[b]Bolqarıstan səfiri İvan Palçev Azərbaycan haqqında kitab yazır[b]
Bakı. Turan Hüseynova-APA. Bolqarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İvan Palçevin səlahiyyət müddətinin başa çatmasına üç ay qalıb.
Missiyası iyunun 30-da başa çatacaq səfiri bu postda əvəzləyəcək şəxsin adı hələlik məlum deyil. Bolqarıstan səfiri APA-ya açıqlamasında bildirib ki, bolqar xalqının Azərbaycan haqqında daha çox məlumat alması məqsədilə Bakıda işlədiyi dövrdəki təəssüratlarını qələmə almaqdadır. Səfirin ölkəmiz haqqında yazdığı kitab bolqar və Azərbaycan dillərində nəşr olunacaq. Kitabı bolqar dilindən Siyavuş Məmmədzadə tərcümə edəcək. Əsərin bolqar dili variantının təqdimat mərasiminin sentyabrda Bolqarıstanda keçirilməsi nəzərdə tutulur. Azərbaycan türkcəsinə çevrilmiş kitabın ölkəmizdə təqdimatı isə prezident seçkilərindən sonra baş tutacaq. Səfir İvan Palçev bu mərasimdə iştirak etmək üçün Bakıya gələcək.
4610 sonuçtan 861 ile 870 arası

04-02-2008, 12:26 PM #861Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Şəmsəddin Hacıyev: "Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin bəzi müddəaları ilə bağlı 500-dən artıq teleqram və müraciət almışıq"
[b]Şəmsəddin Hacıyev: "Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin bəzi müddəaları ilə bağlı 500-dən artıq teleqram və müraciət almışıq"[b]
Bakı. Elbrus Seyfullayev - APA. ""Təhsil haqqında" qanun layihəsinin müzakirəsinin parlamentin payız sessiyasına saxlanılmasına heç bir əsas yoxdur. Sənəd müzakirəyə tam hazırdır". Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələlər daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. O, sənədin yaxın günlərdə komissiyada müzakirəyə çıxarılacağını deyib. Komissiya sədri qanun layihəsinin ən gec yaz sessiyasının sonuna kimi müzakirəyə təqdim ediləcəyini bildirib. Ş. Hacıyev, həmçinin qanun layihəsinin bir neçə müddəası ilə bağlı 500-dən artıq teleqram və müraciət aldıqlarını deyib: "Bunlar, əsasən təhsilin pillələri, idarə olunması, maliyyələşməsi, təhsil işçilərinin sosial müdafiəsi və hicabla bağlı məqamlara aiddir. Biz bütün müraciətləri qanun layihəsinin üzərində işləyərkən nəzərə almışıq".

04-02-2008, 12:36 PM #862Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bolqarıstan səfiri İvan Palçev Azərbaycan haqqında kitab yazır

04-02-2008, 01:01 PM #863Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Buxarestə gedib
[b]Azərbaycan prezidenti İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Buxarestə gedib[b]
Buxarest. Fəxri Kərimli - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün NATO-nun zirvə toplantısında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarestə gedib.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövlət başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. APA-nın zirvə toplantısını izləmək üçün akkreditə olunmuş müxbirinin məlumatına görə, sammitin işi aprelin 1-də yerli vaxtla saat 18.30-da işçi qrupları səviyyəsində başlayıb. Giriş sözü ilə ABŞ-ın Marşal Fondunun prezidenti Kreq Kennedi çıxış edib. Daha sonra Rumıniya prezidenti Trayan Basesku nitq söyləyib. Şam yeməyindən sonra davam edən axşam sessiyasında mətbuatın iştirakı olmadan "Kosovodan sonra Balkanlar: daha sonra nə olacaq?" mövzusunda müzakirələr aparılıb. Müzakirələrə Slovakiyanın xarici işlər naziri, AŞ Nazirlər Komitəsinin sədri Yan Kubiş, Yunanıstan XİN-in nümayəndəsi Aleksandros Rondos, Kosovo parlamentinin üzvü Veton Surroi, Serbiyanın keçmiş xarici işlər naziri Qoran Svilanoviç qatılıblar. Paralel aparılan "Silahlar və qaz: NATO-nun Şərqi Avropada rolu" mövzusunda müzakirələrdə ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya işləri üzrə köməkçisi Metyu Brayza ilə Rumıniyanın xarici işlər naziri Adrian Çoroyanu, Gürcüstan prezidenti Mixail Saakaşvili və Avrasiya Tədqiqatlar Mərkəzinin direktoru Laurent Ruseçkas çıxış ediblər.

04-02-2008, 01:06 PM #864Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ Nümayəndələr Palatası Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul edib
[b]ABŞ Nümayəndələr Palatası Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul edib[b]
Vaşinqton - APA. ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı Aleksandr Litvinenkonun öldürülməsi ilə bağlı qətnamə qəbul olunub. APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, qətnamə müəllifləri qətlin arxasında Rusiya hakimiyyətinin dayandığını güman edirlər. Sənəddə dövlət katibi Kondoliza Rays və prezident Corc Buşdan cinayətin təhqiqatının aparılması işinə dəstək vermələri xahiş olunur. Respublikaçı konqresmen Hovard Berman bildirib ki, Litvinenkonun ölümü Rusiya hökumətinin öz əleyhdarlarına qarşı hansı yolla mübarizə apardığına dair narahatlıq dolu suallar doğurur.

04-02-2008, 01:36 PM #865Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prokuror Rövşən Novruzoğlunun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
[b]Prokuror Rövşən Novruzoğlunun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib[b]
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ələkbər Quliyevin sədrliyi ilə "Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi"nin direktoru Rövşən Novruzoğlunun (Vəliyev) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi aprelin 9-da davam etdiriləcək. Qeyd edək ki, R. Novruzoğlu Bakı şəhər sakini Fikrət Hüseynovdan torpaq satmaq üçün 115 min dollar alıb. R. Vəliyevə qarşı Cinayət Məcəlləsinin 178. 3. 2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320. 1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.

04-02-2008, 01:41 PM #866Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rassel Constonun səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan və Ermənistan millət vəkilləri arasında nəzərdə tutulan görüş təxirə salın
[b]Rassel Constonun səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan və Ermənistan millət vəkilləri arasında nəzərdə tutulan görüş təxirə salınıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ Alt Komitəsinin rəhbəri lord Rassel Conston səhhətində yaranan problemlərlə əlaqədar Ermənistana səfərini təxirə salıb.
Səhhətində ciddi problemlər yaranan lord Rassel Conston hazırda xəstəxana şəraitində müalicə olunur. AŞ PA Siyasi Komitəsindən APA-ya verilən məlumata görə, britaniyalı parlamentar Ermənistana səfəri zamanı Azərbaycan və Ermənistan millət vəkillərinin görüşünün təşkili ilə əlaqədar danışıqlar aparmalı idi. Rassel Constonun Ermənistana səfəri təxirə salındığına görə AŞ PA-nın aprel sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulan bu görüş də təxirə düşüb. Siyasi Komitədən bildiriblər ki, Rassel Constonun Ermənistana səfəri aprel sessiyasından sonra, xəstəxanadan çıxdıqdan sonra gerçəkləşəcək. Azərbaycan və Ermənistan millət vəkillərinin görüşünün isə AŞ PA-nın yay sessiyası çərçivəsində baş tutacağı gözlənilir.

04-02-2008, 01:46 PM #867Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin cənub-şərqində aparılan əməliyyatlar zamanı məhv edilən PKK terrorçularının sayı 16-ya çatıb
[b]Türkiyənin cənub-şərqində aparılan əməliyyatlar zamanı məhv edilən PKK terrorçularının sayı 16-ya çatıb[b]
Ankara - APA. Türkiyənin cənub-şərqində - Şırnak, Siirt və Hakkari bölgələrinin əhatəsində yerləşən Bestlər Dərələr adlanan dağlıq ərazidə 40 nəfərlik terrorçu qrupa qarşı aparılan əməliyyatlarda 16 PKK-çı məhv edilib.
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatın ilk günündə 2, ikinci və üçüncü günlərində isə müvafiq olaraq 7 (ümumilikdə 14) terrorçunun məhv edildiyini açıqlayıb. Döyüşlərdə biri kapitan olan 3 türk hərbçisi şəhid olub.

04-02-2008, 01:51 PM #868Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Velikiye Lukidə azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib, xəsarət alan var
[b]Velikiye Lukidə azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib, xəsarət alan var[b]
Velikiye Luki - APA. Velikiye Luki şəhərinin Smolensk bazarında azərbaycanlılarla ermənilər arasında dava düşüb. APA-nın məlumatına görə, şəhər daxili işlər idarəsinin rəisi Nikolay Şmotkin insidentin ciddi bir səbəbdən qaynaqlanmadığını deyib.
İki nəfərin bir-birinə sataşması ilə başlayan konflikt qısa müddətdə etnik qruplar arasında kütləvi davaya çevrilib. İnsident zamanı odlu silahdan istifadə olunub, nəticədə "Osa" markalı tapançadan açılan atəş nəticəsində bir nəfər yaralanıb. İnsidentin səbəbkarları həbs olunub, onlar haqqında xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Hər iki diasporun rəhbərləri profilaktik iş aparılması məqsədilə şəhər daxili işlər şöbəsinə dəvət olunub, onlarla insidentin təkrarlanmaması ilə danışıqlar aparılıb.

04-02-2008, 01:56 PM #869Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda axtarışda olan şəxs Dağıstanda tutulub
[b]Azərbaycanda axtarışda olan şəxs Dağıstanda tutulub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Orxan Dadaşov Rusiya Federasiyasının Dağıstan Respublikasında tutulub. Bu barədə APA-ya Azərbaycan DİN mətbuat xidmətindən bildirilib. O. Dadaşovun Azərbaycan ekstradisiya olunması üçün tədbirlər görülür.

04-02-2008, 03:14 PM #870Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BMT-nin baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib
[b]BMT-nin baş katibi Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib[b]
Bakı. İlhamə İsabalayeva-APA-ECONOMICS. BMT-nin baş katibi Pan Gi Mun 4 aprel- Beynəlxalq Mina Təhlükəsizliyi Barədə Maarifləndirmə Və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, ən azı 68 ölkədə minaların mövcudluğu milyonlarla qadın, kişi, oğlan və qızın ölümünə, əlsiz, ayaqsız qalmaq və ya digər yaşayış vasitələrindən məhrum olmaq qorxusu altında yaşamasına səbəb olur: "2007-ci ildə mina və digər partlayıcı qurğulardan 6000 şəxsin zərər çəkməsinə baxmayaraq, bu rəqəm əvvəlki illərdə olan göstəricilərdən çox az fərqlənir. Hər il dünyada mina təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir və 7 milyondan çox insana minalanmış ərazilərdə təhlükədən necə müdafiə olmağı öyrədilir: "Bu səylər qurbanların sayının azaldılmasına yardım edib. Lakin biz yalnız belə halların tamamilə baş vermədiyi halda sakitləşə bilərik. Hazırda vətəndaşlara dözülməz ziyan vuran kaset hərbi sursatların ləğv olunması üzrə həyata keçirilən təşəbbüslərin sayəsində yeni beynəlxalq sənədlər meydana çıxır. Mən bu silahların humanitar nəticələrinə son qoyulması üçün istənilən yeni cəhdləri müsbət qarşılayıram. Yalnız bu sənədlərin geniş ratifikasiyası və onların tam həyata keçirilməsi vasitəsi ilə beynəlxalq icma yeni bədbəxt hadisə və insan ölümlərinin qarşısını ala, ziyan çəkmiş şəxslər və onların ailələrinin hüquqlarının tam həyata keçirilməsinə nail ola bilər".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Missiyası iyunun 30-da başa çatacaq səfiri bu postda əvəzləyəcək şəxsin adı hələlik məlum deyil. Bolqarıstan səfiri APA-ya açıqlamasında bildirib ki, bolqar xalqının Azərbaycan haqqında daha çox məlumat alması məqsədilə Bakıda işlədiyi dövrdəki təəssüratlarını qələmə almaqdadır. Səfirin ölkəmiz haqqında yazdığı kitab bolqar və Azərbaycan dillərində nəşr olunacaq. Kitabı bolqar dilindən Siyavuş Məmmədzadə tərcümə edəcək. Əsərin bolqar dili variantının təqdimat mərasiminin sentyabrda Bolqarıstanda keçirilməsi nəzərdə tutulur. Azərbaycan türkcəsinə çevrilmiş kitabın ölkəmizdə təqdimatı isə prezident seçkilərindən sonra baş tutacaq. Səfir İvan Palçev bu mərasimdə iştirak etmək üçün Bakıya gələcək.

Yer imleri