<span style="color:#FF0000;font-size:18px;">[b]Bəxtiyar Sadıqov: "Azərbaycan" müstəqilliyimizin qeyri-rəsmi simvoludur"[b]</span>
"Başsağlığı bazarı bizdədir, bu bazarı heç kimə vermək fikrimiz yoxdur"Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun qəzetin 90 illik yubileyi ərəfəsində APA-ya müsahibəsi
- Yeddi il əvvəl "Azərbaycan" qəzetinin baş redaktoru təyin olunanda verdiyiniz müsahibədə qəzetdə islahatlar aparmaq istədiyinizi demişdiniz. Bu islahatlar axırı necə oldu, həyata keçirə bildiniz?- Hər iki Azərbaycanda islahatlar çox böyük sürətlə gedir. Ölkədə gedən inkişaf göz önündədir. "Azərbaycan" qəzetində də çox böyük dəyişikliklər baş verib. Bu gün qəzetin bütün əməkdaşının müasir tipli kompüterləri, telefonları var, hər otaqda televizor, kondisioner qoyulub. İndiki zamanda biz bunları edə bilmişiksə, böyük işdir. Çünki qəzet büdcə yox, təsərrüfat hesablıdır. Bu işlərin hamısı islahatların sürətlə getdiyini göstərir. Biz sovet dövründən çıxmışıq, həm psixologiyada müəyyən qalıqlar var, həm də sovet dövrü qəzetçiliyinə aid müəyyən vərdişlərimiz qalıb. Bu əngəllər həm müxalifət, həm müstəqil qəzetlərdə özünü göstərir. Bir çox hadisələrə qiymət verəndə məhz o mövqedən çıxış edirik. Bazar iqtisadiyyatında kasıb və işsizin olması normal haldır. İnsan varlarınsa, bu onun qabiliyyətinin göstəricisidir. Bunu cəmiyyətin nöqsanı kimi göstərmək olmaz. Bir çox qəzet bunu cəmiyyətin, müxalifət isə birbaşa iqtidarın nöqsanı kimi qələmə verir. - Sovet dövrünün qalıqları "Azərbaycan" qəzetində nə qədər qalıb?- Təbii ki, burada da insanlar işləyir. Psixologiya inqilabi yolla yox, tədricən dəyişir. - Heç özünüzü 90 il əvvəl "Azərbaycan" qəzetinə baş redaktorluq etmiş Ceyhun Hacıbəyli ilə müqayisə edirsiniz? - İnsanlar kimi bəzən əşyaların da taleyi olur. Bəzən milyonçunun əlində olan əsa geyim dəstini tamamlamaq, kasıbın əlindəki isə ona dayaq olmaq üçün istifadə olunur. Müəyyən mənada "Azərbaycan"ı həm bəxtli, həm də bəxtsiz qəzet sayıram. "Azərbaycan" bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. "Azərbaycan" qəzeti öncə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xəbərlərini dərc edib. O dövrdə "Azərbaycan"da elə istedadlı şəxslər olub ki, adam onların necə yetişməsinə məəttəl qalır. Bu gün internet vasitəsi ilə otaqdan çıxmadan dünyanın istənilən kitabxanasına daxil olmaq imkanı var. Ancaq 1920-ci ildə bu texniki vasitələr yox idi. Belə bir şəraitdə Ceyhun bəy Hacıbəyli Sorbon Universitetini bitirib. Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim kimi şəxslər yüksək istedad və intellektə sahib olublar. Onların hər ikisi Rusiyada təhsil alıb və müxtəlif vaxtlarda "Azərbaycan" qəzetinə rəhbərlik edib. Qəzet bağlandıqdan sonra sovet dövründə Azərbaycanın terminlər lüğətini Xəlil İbrahimə hazırlatdırıblar. Açığını desəm, o dövrlə müqayisə edəndə Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim də məndən xeyli yüksəkdə duran insanlar olublar. Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini elan edəndə "Azərbaycan" qəzeti də bərpa olunub. Mənim redaktor xoşbəxtliyim odur ki, o insanların heç birinə nəsib olmayan qüdrətli Azərbaycanı gördüm. Qəzetin talesizliyi ondadır ki, sovet hökuməti "Azərbaycan"ı bağlayıb və bir daha bu adda qəzet çıxmasına imkan verməyib. Qəzetin bəxtsizliyi indiki dövrə də gəlib çıxıb. Bizim əlimizdə "Azərbaycan"ın bütün nömrələri yoxdur. Biz artıq qəzetin nömrələrinin hansı arxivdə saxlandığını öyrənmişik. Bu arxivlər həm Azərbaycanda, həm də xarici ölkələrdədir. Artıq arxivdə olan "Azərbaycan"ın nömrələrinin toplanması ilə bağlı müraciətlər etmişik. Ən böyük problemlərdən biri də odur ki, indiyə kimi "Azərbaycan" qəzeti tədqiq olunmayıb. - "Azərbaycan"ın real tirajı nə qədərdir?- Bu gün qəzet 9 min tirajla nəşr edilir. - Ancaq 1990-cı illərin əvvəllərində Sabir Rüstəmxanlı baş redaktor olanda qəzet tirajda rekord vuraraq 100 mini ötüb. Bu gün səbəb nədir ki, 10 min tirajı belə keçə bilmirsiniz?- "Kommunist" qəzetinin son tirajı 620 min olub. Mən o vaxt həmin qəzetdə işləyirdim. Onda mətbuat kütləvi idi, hamı qəzet oxuyurdu. Biz kitaba qayıtmasaq, intellekt cəhətdən yüksək inkişaf edə bilməyəcəyik. Digər problem isə bu gün kəndlərə qəzetlərin çatdırılmamasıdır. Sovet dövründə hər bir kəndə qəzet nəşr olunduğu gün çatdırılırdı. Adamlar bu məsələdən əziyyət çəkirlər. Qəzet həm də mənəvi qidadır. Ona alışmayan isə bu qidanı "yeyə" bilmir. Qəzetə alışmaq, onunla "xəstələnmək" lazımdır. Yəni təzədən biz qəzet oxumağa qayıtmalıyıq. "Azərbaycan" qəzeti hazırda respublika səviyyəsində yayılmaq imkanına malik deyil. - Qəzetin çap səviyyəsindən razısınız?- Mən fəxr edirəm ki, bizdə iyirmiyədək peşəkar jurnalist fəaliyyət göstərir. Elə redaksiyalar var ki, bir peşəkar jurnalisti belə yoxdur. İndi biz oturub fikirləşsək, ölkə üzrə əlli peşəkar jurnalistin adını yaza bilmərik. Yəni təkcə bu fakta görə ideal qəzet buraxmaq mümkün deyil. Digər tərəfdən, hər qəzetin öz konsepsiyası var. Bir dəfə küçə satışını eksperiment etdik, lakin gündə 5-10 qəzet sata bilmədik. Məsələn, istənilən yarmarkanın bu başından girib o başından çıxsan, vur-tut 2-3 "Azərbaycan" qəzeti sata bilərsən. Yəni hər qəzetin öz auditoriyası var. Bizim 7 min abunəçimiz var. Qalan 2 min nüsxənin isə 30-40 faizi geri qayıdır. "Azərbaycan" qəzetinin illik abunə haqqı təqribən 100 manatdır. Bu da abunəni çətinləşdir. - Milli Məclisin orqanı olan qəzetə parlament niyə yardım göstərmir?- Nizamnaməyə görə elə olmalıdır. Qəzet bir müddət dövlət büdcəsindən maliyyələşib, Azərbaycan Xalq Cəbhəsi iqtidarda olanda isə büdcədən çıxarılıb. İndi heç kim geriyə qayıtmağı qəbul etmir. Mən istəyirəm ki, Milli Məclis bizə elə-belə pul verməsin, ona göstərdiyimiz xidmətin müqabilində qəzeti maliyyələşdirsin, qəzetdə nə qədər qanun dərc olunursa, Milli Məclis reklam hüququ ilə onun haqqını ödəsə, kifayətdir. Bir dəfə Mərkəzi Seçki Komissiyasının materiallarını dərc etdik. Seçki Məcəlləsinə görə, həmin materialların haqqı ödənməli idi. Lakin bu günə qədər həmin pul ödənməyib. - Yəni MSK sizə borcludur?- Əlbəttə. Onlar bu pulu o vaxtdan ödəməyiblər. Mən bir qədər yazışmalar apardım, ancaq nəticəsi olmadı. - Müsahibələrinizin birində demisiniz ki, "Azərbaycan" qəzeti başsağlıqları hesabına yaşayır. - Biz qəzetin reklamı digərlərindən çox tuturuq. Tutaq ki, hansısa nazirlik Qurtuluş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edir. Axı bu təbriki müxalifət qəzeti verməyəcək! Digər tərəfdən, biz idarə və müəssisələrlə razılığa gəlmişik ki, onların tədbiri olanda işıqlandıracağıq, onlar da reklamları olanda bizim qəzetdə verəcəklər. Bizim gəlirimizin 30 faizini reklam təşkil edir. Yəni mən demişdim ki, biz ən çox pulu təbrik reklamı və başsağlığından qazanırıq. - Sirr deyilsə, bir başsağlığının qiyməti neçədir?- Bu gün bir başsağlığının qiyməti 17 manatdır. Altı nəfərin adından bir başsağlığı verilirsə, bunun məbləği 17 manatdır. Başsağlığı verən şəxslərin sayı artdıqca, qiymət də bahalaşır. Kiminsə yaxın adamının öldüyünü bilmək üçün bizim qəzeti alırlar. Yəni bu bazar bizdədir və heç kimə vermək fikrimiz yoxdur. Odur ki, biz başsağlığının qiymətini qaldıra da bilirik. - "Azərbaycan" qəzetinin məhkəməyə verilən vaxtları olubmu? - Tək mənim dövrümdə altı məhkəməmiz olub, onun da iksində iddiaçı biz olmuşuq. Bütün proseslərdə də qalib gəlmişik. Bütün yazılarımız haqlı olub. Qərəz olan yazını məhkəmədə heç vaxt müdafiə edib, udmaq olmur. Söz demək cəsarətdirsə, onu deyə bilmək məharətdir. - Bəzən "Azərbaycan" qəzetində yüksək səviyyəli məmurların tənqidinə rast gəlinir... - Bəzən yetişmiş məsələlər olur. Bir vaxt Bakıda yaşıllıqları qırıb yerində bina tikmək adama qəribə gəlirdi, insanlar bunu qəbul edə bilmirdi. Müxalifət qəzetləri bütün günü bu barədə yazsalar da, inanmırdılar. Biz bu mövzunu araşdırdıq. Söhbət ağac qırmaqdan yox, həmin şəxslərə bu hüququ verənlərdən, bu sənədə imza atanlardan gedir. Bu məsələnin dalınca gedəndə yüksək çinli məmurlara çatdıq. Bizim yazıdan sonra çoxsaylı hücumlara tuş olduq. Ancaq sözü də ucuzlaşdırmaq olmaz. Sözün tək ölçüsü və çəkisi yox, rəngi də var. Müəyyən qədər sözlə işləyəndən sonra onun rəngini görmək olur. Odur ki, eyni məsələdən çox tənqid yazıb sözü urvatdan salmaq olmaz. - Bu yaxınlarda rəhbərlik etdiyiniz qəzetdə televiziyaları da ciddi tənqid etmişdiniz... - Ulu öndər Heydər Əliyevin 2001-ci ilin avqustun 13-də milli mənəvi dəyərlərin qorunması ilə bağlı müraciəti olub. Orada çox vacib məsələlər əksini tapıb. Bu gün biz avropalıyıq deyib, az qala abır-həyamızı, ədəb-ərkanımızı unutmağa başlamışıq. Dünyanın harasında sıradan çıxmış, vaxtı keçmiş, qəbul olunmayan layihələr varsa, Azərbaycanın özəl kanalları onu camaata sırımaqla məşğuldur. Məsələn, bir neçə il əvvəl abır, ismət, namus "Qəfəs"ə qoyulmuşdu. Axır ki, bir müddət keçəndən sonra onun qarşını aldılar. Məsələn, bu gün "Sarı" jurnalı nəşr olunur. Bir də görürsən Fransada hansısa aktrisanın iyirmi ərinin olmasından yazırlar. Bu, Avropa üçün normaldır. Hər televiziyanın bir "bazar" verilişi var. Bir də görürsən, kimsə çıxıb atası bilinməyən uşağı haqqında danışır. Azərbaycanda atası bilinməyən uşağın bir adı var - bic. Ancaq gör vəziyyət hansı həddə çatıb ki, hamı bic doğmağı bayram edir, televiziyalar da bunun təbliğatçısına çevrilir. Mən axşam saat 10-da yatıram. Haradan bilim ki, mən yatandan sonra oğlum oturub belə səviyyəsiz proqramlara baxmır. Bunun qarşısını qadağa yolu ilə almaq mümkün deyil. Azərbaycanda şou-biznes yoxdur. İndi cəmi iki qrup şou-bizneslə məşğuldur. Bunlar "Bakılı oğlanlar" komandası və Rəfaellə Coşqundur. Onlar tam normal fəaliyyət göstərirlər. İndi "palatka" müğənniləri televiziyalara pul ödəyib "raskrutka" olunurlar. Bundan isə televiziya kanalı və həmin müğənnidən başqa heç kim qazanmır. Mən yazını adı ilə yazıram. Yazdıqlarımın müəyyən qədər təsiri olur. Lakin Azərbaycanda ictimai qınaq lazımi səviyyəyə çatmayıb. - Bir dəfə "Azərbaycan" qəzetində Əkrəm Əylislinin özünün xəbəri olmadan müsahibəsi dərc olunmuşdu. Sonradan bu hadisə yazıçının böyük etirazına səbəb oldu. - Əkrəm Əylislinin 70 illik yubileyi ərəfəsində jurnalist Telman Mehdixanlı bir neçə dəfə ondan müsahibə almaq istəyib, lakin baş tutmayıb. Jurnalist onun köhnə müsahibələrinin üzərində işləyib və yeni material hazırlayıb. Ancaq müsahibəni Əkrəm Əylisliyə oxutdura bilməyib. Müsahibə qəzetdə gedəndə mən jurnalisti çağırıb materialı yazıçıya oxutdurub-oxuturmadığını soruşdum. O da cavabında yazıçının müsahibədən xəbərdar olduğunu dedi və müsahibəni çap etdik. Səhəri gün Əkrəm Əylisli zəng edib qəzetə müsahibə vermədiyini dedi və təkzib tələb elədi. Hətta bu barədə mətbuata açıqlama da verdi. Mən də bunun üstündə jurnalisti işdən çıxartdım. Sonradan Əkrəm Əylisli də daxil olmaqla, bir neçə millət vəkili mənə müraciət edərək, onu işə bərpa etməyimi xahiş etdi. Mən iclas keçirdim. İclasda redkollegiya jurnalistin bağışlanmasını müsbət qiymətləndirdilər və biz Telman Mehdixanlını işə qaytardıq. Lakin bu hadisə Əkrəm Əylislini yenidən tanımağıma kömək etdi, mən onu ikinci dəfə kəşf etdim. Əkrəm Əylislini yazıçı kimi tanıyırdım, bu hadisədən sonra isə insan kimi də tanıdım. Əkrəm müəllim prinsipcə düz etmişdi. Amma 70 yaşlı bir xalq yazıçısının 60 yaşlı məcburi köçkünü işindən qovdurmasını ayrı cür qiymətləndirənlər də oldu... - Çoxları "Azərbaycan"ın baş redaktoru olmağı asan iş saymır. Yəni burada jurnalist sərbəstliyinin olmadığını deyirlər. Siz bu fikirlərlə razısınızmı?- "Azərbaycan"ın baş redaktoru olmaq vəzifə deyil. Vəzifə odur ki, pul qazanıb, firavan yaşayasan. Bu qəzetin baş redaktoru işlədiyin dövrdə ancaq özünə düşmən qazana bilərsən. Bu iş böyük məsuliyyət tələb edir. - Sentyabrın 15-də "Azərbaycan" qəzetinin 90 illiyi tamam olur. Rəsmi səviyyədə təbrik və ya mükafatlandırma gözləyirsinizmi?- Dövlət başçısı zəhmətimi yüksək qiymətləndirərək, məni "Əməkdar jurnalist" fəxri adına layiq görüb. Ona görə özüm üçün heç nə istəmirəm. Ancaq kollektivdə olan peşəkar jurnalistlərin təltif ediləcəyini gözləyirik. - Neçə yaşınız var?- Artıq 57 yaşındayam. - Yaşınıza baxanda tez qocalana oxşayırsınız. - 1991-ci ilə qədər cavan oğlan idim. Qarabağda baş verən hadisələr zamanı cəbhədə bölgəsində müxbiri kimi işlədim. Məni o müharibədə gördüklərim və yaşadıqlarım qocaltdı. Mənə elə gəlir ki, həyata ikinci dəfə gəlmişəm. Artıq ikinci həyatımı yaşadığımı hiss edirəm. Xudu Məmmədovun məşhur bir sözü var: "Mən artıq təəccüblənməyi tərgitmişəm, indi ancaq dərin təəssüf hissi keçirirəm". Mən ömrüm boyu təəccüblənməmək üçün mübarizə aparmışam. Bəzən insanlar elə addımlar atır ki, təəccüblənirsən. İndi ömrümün təəssüflənmə çağıdır...
Azərbaycan Xəbərləri
Printable View
-
09-12-2008, 04:50 PMAPABəxtiyar Sadıqov: "Azərbaycan" müstəqilliyimizin qeyri-rəsmi simvoludur"
-
09-12-2008, 05:00 PMAPAElman Rüstəmov: «Azərbaycan Milli Bankı banklara kreditləşməni məhdudlaşdırmaq göstərişi verməyib»
<span style="color:#FF0000;font-size:18px;">[b]Elman Rüstəmov: «Azərbaycan Milli Bankı banklara kreditləşməni məhdudlaşdırmaq göstərişi verməyib»[b]</span>
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına kreditləşmənin məhdudlaşdırılmasına dair heç bir göstəriş verməyib. «APA-ECONOMICS»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib: «Çünki qanunvericiliklə banklar öz fəaliyyətində azaddır».Qeyd edək ki, son vaxtlar ölkədəki bank təşkilatları tərəfindən kreditləşmənin dayandırılması barədə məlumatlar yayılır. Bunu şərh edən E.Rüstəmov deyib ki, banklardakı kreditləşmə problemləri müəyyən ödənişlərin vaxtı çatması ilə bağlı yarana bilər. Belə ki, bir sıra bank xarici maliyyə mənbələrindən vəsaitlər cəlb edir və bu öhdəliklər üzrə banklar tərəfindən ödənişlər aparılarkən kreditləşmədə müəyyən müddət ərzində fasilələr yarana bilər. -
09-12-2008, 05:20 PMAPAAzərbaycan və Türkiyə Banklar Assosiasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan və Türkiyə Banklar Assosiasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb[b]</span>
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Türkiyə Banklar Assosiasiyası arasında əməkdaşlıq sazişi imzalanıb.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən ABA-nın prezidenti Eldar İsmayılov ölkədəki 43 bank və 4 qeyri-bank kredit təşkilatının Assosiasiyaya üzv olduğunu, o cümlədən 17 bank təşkilatının xarici kapitallı olduğunu, 2 yerli bankın isə xaricdə filiallarının fəaliyyət göstərdiyini bildirib.E.İsmayılov qeyd edib ki, görüşün əsas məqsədi hər iki ölkənin bank assosiasiyaları və bankları arasında əməkdaşlığı genişləndirmək, eyni zamanda Türkiyə banklarının Azərbaycan bazarına çıxışını artırmaqdır: «Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir və ABA bu inkişafın daha da yüksəldilməsində maraqlıdır. Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı ticarətdə əsas məsələ manat-lirə konvertasiyası ilə bağlıdır. Biz bu məsələyə çox ciddi yanaşırıq, yəni konvertasiya mexanizminin işlənib hazırlanması vacibdir».Türkiyə Banklar Assosiasiyasının baş katibi Ekrem Keskin isə öz növbəsində Türkiyə bank sektorunun vəziyyəti, eyni zamanda son illər bu sahədə əldə olunan nailiyyətlərdən danışıb: «Hazırda Azərbaycanda bir sıra türk bankları fəaliyyət göstərir ki, bu da Azərbaycanla Türkiyə arasında olan iqtisadi əməkdaşlıqdan xəbər verir. Türkiyə banklarından bir neçəsi artıq Azərbaycanda nümayəndəliklərini açmaq niyyətindədir və bu məsələ hələlik danışıqlar mərhələsindədir». Sonda iki ölkənin bank assosiasiyaları arasında əməkdaşlığa dair saziş imzalanıb. Xatırladaq ki, ABA indiyədək 15 xarici bank assosiasiyası ilə analoji saziş imzalayıb. Qeyd edək ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. -
09-12-2008, 05:40 PMAPATürkiyənin nəqliyyat naziri Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qoşulacağını istisna etmir
<span style="color:#FF0000;font-size:18px;">[b]Türkiyənin nəqliyyat naziri Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qoşulacağını istisna etmir[b]</span>
[Ankara - APA. Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi qonşu Ermənistanı kənarda qoymağı nəzərdə tutmur. APA-nın "Today’s Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım deyib. O, layihənin 2011-ci ildə başa çatacağını, təkcə adə çəkilən üç ölkəni əhatə etməyəcəyini, həm də Asiya ilə Avropanı bir-birinə bağlayan tarixi İpək Yolunun canlandırılmasına yönəldiyini bildirib. Nazir beynəlxalq ticarət və turizmin inkişafına təkan verəcək layihəyə Rusiya, İran, Yunanıstan kimi ölkələrin də qoşula biləcəyini söyləyib: "Layihə yalnız Türkiyə və Azərbaycana məxsus deyil". -
09-12-2008, 05:50 PMAPANuru Paşanın nəvəsi Azər Ənvər ilk dəfə Azərbaycana gələcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Nuru Paşanın nəvəsi Azər Ənvər ilk dəfə Azərbaycana gələcək[b]</span>
[Bakı. Laura Cəbrayıllı-APA. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycandakı nümayəndəliyinin dəvəti ilə Nuru Paşanın nəvəsi Azər Ənvər sentyabrın 14-də ilk dəfə Azərbaycana gələcək. Qurumdan APA-ya verilən məlumata görə, A. Ənvər Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 90 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. Qonağın Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarəti, Nuru Paşanın, Qafqaz-İslam Ordusunun xatirəsinə həsr olunmuş tədbir və müxtəlif ədəbi-bədii gecələrdə iştirakı nəzərdə tutulub. -
09-12-2008, 06:10 PMAPABu gün BBVB-nin valyuta bölməsində 33 min dollarlıq əqd bağlanıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Bu gün BBVB-nin valyuta bölməsində 33 min dollarlıq əqd bağlanıb[b]</span>
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8150 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8150 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 26 912 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8150 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 33 min dollar və ya 26 912 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 9,275 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,71%, ABŞ dolları üzrə isə illik 16,08% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
09-12-2008, 06:20 PMAPA"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimatı keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimatı keçirilib[b]</span>
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı-2003-2008" kitabının təqdimat mərasimi keçirilib.
[APA-nın məlumatına görə, tədbirə çıxış edən Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə bildirib ki, bu kitab rəsmi sənədlər əsasında hazırlanıb. O, ötən 5 il ərzində Azərbaycanda 3 ali məktəb - Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradıldığını deyib. YAP-ın icraçı katibi Əli Əhmədov isə bildirib ki, kitabın hazırlanmasında məqsəd liderlərin fəaliyyəti barədə məlumatları tarixə həkk etdirmək və gələcək nəslə çatdırmaqdır. Ə. Əhmədov bu kitabı son 5 ilin təhsil sisteminin salnaməsi kimi də dəyərləndirib.Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, ötən beş ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsait dəfələrlə çoxalıb, 1410 yeni məktəb binası inşa edilib, təhsil işçilərinin əmək haqları bir necə dəfə artırılıb. -
09-12-2008, 06:30 PMAPAAzərbaycanın daha bir bankı qızıl satışına başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın daha bir bankı qızıl satışına başlayıb[b]</span>
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın «Xalq Bank» ASC pərakəndə bank məmulatlarının çeşidinin genişləndirilməsi məqsədi ilə fiziki şəxslər üçün qızıl külçələrin satışına başlayıb. «Xalq Bank»ın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata əsasən, müştərilərə Avropanın aparıcı zavodlarında istehsal olunmuş 100, 250, 500 və 1000 qramlıq 999,9 əyarlı külçələr təklif olunur. Külçələrin qiyməti «Xalq Bank»ın gündəlik məzənnələri əsasında müəyyən edilir, onların saxlanmasının təhlükəsizliyini təmin etmək üçün müştərilər külçələrini Bankın depozitar seyflərində saxlaya bilər.Qeyd edək ki, «Xalq Bank» ASC-nin aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 325,693 mln. manat, kredit portfeli 262,105 mln. manat, depozit portfeli 234,426 mln. manat, məcmu kapitalı 41,885 mln. manat, nizamnamə kapitalı 53,550 mln. manat olub. -
09-12-2008, 06:40 PMAPAATƏT-in Seçkiləri Müşahidə Missiyasının təhlilçisi Mətbuat Şurasında olub
<span style="color:#FF0000;font-size:18px;">[b]ATƏT-in Seçkiləri Müşahidə Missiyasının təhlilçisi Mətbuat Şurasında olub[b]</span>
[Bakı-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda Seçkiləri Müşahidə Missiyasının media təhlilçisi Rasta Kuzel Mətbuat Şurasında olub. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şura sədri Əflatun Amaşovla və qurumun İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdə R. Kuzel üzərinə bu kampaniya, xüsusilə prezidentliyə namizədlər haqqında məlumatların mediada nə dərəcədə ətraflı işıqlandırılması ilə bağlı monitorinq aparılması missiyasının düşdüyünü vurğulayıb. 2005-ci ilin parlament seçkiləri zamanı da belə məsul işlə məşğul olduğunu deyən R. Kuzel medianın durumu və digər aktual məsələlər ətrafında danışıb. Ə. Amaşov rəhbərlik etdiyi qurumun apardığı aylıq monitorinqlərdə seçkilər mövzusunun xüsusi yer tutduğunu deyib. Şura sədri MŞ-nin monitorinqini apardığı KİV-lərdə bu məsələnin işıqlandırılması xüsusiyyətlərinin təhlilini verib. -
09-12-2008, 06:50 PMAPATəhsil almaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi parlamentdə müzakirə olunacaq
<span style="color:#FF0000;font-size:18px;">[b]Təhsil almaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi parlamentdə müzakirə olunacaq[b]</span>
[Bakı. İlhamə İsabalayeva - APA. Milli Məclisin (MM) payız sessiyasında hərbi qanunvericiliyə bakalavr, magistratura və aspiranturada oxumaq istəyən gənclərə hərbi xidmətə görə möhlət hüququnun verilməsi ilə bağlı dəyişikliyin edilməsi məsələsinə baxılacağı gözlənilir. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil məsələləri daimi komissiyanın üzvü Abel Məhərrəmov bildirib. A. Məhərrəmov fasiləsiz təhsil üçün gənclərə şərait yaradılmasının vacib olduğunu deyib: "Mövqeyimiz belədir ki, fasiləsiz təhsilə şəraitin yaradılması ilə bağlı hərbi qanunvericiliyə dəyişiklik edilməlidir. Əminəm ki, bu məsələ həllini tapacaq. Parlamentin əksər üzvləri də bu fikirdədir. Ancaq bu dəyişikliyi elə etmək lazımdır ki, həm təhsil, həm də hərbi sahə axsamasın. Birinə üstünlük verməklə, digərinə zərər vermək olmaz".
