[b]UEFA Kuboku turnirinin adı dəyişdiriləcək[b]
Berlin-APA. "Bavariya" klubunun prezidenti Karl-Xaynts Rummeniqe UEFA Kuboku yarışlarının adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. APA-nın məlumatına görə, hazırda "G-14"ə rəhbərlik edən Rummenige yarışın UEFA Avropa Liqası (UEFA Europa League) adlandırılmasını təklif edib: "Ümidvarıq ki, ad və brendin dəyişdirilməsi UEFA Kuboku yarışlarının 10-15 il əvvəlki şöhrətini qaytaracaq. İndi isə əksəriyyət UEFA Kubokunu ikinci sort turnir hesab edir". UEFA-dakı mənbələr ad dəyişikliyi ilə bağlı qərarın sentyabrda qəbul olunacağını bildirir. Turnirin adı ilə yanaşı formatının da dəyişdiriləcəyi gözlənilir. Yeni təklif olunan formata görə, UEFA Kuboku iştirakçıları hər birində 4 komanda olmaqla 12 qrupda mübarizə aparacaqlar.
4610 sonuçtan 2.361 ile 2.370 arası

07-08-2008, 02:51 PM #2361Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Tanınmış aktrisa Nikol Kidman ana olub
[b]Tanınmış aktrisa Nikol Kidman ana olub[b]
Bakı. Ülkər Qasımova-APA. Tanınmış aktrisa Nikol Kidman ana olub. APA-nın məlumatına görə, uşağın atası musiqiçi Keyt Urbandır. Nikol Kidmanın qızı ötən gün axşam saatlarında dünyaya gəlib. 2,9 kiloqram çəkisi olan qıza Sandey Rouz Kidman adı verilib. Qeyd edək ki, uzun müddət ana olmaq arzusunda olan aktrisa, bundan əvvəl keçmiş həyat yoldaşı aktyor Tom Kruzla birgə iki uşaq götürüb saxlayır.

07-08-2008, 03:01 PM #2362Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
UEFA Kuboku turnirinin adı dəyişdiriləcək

07-08-2008, 03:11 PM #2363Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması" mövzusunda dəyirmi masa keçirilib
[b]"Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması" mövzusunda dəyirmi masa keçirilib[b]
Bakı. Ramil Məmmədli - APA. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə "Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması" mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, JuHİ-nin sədri Müşfiq Ələsgərov ölkədə qiymət artımının jurnalistlərin həyat şəraitini çətinləşdirdiyini bildirib: "Keçirilən sorğu nəticəsində bəlli olub ki, Azərbaycanda jurnalistlərin orta əməkhaqqı 200 manat məbləğindədir. Jurnalistlərin səksən faizi isə yataqxanalarda və kirayə evlərdə yaşayır". İqtisadçı Vüqar Bayramov mətbuat orqanlarının reklam bazarından yetərincə bəhrələnə bilmədiyini söyləyib. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili problemin həllinin kənarda axtarılmasının düzgün olmadığını deyib. Onun fikrincə, mətbuat orqanlarının özləri əməkdaşlarının problemlərinin həllində aktivlik nümayiş etdirməlidir. "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, jurnalistlər problemlərini cəmiyyətin qarşılaşdığı problemlərdən fərqləndirməməlidirlər. Jurnalist Azər Həsrət media mənsublarının həmrəyliyinin vacibliyini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə məsələnin ictimailəşdirilməsinin zəruriliyini vurğulayıb: "Bu barədə mütəmadi danışmaq yox, konkret addım atmaq lazımdır. Məsələn, təklif edirəm ki, sabahkı qəzetlərin əsas yazısı bu tədbir olsun və burada səslənən fikirlər geniş şəkildə əksini tapsın". "Ədalət" qəzetinin redaktoru Ceyhun Musaoğlu isə deyib ki, kim nə qədər işləyir, o qədər də məvacib alır: "APA İnformasiya Agentliyinin əməkdaşları bütün gün ora-bura qaçıb, informasiya axtarırlar. Amma qəzet müxbirlərinin əksəriyyəti telefonla müsahibə götürür. Telefonla müsahibə götürən niyə çox maaş almalıdır?" Müzakirələrə yekun vuran Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin sosial problemlərinin həlli qurumu maraqlandıran məsələlərdən biridir: "Artıq Mətbuata Dövlət Dəstəyi Proqramının layihəsi hazırdır. Sənəddə mətbuat orqanlarının problemləri öz əksini tapıb. Reklam bazarının inkişaf etdirilməsi ilə bağlı məsələ araşdırılır. Mənzil problemi də müzakirə mövzusudur. Bu istiqamətdə bütün təklifləri dinləməyə hazırıq".

07-08-2008, 03:21 PM #2364Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Vasili İstratov: "Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığa hazırdır"
[b]Vasili İstratov: "Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığa hazırdır"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Rusiya Azərbaycanla bir çox sahələrdə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığa hazırdır". APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov söyləyib. Azərbaycanın NATO-ya inteqrasiyası cəhdlərini dəyərləndirən səfir bildirib ki, hər bir ölkə öz təhlükəsizliyini hansı yolla təmin etməyə qərar verməkdə sərbəstdir: "Moskvanın da hər hansı ölkənin istənilən hərbi-siyasi ittifaqa üzv daxil olmasının Rusiyanın təhlükəsizliyinə necə təsir göstərdiyini sərbəst müəyyənləşdirmək hüququ var".

07-08-2008, 05:11 PM #2365Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Sel suları Şəkidə avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib
[b]Sel suları Şəkidə avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib[b]
Şəki-Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsinə ötən gündən bəri yağan aramsız yağışlar bölgədə ciddi problemlər yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aramsız yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxıb və avtomobil yolları bərbad hala düşüb. Çaylarda suyun səviyyəsinin qalxması Şəki rayonunda Kiş çayı kənarında olan beton bəndləri yararsız hala salıb. Bundan başqa aramsız yağan yağışlar nəticəsində əmələ gələn sel suları Yevlax-Balakən avtomagistralının 43-cü kilometrliyində, Şəki rayonunun Şorsu kəndi ərazisində avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib. Sözügedən ərazidə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Artıq ərazidə yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparılır. Aramsız yağışlar həmçinin bölgədə kənd təsərrüfatına da ciddi ziyan vurub.

07-08-2008, 05:21 PM #2366Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Konstitusiya Məhkəməsinin 10 illik yubileyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
[b]Bakıda Konstitusiya Məhkəməsinin 10 illik yubileyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 14-15-də Azərbaycan Konstitusiya məhkəməsinin yaranmasının 10 illiyi qeyd olunacaq. Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, yubileylə bağlı Bakıda beynəlxalq tədbir keçiriləcək. İyulun 14-də başlanacaq tədbirdə bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Qeyd edək ki, Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. 1995-ci ilin 12 noyabrında Azərbaycanda yeni Konstitusiya qəbul ediləndən sonra ölkə prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 14 iyul 1998-ci ildə seçilən 7 nəfər hakimdən ibarət tərkibdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb.

07-08-2008, 05:31 PM #2367Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Leysan yağışları şimal bölgəsində təsərrüfatlara ziyan vurub, kənd yolları qapanıb
[b]Leysan yağışları şimal bölgəsində təsərrüfatlara ziyan vurub, kənd yolları qapanıb[b]
Xaçmaz. Solmaz Mehdiyeva - APA. Quba-Xaçmaz bölgəsinə qısa fasilələrlə güclü leysan yağışları yağıb. APA-nın şimal bürosunun məlumatına görə, Qusarçay və digər kiçik çaylarda suyun səviyyəsinin artması nəticəsində rayonun Əniq, Gündüzqala kəndlərini və ətraf kəndləri sel suları basıb. Yollar bağlandığı üçün kəndlərə gediş-gəliş kəsilib. Leysan şimal bölgəsində taxıl sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub. Güclü yağış biçilməmiş zəmiləri yatırıb, meyvələri yerə töküb. Rayon icra hakimiyyətləri və yerli bələdiyyə orqanları müvafiq tədbirlər görürlər.

07-08-2008, 05:41 PM #2368Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yanvar-iyun aylarında Naxçıvanda yol hərəkəti qaydalarının pozulmasına görə 7190 fakt qeydə alınıb
[b]Yanvar-iyun aylarında Naxçıvanda yol hərəkəti qaydalarının pozulmasına görə 7190 fakt qeydə alınıb[b]
Naxçıvan. C. Qurbanoğlu-APA Bu il Naxçıvan Muxtar Respublikası ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb. Naxçıvan MR Dövlət Yol Polisi İdarəsindən (DYPİ) APA-ya verilən məlumata görə, 2008-ci ilin yanvar-iyun aylarında muxtar respublika ərazisində baş verən yol qəzaları 11 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub. Cari ilin altı ayı ərzində regionda yol-hərəkəti qaydalarının pozulmasına dair 7190 fakt qeydə alınıb. Məsuliyyətə cəlb edilmələr ən çox - 2929 halda təhlükəsizdik kəmərindən istifadə edilməməsi ilə bağlı olub. Bundan əlavə 1128 sürücü sürət həddini aşdığına, 33 nəfər nişanın tələbini pozduğuna, 432 sürücü sükan arxasında telefonla danışdığına, 328 sürücü isə sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Qeyd edək ki, hazırda MR üzrə 20 min 549 avtomaşın qeydiyyatdadır. Yanvar-iyun aylarında qeydiyyatda olan maşınların 51,2 faizi texniki baxışdan keçirilib.

07-08-2008, 05:51 PM #2369Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dəmir Gədəbəylinin pirat yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb
[b]Dəmir Gədəbəylinin pirat yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb[b]
Bakı. Laura Cəbrayıllı - APA. Bakı şəhərində və əyalətlərdə aparılan monitorinqlər nəticəsində Dəmir Gədəbəylinin qanunsuz yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin monitorinq şöbəsinin məsləhətçisi Camal Musayev məlumat verib. O bildirib ki, monitorinqlər 500-dək mahnı mətninin müəllifi olan D. Gədəbəylinin şikayəti əsasında aparılıb: "Onun mahnılarından ibarət pirat musiqi albomlarının daha çox Salyan və Lənkəran rayonlarında satıldığı müəyyənləşdirildi. Qeyri-qanuni yolla yayılan nüsxələr satış məntəqələrindən yığışdırılıb və hazırda faktla bağlı araşdırmalar aparılır". C. Musayevin sözlərinə görə, monitorinqlər nəticəsində Ərşad Əzimzadənin 2002-ci ildə "Sabah" nəşriyyatında çap edilən "Möcüzəsiz möcüzə" kitabının saxta nüsxələri də satışdan yığışdırılıb.

07-08-2008, 11:21 PM #2370Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyədə tanınmış şəxsiyyətləri həbs edən prokurorun mühafizəsi gücləndirilib
[b]Türkiyədə tanınmış şəxsiyyətləri həbs edən prokurorun mühafizəsi gücləndirilib[b]
Ankara - APA. Türkiyədə "terror təşkilatı qurmaq" ittihamı ilə ordu generalları da daxil olmaqla, bəzi tanınmış şəxsiyyətləri həbs edən prokuror Zəkəriyyə Özün mühafizəsi gücləndirilib. APA-nın "Anadolu" agentliyinə istinadən yaydığı xəbərə görə, son günlər Z. Özün ünvanına gələn hədə-qorxuların sayı artıb. Bununla bağlı Ədliyyə Nazirliyinə məlumat verilib. Nazirliyin sərəncamı ilə Z. Öz üçün 2 zirehli avtomobil ayrılıb. Onun şəxsi mühafizəçilərinin də sayı artırılaraq 4-ə çatdırılıb. Prokurorun evinin və ailəsinin mühafizəsi üçünsə 15 nəfərlik xüsusi qrup yaradılıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri