[b]Ukraynanın Azərbaycandakı yeni səfiri mətbuat konfransı keçirib[b]
Bakı. Laçın Sultanova - APA. Ukraynanın Azərbaycandakı yeni səfiri Boris Klimçuk bu gün Bakıda ilk mətbuat konfransını keçirib. APA-nın məlumatına görə, diplomat öz bioqrafiyası barədə məlumat verərək Azərbaycana səfir təyin olunmasının onu çox məmnun etdiyini bildirib.
İki ölkə arasında əməkdaşlığın böyük imkanlarından danışan səfir iqtisadi əlaqələrin hazırkı səviyyəsinin real potensiala uyğun gəlmədiyini deyib. O bildirib ki, yalnız neft-qaz sahəsində yox, kənd təsərrüfatından tutmuş kosmos sahəsinə kimi ikitərəfli əməkdaşlıq mümkündür. "Odessa-Brodı" və "Bəyaz axın" layihələrinin yaxşı perspektivi olduğunu söyləyən B. Klimçuk "Odessa-Brodı" boru kəmərinə Azərbaycan neftinin doldurulmasından öncə təxminən 50-100 min ton Azərbaycan neftinin Ukraynanın zavodlarında emal olunacağını açıqlayıb. Diplomat bu il Bakıda ilk dəfə nəşr olunmuş "Ukrayna-Azərbaycan tədris lüğəti"nin yenidən nəşrinə ehtiyac yarandığını vurğulayıb. O, noyabrda Bakıda keçiriləcək 4-cü enerji sammitinə qədər bu lüğətin təkrar çapına və Azərbaycan-Ukrayna lüğətinin nəşrinə nail olacağını deyib. B. Klimçuk səfirlik binasının tikintisi üçün Bakının Fəhlə prospektində 0,85 hektar ərazi ayrıldığını, Azərbaycan memarları tərəfindən Ukrayna arxitekturası da nəzərə alınmaqla layihə hazırlandığını bildirib.
4610 sonuçtan 1.351 ile 1.360 arası

05-29-2008, 02:11 PM #1351Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ukraynanın Azərbaycandakı səfiri: "GUAM-ın böyük perspektivləri var"
[b]Ukraynanın Azərbaycandakı səfiri: "GUAM-ın böyük perspektivləri var"[b]
Bakı. Laçın Sultanova - APA. "GUAM-ın böyük perspektivləri var". APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk GUAM-ın fəaliyyətini dayandıracağına dair fikirlərə münasibət bildirərkən deyib. O xatırladıb ki, GUAM heç kimə qarşı deyil, yalnız təşkilata daxil olan 4 ölkənin maraqlarını və hamı ilə əməkdaşlığı nəzərdə tutan qurumdur. Səfir GUAM üzvlərinin maraqlarının üst-üstə düşdüyünü deyib, Azərbaycanın quruma sədrliyini yüksək qiymətləndirib.Qeyd edək ki, Azərbaycanın GUAM-da sədrliyi yekunlaşmaq üzrədir. Sədrlik iyulda Gürcüstana keçəcək.

05-29-2008, 02:21 PM #1352Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ukraynanın Azərbaycandakı yeni səfiri mətbuat konfransı keçirib

05-29-2008, 02:31 PM #1353Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında "GUAM-ın inkişaf strategiyası" adlı konfrans keçirilir
[b]Azərbaycan paytaxtında "GUAM-ın inkişaf strategiyası" adlı konfrans keçirilir[b]
Bakı. Tamara Qriqoryeva-APA. "GUAM-a üzv ölkələr öz fəaliyyətlərini regional əməkdaşlıq və inkişaf prinsipi üzərində qururlar". APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" adlı konfransda çıxış edən qurumun baş katibi Valeri Çeçelaşvili söyləyib.
Onun sözlərinə görə, GUAM ölkələrinin xarici siyasət və Avroatlantika regionuna inteqrasiyaya dair prioritetləri eynidir: "GUAM-ın əsas hədəfləri Xəzər və Qara dəniz regionlarında stabilləşmə və reinteqrasiya məqsədilə iştirakçı dövlətlərin potensialını birləşdirməkdir". GUAM-ın büdcəsinin 1,5 milyard dollardan 3 milyard dollara kimi artdığını deyən baş katib bu il GUAM üzvü ölkələr arasında ticarət dövriyyəsinin həcminin 4 milyard dollara çatacağını bildirib. O, əsas hədəflərdən birinin GUAM ölkələri arasında ticarət dövriyyəsinin həcminin 10 milyard dollara çatdırılması olduğunu bildirib və bu hədəfə yaxın 10 il ərzində çatacaqlarını vurğulayıb. Konfransda çıxış edən Gürcüstan Xarici İşlər Nazirliyinin siyasi departamentinin direktoru David Dondua bildirib ki, GUAM ölkələri öz enerji təhlükəsizliklərini bərpa etməlidir: "GUAM dövlətləri həmçinin Asiyadan Avropaya malların daşınmasında mühüm tranzit rolunu oynaya bilər". Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bildirib ki, Azərbaycanın GUAM-a sədrlik etdiyi dövrdə qurum siyasi və iqtisadi planda böyük uğurlar əldə edib. Konfransda çıxış edən Moldovanın Azərbaycandakı səfiri İon Robu GUAM çərçivəsində gənclik festivallarının keçirilməsini vacib sayıb.

05-29-2008, 02:41 PM #1354Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Litva prezidenti xəstəxanaya yerləşdirilib
[b]Litva prezidenti xəstəxanaya yerləşdirilib[b]
Vilnüs - APA. Litva prezidenti Valdas Adamkus Vilnüs Universitetinin kliniki xəstəxanasına yerləşdirilib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, aritmiyadan şikayətlənən prezident şəxsi həkiminin israrından sonra xəstəxanaya aparılıb. Həkimlər müayinə nəticəsində aritmiyanın səbəblərini müəyyənləşdirdikdən sonra V. Adamkusun evə buraxılacağı gözlənilir. 81 yaşlı dövlət başçısının mayın 29-na nəzərdə tutulan görüşləri təxirə salınıb.

05-29-2008, 02:51 PM #1355Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu il Azərbaycanda orta məktəbi 121 244 nəfər bitirəcək
[b]Bu il Azərbaycanda orta məktəbi 121 244 nəfər bitirəcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu il Azərbaycanın dövlət və qeyri-dövlət orta gündüz ümumtəhsil məktəblərinin IX sinfini 156 101, XI sinfini isə 121 244 nəfər bitirir.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 155 252 nəfəri dövlət orta məktəblərinin IX, 120 656 nəfəri XI sinif, 849 nəfəri qeyri-dövlət orta məktəblərinin IX, 588 nəfəri isə XI sinif şagirdidir. Axşam (qiyabi ) ümumtəhsil məktəblərində və gündüz ümumtəhsil məktəblərinin bazasında axşam sinifləri və qiyabi qruplar üzrə XII sinfi bitirənlərin sayı isə bu il 651 nəfər olacaq. 2008-2009-cu dərs ili üzrə Təhsil Nazirliyi sistemində olan gündüz ümumtəhsil məktəblərinin I sinfinə 122 546 şagird qəbulu gözlənilir.

05-29-2008, 03:01 PM #1356Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ADP sədri Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram direktoru ilə görüşüb
[b]ADP sədri Milli Demokratiya İnstitutunun Avrasiya üzrə proqram direktoru ilə görüşüb[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya üzrə proqram direktoru Laura Cevetlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı ölkədəki seçkiqabağı ictimai-siyasi vəziyyət və MDİ ilə ADP arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. MDİ nümayəndəsi ADP ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri də, öz növbəsində, təmsil etdiyi partiyanın MDİ ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın prezident seçkiləri ilində partiya üçün səmərəli olacağına ümid etdiyini qeyd edib. Müzakirələrdə 2008-ci il prezident seçkiləri ətrafında da fikir mübadiləsi aparılıb, S. Cəlaloğlu təmsil etdiyi partiyanın bu seçkilərdə öz namizədi ilə iştirakda qərarlı olduqlarını bildirib.

05-29-2008, 03:11 PM #1357Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
BAXCP-nin qurultayının vaxtı məlum olub
[b]BAXCP-nin qurultayının vaxtı məlum olub[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. HATO Parlament Assambleyasının Berlində keçirilmiş yaz sessiyasında iştirak edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev qurumun müxtəlif komitələrinin toplantılarında və plenar iclasda müzakirə olunan məsələlər barədə İdarə Heyətinin üzvlərini məlumatlandırıb.Daha sonra BAXCP-nin II Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin görülən işlər barədə hesabatı dinlənilib. Təşkilat Komitəsinin qurultayın müzakirəsinə təqdim edəcəyi sənədlərin siyahısı və əsas istiqamətləri müəyyənləşdirilib, bu məsələ ətrafında müzakirələr aparılıb və yerinə yetirilməsi üçün icra strukturlarına müvafiq tapşırıqlar verilib.BAXCP-nin II qurultayının iyunun 7-də keçirilməsinə qərar verilib.

05-29-2008, 03:21 PM #1358Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
YAP nümayəndə heyəti Seulda keçirilən beynəlxalq konfransa qatılıb
[b]YAP nümayəndə heyəti Seulda keçirilən beynəlxalq konfransa qatılıb[b]
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Seulda "Siyasi korrupsiyaların qarşısının alınmasında siyasi partiyaların fəaliyyətinə dövlət nəzarəti" mövzusunda keçirilən seminarda iştirak edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Beynəlxalq Asiya Siyasi Partiyalar Konfransının təşkil etdiyi seminara 26 ölkənin nümayəndələri qatılıb. Seminarda "Demokratiyanın inkişafında ən yaxşı təcrübələr", "İnkişaf edən ölkələrdə siyasi gerçəkliklər və əngəllər", "Dövlət səviyyəsində effektiv sistemin tətbiqi yolları" mövzularında məruzələr dinlənilib. YAP nümayəndələri də tədbirdə çıxış edərək Azərbaycandakı siyasi proseslər, siyasi partiyalara olan dövlət qayğısı haqında məlumat veriblər. YAP-ın nümayəndə heyətinə partiyanın icra katibini müavini millət vəkili Mübariz Qurbanlı rəhbərlik edib.

05-29-2008, 03:31 PM #1359Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ankara Şərq-Qərb dəhlizinin əsas marşrutunun Türkiyə ərazisindən keçməsini istəyir
[b]Ankara Şərq-Qərb dəhlizinin əsas marşrutunun Türkiyə ərazisindən keçməsini istəyir[b]
Ankara. Kərim Həsənli - APA. Türkiyə Dəmir Yollarının rəhbərliyi Beynəlxalq Dəmir Yolları Birliyinə (BDYB) Şərq-Qərb dəhlizinin əsas marşrutunu daha yüksək gəlirlərin əldə olunması məqsədilə Türkiyə ərazisindən keçirməyi təklif edib. APA-nın xəbərinə görə, hazırda Asiya-Avropa dəmir yolları vasitəsilə həyata keçirilən yük daşımalarının dəyəri 75 milyard dollara yaxındır. Türkiyə Dəmir Yollarının baş direktoru Süleyman Karaman Cənubi Koreyanın Seul şəhərində BDYB rəsmiləri ilə görüşü zamanı Ankaranın istəklərini çatdırıb və ölkəsinin Şərq-Yaxın Şərq-Qərb dəmir yolu üzrə dəmir yolu yük daşımaları bazarında əsas marşrut olmasını təklif edib. Onun sözlərinə görə, hazırda Rusiya və İran bu bazarın böyük hissəsinin əldə olunması uğrunda rəqabət aparırlar. Türkiyə bu baxımdan Qars-Axalkalaki və Bosfor keçidi dəmir yolu layihələrinə böyük ümidlər bəsləyir. Qeyd edək ki, 1922-ci ildə yaradılmış BDYB beş qitədə 191 ölkənin müvafiq qurumlarını birləşdirir. Təşkilatın Türkiyənin təklifinə cavabı gələn il məlum olacaq.

05-29-2008, 03:51 PM #1360Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında II Avropa Şəhər Xartiyası qəbul olunub
[b]Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında II Avropa Şəhər Xartiyası qəbul olunub[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında II Avropa Şəhər Xartiyası qəbul olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, Xartiya şəhər işlərinin inkişafı baxımından seçki yolu ilə seçilmiş bütün yerli məmurlar üçün çox vacib sənəd sayılır. Şəhərçilik üçün ümumi prinsiplərin əks olunduğu sənəddə şəhərlərin müasir cəmiyyətlərdə yeni iqtisadi, sosial və ətraf mühit şərtlərinə uyğunlaşma istiqamətində üstünlük təşkil edən yerlər olduğu qeyd edilir.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
İki ölkə arasında əməkdaşlığın böyük imkanlarından danışan səfir iqtisadi əlaqələrin hazırkı səviyyəsinin real potensiala uyğun gəlmədiyini deyib. O bildirib ki, yalnız neft-qaz sahəsində yox, kənd təsərrüfatından tutmuş kosmos sahəsinə kimi ikitərəfli əməkdaşlıq mümkündür. "Odessa-Brodı" və "Bəyaz axın" layihələrinin yaxşı perspektivi olduğunu söyləyən B. Klimçuk "Odessa-Brodı" boru kəmərinə Azərbaycan neftinin doldurulmasından öncə təxminən 50-100 min ton Azərbaycan neftinin Ukraynanın zavodlarında emal olunacağını açıqlayıb. Diplomat bu il Bakıda ilk dəfə nəşr olunmuş "Ukrayna-Azərbaycan tədris lüğəti"nin yenidən nəşrinə ehtiyac yarandığını vurğulayıb. O, noyabrda Bakıda keçiriləcək 4-cü enerji sammitinə qədər bu lüğətin təkrar çapına və Azərbaycan-Ukrayna lüğətinin nəşrinə nail olacağını deyib. B. Klimçuk səfirlik binasının tikintisi üçün Bakının Fəhlə prospektində 0,85 hektar ərazi ayrıldığını, Azərbaycan memarları tərəfindən Ukrayna arxitekturası da nəzərə alınmaqla layihə hazırlandığını bildirib.

Yer imleri