[b]AŞ PA-da Rusiya-Gürcüstan münaqişəsinə dair məruzə və qətnamə qəbul ediləcək[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasının ilk günü ənənəvi olaraq qurumun prezidenti Luis Mariya de Puçun mətbuat konfransı ilə başlayıb.
[APA-nın Avropa bürosunun məlumatına görə, AŞ PA sədri sessiyanın gündəliyinin əsas məqamlarına toxunaraq, Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin sessiyanın əsas məsələsi kimi dəyərləndirib. O bu məsələnin müzakirə ediləcəyi sabahkı iclasın çox qızğın keçəcəyini bildirib. Təqribən 80 parlamentarinin çıxışa yazıldığını deyən de Puç müzakirələrin nəticəsi olaraq hər hansı rəsmi sənədin qəbul edilməyəcəyini söyləyib: "Müzakirələr Gürcüstan və Rusiya üzrə AŞ PA araşdırma missiyasının rəhbəri Luk van den Brandenin hazırladığı sənəd əsasında aparılacaq. Sessiyanın dördüncü günü isə AŞ PA bu məsələ ilə bağlı xüsusi sənədlər qəbul etməyi nəzərdə tutur". AŞ PA prezidenti Rusiya nümayəndə həyətinin səlahiyyətlərinin dondurulması haqda onlara artıq tələb məktubunun unvanlandığını, bununla bağlı AŞ PA-nın ayrıca iclas keçirməyi nəzərdə tutduğunu qeyd edib: "Biz, ümumiyyətlə, Qafqazda stabilliyin və dialoqun yenidən bərpa olunmasına çalışmalıyıq". Budəfəki sessiyanın özünəməxsus olduğunu söyləyən AŞ PA prezidenti quruma üzv olan iki ölkənin bir-biri ilə müharibə etməsinin AŞ-nin prinsiplərinə və beynəlxalq normalara xələl gətirdiyini vurğulayıb: "Avropa Şurası müharibəni dayandırmaq, vəziyyəti stabilləşdirmək, tərəflər arasında dialoqun başlanması üçün bu məsələyə müdaxilə edib. Sessiyada aparılacaq müzakirələr zamanı qurumun vəziyyətin normaya salınmasında hansı rol oynaya biləcəyi ilə bağlı fikir mübadiləsi olacaq. Sentyabrın 22-25-də Luk van den Brandenin rəhbərliyi altında 9 nəfərdən ibarət AŞ PA missiyası Rusiya və Gürcüstanda olub. Artıq bu gün səhər AŞ PA Bürosunun iclasında Luk van den Brandenin hazırladığı məruzə qəbul edilib və bu sənəd sabahkı müzakirələrin əsasini təşkil edəcək". "AŞ PA sessiya zamanı Gürcüstanın Cənubi Osetiyaya təcavüzünü tanıyacaqmı" sualının cavabında AŞ PA sədri bildirib ki, Luk van den Branden hazırladığı sənəddə Gürcüstanda baş verənlərin daha əsaslı səkildə araşdırılması, məsələnin mahiyyətinə varılması və müharibənin başlanmasında günahkar olan şəxslərin tapılması üçün müstəqil beynəlxalq təşkilat tərəfindən təhqiqatın aparılmasını təklif edib: "Sənəddə qeyd olunur ki, müharibəni kimin birinci başladığını demək çətindir. Bu aydın deyil. AŞ PA-nın sessiyasında aparılacaq müzakirələrin əsas məqsədi isə vəziyyəti bir daha təhlil etmək, bütün Cənubi Qafqaz regionunda stabilliyə nail olmaq, Rusiya ilə Gürcüstanın siyasi dialoqa qayıtması üçün uyğun formulun tapılmasıdır. Sentyabrın 30-da və oktyabrın 2-də aparılacaq müzakirələrin sonunda AŞ PA-nın məruzə və qətnaməsi qəbul olunacaq". Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının dayandırılması məsələsinə toxunan prezident bu barədə artıq qurumun İntizam Komissiyasına məlumat verdiyini deyib: "Komissiyanın verdiyi istiqamətə uyğun olaraq, çıxaracağım qərarı AŞ PA nümayəndələrinə bildirəcəyəm". Qeyd edək ki, bu gün Cənubi Osetiyadan olan bir qrup şəxs Gürcüstanın təcavüzünü pisləmək məqsədilə AŞ-nin qarşısında etiraz aksiyası keçirir.
Azərbaycan Xəbərləri
Printable View

09-29-2008, 04:10 PMAPAAŞ PA-da Rusiya-Gürcüstan münaqişəsinə dair məruzə və qətnamə qəbul ediləcək

09-29-2008, 04:30 PMAPALuis Mariya de Puç: "Ümid edirəm ki, Azərbaycanda prezident seçkiləri Avropa Şurasının prinsiplərinə uyğun keçiriləcək"
[b]Luis Mariya de Puç: "Ümid edirəm ki, Azərbaycanda prezident seçkiləri Avropa Şurasının prinsiplərinə uyğun keçiriləcək"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Mən bu yay Azərbaycana səfərim zamanı ölkə başçısı, baş nazir və bütün aidiyyəti dövlət qurumlarından Avropa Şurasının öhdəliklərə əməl etməyi xahiş etmişəm. AŞ PA demokratiya ilə bağlı Azərbaycanda vəziyyəti öyrənib, siyasətçilərin və jurnalistlərin azad edilməsi istiqamətində müəyyən tələblər irəli sürüb.
[Mən bu yaxınlarda məlumat almışam ki, Azərbaycan prezidentinin imzaladığı əfv fərmanı ilə 80 nəfər həbsdən azad edilib. Lakin bu əfv fərmanının nəzərdə tutulan bütün məhbusları əhatə etdiyini deyə bilmərəm". Bu sözləri AŞ PA prezidenti Luis Mariya de Puç qurumun payız sessiyasının başlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycanda siyasi məhbuslarla bağlı sualı cavablandırarkən deyib. Məhbusların azad edilməsi prosesinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyən prezident Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunub: "Ümumilikdə ölkədə demokratiyanın tamamilə bərqərar olmasına və qarşıdan gələn seçkilərin Avropa Şurasının prinsiplərinə uyğun şəkildə keçirilməsinə ümid edirəm. Mən Azərbaycanda olarkən prezident İlham Əliyev də şəxsən qarşıdan gələn seçkilərin tam demokratik şəkildə keçiriləcəyinə təminat verdi". -
09-29-2008, 05:00 PMAPAGəncədə güclü yağın olub
[b]Gəncədə güclü yağın olub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Bu gün saat 12.00 radələrində Gəncə şəhəri Rüzgar Qasımov küçəsi, ev 13 ünvanında güclü yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın qərb bürosuna verilən məlumata görə, 50 yaşlı Səlim Həsənova məxsus, ümumi sahəsi 80 kvadrat/metr olan 3 otaqlı evin 1 otağı əşyaları ilə birgə tamam yanıb. Yanğın 15 kvadrat/metr sahəni tam, 12 kvadrat/metri isə qismən əhatə edib. Ailə üzvləri arasında xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri dəqiqləşdirilir. -
09-29-2008, 05:40 PMAPAGəncədə yeni doğulan uşaqlara elektron kartların paylanmasına başlanılıb
[b]Gəncədə yeni doğulan uşaqlara elektron kartların paylanmasına başlanılıb[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Səhiyyə Nazirliyinin «Elektron Azərbaycan» layihəsi çərçivəsində Gəncədə yeni doğulan uşaqlara doğum şəhadətnaməsi ilə birgə sağlamlıq kartının verilməsinə başlanılıb. Gəncə şəhər Səhiyyə İdarəsinin baş pediatrı Yeganə Həsənovanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, elektron kartlarda körpənin dünyaya göz açdığı gündən keçirdiyi xəstəliklər, edilən peyvəndlər, müalicələr, müxtəlif preparatlara qarşı olan həssaslığı və başqa digər informasiyalar qeyd olunacaq: "Elektron kart iki hissəyə bölünəcək. Birinci hissədə olan informasiyaları bütün həkimlər oxuya biləcəklər. Kartın xüsusi kodla şifrlənmiş hissəsində isə yalnız ixtisasca və sahəcə aidiyyəti olan həkimlərin xəstəliklər barədə (məsələn SPİD və s.) oxuması mümkün olan məlumatlar yerləşdiriləcək".Qeyd edək ki, ilkin mərhələdə sağlamlıq elektron kartlar 2007-2008-ci illərdə dünyaya göz açan körpələrə verilir. Gələcəkdə isə hissə-hissə bütün uşaqların bu kartlarla təmin olunması planlaşdırılır. -
09-29-2008, 08:30 PMAPAFaiq Ağayev: "Həyat yoldaşım Nigardan rəsmən 2006-cı il fevralın 17-də boşanmışam"
[b]Faiq Ağayev: "Həyat yoldaşım Nigardan rəsmən 2006-cı il fevralın 17-də boşanmışam"[b]
Bakı. Ülkər Qasımova-APA. "Böyük əfsusluq və kədər hissi ilə bəyan edirəm ki, ailə həyatıma son qoymağa məcburam. Uzun zamandır ki, qaynım İsmayılov Rüfət Əli oğlunun bədxah səyləri nəticəsində həyat yoldaşım Nigarla aramızda səngiməyən mübahisələr baş verirdi.
[Məhz buna görə mən 17 fevral 2006-cı il tarixində həyat yoldaşımdan rəsmən boşandım. Lakin boşanmağa razılıq verən Nigar bir ay sonra qərarını səhv sayaraq, yenidən birgə yaşamağımızı məndən israrla rica etdi. Münasibətlərimizi davam edərək, 2 ilə yaxın yenidən sıcaq ailə həyatı yaşadıq. Bu 4 il ərzində ailə həyatımı qorumaq üçün Rüfətin xaricdə yaşamağını qaynanam və yoldaşımın xahişi ilə maliyyə cəhətdən təmin etdim". APA-nın məlumatına görə, bu açıqlama ilə bu gün Azərbaycanın xalq artisti Faiq Ağayev keçmiş qaynı Rüfət İsmayılovun bu günlərdə yerli mətbuata bacısı Nigarın ondan boşanması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə dediklərinə cavab olaraq çıxış edib: "8 ilə yaxın ilk olaraq Hollandiya, sonra isə Almaniyada qeyri-leqal yaşayan, hansı məzhəbə qulluq etməsi bəlli olmayan, tüfeyli, sərsəri həyat tərzi keçirən Rüfət cari ilin əvvəllərində Almaniyanın dövlət qurumlarının qəti təzyiqi nəticəsində məcburən Azərbaycana dönməli oldu. Qayıtdıqdan dərhal sonra o, problemlərini (həqiqi hərbi xidmətdən yayınmaq, müstəqil həyat üçün mənzil və avtomobil ilə təmin olunmaq, işləməyərək məndən stabil aylıq məvacib almaq) həll etməkdən ötrü dəfələrlə anası Dilbər xanım və həyat yoldaşım Nigar vasitəsilə mənə qarşı sərt, arsız tələblər irəli sürdü. Məsələni çözmək üçün ailə qurduğum gündən bəri üzünü görmədiyim, qaynanam Dilbər xanımdan boşanan və hal-hazırda Rusiya Federasiyasında yeni ailəsi ilə yaşayan qayınatam Əli müəllimlə görüşmək istədim. Lakin bu niyyətim baş tutmadı. Bezib, təngə gələrək Rüfətin tələb və təzyiqlərinə rədd cavabı verdim. Kəskin "qardaş-ər" seçimi qarşısında qalan Nigar məsələni həll etmək üçün məndən müvəqqəti olaraq anası və qardaşı ilə kirayə tutulan evdə birgə yaşamaq iznini aldı. Bu zaman ərzində Rüfət mənə təsir etməkdən ötrü hər vəchlə mətbu orqanlarına həqiqətə uyğun olmayan məlumatların, şayiələrin sızıntısını bilərəkdən təşkil etdi. Ailə həyatım intriqa və pul, var-dövlət davası üzərində yox, qarşılıqlı məhəbbət və sayğı-hörmət üzərində qurulduğunu əsas tutaraq, 4 il valideynlərimə yaxşı gəlin, mənə sadiq dost və vəfalı ömür-gün yoldaşı olan Nigarla məsləhətləşib, ailə münasibətlərimizə son qoymaq qərarına gəldik. Bu addımı atmaq, doğma, əziz yuvamı - ailəmi dağıtmaq mənə çətin, iztirablı və ağır oldu..." Xalq artisti son olaraq baş verən bu hadisələrin əsl qaynağı, real səbəbi olan iki məqama xüsusilə toxunub: "Rüfətin birinci istəyi bir neçə gün bundan əvvəl müğənni Kərimin ailəsində onun qəsddən etdiyi iyrənc addımları nəticəsində baş verən və böyük, səmimi qardaş təəssüfümə səbəb olan olaylardan ictimaiyyətin diqqətini daha böyük bir skandalla - Faiq-Nigar cütlüyünün ayrılması faktı ilə yayındırmaq və Rüfət-Kərim qalmaqalını ört-basdır etmək, digər məqsədi isə bu günlərdə Azərbaycanın ali fəxri adı - respublikanın xalq artisti adını aldığımdan dərhal sonra 20 il ərzində halalcasına qazandığım nüfuza xələl gətirmək, mənə şər və böhdan ataraq, ləkə yaxaraq Azərbaycan millətinin gözündən salmaqdır. Rüfətin bu riyakar, çirkin, haram hərəkətləri nəticəsində Kərim-Təranə, Faiq Ağayev - Nigar cütlüklərinin ailə həyatına amansız, qəddarcasına son qoyuldu! Bədxahlarım dostları Rüfətin əli ilə xoşbəxt həyatıma, ailə səadətimə qənim kəsildilər! Allah cəzalarını versin! Bu bəyanatım - yeganə, qəti və son mövqeyimdir. Mövzuya bir daha qayıtmaq niyyətində deyiləm". -
09-29-2008, 09:20 PMAPAAğdaş şəhərində xeyli silah-sursat aşkarlanıb
[b]Ağdaş şəhərində xeyli silah-sursat aşkarlanıb[b]
[Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayonunun mərkəzində xeyli silah-sursat aşkarlanıb. Ağdaş rayon Polis Şöbəsinin rəis müavini Güloğlan Məmmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, silah-sursat Ağdaş şəhərində fəaliyyətini dayandırmış Tikinti Quraşdırma İdarəsinin (PMK-1) həyətindəki birmərtəbəli yararsız binada tapılıb. Bu gün saat 14.40 radələrində naməlum şəxsin Polis Şöbəsinin növbətçi hissəsinə verdiyi telefon məlumatına əsasən, polislər hadisə yerinə dərhal baxış keçiriblər. Baxış zamanı binadan 1 ədəd "AK-74" tipli avtomat silah, 1 ədəd tank əleyhinə qumbaraatan, 4 ədəd tank əleyhinə qumbaraatan mərmisi, həmin mərmilər üçün 4 ədəd alışqan, 16 mm kalibrli 1 ədəd lüləsi kəsik ov tüfəngi, avtomat silah üçün 8 ədəd sandıqca, 1 ədəd "F-1" əl qumbarası, 1791 ədəd müxtəlif kalibrli avtomat güllələri aşkarlanaraq götürülüb. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır. -
09-29-2008, 09:40 PMAPABaş prokuror Zakir Qaralova "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib
[b]Baş prokuror Zakir Qaralova "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib[b]
[Bakı - APA. Prezident İlham Əliyev baş prokuror Zakir Qaralova "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Z. Qaralova bu ad prokurorluq orqanlarının inkişafında xidmətlərinə görə verilib. -
09-30-2008, 03:20 PMAPARusiyanın Gürcüstandakı səfiri və daha 22 diplomat Tiflisi tərk edib
[b]Rusiyanın Gürcüstandakı səfiri və daha 22 diplomat Tiflisi tərk edib[b]
Tiflis - APA. Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko və səfirliyin daha 22 əməkdaşı sentyabrın 30-da Tiflisi tərk edərək Moskvaya uçub.
[APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, diplomatlar Moskvaya xüsusi göndərilmiş "İl-62" təyyarəsi ilə yollanıblar. Bununla belə, V. Kovalenko bildirib ki, bir neçə diplomat və texniki heyət səfirlikdə qalaraq, fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, Rusiyanın avqustun sonlarında Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasından sonra Gürcüstan rəsmi Moskva ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib. Diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar Gürcüstan hakimiyyəti Rusiya vətəndaşları üçün viza rejimini sərtləşdirib, turistlərə viza verilməsini isə dayandırıb. Lakin sentyabrın əvvəllərində əvvəlki qaydalar bərpa olunub. Həmin qaydalara əsasən, Rusiya vətəndaşları sərhəddəki Nəzarət Keçid Məntəqələrində və beynəlxalq aeroportlarda viza ala bilirlər. Gürcüstanın Moskvadakı diplomatik nümayəndəliyi də konsulluq fəaliyyətini davam etdirir. Öz növbəsində, Rusiya sentyabrın 3-də Gürcüstandakı səfirliyini bağlayıb. Bundan başqa, konsulluq şöbəsi fəaliyyətini dayandırıb, Gürcüstan vətəndaşlarına viza verilməsi də dayandırılıb. -
09-30-2008, 07:10 PMAPAABŞ dövlət katibinin birinci müavini Azərbaycana gəlir
[b]ABŞ dövlət katibinin birinci müavini Azərbaycana gəlir[b]
Bakı-APA. Sabah ABŞ dövlət katibinin birinci müavini Con Neqroponte Azərbaycana səfərə gələcək. APA-nın məlumatına görə, səfər oktyabrın 3-dək davam edəcək.
[C. Neqroponte Azərbaycanın hökumət rəsmiləri, biznes dairələrinin, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə ediləcək. -
09-30-2008, 07:20 PMAPASəməd Seyidov AŞ PA sədri Luis Maria de Puçla görüşüb
[b]Səməd Seyidov AŞ PA sədri Luis Maria de Puçla görüşüb[b]
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun sədri Luis Maria de Puçla görüşüb.
[APA-nın Avropa bürosunun xəbərinə görə, görüşdə Azərbaycanda keçiriləcək prezident seçkiləri , Avropa Şurası ilə münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. AŞ PA sədri qurumun seşkiqabağı missiyasının Bakiya səfərindən danışıb, seçkiqabağı vəziyyətlə bağlı ilkin rəyləri aldığını bildirib. AŞPA sədri Dağlıq Qarabağ üzrə alt komitənin gələcək fəaliyyəti haqqında da fikirlərini bildirib. Görüşdə Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov da iştirak edib.