[b]Xəlil Hüseynova Prezidentin fərdi təqaüdü verilib[b]
[Baki-APA. Bu gün prezident İlham Əliyev Xəlil Hüseynova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, X. Hüseynov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə təqaüdə layiq görülüb.
Azərbaycan Xəbərləri
Printable View

09-25-2008, 07:40 PMAPAXəlil Hüseynova Prezidentin fərdi təqaüdü verilib

09-25-2008, 07:50 PMAPAAzərbaycan prezidenti Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının bir qrupunun təltif edilməsi barədə sərən
[b]Azərbaycan prezidenti Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının bir qrupunun təltif edilməsi barədə sərəncamlar imzalayıb[b]
[Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının bir qrupunun təltif edilməsi barədə sərəncamlar imzalayıb. APA-nın xəbərinə görə, teatrın üç əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib. Teatrın beş əməkdaşı "xalq artisti", dörd əməkdaşı isə "əməkdar artist" adına layiq görülüb. -
09-25-2008, 08:00 PMAPAAKP-dən bir millət vəkili istefa verib
[b]AKP-dən bir millət vəkili istefa verib[b]
[Ankara - APA. Türkiyənin hakim partiyası deputatlarından birini itirib. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) Yozqat bölgəsindən seçilmiş millət vəkili Yaşar Öztürk partiya üzvlüyündən istefa verib. O, istefasının səbəblərini açıqlamayıb. Qeyd edək ki, bu gün AKP-nin ikinci adamı Dengir Mir Mehmet Fırat və müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyasının həmsədri Kamal Kılıçdaroğlu arasında teledebat keçirilib. Parlamentin binasında məşhur telejurnalist Uğur Dündarın aparıcılığı ilə keçirilən debatda K. Kılıçdaroğlu D. Fıratı bir sıra cinayətlərdə ittiham edib və bununla bağlı sənədlər göstərib. D. Firat isə bunları əsassız adlandırıb və opponentini iftira atmaqda suçlayıb. Debat ölkənin əsas telekanalları vasitəsilə canlı yayımlanıb. -
09-25-2008, 08:20 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahini qəbul edib. APA-nın məlumatına görə, nazir Mehmet Əli Şahin iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin daha da inkişaf etməsi üçün hər iki dövlətin əlindən gələni əsirgəmədiyini bildirib. Dövlət başçısı İlham Əliyev qonağın ölkəmizə səfərindən məmnun olduğunu, iki ölkə arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən prezident bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib. -
09-25-2008, 08:30 PMAPAPrezident İlham Əliyev bir qrup qadının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb
[b]Prezident İlham Əliyev bir qrup qadının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb[b]
[Bakı-APA. Prezident İlham Əliyev ölkənin elm, səhiyyə, təhsil, incəsənət sahəsindəki xidmətlərinə görə bir qrup qadının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. APA-nın məlumatına görə, bir qrup məşhur xanım "Şöhrət" ordeni, "Tərəqqi" medalı ilə təltif olunub. Ölkə başçısının digər sərəncamı ilə bir qrup qadına "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", "Azərbaycan Respublikasının əməkdar müəllimi", "Azərbaycan Respublikasının əməkdar həkimi", "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilib. Prezidentin digər sərəncamına əsasən iki xanıma da "Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü" verilib. -
09-25-2008, 08:40 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiya Şurasının vitse-spikeri Svetlana Orlovanı qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiya Şurasının vitse-spikeri Svetlana Orlovanı qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının vitse-spikeri Svetlana Orlovanı qəbul edib. APA-nın məlumatına görə, qonağı salamlamaqdan məmnun olduğunu ifadə edən dövlət başçısı Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdiyini, hər iki ölkənin bu əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Səmimi qəbula görə təşəkkür edən Svetlana Orlova Azərbaycanda yüksək inkişaf getdiyini, bu inkişafı görməkdən məmnun olduğunu bildirib. -
09-26-2008, 01:30 AMAPAAzərbaycan prezidenti Şeyxülislamın açdığı iftar süfrəsi ilə bağlı mərasimdə iştirak edib
[b]Azərbaycan prezidenti Şeyxülislamın açdığı iftar süfrəsi ilə bağlı mərasimdə iştirak edib[b]
Sentyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
[Mərasimdə çıxış edən Şeyxülislam iftar süfrəsinə təşrif buyuranlara öz təşəkkürünü bildirib. Ramazanın sevgi, mərhəmət, ruzi, dostluq, qardaşlıq və həmrəylik ayı olduğunu diqqətə çatdıran QMİ sədri belə bir ayda Prezidentin dindarlarla birgə iftar etməsini onun xalqla həmrəylinin, milli-mənəvi dəyərlərə yüksək qiymət verməsinin bariz nümunəsi, həm də Azərbaycan müsəlmanlarına böyük hörmətinin göstəricisi olduğunu qeyd edib: "Bu gün biz milli və dini mənsubiyyətdən asılı olmayaraq, Azərbaycan adlı böyük bir ailənin bərabər hüquqlu üzvləri kimi iftar süfrəsində bir araya gəlmişik. Deməli, bu, yalnız iftar süfrəsi deyil, həm də birliyimizin, prezidentimizin ətrafında sıx birləşməyimizin və tolerantlığımızın nümunəsidir".Məscid və ziyarətgahların bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirildiyini vurğulayan Şeyx Bibiheybət ziyarətgahının, İçərişəhər Cümə məscidinin bərpasının artıq başa çatdığını, Təzəpir, Əjdərbəy məscidlərində, eləcə də digər məscidlər, dini ocaqlar, həmçinin sinaqoq və kilsələrdə tikinti-bərpa işlərinin aparıldığını söyləyib. Şeyx onu da qeyd edib ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, digər konfessiyaların mənsublarına bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür.Şeyxülislam bütün bunlara baxmayaraq, Azərbaycanı, ölkədəki inkişafı və bölgənin lider dövlətinə çevrilməsini istəməyən, hər vəchlə bunun qarşısını almağa çalışan qüvvələrin varlığından xəbərdar olduqlarını da bildirib: "Təəssüf ki, bu qüvvələr qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün din amilindən istifadə etməkdən, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaqdan da çəkinmirlər. Sizi əmin edirik ki, rəhbərliyiniz altında sürətlə inkişaf edən dövlətimizi öz yolundan döndərmək, cəmiyyətdəki ictimai-siyasi sabitliyi pozmaq, eləcə də dini durumda və bu cəmiyyətin fəal qüvvəsi olan dindarlar arasında gərginlik yaratmaq cəhdləri Yaradanın köməyi ilə əsla baş tutmayacaq. Biz inanırıq ki, inşallah, Zati-alilərinizin doğma Azərbaycanımızla bağlı bütün arzuları və ideyaları reallaşacaqdır. Ulu öndər Heydər Əliyevin arzuladığı kimi, Qarabağ düyünü açılacaq, Azərbaycanın ərazi bütövlüyü Sizin rəhbərliyinizlə təmin olunacaq". Mərasim iştirakçıları qarşısında çıxış edən prezident İlham Əliyev Ramazan ayında belə görüşün ənənəyə çevrildiyini vurğulayıb. Müstəqillik illərində ölkənin qarşılaşdığı sınaqlardan danışan prezident "Azərbaycan xalqı sübut etdi ki, özü öz müqəddəratını müəyyən edə bilər, özü seçdiyi yolla uğurla gedə bilər və qarşıda duran problemlərin həlli işində çox uğurlu addımlar ata bilər" deyib. Müstəqilliyin əsasının məhz 1993-cü ildə qoyulduğunu deyən dövlət başçısı 1991-ci ildən Azərbaycanın müstəqil ölkə kimi yaşadığını, lakin ilk illərdə faktik olaraq ölkənin gələcək müstəqil həyatının şübhə altına salındığını da vurğulayıb. Son beş ildə görülən işlərdən danışan prezident ölkənin problemlərinin həllinə səy göstərdiyini, bütün sahələrdə olan problemləri tezliklə həll etməyə çalışdığını deyib: " "Son beş ildə elə hal olmayıb ki, hansısa vəd verilsin, yaxud da məsələ qarşıya qoyulsun, ancaq həll olunmasın. Bütün proqramlar konkret xarakter daşıyır və hər bir proqramın arxasında konkret icra mexanizmləri, maliyyə resursları və düşünülmüş strateji xətt dayanır. Belə olan halda, əlbəttə, ölkənin uğurları tezliklə baş verəcək"."Prezident kimi mənim üçün, ilk növbədə, Azərbaycan xalqının maraqları böyük önəm daşıyır. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Azərbaycan xalqının maraqlarını tam şəkildə müdafiə edək, qoruyaq, Azərbaycan dövlətinin mövqelərini möhkəmləndirək"-deyən ölkə başçısı Azərbaycanın bölgədə sabitləşdirici amil kimi daim mövcud olduğunu da xatırladıb. Böhranlı şəraitdə bunun daha qabarıq göründüyünü xatırladan prezident növbəti illərdə Azərbaycanın bölgədəki nüfuzu, mövqeyi və rolunun daha da artacağını qeyd edib. Prezident Azərbaycanın milli və dini dözümlülük baxımından nümunə kimi göstərildiyini də bildirib: "Azərbaycanda bütün insanlar, bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt milli, yaxud da dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb, olmamalıdır və əminəm ki, olmayacaq. Bu, bütün başqa amillərlə yanaşı, ölkəmizin uğurlu inkişafını təmin edən amildir". Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qiymətləndirdiyini deyən prezident bu qiyməti verən təşkilatların dünyanın ən böyük beynəlxalq maliyyə qurumları olduğunu da xatırladıb: "Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olaraq qalacaq, demokratiyanın inkişafı istiqamətində mühüm addımlar atılacaq. Təhlükəsizlik tədbirləri görüləcək, iqtisadi islahatlar, sosial proqramların icrası davam etdiriləcək. Növbəti illərdə böyük infrastruktur layihələri gözlənilir. Növbəti ilin dövlət büdcəsi təxminən 15 milyard dollar həcmində olacaq. Bu, son 5-6 il ərzində misli görünməmiş irəliləyişdir. Bizim dövlət xərclərimiz on dəfədən çox artır. Bunun nəticəsi olaraq, bütün layihələr uğurla icra edilir".Daha sonra prezident Ramazan bayramının müqəddəs ənənələrindən danışıb, bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıb.Foto: "Azərtac"ındır. -
09-26-2008, 10:40 AMAPAAzərbaycan iqtisadiyyatının dollarlaşması ölkəni xaricdə baş verən neqativ proseslərin asılılığına salır
[b]Azərbaycan iqtisadiyyatının dollarlaşması ölkəni xaricdə baş verən neqativ proseslərin asılılığına salır[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın bank sistemində kredit və depozitlərin valyutalar üzrə təsnifatı ölkə iqtisadiyyatının dollarlaşmasından xəbər verir.
[Azərbaycan Milli Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu ilin avqust ayının 1-nə 6 361,5 mln. manat həcmində olan bank kreditlərinin 46%-i və ya 2 912,9 mln. manatı xarici valyutanın (əsasən, ABŞ dollarında) payına düşür. Maraqlıdır ki, kreditlərin valyutalar üzrə strukturu 2006-cı ildən dəyişib. Həmin dövrədək valyuta kreditləri üstünlük təşkil edib. Belə ki, 2005-ci ilin sonuna valyuta kreditlərinin payı 62%-ə, 2006-cı ilin sonuna isə artıq 51%-ə bərabər olub.Bank depozitləri üzrə isə vəziyyət tam fərqlidir: valyuta depozitlərinin payına ümumi həcmin (4 049,1 mln manat) 57,4%-i düşür. Bunun isə 84%-ni müddətli depozitlər, 16%-ni isə cari hesablar təşkil edir. Yəni, bankların müştəriləri öz əmanət və depozitlərini əsasən xarici valyutaya etibar edirlər. Dolların manata qarşı məzənnəsinin dinamikası baxımından, kredit və depozitlərin valyutalar üzrə bölgüsü xüsusi diqqət cəlb edir. Belə ki, 2005-ci ildən dollar manata qarşı davamlı olaraq ucuzlaşıb. Nəticədə, dollarda olan depozitlər, həmçinin dollarda olan öhdəliklər ucuzlaşır. Belə şəraitdə kreditləri dollarda götürmək, depozitləri isə manatla yerləşdirmək daha əlverişlidir. Lakin reallıq bunun tam əksini göstərir. Bu da Azərbaycanda iqtisadiyyatın dollardan ənənəvi asılılığının hələ də qüvvədə olduğunu əks etdirir. Məhz bu səbəbdən daxili valyuta bazarının ÜDM-yə nisbəti 60,6% təşkil edir.Qeyd edək ki, dollarlaşmanın əsas iqtisadi səbəbi kimi iqtisadi subyetklər tərəfindən milli valyutaya deyil, dollara üstünlük verməsi ilə bağlıdır. Bu, adətən dolların milli valyutaya nisbətən daha sabit və möhkəm olduğu halda baş verir. Azərbaycanda isə uzun müddətdir ki, manat dollara nisbətən daha möhkəmdir. Buna baxmayaraq, ölkədə dollar tək hesablaşmalar valyutası kimi deyil, həm də yığım valyutası kimi qəbul olunur. Həmçinin, malların böyük hissəsi (əsasən, idxal malları, daşınmaz əmlak və s.) hətta ölkənin daxilində dollarla satılır. Müşahidəçilərin fikrincə, ölkə iqtisadiyyatının dollarlaşmasının əsas səbəblərindən biri mərkəzi bank tərəfindən açıq bazarda pul təklifinə zəif nəzarət etməsi ilə bağlıdır. Dollarlaşmanın əsas neqativ nəticəsi isə iqtisadiyyatın dünya proseslərindən, ABŞ-ın maliyyə sistemindən sıx asılılığıdır ki, son nəticədə ölkə kənarında baş verən bütün mənfi tendensiyalar Azərbaycanın daxilinə siraət edir. Etiraf etmək lazımdır ki, Azərbaycanda bu cür hallar mütəmadi baş verir. -
09-26-2008, 10:50 AMAPA"Milan" 9 yaşlı futbolçu aldı
[b]"Milan" 9 yaşlı futbolçu aldı[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. İtaliyanın "Milan" klubu 9 yaşlı futbolçunu transfer edib. "APA-SPORT"un məlumatına görə, "qara-qırmızı"lar Meksika futbolunun yeniyetmə ulduzu Eduardo Obreqonu heyətinə qatıb. İndidən Dieqo Maradona, Lionel Messi və Serxio Aquero kimi oyunçularla müqayisə olunan "Pişik" ləqəbli Eduardo vətənində "Çivas" klubunda oynayıb. Uşaqların turnirində vunderkindi görən "Milan" seleksiyaçıları "Barselona"nın da göz dikdiyi Obreqonu almağa tələsib. -
09-26-2008, 11:00 AMAPAYaponiyada nazirlərin maaşı 10 faiz azaldılıb
[b]Yaponiyada nazirlərin maaşı 10 faiz azaldılıb[b]
[Tokio-APA. Yaponiyanın yeni baş naziri Taro Aso nazirlərin maaşlarının 10 faiz azaldılması barədə qərar qəbul edib. APA-nın məlumatına görə, nazir maaşlarının azaldılması nəticəsində qənaət edilən pullar ölkədə inzibati və maliyyə islahatları aparılmasına sərf olunacaq. Qeyd edək ki, Yaponiya baş nazirinin aylıq maaşı 20 min, nazirlərin maaşı isə 15 min dollardır.