[b]İslam təmayüllü təşkilatlar İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstəriblər[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün İslam Partiyasının, ölkədə fəaliyyət göstərən İslam təmayüllü təşkilatların iştirakı ilə İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirilməsinə cəhd göstərilib. APA-nın xəbərinə görə, aksiya ümumdünya Qüds gününə həsr olunub. Aksiya iştirakçıları beş dəqiqə ərzində İsrail dövləti və sionizm əleyhinə şüarlar səsləndirib, Qüds şəhərinin işğaldan azad olunmasını tələb edib, dünya müsəlmanlarını bununla bağlı birliyə çağırıblar. Hadisə yerinə gələn Yasamal rayon Polis İdarəsinin əməkdaşları sanksiyalaşdırılmamış aksiyanın qarşısını alıblar. İştirakçıların əksəriyyəti saxlanılaraq Yasamal rayon 27-ci polis bölməsinə aparılıb.
Azərbaycan Xəbərləri
Printable View

09-26-2008, 11:10 AMAPAİslam təmayüllü təşkilatlar İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstəriblər

09-26-2008, 11:20 AMAPAElmar Məmmədyarov Saxara təşəbbüsünü alqışlayıb
[b]Elmar Məmmədyarov Saxara təşəbbüsünü alqışlayıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Saxaraya muxtariyyət statusu verilməsi təşəbbüsünü alqışlayıb. APA-nın məlumatına görə, E. Məmmədyarov Nyu-Yorkda Mərakeşin xarici işlər naziri Taib Fassi Fehri ilə görüşündə bu ölkənin Saxara təşəbbüsünün çox önəmli olduğunu bildirib: "Biz inanırıq ki, bu təşəbbüs sabitliyi möhkəmləndirəcək". Nazir Saxara məsələsi ilə bağlı Azərbaycan və Mərakeşin mövqelərinin bir-birinə çox yaxın olduğunu söyləyib. Görüşdə ikitərəfli əlaqələrin inkişafı da diqqət mərkəzində olub. -
09-26-2008, 11:30 AMAPABekkenbauerdən Azərbaycana xoş xəbər
[b]Bekkenbauerdən Azərbaycana xoş xəbər[b]
Avropa çempionatının final mərhələsinə 24 milli komanda qatılacaq
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Avropa çempionatlarının (AÇ) final mərhələsində çıxış edəcək komandaların sayının artırılması rəsmiləşib. "APA-SPORT"un məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsinin (İK) Fransanın Bordo şəhərində keçirilən iclasında bununla bağlı qərar qəbul olunub. Bu haqda məlumat verən İK-nın üzvü Frants Bekkenbauer deyib ki, 2016-cı ildən Avropa çempionatının final mərhələsində 16 yox, 24 komanda qatılacaq. Yeni qərar bu gün keçiriləcək xüsusi mətbuat konfransında rəsmən bəyan olunacaq. UEFA-nın yeniliyi Azərbaycan milli komandasının indiyədək qatıla bilmədiyi AÇ-nin final mərhələsinə çıxmaq şansını artırıb.Qeyd edək ki, 1960-76-cı illərdə 4, 1980-92-ci illərdə 8, 1996-cı ildən indiyədək isə AÇ-nin həlledici mərhələsində 16 komanda mübarizə aparırdı. -
09-26-2008, 11:40 AMAPAAzərbaycan mikrosığortanın perspektivləri ilə bağlı Bazeldə keçirilən beynəlxalq konfransda iştirak edib
[b]Azərbaycan mikrosığortanın perspektivləri ilə bağlı Bazeldə keçirilən beynəlxalq konfransda iştirak edib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bazeldə (İsveçrə) Beynəlxalq Ödəmələr Bankının Maliyyə Sabitliyi İnstitutu tərəfindən təşkil edilmiş «Mikrosığortanın maliyyə sisteminə inteqrasiyası: tənzimləmə, nəzarət və siyasət məsələləri» mövzusunda beynəlxalq konfrans keçirilib.Azərbaycan Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, konfransda 35 ölkədən 70-ə yaxın nümayəndə iştirak edib. Azərbaycanı bu toplantıda Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin baş məsləhətçisi Zəka Mirzəyev təmsil edib. Tədbirdə Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatının vəzifəli şəxsləri ilə yanaşı, mikrosığortanın tətbiq edildiyi bir sıra ölkələrin - Çin, Hindistan, CAR və Filippindən olan ekspertlərin məruzələri dinlənilib və interaktiv müzakirələr aparılıb. Mikrosığortanın tətbiqi ilə bağlı qeyd olunan ölkələrdən başqa, Kolumbiya və Uqandanın da təcrübəsindən bəhs edilib.Qeyd edək ki, mikrosığorta əhalinin az gəlirli təbəqəsinə müxtəlif hüquqi şəxslər tərəfindən göstərilən, lakin qəbul edilmiş ümumi sığorta təcrübəsinə uyğun qaydada həyata keçirilən maliyyə əməliyyatlarını ehtiva edir. Ailə başçısının ölümü, xəstəlik, gəlirin və ya əmlakın itirilməsi hallarında baş verən çətinliklərin dövlət tərəfindən tam qarşılana bilməməsi daimi yoxsulluğu saxlayan amillərdəndir. -
09-26-2008, 11:50 AMAPAHavanada Kuba-Azərbaycan biznes-forumu keçiriləcək
[b]Havanada Kuba-Azərbaycan biznes-forumu keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Noyabrda Havanada Kuba-Azərbaycan biznes-forumu keçiriləcək. Kubanın Azərbaycandakı səfiri Marselo Kaballero Torresin APA-ya verdiyi məlumata görə, Kubaya səfər edəcək nümayəndə heyətinin tərkibinə ticarət, investisiyalar, energetika sahəsində çalışan iş adamları daxildir. Biznes-forum ənənəvi illik Havana beynəlxalq sərgisi çərçivəsində baş tutacaq. -
09-26-2008, 12:00 PMAPABQXK-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
[b]BQXK-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub[b]
[Bakı. Hafiz Heydərov-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub. BQXK-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndəliyə Belçikadan olan Tun Vandenhuv rəhbərlik edəcək. O, oktyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq. Tun Vandenhuv artıq Bakıdadır və bu gündən görüşlərə başlayacaq. Məlumata görə, T. Vandenhuv 1992-ci ildən BQXK-nin dünyanın bir çox ölkələrindəki nümayəndəliklərində çalışıb. Qeyd edək ki, BQXK-nin Azərbaycandakı nümayəndəliyinə bundan əvvəl Martin Amaşer rəhbərlik edib. -
09-26-2008, 12:10 PMAPASon üç ayda dünya bazarında neft 28% ucuzlaşıb
[b]Son üç ayda dünya bazarında neft 28% ucuzlaşıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,29 dollar yüksələrək 1 barelə görə 108,02 dollar təşkil edib. Hərracın gedişində neftin qiyməti 103,22-107,80 dollar/barel diapazonunda dəyişib. «APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,15 - 104,60 dollaradək bahalaşıb.Bu gün səhər isə WTI neftinin qiyməti 1,32 dollar - 106,70 dollaradək, Brent markalı neftin dəyəri 1,13 dollar - 103,47 dollaradək enib. Qeyd edək ki, son üç ayda dünya bazarında neft 28% ucuzlaşıb. -
09-26-2008, 12:20 PMAPAMSK-nın xəbərdarlığından sonra prezidentliyə namizəd Fuad Əliyevin təbliğat materiallarının dəyişdirilməsinə başlanılıb
[b]MSK-nın xəbərdarlığından sonra prezidentliyə namizəd Fuad Əliyevin təbliğat materiallarının dəyişdirilməsinə başlanılıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) prezidentləri namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib. APA-nın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, F. Əliyev təşviqat şəkillərində rekvizitləri göstərməyib. A. Sarıyev bildirib ki, bu qanunun müddəalarına ziddir və müraciətdən sonra F. Əliyevin həmin şəkilləri öz partiyası tərəfindən təbliğat lövhələrindən yığışdırılır, onun yerinə isə rekvizitlər göstərilən yeni şəkillər yapışdırılır. A. Sarıyevin sözlərinə görə, prezidentliyə namizədlər çap etdirdikləri bütün təşviqat materiallarının bir nüsxəsini MSK-ya təqdim edirlər. O seçkiyə qatılmış 7 namizədin 6-nın artıq bu materialları quruma təqdim etdiyini bildirib. Yalnız Qulamhüseyn Əlibəyli hələlik heç bir təşviqat materialı çap etməyib. -
09-26-2008, 12:30 PMAPAAleksandr Lukaşenko Abxaziya və Cənubi Osetiya başçılarının xahişini rədd edib
[b]Aleksandr Lukaşenko Abxaziya və Cənubi Osetiya başçılarının xahişini rədd edib[b]
[Minsk - APA. Gürcüstanın separatçı əraziləri - Abxaziya və Cənubi Osetiyanın başçıları Belarus prezidenti Aleksandr Lukaşenkoya müraciət ediblər. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, abxaz separatçılarının lideri Sergey Baqapş və Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı Aleksandr Lukaşenkodan onları tanımasını xahiş etsələr də, istəklərinə nail ola bilməyiblər. Belə ki, A. Lukaşenko onların xahişini nəzakətlə rədd edib. Belarus prezidentinin mətbuat xidmətindən məsələ ilə bağlı aşağıdakı açıqlama verilib: "Abxaziya və Cənubi Osetiya rəhbərlərinə Belarus tərəfinin mövqeyi ifadə edilmiş cavab göndərilib". -
09-26-2008, 12:40 PMAPAGürcüstan prezidentinin anası Bakıya gəlib
[b]Gürcüstan prezidentinin anası Bakıya gəlib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, türkoloq, professor Giulli Alasaniya Bakıya gəlib. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. G. Aalasiniya bu gün Bakıda keçirilən Azərbaycan Qadınlarının 3-cü Qurultayında iştirak edir. Məlumata görə, Gürcüstan prezidentinin anası sentyabrın 28-nə kimi Bakıda olacaq. Onun Milli Məclisdə, Heydər Əliyev Fondunda, ölkədə fəaliyyət göstərən bir sıra qadın təşkilatlarında görüşləri nəzərdə tutulub.