Sayfa 101/461 İlkİlk ... 519199100101102103111151201 ... SonSon
4610 sonuçtan 1.001 ile 1.010 arası

Azərbaycan Xəbərləri

1. #1001
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı təkliflər yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq

[b]Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı təkliflər yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Seçki Məcəlləsinin cəmiyyətlə və həyatla uyğunlaşmayan, problem yaradan məqamlarının aradan qaldırılması üçün irəli sürülən təkliflər yaxın zamanlarda Milli Məclisdə müzakirə olunacaq".

APA-nın xəbərinə görə, bu barədə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Bu gün Bakıda siyasi hüquqların müdafiəsi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edən Ə. Həsənov bu yöndə Avropa Şurasının Venesiya Komissiyası ilə iş aparıldığını deyib. Şöbə müdiri indiyədək Seçki Məcəlləsinin dəfələrlə təkmilləşdirildiyini də xatırladıb.

2. #1002
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məzahir Pənahov: "Hələ ötən prezident seçkilərindən bizə borclu olan namizədlər var"

[b]Məzahir Pənahov: "Hələ ötən prezident seçkilərindən bizə borclu olan namizədlər var"[b]

Bakı. Elnur Məmmədli - APA. "Mərkəzi Seçki Komissiyası seçkilərdə namizəd olan şəxslərə təbliğat kampaniyası aparmaq üçün dövlət tərəfindən vəsait ayrılmasında maraqlı deyil. Çünki qanunun tələbinə uyğun olaraq namizədlər müəyyənləşdirilmiş baryeri aşa bilməyəndə həmin vəsaiti geri qaytarmırlar və məsuliyyət MSK-nın üzərində qalır".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, prosesdən xəbəri olan şəxslər günahın MSK-da olmadığını başa düşür: "Mən deməyə məcburam ki, hələ ötən prezident seçkilərindən bizə borclu olan namizədlər var. Növbəti seçkilər keçirilərkən ötən seçkilərdə borclu qalan namizədlərə vəsait verilməməlidir. Qanunda belə bir tələb nəzərdə tutulub. Əslində bu məsələni çox şişirtməyə də ehtiyac yoxdur. Çünki həmin namizədlər hamısı özümüzün qohum-əqrəbalarımızdır, başqa millətdən deyillər". M. Pənahovun sözlərinə görə, MSK-ya borclular sırasında sonuncu parlament seçkilərində namizəd olmuş şəxslər də var.

3. #1003
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məşhur Hollivud ulduzu Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək

[b]Məşhur Hollivud ulduzu Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək[b]

Bakı. Ülkər Qasımova - APA. Məşhur Hollivud aktyoru, "Titanik" filmində yaratdığı baş rola görə Oskar mükafatına layiq görülən Leonardo Di Kaprio Azərbaycanda filmə çəkiləcək.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, film ABŞ və Rusiyanın birgə layihəsi əsasında çəkiləcək. "Kral üçün məktub" adlanacaq filmin çəkilişləri Azərbaycan, Moskva və Los-Ancelesdə aparılacaq. Filmin prodüseri Leonardo Di Kaprio və aktyor Djimon Hounsdur. Filmdə tanınmış aktyor ansamblı iştirak edəcək. Filmin süjet xətti barədə hələ ki, geniş məlumat verilmir. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin təbliği və istismarı sektorunun müdiri Yusif Şeyxov isə APA-ya açıqlamasında bu barədə məlumatı olmadığını bildirib.

4. #1004
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Edvard Lintner: "Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir"

[b]Edvard Lintner: "Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir"[b]

Bakı. Ülviyyə Əliyeva - APA. "Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda siyasi məhbus məsələsinin yaz sessiyasınadək təxirə salınmasında məqsəd bu problemlə bağlı anlaşılmazlıqların aradan qaldırılması üçün Azərbaycan hökumətinə vaxt verilməsi olub".

APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə verdiyi açıqlamada Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin keçmiş sədri, almaniyalı Edvard Lintner deyib. O bildirib ki, siyasi məhbus məsələsi dərindən araşdırılmalıdır: "Azərbaycan hökuməti iddia edir ki, bu şəxslər cinayət törətdikləri üçün tutulublar. Avropa Şurasının bəzi dairələrində isə fikir var ki, onlar siyasi fikirlərinə görə həbs olunublar. Avropa Şurası yaz sessiyasınadək buna daha çox diqqət ayırmaq istəyir". E. Lintner qeyd edib ki, Bakıda keçirilən ikigünlük konfransın yekununda siyasi məhbus məsələsi ilə məşğul olacaq komissiya yaradılacaq. Qonağın sözlərinə görə, Avropa Şurası siyasi məhbus məsələsini Azərbaycan hökuməti ilə birlikdə həll etmək niyyətindədir: "Fevralda həmməruzəçilərin Azərbaycan hökuməti ilə görüşü çox uğurlu keçib və məsələnin həllinə zəmin yaranıb". AŞ PA üzvü Azərbaycanda QHT-lərin bu məsələ ilə yaxından məşğul olmasına sevindiyini bildirib.

5. #1005
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə Baş Prokurorluğu Fətulla Gülən haqqında bəraət qərarından protest verib

[b]Türkiyə Baş Prokurorluğu Fətulla Gülən haqqında bəraət qərarından protest verib[b]

Ankara - APA. Türkiyənin Yarğıtay Cümhuriyyət Baş Prokurorluğu "nurçular" adlanan dini cərəyanın lideri Fətulla Gülən haqqında bəraət hökmü verən aşağı məhkəmə instansiyanın qərarını təsdiqləyən Yarğıtay 9-cu Cəza Dairəsinin qərarından protest verib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, protest Yarğıtayın Plenumunda müzakirə ediləcək. Baş Prokurorluğun etirazında dövlətin dünyəvi xarakterini zorla dəyişdirməyə cəhddə ittiham olunan və hazırda ABŞ-da yaşayan F. Gülən haqqında dəlillərin axıra qədər araşdırılmasının vacibliyi vurğulanır. Etirazda Türkiyə Əmniyyət Müdirliyinin (polis idarəsi), Ankara Əmniyyət Müdirliyinin, Baş Qərargah və Jandarma Komandanlığının "nurçular"ın şirkətləri, məktəbləri, yataqxanaları, vəqfləri, xarici ölkələrdəki fəaliyyətləri barədə hazırladıqları raportlarda, sənədlərdə əksini tapmış məqamlara da yer verilib. Sənəddə bildirilir ki, F. Gülənin ölkə içində qurub, daha sonra xaricdən idarə etdiyi təşkilatın məqsədi Türkiyənin Konstitusiya quruluşunu dəyişdirmək, dünyəvilik prinsipini ləğv edərək yerində şəriətə əsaslanan dövlət qurmaqdır. Bu məqsədə çatmaq üçün ölkə daxilində və xaricində məktəblər, liseylər, hazırlıq kursları, universitetlər, yataqxanalar, müxtəlif şirkətlər yaradılıb və hakimiyyət strukturlarında təşkilatlanmaq, dövlət idarəçiliyini ələ keçirmək üçün təhsilli kadr ehtiyatı və iqtisadi güc ortaya qoyulub. Qeyd edək ki, F. Gülən 8 il əvvəl "dünyəvi dövlət sistemini dəyişdirərək yerinə dini qaydalara əsaslanan dövlət qurmaq məqsədilə qeyri-qanuni təşkilat yaratmaq" ittihamı ilə mühakimə olunub. Ancaq məhkəmə Bülənt Ecevitin baş nazirliyi dövründə verilən amnistiyaya uyğun olaraq iş üzrə hökm çıxarılmasını təxirə salıb. F. Gülənin vəkilləri isə məhkəmənin davam etdirilməsini tələb ediblər. Nəticədə 2006-cı ilin mayında Ankara 11-ci Ağır Cəza Məhkəməsi dini lideri yenidən mühakimə edib və ona bəraət verib. Bu il martın 7-də isə Yarğıtay 9-cu Cəza Dairəsi F. Gülən haqqında bəraət qərarı verən Ankara 11-ci Ağır Cəza Məhkəməsinin hökmünü təsdiqləyib.

6. #1006
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın müdafiə naziri Türkmənistanla ikitərəfli hərbi əlaqələrin başlanıldığını bildirib

[b]Azərbaycanın müdafiə naziri Türkmənistanla ikitərəfli hərbi əlaqələrin başlanıldığını bildirib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Türkmənistanın müdafiə naziri, ordu generalı Ağagəldi Məmmədgəldiyev bu gün Bakıya iki günlük rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq rəsmi səfərinə Fəxri Xiyabanda Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Azərbaycan Müdafiə Nazirliyində A. Məmmədgəldiyevin təntənəli qarşılanma mərasimi olub. İki ölkənin müdafiə nazirləri əvvəlcə təkbətək görüşüblər. Sonra isə tərəflər nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparıblar. S. Əbiyev qeyd edib ki, son vaxtlar iki ölkə arasında yaranan əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə xidmət edir və bu, getdikcə inkişaf etdirilməlidir: "Türkmənistan və Azərbaycan qardaş ölkələrdir, tarixi köklərimiz də eynidir. Məhz bu mənəvi amil bizi daha da yaxınlaşmağa sövq edir. Sizin səfərinizi ikitərəfli hərbi münasibətlərin başlanğıcı kimi qiymətləndirmək olar. Bütün sahələrdə olduğu kimi, Azərbaycanla Türkmənistan hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsini zəruri məsələ kimi həmişə diqqət mərkəzində saxlamalıdırlar". Regionda mövcud hərbi-siyasi vəziyyətə toxunan S. Əbiyev bildirib ki, işğalçı Ermənistan münaqişənin dinc şəkildə nizamlanmasına maneçilik törətməkdə davam edir: "Azərbaycan bu vəziyyətlə barışa bilməz. Ya sülh əldə edilməlidir, ya da biz ərazilərimizi başqa vasitələrlə işğaldan azad edəcəyik". Türkmənistanın müdafiə naziri ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib, bu sahədə azərbaycanlı həmkarının fikirlərini bölüşdüyünü bildirib. Qonaq Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və işğal olunmuş torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edib. Görüşdə hərbi əməkdaşlığın perspektivləri, Xəzərin statusu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov iştirak edib.

7. #1007
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək

[b]Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda növbəti prezident seçkiləri bu il oktyabrın 15-də keçiriləcək. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Seçki Məcəlləsinə əsasən prezident seçkiləri 5 ildən bir, ilin 10-cu ayının 3-cü həftəsinin çərşənbə günü keçirilməlidir. Prezident seçkilərinin sonuncu dəfə 2003-cü il oktyabrın 15-də keçirildiyini xatırladan qurum sədri bu il də seçkilərin məhz həmin tarixə təsadüf etdiyini söyləyib: "Seçki Məcəlləsinin tələbinə görə, seçkilərdə namizədliyin irəli sürülməsinə seçkilər elan olunduqdan sonra başlanır, seçki kampaniyasına isə səsverməyə 120 gün qalmış start verilir".

8. #1008
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsgəndər Həmidov partiya sədrliyindən istefa verərək, siyasətdən getdiyini bəyan edib

[b]İsgəndər Həmidov partiya sədrliyindən istefa verərək, siyasətdən getdiyini bəyan edib[b]

Bakı. Ramil Məmmədli - APA. "Mən səhvlərimə görə üzr istəyirəm. Amma Azərbaycan cəmiyyəti bilsin ki, heç vaxt heç kimə, xüsusilə millətə xəyanət etməmişəm". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri vəzifəsindən istefa vermiş, keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib.

O bildirib ki, artıq siyasətdən getməklə bağlı qərar qəbul edib. Buna səbəb onun ibadətlə məşğul olmasıdır. İ. Həmidov bu addımı ilə həm də Azərbaycanda çoxdan bəri partiya sədrləri postunda olanlara nümunə göstərmək istədiyini söyləyib: "İbadətlə məşğul olan şəxs yalan danışmamalıdır. Artıq 60 yaşım tamam olur. Kərbəlaya gedib, Allaha daha da yaxın olmaq istəyirəm. Mən daxili işlər naziri olanda da istefa mədəniyyəti nümayiş etdirmişəm. Heç kim əvəzolunmaz deyil, partiya sədri də tapılacaq. Amma qərar verdim ki, mənim üçün siyasətlə məşğul olmaq daha bəsdir". O, indiyə qədər siyasətlə məşğul olmasının səbəblərini də açıqlayıb: "Mən iki məqsədlə siyasətə gəlmişdim. Birincisi, ölkənin müstəqillik əldə etməsində az da olsa, rol oynamaq idi. Biz millət olaraq bunu qazandıq. İkincisi məqsəd isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Bu məqsəd uğrunda istənilən vaxt döyüşməyə hazıram". İ. Həmidov müxalifətdə təmsil olunan bəzi partiya sədrlərinin ünvanına ağır ittihamlar səsləndirib: "Partiya sədrləri qrantla özlərini satmaq hesabına yerlərində möhkəm oturublar. Dinlə bu məsələlər üst-üstə düşmür. Digər tərəfdən, Azərbaycan siyasətində o qədər yalanlar danışırlar ki... Bunlar yalanın altında yaşamağa öyrəşiblər. O qədər yalan danışırlar ki, sonradan özləri də buna inanırlar. Əxlaqsız insanlar siyasəti əxlaqsız meydanına çevirib, özümü burda, bu düşərgədə görmürəm. Siyasətdən getməklə də bütün bunlara etirazımı bildirirəm. Bu, mənim sonuncu mübarizə metodumdur. Bizdən cavan insanlar var. İmkan verək görək onlar necə işləyir". O, AMDP-dən liderlik postu ilə bağlı təklifdən də imtina edəcəyini deyib. İ. Həmidov partiyasının bundan sonrakı fəaliyyətindən narahat olmadığını da diqqətə çatıdırıb: "Hazırda partiya sədri vəzifəsini təşkilat sədrinin birinci müavini Oqtay Xəlili icra edir. Partiyada məni əvəz edəcək onlarla insan var".

9. #1009
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb

[b]Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayev bu il martın 26-dan etibarən həbsdə başladığı aclıq aksiyasını dayandırıb.

Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Bu gün E. Fətullayevlə görüşən vəkili İsaxan Aşurov APA-ya bu barədə dəqiq məlumata malik olmadığını deyib: "Eynulla ATƏT-in media üzrə xüsusi nümayəndəsi Mikolaş Haraşti ilə görüşündə aksiyanı dayandırıb-dayandırmamaq barədə qərar verməli idi. O, məndən sonra cənab Haraşti ilə görüşəcəkdi. Bu haqda dəqiq məlumatı da ATƏT təmsilçisi verəcək".İ. Aşurov 14 gün aclıq edən jurnalistin xeyli arıqladığını deyib.

10. #1010
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fəqani Məhərrəmov: "AMİP daxilində bəzi qüvvələr növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır"

[b]Fəqani Məhərrəmov: "AMİP daxilində bəzi qüvvələr növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır"[b]

Bakı. Elnur Məmmədli - APA. "Azərbaycan Milli İstiqlal Partiyasının daxilində bəzi dairələr aprelin 20-də keçiriləcək növbədənkənar qurultayda partiya liderinin adından spekulyasiyalar etməyə hazırlaşır. Onlar partiya funksionerlərindən birinin namizədliyini irəli sürüb, onun Etibar Məmmədov tərəfindən dəstəklənməsi barədə rəy yaratmağa çalışırlar".

Bunu APA-ya açıqlamasında AMİP Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov deyib. Onun sözlərinə görə, özünün namizədliyinin dəstəklənməsi barədə bir çox rayon təşkilatında görüşlər keçirib və açıq dəstək alıb: "Yaxın günlərdə məni dəstəkləyəcək rayon təşkilatları və qurultay nümayəndələri birgə bəyanatla çıxış edəcək. Bu, açıq dəstək kampaniyasıdır və gizli heç bir iş görmürük. Qurultaya kimi bütün tərəflərin mövqeyi bəlli olacaq". F. Məhərrəmov bildirib ki, müəyyən olunmuş planla bağlı onda dəqiq məlumatlar var və bunun qarşısını almaq üçün paytaxta gəlib. Onun üçün AMİP-in müvəqqəti məskunlaşdığı Nəsimi rayon təşkilatının qərargahında otaq da ayrılıb: "Biz qurultay günü namizəd ortaya çıxarılmasının əleyhinəyik. Qurultayda Nizamnamədə dəyişikliklər olacaq ki, namizədlər qurultay günü irəli sürülə bilməz. Qurultaya ən azı 15 gün qalana kimi namizədlər müəyyənləşməlidir ki, iddiası olan hər bir şəxs rayon təşkilatlarında görüşlər keçirsin, təbliğatını aparsın, platformasını açıqlasın". F. Məhərrəmov AMİP lideri Etibar Məmmədovla görüşlərində onun tövsiyə xarakterli fikirlərini nəzərə aldığını qeyd edib. O, həmçinin qurultayda özünə əsas rəqib kimi hazırkı baş katib Fuad Muxtarovu gördüyünü qeyd edib: "Onun da qalib gəlmək imkanları var". AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən F. Muxtarov isə APA-ya açıqlamasında partiya sədrliyinə namizədliyini irəli sürmək məsələsində hələlik yekun qərara gəlmədiyini bildirib. Onun sözlərinə görə, bu, proseslərin gedişindən asılı olacaq. F. Muxtarov həmçinin AMİP-də E. Məmmədovun adından spekulyasiya etməyə hazırlaşan dairələrin olmasından da xəbərsiz olduğunu qeyd edib. Partiyanın baş katibi qurultaya qədər namizədlərin müəyyən olunması və Nizamnamədə belə dəyişikliyin edilməsinə tərəfdar olduğunu da vurğulayıb. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov da bəzi dairələrin E. Məmmədovun adından spekulyasiya etməyə hazırlaşmasından xəbərsiz olduğunu söyləyib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.