[b]Heydər Əliyev Fondu ilə Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Heydər Əliyev Fondu və Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb. APA-nın məlumatına görə, sənədi fondun prezidenti, millət vəkili Mehriban Əliyeva və icmanın rəhbəri Yan Çapla imzalayıblar. Sənədə əsasən tərəflər müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, rekonstruksiya layihələri gerçəkləşdirəcək, sosial və dini məqsədli obyektlərə yardımlarla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etno-mədəni komponentlərinin inkişafına yönələn tədbirlər həyata keçirəcəklər. İlk addım kimi Bakıda yerləşən Müqəddəs Məryəm kilsəsində şüşələrin dəyişdirilməsi nəzərdə tutur. Layihə çərçivəsində məbədin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənilmiş bədii şüşələrlə əvəz olunacaq. Eyni zamanda məbədin fasadına keramik pannonun yerləşdirilməsi də planlaşdırılır. Qeyd edək ki, Heydər Əliyev Fondu indiyədək "Tolerantlığın ünvanı Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Pravoslav Kilsəsinin bərpasını və yəhudi uşaqlar üçün təhsil kompleksinin inşasını maliyyələşdirib.
Azərbaycan Xəbərləri
Printable View

09-26-2008, 03:20 PMAPAHeydər Əliyev Fondu ilə Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb

09-26-2008, 03:40 PMAPAHeydər Əliyev Fondu paralimpiyaçılara təqaüd ayırıb
[b]Heydər Əliyev Fondu paralimpiyaçılara təqaüd ayırıb[b]
[Bakı. Laçın Sultanova-APA. Heydər Əliyev Fondu XI, XII və XIII Paralimpiya oyunlarının qaliblərinə təqaüdlər ayrılıb. APA-nın məlumatına görə, bu barədə paralimpiyaçıları qəbul edən Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva bildirib. M. Əliyeva bu il həm Olimpiada həm də Paralimpiadada iştirak edən Azərbaycan idmançılarının çox uğurla çıxış etdiklərini deyib və bildirib ki, qazanılan medallar Azərbaycan xalqına sevinc bəxş edib. Son illər Azərbaycanda idmanın inkişaf etdiyini söyləyən M. Əliyeva «Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır» deyib. Fond prezidenti Paralimpiya oyunlarının qaliblərinə mükafatlar təqdim edib. M. Əliyeva bildirib ki, onlar Fondun təqaüdçüləri kimi hər ay pul mükafatları alacaqlar. İdman və gənclər naziri Azad Rəhimov Azərbaycanda iqtisadiyyat, təhsil, səhiyyə sahələri ilə yanaşı idman sahəsində də uğurlu islahatlar aparıldığını vurğulayıb. Nazir Azərbaycan tarixində ilk dəfə ikiqat Paralimpiya çempionu olmuş İlham Zəkiyevin yüksək nailiyyət əldə etdiyini qeyd edib. A. Rəhimov Azərbaycanın MDB məkanında Paralimpiya Kompleksi yaradan ilk ölkə olduğunu deyib. -
09-26-2008, 03:50 PMAPAİlin sonunadək Azərbaycanda informasiya təhlükəsizliyi üzrə hazırlanmış milli standartların layihələri müzakirə ediləcək
[b]İlin sonunadək Azərbaycanda informasiya təhlükəsizliyi üzrə hazırlanmış milli standartların layihələri müzakirə ediləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin birgə yaratdığı Standartlaşdırma üzrə «İnformasiya-kommunikasiya texnologiyaları» Texniki Komitənin iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclasda Texniki Komitənin əsasnaməsi üzv təşkilatların nümayəndələri tərəfindən müzakirə olunub. Əsasnamə rəy və təkliflər nəzərə alınmaqla, qəbul edilib. İclasda Texniki Komitənin ilin sonuna qədər olan iş planı da təsdiqlənib. Plana uyğun olaraq, informasiya təhlükəsizliyi üzrə hazırlanmış Azərbaycanın milli standartların layihələrinin cari ilin sonuna kimi müzakirəsi üçün Texniki Komitə tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. İclasda Komitənin gələcək fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər müzakirə edilib.Qeyd edək ki, Texniki Komitənin əsas məqsədi İKT sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların yaradılması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak etməkdir. Komitənin sədri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadədir. -
09-26-2008, 04:00 PMAPAAzərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
[b]Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Xorvatiyanın Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki səfirinin müavini İqor Pelovşek məlumat verib. O bildirib ki, məsləhətləşmələrdə yaxın vaxtlarda həyata keçiriləcək rəsmi səfərlərin təşkili diqqət mərkəzində olacaq. İkitərəfli əlaqələrin inkişafı, bölgədə vəziyyət, təhlükəsizlik problemləri də müzakirə ediləcək. Məsləhətləşmənin noyabrda keçiriləcəyi gözlənilir. -
09-26-2008, 04:10 PMAPABVF və DB oktyabrın 13-də dünya maliyyə böhranından çıxış yollarını müzakirə edəcək
[b]BVF və DB oktyabrın 13-də dünya maliyyə böhranından çıxış yollarını müzakirə edəcək[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabr ayının 13-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) birgə illik direktorlar iclası keçiriləcək. BVF-nin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclas çərçivəsində Fondun beynəlxalq valyuta və maliyyə, habelə inkişaf komitələrinin toplantısı, həmçinin BVF və DB-nin birgə forumu keçiriləcək. Qeyd edək ki, adətən BVF-DB illik iclaslarında üzv ölkələrdə mövcud maliyyə vəziyyəti, cari problemlər müzakirə olunur. Bu ilki toplantının əsas mövzusu isə ABŞ-da baş verən maliyyə böhranı və onun dünyaya iqtisadiyyatına təsiri olacaq. BVF-nin hesablamalarına görə, ABŞ-dakı böhran nəticəsində dünya iqtisadiyyatı və maliyyə bazarlarının itkiləri 1,3 trln. dollara çatıb. İri banklar və maliyyə qurumlarının müflisləşməsi, fond bazarlarında indekslərin kəskin düşməsi, maliyyə sistemində tarazlığın pozulması böhranın əsas nəticələridir və bütün bunlar ABŞ-da müşahidə olunur. Qeyd edək ki, dünən Amerikanın ən iri banklarından biri olan «Washington Mutual» likvidliyin kəskin azalması səbəbindən hökumət tərəfindən bağlanılıb. «Washington Mutual» bankının məcmu aktivləri 310 mlrd. dollara bərabərdir və onların bir hissəsini (sağlam aktivlər) «JPMorqan» qrupu alacaq. Bu kimi hadisələrin səbəbləri, nəticələri və çıxış yolları, yəni böhranın genişlənməməsi, onun lokallaşması son zamanlar BVF-nin diqqət mərkəzindədir və oktyabrın 13-də bu məsələlər Fondun üzv ölkələri arasında müzakirə olunacaq.Xatırladaq ki, Azərbaycan 1992-ci ilin sentyabrın 18-dən BVF-nin üzvüdür. Ölkəni BVF-də maliyyə naziri təmsil edir. -
09-26-2008, 04:20 PMAPAAsiya İnkişaf Bankı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dərinləşməsini maliyyələşdirəcək
[b]Asiya İnkişaf Bankı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dərinləşməsini maliyyələşdirəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün 4,5 mln. ABŞ dolları ayıracaq. AİB-in Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu proqram çərçivəsində üzv ölkələr arasında tədqiqat, treninq və dialoqların əlaqələndirilməsi məqsədi ilə virtual institutun təsis edilməsi nəzərdə tutulur.AİB tərəfindən ayrılan məbləğdən başqa, yeni təsisat təşəbbüsünün dəstəklənməsi üçün Çinin Regional Əməkdaşlıq və Yoxsulluğun Azaldılması Fondu 500 min dollar və iştirakçı ölklərin hər biri 200 min dollar vəsait ayıracaq. Yeni yaradılacaq CAREC institutu virtual xarakterli olduğundan, onun daimi yeri, infrastrukturu və işçi heyəti olmayacaq.Yeni institutun əsas məqsədi yeni bilik resursları tapmaqla regional nəqliyyat, ticarət və enerji şəbəkəsinin təkmilləşdirməsi istiqamətində yeni əməkdaşlıq platforması yaratmaqdır. Bundan başqa, treninq proqramları dövlət qurumlarını işçilərinin regional əməkdaşlığa dair bilik və bacarıqlarının yaxşılaşdırılmasına kömək edəcək, tətbiqi tədqiqat proqramları isə yeni innovasiya və tövsiyələrlə regional əməkdaşlığın effektivliyinə yardım edəcək.Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar kredit ayırmağı planlaşdırır.Xatırladaq ki, CAREC-in üzv ölkələri sırasına Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və Əfqanıstan daxildir. -
09-26-2008, 04:30 PMAPAAzərbaycanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında yeni kredit sazişi imzalanıb
[b]Azərbaycanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında yeni kredit sazişi imzalanıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanla daha bir beynəlxalq maliyyə qurumu arasında kredit sazişi imzalanıb.
[Bakıda mühasibat uçotu sahəsində aparılan islahatların davam etdirilməsi məqsədi ilə Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) arasında «Korporativ və büdcə sektorunda hesabatlılıq Layihəsi» (CAP/SAP) üzrə kredit sazişi və layihənin birgə maliyyələşdirilməsi üçün Yaponiyanın qrantı üzrə məktub-saziş imzalanıb.Azərbaycan Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hər iki sazişi ölkə hökuməti adından maliyyə naziri Samir Şərifov, IBRD adından isə DB-nın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak imzalayıb. Layihənin məqsədi ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının beynəlxalq standartlara, digər mühasibat uçotu subyektlərinin isə milli mühasibat uçotu standartlarına keçidinə yardım göstərilməsindən, mühasibat uçotu sahəsində müasir standartlara cavab verən təlim və təhsil sisteminin yaradılmasından ibarətdir. Layihə üç komponentdən (korporativ sektorun maliyyə hesabatlarının tətbiqindən, büdcə sektorununun maliyyə hesabatlarının tətbiqi və mühasibat uçotu, audit və maliyyə idarəetməsi potensialının gücləndirilməsi) ibarətdir. Qeyd edək ki, layihənin dəyəri 24 mln. ABŞ dolları təşkil edir. Bunun 8 mln. dollarını Azərbaycan hökuməti, 11 mln. dollarını IBRD (ilk 10 il güzəştli şərtlərlə, illik 0,75% dərəcəsi ilə 35 il müddətinə kredit), 3 mln. dollarını Yaponiya hökuməti (birgə maliyyələşdirmə qrantı üzrə) və 2 mln. dollarını İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO, qrant üzrə) ayıracaqları nəzərdə tutulub. -
09-26-2008, 04:50 PMAPATürkmənistan prezidenti Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib
[b]Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib[b]
[Aşqabad-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib. APA-nın məlumatına görə, əfv olunan məhbuslar Qədr gecəsini ailəsi ilə birlikdə qarşılamaq üçün bu gün azadlığa buraxılacaqlar. Qədr gecəsi günü əfv fərmanının imzalanması ənənəsi sabiq prezident Saparmurat Niyazov tərəfindən 1999-cu ildə qoyulub. Ötən il bu müqəddəs gün münasibətilə qəbul olunan amnistiya aktı 9 min məhbusa şamil edilib. -
09-26-2008, 05:00 PMAPATürkmənistanda yeni Konstitusiya qəbul olunub
[b]Türkmənistanda yeni Konstitusiya qəbul olunub[b]
[Aşqabad - APA. Türkmənistan Xalq Şurasının (Xalq Məsləhəti) bu gün keçirilən iclasında ölkənin yeni Konstitusiyası qəbul olunub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Konstitusiyada əsas dəyişiklik elə Xalq Şurasının özünün ləğvindən ibarətdir. Saparmurad Niyazovun dövründə yaradılan və 2507 üzvdən ibarət bu dövlət orqanında müxtəlif səviyyəli məmurlar, deputatlar və ictimai təşkilatların nümayəndələri təmsil olunurdu. Köhnə Konstitusiyaya əsasən Xalq Məsləhətinin əsas qanuna düzəliş, MSK-nın formalaşdırılması, seçki və referendumların təyin olunması, dövlət sərhədlərinin, inzibati-ərazi bölgüsünün dəyişdirilməsi kimi səlahiyyətləri vardı. İndən belə bu səlahiyyətlər prezident və Məclis (parlament) arasında bölüşdürüləcək. -
09-26-2008, 05:10 PMAPAMSK-nın növbəti iclası keçirilib
[b]MSK-nın növbəti iclası keçirilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda prezidentliyə namizəd Hafiz Hacıyev və Fuad Əliyevin vəkillərinin təyin olunması ilə bağlı müraciətə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, H. Hacıyev özünə 40, F. Əliyev isə 30 vəkil təyin edib. Hər iki namizədin vəkilləri MSK-da qeydiyyata alınıb. MSK üzvü Akif Qurbanov isə MSK-da məşvərətçi səs hüquqlu üzvlərin vəkil kimi qeydə alınmasının doğru olmadığını qeyd edib: "Doğrudur, bununla bağlı qanunda hər hansı qadağa yoxdur. Amma məşvərətçi səs hüquqlu üzvlə vəkilin səlahiyyətləri fərqlidir". MSK-nın sədri Məzahir Pənahov isə qadağının olmadığını əsas gətirib və buna görə də məşvərətçi səs hüquqlu üzvlərin vəkil kimi qeydə alınmasından imtinaya əsasın olmadığını vurğulayıb.