[b]ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. ABŞ prezidenti Corc Buş 28 May - Azərbaycanın Respublika Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Respublika Günü münasibətilə Amerika xalqı adından İ. Əliyevi və Azərbaycan xalqını təbrik edən C. Buş Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin təmin edilməsində və Azərbaycanın Avratlantik birliyi ilə əlaqələrinin, o cümlədən demokratik təsisatların inkişaf etdirmək yolu ilə gücləndirilməsində həlledici tərəfdaş kimi Azərbaycanla işləməyə hazır olduqlarını bəyan edib: "Biz, həmçinin Azərbaycanın Əfqanıstana dəstəyini artırmaq üçün göstərdiyi son səyləri yüksək qiymətləndiririk. İkitərəfli tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyinə ümidvaram".Azərbaycanın Respublika Günü münasibətilə Almaniya, Çin, Avstriya, Pakistan, Avstraliya və digər dövlətlərin başçıları, həmçinin Roma Papası XVI Benedikt də İ. Əliyevə təbrik məktubu göndərib.
4610 sonuçtan 1.341 ile 1.350 arası

05-27-2008, 08:01 PM #1341Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib
[b]Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi ilə bağlı rəsmi qəbul keçirib. APA-nın məlumatına görə, "Gülüstan" sarayında təşkil olunan qəbula dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, KİV rəhbərləri qatılıblar.
Qəbulda çıxış edən dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə böyük rolu olduğunu bildirib, Şərqdə ilk demokratik respublikanın qurulmasını önəmli hadisə kimi dəyərləndirib. Müasir Azərbaycanı dövlətinin artıq dünya miqyasında layiqli yerini tutduğunu qeyd edən prezident ölkədə gedən siyasi və iqtisadi islahatlardan danışıb. O, iqtisadi islahatlara paralel olaraq siyasi islahatların aparıldığını, Azərbaycanın bugünkü inkişafının məhz siyasi və iqtisadi islahatların paralel aparılması ilə bağlı olduğunu deyib. Azərbaycandakı uğurlu iqtisadi inkişafın ölkənin diplomatik qüdrətini də artırdığını deyən dövlət başçısı bildirib ki, ölkədə təhsil, səhiyyə, informasiya texnologiyaları və s. sahələrə də diqqət artırılır. Azərbaycanın yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmasında heç bir problemin olmadığını deyən ölkə başçısı hazırda ölkənin qarşısında dayanan yeganə problemin Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edib. Bu il ərzində münaqişə ilə bağlı fikirlərin tam aydınlaşacağını deyən prezident danışıqların yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığını vurğulayıb. İ. Əliyev deyib ki, danışıqlarda həm Dağlıq Qarabağ, həm də digər rayonların eyni vaxtda işğaldan azad olunması məsələsi müzakirə olunur: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və heç vaxt danışıqlardan kənarda qala bilməz". Ölkənin müstəqilliyinin çox müqəddəs olduğunu deyən prezident Azərbaycan xalqını AXC-nin 90 illik yubileyi münasibətilə təbrik edib.

05-27-2008, 08:11 PM #1342Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib

05-28-2008, 12:21 AM #1343Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 90 il ötür
[b]Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 90 il ötür[b]
Bakı. Cavid Cabbaroğlu - APA. Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasından 90 il ötür. APA-nın məlumatına görə, AXC-nin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. Bundan başqa, dünyanın müxtəlif ölkələrində də AXC-nin 90 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir.
AXC Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci ildə Tiflis şəhərində elan edilib. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında və Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edirdi. İstiqlal Bəyannaməsində deyilirdi:1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millət və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.Həmin vaxt Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında bolşevik Bakı Soveti və daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərinə yerləşdi. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra Azərbaycan Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti bir sıra mühüm qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib, Azərbaycan tarixinə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli kimi şəxsiyyətlər bəxş edib. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etmək üçün göndərdiyi XI Qızıl Ordu tərəfindən süquta uğradılıb, AXC-ni quranların bir hissəsi güllələnib, bir hissəsi sürgünə göndərilib, bir hissəsi isə məcburi mühacirətə getməli olub. AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadə də müxtəlif ölkələrdə mühacirət həyatı yaşamalı olub. Ancaq o, Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağına inamını bir an belə itirməyib. M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da 71 yaşında Türkiyədə dünyasını dəyişib.

05-29-2008, 10:01 AM #1344Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın cənubunda zəlzələ olub
[b]Azərbaycanın cənubunda zəlzələ olub[b]
Bakı. Laura Cəbrayıllı - APA. Mayın 29-da yerli vaxtla saat 07.05-də Azərbaycanın Lənkəran şəhərindən 10 km cənubda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, episentrdə zəlzələnin gücü Rixter cədvəli ilə 3 bala yaxın olub. Yeraltı təkanlar Lənkəran şəhərində 2 bal gücündə hiss edilib. Dağıntı və tələfat yoxdur.

05-29-2008, 10:31 AM #1345Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qazaxıstanın sabiq mədəniyyət naziri TÜRKSOY-un sədri seçilib
[b]Qazaxıstanın sabiq mədəniyyət naziri TÜRKSOY-un sədri seçilib[b]
Ankara. Mayis Əlizadə-APA. Türkiyə paytaxtında Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının - TÜRKSOY-un 24-cü toplantısı keçirilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın nümayəndə heyətləri qatılıb. Toplantıda TÜRKSOY-un yeni sədri seçilib. Qazaxıstanın sabiq mədəniyyət naziri, ölkənini xarici siyasət idarəsinin MDB məkanında mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair xüsusi nümayəndəsi Dyüsen Kaseinov TÜRKSOY-un yeni sədri seçilib. Qeyd edək ki, Qazaxıstan ilk dəfədir ki, Türk dünyasında son dərəcə nüfuzlu olan bu quruma sədrlik edəcək. Toplantıda həmçinin quruma üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə, birgə mədəni tədbirlərin keçirilməsinə dair məsələlər müzakirə olunub.

05-29-2008, 10:41 AM #1346Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
NATO rəsmisi: "Sülhyaratma əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var"
[b]NATO rəsmisi: "Sülhyaratma əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var"[b]
Bakı. Rəşad Süleymanov - APA. NATO-nun egidası altında həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirak edən Azərbaycan hərbçilərinin sayının artırılması ilə bağlı planlar var.
APA-nın məlumatına görə, bu barədə Bakıda Avro-Atlantik Mərkəzin NATO-nun Brüsseldəki mənzil qərargahı ilə təşkil etdiyi video konfransda NATO-nun İctimai Diplomatiya Bölməsinin Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Despina Afentuli bildirib. D. Afentulinin sözlərinə görə, Azərbaycan dünyanın müxtəlif konfliktli zonalarında sülhün təmin olunması üçün NATO ilə sıx əməkdaşlıq edir: «Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinin sayının artırılması nəzərdən keçirilir. Bu sahədə planlar mövcuddur».APA-nın «NATO-nun genişlənmə proqramlarında Azərbaycanın yeri varmı» sualını cavablandıran D. Afentuli «Bakı və Şimali Atlantika Alyansı konkret planlar üzrə əməkdaşlıq edir. Bütün addımlar tərəflər arasında razılaşdırıldıqdan sonra atılır», - deyə bildirib.

05-29-2008, 10:51 AM #1347Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
NATO-nun baş katibi 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib
[b]NATO-nun baş katibi 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib[b]
Bakı. Rəşad Süleymanov - APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
APA-nın məlumatına görə, Bakıda Avro-Atlantik Mərkəzin NATO-nun Brüsseldəki mənzil qərargahı ilə təşkil etdiyi video-konfransda çıxış edən Sxeffer Azərbaycanın bu gün Şimali Atlantika alyansı ilə sıx əməkdaşlıq edən ölkələrdən biri olduğunu vurğulayıb. Baş katib rəsmi Bakının Avro-Atlantik strukturlara inteqrasiyasını yüksək qiymətləndirib: "Azərbaycan bu gün artıq dünyada təhlükəsizliyin ixracatçısı sayılan dövlətlərdəndir. Biz təhlükəsizliyin təmin olunması üçün tərəfdaş dövlətlərlə əməkdaşlığımızı daha da genişləndirəcəyik".O, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) ikinci mərhələsinin başlanmasından məmnun olduqlarını da vurğulayıb. Sxeffer bildirib ki, Azərbaycan və NATO hazırda sülhməramlı əməliyyatlarda iştirak, siyasi dialoq, müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılmasında yaxından əməkdaşlıq edir.Baş katib rəhbərlik etdiyi qurumun Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu qeyd edib, bu sahədə rəsmi Bakının səylərini alqışladıqlarını bildirib.

05-29-2008, 12:01 PM #1348Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Moldova yaxın vaxtlarda GUAM-dan çıxmaq fikrində deyil
[b]Moldova yaxın vaxtlarda GUAM-dan çıxmaq fikrində deyil[b]
Bakı. Tamara Qriqoryeva - APA. Moldova yaxın vaxtlarda GUAM-dan çıxmaq fikrində deyil. APA-nın məlumatına görə, bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.
Baş katib Moldovanın GUAM-ın Abxaziya ilə bağlı BMT-də qaldırdığı məsələdə bitərəf qalmasının səbəbini Moldovadan nümayəndənin həmin tədbirdə iştirak etməməsi ilə izah edib. Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" konfransında üç məsələnin müzakirə olunacağını deyən V. Çeçelaşvili bunların dəmiryolu layihəsi və 2 regional məsələ olduğunu bildirib: "Regional məsələlər GUAM ərazisində azad ticarət zonalarının yaradılması və mütəşəkkil cinayətkarlığa qarşı elektron mübarizə mərkəzinin yaradılmasıdır".

05-29-2008, 12:11 PM #1349Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Finlandiyada rəsmi səfərdədir
[b]Azərbaycan prezidenti Finlandiyada rəsmi səfərdədir[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də Finlandiyaya rəsmi səfərə gedib.
APA-nın məlumatına görə, Helsinki beynəlxalq hava limanında dövlət başçısını Finlandiyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar. Azərbaycan prezidenti ilk rəsmi səfəri çərçivəsində görüşlərini bu gün keçirəcək.

05-29-2008, 02:01 PM #1350Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Qubadakı kütləvi məzarlıqda aşkar olunan insan kəllələrinin sayı 184-ə çatıb
[b]Qubadakı kütləvi məzarlıqda aşkar olunan insan kəllələrinin sayı 184-ə çatıb[b]
Bakı. Laura Cəbrayıllı-APA. Qubada aşkar edilən kütləvi məzarlıqda üzə çıxarılan insan kəllələrinin sayı 184ə çatıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib.
O, quyularda olan sümüklərlə tədqiqat sahəsindən aşkar edilən insan kəlləsi və sümüklərin fərqləndiyini bildirib: "Quyulardakı sümüklər əsasən uşaq, qadın və yaşlı kişilərə aiddir. Bu faktlar isə məzarlığın məhz 1918-ci il mayın 1-9-na kimi ermənilərin yerli əhaliyə qarşı törətdiyi soyqırımı nəticəsində yarandığını təsdiqləyir. Yalnız soyqırımı zamanı uşaqlara qarşı belə qəddarlıq nümayiş etdirilə bilər". Q. Ağayevin sözlərinə görə, yerli sakinlərdən biri onlara anasının səsi yazılan lent yazısı təqdim edib: "Hadisələrin şahidi olan həmin qadın danışır ki, ermənilər 1918-ci ildə uşaq, qoca və qadınları Qubanın Çuxur hamamına doldurub boğublar. Onların ah-naləsinin bütün Qubada eşidildiyini danışan qadının sözlərinə görə, onları hamamda boğduqdan sonra quyularda basdırıblar".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Respublika Günü münasibətilə Amerika xalqı adından İ. Əliyevi və Azərbaycan xalqını təbrik edən C. Buş Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin təmin edilməsində və Azərbaycanın Avratlantik birliyi ilə əlaqələrinin, o cümlədən demokratik təsisatların inkişaf etdirmək yolu ilə gücləndirilməsində həlledici tərəfdaş kimi Azərbaycanla işləməyə hazır olduqlarını bəyan edib: "Biz, həmçinin Azərbaycanın Əfqanıstana dəstəyini artırmaq üçün göstərdiyi son səyləri yüksək qiymətləndiririk. İkitərəfli tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyinə ümidvaram".Azərbaycanın Respublika Günü münasibətilə Almaniya, Çin, Avstriya, Pakistan, Avstraliya və digər dövlətlərin başçıları, həmçinin Roma Papası XVI Benedikt də İ. Əliyevə təbrik məktubu göndərib.

Yer imleri