[b]İqtisadi inkişaf naziri Heydər Babayev: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycan üçün problem yaratmayacaq»[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycan üçün heç bir problem yaratmayacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Nazirin sözlərinə görə, hazırda dünya bazarında neftin 1 barelinin qiyməti bu ilki dövlət büdcəsində qeyd edilən baza qiymətdən - 70 ABŞ dollarından çoxdur. H.Babayev həmçinin qeyd edib ki, dünya analitiklərinin fikrincə neftin qiyməti 80 dollar/bareldən aşağı düşməyəcək və təxminən 80-90 dollar civarında dəyişəcək: «Buna baxmayaraq, neft və qazın istehsalının azalması neftin qiymətini 90-100 dollar/barel səviyyəsinə kimi artıra bilər».
Azərbaycan Xəbərləri
Printable View

10-08-2008, 02:00 PMAPAİqtisadi inkişaf naziri Heydər Babayev: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycan üçün problem yaratmayacaq»

10-08-2008, 02:20 PMAPARəsul Quliyevin partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib
[b]Rəsul Quliyevin partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin bu gün keçirilən iclasında qarşıdan gələn prezident seçkilərində indiki dövlət başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləmək barədə qərar qəbul edilib.
[APA-nın məlumatına görə, ölkədəki ictimai-siyasi vəziyyətə dair məruzə ilə çıxış edən ACP sədri Akif Şahbazov reallıqları düzgün qiymətləndirdiklərini və İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı ətraflı müzakirə apardıqlarını deyib. O, Azərbaycanda sabitliyin tərəfdarı olduqlarını bildirib: "İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarı mövcud situasiyaya uyğundur". A. Şahbazov ACP-nin İlham Əliyevin apardığı xarici siyasətə, eləcə də onun Dağlıq Qarabağla bağlı mövqeyinə müxaliflik etmədiyini söyləyib: "Amma bu qərar o demək deyil ki, biz iqtidaryönlü partiya oluruq. ACP müxalifətçilik mövqeyini saxlayacaq". Qeyd edək ki, toplantıya qatılan 68 Ali Məclis üzvünün 66-sı qərarın lehinə, 2-si isə əleyhinə səs verib. -
10-08-2008, 02:30 PMAPAAvropanın avtomobil bazarı böhran vəziyyətindədir
[b]Avropanın avtomobil bazarı böhran vəziyyətindədir[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya maliyyə böhranı Avropada aparıcı avtomobil istehsalçılarına da təsir edib.
[«APA-ECONOMICS»in məlumatına görə, sentyabr ayında Avropada avtomobil satışı 9,2% azalıb, bəzi ölkələrdə isə kəskin azalma müşahidə olunub. Belə ki, İrlandiyada satışın həcmi 62%, İspaniyada - 32,2%, Böyük Britaniyada - 21,2% düşüb. İtaliyada bu göstərici 6,5%, Almaniyada 1,5%-ə bərabər olub, Fransada isə əksinə, 8,4% artıb. «J.D. Power Automotive Forecasting» tədqiqat şirkətinin ekspertlərinin fikrincə, dünya avtomobil bazarı hazırda son 10 ilin minimumuna enib və bu proses hələ 1,5 il davam edəcək.Belə şəraitdə bir sıra avtomobil istehsalçısı müvəqqəti olaraq istehsalın dayandırılmasını bəyan edib. Artıq «General Motors» şirkəti iki «Opel» zavodunun işini dayandırdığını elan edib və «General Motors»a məxsus digər zavodların da dayandırılacağı istisna olunmur. Bundan başqa, «Şkoda» şirkəti də beşgünlük fasilə elan edib. Maliyyə böhranı hətta Gorki avtozavodun (QAZ) istehsalına da təsir edib. Belə ki, GAZ «Gazel» markalı avtomobillərin istehsalının dördgünlük dayandırılması barədə qərar çıxarıb. Qeyd edək ki, avtomobil bazarında belə hadisələrin əsas səbəbi tələbatın, yəni alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsi ilə bağlıdır. Həmin tendensiyalar artıq Azərbaycanda da özünü göstərir, lakin burada səbəb banklar tərəfindən istehlak kreditlərini dayandırılmasıdır. Nəticədə, yeni avtomobillərin satışının kəskin şəkildə azalmasını proqnozlaşdırmaq olar, təkrar bazarda isə hazırda 5-10% səviyyəsində qiymətlərin enməsi müşahidə olunur. -
10-08-2008, 02:40 PMAPAAzərbaycanda yeni avtomagistralın dizaynı hazırlanıb
[b]Azərbaycanda yeni avtomagistralın dizaynı hazırlanıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın Şamaxı və Quba rayonlarını birləşdirəcək avtomobil magistralının dizaynı və ilkin qiymətləndirmə sənədi hazırlanıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.M.Pənahovun sözlərinə görə, hazırda sənədlər müvafiq proseduralardan keçir. Həmçinin, yolun işçi layihəsini hazırlayacaq şirkət müəyyənləşdirilir. «Bu yol dağlıq ərazidən keçdiyi üçün üzərində tunellər və körpülər olacaq. Magistralda hərəkətin pullu olması nəzərdə tutulmur», - deyə nazir müavini vurğulayıb. Şamaxı-Quba avtomobil yolunun texniki-iqtisadi əsaslandırma layihəsini Koreyanın «Pyunghwa Engineering Consultants» şirkəti hazırlayıb. Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı ilə Quba arasında 105,4 km-lik yol mövcud yolla müqayisədə məsafəni 150 km-dən çox qısaltmaqla mərkəzi və qərbi regionlar və Gürcüstan vasitəsilə beynəlxalq ticarət axını üzrə vaxt sərfinin və nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Hazırda Quba ilə Şamaxı arasında birbaşa avtomobil yolu olmadığına görə bu məntəqələr arasında sərnişin və yük daşınması mövcud sahilyanı yol ilə Bakıdan keçərək 261 km yolu dolayı gedib dövrə vurmağa məcbur edir.Yeni yol birbaşa Şamaxıdan Qubaya, yəni Qonaqkənd istiqamətindən, Olimpiya Kompleksinin yanından mərkəzi yola birləşəcək, buradan da Rusiya dövlət sərhədinə qədər hərəkət etməyə imkan verəcək. Qeyd edək ki, Şamaxı ilə Quba arasında dərə və çaylar çoxluq təşkil etdiyinə görə, təxminən 24 körpünün tikilməsi nəzərdə tutulur. Körpülərin ümumi uzunluğu təqribən 3 675 metr olacaq. Tikintinin aparılması çətin olan ərazilərdə uzunluğu 2 km, 1 km, 580 m olan 3 tunelin çəkilməsi də planlaşdırılır.Tikintiyə 2009-cu ildə başlanılması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur. -
10-08-2008, 02:50 PMAPAAzərbaycan prezidenti MDB dövlət başçılarının sammitinə qatılmayacaq
[b]Azərbaycan prezidenti MDB dövlət başçılarının sammitinə qatılmayacaq[b]
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası keçiriləcək.
[APA-nın məlumatına görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev iştirak etməyəcək. Azərbaycanı toplantıda baş nazir Artur Rasizadənin təmsil edəcəyi gözlənilir. Oktyabrın 9-da isə Bişkekdə MDB xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək. Dövlət başçıları Şurasının gündəliyinə 21, xarici işlər nazirləri Şurasının gündəliyinə isə 26 məsələ daxil edilib. 9 sənəd hər iki iclasda müzakirə olunacaq. MDB-yə sədrlik edən Qırğızıstanın təklifi ilə XİN başçıları Şurasının iclasına Gürcüstanın MDB-də üzvlüyü məsələsi də salınıb.Xatırladaq ki, avqustun 18-də Gürcüstan XİN MDB-dən çıxmaq barədə notasını qurumun İcra Komitəsinə təqdim edib. Sənəddə deyilir ki, ölkə parlamenti Gürcüstanın MDB-nin yaradılması barədə saziş, MDB-nin Nizamnaməsinin qəbul olunması və İqtisadi ittifaqın yaradılması barədə sənədlərdən çıxdığı barədə qərar qəbul edib. Notada vurğulanır ki, bu 3 sənəddən çıxmaqla, Gürcüstan MDB-dən çıxır. MDB-nin Nizamnaməsinə görə isə təşkilata üzvlükdən çıxmaq istəyən dövlət 12 ay əvvəldən müraciət etməlidir. Beləliklə, Gürcüstan MDB-dən 2009-cu il avqustun 18-dən çıxmış sayıla bilər. -
10-08-2008, 03:00 PMAPAQoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
[b]Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb[b]
[Bakı-APA. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov keçirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Antal Herdiç və İrci Aberle izləyiblər. -
10-08-2008, 03:10 PMAPAMDB Müşahidə Missiyası Qərargahının rəhbəri Naxçıvana gedib
[b]MDB Müşahidə Missiyası Qərargahının rəhbəri Naxçıvana gedib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Azərbaycanda prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyi (MDB) Müşahidə Missiyası Qərargahının rəhbəri Yevqeni Sloboda seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq məqsədi ilə Naxçıvana gedib. APA-nın yerli bürosunun məlumatına görə, regiona ikigünlük səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandıran Y. Sloboda Naxçıvan şəhəri, Babək və Şahbuz rayonları üzrə seçki dairələrində seçki prosesinə hazırlığın vəziyyəti ilə tanış olduğunu bildirib. Seçki dairələri üzrə məntəqələrin yüksək səviyyədə təşkil olunduğunu deyən Y. Sloboda hər hansı ciddi qanun pozuntusunun qeyd olunmadığını qeyd edib. O, seçki məntəqələrinin rəhbərliklərinin də seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu bildirib. Y. Sloboda onu da deyib ki, seçki günü MDB Müşahidəçi Qrupunun tərkibində 7 seçki dairəsinin hər birində 2 müşahidəçi seçki prosesini izləyəcək. Qeyd edək ki, sözügedən müşahidə missiyasının MR-də fəaliyyətinin təmin olunması məqsədilə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasında koordinasiya mərkəzi yaradılıb. -
10-08-2008, 03:30 PMAPA2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
[b]2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb[b]
[Stokholm - APA. Bu gün İsveç Elmlər Akademiyasının binasında keçirilən mətbuat konfransında 2008-ci ildə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. APA-nın məlumatına görə, ən nüfuzlu elmi mükafat üç amerikalı alimə - Osama Simomura, Martin Çalfi və Rocer Tsienə verilib. Mükafatın ümumi məbləği 10 milyon İsveç kronu təşkil edir. -
10-08-2008, 03:40 PMAPAAzərbaycan ərazisində hava yenidən soyuyacaq, güclü yağışlar yağacaq
[b]Azərbaycan ərazisində hava yenidən soyuyacaq, güclü yağışlar yağacaq[b]
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ərazisində hazırda müşahidə olunan nisbətən mülayim hava həftənin son günlərində dəyişəcək.
[Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 9-dan oktyabrın 13-dək qərb rayonlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Həmin müddətdə fasilələrlə yağış yağacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, gözlənilən intensiv yağışlarla əlaqəli çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Oktyabrın 9-u axşam saatlarında və 10-da şimal-qərb küləyi güclənəcək, 11-də küləyin mülayimləşməsi, 12-də isə yenidən güclənməsi gözlənilir. Həftənin sonunda bu günlərə nisbətən temperaturlar tədricən 3-5 dərəcə düşəcək.Qeyd edək ki, həftənin əvvəlində qeydə alınan temperaturlar iqlim normasından 2 dərəcə yüksəkdir. -
10-08-2008, 03:50 PMAPABeynəlxalq Jurnalistlər Mərkəzi Azərbaycanda prezident seçkilərinə həsr olunmuş forum keçirəcək
[b]Beynəlxalq Jurnalistlər Mərkəzi Azərbaycanda prezident seçkilərinə həsr olunmuş forum keçirəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Beynəlxalq Jurnalistlər Mərkəzi Azərbaycanda prezident seçkiləri ərəfəsində bu mövzuya həsr olunmuş forum keçirəcək. APA-nın məlumatına görə, qurumun Bakı nümayəndəliyinin rəhbəri Çarlz Rays bildirib ki, bu forum ilk dəfə olaraq internet vasitəsilə yayımlanacaq, həmçinin telekanallara tədbiri yayımlamaq imkanı yaradılacaq. Forumun məqsədi qarşıdan gələn seçkilərə marağı artırmaq, iqtisadi və siyasi islahatları müzakirə etmək, siyasi plüralizm, mətbuatın durumu və s. mövzularda fikir mübadiləsi aparmaqdır. Foruma MSK nümayəndələri, deputatlar, səfirlər, politoloqlar, media təmsilçiləri və QHT təmsilçiləri qatılacaq. Forum oktyabrın 10-da "Park İnn" otelində keçiriləcək. -
10-08-2008, 04:00 PMAPAAzərbaycan paytaxtında Nəqliyyatın intellektual idarə edilməsi Sisteminin təqdimatı keçirilib
[b]Azərbaycan paytaxtında Nəqliyyatın intellektual idarə edilməsi Sisteminin təqdimatı keçirilib[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Azərbaycan Nəqliyyat Nazirliyində «Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Sistemi»nin qurulması layihəsinin təqdimatı keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, sistemin yaradılmasına dair müqavilə cari ilin may ayında imzalanıb.«Bu, MDB məkanında yaradılmış ilk analoji sistem olacaq. Sistemin tətbiqi nəticəsində şəhər nəqliyyatı tənzimlənəcək, mövcud problemlərin böyük əksəriyyəti aradan qalxacaq. Bu sistem eyni zamanda ictimai nəqliyyatda elektron ödəmənin təşkilinə imkan verəcək», - deyə nazir müavini vurğulayıb. Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çol isə son illər Azərbaycan və Koreyanın nəqliyyat sektorunda birgə layihələrə imza atdığını bildirib. Koreya səfiri qeyd edib ki, Bakıda qurulacaq yeni sistem gələcəkdə Qafqazın digər şəhərləri üçün nümunə ola bilər. Daha sonra layihənin təqdimatını keçirən Koreyanın «SK C&C» şirkətinin nümayəndəsi bildirib ki, layihə çərçivəsində görüləcək işlərdən birincisi sərnişin avtobuslarını idarəetmə sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi nəticəsində marşrutların hərəkəti tənzimlənəcək, onların hərəkət qrafikinə nəzarət imkanı yaranacaq. Bu çərçivədə fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları və s.) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi həyata keçiriləcək. Qurulacaq digər sistem isə «Nəqliyyat informasiyasının yığım sistemi» adlanır. Video, mikrodalğalı aşkarlayıcılar, aşkarlayıcı halqalar vasitəsilə real zamanda nəqliyyatın cari vəziyyəti haqqında informasiyanın İTS (İntelligent Transport System - İntellektual Nəqliyyat Sistemi) serverlərinə toplanması təmin ediləcək. Üçüncü sistem - «Nəqliyyatın tənzimlənməsi üzrə məlumatların ötürülməsi və göstərişlərin verilməsi Sistemi» adlanır. Bu sistemə kabel televiziyası, İnternet, mobil telefonlar, elektrik rəqəmsal tablolar, avtobus dayanacaqlarında quraşdırılan informasiya tabloları kimi müxtəlif informasiya təminatı vasitələrinin köməyi ilə nəqliyyatın ümumi vəziyyəti, qəzalar və s. üzrə informasiyanın istifadəçilərə ötürülməsi, parklanmanın idarə olunması və məsafədən icbari idarəetmə üzrə İTS serverləri vasitəsilə göstəriş komandalarının formalaşdırılması və s. daxildir. Bu çərçivədə dayanacaqlarda, şəhərin giriş və radial yollarında elektron idarəetmə sistemli məlumat tabloları quraşdırılacaq. Layihənin sonrakı mərhələsində isə elektron-kart ödəmə sisteminin tətbiqi nəzərdə tutulur. Sistem Bakı şəhərinin Mətbuat prospekti, Zərdabi küçəsi, 20 Yanvar meydanı, Cəfərov küçəsi, A.Mustafayev, Z.Bunyadov, Böyük-Şor küçəsi, «Əzizbəyov» metro stansiyası dairəsi, Q.Qarayev prospekti, M.Hadi küçəsi, Sadıxcan küçəsi, Əbilov küçəsi, Zığ şosesi, Nobel prospekti, A.Cəlilov küçəsi, Ü.Hacıbəyov küçəsi, Neftçilər prospekti, M.Hüseynov küçəsi, Q.Abbasov küçəsi, Səbail meydanı, Ə.Yaqubov küçəsi, Salyan şosesi 20-ci sahə, Badamdar şosesi Badamdar qəsəbəsi, Badamdar şosesi M.Müşfiq küçəsi, Mətbuat prospekti, Bakı şəhərinin mərkəzini onun ətraf hissələri ilə birləşdirən istiqamətlər üzrə Xırdalan dairəsi, Sumqayıt şosesi 20 Yanvar meydanı, Tiflis prospekti, Bakıxanov küçəsi, Azadlıq prospekti, Binəqədi şosesi - Binəqədi qəsəbəsi, M.Əzizbəyov dairəsi - Böyük Şor şosesi, Mərdəkan şosesi, Buzovna dairəsi, Babək prospekti, Yeni Günəşli - «A-B» və «D» yaşayış massivləri, Atəşgah dairəsi, Bakıxanov küçəsi, Mehmandarov küçəsi, Gənclik küçəsi, Qaraçuxur dairəsi - Yeni Günəşli, Ukrayna meydanı, Neapol dairəsi, Mehmandarov küçəsi, Q.Yəhya küçəsi, İ.İsmaylov küçəsi və Zığ şosesini əhatə edəcək.Layihə çərçivəsində bütün yollarda elektron-optik müşahidə cihazları quraşdırılacaq. Birinci mərhələdə sistemin əhatə etdiyi ərazidə 20 elektron informasiya tablosu, 77 video-aşkarlayıcı, 30 ədəd qanunsuz parklanmaya nəzarət tənzimləyicisi, 55 müşahidə kamerası və 546 ədəd aşkarlayıcı halqa quraşdırılacaq. Layihənin 2 il müddətində həyata keçirilməsi planlaşdırılır. Layihənin idarəetmə qrupunun rəhbəri Sədrəddin Məmmədov «APA-ECONOMICS»ə açıqlamasında bildirib ki, Bakıda qurulacaq sistem Seul şəhərində (Cənubi Koreya) qurulmuş analoji sistemdən bir sıra üstünlüklərinə görə fərqlənir. Bakıda ən müasir kompüter və müşahidə sistemləri tətbiq ediləcək. Layihəyə Azərbaycan tərəfinin təklifi ilə bir sıra yeni detallar da əlavə edilib. Dayanacaqlarda qurulacaq tablolarda dayanacaqlardakı mövcud vəziyyət, yerin olub-olmaması, həmçinin yaxın küçələrdəki vəziyyət göstəriləcək. -
10-08-2008, 04:10 PMAPA«Texnikabank» son bir ildə aktivlərinİ 50% artırıb
[b]«Texnikabank» son bir ildə aktivlərinİ 50% artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 48,4% çoxdur.Bankın İdarə Heyətinin sədri Samir Hüseynovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 48,3% artaraq 305,886 mln. manata, əhalidən cəlb edilmiş əmanətlər isə 21,7% genişlənərək 78,663 mln. manata çatıb. Həmçinin, bu dövr ərzində bankın məcmu kapitalı 55,2% artaraq 57,438 mln. manat, xalis mənfəəti isə 2,5 dəfə artaraq 20,042 mln. manat olub.S.Hüseynovun sözlərinə görə, strateji plana uyğun olaraq, bu il ərzində bank bir sıra nailiyyət əldə edib: «Hazırda bankın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir. Bankımız Milli Ödəmə Sistemləri üzrə Dövlət Proqramına aktiv qoşularaq ticarət və iaşə obyektlərində POS-terminalların sayını 327-yə çatdırıb. «MasterCard» və «Visa İnternational» sistemlərinin prinsipial üzvü olan «Texnikabank» indiyədək hər iki sistem üzrə müştərilərə 40 662 aktiv plastik kart təqdim edib». S.Hüseynov qeyd edib ki, 2008-ci ildə «Texnikabank»ın fəaliyyətində əsas prioritet kimi institusional inkişaf nəzərdə tutulub. Bu baxımdan bank risklərinin idarə edilməsi proqramının daha da təkmilləşdirilməsi, informasiya texnologiyaları sisteminin gücləndirilməsi və insan resurslarının inkişafı istiqamətində bir sıra addımlar atıb. Belə ki, bank Almaniya, Hollandiya, Avstriya və Belçikanın müxtəlif maliyyə qurumlarına konsultasiya xidmətləri göstərən Türkiyənin «İnterfed Danışmanlık Hizmetleri Ltd.» şirkəti ilə risklərin idarə edilməsi proqramının yenidən qiymətləndirilməsi və yaxşılaşdırılması məqsədilə bir illik müqavilə bağlayıb. Eyni zamanda, proqram təminatının alınması üçün bank İsveçrənin «Temenos» şirkəti ilə müqavilə bağlayıb. Bank yeni proqram təminatının implementasiyasını 2009-cu ilin birinci yarısında yekunlaşdırmağı planlaşdırır.Xatırladaq ki, Azərbaycanın ən iri banklarından olan «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. -
10-08-2008, 04:20 PMAPABakı-Sumqayıt avtomagistralı üzərində yerləşən üç yol ötürücüsü ilin sonunadək istifadəyə veriləcək
[b]Bakı-Sumqayıt avtomagistralı üzərində yerləşən üç yol ötürücüsü ilin sonunadək istifadəyə veriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu ilin sonunadək Bakı-Rusiya dövlət sərhədi avtomobil magistralının Bakı-Sumqayıt hissəsinin üzərində yerləşən 3 yol ötürücüsünün istifadəyə verilməsi planlaşdırılır. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.Bu yol ötürücüləri Xırdalan dairəsi (Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı), Masazır dairəsi (Masazır və Xırdalanı birləşdirir) və avtomobil yolunun 16-cı km-də («Neapol» oteli yaxınlığındakı dairədə) yerləşir. Hər üç yol ötürücüsünün tikintisinə bu ilin ortalarında başlanılıb. Hazırda tikinti işləri aparıldığından həmin ərazilərdə böyük tıxaclar yaranır.M.Pənahov Bakı-Rusiya sərhədi avtomobil yolunun 134-cü km-dən dövlət sərhədinədək məsafənin də (74 km) beton örtüklü olacağını bildirib. Bunun üçün yeni tender keçiriləcək və ayrıca podratçı seçiləcək. Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 km-dir. Yolun 16-134-cü km hissəsində beton örtüyün tikintisi «Akkord» şirkəti tərəfindən həyata keçirilir. Yolun 16-31-ci km sahəsində beton yol 6 hərəkət zolaqlı, 31-134-cü km-də isə 4 hərəkət zolaqlıdır. Qeyd edək ki, Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının 22 134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1 684 kilometri beynəlxalq magistrallar, 2 669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı isə 1 201-dir. -
10-08-2008, 04:30 PMAPAAtom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə elmləri üzrə hesabat yığıncağı keçiriləcək
[b]Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə elmləri üzrə hesabat yığıncağı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 1-5-də Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə elmləri üzrə informasiya sisteminin illik hesabat yığıncağı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. 100-dən çox ölkənin təmsilçilərinin qatılacağı toplantıda Azərbaycanı təmsil edəcək A. Qəribovun sözlərinə görə, AEBA Azərbaycanda nəzərdə tutulan layihələri ilin sonunda təsdiqləyəcək: "Bu layihələr təsdiqlənəndən sonra artıq iş başlanacaq. Layihənin həyata keçirilməsi üçün Azərbaycanın 2011-ci ildə maliyyə vəsaiti ayırması nəzərdə tutulur. O vaxta qədər isə AEBA-nın maliyyə vəsaiti hesabına hazırlıq mərhələsi həyata keçiriləcək". Tədqiqat nüvə reaktorunun ətraf mühitə ciddi təsiri olmadığını deyən A. Qəribov nəzərdə tutulan ərazinin məqsədə uyğun olduğunu və hazırda sənədləşdirilmə işlərinin aparıldığını bildirib. Qeyd edək ki, Azərbaycanda tədqiqat nüvə reaktoru və sterilizasiya qurğusunun inşası üçün Xırdalan yaxınlığında xüsusi sahə ayrılıb. -
10-08-2008, 04:40 PMAPAAzərbaycan Nəqliyyat Nazirliyi dəniz körpüsü layihəsinin təqdimatını hazırlayır
[b]Azərbaycan Nəqliyyat Nazirliyi dəniz körpüsü layihəsinin təqdimatını hazırlayır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Nəqliyyat Nazirliyi «Bakı Körfəzi Dəniz Körpüsü» Layihəsinin təqdimatını hazırlayır. «APA-ECONOMICS»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib: «Çalışırıq ki, bu körpü şəhərin görünüşünü pozmasın».Qeyd edək ki, körpünün layihəsini Koreyanın «Dong Sung Engineering» şirkəti hazırlayıb. Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzəri ilə salınacaq körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 13,5-15 km təşkil edəcək. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə uzunluğunun 20 km-dən çox olacaq. Qeyd edək ki, bu tip körpülər Türkiyə, Koreya və digər ölkələrdə mövcuddur.Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə olunacaq. Körpü Bakı buxtasında yerləşən Nargin adasından da keçəcək. Dövlət rəhbərliyi tərəfindən razılıq veriləndən sonra körpünün tikintisi istiqamətində işlərə başlanacaq. Ümumilikdə, dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi mümkündür. -
10-08-2008, 04:50 PMAPANazir müavini Musa Pənahov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası qrafikə uyğun gedir»
[b]Nazir müavini Musa Pənahov: «Bakı-Tiflis-Qars dəmir yolunun inşası qrafikə uyğun gedir»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısı layihəsi üzrə işlər qrafikə uyğun davam etdirilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib: «Layihənin icrasında heç bir problem yoxdur. Yolun istər Gürcüstan, istərsə də Türkiyə hissəsində işlər qrafikə uyğun aparılır və hesab edirik ki, dəmir yolu qarşıya qoyulan vaxt ərzində tikilib istifadəyə veriləcək».Nazir müavininin sözlərinə görə, hazırda Gürcüstan ərazisində hava şəraiti ilə əlaqədar müəyyən kiçik problemlər yaranıb. M.Pənahov onu da əlavə edib ki, yeni yolun tikintisi ilə yanaşı mövcud 160 km-ə yaxın yolun reabilitasiyası nəzərdə tutulur. Mövcud yolun hissələr üzrə reabilitasiası layihələri hazırlanır. Nazir müavininin sözlərinə görə, artıq 30 km-lik hissəsinin reabilitasiya layihəsi hazırdır və işlər Azərbaycanın ayırdığı kreditlər hesabına maliyyələşdiriləcək.Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. -
10-08-2008, 05:00 PMAPAAzərbaycanda ilk biosfer qoruq yaradılacaq
[b]Azərbaycanda ilk biosfer qoruq yaradılacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisini genişləndirməyi nəzərdə tutur.Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda bununla bağlı müvafiq sənədlər hazırlanır. Gələcəkdə həmin ərazidə Azərbaycanda ilk Biosfer Qoruğun yaradılması da planlaşdırılır.Qeyd edək ki, respublikanın ən qədim qoruqlarından olan Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə Zaqatala və Balakən rayonlarının inzibati ərazisində - Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikro yamaclarında təşkil edilib. Qoruğun ərazisi 23 844 hektardır.Ümumilikdə isə Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 748,4 min hektardır ki, bu da ölkə ərazisinin 8,7%-ni təşkil edir. -
10-08-2008, 05:10 PMAPADaha 4 PKK terrorçusu məhv edilib
[b]Daha 4 PKK terrorçusu məhv edilib[b]
[Şırnak - APA. Türkiyənin cənub-şərqindəki Şırnak rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, oktyabrın 7-də Şırnakın Güclükonak qəsəbəsinin dağlıq ərazisində baş verən döyüşdə 4 terrorçu məhv edilib. Beləliklə, son 5 gün ərzində məhv edilən terrorçuların sayı 29-a çatıb. -
10-08-2008, 05:20 PMAPASumqayıtda qaz sızmasından partlayış baş verib
[b]Sumqayıtda qaz sızmasından partlayış baş verib[b]
[Bakı-APA. Bu gün saat 03.20 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ev 31/71, mənzil 2-də yaşayan Solmaz İbrahimovanın mənzilində təbii qazın sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə mənzilin pəncərə şüşələri sınıb. Xəsarət alan S. İbrahimovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı araşdırmalar aparılır. -
10-08-2008, 05:30 PMAPAQadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub
[b]Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mətanət Məmmədova tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Məmmədova bir qrup şəxslə əlbir olaraq qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilir. -
10-08-2008, 05:40 PMAPABakıda, Dəvəçidə, Astarada, Oğuzda baş verən yol qəzaları ölümlə nəticələnib
[b]Bakıda, Dəvəçidə, Astarada, Oğuzda baş verən yol qəzaları ölümlə nəticələnib[b]
[Bakı-APA. Bu gün saat 03. 07-də Bakıda R. Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini Mirzəməmməd Əbilovun idarə etdiyi "İkarus" markalı və Yeni Suraxanı qəsəbə sakini Pərvanə Babayevanın idarə etdiyi "Opel" markalı avtomaşınların toqquşması nəticəsində P. Babayeva hadisə yerində ölüb. Onun sərnişini, Ağdam rayon sakini Aysel Aslanova xəsarət alıb. Dünən saat 19.30 radələrində isə Dəvəçi rayonunun Ağbaş kəndində, Bakı şəhər sakini Sədrəddin Ömərovun idarə etdiyi "Ford" markalı və Ağcabədi rayon sakini Zülfü Quliyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşub. Nəticədə Z. Quliyev hadisə yerində ölüb. Həmin gün saat 17.30 radələrində Astara rayonunun Şahağacı kəndində, kənd sakini Ağadadaş Zəkiyev "VAZ-21063" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə A. Zəkiyevin sərnişini, qardaşı Sübhan hadisə yerində ölüb. Oktyabrın 7-də saat 14.00 radələrində Oğuz rayonunun Dəymədərə kəndində, Balakən rayon sakini Elçin Alagözovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan "Oka" markalı və Şəki şəhər sakini Elçin Mustafayevin idarə etdiyi "Toyota" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan E. Alagözov və sərnişini, Balakən rayon sakini Bəhruz Süleymanov xəstəxanaya yerləşdiriliblər. E. Alagözov orada dünyasını dəyişib. Məlumata görə, dünən saat 22.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Tural Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə T.Məmmədov hadisə yerində ölüb. -
10-08-2008, 05:50 PMAPAXocalı faciəsi haqda həqiqətlər müsəlman ölkələrində dərsliklərə salınacaq
[b]Xocalı faciəsi haqda həqiqətlər müsəlman ölkələrində dərsliklərə salınacaq[b]
Bakı - APA. İslam ölkələrinin elm və təhsil nazirlərinin Bakıda keçirilən IV konfransında İslam Konfransı Gənclər Forumu (İKGF) Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni təşəbbüslə çıxış edib.
[Azərbaycan XİN-dən APA-ya verilən xəbərə görə, forum Xocalı qırğını haqqında məlumatların İslam Konfransı Təşkilatına üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması haqqında təklif irəli sürüb. Toplantıda çıxış edən İKT Gənclər Forumunun üzvləri qurumun mədəniyyətlərarası dialoq üzrə koordinatoru Leyla Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat verərək bu kampaniyanın 2009-2012-ci illərdə üzv ölkələrdə həyata keçirilməsinin vacibliyi bildiriblər. Hər iki təklif bu gün başa çatan konfransın yekun qətnaməsində əksini tapıb. Qətnamə bildirilir ki, İKT ermənilərin törətdikləri Xocalı (1992) və Van (1915) qətliamları haqqında həqiqətlərin ali təhsil dərslikləri vasitəsilə yayımlanmasını dəstəkləyir və "Xocalıya ədalət" beynəlxalq kampaniyasını 2009-2012-ci illərdə üzv ölkələrdə prioritet kimi qəbul edir. Bu kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər vasitəsilə çatdırılmasını nəzərdə tutur. -
10-08-2008, 06:00 PMAPABu gün BFB-da Milli Bankın 50104019S seriyalı 30 mln. manat həcmində notları yerləşdirilib
[b]Bu gün BFB-da Milli Bankın 50104019S seriyalı 30 mln. manat həcmində notları yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50104019S seriyalı, emissiyanın ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi isə 30 mln. manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi həcmi 48 946 200 manat təşkil edib. Sifarişlər 99,18% (gəlirlik 10,63%) - 99,27% (gəlirlik 9,45%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,21% (gəlirlik 10,24%), orta ölçülmüş qiymət isə 99,24% (gəlirlik 9,85%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 5 536 400 manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 30 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin noyabrın 5-də icra olunacaq. -
10-08-2008, 06:10 PMAPAİREX nümayəndəsi: "Seçkiqabağı vədlərin gerçəkləşməsi heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmur"
[b]İREX nümayəndəsi: "Seçkiqabağı vədlərin gerçəkləşməsi heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmur"[b]
[Bakı. Laçın Sultanova - APA. İREX mediaya yardım təşkilatının Azərbaycan üzrə nümayəndəsi Şelli Markoff "Women’s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyinin qonağı olub. Birlikdən APA-ya verilən məlumata görə, Amerikada prezident seçkilərinin Azərbaycana mümkün təsirindən danışan İREX rəsmisi seçkiqabağı vədlərin gerçəkləşməsinin heç də həmişə ABŞ prezidentinin səlahiyyətində olmadığını deyib: "Cənab Obama Kaliforniyada erməni soyqırımının tanınması barədə vədlər verib. Amma bu, prezidentin deyil, Konqresin razılığı ilə həll olunan məsələdir. Konqres heç də həmişə hökumətin təklif etdiyini qəbul etmir." Ş. Markoff Azərbaycanda ilk dəfə olaraq Amerikada prezident debatlarının nümayişində İREX-in məqsədinin müxtəlif sistemlərin necə işləməsi barədə təsəvvür yaratmaq olduğunu deyib. O, Amerika debatlarının Azərbaycan debatlarından fərqinə də toxunub: "Amerikada və Azərbaycanda baş verənlər arasında heç bir oxşarlıq yoxdur. Orada debatlar 2 partiya arasında aparılır ki, onlardan da biri çox, digəri isə az təcrübəlidir. Azərbaycana gəldikdə, mən inanmıram ki, prezident Əliyev bu seçkiləri uduza bilər. O, prezident olacaq. Namizədlər düşünüb, vədlər verməlidirlər. Bundan hökumət yalnız qazana bilər".Azərbaycan mətbuatının vəziyyətindən danışan Ş. Markoff mətbuatın əsas probleminin baş redaktorlardan qaynaqlandığı qənaətində olduğunu deyib: "Mənə elə gəlir ki, jurnalistlər jurnalistikanın prinsirlərini, tarazlılıq, obyektivlik, balans və s.-i çox yaxşı bilirlər. Sadəcə, redaktorlar siyasi vəziyyətdən asılı olaraq, buna imkan vermirlər". -
10-08-2008, 06:20 PMAPA«Toyota» şirkəti yeni mikroavtomobilini nümayiş edib
[b]«Toyota» şirkəti yeni mikroavtomobilini nümayiş edib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Yaponiyanın «Toyota» avtomobil şirkəti Parisdə (Fransa) keçirilən beynəlxalq avtomobil sərgisində yeni «iQ» modelini nümayiş etdirib. «APA-ECONOMICS»in məlumatına görə, avtomobilin uzunluğu cəmi 2 985 mm təşkil edir. Bundan başqa, yeni «iQ» modeli iki modifikasiyada buraxılacaq. Bunlardan birincisi ABS əyləc sistemi, 9 təhlükəsizlik yastığı, SD və MP3 sistemi ilə təchiz olunub. Lakin «iQ2» adlanan ikinci versiya isə əlavə olaraq avtomatik sürət qutusu, avtomatik iqlim-kontrol, böyük ekranlı naviqasiya və digər sistemlər ilə təchiz olunacaq.Yeni «iQ» 1,0 litr (68 at gücü) benzin və 1,4 litr (90 at gücü) həcmində olan dizel mühərrikləri ilə təchiz olunacaq ki, avtomobil şəhərdə cəmi 4,8 litr, trasda isə 3,5 litr yanacaq sərf edəcək.Məlumat üçün bildirək ki, Rusiya istehsalı olan «Oka» avtomobilinin uzunluğu 3200 mm-dir. -
10-08-2008, 06:30 PMAPANardaranlılar Azərbaycan prezidentliyinə namizədi məhkəməyə verəcəklər
[b]Nardaranlılar Azərbaycan prezidentliyinə namizədi məhkəməyə verəcəklər[b]
[Bakı. Elnur Məmmədli - APA. Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Qəzənfəroğlu və Azərbaycan liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev bu gün Nardaran qəsəbəsində sakinlərlə görüş keçiriblər. Qəsəbə sakinlərinin APA-ya verdikləri məlumata görə, görüşdə ABŞ-ın Azərbaycanda keçmiş səfiri Stenli Eskuderonun Nardaran camaatı ilə bağlı yaranmış problemi namizədlərin diqqətinə çatdırılıb. Sakinlər keçmiş səfirin 30 hektar ərazini ələ keçirməyə çalışdığını bildiriblər. Buna yol verməyəcəklərini deyən sakinlər qanunun imkan verdiyi üsullardan istifadə edəcəklərini vurğulayıblar. Hər iki namizəd bu məsələni diqqətdə saxlayacağını, prezident seçkilərində qalib gələcəkləri halda, nardaranlıların problemlərini həll edəcəklərini deyiblər. Görüş qəsəbənin "Səfixanı" adlanan ərazidə keçirilib. Narazı nardaranlıların səlahiyyətli nümayəndəsi Rasim Ağayev isə APA-ya bildirib ki, qəsəbə sakinləri BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevlə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar. Onun sözlərinə görə, ötən gün İTV-dəki çıxışında Q. Həsənquliyev Nardaran camaatını təhqir edib, onları dini ekstremist adlandırıb. Gələn həftə məhkəməyə müraciət olunacağını bildirən R. Ağayev Q. Həsənquliyevin nardaranlılardan üzr istəməsini tələb edəcəklərini vurğulayıb. Qeyd edək ki, Nardaran sakinləri prezident seçkilərində namizədliyi irəli sürülən bütün namizədlərə görüş üçün müraciət ediblər. Görüşə isə 7 namizəddən 2-si qatılıb. -
10-08-2008, 06:40 PMAPAMustafa Dənizli "Beşiktaş"ın baş məşqçisi təyin edilib
[b]Mustafa Dənizli "Beşiktaş"ın baş məşqçisi təyin edilib[b]
[Bakı - APA-SPORT. "Beşiktaş" klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. "APA-SPORT"un məlumatına görə, "qara qartallar"ı bundan sonra Mustafa Dənizli çalışdıracaq. O, baş məşqçi postunda oktyabrında 7-də istefa vermiş Ərtoğrul Sağlamı əvəzləyib.İstanbul klubunun rəhbərliyi 59 yaşlı çalışdırıcı ilə yaxın 3 gün ərzində rəsmi müqavilə bağlayacaq. Razılaşmanın müddəti və maddi dəyəri hələlik açıqlanmır. Dənizliyə yeni vəzifəsində Türkiyə yığmasının və "Beşiktaş"ın sabiq futbolçusu Sərgən Yalçının yardımçı olacağı bildirilir.İzmirdə doğulan Dənizli futbolçu karyerasına 1965-ci ildə başlayıb. O, 17 il "Altay" komandasının şərəfini qoruyub və 1980-ci ildə 12 qolla Türkiyə Superliqasının bombardiri olub. 1983-cü ildə "Qalatasaray"a transfer edilən Dənizli 4 ildən sonra bu klubun, eyni zamanda yığmanın baş məşqçisinə çevrilib. Elə birinci ildəcə "Cim Bom"a Türkiyə çempionu titulunu qazandırıb. Az sonra isə "Qalatasaray"ı Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalına daşıyıb.1989-cu ildə "sarı-qırmızılar"dan ayrılan Dənizli Almaniyanın "Aahen" klubu ilə anlaşıb. Ancaq cəmi bir ildən sonra "Qalatasaray"a qayıdıb. Dənizlinin sonrakı məşqçilik karyerasında "Kocaelispor" (1994-96), Türkiyə milli komandası (1996-2000), "Fənərbaxça" (2000-03), "Vestel Manisaspor" (2003-04), İranın "Pas" (2004-06) klubları da var. Onun rəhbərlik etdiyi yığma Avro-2000-in 1/4 finaladək irəliləməyi bacarıb. Bundan başqa, Dənizli "Fənərbaxça"ya ölkə çempionluğunu qazandıran ilk türk məşqçi kimi də tarixə düşüb. -
10-08-2008, 06:50 PMAPAPrezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam etdirilir
[b]Prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam etdirilir[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün Azərbaycanın bir sıra bölgəsində seçicilərlə görüş keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Dəvəçi şəhər stadionunda, Lerik şəhər stadionunda görüş-mitinq, Samux, Qazax, Ağstafa, Xaçmaz, Sabirabad, Salyan, Tərtər, Füzuli, Yevlax, Zaqatala, Şəki rayonlarının bir sıra yaşayış məntəqəsində, Bakının Nərimanov, Yasamal, Binəqədi, Səbayel, Nəsimi rayonlarında seçicilərlə görüşlər təşkil olunub. Mitinq-görüşlərdə prezidentliyə namizəd İ. Əliyevin seçki platforması seçicilərin diqqətinə çatdırılıb. Tədbirlərdə prezidentliyə namizədin vəkilləri, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. -
10-08-2008, 07:00 PMAPAGələn il CIBC-nin geniş iclası keçiriləcək
[b]Gələn il CIBC-nin geniş iclası keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Hazırda Almatıda səfərdə olan Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) baş icraçı direktoru Telman Əliyev Qazaxıstanın aparıcı dövlət strukturlarının nümayəndələri ilə Xəzər-Qara dəniz və Baltik bölgələrinin biznes birliyinin əlaqələrinin fəallaşdırılması məsələlərini müzakirə edib. CIBC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev, «KazMunayQaz» SC-nin prezidenti Kairgeldı Kabıldin və «KazEnergy» Assosiasiyasının sədri Timur Kulibayevlə görüşlər zamanı Astanada Xəzər-Qara dəniz və Baltik bölgələrindən olan 500 şirkət və təşkilatın iştirakı ilə CIBC-nin geniş iclasının keçirilməsi barədə razılıq əldə edilib. Gələn ilin əvvəlində planlaşdırılan görüş yanacaq-energetika kompleksinin və iqtisadiyyatın onunla bağlı sahələri üzrə bütün təsərrüfat subyektlərinin iştirakı ilə keçiriləcək. Qazaxıstanın rəsmi nümayəndələri hesab edirlər ki, bu kimi görüşlər Xəzər-Qara dəniz və Baltik bölgələri ölkələrinin şirkətləri arasında daha sıx əməkdaşlığın əsasını qoya bilər. Bu görüşlərdə Qazaxıstanda CIBC-nin nümayəndəliyinin yaradılması məsələsinin müzakirəsi də gözlənilir. -
10-08-2008, 07:10 PMAPAİTV Avropa Yayım İttifaqına cərimə ödəyib
[b]İTV Avropa Yayım İttifaqına cərimə ödəyib[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti "Junior Eurovision-2008" müsabiqəsində iştirakdan imtina etdiyi üçün Avropa Yayım İttifaqına cərimə ödəyib.
[Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqi, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov deyb. 2008-ci ildə Azərbaycanın "Eurovision" mahnı və "Eurovision" rəqs müsabiqələrinə ilk dəfə qatıldığını xatırladan F. İsmayılov bu yarışmalarda ilk dəfə çıxış etməsinə baxmayaraq, Azərbaycanın yüksək hazırlığı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edə bildiyini vurğulayıb: "Azərbaycan "Junior Eurovision" müsabiqəsinə də qatılmaq fikrində idi, amma bunun üçün böyük səhnədə özünü tam sərbəst hiss edəcək, milyonlarla tamaşaçının diqqətini cəlb edə biləcək uşaq və ya uşaqlardan ibarət qrup tələb olunurdu. Əlbəttə, Azərbaycanda bu standartlara cavab verən uşaqlar var, sadəcə, onları belə məsuliyyətli çıxışa hazırlamaq lazım idi. Əslində bu məsuliyyətli iş bizdən daha çox bilavasitə aidiyyəti qurumlardan asılıdır. Yaddan çıxarmayaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım İttifaqının üzvüdür və bütün "Eurovision" tədbirlərinin ilk yayımçısıdır. Bu, kampaniya xarakterli iş deyil". F. İsmayılov dünya səviyyəli yarışmaya layiqli hazırlaşmaq üçün bir qurumun kifayət etmədiyini bildirib: "Namizədlər müvafiq orqanlar tərəfindən təqdim edilməlidir. Məsələn, "Eurovision" rəqs müsabiqəsində Azərbaycanı təmsil edən Anna Sajina və Eldar Cəfərov cütlüyü Azərbaycan İdman Rəqsləri Federasiyası tərəfindən təqdim olunmuşdu. İTV "Eurovision" uşaq müsabiqəsində iştirak üçün tələb olunan ərizəni və iştirak xərclərini təqdim etmişdi. Yəni müsabiqədən imtina etmək marağında deyildik. Amma istedadlı uşaq axtarışında heç bir kömək və məsləhət olmadığından əvvəlki iki parlaq çıxışı kölgəyə salmamaq üçün bu müsabiqədən imtina etməli olduq. Buna görə də Avropa Yayım İttifaqına cərimə ödədik". F. İsmayılov hesab edir ki, gələn il keçiriləcək "Eurovision" müsabiqələrinin hazırlığına indidən başlamaq lazımdır. -
10-08-2008, 07:40 PMAPABoris Frles: "Azərbaycanda bəziləri elə hesab edir ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik..." - EKSKLÜZİV
[b]Boris Frles: "Azərbaycanda bəziləri elə hesab edir ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik..." - EKSKLÜZİV[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Müşahidə Missiyasının rəhbəri Boris Frlesin APA-ya müsahibəsi
[- ATƏT-in Müşahidə Missiyasının açıqladığı ikinci hesabatda seçkilərin sakit məcrada getdiyi vurğulanır. Sizcə, bunun səbəbi nədir? Bu məsələni hakimiyyət nümayəndələri və prezidentliyə namizədlərlə müzakirə etmisinizmi?- Prezident seçkiləri həmişə parlament seçkilərindən fərqlənir və bir qayda olaraq daha sakit məcrada keçir. Azərbaycanda namizədlərdən biri olan prezident İlham Əliyevin üstünlükləri çoxdur. O son beş il ərzində ölkəni uğurla idarə edib, uğurlu fəaliyyətini isbatlayacaq çoxlu sübut var. Digər namizədlər isə belə üstünlüklərə malik deyil, onlar yalnız niyyətlərini açıqlaya bilirlər. Kütləvi informasiya vasitələri prezidentin məktəblərin, xəstəxanaların açılış mərasimlərində iştirakını işıqlandırır. Prezident İlham Əliyev seçki kampaniyasında iştirak etmir, amma onun ölkənin hər yerində nümayəndələri, vəkilləri var. Buna rəğmən, digər namizədlər də seçkiqabağı kampaniyanı davam etdirirlər. - Seçkilərə ictimai marağın az olduğu barədə fikirlərlə razısınızmı? - İctimai marağın az olub-olmadığını səsəvermə günü görəcəyik. Məndə belə bir hiss var ki, məsələ insanların namizədləri tanımamasında deyil, bu, prezident İlham Əliyevin digər namizədlərə nisbətən daha şanslı olmasının effektidir. Əlbəttə ki, bunun belə olub-olmadığını seçkilər başa çatdıqdan sonra görəcəyik. - Seçkilərdə seçicilərin iştirak faizinə dair proqnozlarınız varmı? - Yaşayarıq, görərik. Burada bir mühüm məqamı qeyd etmək istəyirəm ki, biz seçkilərin nəticələrində maraqlı deyilik, bizi müşahidə etdiyimiz proses maraqlandırır. Seçki məntəqələrinə nə qədər seçicinin gəlməsini proqnozlaşdırmaq bizim işimiz deyil. - Bəzi prezidentliyə namizədlər açıqladığınız ikinci hesabatla razı deyillər. Onlar qeyri-aktiv seçki kampaniyası aparmaları ilə bağlı fikirlər qəbul etmirlər...- Biz maksimum obyektiv olmağa çalışırıq. Bütün prezidentliyə namizədlərlə görüşlər keçiririk. Hər hansı namizədin bizim hesabatı tənqid etməsi normaldır. Bizim müşahidəçilər ölkənin bütün bölgələrində fəaliyyət göstərirlər, buna görə də əlimizdə etibarlı məlumatlar var. Bəyanat və hesabatlarımızda maksimum obyektiv olmağa çalışırıq. - Siz, həmçinin seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılmasının monitorinqini keçirirsiniz. Nəticələr Sizi qane edirmi?- Biz 7 telekanal və 4 qəzetin monitorinqini aparırıq. İctimai Televiziya ilə birbaşa əlaqələrimiz var. Biz, həmçinin, seçki platformasının açıqlanmasına ayrılan vaxtın bərabər bölünməsi məsələsini ciddi müzakirə edirik. Bundan başqa, media üzrə ekspertlərlə mütəmadi görüşlər keçiririk. Qəzetlərdə vəziyyət daha yaxşıdır. Qəzetlərdə gördüyümüz tənqidə adətən televiziyada rast gəlmirik. Eyni zamanda qəzetlərdə daha çox plüralizm və fikir müxtəlifliyi ilə qarşılaşırıq. - Azərbaycanda üç jurnalist hələ də həbsdədir. Sizcə, bu amil seçkiqabağı situasiyaya təsir göstərirmi? Hökumət təmsilçilərindən həmin jurnalistlərin azadlığa buraxılmasını xahiş etmisinizmi?- Bizim vəzifəmiz - seçkiləri müşahidə etmədir, kiməsə təsir etmək yox. Bu aspektin seçkiqabağı prosesə təsirinə gəldikdə, bu məsələ açıqladığımız ilk hesabatda əksini tapıb. Biz ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin mövqeyini dəstəkləyirik, kütləvi informasiya vasitələri seçkiqabağı təbliğat kampaniyasını sərbəst şəkildə işıqlandırmalıdır. Təbii ki, buna mane olan hər şey təəssüf doğurur. - Bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi situasiyaya təsir göstərirmi?- Biz ölkədə bütün siyasi liderlər, o cümlədən seçkiləri boykot edən qüvvələrin rəhbərləri ilə görüşmüşük. Onlar nə üçün boykot taktikasına üstünlük verdiklərini izah ediblər. Onların siyasi gələcəyini necə qurmaq niyyətlərini şərh etmək fikrimiz yoxdur. Lakin bəzi sabiq müxalifət liderlərinin boykotçu qüvvələrlə məsafə saxlaması və prezidentliyə namizəd olması adi hal kimi qarşılanmalıdır. - Bakı şəhər İcra Hakimiyyəti yeni qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsaslanaraq, müxalifətin şəhərin mərkəzində mitinq keçirməyə icazə vermir...- "Sərbəst toplaşmaq azadlığı haqqında" yeni qanun çox liberaldır, bu qanunun qəbulu pozitiv addımdır. Azərbaycan hökuməti bu qanunun mahiyyəti yaxşı anlayır. Qanunda bildirilir ki, hökumət binalarının 200-300 metrliyində aksiya keçirmək olmaz. Lakin Bakı şəhər İcra Hakimiyyəti bu qanunu çox qəribə şərh edib. Mən bu gün cənab Hacıbala Abutalıbova qanunun əsas postulatlarını təqdim etmişəm. Qanunda bildirilir ki, qanunla qadağan edilməyən istənilən yerdə aksiya keçirilə bilər. - Seçkiləri müşahidələriniz əsasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni tövsiyələr ortaya çıxa bilərmi?- Biz seçkilərlə bağlı yekun sənəd hazırlayacağıq. Həmin sənəddə digər aspektlərlə yanaşı, tövsiyələr də yer alacaq. Tövsiyələr beynəlxalq standartlara uyğun və yerli qanunlar çərçivəsində hazırlanacaq. Biz də problemlər yarana biləcək sahələrdə vəziyyəti normallaşdırmağa dair tövsiyələr irəli sürəcəyik. Son seçkilərdən sonra biz bir çox tövsiyələr irəli sürmüşdük ki, bunların da bəziləri qəbul olunub, bəziləri isə məqbul sayılmayıb. - Seçki siyahılarının hazırlanması sahəsində yaranan problemlər Sizə tanışdırmı?- Bu siyahıları hazırlamaq rəsmi qurumlar üçün həmişə başağrısıdır. Seçici siyahıları heç zaman 100 faiz dəqiq olmur. Mərkəzi Seçki Komissiyası siyahıları yeniləmək üçün bəzi tədbirlər görüb və sözün düzü, bu sahədə hansısa ciddi problem olduğunu eşitməmişəm. Əlbəttə ki, vəziyyətin necə olduğunu seçki günü daha dəqiq biləcəyik. - Seçki bülletenləri də artıq hazırdır. Seçki bülletenləri ilə tanışsınızmı? Beynəlxalq müşahidəçilərin akkreditə prosesi necə gedir?- Bizim ekspertlər bülletenlərin hazırlanması və çapı prosesini müşahidə ediblər. Biz bu prosesi müşahidə edirik. Akkreditə məsələsinə gəldikdə, MSK qısa müddət ərzində 9024 müşahidəçini qeydiyyata götürüb. Bunlar təkcə beynəlxalq deyil, həm də yerli müşahidəçilərdir. - Seçkilərdən gözləntiləriniz nədir?- Seçkilərin sakit, bərabərhüquqlu, qanun və proseduralara uyğun şəkildə keçəcəyini gözləyirik. Gözləyirik ki, seçkilərdə manipulyasiya və digər bu kimi insidentlər olmayacaq. Bunun üçün seçki gününü gözləməliyik. Biz bura öz istəyimizlə gəlməmişik, bizi Azərbaycan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası dəvət edib. Düşünürəm ki, bu, Azərbaycan üçün yaxşı haldır. Digər tərəfdən, Azərbaycan beynəlxalq birliyin və ATƏT-in üzvüdürsə, üzərinə götürdüyü öhdəliklərə riayət etməli, seçkiləri standartlara uyğun keçirməlidir. Azərbaycanda bəzi insanlar bizim mandatımızın mahiyyətini başa düşmürlər. Bəziləri elə hesab edirlər ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik. Lakin bizim vəzifəmiz müşahidə etmək və məlumatlandırmaqdır. Sonra vəzifə media və vətəndaşların üzərinə düşür, bizim işimizi onlar qiymətləndirəcək. Və sonda mənim də bir sualım var: "Bizim hesabatlarımızda həqiqət olmayan nə isə varmı?.." -
10-08-2008, 08:00 PMAPADiyarbəkirdə polis avtobusu terrorçuların hücumuna məruz qalıb
[b]Diyarbəkirdə polis avtobusu terrorçuların hücumuna məruz qalıb[b]
[Diyarbəkir - APA. Türkiyənin Diyarbəkir şəhərindəki Polis Məktəbinin avtobusu terrorçuların hücumuna məruz qalıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 17.00 radələrində baş verib. Diyarbəkir-Silvan yolunda avtobusun terrorçular tərəfindən atəşə tutulması nəticəsində xeyli insanın yaralandığı bildirilir. Hadisə yerinə təcili yardım maşınları göndərilib. -
10-09-2008, 01:10 AMAPADiyarbəkirdə baş verən partlayışda 6 nəfər ölüb, 21 nəfər isə yaralanıb
[b]Diyarbəkirdə baş verən partlayışda 6 nəfər ölüb, 21 nəfər isə yaralanıb[b]
Diyarbəkir-APA. Bu gün Bakı vaxtı ilə saat 19.00 radələrində Türkiyənin Diyarbəkir bölgəsində PKK terror təşkilatının polisləri daşıyan avtobusa etdiyi basqın nəticəsində 6 nəfər şəhid olub, 21 nəfər isə yaralanıb.
[APA-nın xəbərinə görə, şəhid olanlardan 5-i polis, biri isə maşının sürücüsüdür. Yaralılardan isə 16-sı polisdir. Hadisə Diyarbəkir- Silvan yolunda baş verib. Şəhər mərkəzindən 10 kilometr aralıda yerləşən Polis Məktəbindən tələbələri şəhər mərkəzinə gətirən avtobusa Diyarbəkirin girişindəki Seyrantəpə prospektində basqın edilib. Prospektin kənarında gizlənərək, pusqu quran terrorçular polis maşınını atəşə məruz qoyandan sonra avtobusa bomba atıblar. Hadisə nəticəsində polislərin də terrorçuları susdurmağa çalışması ərazidə atışmaya səbəb olub. Nəticədə 6 nəfər şəhid olub, 21 nəfər isə yaralanıb. Yaralılardan beşi təsadüfən atışmanın baş verdiyi ərazidən keçən mülki şəxslərdir. Hadisədən dərhal sonra ərazini nəzarətə götürən hüquq-mühafizə orqanları şəhərdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirirlər. Terrorçuların ərazidən qırmızı maşınla qaçdıqları öyrənilib. Onların qaçarkən buraxdıqları xeyli sayda silah-sursat da götürülüb. Polis ərazidə basdırılmış və idarə edilən bombaların olması ehtimalı ilə xüsusi yoxlama keçirib. Hadisə yerinə Diyarbəkir valisi Hüseyn Avni Mutlu və polis rəisi Zəki Çatalqaya gəliblər. Polis rəisi məhkəmənin evlərdə axtarış aparma qərarı olduğunu, buna görə də ətrafdakı şübhəli bilinən bütün evlərdə arama aparılacağını deyib. Buna səbəb isə terrorçuların yaxınlıqdakı evlərdə gizlənməsi ilə bağlı ehtimallardır. Hadisədən dərhal sonra isə polis şəhərin Bağlar qəsəbəsində uzaqdan komanda ilə partladılması mümkün olan bir əl bombası aşkarlayıb. Qeyd edək ki, bu il yanvarın 3-də də Diyarbəkirdə PKK-nın törətdiyi partlayış nəticəsində 8 nəfər şəhid olub, 68 nəfər isə yaralanıb. Partlayış orta məktəbin önündə baş verdiyindən zərər çəkənlərin və şəhidlərin əksəri azyaşlılar idi. -
10-09-2008, 12:20 PMAPAUkraynada parlament buraxılıb, Ali Radaya növbədənkənar seçkilər dekabrın 7-də keçiriləcək
[b]Ukraynada parlament buraxılıb, Ali Radaya növbədənkənar seçkilər dekabrın 7-də keçiriləcək[b]
Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko VI çağırış Ali Radanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verlməsi və növbədənkənar seçkilərin təyin olunması haqqında fərman imzalayıb.
[APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, V. Yuşşenko bu qərarını televiziya vasitəsilə xalqa müraciətində elan edib. O, növbədənkənar seçkilərİ 2008-ci il dekabrın 7-nə təyin etdiyini açıqlayıb. Qeyd edək ki, V. Yuşşenko hazırda İtaliyada rəsmi səfərdədir. -
10-09-2008, 02:00 PMAPABerti Foqts "Borussiya"dan imtina etdi
[b]Berti Foqts "Borussiya"dan imtina etdi[b]
"Azərbaycan yığmasında işləmək mənim üçün çox xoşdur"
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyanın "Borussiya" klubunun onunla maraqlanmasına münasibət bildirib. "APA-SPORT"un məlumatına görə, AFFA-nın rəsmi saytına açıqlama verən 62 yaşlı alman mütəxəssis Münhenqladbaxı təmsil edən bu komandanı çox sevdiyini söyləyib. 18 yaşında "Borussiya"da çıxış etdiyini qeyd edən Foqts bir futbolçu kimi formalaşmağında bu kluba çox minnətdar olduğunu bəyan edib: "Borussiya"nın nailiyyətlər qazanmasında az da olsa, mənim də rolum olub. Amma hazırda AFFA ilə müqaviləm var. Burada milli komanda ilə işləmək mənim üçün çox xoşdur. Rəhbərliyə söz vermişəm ki, Azərbaycan futbolunun inkişafına bacardığım qədər öz köməkliyimi göstərəcəyəm. Burada həyata keçiriləsi böyük proqramlarım var. Ümid edirəm ki, bu, Azərbaycan futbolunun inkişafına böyük təkan olacaq". -
10-09-2008, 02:10 PMAPA"Qalatasaray"a yeni baş məşqçi gətirilir
[b]"Qalatasaray"a yeni baş məşqçi gətirilir[b]
[Bakı - APA-SPORT. "Qalatasaray" klubunun rəhbərliyi Türkiyə yığmasının baş məşqçisi Fatih Terimlə danışıqlara başlayıb. "APA-SPORT"un məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyi təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.Rəhbərliyin Terimi hədəf seçməsinə səbəb "Qalatasaray"ın alman Mihael Skibbenin rəhbərliyi altında uğursuz çıxış etməsidir. Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilməyən "cim-bom", Superliqada da zəif nəticələrə imza atıb. Terim indiyədək Türkiyə Futbol Federasiyası ilə müqaviləsinin müddətini uzatmayıb. 55 yaşlı mütəxəssis həmçinin adını "Qalatasaray"ın tarixinə qızıl hərflərlə yazdırıb. Belə ki, "cim-bom" onun başçılığı altında ardıcıl 4 il Türkiyə çempionu olub və UEFA kubokunu qazanıb. Qeyd edək ki, Terim "Qalatasaray"ın təklifini qəbul edərsə, onu "Beşiktaş"ın baş məşqçi postundan istefa verən Ərtuğrul Sağlamın əvəzləyəcəyi gözlənilir. -
10-09-2008, 02:20 PMAPAXəzərdəki ən iri borudüzən gəmi son 7 ildə ilk dəfə təmirə dayanıb
[b]Xəzərdəki ən iri borudüzən gəmi son 7 ildə ilk dəfə təmirə dayanıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Xəzər dənizində ən nəhəng borudüzən gəmi olan «İsrafil Hüseynov» son 7 ildə ilk dəfə təmirə dayanıb. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib. Gəminin çəkisi 14 min ton, uzunluğu 146 metr, hündürlüyü 50 metrdir. Gəminin köməyi ilə sutka ərzində dənizin 10-300 metr dərinlikdə 2-2,5 km boru düzmək mümkündür. Cari ilin avqust ayında ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda başlanmış təmirin birinci mərhələsi qrafikə uyğun olaraq sentyabrın 25-dək tam yekunlaşdırılıb. Bu mərhələdə gəminin korpusu təmir edilib. Gəmi dokdan endirilərək suya salınıb və artıq Heydər Əliyev adına Dərin Özüllər Zavodunun kanalında reydə dayanıb. Burada onun təmirinin ikinci mərhələsi həyata keçiriləcək. Qeyd edək ki, bu böyük kran təsərrüfatına 5 kran, 10 qaynaq stansiyası, konveyer mexanizmləri, lövbər bucurqadları, troslar daxildir. Gəmidəki 5 mərtəbəli yaşayış binasında da böyük həcmdə işlərin görülməsi planlaşdırılır. Binada istirahət salonları, sauna və hovuz, 273 nəfərin yaşaması üçün nəzərdə tutulmuş 208 kayuta var. Xəzər dənizinə 1989-cu ildə gətirilən «İsrafil Hüseynov» gəmisi ilə «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarından Səngəçal terminalına neft və qaz kəməri çəkilib. Bu ilin yazında isə «LUKoil» şirkətinin sifarişi ilə «İsrafil Hüseynov» gəmisi Xəzərin Rusiya sektorunda yerləşən «Yuri Korçagin» yatağında 58 km uzunluğunda neft kəməri inşa edib. -
10-09-2008, 02:30 PMAPAAzərbaycanda prezident seçkilərini 59 ölkədən 1104 beynəlxalq müşahidəçi izləyəcək
[b]Azərbaycanda prezident seçkilərini 59 ölkədən 1104 beynəlxalq müşahidəçi izləyəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu günə qədər seçki komissiyalarında 30 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, müşahidəçilərin 2632-si MSK-da, 36 355 isə Dairə Seçki Komissiyalarında qeydə alınıb. Həmin müşahidəçilərin 19 752-si siyasi partiyaları, 12 525-i QHT-ləri təmsil edir. 4 078 nəfər isə öz təşəbbüsü il seçkiləri müşahidə edəcək. M. Pənahov MSK-da 1104 beynəlxalq müşahidəçinin qeydə alındığını bildirib. Həmin müşahidəçilər ümumilikdə 59 xarici dövləti təmsil edir. Müşahidəçilər içərisində ATƏT DTİHB, AŞ, AŞ PA, MDB və digər beynəlxalq təşkilatların təmsilçiləri də var.MSK sədri onu da qeyd edib ki, seçkiləri 20 xarici KİV-dən təmsilçilər izləyəcək. -
10-09-2008, 02:40 PMAPAAzərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 33 seçki məntəqəsi yaradılıb
[b]Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 33 seçki məntəqəsi yaradılıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı xarici ölkələrdə 33 seçki məntəqəsi yaradılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, xarici ölkələrdə yaradılan seçki məntəqələri diplomatik korpuslarda fəaliyyət göstərəcək. MSK sədri xarici ölkələrdə 10 mindən çox seçicinin olduğunu qeyd edib. Xarici ölkələrdəki seçki məntəqələri isə 4 seçki dairəsinə - 29 saylı Səbayel, 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü dairə seçki komissiyalarına tabedir. M. Pənahov ümumilikdə seçkilərlə bağlı 5359 seçki məntəqəsinin yaradıldığını qeyd edib. -
10-09-2008, 02:50 PMAPANaxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50-ci açıq ürək əməliyyatı keçirilib
[b]Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50-ci açıq ürək əməliyyatı keçirilib[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Azərbaycan Respublikası Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqlardan ibarət bir qrup tibbi personalı Naxçıvan Muxtar Respublikasındadır. Xəstəxananın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun APA-nın yerli bürosuna verdiyi məlumata görə personalın il ərzində regiona səfərləri çərçivəsində bu gün Naxçıvan Diaqnostik-Müalicə Mərkəzində artıq 50-ci açıq ürək əməliyyatı keçirilib. Budəfəki aksiyası zamanı təcili əməliyyata ehtiyacı olan 6 xəstə üzərində açıq ürək əməliyyatının aparılacağını deyən R. Mahmudov 3 gün ərzində 30-dan çox xəstə üzərində angeoqrafiya və stendlərin qoyulması müalicə-müayinə metodunun tətbiq ediləcəyini, 2 xəstədə ürəyin ritminin bərpa olunması üçün kardiostimulyator aparatının qoyulacağını bildirib. Qeyd edək ki, bu, Mərkəzi Neftçilər Xəstəxanasının kardioloqlardan ibarət tibb personalının Naxçıvanda bu ildə keçirdiyi üçüncü pulsuz cərrahiyyə əməliyyatı aksiyasıdır. Son bir ildə 800-dən artıq xəstə üzərində müalicə və müayinə olunub, habelə cərrahiyyə əməliyyatları aparılıb.