Əsas məzmuna keç
Sayfa 137/461 İlkİlk ... 3787127135136137138139147187237 ... SonSon
4610 sonuçtan 1.361 ile 1.370 arası

Azərbaycan Xəbərləri

1. #1361
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan və Finlandiya prezidentləri arasında təkbətək görüş olub

[b]Azərbaycan və Finlandiya prezidentləri arasında təkbətək görüş olub[b]

Helsinki. Elbrus Seyfullayev - APA. Finlandiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin mayın 29-da Finlandiya prezidenti, xanım Tarya Halonenlə təkbətək görüşü olub.

APA-nın "AzerTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensialın olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla həyata keçirildiyini bildiriblər.Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2. #1362
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib

[b]Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş konfrans keçirilib[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Estoniyanın Tallin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90, Heydər Əliyevin 85, Estoniya Respublikasının 90 və "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin 20 illik yubileylərinə həsr edilən konfrans keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirə qatılan 150-dək qonaq arasında Estoniyanın sabiq prezidenti Arnold Ruutel, Estoniya parlamentinin üzvü Andres Herkel, vitse-spiker Yuri Ratas, Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev, Türkiyə, Gürcüstan və Böyük Britaniyanın Estoniyadakı səfirləri də olub. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə və professor Musa Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məruzələrlə çıxış ediblər. Konfransdan sonra ADR-in 90 illiyinə, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər göstərilib.

3. #1363
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini yenidən bombalayıb

[b]Türkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini yenidən bombalayıb[b]

Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini yenidən bombalayıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatın bu gün yerli vaxtla səhər saat 11.00-da başladığını açıqlayıb. Əməliyyat zamanı İraqın şimalındakı Hakurk bölgəsində PKK-ya məxsus 16 hədəf vurulub. Bombardman nəticəsində terror təşkilatının məruz qaldığı itkilər müəyyənləşdirilir.

4. #1364
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Kürd terrorçuları 8 İran əsgərini öldürüblər

[b]Kürd terrorçuları 8 İran əsgərini öldürüblər[b]

İran - APA. İranın Qərbi Azərbaycan əyalətində kürd terrorçuları ilə hökumət qüvvələri arasında toqquşma baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, PKK terror təşkilatının İrandakı qolu olan PJAK terrorçuları ilə İnqilab Keşikçiləri Korpusunun əsgərləri arasında Qərbi Azərbaycanın Alvatan bölgəsində baş verən döyüşdə 6 hərbçi öldürülüb. Uzaqdan idarə olunan bombanın terrorçular tərəfindən partladılması nəticəsində isə daha 2 əsgər həlak olub. PJAK-ın nə qədər itki verdiyi bəlli deyil. Xatırladaq ki, 5 gün əvvəl İran hərbçiləri ilə terrorçular arasındakı toqquşmada 9 terrorçu məhv edilmiş, 3 əsgər həlak olmuşdu.

5. #1365
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Dövlət Departamentinin nümayəndəsi: "Ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq"

[b]ABŞ Dövlət Departamentinin nümayəndəsi: "Ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Biz ümid edirik ki, Azərbaycanda qarşıdakı seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunacaq". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Devid Merkel deyib. O, hökumətin, prezidentliyə namizədlərin, seçki komissiyalarının və qeyri-hökumət təşkilatlarının normal seçki keçirilməsi üçün çalışacaqlarına böyük ümid bəslədiklərini bildirib. D. Merkel beynəlxalq ictimaiyyətin də buna dəstək verəcəyinə inandığını söyləyib: "Bizim hamımız normal seçki keçirilməsi üçün Azərbaycanla birlikdə işləyəcəyik".

6. #1366
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İyunda X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalı keçiriləcək

[b]İyunda X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalı keçiriləcək[b]

Bakı. Ülkər Qasımova-APA. İyunun 1-7-də X "Şərq-Qərb" Bakı beynəlxalq kinofestivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında festivala həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən ittifaqın katibi və festivalın baş direktor müavini Abbas Əliyev bildirib ki, ötən illərdə olduğu kimi, bu il də festivalda, əsasən uğurlu ekran taleyinə malik filmlər göstəriləcək: "Etiraf etmək lazımdır ki, filmləri nümayiş etdirmək üçün məkan çatışmazlığı var. Hazırda Heydər Əliyev adına Sarayda əsaslı təmir işləri aparılır. Yaşıl teatrda isə film nümayişi ancaq axşam 10-dan sonra mümkün ola bilər. Açıq havada filmlərin nümayişi uğursuz alınar. O səbəbdən festivalın açılış mərasimi iyunun 1-də Musiqili Komediya Teatrında olacaq. Filmlər "Azərbaycan" kinoteatrında və "İbrus" teatrının kinozalında nümayiş etdiriləcək".Qeyd edək ki, iyunun 2-də Abşeron mehmanxanasında "Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçiriləcək. Festival çərçivəsində "Rus oyunu" (Rusiya), "Çəhrayı rəngli həyat" (Fransa), "Artist qız" (Rusiya), "Tryuk" (Polşa), "Sürgün" (Rusiya), "Yük 200" (Rusiya), "Əbədi uşaqlar" (İran), "Payız ziyafəti" (Estoniya), "İşıqlı sərinlik" (Qırğızıstan), "Monotonluq" (Latviya) və "Dost" (Azərbaycan) filmləri nümayişi etdiriləcək. A. Əliyev deyib ki, festivalın bağlanış mərasimində, yəni iyunun 7-də "Azərbaycan" kinoteatrında "Hökmdarın taleyi" (Azərbaycan) və "Aleksandr Nevski" (Rusiya) filmləri göstəriləcək. Festivalın bağlanış mərasimində "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş" və "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" nominasiyaları üzrə mükafatlar təqdim olunacaq. Festivala Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin "Persona-non-qrata", "Var gücü ilə, qalopla" və "Kamuflaj" filmlərindən ibarət retrospektiv təşkil olunacaq. A. Əliyevin sözlərinə görə, festivalın 10 illik yubiley mərasiminə Fransadan Branyev Georgiy (ssenarist), İsraildən Abramov Efraim (ssenarist), Polşadan rejissorlar Yakimovski Ancey, Kşiştof Zanussi, Estoniyadan prodüser Erika Laansalu, aktrisa Viyre Valdma, Latviyadan rejissor Poşkus Yuris, aktyor Andis Strods, Belarusdan kino tənqidçisi Sidorenko Anton, Qırğızıstandan rejissor Ernest Abdıjaparov, aktrisa Asema Toktobekova və digər ölkələrin tanınmış kino xadimləri qatılacaqlar. Qeyd edək ki, X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.

7. #1367
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri məlum olub

[b]"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri məlum olub[b]

Bakı. Laura Cəbrayıllı-APA. Bu gün "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinin adları açıqlanıb. APA-nın məlumatına görə, "ən yaxşı şeir" və "ən yaxşı nəsr" nominasiyası üzrə bu ilin fevralında start verilən müsabiqəyə ümumilikdə 120-dən artıq əsər təqdim edilib. Beləliklə, "ən yaxşı şeir" nominasiyasının qalibləri Cavidan (I yer), Rəbiqə Nazimqızı (II yer) və Elmin Həsənli (III yer) olub. Nəsr nominasiyası üzrə isə Ülviyyə Heydərova (I yer), Sevinc Çılğın (II yer), Jalə İsmayıl (III yer) fərqlənib.

8. #1368
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Eurovision-2009"da Türkiyəni "Həpsi" qrupunun təmsil edəcəyi gözlənilir

[b]"Eurovision-2009"da Türkiyəni "Həpsi" qrupunun təmsil edəcəyi gözlənilir[b]

Bakı. Ülkər Qasımova - APA. Gələn il Rusiyanın paytaxtı Moskvada keçiriləcək 54-cü "Eurovision" mahnı müsabiqəsində Türkiyəni "Həpsi" qrupu təmsil edə bilər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TRT 4 qızdan ibarət qrupa müvafiq təkliflə müraciət edib. Qrup üzvləri hələlik qəti cavab verməsələr də, təklifə etinasız yanaşmayıblar. TRT hesab edir ki, Cemre, Eren, Yasemin və Gülçindən ibarət qrup yarışmada təkcə ifası ilə yox, yüksək səviyyəli şousu ilə də böyük rəğbət qazana bilər.Xatırladaq ki, Belqradda keçirilən "Eurovision-2008"də Türkiyəni təmsil edən "Mor və ötəsi" qrupu 7-ci olub. Moskvada keçiriləcək "Eurovision-2009" müsabiqəsinin yarımfinalları mayın 12-də və 14-də, finalı isə mayın 16-da keçiriləcək.

9. #1369
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Estoniya Müdafiə Qüvvələrinin komandanı: "İşğal olunmuş torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir"

[b]Estoniya Müdafiə Qüvvələrinin komandanı: "İşğal olunmuş torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Estoniya Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Ants Laaneots mayın 29-da Bakıya iki günlük rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qonaq Fəxri Xiyabanda Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoyub.Sonra Müdafiə Nazirliyində əvvəlcə müdafiə nazirlərinin təkbətək, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub. S. Əbiyev iki ölkə arasında yaranan əməkdaşlıqdan razılıq ifadə edərək bildirib ki, Estoniyanın NATO üzvü kimi qazandığı təcrübə Azərbaycan üçün böyük maraq kəsb edir. Azərbaycanın "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlıq nəticəsində yiyələndiyi nailiyyətlərdən danışan S. Əbiyev İPAP səviyyəsində son illər xeyli irəliləyişin əldə edildiyini vurğulayıb. O, planın birinci mərhələsinin uğurla yerinə yetirildiyini, artıq ikinci mərhələyə start verildiyini bildirib. Regionda mövcud hərbi-siyasi vəziyyətə toxunan S. Əbiyev Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını, münaqişənin dinc şəkildə nizamlanmasına maneçilik törətdiyini, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmədiyini qeyd edib: "Təəssüf ki, ATƏT-in Minsk Qrupunun səyləri də bir nəticə vermir". Nazir qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsində heç bir güzəştə yol verməyəcək: "Ermənistan dinc yolla problemin həllini ləngitməkdə davam edərsə, Azərbaycan bu münasibətlə qətiyyən barışmayacaq və nəyin bahasına olursa-olsun, torpaqlarını işğaldan azad edəcək. Ermənistan bunu birdəfəlik anlamalıdır". Öz növbəsində Estoniya Müdafiə Qüvvələrinin komandanı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının Estoniya üçün prinsipial əhəmiyyət kəsb etdiyini, işğal olunmuş torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Görüşdə hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

10. #1370
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nazim İmanov: "GUAM-ı siyasətçilər yaradıb, amma iqtisadiyyat inkişaf etdirəcək"

[b]Nazim İmanov: "GUAM-ı siyasətçilər yaradıb, amma iqtisadiyyat inkişaf etdirəcək"[b]

Bakı. Laçın Sultanova - APA. "GUAM təşkilatını siyasətçilər yaradıb, amma bu qurumu iqtisadiyyat inkişaf etdirəcək". APA-nın məlumatına görə, bu fikirləri "Qafqaz və qloballaşma" jurnalının baş redaktoru, professor Nazim İmanov "GUAM-ın inkişaf strategiyası" adlı beynəlxalq konfransda çıxışında deyib. Onun sözlərinə görə, hazırda quruma üzv ölkələri ərazilərində olan münaqişələr birləşdirir: "Həmin münaqişələr həll olunandan sonra onları iqtisadi tamamlama siyasəti birləşdirəcək. Azərbaycan hazırda kapital qoyuluşuna qadir olan ölkədir. Ölkəmizin 8 milyard dollar valyuta ehtiyatı var, neft gəlirləri hesabına 15-20 ildən sonra bu göstərici 300 milyard dollara çatacaq". Nazim İmanov digər GUAM ölkələrinin də sərmayəyə ehtiyacları olduğunu deyib. İqtisadçı alim hesab edir ki, əgər GUAM ölkələri ümumi iqtisadi maraqlar tapsalar, qurumun böyük perspektivi olacaq.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.