[b]Türkiyə sərhədini pozan erməni tutulub[b]
Ankara - APA. Türkiyə sərhədçiləri ölkə sərhədini pozan Ermənistan vətəndaşını həbs ediblər. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, Artaşat rayonunun 27 yaşlı sakini Arsen Avaqyan iyunun 18-də yaxalanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yerli vaxtla səhər saat 07:45-də erməni sərhədçiləri sərhədin pozulmasını xəbər verən siqnalizasiya səsləri qeydə alıblar. Hərbçilər əraziyə baxış keçirərkən ayaq izləri aşkar etsələr də, sərhəd pozucusunu tapmaq mümkün olmayıb. Üstündən 4 saat keçəndən sonra Türkiyə sərhədçiləri Ermənistan vətəndaşının həbs olunduğu barədə məlumat veriblər.
4610 sonuçtan 1.861 ile 1.870 arası

06-18-2008, 05:11 PM #1861Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Vəzifədən çıxarılan generalın səhhəti pisləşib
[b]Vəzifədən çıxarılan generalın səhhəti pisləşib[b]
Moskva - APA. Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Baluyevskinin səhhəti pisləşib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl özünü pis hiss edən general həkimə müraciət edib. Hərbi hospitala aparılaraq müayinə edilən Y. Baluyevskinin ürəyində ciddi problemlər olduğu müəyyənləşdirilib. O, kardiologiya şöbəsində xüsusi palataya yerləşdirilib. Generalın vəziyyəti sabit-ağırdır. Həkimlər Y. Baluyevskinin səhhətinin qəfil pisləşməsini onun vəzifədən uzaqlaşdırılması ilə əlaqələndirirlər. Xatırladaq ki, Y. Baluyevski iyunun 4-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən çıxarılıb və Təhlükəsizlik Şurası katibinin müavini təyin olunub.

06-18-2008, 05:21 PM #1862Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyə sərhədini pozan erməni tutulub

06-18-2008, 05:31 PM #1863Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Kürdəmir rayonunda iki qardaş Kür çayında boğulub
[b]Azərbaycanın Kürdəmir rayonunda iki qardaş Kür çayında boğulub[b]
Salyan, Kürdəmir. Hacı Zeynalov-APA. Salyan rayonunun Sarvan kəndində, kənd sakini Elşən Dadaşov Şirvan Su kollektorunda çimərkən boğulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Kürdəmir rayon Polis Şöbəsindən verilən məlumata görə isə rayonun Sor kəndinin sakinləri, 1992-ci il təvəllüdlü Elnur və 1993-cü il təvəllüdlü Zeynur Cəfərov qardaşları Kür çayında çimərkən boğulublar. Hər iki faktla bağlı araşdırma aparılır.

06-18-2008, 05:41 PM #1864Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətini 30 min avro təzminat ödəməyə məhkum edib
[b]Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətini 30 min avro təzminat ödəməyə məhkum edib[b]
Strasburq - APA. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın "A1+" teleşirkətinin bu ölkə hökumətinə qarşı qaldırdığı iddianı təmin edib. APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, məhkəmə müxalifyönlü "A1+" teleşirkətinə yayım lisenziyası verməkdən imtina edən Ermənistan hökumətinin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsini (fikir azadlığı) pozduğunu müəyyənləşdirib. Məhkəmənin qərarına əsasən rəsmi İrəvan 3 ay ərzində teleşirkətə ümumilikdə 30 min avro təzminat ödəməlidir. Məsələyə münasibət bildirən Avropa Şurasının baş katibi Terri Devis qərarı fikir azadlığının qələbəsi adlandırıb: "Bu fakt Avropa İnsan Haqları Konvensiyasının söz azadlığına təminat verən və insan haqlarının müdafiəsində əsas kimi götürülən 10-cu maddəsini özünəməxsus şəkildə tövsif edən bütün hökumətlərə dərs olmalıdır". Ermənistan ədliyyə nazirinin müavini, ölkənin AİHM-dəki səlahiyyətli nümayəndəsi Gevork Kostanyan hökumətin cəriməni ödəyəcəyini bildirib.

06-18-2008, 06:11 PM #1865Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Qazaxıstan Senatının sədrini qəbul edib
[b]Azərbaycan prezidenti Qazaxıstan Senatının sədrini qəbul edib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayevi qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın əlaqələrin daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

06-18-2008, 06:21 PM #1866Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Səudiyyə Ərəbistanı Mədəniyyət Günləri çərçivəsində sərgi təşkil olunub
[b]Bakıda Səudiyyə Ərəbistanı Mədəniyyət Günləri çərçivəsində sərgi təşkil olunub[b]
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günləri çərçivəsində Muzey Mərkəzində sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə kalliqrafiya, fotosərgi, rənkgarlıq janrında rəsm əsərləri, ənənəvi geyimlər və bəzək əşyaları, xurmalar nümayiş etdirilib. Tədbirdə çıxış edən Səudiyyə Ərəbistan Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni həyata keçirilən mədəniyyət günlərinin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının nəticəsi olduğunu deyib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında Səudiyyə Ərəbistanın yüksək və qədim mədəniyyətə malik olduğunu qeyd edib. Nazir keçirilən mədəniyyət günlərinə marağı yüksək qiymətləndirib.

06-18-2008, 06:41 PM #1867Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT təmsilçisi: "Azərbaycanda tikinti sektoru və kənd təsərrüfatının inkişafı traffikinqi intensivləşdirir"
[b]ATƏT təmsilçisi: "Azərbaycanda tikinti sektoru və kənd təsərrüfatının inkişafı traffikinqi intensivləşdirir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanda iqtisadi inkişaf tempi artır, bunu görməmək və alqışlamamaq mümkün deyil. Digər tərəfdən bu prosesin kölgədə qalan tərəfi də var. Bu, traffikinq səviyyəsinin artmasıdır".
APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in traffikinqlə mübarizəyə dair xüsusi nümayəndəsi Yeva Biaudet Bakıda keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Azərbaycanda tikinti sektoru aktiv inkişaf edir, bu isə traffikinqin intensivliyini artıran sahələrdən biri sayılır: "Digər belə sahə isə kənd təsərrüfatı sektorudur. Burada əmək traffikinqindən yararlanmaq, yeniyetməlik yaşına çatmamış azyaşlıların əməyindən, həmçinin başqa ölkələrdən gətirilmiş işçi qüvvəsindən istifadə etmək olar". Yeva Biaudet bu məsələləri Azərbaycan rəsmiləri ilə müzakirə etdiyini bildirib: "Mən onların diqqətini bu problemə yönəltməyə çalışdım".

06-18-2008, 07:01 PM #1868Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri Türkiyədə təcrübə keçəcəklər
[b]Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri Türkiyədə təcrübə keçəcəklər[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Qafqaz Media Mərkəzi (QMM) televiziya jurnalistləri üçün hazırladığı təcrübə mübadiləsi layihəsi çərçivəsində Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri bu gün Türkiyənin İstanbul şəhərinə yola düşüblər. QMM-dən APA-ya verilən məlumata görə, "Alternativ TV" (Gəncə), "Dünya TV" (Sumqayıt), "Aygün TV" (Zaqatala), "Simurq TV" (Tovuz) və "Qütb TV" (Quba) nümayəndələrinin qatıldığı layihə mərkəzi ofisi Ankarada yerləşən "Kanal A" televiziyasında bir həftəlik təcrübəni əhatə edir. Bu müddət ərzində Azərbaycan telejurnalistləri Türkiyənin regional televizyonçuluq ənənələri ilə tanış olacaq, türkiyəli həmkarlarının təcrübəsindən yararlanmaq, onlarla əməkdaşlıq qurmaq perspektivlərini araşdıracaqlar. İyunun 25-də yekunlaşacaq layihə eyni zamanda Azərbaycan və Türkiyə KİV-lərinin yaxınlaşmasına və iki ölkə arasında informasiya mübadiləsinin inkişafına təkan verəcək.

06-18-2008, 07:11 PM #1869Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT təmsilçisi Yeva Biaudet: "Azərbaycanda insan alveri kanalları və qurbanlarını müəyyənləşdimək üçün xüsusi mexanizmlər yaradılmalıdır"
[b]ATƏT təmsilçisi Yeva Biaudet: "Azərbaycanda insan alveri kanalları və qurbanlarını müəyyənləşdimək üçün xüsusi mexanizmlər yaradılmalıdır"[b]
APA-nın məlumatına görə, ATƏT təmsilçisi traffikinqlə mübarizəni tənzimləyən qanunlar qəbul etdiyinə və bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa görə Azərbaycan hökumətinin fəaliyyətini təqdir edib: "Daxili İşlər Nazirliyinin tezliklə traffikinq qurbanları üçün dörd regional bərpa məntəqəsi açacağını eşitmək mənim üçün çox xoşdur. Bununla belə ATƏT-ə üzv digər ölkələrdən fərqli olaraq Azərbaycanda qeyri-hökumət təşkilatlarının köməyi sayəsində çox az sayda traffikinq qurbanları müəyyənləşib. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, insan alverinin qurbanları çox az hallarda özləri barədə hüquq-mühafizə orqanlarına məlumat verirlər. Buna görə də traffikinq kanalları və qurbanlarının müəyyən edilməsi üçün xüsusi mexanizmlər yaradılmalıdır. Azərbaycanlı həmkarlarım ATƏT-lə beynəlxalq əməkdaşlıq məsələləri istiqamətində aktiv siyasi dialoqu davam etdirməlidir". Yeva Biaudet bildirib ki, Azərbaycan hakimiyyəti traffikinq problemi üzərində daha aktiv işləmək niyyətindədir. O, xüsusilə uçaq traffikinqi ilə mübarizəni vacib saydığını bildirib. Qeyd edək ki, səfər çərçivəsində Yeva Biaudet Milli Məclisin vitse-spikeri Bahar Muradova, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, insan alverinə qarşı mübarizəyə dair milli koordinator Vilayət Eyvazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri və diplomatik korpusun üzvləri ilə görüşüb.

06-18-2008, 07:21 PM #1870Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Elmar Məmmədyarov Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib
[b]Elmar Məmmədyarov Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Devid Smitin rəhbərliyi ilə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kanada və Azərbaycan arasında əlaqələrin inkişaf səviyyəsinin aşağı tempdə olduğunu bildirən nazir Elmar Məmmədyarov, Kanadanın ölkəmizdə səfirlik açmağa dəvət edib, Azərbaycanın regionda lider dövlət olması, həmçinin region və Orta Asiya ölkələri ilə əlaqələr baxımından mərkəz kimi rolunu önə çəkib. Kanadalı parlamentarilər Azərbaycanın iqtisadi cəhətdən dinamikliyi, sosial inkişafını və dünyəvi dövlət quruculuğunu yüksək qiymətləndirərək, Kanada ictimaiyyətinin ölkədə əldə olunan nailiyyətlər haqda məlumatlandırılmasına, Kanada şirkətlərinin ölkəmizdə biznes qurmağa marağının artırılmasına ehtiyac olduğunu vurğulayıblar. Nazir Elmar Məmmədyarov həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıraraq Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat verib. O bildirib ki, dənizə çıxışı olmayan və regional layihələrdən özünü məhrum etmiş Ermənistan üçün təcavüz siyasətindən əl çəkmək və regional əməkdaşlığa qatılmaq onun öz milli maraqlarına cavab verir. Görüşdə həmçinin enerji sahəsində təcrübə və texnologiya mübadiləsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təhsil və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri