Əsas məzmuna keç
Sayfa 147/461 İlkİlk ... 4797137145146147148149157197247 ... SonSon
4610 sonuçtan 1.461 ile 1.470 arası

Azərbaycan Xəbərləri

1. #1461
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Novruz Məmmədov: "Bundan sonra Ermənistanın danışıqlar prosesində hansı addımlar atacağını bilmirik"

[b]Novruz Məmmədov: "Bundan sonra Ermənistanın danışıqlar prosesində hansı addımlar atacağını bilmirik"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək görüşü ilə bağlı indidən dəqiq fikir söyləmək mümkün deyil".

APA-nın məlumatına görə, bu barədə Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Şöbə müdiri bəzi problemlərin olduğunu söyləyib: "Əvvəla, biz Ermənistanın yeni prezidentinin mövqeyi ilə tam tanış deyilik. Digər tərəfdən, Ermənistanda keçirilən prezident seçkisindən sonra gərginlik yarandı, kütləvi aksiyalar təşkil edildi, fövqəladə hal elan olundu, mətbuatın fəaliyyəti məhdudlaşdırıldı. Bunlardan sonra belə fikir yaranıb ki, Ermənistan əhalisi yeni prezidentə nə qədər etimad göstərir? Biz bundan sonra Ermənistanın danışıqlar prosesində hansı addımlar atacağını bilmirik".

2. #1462
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezident Peter Semnebini qəbul edib

[b]Azərbaycan prezident Peter Semnebini qəbul edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

3. #1463
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fatma Abdullazadə "Şöhrət" ordeni ilə təltif olunub

[b]Fatma Abdullazadə "Şöhrət" ordeni ilə təltif olunub[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Fatma Abdullazadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, F. Abdullazadə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, F. Abdullazadə Prezidentin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.

4. #1464
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir qrup əməkdaşına fəxri adlar verilib

[b]Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir qrup əməkdaşına fəxri adlar verilib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bir qrup əməkdaşına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, teatrın yaranmasının 85 illiyi münasibəti ilə İranə Tağızadəyə Azərbaycanın "Əməkdar incəsənət xadimi", Firdovsi Atakişiyev, Fuad Osmanov və Sibirova Zinayida İvanovnaya isə "Əməkdar artist" fəxri adı verilib.

5. #1465
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Əli Bayramlı məhkəmələrinin və Xanlar Rayon Məhkəməsinin adının dəyişdirilməsi haqqında fərman imzalayıb

[b]Azərbaycan prezidenti Əli Bayramlı məhkəmələrinin və Xanlar Rayon Məhkəməsinin adının dəyişdirilməsi haqqında fərman imzalayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Əli Bayramlı Apellyasiya Məhkəməsinin, Əli Bayramlı yerli İqtisad Məhkəməsinin, Əli Bayramlı Şəhər Məhkəməsinin və Xanlar Rayon Məhkəməsinin adının dəyişdirilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, "Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında" qanunun və "Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında" qanununun qüvvəyə minməsi ilə əlaqədar Əli Bayramlı Apellyasiya Məhkəməsi, Əli Bayramlı yerli İqtisad Məhkəməsi, Əli Bayramlı Şəhər Məhkəməsi və Xanlar Rayon Məhkəməsi müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsi, Şirvan yerli İqtisad Məhkəməsi, Şirvan Şəhər Məhkəməsi və Göygöl Rayon Məhkəməsi adlandırılıb.

6. #1466
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qırğızıstanın Rusiyadakı səfiri Azərbaycan, Gürcüstan və Ermənistanda da ölkəsini təmsil edəcək

[b]Qırğızıstanın Rusiyadakı səfiri Azərbaycan, Gürcüstan və Ermənistanda da ölkəsini təmsil edəcək[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Qırğızıstanın Rusiyadakı səfiri eyni zamanda bu ölkənin Azərbaycan, Gürcustan və Ermənistanda səfiri təyin olunub. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Qırğızıstanın Rusiyadakı səfiri Raimkul Atakurov prezident Kurmanbek Bakıyevin fərmanı ilə Azərbaycan, Gürcüstan və Ermənistanda fövqəladə və səlahiyyətli səfir təyin edilib. Səfirin iqamətgahı Moskvada yerləşir. R. Atakurov 1960-cı yanvarın 2-də Oş vilayətində anadan olub. Evlidir, iki qızı var.

7. #1467
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada ruslarla ermənilər arasında kütləvi dava olub

[b]Moskvada ruslarla ermənilər arasında kütləvi dava olub[b]

Bakı. Laçın Sultanova - APA. Bu gecə Moskvada 919 saylı orta məktəbin futbol meydançasında rus və erməni gəncləri arasında kütləvi dava baş verib.

APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, 25-30 nəfərin iştirakı ilə baş vermiş davanın səbəbləri hələlik məlum deyil. Dava zamanı hər iki tərəf beysbol ağacından və travmatik silahdan istifadə edib. İnsident nəticəsində 5 nəfər zərər çəkib, onlardan biri xəstəxanaya yerləşdirilib. Milis dava baş vermiş yerdə 4 beysbol ağacı, bıçaq, travmatik silahdan atılmış 2 giliz və 9 millimetr kalibrli patron götürüblər.

8. #1468
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Eynulla Fətullayevin kasasiya şikayəti təmin olunmayıb

[b]Eynulla Fətullayevin kasasiya şikayəti təmin olunmayıb[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Ali Məhkəmədə jurnalist Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakim Müzəffər Ağazadənin sədrliyi ilə keçirilən iclasda şikayət təmin olunmayıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, E. Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Jurnalist Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə), 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə təqsirləndirilib.

9. #1469
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvanın Basman bazarında baş vermiş faciə ilə bağlı açılmış cinayət işinə xitam verilib

[b]Moskvanın Basman bazarında baş vermiş faciə ilə bağlı açılmış cinayət işinə xitam verilib[b]

Bakı. Laçın Sultanova - APA. 2006-cı il fevralın 23-də Moskvanın Basman bazarında 66 insanın ölümü ilə nəticələnmiş faciə ilə bağlı istintaq işinə xitam verilib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, "ehtiyatsızlıq ucbatından iki və daha çox insanın ölümünə səbəb olma" maddəsi ilə açılmış cinayət işi "günahkarların müəyyən edilməməsi" üzündən dayandırılıb. Bazarın direktoru Mark Mişiyevin və iş üzrə adı keçən digər şəxslərin günahını sübuta yetirmək mümkün olmayıb. Ekspertlərin rəyinə əsasən bazarın binasını layihələndirən, inşa və istismar edənlərin demək olar ki, hamısı hadisədə günahkardır, lakin məhz hansı səbəbdən tavanın uyduğunu müəyyən etmək mümkün deyil.Qeyd edək ki, Basman bazarının tavanının uçması nəticəsində ölənlərin 47 nəfəri azərbaycanlı olub.

10. #1470
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Ordusunun əsgəri vəfat edib

[b]Azərbaycan Ordusunun əsgəri vəfat edib[b]

Quba. Solmaz Mehdiyeva - APA. Azərbaycan Müdafiə Nazirliyinin Naftalanda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Xəlilov Şahid İsa oğlu vəfat edib.

Mərhum 2007-ci ildə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna verilən məlumata görə, əsgərin meyiti bu gün anadan olduğu Qubanın II Nügədi kəndinə aparılaraq torpağa tapşırılıb. Onun hərbi xidmətinin başa çatmasına bir ay qalıbmış. İlkin ehtimallara görə, əsgər güllə yarasından ölüb. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, faktla bağlı daha sonra ətraflı məlumat veriləcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.