaq olduğunu qeyd edən K. Saks bildirib ki, Avropa İttifaqına üzv dövlətlərdə də bu yöndə görüləsi iş çoxdur. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda siyasi hüquqların qoruması vəziyyəti ilə bağlı çıxışında deyib ki, ölkədə bu sahədə mühüm işlər görülüb. O, Azərbaycanda 52 siyasi partiyanın, 3500-dən çox QHT-nin və ictimai təşkilatın qeydiyyatdan keçdiyini, 50-dən çox elektron KİV-in və agentliyin, 1000-dən çox mətbu orqanın fəaliyyət göstərdiyini deyib. Ə. Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığını təmin edir, bunu inkişaf etdirmək yolunu seçib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkənin qurum qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti barədə danışıb. S. Seyidov qeyd edib ki, Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər məsələsinə yaxın zamanlarda Milli Məclisdə baxılacaq. O, edilən dəyişikliklərin qarşıdan gələn prezident seçkisinin sərbəst və ədalətli keçirilməsinə zəmin yaradacağına əmin olduğunu bildirib. Beynəlxalq konfrans sabah işini davam etdirəcək.

9. #999
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ziyafət Əsgərov: "Venesiya Komissiyası ilə apardığımız müzakirələrdə razılığa gəlmədiyimiz məsələ demək olar ki, yoxdur"

[b]Ziyafət Əsgərov: "Venesiya Komissiyası ilə apardığımız müzakirələrdə razılığa gəlmədiyimiz məsələ demək olar ki, yoxdur"[b]

Bakı. Ülviyyə Əliyeva, Turan Hüseynova - APA. "Seçki Məcəlləsinə dəyişiklik olunmasa da, bu məcəllə ilə Azərbaycanda kamil seçkilər keçirmək mümkündür". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında Seçki Məcəlləsinə dəyişikliklə bağlı aparılan müzakirələrdə ortaq məxrəcə gəlinməyən məsələ demək olar ki, yoxdur: "Sadəcə, yanaşmalarda fərqlilik var. Biz istəyirik ki, avropalı ekspertlər Azərbaycan reallığını anlasınlar və Azərbaycan Konstitusiyasının, ölkə qanunvericiliyinin tələblərini nəzərə alsınlar". Z. Əsgərovun fikrincə, qanunların qəbulu subyektiv məsələdir və hansısa qanun sonsuzadək müzakirə olunsa da, yenə kimsə narazı qala bilər.

10. #1000
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Həsənov: "Bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məs<

[b]Əli Həsənov: "Bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məsələlərlə məşğul olmağa üstünlük verir"[b]

Bakı. Ülviyyə Əliyeva - APA. "Bu gün bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məsələlərlə məşğul olmağa üstünlük verir". APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri insan hüquqları və söz azadlığı ilə bağlı məsələlərin də bura aid olduğunu bildirib: "Aparılan müzakirələrdə beynəlxalq təşkilatların təmsilçilərinin Azərbaycanda bu sahələrlə bağlı məsələlərə daha çox yer ayırmasına baxmayaraq, bizim də deməyə sözümüz, nümayiş etdirməyə dəyərlərimiz var".Əli Həsənov siyasi məhbus məsələsi ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib. Məhbuslarla bağlı məsələnin Azərbaycanın Avropa Şurasına üzv qəbul ediləndən gündəmdə olduğunu deyən şöbə müdiri rəsmi Bakının Avropa Şurası qarşısında götürdüyü öhdəliklər sırasında QHT-lərin siyasi məhbus kimi təqdim etdiyi insanların işinə yenidən baxılması, bəzilərinin əfvi, bəzilərinin isə işinin yüngülləşdirilməsi öhdəliyinin olduğunu da xatırladıb: "Azərbaycan bu öhdəliyi sona qədər yerinə yetirib. Biz Azərbaycan hökuməti olaraq siyasi məhbus məsələsini qəbul etmirik. Ona görə ki, Azərbaycan artıq Avropa hüquq məkanına daxil olub, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycanda məhkəmənin qərarı kimisə qane etmirsə, sərbəst şəkildə Avropa Məhkəməsinə müraciət edə bilər. Bir halda ki, Azərbaycan vətəndaşı bu hüquqa malikdir, onda siyasi məhbus məsələsi fiksiya olaraq qalır".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.