Əsas məzmuna keç
Sayfa 37/461 İlkİlk ... 2735363738394787137 ... SonSon
4610 sonuçtan 361 ile 370 arası

Azərbaycan Xəbərləri

1. #361
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın millət vəkili Əhəd Əhmədov: "Məni yenə hədələyirlər"

[b]Azərbaycanın millət vəkili Əhəd Əhmədov: "Məni yenə hədələyirlər"[b]

Bakı. Elbrus Seyfullayev-APA. "Məni hələ də hədələyirlər. Mənə qarşı bu təxribatçı kampaniyanı Cavid Sadıxov və onun ətrafında olanlar aparır. Onların arasında müsavatçı da, cəbhəçi də var. Bu adamlardan Rəşid Süleymanov adlı birisi mənim şikayətim əsasında həbs edilib. İndi rayondayam, Bakıya qayıdan kimi yerdə qalanların da cəzalarını alması üçün qanun çərçivəsində tədbirlər görəcəyəm".

Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədov son aylar mətbuatda ailəsi və özü ilə bağlı yayılan məsələlərə aydınlıq gətirərkən deyib. Millət vəkilinin fikrincə, onu şantaj etməklə, özü və ailəsi barəsində rüsvayedici materiallar yazmaqla hədələyən bir qrup şəxslə bağlı şikayət etdikdən və həmin şəxslər həbs olunandan sonra bəzi media orqanlarında özünə qarşı məqsədli şəkildə baş vermiş olayla bağlı həqiqətləri əks etdirməyən məlumatlar yayılıb: "Bunları mənim şəxsi həyatıma müdaxilə kimi qiymətləndirirəm. Həm də onu qeyd edirəm ki, o yazılarda mənimlə bağlı reallığı əks etdirən bir kəlmə belə yoxdur, yazılanların bir faizi də həqiqətə uyğun deyil. Bütün yazılanlar yanlış və böhtandan ibarətdir. Ortada heç pul söhbəti olmayıb". Deputat özünə qarşı hədələyici telefon zənglərinin davam etdiyini də deyib: "Mənə zəng edir, yanıma adamlar göndərirlər. Həbs olunanlarla bağlı şikayətimi geri götürməyəcəyim təqdirdə, mənimlə bağlı şantaj xarakterli yazıları davam etdirəcəklərini bildirirlər". Millət vəkili məhkəməyə müraciət edəcəyini də bildirib: "Bir həftədir ki, yas mərasimində iştirak etmək üçün İmişlidəyəm. Bakıya qayıdan kimi bu şəxslər barəsində məhkəməyə müraciət edəcəyəm. Qoy, bu hərəkətlərinə görə cavab versinlər". Millət vəkili baş verənlərin seçiciləri arasında böyük narahatlıq yaratdığını da vurğulayıb: "Mənim qayınatam on il əvvəl dünyasını dəyişib. Amma qayınatamın məndən şikayət etdiyini yazırlar. Mən böyük bir rayonun deputatıyam. Seçicilərim mənə qarşı bu qədər şər-böhtana etiraz edirlər". Qeyd edək ki, özünü "Azərbaycan Cümhuriyyəti" qəzetinin baş redaktoru kimi təqdim edən qəzetin təsisçisi Nüsrət Rəhimov Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədovdan özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə 3 min dollar tələb edib. N. Rəhimov deputatdan 1500 dollar alarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra "Mühakimə" qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar), həmçinin millət vəkilinin qaynı oğlu Zahid Muradov, baldızı oğlu Zabil Pənahov və bacanağı Rza Pəhanov da həbs olunub. Qohumlarının həbsi ilə bağlı məlumatı APA-ya Ə. Əhmədovun qaynı Vahid Muradov verib.

2. #362
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Pənah Hüseyn: "2008-ci il seçkilərində ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam"

[b]Pənah Hüseyn: "2008-ci il seçkilərində ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam"[b]

Bakı. Elnur Məmmədli - APA. "Hazırda müxalifətdən İsa Qəmbərlə Sərdar Cəlaloğludan başqa prezident seçkilərində iştirak barədə qərar qəbul edən şəxs yoxdur. Belə anlaşılır ki, mənim müxalifətçi namizədlərin blokunun yaradılması barədə təklifim yalnız bu iki şəxslə bağlı ola bilər". APA-nın məlumatına görə, bunu millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca, namizədlərin sırası genişlənəcək və daha intensiv müzakirələr aparılacaq. Seçkiyə qatılacaq müxalifət namizədlərinin koordinasiyasını zəruri sayan P. Hüseyn hesab edir ki, bir sıra məsələlər aydınlaşmadığından, namizədlər arasında ciddi işbirliyi yaratmaq çətindir: "Daxili işlər nazirinin polisin seçkiyə hazır olması ilə bağlı çıxışından da görünür ki, seçki elə də asan keçməyəcək. Müxalifət bu istiqamətdə addımlarının nədən ibarət olacağını müəyyənləşdirməlidir. Namizədlər elə aksiyalar keçirməlidirlər ki, onların həqiqətən bu seçkidə ciddi şəkildə iştirak edəcəyinə inam yaransın. Mən 2008-ci il seçkilərində ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam".P. Hüseyn namizədlərin blokunun yaradılması mövzusunda bir neçə gün əvvəl S. Cəlaloğlu ilə müzakirə apardığını söyləyib: "Sərdar bəyə dedim ki, məni ciddi şəkildə və ciddi siyasi niyyətdə bu seçkilərdə iştirak etmək fikrində olduğuna inandırsa, o halda bu məsələlərə də münasibətimiz ciddi şəkildə dəyişə bilər. Amma hələlik ortada yekun fikir yoxdur".S. Cəlaloğlu isə namizədlərin blokunun yaradılmasını P. Hüseynlə müzakirə etmədiyini vurğulayıb: "Onun mənimlə nə üçün görüşdüyünü desəm, böyük biabırçılıq olar. Ona görə də demirəm".

3. #363
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MDB Hökumət Başçıları Şurasının iclasında 20 məsələ müzakirə olunacaq

[b]MDB Hökumət Başçıları Şurasının iclasında 20 məsələ müzakirə olunacaq[b]

Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının mayın 23-ə Minskdə keçiriləcək iclasında 20 məsələ müzakirə olunacaq. APA-nın BELTA agentliyinə istinadən yaydığı məlumata görə, iclasın gündəliyi Minskdə MDB-nin daimi nümayəndələrinin iclasında təsdiqlənib. İclasın gündəliyinin əsas bəndi Düşənbədə keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi vəziyyətinin müzakirəsidir. Görüşdə həmçinin Birliyin iqtisadi inkişafın strategiyasının hazırlanması, qida təhlükəsizliyi, nəqliyyat siyasəti ilə bağlı məsələlər, sərhədyanı əməkdaşlıq, əmək miqrantlarının hüquqi statusu, Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə hazırlıq, MDB-nin büdcəsinə üzvlük haqqının ödənilməsi, birgə filmlərin yaradılması və sair məsələlər müzakirə olunacaq. MDB Hökumət Başçıları Şurasının iclasından öncə, aprelin 4-də Moskvada MDB İqtisadi Şurasının iclası olacaq və bu məsələlərin bir hissəsinə orada baxılacaq.

4. #364
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Müsavat Partiyası seçki proqramının icrasına başlayıb

[b]Müsavat Partiyası seçki proqramının icrasına başlayıb[b]

Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası seçki hazırlığı ilə bağlı qəbul etdiyi proqramın icrasına başlayıb. APA-nın məlumatına görə, bunu partiyanın başqanı İsa Qəmbər deyib. O bildirib ki, proqrama uyğun olaraq hazırda seçki komissiyalarında müşahidəçi qismində, həmçinin prosesdə başqa şəkildə iştirak edəcək fəalların siyahıları dəqiqləşdirilir, seçici siyahıları, seçicilərin əhval-ruhiyyəsi ilə bağlı araşdırmalar aparılır. Növbəti mərhələlərdə digər tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyən İ. Qəmbər hər mərhələnin öz vəzifəsi olduğunu vurğulayıb. Seçicilərin seçkilərdə iştirak etmək, yoxsa boykota meylli olması ilə bağlı sualı cavablandıran Müsavat lideri bildirib ki, cəmiyyət hakimiyyətin dəyişməsində maraqlıdır: "Bizim araşdırmalarımız onu göstərir ki, hakimiyyətin dəyişməsini istəyən cəmiyyət bunun seçki vasitəsilə həyata keçirilməsini arzulayır. Boykot vasitəsilə ölkənin demokratikləşməsinə təsir göstərmək olar, amma bu taktika ilə hakimiyyəti dəyişmək mümkün deyil. Hakimiyyət yalnız seçki yolu ilə dəyişir". Müsavatın əvvəlki seçkilərdən fərqli olaraq narazı elektoratla işləmək taktikasına üstünlük verdiyini bildirən partiya başqanı müəyyən mərhələdə bunun müsbət nəticəsinin ortaya çıxacağını qeyd edib.

5. #365
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ səfiri Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib

[b]ABŞ səfiri Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib[b]

Bakı. Tamara Qriqoryeva - APA. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını media və vətəndaş cəmiyyətinin nümayəndələrinə təqdim edib.

APA-nın məlumatına görə, səfir bildirib ki, Azərbaycan artıq strateji seçimini edib: "Azərbaycanın strateji seçimi - azadlıq, demokratiya və Avroatlantik məkana inteqrasiyadır. Ümidvaram ki, bu hesabat dostcasına deyilmiş konstruktiv tənqid kimi qəbul olunacaq". 2007-ci ilin yekunlarını dəyərləndirən səfir ötən il Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində nəzərəçarpacaq irəliləyişlərin olmadığını deyib: "Ən çox narahatedici məqam söz azadlığı sahəsindədir. Bəzi jurnalistlərin hələ də həbsxanada olması çox pis haldır. 2008-ci il - Azərbaycanda prezident seçkiləri ilidir, buna görə də ölkədə sərbəst toplaşmaq azadlığına riayət olunması çox vacibdir. Demokratik ölkədə yaşayan insanlar sərbəst şəkildə bir yerə toplaşmaq hüququna malik olmalıdır". Səfir ötən il insan hüquq və azadlıqlarının qorunması istiqamətində pozitiv məqamlar kimi bir sıra jurnalistlərin həbsdən azadlığa buraxılmasını, məcburi köçkünlərin evlə təmin edilməsini, ANS telekanalına lisenziya verilməsini qeyd edib.

6. #366
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını, qaynını və baldızını güllələyib

[b]Azərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını, qaynını və baldızını güllələyib[b]

Bakı. Elnur Məmmədli-APA. Bu gün günorta saatlarında Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Cəfərov rayon mərkəzindəki evində tabel silahı ilə həyat yoldaşı Həbibova Könül Akif qızını, qaynı Həbibov Qalib Akif oğlunu və baldızı Həbibova Afaq Akif qızını güllələyib.

Afaq Həbibova hadisə yerində dünyasını dəyişib, Könül Həbibova isə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qalib Həbibov isə dərhal paytaxta gətirilib. Prokurorluqdan bildirilib ki, R. Cəfərov hadisəni törətdikdən sonra polisə təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rayon sakinlərinin APA-ya verdiyi məlumata görə isə, həyat yoldaşı R. Cəfərovdan ayrılmaq fikrində olub, uşaqlarını da götürüb evi tərk etmək istəyirmiş. R. Cəfərov Qarabağ müharibəsində iştirak edib və kontuziya alıb.

7. #367
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sabah ABŞ səfiri Əli Bayramlıya səfər edəcək

[b]Sabah ABŞ səfiri Əli Bayramlıya səfər edəcək[b]

Bakı. Tamara Qriqoryeva-APA. ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi sabah Əli Bayramlıya səfər edəcək. Bu barədə APA-ya səfirliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib. Onun sözlərinə görə, səfirin bölgəyə səfəri tanışlıq xarakteri daşıyır. Ann Dersi səfər çərçivəsində USAİD-in Əli Bayramlıda həyata keçirdiyi layihələrin icra vəziyyəti ilə maraqlanacaq, yerli hakimiyyət orqanları, bir sıra mülki cəmiyyət institutlarının təmsilçiləri ilə görüş keçirəcək.

8. #368
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Eurovision-2008" mahnı müsabiqəsində iştirak edəcək iştirakçılardan 39-nun adı açıqlanıb

[b]"Eurovision-2008" mahnı müsabiqəsində iştirak edəcək iştirakçılardan 39-nun adı açıqlanıb[b]

Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Serbiyanın paytaxtı Belqradda keçiriləcək "Eurovision-2008" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkədən 39-u artıq təmsilçisinin və onun ifa edəcəyi mahnının adını açıqlayıb.

Müsabiqənin iki yarım finalı - mayın 20-si və 22-də və final mərhələsi isə mayın 24-də keçiriləcək. APA həmin ölkələrin təmsilçilərinin və ifa edəcəkləri mahnıların siyahısını təqdim edir.I yarım final - 20 mayÖlkə Təmsilçinin adı İfa edəcəyi mahnı Azərbaycan Elnur Hüseynov və Samir Cavadzadə

9. #369
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ramil Usubov: "Daxili Qoşunlar Azərbaycanda sabitliyin pozulmasına qarşı yönəlmiş cəhdlərin qarşısını dəfələrlə alıb"

[b]Ramil Usubov: "Daxili Qoşunlar Azərbaycanda sabitliyin pozulmasına qarşı yönəlmiş cəhdlərin qarşısını dəfələrlə alıb"[b]

Bakı. Rəşad Süleymanov-APA. «Daxili Qoşunlar son 4-5 ildə Azərbaycanda sabitliyin pozulmasına qarşı yönəlmiş cəhdlərin qarşısını dəfələrlə alıb». APA-nın məlumatına görə, bunu Daxili Qoşunların peşə bayramı münasibəti ilə keçirilən tədbirdə daxili işlər naziri Ramil Usubov bildirib. Nazir Daxili Qoşunların ölkədə sabitliyin qorunmasında bundan sonra da iştirak edəcəyini söyləyib: «Daxili Qoşunlar ölkədə sabitliyin, ictimai asayişin qorunmasında iştirak edəcək. Bunun üçün qoşunlar bütün imkanlara malikdir».

10. #370
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib, sabah daha bir görüşün keçirilməsi razılaşdırılıb

[b]Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib, sabah daha bir görüşün keçirilməsi razılaşdırılıb[b]

Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasienin APA-ya verdiyi məlumata görə, Anjey Kaspşik ATƏT sədri İlkka Kanervanın regiona səfərinin yekunları, Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların nəticələri barədə həmsədrləri məlumatlandırıb. Görüşdə həmçinin qoşunların təmas xəttində atəşkəs rejiminin uzun müddətə pozulması faktı ətrafında da müzakirələr aparılıb. Bernar Fasienin sözlərinə görə, sabah Vyanada Anjey Kaspşikin iştirakı ilə həmsədrlərin daha bir görüşü planlaşdırılır.Qeyd edək ki, görüşdə Bernar Fasie, Yuri Merzlyakov və Metyu Brayzanın ofisinin nümayəndəsi Mark Karpenter iştirak edib. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza APA-ya verdiyi açıqlamada görüşdə iştirak edə bilmədiyini, bu səbəbdən görüşə öz ofisinin nümayəndəsi Mayk Karpenteri göndərdiyini bildirib. O, həmsədrlərin regiona növbəti səfərinin vaxtının hələlik dəqiqləşmədiyini də deyib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.