[b]Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa ediləcək əlavə və dəyişikliklərdə polisin səlahiyyətləri məhdudlaşdırılır[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa ediləcək əlavə və dəyişikliyə görə sərbəst toplaşmaq azadlığı məqsədəuyğunluq mülahizələri ilə məhdudlaşdırıla bilməz. Toplantının keçirilməsi ilə bağlı müraciətlərə baxan orqanlar məhdudlaşdırmanı bu qanunun müvafiq müddəaları və beynəlxalq konvensiyalarla əsaslandırmalıdır".
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov bildirib. Sabah Milli Məclisin müzakirəsinə çıxarılacaq ""Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklik haqqında" qanun layihəsi barədə danışan ekspert sənədin Avropa standartlarına tam cavab verdiyini, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi üçün bütün hüquqi təminatların nəzərdə tutulduğunu deyib. Sərbəst toplaşmaq üçün yerlərin müəyyən olunmasına gəlincə, L. Hüseynov deyib ki, müvafiq qurum tərəfindən sərbəst toplaşmanın qadağan oluna biləcəyi yerli və mərkəzi İcra hakimiyyətlərinin siyahısı hazırlanacaq: "Yəni qanunda birbaşa qadağa yoxdur". "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təxminən 15 maddəsinə müxtəlif xarakterli əlavə və dəyişikliyin ediləcəyini bildirən L. Hüseynov sənədlə bağlı əsaslandırılmış irada rast gəlmədiyini də deyib: "Qanuna ediləcək əlavə və dəyişiklik vasitəsilə polisin səlahiyyətlərinə məhdudiyyət qoyulur. Burada söhbət toplantı iştirakçılarına mümkün güc tətbiqi və toplantının keçirilməsinə öz səlahiyyəti çərçivəsində hər hansı müdaxilənin qarşısının alınmasından gedir. Qanunda göstərilir ki, polisin hərəkətləri qarşıya qoyulan məqsədə mütənasib olmalıdır".
4610 sonuçtan 1.371 ile 1.380 arası

05-29-2008, 07:31 PM #1371Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Finlandiya prezidenti: "Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını sürətləndirmiş olaca
[b]Finlandiya prezidenti: "Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını sürətləndirmiş olacaq"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan prezidenti İlham Əliyev və Finlandiya prezidenti Tarya Halonen danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər.
APA-nın Finlandiya prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, mətbuat konfransında çıxış edən Tarya Halonen bildirib ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub: "Azərbaycan aktiv şəkildə inkişaf edir və Finlandiya ölkənin Avropa məkanına inteqrasiya siyasətini alqışlayır". Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Finlandiya prezidenti konfliktin nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini bildirib: "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən pozitiv nəticələr əldə olunacağına ümid bəsləyirik. Ümidvarıq ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini sürətləndirmiş olacaq". Mətbuat konfransında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev onu rəsmi səfərə dəvət etdiyinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Finlandiya prezidentinə təşəkkür edib. O, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini və Finlandiya ilə iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub, ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlının öz doğma yurd-yuvasından zorla çıxarıldığını bildirib. Qeyd edək ki, Finlandiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti sabah baş nazir Matti Vanxanenlə görüşəcək, Hietaniemi məzarlığına baş çəkəcək.

05-29-2008, 07:41 PM #1372Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa ediləcək əlavə və dəyişikliklərdə polisin səlahiyyətləri məhdudlaşdır&

05-29-2008, 11:41 PM #1373Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın cənub-qərb hissəsində güclü külək başlayıb
[b]Azərbaycanın cənub-qərb hissəsində güclü külək başlayıb[b]
Tərtər. Teymur Zahidoğlu-APA. Bu gün axşam saatlarında ölkənin cənub-qərb hissəsində güclü külək başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, külək Tərtər və Goranboy rayonlarında bir neçə ağacı kökündən qoparıb. Bir neçə yerdə ağaclar elektrik dirəklərinin üstünə düşüb. Bölgənin bir hissəsi işıqsız qalıb. Rayon İcra Hakimiyyətlərindən bildirilib ki, hazırda rayonlarda dəyən ziyanla bağlı araşdırmalar aparılır və operaativ tədbirlər görülür.

05-30-2008, 10:01 AM #1374Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Finlandiya parlamentinin sədri ilə görüşüb
[b]Azərbaycan prezidenti Finlandiya parlamentinin sədri ilə görüşüb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Finlandiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev mayın 29-da bu ölkənin parlamentində olub. APA-nın "AzerTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı parlamentin üzvləri ilə görüşüb, Fəxri qonaqlar kitabını imzalayıb.
Görüşdə parlamentlərarası əlaqələr, regional, beynəlxalq təşkilatlar çərçivəsində, habelə iki ölkə arasında əməkdaşlığın perspektivləri, müxtəlif sahələrdə əlaqələr və digər məsələlər müzakirə olunub.Finlandiya parlamentinin - Eduskuntanın sədri Sauli Niinistö son on ildə Azərbaycanda görülən işləri, neft-qaz sənayesinin inkişafını yüksək qiymətləndirib, Azərbaycanda etibarlı və dayanıqlı iqtisadiyyata xeyli sərmayə qoyulduğunu vurğulayıb. O, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini də qeyd edib. Öz növbəsində prezident İ. Əliyev bildirib ki, Azərbaycan iki ölkə arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli və səmərəli əməkdaşlıq edir. Dövlət başçısı Finlandiya ilə ikitərəfli əməkdaşlığın, siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu, iqtisadi əlaqələr üçün yeni imkanların açıldığını bildirib.Görüşdən sonra İ. Əliyev parlamentin binası ilə yaxından tanış olub.Mayın 29-da prezident İ. Əliyev Helsinkidə Paaskivi Cəmiyyətinin üzvləri ilə də görüşüb. Cəmiyyətin sədri, professor Mikko Viitasalo 1958-ci ildə yaradılmış bu qurumun Finlandiyanın xarici siyasəti ilə bağlı müzakirələr apardığını və vətəndaş forumu təşkil etdiyini bildirib. M. Viitasalo Qafqazda vəziyyəti izlədiklərini, Azərbaycanda dinamik inkişaf getməsindən, beynəlxalq layihələrin həyata keçirilməsindən xəbərdar olduqlarını qeyd edib.Görüşdə çıxış edən prezident İ. Əliyev Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən Azərbaycanın çətin dövr yaşadığını xatırladıb, sonrakı illərdə müstəqilliyin qorunub saxlanması, bazar iqtisadiyyatının qurulması sahəsində görülən işlərdən danışıb. Dövlət başçısı bildirib ki, iri beynəlxalq şirkətlərin Azərbaycanın neft sektoruna sərmayə qoymağa cəlb edilməsi digər sahələrə də vəsait qoymağa yol açıb. Prezident neft gəlirlərinin toplanması və xərclənməsində tam şəffaflığa nail olunduğunu deyib, Azərbaycan Dövlət Neft Fondunun şəffaflığa görə ötən il BMT tərəfindən mükafatlandırıldığını vurğulayıb.Ermənistan-Azərbaycan münaqişəsi barədə də danışan İ. Əliyev görüş iştirakçılarının suallarını cavablandırıb.Sonda Azərbaycan prezidentinə Paaskivi Cəmiyyətinin fəxri qonaqlar üçün nəzərdə tutulmuş xüsusi medalı təqdim olunub. Dünən həmçinin Prezident sarayında Finlandiya prezidenti adından Azərbaycan prezidentinin şərəfinə rəsmi qəbul təşkil edilib.Azərbaycan prezidentinin Finlandiyaya rəsmi səfəri davam edir.

05-30-2008, 10:11 AM #1375Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Naməlum şəxslər paytaxtda 14 avtomobil yandırıblar
[b]Naməlum şəxslər paytaxtda 14 avtomobil yandırıblar[b]
Moskva - APA. Moskvanın Severnoe Butovo mikrorayonunda naməlum şəxslər mayın 29-dan 30-na keçən gecə 14 avtomobil yandırıblar. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, ilk hadisə Kulikovskaya küçəsi, ev 1 ünvanının həyətində baş verib.
Milis əməkdaşları dərhal avtomobillərin yandırıldığı ünvana gəlsələr də, hadisəni törədənləri yaxalamaq mümkün olmayıb. Milislər həyətdə 10 avtomobilə od vurulduğunu görüblər.Yarım saatdan sonra isə analoji hadisə Dmitri Donskoy küçəsindəki 16 saylı evin həyətində baş verib. Naməlum şəxslər burada 4 avtomobili yandırıblar. Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlərin axtarışı aparılır.

05-30-2008, 10:21 AM #1376Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Amerika Azərbaycan Şurasının fəalları konqresmen Bred Şermanın şərəfinə təşkil olunan naharda iştirak ediblər
[b]Amerika Azərbaycan Şurasının fəalları konqresmen Bred Şermanın şərəfinə təşkil olunan naharda iştirak ediblər[b]
Kaliforniya. Hüsniyyə Həsənova-APA. Kaliforniyanın 27-ci seçki dairəsindən Konqresə seçilən Bred Şermanın şərəfinə təşkil olunan nahara Amerika Azərbaycan Şurasının icraçı direktoru Cavid Hüseynov və fəallardan Aydan Mirzə də qatılıblar. APA-nın ABŞ bürosunun məlumatına görə, Nümayəndələr Palatasının üzvü ilə görüşündə Cavid Hüseynov cənab Şermana ötən gün 90 illik yubileyini qeyd etmiş müsəlman dünyanın ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanda çox əsirlik tarixi olan yəhudi icmasının mövcudluğu və ümumiyyətlə Azərbaycanın bu gün İsraillə sıx əməkdaşlıq etməsi də diqqət mərkəzində olub. Cavid Hüseynov qeyd edib ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycanla bağlı ictimai qurumlar da yerli yəhudi icmaları ilə yaxından əməkdaşlıq edirlər. Tərəflər bildiriblər ki, ABŞ üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün əldə edilməsi hər iki ölkənin marağındadır. Yalnız dialoq vasitəsi ilə ermənilər və azərbaycanlılar müharibənin acı fəlakətlərini aradan qaldıra, əməkdaşlıq sayəsində Qafqazın təhlükəsizliyini təmin edə bilərlər. Qeyd edək ki, Konqresmen Bred Şerman Nümayəndələr Palatasının Maliyyə Xidmətlər və Hüquq Komitəsinin üzvü, Xarici Əlaqələr Komitəsinin səlahiyyətli üzvü və Terrorizm, Nüvə Silahının Yayılmaması və Ticarət Alt Komitəsinin sədridir. Konqresmen Şermanla görüş Barri və Maykl Qrobstenin dəstəyi və dəvəti sayəsində baş tutub.

05-30-2008, 10:51 AM #1377Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ombudsman Aparatının əməkdaşları polis bölmələrinə baxış keçiriblər
[b]Ombudsman Aparatının əməkdaşları polis bölmələrinə baxış keçiriblər[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ombudsman Aparatının əməkdaşları Nəsimi Rayon Polis İdarəsinə, həmin idarənin 20 və 21-ci, Nərimanov rayon Polis İdarəsinə, həmin idarənin 18-ci, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölmələrinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndələr saxlanılan şəxslərlə təkbətək görüşüb, onların saxlanma şəraitini araşdırıblar. Söhbət aparılan şəxslər onlara qarşı zorakılıq hallarına yol verilmədiyini bildiriblər. Baxış keçirilən polis orqanlarının rəhbərliyinə müvafiq tövsiyələr verilib.

05-30-2008, 11:01 AM #1378Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib
[b]ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavini Riçard Bauçer Azərbaycana gəlib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henikin APA-ya verdiyi məlumata görə, səfər bir günlükdür. Qonaq Xarici İşlər Nazirliyində olacaq, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə bir araya gələcək və ABŞ səfirliyində bəzi görüşlər keçirəcək. Görüşlərdə ABŞ-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanda seçkiqabağı vəziyyət və digər məsələlər müzakirə olunacaq.

05-30-2008, 11:11 AM #1379Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
[b]Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər[b]
Ankara. Laçın Sultanova - APA. Ankarada Türkiyə və Rusiya xarici siyasət idarələri arasında məsləhətləşmələr keçirilib. APA-nın məlumatına görə, məsləhətləşmələr Türkiyə xarici işlər nazirinin müavini Ərtoğrul Apakanla rusiyalı həmkarı Andrey Denisov arasında keçirilib. Məsləhətləşmələrdə Türkiyə-Rusiya əlaqələrinin genişləndirilməsi ilə yanaşı region və dünyada baş verən aktual problemlər, o cümlədən Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyət, İraq və İranın nüvə problemi, Yaxın Şərq və Kiprdə münaqişələrin nizamlanması məsələləri müzakirə olunub.

05-30-2008, 11:41 AM #1380Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı konfrans keçiriləcək
[b]Xəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı konfrans keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. İyunun 24-26-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov tədbirin keçirilməsi barədə xüsusi sərəncam imzalayıb. Konfransa Xəzəryanı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov bildirib. Sabah Milli Məclisin müzakirəsinə çıxarılacaq ""Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklik haqqında" qanun layihəsi barədə danışan ekspert sənədin Avropa standartlarına tam cavab verdiyini, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi üçün bütün hüquqi təminatların nəzərdə tutulduğunu deyib. Sərbəst toplaşmaq üçün yerlərin müəyyən olunmasına gəlincə, L. Hüseynov deyib ki, müvafiq qurum tərəfindən sərbəst toplaşmanın qadağan oluna biləcəyi yerli və mərkəzi İcra hakimiyyətlərinin siyahısı hazırlanacaq: "Yəni qanunda birbaşa qadağa yoxdur". "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təxminən 15 maddəsinə müxtəlif xarakterli əlavə və dəyişikliyin ediləcəyini bildirən L. Hüseynov sənədlə bağlı əsaslandırılmış irada rast gəlmədiyini də deyib: "Qanuna ediləcək əlavə və dəyişiklik vasitəsilə polisin səlahiyyətlərinə məhdudiyyət qoyulur. Burada söhbət toplantı iştirakçılarına mümkün güc tətbiqi və toplantının keçirilməsinə öz səlahiyyəti çərçivəsində hər hansı müdaxilənin qarşısının alınmasından gedir. Qanunda göstərilir ki, polisin hərəkətləri qarşıya qoyulan məqsədə mütənasib olmalıdır".

Yer imleri