[b]Müxalifətin Əməkdaşlıq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Müxalifətin Əməkdaşlıq Mərkəzi (MƏM) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. APA-nın məlumatına görə, ilkin rəydə Azərbaycanda seçkiqabağı vəziyyət, siyasi partiyalar üçün rəqabət imkanları və səsvermənin gedişi qiymətləndirilib. Rəydə seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti, Avropa Birliyinin və digər beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələrin nəzərə alınmadığı, buna görə də əməkdaşlıq mərkəzində təmsil olunan partiyaların seçkilərdə iştirak etmədiyi bildirilib. Boykotçu partiyalar Azərbaycanda seçkilər öncəsi müxalifət partiyalarının sərbəst fəaliyyətinə maneə yaradıldığını, bir sıra partiyaların mətbuat orqanlarının fəaliyyətində problemlər yarandığını, qərargahlarından çıxarıldıqlarını qeyd ediblər. İlkin rəydə seçki kampaniyası ərəfəsində Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər də neqativ dəyişikliklər kimi dəyərləndirilib. Həmçinin bərabərhüquqlu təbliğat imkanları prinsipinin pozulduğu da vurğulanıb. Səsvermə günü isə əməkdaşlıq mərkəzinin müşahidəçiləri tərəfindən bir sıra qanun pozuntularının qeydə alındığı bildirilib. Bütün bunları nəzərə alın müxalifət partiyaları oktyabrın 15-də keçirilən prezident seçkilərinin demokratik və ədalətli keçirilmədiyini bildiriblər. Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar bu şəraitdə keçən seçkilərin nəticəsini tanımadıqlarını bildiriblər.
Azərbaycan Xəbərləri
Printable View

10-16-2008, 12:40 PMAPAMüxalifətin Əməkdaşlıq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb

10-16-2008, 12:50 PMAPAGUAM müşahidə missiyası: Azərbaycanda prezident seçkiləri demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib
[b]GUAM müşahidə missiyası: Azərbaycanda prezident seçkiləri demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanda prezident seçkilərinin gedişini izləmiş GUAM müşahidə missiyası öz rəyini açıqlayıb.
[APA-nın məlumatına görə, GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib ki, seçkilər sakit məcrada və beynəlxalq standartlara tam uyğun şəkildə keçirilib: "Seçkilərdə çox xoşagələn atmosfer hökm sürürdü. Hələ dünən müşahidələrimiz əsasında seçici fəallığının 70 faizdən az olmayacağını bəyan etmişdik. Gördüyünüz kimi biz səhv etməmişik". GUAM baş katibi seçkilərdə çoxlu sayda gənclərin iştirak etməsini ölkənin böyük gələcək potensialının olması kimi dəyərləndirib: "GUAM Azərbaycanda prezident seçkilərinin demokratik, azad və beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bəyan edir. Hesab edirik ki, seçkilər baş tutub". Qeyd edək ki, GUAM müşahidə missiyasının tərkibinə Gürcüstan parlamentinin iki deputatı, Ukrayna Xarici İşlər Nazirliyinin üç diplomatı, Ukraynanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı daxildir. GUAM müşahidəçiləri 31 seçki məntəqəsində müşahidə aparıb və ilkin rəylərini səsvermə başa çatdıqdan sonra açıqlayıblar. -
10-16-2008, 01:00 PMAPAQulamhüseyn Əlibəyli seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib
[b]Qulamhüseyn Əlibəyli seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib[b]
[Bakı. Elnur Məmmədli-APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli prezident seçkilərinin rəsmi elan olunmuş nəticələrini qəbul etdiyini bəyan edib. APA-ya açıqlamasında Q. Əlibəyli bildirib ki, onun seçki qərargahı səsvermənin gedişi ilə bağlı əldə olunan bütün qanun pozuntularını araşdırıblar. Prezidentliyə namizəd bildirib ki, bu pozuntular kütləvi hal daşımayıb və ümumi nəticələrə təsir etməyib: "Buna görə də biz rəsmi elan olunmuş nəticələrlə razılaşırıq. Seçkilərdə qalib gəlməsi münasibəti ilə İlham Əliyevi təbrik edirəm". -
10-16-2008, 01:10 PMAPASeçkiqabağı kampaniya ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqin yekun hesabatı açıqlanıb
[b]Seçkiqabağı kampaniya ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqin yekun hesabatı açıqlanıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda 2008-ci ilin seçkiqabağı kampaniyası ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması üzrə aparılan monitorinqinin yekun hesabatı açıqlanıb. "Azad və ədalətli seçkilərə yardım" proqramı çərçivəsində Avropa Şurası ilə Avropa Komissiyası tərəfindən dəstəklənən layihəni Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyi həyata keçirib. Qurumdan APA-ya verilən məlumata görə, 2008-ci ilin 17 sentyabr-14 oktyabr tarixini əhatə edən monitorinqdə KİV-in seçki kampaniyasını işıqlandırması beynəlxalq metodoloji standartlara uyğun olaraq təhlil edilib və qiymətləndirilib. Monitorinq 2008-ci ilin iyul ayının əvvəlindən başlanıb və seçki kampaniyasından öncəki dövrü də əhatə edib. Qeyd olunub ki, monitorinq dövründə KİV-in əksəriyyəti plüralizmin təmin edilməsi sahəsində mövcud olan standartlara lazımi səviyyədə, yaxud hətta minimum həddə əməl etməyib: "Rəsmi təbliğat kampaniyası başlandıqdan sonra bu dairənin nəzərəçarpacaq dərəcədə daralmasına baxmayaraq, qəzetlər cəmiyyətdəki seçkilərə dair fikir plüralizmini televiziyalara nisbətən xeyli geniş əks etdiriblər. Bütün televiziya kanalları siyasi iştirakçıların fəaliyyətini yalnız neytral, yaxud müsbət tonda işıqlandırıb". -
10-16-2008, 01:20 PMAPATürkiyəli sənətçi Demet Akalın Bakıda konsert verəcək
[b]Türkiyəli sənətçi Demet Akalın Bakıda konsert verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. "Səs Organization"un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə 2009-cu ilin yanvarın 30-da türkiyəli sənətçi Demet Akalın ilk dəfə olaraq Bakıda konserti keçiriləcək. Bu barədə APA-ya Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, Heydər Əliyev Sarayında baş tutacaq konsertdə Demet Akalın möhtəşəm şou nümayiş etdirəcək və məşhur mahnılarını canlı orkestrlə ifa edəcək: "Bu il və gələn il üçün tanınmış müğənnilərin konsertlərini təşkil edəcəyimə söz vermişdim. Bakıda konsertlərini düzənləyəcəyimiz müğənnilərin çıxışı ilə həmvətənlərimizi sevindirəcəyimə əminəm". Demet Akalının ilk dəfə Bakıda konsert verəcəyini bildirən N. Emiloğlu, elə bu səbəbdən də sənətçinin konsertə ciddi hazırlaşdığını vurğulayıb. Qeyd edək ki, konsertin informasiya dəstəyini [ və [ internet saytları verəcək. -
10-16-2008, 01:30 PMAPAAzərbaycan yığması Bəhreyni məğlub edib
[b]Azərbaycan yığması Bəhreyni məğlub edib[b]
Berti Foqtsun ikinci qələbəsi də 2:1 hesablı oldu
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Futbol üzrə Azərbaycan milli komandası Manamada Bəhreynlə yoldaşlıq görüşü keçirib. "APA-SPORT"un məlumatına görə, yığmamız əzmkar qələbə qazanıb. Oyunun gedişində məğlub duruma düşən Berti Foqtsun komandası sonradan 2 qol vuraraq, meydan sahiblərinə qalib gəlib.Matçda hesabı 23-cü dəqiqədə bəhreynli Rəşid Camal-Salem açıb. İlk hissənin sonlarında yığmamız daha bir zərbə alıb. Belə ki, ikinci sarı vərəqə ilə cəzalandırılan Rail Məlikov komandamızı azlıqda qoyub. Ancaq ruhdan düşməyən futbolçularımız cəmi bir neçə saniyədən sonra Zeynal Zeynalovun qolu sayəsində hesab bərabərləşdiriblər.Fasilədə 2 dəyişiklik edən Foqtsun əvəzləmələri tezliklə nəticəsini verib. Meydana ikinci hissədə daxil olan Elvin Məmmədov 60-cı dəqiqədə topu tora qovuşdurub - 2:1. Qalan vaxtda milli komandamız qələbə hesabını qorumağı bacarıb. Beləliklə, Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi postunda ikinci qələbəsini qazanıb. Onun rəhbərlik etdiyi kollektiv iyunun 4-də səfərdə Andorranı üstələyib (2:1). -
10-16-2008, 01:40 PMAPAMətbuatın İnkişafına Dəstək Fondunun yaradılması ilə bağlı təkliflər layihəsi Prezidentin İcra Aparatına təqdim olunacaq
[b]Mətbuatın İnkişafına Dəstək Fondunun yaradılması ilə bağlı təkliflər layihəsi Prezidentin İcra Aparatına təqdim olunacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda Mətbuatın İnkişafına Dəstək Fondunun yaradılması ilə bağlı təkliflər layihəsi oktyabrın sonuna kimi Prezidentin İcra Aparatına təqdim olunacaq. Bu barədə APA-ya açıqlama verən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hazırda həmin təkliflər üzərində ciddi iş aparıldığını deyib. Ə. Amaşov Mətbuat İnkişafına Dəstək Fondunun bu ilin sonu, gələn ilin əvvəlinə kimi yaradılmasının mümkün olduğunu deyib. Şura sədri sözügedən qurum yaradıldıqdan sonra ölkə mətbuatının inkişafında əhəmiyyətli dəyişikliyin yaranacağına ümid bələdiyini vurğulayıb. -
10-16-2008, 01:50 PMAPAMüxalifət icazəsiz aksiyanın keçirilməsini müzakirə edəcək
[b]Müxalifət icazəsiz aksiyanın keçirilməsini müzakirə edəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların oktyabrın 18-də mitinq keçirməklə bağlı müraciətlərinə cavab verib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi aksiyanın Bibiheybət stadionunda keçirilməsini tövsiyə edib. A. Hacılı bildirib ki, müxalifət müraciətində 9 meydan göstərmişdi, amma şəhər rəhbərliyi bu meydanların heç birində aksiya keçirilməsinə icazə verməyib: "Biz sabah icazəsiz aksiyanın keçirilib-keçirilməməsi ilə bağlı müzakirə aparacağıq". -
10-16-2008, 02:00 PMAPAQadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs tutulub
[b]Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs tutulub[b]
[Bakı.APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatma Allahverdiyeva tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, F. Allahverdiyeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirilir. -
10-16-2008, 02:10 PMAPAHövsan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Hövsan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Suraxanı rayonu Hövsan qəsəbə sakini Elşən Mustafayev elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, E. Mustafayevi həyətində qaynaq işləri apararkən elektrik cərəyanı vurub. -
10-16-2008, 02:20 PMAPAAzərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu prezident seçkilərinin demokratik keçdiyini bəyan edib
[b]Azərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu prezident seçkilərinin demokratik keçdiyini bəyan edib[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə dair bəyanatla çıxış edib. APA-nın məlumatına görə, işçi qrupun Amerika nümayəndə heyətinin rəhbəri Mark Vieth bu gün keçirdiyi mətbuat konfransında Bakı, Sumqayıt, Gəncə, Göyçay, Quba, Cəlilabad, Şəmkir, Yevlax və Xırdalan şəhərlərində 87 seçki məntəqəsi üzrə səsvermə prosesini izlədiklərini bildirib. O, qrupun apardığı müşahidələr nəticəsində Azərbaycanda keçirilən prezident seçkilərinin azad, ədalətli, demokratik və şəffaf şəraitdə keçirildiyini bəyan edib. Prezident seçkilərini Azərbaycanın ən böyük nailiyyəti hesab edən Mark Vieth bu prosesi ölkənin ictimai və siyasi həyatında irəliyə doğru atılmış bir addım kimi qiymətləndirib. O, həmçinin Azərbaycan hakimiyyəti və cəmiyyətinin bu fürsətdən yararlanaraq ölkədə demokratik institutların inkişaf etdirilməsi üçün səylərin daha da artırılacağına ümid etdiyini söyləyib. -
10-16-2008, 02:30 PMAPAViktor Yuşşenko İlham Əliyevi təbrik edib
[b]Viktor Yuşşenko İlham Əliyevi təbrik edib[b]
[Bakı - APA. Ukrayna prezidenti Viktor Yuşşenko oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ukrayna prezidenti seçkilərdə qələbəsi münasibətilə İ. Əliyevi təbrik edib, ona növbəti prezidentlik fəaliyyəti müddətində uğurlar arzulayıb.Prezident İ. Əliyev təbrikə və göstərdiyi diqqətə görə Ukrayna prezidentinə təşəkkür edib. -
10-16-2008, 02:50 PMAPA«Royal Bank of Baku» son bir ildə aktivlərini təxminən üç dəfə artırıb
[b]«Royal Bank of Baku» son bir ildə aktivlərini təxminən üç dəfə artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 100,473 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 2,7 dəfə çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 3,3 dəfə genişlənərək 34,387 mln. manata, kredit portfeli 3,1 dəfə artaraq 77,160 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,9 dəfə artaraq 64,318 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 42,1% artaraq 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 16,912 mln. manat təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 11,783 mln. manat, xərcləri isə 3,1 dəfə artaraq 10,163 mln. manat olub. Nəticədə, bank əldə etdiyi mənfəəti son bir ildə 3 dəfə artıraraq 1,619 mln. manata çatdırıb. Bundan başqa, bank bu müddət ərzində əlavə 22 filial və 1 mübadilə məntəqəsi açıb, həmçinin 16 bankomat və 59 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın işçilərinin sayı 2,6 dəfə artaraq 463 nəfərə, işçilər üçün orta aylıq əmək haqqı isə 76% artaraq 545 manata çatıb. Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişdirib. Hazırda bankın respublika üzrə 28 filialı, 3 mübadilə məntəqəsi, 21 bankomatı və 71 POS-terminalı fəaliyyət göstərir. -
10-16-2008, 03:00 PMAPAAvropa ölkələrinin ictimai təşkilat və QHT nümayəndələrindən ibarət müşahidə qrupu rəyini açıqlayıb
[b]Avropa ölkələrinin ictimai təşkilat və QHT nümayəndələrindən ibarət müşahidə qrupu rəyini açıqlayıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Avropa ölkələrinin ictimai təşkilat və QHT nümayəndələrindən ibarət müşahidə qrupu mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, müşahidə qrupunun üzvü Alan Alakula bildirib ki, Avropanın 7 ölkəsini təmsil edən 34 nəfərlik müşahidə missiyası ölkə ərazisində 100-dən artıq məntəqədə olub. O, seçkilərin demokratik standartlara uyğun keçirildiyini deyib. Qonaq qrupa daxil olan müşahidəçilərdən ikisinin seçki günü cəzaçəkmə müəssisələrində səsvermə prosesini izlədiyini söyləyib. Müşahidə qrupunun seçkinin yekunlarına dair bəyanatında bildirilir ki, seçki yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə yekunlaşıb. -
10-16-2008, 03:20 PMAPAMilli QHT Forumunun rəhbəri: "Seçki zamanı müşahidəçilərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb"
[b]Milli QHT Forumunun rəhbəri: "Seçki zamanı müşahidəçilərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb"[b]
[Bakı. Elnur Məmmədli - APA. Milli QHT Forumunun rəhbəri Rauf Zeyni prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Zeyni bildirib ki, forumun yekun rəyi yaxın günlərdə hazırlanacaq, amma o, ilkin nəticələrin ictimaiyyətə açıqlanmasını vacib hesab edir. R. Zeyni müşahidəçilərin fəaliyyətinə heç bir problem yaradılmadığını, seçkilərin sabitlik şəraitində keçirildiyini söyləyib: "Son seçkilərə qədər müşahidəçilərin fəaliyyətinə müəyyən məhdudiyyətlər, problemlər yaradılırdı. Sevindirici haldır ki, bu dəfə heç bir məhdudiyyət olmadı". R. Zeyninin fikrincə, bir sıra seçki komissiyaları üzvlərinin hələ də maariflənməyə ehtiyacı var. Çünki bəzi komissiya üzvləri seçkinin təşkilində və seçicilərlə davranışda nöqsanlara yol verirlər. -
10-16-2008, 03:30 PMAPAAzərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qətl hadisəsi baş verib
[b]Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qətl hadisəsi baş verib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyinin Naftalanda yerləşən N saylı hərbi hissəsində qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, əsgər silahdan açdığı atəşlə digər əsgəri qətlə yetirib. Ölən əsgər Əbdüləhəd Eldar oğlu Şahbazovdur. İnsident nəticəsində başqa bir əsgərin də həlak olduğu bildirilir.Qeyd edək ki, Ə. Şahbazov Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakinidir.Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov APA-ya faktı dəqiqləşdirərək yaxın dəqiqələrdə açıqlama verəcəyini bildirib. -
10-16-2008, 03:50 PMAPAYeni «Mazda3» avtomobili daha rahat olacaq
[b]Yeni «Mazda3» avtomobili daha rahat olacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Yaponiyanın «Mazda» şirkəti «Mazda3» avtomobilinin yeni modelinin xarici görünüşü haqqında məlumat yayıb. «APA-ECONOMICS»in məlumatına əsasən, yeni avtomobil xarici görünüşünə görə əvvəlki «Mazda3»dən bir o qədər də fərqlənməsə də, onun idman üslubda olması daha da vurğulanıb.Bununla yanaşı, avtomobilin rahatlığı dizaynerlərin diqqət mərkəzində olub. Avtomobil istehsalçısı «Mazda3» alıcılarının səs izolyasiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, bu məqama xüsusi diqqət yetirib. Qeyd edək ki, «Mazda3» avtomobili 2,0 litr və 2,5 litr həcmində olan mühərriklə təchiz ediləcək.Beləliklə, «Mazda3» avtomobilin sedan variantının təqdimatı noyabrın 19-da Los-Ancelesdə (ABŞ), xeçbek variantı isə dekabrın 1-də Bolonyada (İtaliya) keçiriləcək. -
10-16-2008, 04:00 PMAPABerti Foqts Almaniyaya getdi
[b]Berti Foqts Almaniyaya getdi[b]
[Bakı - APA-SPORT. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyaya yollanıb. "APA-SPORT"un məlumatına görə, yığmamızın almaniyalı çalışdırıcısı vətəninə Bəhreynlə Manamada keçirilmiş yoldaşlıq görüşündən sonra gedib.Foqtsa milli komandamızın məşqçi vəzifəsini daşıyan həmyerliləri yoldaş olublar. Baş məşqçinin noyabrın ilk ongünlüyündə Bakıya dönəcəyi gözlənilir.Qeyd edək ki, sonuncu dəfə sentyabrın 26-da paytaxtımıza gəlmiş Foqts 20 gün ərzində yığmamızı 2 matça - Finlandiya (0:1) və Bəhreynlə (2:1) oyuna çıxarıb. -
10-16-2008, 04:10 PMAPADmitri Medvedev Ermənistana səfər edəcək
[b]Dmitri Medvedev Ermənistana səfər edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedev oktyabrın 20-21-də Ermənistanda rəsmi səfərdə olacaq. APA-nın xəbərinə görə, bu məlumat Rusiya prezidentinin rəsmi saytında yerləşdirilib. -
10-16-2008, 04:40 PMAPA«Günaybank»ın mənfəəti son bir ildə 10 dəfə azalıb
[b]«Günaybank»ın mənfəəti son bir ildə 10 dəfə azalıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Günaybank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 26,720 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 20% çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 9,1% genişlənərək 9,258 mln. manata, kredit portfeli 34% artaraq 23,081 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 19,2% artaraq 124 min manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 0,7% artaraq 10,709 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,1% artaraq 10,892 mln. manat təşkil edib.Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% artaraq 3,280 mln. manata, xərcləri isə 77,3% artaraq 3,208 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində təxminən 10 dəfə azalaraq 72 min manat təşkil edib. Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın işçilərinin sayı 41 nəfər, orta aylıq əmək haqqı isə 373 manat təşkil edib. -
10-16-2008, 04:50 PMAPATürkiyənin tanınmış siyasətçilərindən olan Murad Qarayalçın CHP-dən Ankara bələdiyyə başqanlığına namizəd olacaq
[b]Türkiyənin tanınmış siyasətçilərindən olan Murad Qarayalçın CHP-dən Ankara bələdiyyə başqanlığına namizəd olacaq[b]
[Ankara - APA. Türkiyənin aparıcı siyasi partiyaları 2009-cu ilin martında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesinə start veriblər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul, Ankara kimi böyük şəhərlərin bələdiyyələrini hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əlindən almaq istəyən Cümhuriyyət Xalq Partiyası (CHP) paytaxt Ankaranın bələdiyyə başçısı vəzifəsinə irəli sürəcəyi namizədi müəyyənləşdirib. CHP bu posta Sosial-Demokrat Xalqçı Partiyasının (SHP) lideri Murad Qarayalçının namizədliyini irəli sürəcək. Ankarada böyük nüfuzu olan M. Qarayalçının seçki ərəfəsində SHP-ni tərk edərək CHP-yə keçəcəyi və rəsmi olaraq bu partiyanın namizədi kimi seçkilərə qatılacağı bildirilir. Qeyd edək ki, Türkiyənin tanınmış siyasətçilərindən biri olan M. Qarayalçın 1989-1993-cü illərdə Ankaranın bələdiyyə başçısı, 1994-1995-ci illərdə isə xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışıb. Seçkidə onun ən ciddi rəqibi indiki bələdiyyə başçısı Məlik Kökçək (AKP) olacaq. -
10-16-2008, 05:00 PMAPA«Hyundai» şirkəti «Santa Fe» avtomobil modelini elektrik mühərriklə təchiz edib
[b]«Hyundai» şirkəti «Santa Fe» avtomobil modelini elektrik mühərriklə təchiz edib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cənubi Koreyanın «Hyundai» şirkəti Parisdə keçirilən beynəlxalq sərgidə yeni «Santa Fe blue Hybrid» avtomobil modelini nümayiş etdirib. «APA-ECONOMICS»in məlumatına görə, avtomobil 2,4 litrlik mühərriklə yanaşı 50 kVt-lıq elektrik mühərriki ilə təchiz olunub.«Santa Fe blue Hybrid» saatda 100 km sürətini 10,6 saniyədə yığır, bu da 2,4 ton ağırlığında olan avtomobil üçün çox yaxşı göstəricidir. Onun ekoloji və qənaətli olmasına gəldikdə isə, qeyd etmək lazımdır ki, 100 km məsafəyə yanacaq sərfi 6,2 litr təşkil edir, bir kilometrdə havaya 148 qram karbon-oksigen qazı buraxır. Bu, avtomobillər arasında aparıcı göstərici olmasa da, bu tip maşınlar üçün «Santa Fe blue Hybrid» ekoloji təmiz və qənaətli hesab oluna bilər. -
10-16-2008, 05:10 PMAPAAzərbaycanın əksər broyler müəssisələri ciddi problemlərlə üzləşib
[b]Azərbaycanın əksər broyler müəssisələri ciddi problemlərlə üzləşib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Azərbaycanda fəaliyyət göstərən broyler müəssisələrinin fəaliyyətində problemlər yaranıb. Artıq «Siyəzən» və «Səba» broyler müəssisələri istisna olmaqla, qalan müəssisələr istehsalı azaldır. «Siyəzən» və «Səba» müəssisələrinin fəaliyyətinin normal davam etməsi isə onların maddi-texniki bazasının yüksək olması ilə bağlıdır». Bunu «APA-ECONOMICS»ə açıqlamasında Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev bildirib. A.Vəliyevin sözlərinə görə, Azərbaycanda yem və yem əlavələri çox az olduğu üçün, yerli müəssisələr onları xarici ölkələrdən alır. Bununla yanaşı, ölkədə damazlıq bazasının olmaması da quşçuluq müəssisələrinin xərclərini artırır. Müəssisələr bu xərcləri ödəyə bilmədiklərinə görə son vaxtlar xarici ölkələrdən yeni məhsullar idxal edə və damazlıq yumurta qoya bilməyib. A.Vəliyev əlavə edib ki, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələri ƏDV-dən və gömrük rüsumlarından azad edilsə, 2015-ci ilədək ildə 80 min ton quş əti, 1,350 mlrd. ədəd yumurta istehsal edə bilər. «Lakin bu imkanlar olmadığı üçün 2007-ci ildə ölkədə 39 min ton quş əti, 700 mln. ədəd yumurta istehsal edilib», - deyə A.Vəliyev bildirib. Qeyd edək ki, RQC-yə Azərbaycanda fəaliyyət göstərən 28 broyler və quşçuluq müəssisəsi üzvdür. -
10-16-2008, 05:20 PMAPAAvropa Şurasının müşahidəçisi: "İlham Əliyevin 90 faiz səs toplaması xalqın seçimidir"
[b]Avropa Şurasının müşahidəçisi: "İlham Əliyevin 90 faiz səs toplaması xalqın seçimidir"[b]
[Bakı. Viktoriya Dementyeva - APA. "Azərbaycanda prezident seçkiləri yaxşı təşkil olunub, seçkilər yüksək səviyyədə keçirilib". APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Şurasının Azərbaycanda prezident seçkilərini izləyən müşahidəçilərindən biri, Böyük Britaniya parlamentinin üzvü Mayk Henkok bildirib.Məntəqələrdə seçkiləri izlədiyini bildirən M. Henkok deyib ki, hər şey qaydasında olub. İlham Əliyevin seçkilərdə 90 faizlik nəticə göstərməsinə münasibət bildirən beynəlxalq müşahidəçi bunu Azərbaycanda müxalifətin çox zəif olması ilə izah edib: "Buna görə İlham Əliyev seçkilərdə daha çox səs qazanıb. İlham Əliyevin 90 faiz səs qazanmasını seçkilərin qeyri-demokratikliyinin nəticəsi hesab etmək olmaz. Bu, xalqın seçimidir". -
10-16-2008, 05:30 PMAPAAvropa Birliyi ilə Xəzəryanı ölkələrin görüşü keçiriləcək
[b]Avropa Birliyi ilə Xəzəryanı ölkələrin görüşü keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. Gələn il Çexiyanın təşkilatçılığı ilə Avropa Birliyi (AB) və Xəzəryanı ölkələr arasında görüş keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Brüsseldə keçirilən AB sammitinin yekun sənədinin layihəsində bildirilir. Görüş 2009-cu ilin yazına planlaşdırılır. -
10-16-2008, 05:40 PMAPAKazanda keçirilən "Qızıl minbər" müsəlman filmləri festivalında Azərbaycanın ekran əsərləri də iştirak edir
[b]Kazanda keçirilən "Qızıl minbər" müsəlman filmləri festivalında Azərbaycanın ekran əsərləri də iştirak edir[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün Kazanda "Qızıl minbər" müsəlman filmləri festivalına start verilib. APA-nın məlumatına görə, oktyabrın 22-dək davam edəcək beynəlxalq festivalda Azərbaycan da təmsil olunacaq. Festivalda Ramiz Fətəliyevin "Hökmdarın taleyi" filmi nümayiş etdiriləcək. Filmdə əsas rolu, İbrahim xan obrazını xalq artisti Fəxrəddin Manafov ifa edib. Festival çərçivəsində keçirilən müsabiqədə isə "Düyün" və "Səhra gülü" filmləri iştirak etmək hüququ qazanıb. Əli İsa Cabbarovun rejissoru olduğu "Düyün" filmi "Dərviş" Prodüser Mərkəzində, Tahir Əliyevin rejissoru olduğu "Səhra gülü" filmi isə AzTV-də istehsal olunub. -
10-16-2008, 05:50 PMAPABu gün BBVB-nin valyuta bölməsində 39,844 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 39,844 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8086 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8075 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 31 373 520 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0011 bənd düşüb və 0,8086 AZN/$1-ə bərabər olub.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 844,7 min AZN, manatın orta məzənnəsi isə 0,8086 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 39,844 mln. dollar və ya 32 218 220 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 5,692 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqd bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,93%, ABŞ dolları üzrə isə illik 17,93% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-16-2008, 06:10 PMAPAMilli Mətbuat Ensiklopediyası hazırlanacaq
[b]Milli Mətbuat Ensiklopediyası hazırlanacaq[b]
[Bakı. Laçın Sultanova-APA. Azərbaycanda Milli Mətbuat Ensiklopediyası hazırlanacaq. Qadın Jurnalistlər Birliyindən APA-ya verilən məlumata görə, ensiklopediyanın gələn il Mətbuat Günü ərəfəsində təqdim olunacağı gözlənilir. Ensiklopediya Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən bu günə kimi Azərbaycan mətbuatının keçdiyi tarixi yolu əks etdirəcək. Nəşr Bakı Dövlət Universitetinin "Mətbuat və ədəbiyyat" kafedrasının əməkdaşlarının dəstəyi ilə hazırlanacaq. -
10-16-2008, 06:20 PMAPAAzərbaycan Mətbuat Şurası prezident seçkisi ilə bağlı yekun rəyini açıqlayıb
[b]Azərbaycan Mətbuat Şurası prezident seçkisi ilə bağlı yekun rəyini açıqlayıb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) prezident seçkisi ilə bağlı yekun rəyini açıqlayıb. MŞ-dan APA-ya daxil olan məlumata görə, qurum prezident seçkisi ilə bağlı fəaliyyətini 3 istiqamətdə qurub.Şuranın 561 82 46 və 561 80 37 nömrəli telefonları «qaynar xətt» rejimində işləyib. Bununla seçki günü peşə fəaliyyətini yerinə yetirən jurnalistlər üzləşdikləri maneələr barədə məlumat vermək imkanı əldə ediblər. Seçki müddətində «qaynar xətt»ə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı maneə törədilməsinə dair 2 məlumat daxil olub. Hər ikisi 23 saylı Səbayel-Nəsimi seçki dairəsinin 25 saylı seçki məntəqəsində qeydə alınıb. Orada «lent.az» saytının əməkdaşı Elşən Məmmədovdan, «Novosti Azerbayjana» İnformasiya Agentliyinin əməkdaşları Anar İmanov və Roman Temnikovdan Dairə Seçki Komissiyasında qeydiyyatdan keçmələri tələb olunub. MŞ hər iki məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası rəhbərliyi ilə əlaqə saxladıqdan sonra problem operativ aradan qaldırılıb. Məlumatda o da bildirilib ki, şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərindən ibarət monitorinq qrupu paytaxtın müxtəlif rayonlarındakı seçki məntəqələrində səsvermənin gedişini izləyərək yerli və beynəlxalq KİV-lərin təmsilçilərinə yaradılmış şəraitlə tanış olublar. Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb. MŞ İdarə Heyətinin üzvləri seçki günü Bakı və ətraf bölgələrdə, həmçinin digər regionlarda fəaliyyət göstərən dairə və məntəqələrdə olublar. Şura sədri Əflatun Amaşov Səbayel, Nəsimi və Binəqədi, İH üzvlərindən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və millət vəkili Aqil Abbas Xətai, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid və "Azərmətbuatyayım" ASC-nin sədri Vüqar Səfərli Nərimanov və Nizami, "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev Əzizbəyov, Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Sabunçu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı rayonlarında, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Abşeron və Sumqayıtda seçkini müşahidə ediblər. Şura üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Ağcabədi, İmişli, Yevlax və Beyləqan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə isə Salyan, Neftçala, Şirvan və Biləsuvar rayonlarındakı dairə və məntəqələrə baş çəkiblər. Mətbuat Şurası «qaynar xətt»in və monitorinq qrupunun yerlərdəki fəaliyyətinə, İH üzvlərinin ölkənin müxtəlif bölgələrindəki müşahidələrinə əsasən yekunda belə qənaətə gəlib ki, Azərbaycanda 15 oktyabr 2008-ci il tarixdə keçirilən prezident seçkisi əvvəlki seçkilərlə müqayisədə çoxsaylı müsbət cəhətlərə malikdir. KİV-lərin peşə vəzifələrini yerinə yetirmələrində mövcud imkanlardan geniş istifadə, media təmsilçilərinin təhlükəsizliklərinin təminatı, onların maneəsiz məlumat almaları, informasiya şəffaflığı, həmçinin ümumilikdə nəzərdə tutulan qayda və təlimatlara əməl edilməsi, vətəndaşların sərbəst seçimlərinə yaradılmış şərait yerli qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara cavab verib. Müşahidə edilən bəzi cüzi nöqsanlar seçkinin nəticələrinə təsir etmək iqtidarında deyil. -
10-16-2008, 06:30 PMAPAYuliya Timoşenko: "Prezident Yuşşenkonun istənilən şərtini yerinə yetirməyə hazıram"
[b]Yuliya Timoşenko: "Prezident Yuşşenkonun istənilən şərtini yerinə yetirməyə hazıram"[b]
[Kiyev - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko növbədənkənar seçkilərin keçirilməsinə dair fərmanın ləğvi və dünya maliyyə böhranı ilə əlaqədar sabitləşdirici tədbirlərin görülməsi üçün prezident Viktor Yuşşenkonun istənilən şərtini qəbul etməyə hazır olduğunu bildirib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, Y. Timoşenko bu sözləri keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir dövlət başçısına müraciətlə deyib: "Mən prezidentə müraciət edərək sabitlik, birlik, maliyyə böhranının aradan qaldırılması və Ukrayna naminə, eyni zamanda demokratik koalisiyanın bərpası və Ali Radanın buraxılmaması üçün onun istənilən şərtini qəbul etməyə hazır olduğumu bildirirəm. İndi söz sırası Ukrayna prezidentindədir". Y. Timoşenko oktyabrın 13-də V. Yuşşenko ilə təmasının olduğunu və qarşılıqlı anlayışa nail olacaqlarına ümid bəslədiyini söyləyib. -
10-16-2008, 06:40 PMAPAOktyabrda Azərbaycanda 7 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv olunub
[b]Oktyabrda Azərbaycanda 7 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv olunub[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Oktyabr ayında Azərbaycanda 7 vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) qeydiyyatı ləğv olunub. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən məlumat verilib.ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyiciləri arasında «Azəraqrartikinti» ASC-nin Qəbələ filialı, «Sumqayıt Metalkonstruksiya» ASC, «Qaynar Xəzər» MMC və s. müəssisələr var.Qeyd edək ki, ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyicilərinin sayı 6 304-ə çatıb. -
10-16-2008, 06:50 PMAPAATƏT, Avropa Şurası və Avropa Parlamentinin Müşahidə Missiyalarının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb
[b]ATƏT, Avropa Şurası və Avropa Parlamentinin Müşahidə Missiyalarının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb[b]
Bakı-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası və Avropa Parlamentinin Müşahidə Missiyalarının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb.
[APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, seçkilər ATƏT və AŞ-nın standartlarına, öhdəliklərinə tam uyğun və demokratik, həmçinin Azərbaycanın milli qanunvericiliyinə uyğun seçkilər kimi qiymətləndirir. Bu, müşahidə missiyalarının ilkin rəyi və seçki ilə bağlı məsələlər tam başa çatmamış olan rəydir.Seçkilərlə bağlı son hesabat seçki prosesindən sonra, mümkün ərizə və şikayətlərin nəzərdən keçirilməsindən sonra veriləcək. -
10-16-2008, 07:00 PMAPABoris Frles ATƏT-dən olan müşahidəçi seçki pozuntusuna yol verdiyi üçün üzr istəyib
[b]Boris Frles ATƏT-dən olan müşahidəçi seçki pozuntusuna yol verdiyi üçün üzr istəyib[b]
[Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun müşahidə missiyasının rəhbəri Boris Frles missiya üzvünün seçki pozuntusuna yol verdiyi üçün üzr istəyib. APA-nın məlumatına görə, missiya rəhbəri bu üzrxahlığı keçirdiyi mətbuat konfransında 29 saylı seçki dairəsinin 19 saylı seçki məntəqəsində baş vermiş insidentə münasibət bildirərək edib. Qeyd edək ki, həmin seçki məntəqəsində seçici səsvermə kabinəsində bülleteni dolduran zaman ATƏT-dən olan müşahidəçi kabinəyə daxil olub. Həmin hadisəni MDB-dən olan müşahidəçilər qeydə alıb və seçki komissiyasının sədri tərəfindən protokolun tərtib olunmasına nail olublar. -
10-16-2008, 07:10 PMAPAAzərbaycanda Cəzaçəkmə Müəssisəsində "kriminal avtoritet" baltalanıb
[b]Azərbaycanda Cəzaçəkmə Müəssisəsində "kriminal avtoritet" baltalanıb[b]
[Bakı-APA. Azərbaycanın 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "kriminal avtoritet" Yunus Nəzərov məhbus yoldaşı tərəfindən baltalanıb. Məhbusların yaxınlarından APA-ya daxil olan məlumata görə, hadisə ötən gün axşam adıçəkilən həbsxanada saxlanılan avtoritet Y. Nəzərovun digər məhbus yoldaşlarını döyməsi üstündə baş verib. Y. Nəzərovun özünü həbsxanada bu cür aparmasını qəbul etməyən məhbuslardan biri onu yatdığı yerdə baltalayıb. Bundan sonra baltalanan məhbus ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Onu baltalayan məhbus isə başqa bir cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu hadisə həbsxanadakı məhbuslar arasında vəziyyəti gərginləşdirib. Məhbusları sakitləşdirmək mümkün olmadığından hadisə yerinə Ədliyyə Nazirliyinin yüksək rütbəli şəxsləri gəlməli olublar. Məhbuslarla aparılan danışıqlardan sonra gərginlik aradan qaldırılıb. 1 saylı Cəzaçəkmə Müəssisəsindən isə APA-ya hadisənin iki məhbus arasında baş verdiyi bildirilib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən də faktı təsdiqləsələr də, hadisənin təfərrüatı barədə məlumat verilməyib. -
10-16-2008, 07:20 PMAPAİordaniya kralı II Abdullah prezident İlham Əliyevi təbrik edib
[b]İordaniya kralı II Abdullah prezident İlham Əliyevi təbrik edib[b]
[Bakı-APA. İordaniya kralı II Abdullah prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident İlham Əliyevə zəng edən İordaniya kralı prezident seçkilərində qazandığı qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edib, növbəti illərdə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı təbrikə və göstərdiyi diqqətə görə İordaniya kralına minnətdarlığını bildirib. -
10-16-2008, 07:40 PMAPAKristina Oyuland: "Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib"
[b]Kristina Oyuland: "Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib, Avropa Parlamentinin müşaidəçiləri qanun pozuntuları qeydə almayıblar". APA-nın məlumatına görə, bu fikirləri keçirdikləri mətbuat konfransında Estoniya, Latviya və Polşa parlamentarları adından danışan Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland deyib. Seçkilərin texniki cəhətdən yüksək səviyyədə keçdiyini söyləyən parlamentari prosesi boykot edən partiyaların çoxluğundan narazılığını bildirib. -
10-16-2008, 07:50 PMAPAPenitensiar müəssisələrdə prezident seçkilərinin səsverməsinin nəticələri açıqlanıb
[b]Penitensiar müəssisələrdə prezident seçkilərinin səsverməsinin nəticələri açıqlanıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın penitensiar müəssisələrində saxlanılan məhbusların 93,9 faizi prezident İlham Əliyevə səs verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində 24 seçki məntəqəsi təşkil olunub: "Bu məntəqələrdə keçirilən seçkilərdə məhbusların 99 faizi iştirak edib. Seçkidə iştirak edən məhbusların 93,9 faizi isə İlham Əliyevə səs verib". Qeyd olunub ki, Penitensiar Xidmətin tabeçiliyində olan qurumlarda keçirilmiş prezident seçkiləri ATƏT, Avropa Şurası, Ombudsman Aparatı, bir sıra yerli və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən izlənib: "Aparılan müşahidələr nəticəsində seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyi bildirilib". -
10-16-2008, 08:00 PMAPAAndres Herkel: "Boykot heç də ən yaxşı strategiya deyil"
[b]Andres Herkel: "Boykot heç də ən yaxşı strategiya deyil"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Boykot heç də ən yaxşı strategiya deyil". APA-nın məlumatına görə, bu fikirləri ATƏT, AŞ PA və Avropa Parlamentinin prezident seçkilərinin birgə dəyərləndirməsinə həsr olunmuş mətbuat konfransında AŞ PA müşahidə missiyasının rəhbəri Andres Herkel söyləyib. 15 oktyabr seçkilərini boykot edən müxalifət partiyalarına müraciət edən Andres Herkel bildirib ki, "sizin azadlığınız hansısa məqamda məhdudlaşdırılırsa belə, cəmiyyətə demokratik alternativ imkanı vermək lazımdır". Herkel bu məsələni müxalifət liderləri ilə dəfələrlə müzakirə etdiyini bildirib. ATƏT müşahidə missiyasının rəhbəri Boris Frles öz növbəsində bildirib ki, azad və ədalətli seçkilər anlayışı "ağ-qara anlayışdır". O öz fikrini əsaslandıraraq qeyd edib ki, seçkilər təkcə səsvermə günüdən deyil, bir çox komponentlərdən ibarətdir. -
10-16-2008, 08:10 PMAPAATƏT, AŞ PA və Avropa Parlamentinin seçkilərlə bağlı ilkin rəyi açıqlanıb
[b]ATƏT, AŞ PA və Avropa Parlamentinin seçkilərlə bağlı ilkin rəyi açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ADTİHB), AŞ PA və Avropa Parlamentindən təşkil olunmuş Beynəlxalq Seçki Müşahidə Missiyası Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.
[APA-nın xəbərinə görə, rəydə göstərilib ki, seçkilər ATƏT və Avropa Şurasının öhdəlik və standartlarına, eləcə də Azərbaycan milli qanunvericiliyinə uyğun demokratik seçkilər kimi qiymətləndirilir. Rəydə yazılana görə, bu ilkin qiymətləndirmə bəyanatı seçki prosesinin sona çatmasına qədər olan bəyanatdır: " Seçkilərlə bağlı yekun qiymətləndirmə seçki günündən sonrakı mümkün şikayət və ərizələrin nəzərdən keçirilməsi və nəticələrin elan olunması da daxil olmaqla seçki prosesinin qalan mərhələlərindən də asılı olacaq. ATƏT və ADTİHB təkmilləşmə ilə əlaqədar məsləhətlər də daxil olmaqla geniş yekun hesabatını seçki prosesinin sona çatmasından təxminən iki ay sonra açıqlayacaq. AŞ PA nümayəndə heyəti isə öz hesabatını növbəti plenar sessiyasında təqdim edəcək". Rəyin tam mətnində qeyd olunub ki, seçkilərdə ATƏT və Avropa Şurası öhdəliklərinə, tələblərinə və digər beynəlxalq standartlara cavab verib və bu istiqamətdə nəzərəçarpacaq irəliləyişdir. Amma bu heç də bütün tələblərə cavab vermək demək deyil: " Seçkilər sakit ab-havada keçib. Lakin media vasitəsi ilə güclü rəqabət və qızğın siyasi müzakirələrin çatışmazlığı baxımından heç də bütün demokratik seçki prinsiplərini özündə əks etdirmir. Təəssüflər olsun ki, bir sıra müxalifət partiyaları bərabər imkanlar yaradılmamasını əsas gətirərək, seçkiləri boykot edib. MSK seçkiləri yüksək səviyyədə təşkil edib. Media və müşahidəçilər üçün açıq iclaslar keçirib, öz qərarlarını internet səhifəsində yerləşdirib, seçki maarifləndirilməsi işi aparıb. Hakimiyyət orqanları bütün namizədlər üçün daha bərabər şəraitlərin yaradılması məqsədi ilə müəyyən səylər göstəriblər. Hazırkı prezident digər namizədlərə daha çox imkanlar vermək arzusunu bildirərək, şəxsən kampaniyasını aparmamaq qərarına gəlib. Digər namizədlər isə kiçik ictimai dəstəyə nail ola bilib. Onların əsas hissəsi seçicilərə alternativ fikirləri effektiv şəkildə təqdim edə biləcək və milli səviyyədə kampaniya aparmaq imkanında olan strukturlara malik deyillər. Ümumilikdə isə seçki kampaniyasına məhdud ictimai maraq olub.Namizədlərə böyük maneələr olmadan öz mesajlarını çatdırmaq imkanı verilsə də, bəzi rayonlarda YAP-dan başqa digərləri pərakəndə seçki kampaniyası aparıb və ya ümumiyyətlə aparmayıb. Bəzi telekanallarda seçki kampaniyası yalnız xəbər proqramları ilə məhdudlaşdırılıb. Seçki günü ümumiyyətlə sakit və dinc keçib. Müşahidəçilərin verdikləri hesabatlarda seçicilərin böyük sayla seçkilərə gəlməsi qeyd olunub. Səfər edilmiş seçki məntəqələrinin 88 faizində açılış prosedurları müsbət qiymətləndirilib. Lakin çatışmazlıqlar, o cümlədən seçki qutularında möhürlərin seriya nömrəsinin göstərilməməsi tez-tez qeydə alınıb.Beynəlxalq missiyanın müşahidəçilərinin səfər etdikləri seçki məntəqələrinin 94 faizində səsvermə prosesi yaxşı və ya çox yaxşı kimi qiymətləndirilib. Prosesin yaxşı və etibarlı olduğu bildirilib. Müşahidə missiyası qeyd edib ki, Seçki Məcəlləsinin edilmiş son düzəlişlərdə əvvəlki tövsiyələr xüsusən də seçici barmağının mürəkkəbə batırılması, seçici siyahısının şəffaf olması və seçki prosesinə müdaxilələrin qadağan olunması qismən nəzərə alınıb. Namizədlərə pulsuz efir imkanı yaradılıb, lakin hazırkı prezidentin debatlarda iştirak etməməsi onun effektivliyini azaldıb. Prezident seçkidən öncə öz portretlərinin və lövhədəki şəkillərinin çıxarılması barədə göstəriş verib, bütün namizədlər üçün bərabər şərait yaradılmasının zəruriliyini bildirib. Seçki kampaniyası zorakılıq olmayan mühitdə aparılıb. Hakimiyyət orqanları seçkinin idarə edilməsi işinə müdaxilə etməyiblər. Seçici siyahıları qanunun tələb etdiyi müddətdə ictimaiyyətə təqdim olunub. Bu siyahılarda ciddi problemlər və təhriflər müşahidə olunmayıb. Prosesin şəffaflığı çoxlu sayda bitərəf və beynəlxalq müşahidəçilərin akkreditasiyası ilə gücləndirilib. Müşahidə missiyası bəzi çatışmazlıqları da qeyd edib. Bu sırada seçki komissiyalarının tərkibi, Seçki Məcəlləsində namizədlərin qeydə alınması, medianın prosesi işıqlandırması, şikayətlər və apelyasiya prosedurları ilə bağlı həll edilməmiş məsələlər olduğu qeyd edilib. Həmçinin Bakı meriyasının seçkilərdə iştirak etməyən müxalifət partiyalarına şəhərin mərkəzində mitinq keçirmək icazəsi verməməsi, hərbçilər arasında səsvermənin təşkilinin seçki orqanlarının tam nəzarəti altında olmaması, şikayətlərin az olmasına baxmayaraq, MSK-nın bütün şikayətlər üzrə qanunla nəzərdə tutulan vaxt çərçivəsində qərarlar çıxara bilməməsi qeyd olunub. Seçki məntəqələrinin açılması, mürəkkəbə batırılma, məxfiliyin pozulması prosesində müəyyən çatışmazlıqlar olduğu da qeyd edilib. Beynəlxalq missiya daha sonra seçki ilə bağlı əvvəlki hesabatlarını qeyd edib və seçkiləri müşahidə məqsədi ilə olan dəvət görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Beynəlxalq Seçki Müşahidə Missiyasında təmsil olunan institutlar Azərbaycan Respublikası hökumətinə əməkdaşlıqlarına və demokratik seçkilərin keçirilməsinə dəstəklərini davam etdirməyə hazır olduqları üçün minnətdarlığını bildirir. -
10-16-2008, 09:50 PMAPAABŞ Dövlət Departamentinin sözüçüsü seçkiləri irəliyə doğru addım kimi qiymətləndirib
[b]ABŞ Dövlət Departamentinin sözüçüsü seçkiləri irəliyə doğru addım kimi qiymətləndirib[b]
[Vaşinqton. Tamara Qriqoryeva-APA. "Azərbaycandakı seçkilər irəliyə doğru addımdır". APA-nın xəbərinə görə, bunu ənənəvi mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyib. Departamentin sözçüsü seçki prosesi ilə bağlı müəyyən təkmilləşmələrə də ehtiyac olduğunu vurğulayıb və Azərbaycan xalqını təbrik edib.