[b]MSK səslərin hesablanması prosesini davam etdirir[b]
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı səslərin hesablanması prosesini davam etdirir.
[APA-nın xəbərinə görə, saat 22.00-a olan məlumata görə, artıq ölkə üzrə yaradılmış 5359 məntəqənin 5348-dən daxil olan səslərin sayılması prosesi başa çatıb. Bu nəticəyə görə, seçicilərin 88,73 faizi İlham Əliyev, 2,86 faizi İqbal Ağazadə, 2,47 faizi Fazil Qəzənfəroğlu, 2,28 faizi Qüdrət Həsənquliyev, 2,23 faizi Qulamhüseyn Əlibəyli, 0,78 faizi Fuad Əliyev, 0,65 faizi isə Hafiz Hacıyevə səs verib.
Azərbaycan Xəbərləri
Printable View

10-16-2008, 10:50 PMAPAMSK səslərin hesablanması prosesini davam etdirir

10-17-2008, 10:20 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 16-da saat 17.45-dən 18.05-dək və 20.10-dan 20.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonu Voskevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 21.30-dan 21.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.45-dək və oktyabrın 17-də saat 03.30-dan 04.10-dək Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.55-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-17-2008, 10:50 AMAPAAzərbaycan Milli Məclisinin deputatının beyni iflic olub
[b]Azərbaycan Milli Məclisinin deputatının beyni iflic olub[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 15-də beyin insultu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycan Milli Məclisinin deputatı Vidadi Məmmədov hələ də reanimasiyadadır. Bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Hikmət Qarayev bildirib. Onun sözlərinə görə, V. Məmmədovun beyninin sağ tərəfini iflic vurub, sol tərəfi isə işləmir. Həkim deputatın huşu özündə olsa da, onun vəziyyətinin ağır olduğunu bildirib. Həkim xəstənin bir həftə reanimasiya şöbəsində qalacağını deyib. -
10-17-2008, 11:00 AMAPADetroyt məktəblərindən birində atışma baş verib, ölən və yaralananlar var
[b]Detroyt məktəblərindən birində atışma baş verib, ölən və yaralananlar var[b]
[Detroyt-APA. Birləşmiş Ştatların Detroyt şəhərində məktəblərin birində baş vermiş atışma nəticəsində bir məktəbli ölüb, üç məktəbli yaralanıb. APA-nın məlumatına görə, insidentin səbəbləri məlum deyil. Şahidlərin sözlərinə görə, atəş açan şəxs Henri Ford adına məktəbə avtomobildə gəlib. Qapını açan şəxs həyətdəki məktəblilərə atəş açdıqdan sonra aradan çıxıb. Detroyt polisi qatilin axtarışını davam etdirir. -
10-17-2008, 11:20 AMAPARəsul Quliyevin partiyası İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib
[b]Rəsul Quliyevin partiyası İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib[b]
[Bakı. Elnur Məmmədli-APA. Açıq Cəmiyyət Partiyası (ACP) prezident seçkilərində qalib gəlməsi münasibəti ilə İlham Əliyevə təbrik məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrik məktubunda hələ seçkilərdən əvvəl İlham Əliyevin prezident seçilməsinə heç bir şübhənin olmadığı bildirilir. Partiya rəhbərliyi yeni prezidentin demokratik əsaslarla seçildiyini bildirib, bu münasibətlə ona uğurlar arzulayıb. -
10-17-2008, 11:40 AMAPADow Jones indeksi 4,7%, S&P 500 4,25%, Nasdaq isə 5,5% qalxıb
[b]Dow Jones indeksi 4,7%, S&P 500 4,25%, Nasdaq isə 5,5% qalxıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 16-da Amerika bazarlarında Dow Jones indeksi 4,68% - 8979,26 bəndədək, S&P 500 4,25% - 946,43 bəndədək, Nasdaq isə 5,49% - 1717,71 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 16-da indekslərin qalxması ticarət sessiyasının son iki saat ərzində neftin 14 aylıq minimuma enməsi fonunda kəskin artımı nəticəsində baş verib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,35% - 3861,39 bəndədək, Fransa CAC-40-ı 5,92% - 3181 bəndədək, Almaniya DAX-ı isə 4,91% - 4622,81 bəndədək enib. Kotirovkaların azalması ikinci gündür ki, hasilat şirkətlərinin səhmlərinin ucuzlaşması nəticəsində baş verib. Bunun da öz növbəsində əsas səbəbi dünyada neft və metallara olan tələbatın böhran nəticəsində azalması üzrə proqnozları və ABŞ-da sənaye istehsalının azalması olub. Belə ki, dünyanın iri mədənçıxarma şirkəti olan «Rio Tinto Group»un səhmləri 13%, «Vedanta Resources»in səhmləri 15% enib. Eyni zamanda, neft hasilatı sahəsinin şirkətlərinin səhmləri ucuzlaşıb. Belə ki, «Total»in səhmləri 9,2%, «Royal Dutch Shell»in səhmləri isə 7,2% enib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3481 dollar təşkil edib (+0,03%). -
10-17-2008, 11:50 AMAPASəxavət Məmmədovun 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək
[b]Səxavət Məmmədovun 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında mərhum xanəndə Səxavət Məmmədovun anadan olmasının 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Səxavət Məmmədov adına "Qarabağ" ansamblının bədii rəhbəri, əməkdar artist Fehruz Səxavət məlumat verib. "Azad bir quşdum" adlı xatirə tədbirində Səxavət Məmmədovun yaradıcılığından danışılacaq, repertuarından mahnılar ifa olunacaq. Tədbirin aparıcısı millət vəkili, professor Rafael Hüseynovdur. Tədbirdə həmçinin Kiyevdə yenicə işıq üzü görən "Səxavətli mahnı və təsniflər" (CD) adlı musiqi albomunun təqdimatı keçiriləcək. Lent yazıları Kiyevin "LE ARSO" Dizayn Mərkəzində bəstəkar Sergey Morozun rəhbərliyi ilə bərpa olunub. Diskin prodüseri Burzu Əliyev, redaktoru Qulu Ağsəsdir."Səxavətli mahnı və təsniflər" xanəndənin lent yazılarının bərpa edilərək işıq üzü görən 3-cü musiqi albomudur. Bundan əvvəl "Azad bir quşdum" və "Səxavətli muğamlar" (CD) adlı albomlar dinləyicilərə təqdim edilib. Xanəndənin yaradıcılığını əks etdirən "Səxavətli görüntülər" və "Səxavətli yazılar"ın da nəşri nəzərdə tutulur. -
10-17-2008, 12:50 PMAPAGürcüstandan Azərbaycana "KamAZ"-la külli miqdarda silah-sursat keçirən üç nəfər həbs olunub
[b]Gürcüstandan Azərbaycana "KamAZ"-la külli miqdarda silah-sursat keçirən üç nəfər həbs olunub[b]
Gəncə. Nəzakət Məşədiəliqızı, Hafiz Heydərov-APA. Gürcüstandan külli miqdarda silah-sursatın qanunsuz yolla Azərbaycana keçirilməsinin qarşısı alınıb.
[Gəncə şəhər Polis İdarəsinin (Pİ) rəisi Rasim Musayevin APA-ya verdiyi məlumata görə, faktla əlaqədar artıq üç nəfər saxlanılıb. Dövlət Yol Polisinin Bakı-Qazax yolunun 343-cü kilometrliyində yerləşən 723 saylı Zazalı stasionar postunun əməkdaşları Bakı istiqamətinə hərəkət edən, İntiqam Fərman oğlu Vəliyevin idarə etdiyi "KamAZ" markalı, 35 BE 715 dövlət nömrə nişanlı yük avtomaşınına baxış keçirən zaman "KamAZ"-ın saxlanc yerindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd ov silahı, 26 qutu müxtəlif çaplı patron, 10 qutu piston və 3 qutu ov tüfənginin ehtiyat hissələri aşkar edilərək götürülüb. Araşdırmalar nəticəsində məlum olub ki, aşkarlanan silah-sursat Azərbaycana Gürcüstan vasitəsi ilə Türkiyədən gətirilib. Silahı Azərbaycana gətirən şəxslər gömrük əməkdaşlarını aldadaraq, maşının yük yerində avtomobil ehtiyat hissələrinin olduğunu bildirib, silahları qanunsuz olaraq ölkə ərazisinə keçirməyə müvəffəq olublar. Polis rəisinin bildirdiyinə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində silah-sursatı Azərbaycana gətirən 3 nəfər - Sumqayıt sakinləri Siyavuş Eyvazov, Qüdrət Cəfərov və Ağstafa rayon sakini İlham Quliyev saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini, partlayıcı maddələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.Gəncə Şəhər Prokurorluğundan isə APA-ya bildirilib ki, "KamAZ"-ın yük yerində yuxarıda sadalananlardan əlavə 300 ədəd qandal da olub. Məlumatda o bildirilir ki, ilkin ehtimallara görə, silah-sursatlar Azərbaycan satış məqsədilə gətirilib. Gəncə şəhər Pİ-də başlanmış cinayət işi artıq Gəncə şəhər Prokurorluğuna verilib. Qeyd edək ki, Zazalı postunda "KamAZ" markalı avtomaşında silah-sursatın aşkarlanması barədə "Azadlıq" qəzeti bugünkü sayında məlumat yayıb. -
10-17-2008, 01:00 PMAPA«AzSığorta» şirkəti ötən ilə nisbətən daxilolmalarını 44% artırıb
[b]«AzSığorta» şirkəti ötən ilə nisbətən daxilolmalarını 44% artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «AzSığorta» şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 7,261 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin ümumi nəticələri ilə müqayisədə 44,1% çoxdur. Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-ECONOMICS»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 5 dəfə artaraq 1,347 mln. manata çatıb.Şirkətin sığorta daxilolmalarında 2,590 mln. manat «Yüklərin sığortası», 2,357 mln. manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 1,017 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası» və 0,649 mln. manat «Mülki hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası» növlərinin payına düşüb.Ödənişlərin strukturunda isə 624 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 469,160 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 95,156 min manat «Mülki hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası» və 33,169 min manat isə «Tibbi sığorta» növləri üzrə ödənilib. Qeyd edək ki, şirkətin bu ilin ilk 9 ayında sığorta daxilolmalarının həcmi könüllü sığorta növləri üzrə 6,821 mln. manat, icbari sığorta növləri üzrə 0,440 mln. manat təşkil edib. Ödənişlərdə 1,288 mln. manat könüllü sığorta növlərinin, 0,059 mln. manat isə icbari sığorta növlərinin payına düşüb. Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı mövcuddur. -
10-17-2008, 01:10 PMAPAYeni Gəncə qəsəbə sakini yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb
[b]Yeni Gəncə qəsəbə sakini yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb[b]
[Bakı-APA. Gəncə şəhərinin Nizami rayonunun Yeni Gəncə qəsəbə sakini Şahməmməd Məmmədov yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Faktla bağlı araşdırmalar aparılır. -
10-17-2008, 01:20 PMAPAAçıq Cəmiyyət Partiyası Müsavat Partiyası və bu partiyaya yaxın media ilə bağlı sensasion bəyanatla çıxış edib - YENİLƏNİB
[b]Açıq Cəmiyyət Partiyası Müsavat Partiyası və bu partiyaya yaxın media ilə bağlı sensasion bəyanatla çıxış edib - YENİLƏNİB[b]
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov Müsavat Partiyasının və bu partiyaya yaxınlığı ilə tanınan qəzetlərin ona qarşı kampaniya apardığını elan edərək, bəyanatla çıxış edib.
[Partiya sədrinin APA-ya təqdim etdiyi bəyanatda Müsavat Partiyasının rəhbərlərinə qarşı bir sıra təhqirlər də yer alıb. A. Şahbazov bəyanatında bildirib ki, ACP yaranandan bəri Müsavat Partiyası və partiyaya yaxın mətbuat orqanları onların əleyhinə təbliğat aparırlar. Bu təbliğat kampaniyasında o bir sıra hallarda şərəf və ləyaqətin təhqir olunduğunu qeyd edib: "Təəssüflər olsun ki, səriştəsiz, ləyaqətsiz, məişət və siyasi müstəvidə əxlaqsızlıqla məşğul olan və bir illik hakimiyyətləri dövründə Azərbaycanı məhvə sürükləyən xəyanətkar insanlar müsavatçılıq ideologiyasını mənimsəyərək, onun təməl prinsiplərini satmaqla öz siyasi mövcudluqlarını saxlaya biliblər. İstər Müsavat Partiyası, istərsə də bu partiyanın qəzetlərindəki bəzi aparıcı simaların hesabına xalqın dəstəyindən məhrum olmuş və müəyyən mafioz qüvvələrin əlində alətə çevrilmiş yaramaz satqınlar ictimai qınağı öz üzərindən atmaq məqsədi ilə böhtan və şantaj kampaniyasına davam etdirirlər".A. Şahbazov Müsavata yaxın qəzetlərdə ACP-nin tənqid edilməsinin müsavatçıların nifrətindən irəli gəldiyini qeyd edib: "Biz qərara almışıq ki, hakimiyyətin uğurları kimi nöqsanlarını da olduğu kimi təqdim edək. Mən hakimiyyətlə idarəetmə orqanlarında 20 il işləmişəm, müxalifətdə isə 10 ildir fəaliyyət göstərirəm. Təəssüf edirəm ki, bəzi hallarda bu partiyanın rəhbərliyində olan şəxslərdə oturub çay içmişəm. Amma həmin zaman da məqsədim onları doğru yola dəvət etmək olub. Seçkilərə münasibətimizə gəldikdə, bu bizim mövqeyimizdir. Cəsarətləri varsa, seçkiyə qatılaydılar, yaxud seçkiləri olduğu kimi qiymətləndirəydilər, qalibi təbrik edəydilər. Gücləri varsa, etiraz aksiyaları keçirsinlər. Təkcə qəzetlə müxalifətçilik yetər". Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər isə APA-ya açıqlamasında ACP rəhbərlərinin Müsavata qarşı səsləndirdikləri ittihamların əsassız olduğunu qeyd edib: "Açıq Cəmiyyət Partiyasının atdığı addımlar hər kəsə bəllidir, əlavə şərhə ehtiyac yoxdur. Düşünürəm ki, ACP öz yolunu seçibsə, hakimiyyətin yanında, arxasında yer alıbsa, artıq müxalifət mövqeyindən çıxıb. Ona görə də onların müxalifətə qarşı belə aqressiv münasibətlərini başa düşmək olar"."Mən Açıq Cəmiyyət Partiyasına uğur arzulamıram. Çünki onlar elə bir yol seçiblər ki, bu heç bir şəxsə şərəf gətirən yol deyil. Amma bu partiyanın rəhbərliyinə bir az ağıl və səbir arzulayıram. Allah ağıllarını və səbirlərini əksik etməsin". Bu sözləri isə APA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazovun Müsavat Partiyası və bu partiyaya yaxın qəzetlərlə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib. R. Arifoğlunun sözlərinə görə, A. Şahbazovun bəyanatı siyasi baxımdan zəif, qüsurlu və redaktəyə ehtiyacı olan söyüşlərlə doludur: "Mən belə bəyanat yaymağı hər hansı siyasətçiyə rəva görmürəm. Ümumiyyətlə, bu bəyanatda peşəkar siyasətçinin göstərmədiyi bir emosiya var. Məsələ burasındadır ki, Akif Şahbazovun bəyanatdakı söyüşləri, təhqirləri, işlətdiyi epitetlər hamısı yalnız özünə və Rəsul Quliyevin adına olan bir partiyanı bu vəziyyətə gətirmiş insanlara yaraşır. Müsavat Partiyası haqqında, o cümlədən ona yaxın qəzetlər haqqında dediklərinin heç biri göstərdiyi ünvanlara aid deyil və çox böyük ehtimalla ictimaiyyət də bunu elə bu cür qəbul edəcək. Akif Şahbazovun Müsavat və partiyaya yaxın olan qəzetlərin ACP-nin yarandığı ilk gündən bu partiyaya qarşı olması barədə dedikləri də qüsurlu və qərəzlidir. Onu xatırlatmaq lazımdır ki, ACP Müsavatın qərargahında yaradılıb. Həmin partiyanın təsis qurultayını keçirmək üçün hakimiyyət yer ayırmadı və Müsavat bu partiyaya yardım etdi. Bu faktdan göründüyü kimi, Akif Şahbazov böhtan atır. Onun digər fikirləri də bu fakt kimi qərəzli, saxta və tənqidə dözümsüzdür". -
10-17-2008, 01:30 PMAPAHəbsxanada baltalanan "kriminal avtoritet"in vəziyyəti normaldır
[b]Həbsxanada baltalanan "kriminal avtoritet"in vəziyyəti normaldır[b]
[Bakı. Hafiz Heydərov - APA. Məhkum yoldaşı tərəfindən baltalanan "Qara" ləqəbli "kriminal avtoritet" Yunus Nəzərovun vəziyyəti normaldır. Bu barədə APA-ya məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Qara Yunus"un Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müayinə olunduğunu bildirib. Hazırda onun vəziyyətinin normal olduğunu diqqətə çatdıran komitə sədri hadisəni törətmiş məhbusun isə başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirib.Qeyd edək ki, oktyabrın 15-dən 16-a keçən gecə, 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "kriminal avtoritet" Y. Nəzərov məhbus yoldaşı tərəfindən yatdığı yerdə baltalanıb. Hadisədən sonra həbsxanadakı məhbuslar arasında bir müddət gərginlik yaşanıb. Məhbuslarla aparılan danışıqlardan sonra gərginlik səngiyib. -
10-17-2008, 01:40 PMAPA«Texnikabank» tezliklə Rusiya və Türkiyə nümayəndəlik açacaq
[b]«Texnikabank» tezliklə Rusiya və Türkiyə nümayəndəlik açacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ildə xaricdə nümayəndəliklər açmağı planlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə «Texnikabank» SKB-dən məlumat verilib.Bankın inkişaf strategiyasına uyğun olaraq, ilk xarici nümayəndəliklərin Rusiya və Türkiyədə açılması nəzərdə tutulur. Hazırda hər iki ölkənin müvafiq strukturları ilə bununla bağlı danışıqlar aparılır.Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir. -
10-17-2008, 02:00 PMAPA«Texnikabank» indiyədək 30 mln. manatdan çox ipoteka krediti ayırıb
[b]«Texnikabank» indiyədək 30 mln. manatdan çox ipoteka krediti ayırıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) indiyədək ümumi məbləği 30 mln. manatdan çox olan 782 ipoteka krediti verib. Bu barədə «APA-ECONOMICS»ə «Texnikabank» SKB-dən məlumat verilib.Bunun 11 mln. manatını Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti təşkil edib. «Texnikabank»ın verdiyi ipoteka kreditlərinin 6,5 mln. manatını Qara Dəniz Ticarət və İnkişaf Bankından alınmış vəsait, 12,5 mln. manatı isə bankın öz vəsaitləri təşkil edib. Verilmiş ipoteka kreditlərinin orta məbləği 40 min manatdır.Qeyd edək ki, AİF tərəfindən maliyyələşdirilən «Texnikabank» SKB ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin əvvəlindən başlayıb və verilən ipoteka kreditlərinin sayına görə Azərbaycan bankları arasında ilk yeri tutur.Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbəsi, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir. -
10-17-2008, 02:20 PMAPAAzərbaycan Maliyyə Nazirliyinin DQİ üzrə daha bir hərracı baş tutmayıb
[b]Azərbaycan Maliyyə Nazirliyinin DQİ üzrə daha bir hərracı baş tutmayıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə «APA-ECONOMICS»ə BFB-dan məlumat verilib.Hərracda sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə məbləği 105 min manat təşkil edib. Sifariş 95,36% (gəlirlik 10,51%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan edilib. -
10-17-2008, 02:40 PMAPAAzərbaycanda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları bu ildən mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək
[b]Azərbaycanda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları bu ildən mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu tədris ilindən Azərbaycanın bütün orta məktəblərinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, bununla əlaqədar oktyabrın 20-dən başlayaraq, Təhsil Nazirliyinin bir qrup əməkdaşı buraxılış sinfi olan məktəblərdə 11-ci sinif şagirdləri və müəllimlər üçün treninq keçmək məqsədi ilə rayonlara ezam olunacaq. M. Mərdanov bildirib ki, bu il buraxılış sinifləri üçün sınaq imtahanları bir dəfə keçiriləcək. Həmin imtahanların mart-aprel aylarında təşkil edilməsi nəzərdə tutulur. Sınaq imtahanlarının keçirilməsi üçün Azərbaycan beş bölgəyə bölünəcək və sınaq imtahanı hər bir bölgənin mərkəzində keçiriləcək. İmtahanların nəticəsi elə həmin gün açıqlanacaq. -
10-17-2008, 03:10 PMAPAGürcüstandan Azərbaycana 1300 qoyunun keçirilməsinin qarşısı alınıb
[b]Gürcüstandan Azərbaycana 1300 qoyunun keçirilməsinin qarşısı alınıb[b]
[Tiflis - APA. Gürcüstan sərhədçiləri Azərbaycana rekord sayda qoyunun keçirilməsinin qarşısını alıblar. APA-nın "Vzqlyad" qəzetinə istinadən verdiyi məlumata görə, oktyabrın 16-dan 17-nə keçən gecə Gürcüstan vətəndaşı olan azərbaycanlı ata və oğul Dedopliskari rayonundan Azərbaycana 1300 qoyun keçirməyə cəhd göstərib. Ancaq sərhədçilər onları mühasirəyə alıb. Xəbərdarlıq atəşlərindən sonra ata və oğul təslim olub. Faktla bağlı təhqiqat aparılır. -
10-17-2008, 03:20 PMAPA«AzSığorta» yaxın «Standard & Poor’s»dan beynəlxalq reytinq alacaq
[b]«AzSığorta» yaxın «Standard & Poor’s»dan beynəlxalq reytinq alacaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «AzSığorta» şirkəti yaxın 3 il ərzində «Standard & Poor’s» beynəlxalq reytinq agentliyindən reytinq dərəcəsi almaq niyyətindədir. Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-ECONOMICS»ə verdiyi məlumata görə, reytinq dərəcəsinin alınmasında məqsəd şirkətin sığorta xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. «Biz bu standartların «AzSığorta»da tətbiqi ilə bağlı 2009-cu ildən etibarən müvafiq işlərə başlayacağıq. Çünki, reytinq dərəcəsi ilə bağlı müraciət edən sığorta şirkəti bazarda ən azı 5 illik təcrübəyə malik olmalıdır. Hazırda biz Azərbaycan sığorta bazarında 2 ildir ki, fəaliyyət göstəririk. Bu səbəbdən, 2011-ci ilədək bütün proseslərdən keçərək «Standard & Poor’s» təşkilatından reytinq dərəcəsi almaq niyyətindəyik», - deyə X.Məmmədxanlı bildirib.Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları sırasında ilk reytinq dərəcəsi alan «Standard İnsurance» şirkəti olub. Belə ki, 2007-ci ilin oktyabrında şirkət «Moody’s Investors Service» beynəlxalq agentliyindən müsbət proqnozlu «B1» səviyyəli maliyyə sabitliyi reytinqi alıb.Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta daxilolmalarının həcmi 7,261 mln. manat, sığorta ödənişləri isə 1,347 mln. manat olub. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda «AzSığorta»nın respublika üzrə 7 filialı mövcuddur. -
10-17-2008, 03:30 PMAPAOmbudsman Aparatı prezident seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb
[b]Ombudsman Aparatı prezident seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb[b]
Bakı-APA. "15 oktyabr prezident seçkilərində heç bir qanun pozuntusuna, müdaxilə faktlarına yol verilmədiyi, polisin davranışının müvafiq qaydalara uyğun olduğu müşahidə edilib".
[Bu barədə Ombudsman Aparatının seçkilərdə apardığı müşahidələrin nəticələrində qeyd olunub. Ombudsaman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seçkilər zamanı hər hansı bir pozuntu ilə əlaqədar Ombudsman təsisatına şikayət daxil olmayıb: "Prezident seçkiləri eyni zamanda göstərdi ki, ölkəmiz bundan sonra da hüquqi və demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin bərqərar olunması, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyib". Qeyd olunub ki, seçkilərin demokratik, şəffaf, ədalətli və qanunvericiliklə müəyyən edilmiş qaydada, nizam-intizamla, mütəşəkkil keçirilməsi, seçki hüquqlarının təmini, səsvermə prosesinin təşkili məqsədi ilə ciddi tədbirlər görülüb: "Eyni zamanda seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə edilib". Bildirilib ki, 15 oktyabr prezident seçkiləri günü İnsan Hüquqları üzrə Müvəkkil və Aparatın 30 əməkdaşı Bakı şəhəri və ölkənin 51 rayonunda 96 seçki dairəsində və 356 seçki məntəqəsində müşahidəçi qismində seçkilərə qatılıb, 30-dan çox qaçqın və məcburi köçkün icmasında, 7 hərbi hissədə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində seçki prosesini izləyiblər. Onlar həmçinin səslərin sayılması, yekun protokolunun tərtib olunması proseslərini də müşahidə ediblər: "Bu zaman hər hansı bir qanun və qaydaların pozulmasını aşkar olunmayıb". -
10-17-2008, 03:40 PMAPAMisir Mərdanov: "Azərbaycanda rus dilinin tədrisinə xarici dil kimi çox ciddi fikir verməliyik"
[b]Misir Mərdanov: "Azərbaycanda rus dilinin tədrisinə xarici dil kimi çox ciddi fikir verməliyik"[b]
[Bakı. İlhamə İsabalayeva-APA. "Rus dilinin ikinci ana dili və xarici dil kimi öyrədilməsində fərqlər var. Keçmişdə rus dili ikinci ana dili olduğu üçün orta məktəblərdə bu fənnin tədrisinə daha çox saat ayrılırdı. İndi isə rus dili bizim üçün xarici dil hesab olunur. Rus dili xarici dil kimi öyrədildikdə bu fənnə ayrılan saatların azaldılmasından söhbət gedə bilməz. Çünki rus dili orta məktəblərdə ingilis, fransız, alman dili kimi tədris olunur". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə rus dilinin tədrisinə ayrılan saatların azaldılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. M. Mərdanov bildirib ki, rus dili müəllimləri bu gün həmin fənnin tədrisinin yenə də əvvəlki kimi olacağını gözləyirlər: "Rus dilini əvvəl tədris etmiş insanların çoxu əvvəlki mövqedə qalmaqdadır. Biz isə çalışırıq ki, müəllimlərimiz saatsız qalmasın. Bunun üçün onlara yuxarı siniflərdə dərs demələrinə imkan yaratmışıq, amma 1-2 ildən sonra bu imkan da olmayacaq. Ona görə də gərək rus dili müəllimləri özləri də fəal olsunlar, valideynlər, şagirdlər arasında rus dilinin vacibliyindən danışsınlar, məktəblə birgə bu işin ciddiliyinə fikir versinlər".Nazir hesab edir ki, bu gün Azərbaycanda rus dilinin tədrisinə çox ciddi fikir vermək lazımdır: "Biz bilməliyik ki, rus dilini bilmədən irəli getməkdə çətinlik çəkərik. Çünki uzun illər Rusiya ilə əlaqələrimiz olub, bu ölkə həm də yaxın qonşumuzdur. Ona görə də Azərbaycanda rus dilinin tədrisinə həm orta, həm də digər təhsil müəssisələrində çox ciddi fikir verməliyik. Ancaq yalnız xarici dil kimi". -
10-17-2008, 03:50 PMAPAAzərbaycanda Ukrayna avtobusları buraxılacaq
[b]Azərbaycanda Ukrayna avtobusları buraxılacaq[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Yaxın iki ildə Bakı şəhərində Ukrayna istehsalı olan «Bogdan Isuzu» sərnişin avtobuslarına xidmət göstərəcək servisin təşkili planlaşdırılır. Bundan sonra isə Azərbaycanda bu avtobusların yığılması prosesinə başlanıla bilər. «APA-ECONOMICS»in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfirliyinin ticari-iqtisadi missiyasının başçısı Miroslav Blaşşuk bildirib. M.Blaşşuk qeyd edib ki, artıq bu gün Bakı şəhərində müxtəlif sərnişin marşrutlarında 170 ədəd «Bogdan Isuzu» avtobusu istismar olunur.Səfirlik təmsilçisi vurğulayıb ki, gələcəkdə Azərbaycanda Ukrayna təcrübəsi əsasında bu avtobuslardan istifadə etməklə «Məktəb avtobusu» proqramının tətbiqi planlaşdırılır. Bu proqram çərçivəsində uzaq ərazilərdə yaşayan şagirdlərin məktəbə aparıb-gətirilməsi təşkil olunacaq. M.Blaşşuk bildirib ki, Ukrayna tərəfi Heydər Əliyev Fonduna bu cür bir avtobus hədiyyə edib və artıq Fond və Təhsil Nazirliyi bu proqramın icrasını dəstəkləyib. -
10-17-2008, 04:00 PMAPAAzərbaycanın müstəqillik aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib
[b]Azərbaycanın müstəqillik aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Azərbaycanın müstəqilliyi haqqında dövlət aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, bəyannamənin parlamentdə təsdiq olunması xalqın dəstəyi və ali qanunverici orqanda təmsil olunan "Müstəqil Azərbaycan" Deputat Blokunun mübarizəsi nəticəsində baş tutub: "Bu səbəbdən də "demblok"da təmsil olunan 46 nəfər deputat bizim tərəfimizdən "istiqlalçı deputatlar" adlandırılır". Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həmin dövrləri unutdurulmasına cəhdlərin olduğunu bildirib. Onun sözlərinə görə "nə qədər cəhd edilsə də, 1988-1991-ci illərdə parlamentdə aparılan mübarizə unutdurula bilməz". O, biganəliyin bu vəziyyətə gəlib çatmasında özlərinin də günahı olduğunu söyləyib: "Meydanda və parlamentdə mübarizə apararaq, uğur qazananlar parçalandı. Artıq birləşməyə - bir təşkilatda birləşməyə doğru getməliyik". Toplantıda keçmiş deputatlar Etibar Məmmədov, Tahir Kərimli və həmin dövrdə siyasi mübarizədə iştirak edən şəxslər çıxış ediblər. -
10-17-2008, 04:10 PMAPAAzərbaycana gələn turistlərin sayı ildə 10%-dən çox artır
[b]Azərbaycana gələn turistlərin sayı ildə 10%-dən çox artır[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 10-11% artır. APA-nın məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün keçirilən mətbuat konfransında bildirib. Tədbir ötən həftə Azərbaycan nümayəndə heyətinin qatıldığı «Ukrayna 2008» Beynəlxalq Turizm Sərgisinin nəticələrinə həsr olunub.A.İsmiyev bildirib ki, Ukraynaya səfər zamanı Azərbaycanın nazirlik və özəl turizm şirkətlərinin təmsilçiləri Ukrayna Dövlət Turizm və Kurort Xidmətinin rəhbərliyi, həmçinin yerli şirkət və təşkilatlarla görüşlər keçirilib. Görüşlərdə aparılan danışıqlarda əsas diqqət turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və optimallaşdırılması yolları diqqət mərkəzində saxlanılıb.A.İsmiyev qeyd edib ki, əgər 2002-ci ildə Azərbaycana 428 min xarici turist səfər edibsə, artıq 2007-ci ildə bu göstərici 1 mln-u üstələyib, cari ilin ilk yarısında isə ötən ilin ilk yarımilliyi ilə müqayisədə 200 min nəfər artıb. Eyni zamanda, 2007-ci ildə turizm sahəsində formalaşan gəlirlərin məcmu həcmi təxminən 177 mln. ABŞ dolları, bu ilin ilk yarısının yekununda isə 96,5 mln. dollar təşkil edib.Şöbə müdirinin sözlərinə görə, əgər 2002-ci ildə Azərbaycanda 94 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərirdisə, artıq bu gün həmin göstərici 337-yə çatıb. A.İsmiyev vurğulayıb ki, Azərbaycan turizm sektorunun əsas inkişaf dövrü son 6-7 ilə təsadüf edir.Tədbirdə iştirak edən Ukraynanın Azərbaycandakı səfirliyinin ticari-iqtisadi missiyasının başçısı Miroslav Blaşşuk bildirib ki, 2008-ci ilin yanvar-avqust ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 700 mln. dollara çatıb və ötən ilin analoji 8 aylıq göstəricisini 20% üstələyib.M.Blaşşuk xüsusi vurğulayıb ki, Ukrayna turistlərinin cəlb edilməsi üçün Azərbaycanda bir sıra kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, ilk növbədə mövcud qiymət və tariflər turistlər üçün optimal həddə endirilməlidir, yeni çarter aviareysləri açılmalıdır, əlavə investisiyalar yatırılmalıdır və s. -
10-17-2008, 04:20 PMAPADünya Azərbaycanlıları Konqresinin yeni saytının təqdimatı olub
[b]Dünya Azərbaycanlıları Konqresinin yeni saytının təqdimatı olub[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı qurumun yeni internet saytının ([) təqdimatı və DAK rəhbərliyinin (həmsədrlər - Sabir Rüstəmxanlı, Firidun Pərviznia, Daimi Şuranın sədri Əjdər Tağızadə) ABŞ və Avropa səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Rüstəmxanlı deyib ki, ABŞ-da səfərdə olan DAK rəhbərliyi Corc Vaşinqton Universitetində "Qafqazda enerji təhlükəsizliyi və Azərbaycan" və "ABŞ-Azərbaycan əməkdaşlığında diasporanın rolu" mövzusunda konfranslara qatılıblar. Tədbirlərdən sonra S. Rüstəmxanlı, F. Pərvizniya və Ə. Tağızadə ABŞ Dövlət Departamentində, o cümlədən həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən ayrı-ayrı qruplarla Senatda görüşlər keçiriblər. Avroatlantik məkan, Qafqaz və İran məsələləri üzrə mütəxəssislərin də iştirak etdiyi bu görüşlərdə DAK nümayəndə heyəti bir sıra problemlərlə bağlı fikir mübadiləsi aparıblar. DAK həmsədrləri həmçinin BMT rəsmiləri ilə görüşlər keçiriblər. Onun sözlərinə görə, bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin 180 illiyi, Azərbaycan xalqının bölünmüş millət olması, o cümlədən İranda insan haqlarının hazırkı vəziyyəti ilə bağlı məlumatlar və sənədlər təqdim edilib. S. Rüstəmxanlı bildirib ki, Belçika hökumətinin nümayəndələri ilə görüşdə isə onlar diqqəti Ermənistanda və işğal olunan ərazilərdə saxlanılan əsirlərlə bağlı məsələyə yönəldiblər. Belçika hökumət rəsmiləri azərbaycanlı əsirlərlə bağlı məlumatın onlara təqdim edilməsini istəyiblər. -
10-17-2008, 04:30 PMAPABu ilin sonunadək Azərbaycanın bütün uşaq tibb müəssisələri elektron kart sistemi ilə əhatə olunacaq
[b]Bu ilin sonunadək Azərbaycanın bütün uşaq tibb müəssisələri elektron kart sistemi ilə əhatə olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın bütün uşaq tibb müəssisələri bu ilin sonunadək elektron kart sistemi ilə əhatə olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bildirib ki, uşaqlar üçün nəzərdə tutulan sağlamlıq kartlarının paylanması davam etdirilir. Bu kartlarda körpələr haqqında bütün əhəmiyyətli informasiyalar toplanır. Uşağın hansı tibb müəssisəsində - doğum evi, poliklinika, xəstəxanada olmasından asılı olmayaraq, onun xəstəlikləri, genetik problemləri, müayinələrinin nəticələri, peyvəndləri və s. barədə məlumatlar bu kartlara qeyd edilir. -
10-17-2008, 04:50 PMAPAÇelik Bakıda xeyriyyə konserti verəcək
[b]Çelik Bakıda xeyriyyə konserti verəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda iş quran və burada yaşamağa qərar verən türkiyəli sənətçi Çelik Erişçinin Bakıdakı ilk konserti xeyriyyəçilik məqsədi daşıyacaq. O, konsertdən əldə olunacaq gəliri valideyn himayəsindən məhrum uşaqlara verəcək. APA-nın məlumatına görə, sənətçi konserti yeni açdığı "Le Paris" restoranında keçirmək fikrindədir: "Bakıda ilk konsertimi məhz xeyriyyə məqsədilə təşkil edəcəyəm. Həmin konsertdən əldə olunan gəliri isə kimsəsiz uşaqlara verəcəyəm. Valideyn himayəsindən məhrum olmuş uşaqların üzündə balaca bir gülüş görmək mənim üçün milyonlarla dollardan daha önəmlidir. Bu layihəmi həyata keçirdikdən sonra digər konsertlər barədə düşünəcəyəm". -
10-17-2008, 05:00 PMAPAAzərbaycan Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb
[b]Azərbaycan Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələrini açıqlayıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın I ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı Kürün Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kürün Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4 dəfə, Ağstafaçayda mis birləşmələri 3 dəfə (fenollar norma daxilindədir), Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2 dəfə, Ağstafaçay məntəqəsində isə 1,9 dəfə YVQH-ni ötüb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Çayın Horadiz, I Şahsevən, Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,2 dəfə, Bəhramtəpədə 1,6 dəfə, I Şahsevəndə 1,8 dəfə YVQH-dən çox olub. Bunun da səbəbi Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.Suyun oksigen rejimi isə bütün məntəqələrdə 5,28-6,64 mq/l arasında dəyişərək norma daxilində olub. -
10-17-2008, 05:10 PMAPAAzərbaycan Gürcüstana qaz ixracını artıra bilər
[b]Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər[b]
[Bakı. Vahab Rzayev, Zaur Nurməmmədov - APA-ECONOMICS. Azərbaycandan Gürcüstana qaz ixracının artırılacağı istisna olunmur. «APA-ECONOMICS»in məlumatına əsasən, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin müşaviri Murad Heydərov bildirib.«Son hadisələri nəzərə alaraq, Gürcüstan şirkətləri ilə Rusiya «Qazprom»u arasında əməkdaşlıq dayandırılıb və, yəqin ki, Azərbaycan Gürcüstana əlavə qaz həcmləri göndərəcək», - deyə M.Heydərov bildirib. Lakin ARDNŞ rəsmisi Gürcüstan tərəfinin hələ belə bir təkliflə müraciət etmədiyini əlavə edib.M.Heydərovun sözlərinə görə, hazırda Azərbaycan Gürcüstana ildə 1 mlrd. kubmetrədək qaz ixrac edir. Bunun bir hissəsi «Sahdəniz I»-dən, qalan hissəsi isə «Azəri-Çıraq-Günəşli»dən nəql olunur. Ümumilikdə, Gürcüstanın qaza olan illik tələbatı 1,5 mlrd. kubmetrə bərabərdir.Qeyd edək ki, 2007-ci ildə «Qazprom» Gürcüstanda sənaye istehlakçıları ilə bağlanmış sazişlər əsasında bu ölkəyə qaz tədarük edib. Bundan başqa, Gürcüstan Rusiyanın Ermənistana tədarük etdiyi qazın həcminin 10%-ni tranzit haqqı kimi götürüb. «Qazprom»un 2007-ci il hesabatına əsasən, Gürcüstan 1,2 mlrd. kubmetr həcmində qaz alıb. Bu il isə Gürcüstan yalnız 10%-lik tranzit haqqının alınması ilə kifayətlənib. M.Heydərov əlavə edib ki, Gürcüstana əlavə qaz tələb olunacağı təqdirdə, Azərbaycan bu tələbatı təmin edə bilər. -
10-17-2008, 05:20 PMAPABu gün BBVB-nin valyuta bölməsində 8,665 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 8,665 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8086 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8086 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 477 428 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 6 859 438 AZN, manatın orta məzənnəsi isə 0,8086 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 8,665 mln. dollar və ya 7 336 866 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,733 mln. dollar düşür.Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 263 820 AZN, manatın orta məzənnəsi isə avroya nisbətən 1,0918 AZN təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,69% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. AZN, müddəti 30 gün, faiz dərəcəsi illik 16,00% olan 1 əqd qeydə alınıb. -
10-17-2008, 05:30 PMAPAAzərbaycan Dövlət Sosial Müdafiə Fondu yanvar-sentyabr aylarında sosial sığorta haqları üzrə gəlirlərini 31% artırıb
[b]Azərbaycan Dövlət Sosial Müdafiə Fondu yanvar-sentyabr aylarında sosial sığorta haqları üzrə gəlirlərini 31% artırıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial sığorta haqları üzrə gəlirləri 2008-ci ilin yanvar-sentyabr aylarında 2007-ci ilin müvafiq dövrünə nisbətən 31% artaraq 623 mln. manata çatıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.Fonda daxil olan sığorta haqlarının 59%-i qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatlardan daxilolmalar həmin dövrə nisbətən 29%, fiziki şəxslərdən daxilolmalar 78%, torpaq mülkiyyətçiləri üzrə isə 95% artıb.S.Müslümovun sözlərinə görə, yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi əsasında qeydiyyatının təşkili nəticəsində qeydə alınan sığortaolunanların sayı cari ilin ilk 6 ayı ərzində 75 min nəfər artıb. Hazırda Azərbaycanda sığortaolunanların sayı 1,8 mln. nəfərdən çoxdur. -
10-17-2008, 05:40 PMAPAPeşəkar Futbol Liqası "Olimpik" klubunun xahişini rədd edib
[b]Peşəkar Futbol Liqası "Olimpik" klubunun xahişini rədd edib[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Bakının "Olimpik" klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. "APA-SPORT"un məlumatıma görə, "təyyarəçilər" Premyer Liqanın VIII turu çərçivəsində sabah "Qəbələ"yə qarşı ev oyununun 1 gün ertələnməsini xahiş ediblər. "Olimpik" rəsmiləri heyətin 5 üzvünün Azərbaycan milli komandasına, 1 futbolçunun Moldova yığmasına çağırılmasını, daha 3 oyunçunun zədəli olmasını əsas göstəriblər.Lakin PFL "Olimpik"ə rədd cavabı verib. Qurum rəhbərliyi yığmamızın Bəhreynlə yoldaşlıq görüşünün VIII turla üst-üstə düşmədiyini bildirərək, müraciəti əsassız sayıb. Beləliklə, "Olimpik" - "Qəbələ" matçı qabaqcadan nəzərdə tutulduğu kimi, sabah "Şəfa" stadionunda keçiriləcək. -
10-17-2008, 06:00 PMAPADİN və Baş Prokurorluq Azərbaycana külli miqdarda silah-sursat keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb
[b]DİN və Baş Prokurorluq Azərbaycana külli miqdarda silah-sursat keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb[b]
Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Azərbaycana külli miqdarda silah keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yayıb.
[DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 2008-ci il oktyabrın 13-ü, saat 13.00 radələrində Qazax-Bakı avtomagistral yolunun 343-cü km-də yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 723 saylı Yol Patrul Xidməti postunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələrini yerinə yetirən polis əməkdaşları tərəfindən özünü şübhəli aparan Vəliyev İntiqam Fərman oğlunun idarə etdiyi "KamAZ" markalı, 35 BE 715 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Avtomaşına baxış keçirilərkən onun yük hissəsindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd yivsiz ov və pnevmatik silahlar, 26 qutu müxtəlif çaplı patronlar, 10 qutu patron gilizləri, 3 qutu ov tüfənginin ehtiyat hissələri və 300 ədəd qandal aşkar edilib.Torlanmış material üzrə Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsində ilkin araşdırma aparılaraq həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Cinayətin törədilməsində vəzifəli şəxslərin, eləcə də xarici ölkə vətəndaşlarının iştirak etməsi ehtimalı və aktuallığı nəzərə alınaraq cinayət işi istintaqın davam etdirilməsi üçün Gəncə şəhər Prokurorluğuna həvalə edilib.İstintaqla müəyyən olunub ki, Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, İstanbul-Bakı arasında sərnişin və yük daşıması ilə məşğul olan "Öz Nuhoğlu" şirkətinin Bakı nümayəndəliyinin işçisi Səyavuş Eyvazov Sumqayıt şəhərində ov silahlarının, onların komrlekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olan "Franki" firmasının rəhbəri Qürbət Nəcəfov, əvvəllər "Qırmızı körrü" sərhəd-keçid məntəqəsində "Broker" təşkilatında işləmiş Ağstafa rayon sakini İlham Rəhimov və Türkiyə vətəndaşı Hacı Şərəf adlı şəxslə cinayət əlaqəsinə girərək, yivsiz ov və pnevmatik silahların, patronların, ov tüfənginin ehtiyat hissələrinin və qandalların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəlib.Bu məqsədlə Hacı Şərəf Türkiyədə hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi yuxarıda qeyd olunan silah-sursatı Sumqayıt şəhər sakini Qürbət Nəcəfova satış məqsədilə çatdırılması üçün Türkiyə-Gürcüstan sərhədindən qanunsuz keçirməklə, Səyavuş Eyvazova təhvil verib. Səyavuş Eyvazov həmin silah-sursatı adları hələlik istintaqa məlum olmayan Gürcüstan vətəndaşlarının "QAZel" markalı avtomaşınına yükləyərək Gürcüstan-Azərbaycan sərhədinə gətirib və malların qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi üçün tanışı İlham Rəhimova müraciət edib. İlham Rəhimov 2008-ci il oktyabrın 13-də həmin silah-sursatı "Sınıq körpü" gömrük postundan gömrük nəzarətindən kənar keçirərək Qazax rayonunun Şıxlı kəndi ərazisində İntiqam Vəliyevə məxsus "KamAZ" markalı avtomaşına yükləyib və Sumqayıt şəhərinə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.İstintaqla müəyyən edilib ki, dəstə üzvləri əvvəllər də bir-neçə dəfə ov silahlarını, onun ehtiyat hissələrini və patronlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər. Törətdiyi cinayət əməllərinə görə, Səyavuş Eyvazov, Qürbət Nəcəfov və İlham Rəhimov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib.Hazırda həmin cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi və dəstə üzvləri tərəfindən törədilmiş başqa cinayətlərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-17-2008, 06:10 PMAPAAzərbaycan Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişləri son 5 ildə 4,6 dəfə artıb
[b]Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişləri son 5 ildə 4,6 dəfə artıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcmu gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 34% artaraq 959 mln. manat olub. «APA-ECONOMICS»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib. S.Müslümovun sözlərinə görə, Fondun gəlir proqnozu qeyri-büdcə təşkilatları üzrə 100,1% icra olunub.Fondun xərcləri isə hesabat dövründə 980 mln. manat təşkil edib. Bu vəsaitin 97%-i və ya 949 mln. manatı əhaliyə ödənişlərə yönəldilib. Bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 37% çoxdur. Xərclərin 97%-ni pensiya ödəmələri təşkil edib. S.Müslümov onu da qeyd edib ki, son 5 ildə DSMF-dən əhaliyə ödənişlər 4,6 dəfə artaraq 1,349 mlrd. manata çatıb. -
10-17-2008, 06:20 PMAPABakıda "İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək
[b]Bakıda "İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bakıda noyabrın 28-də "İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri " mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfrans UNESKO-nun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunacaq. Bu barədə APA-ya institutun fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri Zümrüd Quluzadə məlumat verib. O bildirib ki, konfransda Rusiya, Türkiyə, İran və digər ölkələrin alim və mütəxəssisləri iştirak edəcək. İslam bölgəsi fəlsəfəsinin dünya miqyasında tədrisi və tədqiqi səviyyəsi ilə yanaşı, toplantıda müasir fəlsəfənin aktual problemləri, qədim əlyazmaların oxunması və nəşri məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. -
10-17-2008, 06:30 PMAPAAzərbaycan əhalisinin sayı 8 milyon 700 min nəfərə çatıb
[b]Azərbaycan əhalisinin sayı 8 milyon 700 min nəfərə çatıb[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan əhalisi 0,8% və ya 69 min nəfər artıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə bildirilib ki, 2008-ci ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 8,699 mln. nəfərə çatıb.
[Əhalinin 4,501 mln. nəfəri (51,7%) şəhər, 4,198 mln. nəfəri (48,3%-i) isə kənd sakinidir. Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1027 qadın düşür. Əhalinin 23%-i 0-14 yaşda, 70%-i 15-64 yaşda, 7%-i 65 və yuxarı yaşda olanlardır. Əhalinin 31,2%-i 14-29 yaşda olan gənclərdir. Əhalinin orta yaşı 32, doğulanda gözlənilən ömür uzunluğu 72,4, o cümlədən kişilər üçün 69,7, qadınlar üçün 75,1 yaşdır. Bu il Azərbaycanda 107,9 min, gündə təxminən 394 körpə doğulub. Onların 53,6%-i oğlan, 46,4%-i qızdır. Körpələrin 1110-u əkiz, 13-i üçəmdir. Nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq diri doğulanlarının 10%-ni təşkil edib. Doğulan oğlan uşaqlarına ən çox Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız uşaqlarına isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray adları qoyulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 17,4-dən 16,8-ə, ölənlərin sayı isə 6,4-dən 6,2-ə qədər azalıb. -
10-17-2008, 06:40 PMAPA"Azərbaycan fəlsəfə tarixi"nin II cildi çapdan çıxıb
[b]"Azərbaycan fəlsəfə tarixi"nin II cildi çapdan çıxıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Dörd cilddə nəşri nəzərdə tutulan "Azərbaycan fəlsəfə tarixi"nin II cildi çapdan çıxıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsindən məlumat verilib. Nəşrin I cildində ən qədim dövrdən XIII əsrə, II cilddə isə XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfə tarixi əks olunub. Kitabların məsul redaktoru fəlsəfə elmləri doktoru Zümrüd Quluzadədir. Professor İzzət Rüstəmovun məsul redaktorluğu ilə nəşr ediləcək III cilddə XIX əsrin, IV cilddə isə XX əsrin milli fəlsəfə tarixindən bəhs olunacaq. -
10-17-2008, 07:30 PMAPAXanış Şahıyev Azərbaycan prezidentini seçkilərdə qələbəsi münasibətilə təbrik edib
[b]Xanış Şahıyev Azərbaycan prezidentini seçkilərdə qələbəsi münasibətilə təbrik edib[b]
[Bakı - APA. Oktyabrın 17-də Lerik rayonunun ağsaqqalı, fermer Xanış Şahıyev Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, X. Şahıyev dövlət başçısına möhkəm can sağlığı, xalqın xoşbəxt gələcəyi və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb. -
10-17-2008, 07:40 PMAPASerj Sarkisyan və Daniel Frid Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər
[b]Serj Sarkisyan və Daniel Frid Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər[b]
[İrəvan - APA. ABŞ dövlət katibinin müavini Daniel Frid Ermənistanda səfərdədir. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, bu gün İrəvana gələn D. Frid prezident Serj Sarkisyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli, erməni-türk münasibətləri və Ermənistandakı daxili siyasi vəziyyət müzakirə edilib. Tərəflər ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli üçün ən optimal format olduğunu vurğulayıblar. Qeyd olunub ki, münaqişə beynəlxalq hüququn təməl prinsipləri nəzərə alınmaqla həll edilməlidir. -
10-17-2008, 07:50 PMAPAZaqatalada yanğın olub
[b]Zaqatalada yanğın olub[b]
[Zaqatala. Vüqar Heydərov -APA. Bu gün saat 18.15 radələrində Zaqatala rayonunun Suvəgil kəndində yanğın baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın kənd sakini Pirdas Muradovaya məxsus mal tövləsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib və yanğın söndürülüb. Yanğın nəticəsində mal tövləsi və orada olan 200 ədəd ot kipi yanıb. -
10-17-2008, 08:10 PMAPAAzərbaycan prezidenti İlham Əliyev akademik Mahmud Kərimovu "Şöhrət" ordeni ilə təltif edib
[b]Azərbaycan prezidenti İlham Əliyev akademik Mahmud Kərimovu "Şöhrət" ordeni ilə təltif edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev akademik Mahmud Kərimovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Mahmud Kərimov bu ordenə Azərbaycan elmi qarşısında xidmətlərinə görə layiq görülüb.