[b]GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrda Helsinkidə keçiriləcək[b]
Bakı. Laçın Sultanova-APA. Bu ilin sonuna kimi GUAM Katibliyinin yeni ofisinin təqdimatı keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində keçirilmiş 7-ci iclasında qəbul olunub. Görüşdə həmçinin GUAM XİN Şurasının növbəti iclasının bu il dekabrın 4-5-də Helsinkidə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin illik konfransı çərçivəsində keçirilməsi qərara alınıb. Həmin tədbir çərçivəsində həmçinin GUAM-ABŞ görüşü də keçiriləcək. Sonuncu görüşün tarixi barədə qərar BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində keçirilmiş 14-cü GUAM-ABŞ görüşündə qəbul olunub.
Azərbaycan Xəbərləri
Printable View

09-25-2008, 04:20 PMAPAGUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrda Helsinkidə keçiriləcək

09-25-2008, 04:50 PMAPAAzərbaycanla Çexiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
[b]Azərbaycanla Çexiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çexiya Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. APA-nın məlumatına görə, sənədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Çexiyanın ətraf mühit nazirinin müavini Yan Dusik imzalayıb.İmzalanma mərasimində çıxış edən H.Bağırov bildirib ki, Y.Dusikin Azərbaycana səfərində məqsədi məhz bu memorandumun imzalanması olub. Memorandumda ətraf mühitin mühafizəsi üzrə gələcək əməkdaşlıq məsələləri öz əksini tapıb. Nazirin sözlərinə görə, Azərbaycan və Çexiya bu sənəd əsasında fizioloji resursların qorunub saxlanılması, tullantıların idarə olunması, iqlim dəyişkənliyi, içməli suyun keyfiyyətinin artırılması sahəsində əməkdaşlıq edəcəklər. H.Bağırov deyib ki, Azərbaycanda içməli su imkanları məhdud olan yaşayış məntəqələrində modul tipli su təmizləyici qurğular quraşdırılır. Bu prosesə Çexiya şirkətlərinin cəlb edilməsi nəzərdə tutulur. -
09-25-2008, 05:00 PMAPAElnur Məmmədli evlənməyə qız axtarır
[b]Elnur Məmmədli evlənməyə qız axtarır[b]
"Ermənilərin başını birinci mən kəsəcəyəm"
Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan cüdo yığmasının üzvü, XXIX Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli bu gün brifinq keçirib. "APA-SPORT"un məlumatına görə, 20 yaşlı idmançı jurnalistlərin suallarını cavablandırıb.- Pekin Yay Olimpiya Oyunlarından bir ay ötüb. Arxada qalan müddətdə bərpa dövrünü necə keçirmisiniz?- Bərpa dövrü yaxşı keçir, amma yoruluram. Bunun böyük səbəbkarı siz, jurnalistlərsiniz. Sizin əlinizdən dincəlmək olmur (gülür).- Məşqlərə nə vaxtdan başlayacaqsınız?- Oktyabrın sonlarında fəal məşqlərə start verəcəyəm. İndi yüngül məşqlər edirəm, səhərlər qaçıram, üzürəm, basketbol oynayıram.- Sizdə elə hiss yaranmayıb ki, artıq idmanda hər şeyi etmişəm, daha heç nə lazım deyil?- Yox. Mən neyləmişəm ki!? Bu, hələ başlanğıcdır. 20 yaşım var, inşallah, bundan sonra 2-3 olimpiadada iştirak edə bilərəm. Güləşmək bizim işimizdir, peşəmizdir.- "Ulduz xəstəliyi"nə tutulmayacağınıza inanaq?- Bunu mənə hamı deyir. Nə etmişik ki, "ulduz xəstəliyi"nə tutulaq... Ermənistanı alsaq, bəlkə onda belə şeylərdən danışmaq olar. Mən "ulduz xəstəliyi"ndən uzaq idmançıyam.- İndiyədək bəzi olimpiya mükafatçılarımız "ulduz xəstəliyi"nə tutularaq, bunun acısını çəkiblər.- Kim istəyər ki, belə xoşagəlməz halla üzləşsin? Məsələn, olimpiya çempionu Fərid Mansurov Pekində xəstələndiyi üçün medal qazana bilmədi. Əks təqdirdə, o mükafatçılar sırasına düşəcəkdi. Qismət Allahdandır! Çalışacağam ki, cənab prezidentimizin, bütün xalqımızın etimadını doğruldub, ikinci dəfə olimpiadanın qızıl medalını qazanım. Bilirsiniz ki, bizdə ikiqat olimpiya çempionu yoxdur. 2012-ci ildə Londonda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, idman tariximizə düşmək istəyirəm.- Pekin Olimpiadasından əvvəlki və sonrakı həyatınız arasında hansı fərqlər var?- Olimpiadadan sonra 4 dəfə mobil telefonumun nömrəsini dəyişmişəm. O qədər lazımsız adamlar zəng vurur mənə... Köhnə dostlar tapılır. Ancaq onlara fikir vermirəm. Olimpiadadan öncə, dar, çətin vəziyyətimdə kim yanımda idisə, indi də onlarla birlikdəyəm. Mənə paxıllıq edənlər də çoxdur. Kimsə üzümə gülür, amma arxamca danışır. Biri deyir, AST şirkətinin rəhbəri Telman İsmayılov Elnura 1 milyon dollar pul verdi, biri deyir ki, Elnurun 4 maşını var. Bunlar boş sözlərdir. Mənə dövlət tərəfindən 600 min manat pul, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov tərəfindən isə BMW markalı avtomobil verilib. Vəssalam! İstərdim ki, xalqımız dediklərimi internet səhifələrində, qəzetlərdə oxuyub, əsl vəziyyətin nə yerdə olduğu bilsin.- Yəni, milyonçu olmamısınız, eləmi?- Milyonçu olmamışam, heç istəmirəm də. Milyonçunun milyon dənə problemi olur. Qoy, kasıbçılığımızı sürək.- Sizin üçün pulu qazanmaq asandır, yoxsa xərcləmək?- Xərcləmək. Pul olsun, xərcləməyə nə var ki! (gülür)- Gənclər və idman naziri Azad Rəhimov təklif edirdi ki, qazandığınız pulu banka qoyasınız.- Nazirin sözünə qulaq asıb, pulumu Azərbaycan banklarından birinə qoymuşam.- Bəzi idmançılar böyük uğur qazandıqdan sonra Azərbaycan çempionatına qatılmırlar. Sizin belə fikriniz yoxdur?- Bu, yarışların qrafikindən asılıdır. Əgər ölkə çempionatı ilə hansısa önəmli beynəlxalq turnir üst-üstə düşürsə, adətən ikinciyə üstünlük veririk.- Bildiyimizə görə, oruc tutursunuz. Sizə çətinlik yaratmır ki?- Bir az çətinlik olur. Səfərə gedəndə orucumu pozmaq məcburiyyətində qalıram. Allaha şükür, ümumilikdə hər şey qaydasındadır.- Namaz qılırsınız?- Bəli.- Həcc ziyarətinə getməyi planlaşdırırsınız?- İnşallah, Həccə getməyi nəzərdə tutmuşam.- Maraqlıdır, Allahın evinə gedəndə ən böyük arzunuz nə olacaq?- Dua edəcəyəm ki, Allah bütün müsəlmanları xəta-bəladan qorusun. Bundan başqa, valideynlərimizə, yaxınlarımıza can sağlığı arzulayacağam.- İdman meydanlarında dəfələrlə erməniləri məğlub etmişik. Necə düşünürsünüz, müharibə başlasa, bədnam qonşularımıza qalib gələ bilərik?- Əlbəttə! Erməninin başını elə birinci mən kəsəcəyəm. İndiyədək 19 dəfə ermənilərlə qarşılaşmışam və hamısında qələbə qazanmışam. Hətta bir dəfə düşmən ölkənin cüdoçusu ilə dalaşmışam da.- Hobbiniz nədir?- Maşın sürmək. Ölürəm maşın sürmək üçün.- Yol polisi sizə ilişmir?- Yox. Yeri gəlmişkən, Respublika Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkürümü çatdırıram.- Olimpiadadan qayıdandan bəri yol polisi sizi cərimələməyib ki?- Çox sağ olsunlar. Hamı hörmətimi saxlayır.- Gözaltınız var?- Xeyr. Hələ subayam. Evlənmək niyyətim var. Açığı, ailə həyatı qurmağa qız axtarıram.- Sizin üçün qız tapmaq çox çətindir?- Həddən artıq çətindir. Çünki idmançıların özünəməxsus xarakterləri olur. Həm də idmançıların demək olar, 80 faizinin başla, əsəblə bağlı problemi var.- Olimpiya çempionunun həyat yoldaşı necə olmalıdır?- Ağıllı olmalı, məni sevməli, valideynlərimə hörmətlə yanaşmalıdır.- Hirslənəndə özünüzü necə sakitləşdirirsiniz?- Mən üzüyola adamam. Nadir hallarda əsəbiləşirəm. Qarşı tərəf səhv olanda da, yola verirəm. Oturdub, sözlə başa salıram. Ancaq başa düşməyən adamla üz-üzə gələndə vəziyyət ayrı cür olur...- Döyürsünüz həmin adamı?- Döymürəm, lakin döymək ondan yaxşıdır.- Pekindən qayıtdıqdan sonra həyatınızda əlavə çətinlik yaranıb?- Hara gedirəmsə, hamı mənimlə şəkil çəkdirir, məni yorurlar. Hər halda, buna müsbət baxıram. Əhəmiyyətsiz insan olsaydım, yəqin ki, fikir verməzdilər.- Belə çıxır ki, tanınmağınız sizə maneçilik törətmir?- Əksinə, məndə ruh yüksəkliyi yaranır. Hətta Pekində tatamiyə çıxarkən dövlət başçımız İlham Əliyevin zala gəldiyini görməyim mənə əlavə güc vermişdi. Buna görə də, qələbə naminə bütün var-qüvvəmi sərf etdim.- Çəki dərəcənizi dəyişmək fikriniz var? Ola bilərmi ki, gələcəkdə 73 kq-da deyil, 81 kq-da güləşəsiniz?- Bunu indidən deyə bilmərəm. Fəal məşqlərə başladıqdan sonra bu barədə qərar verəcəyəm. Bu vaxta qədər bir neçə 81 kq-da güləşmişəm. Axırıncı dəfə, yazda Moskvada keçirilən Dünya Kubokunda 3-cü yeri tutmuşam.- Olimpiadadan sonra ilk yarışınız nə zaman olacaq?- Bu il yarışım yoxdur. Gələn ilin yanvarında Yaponiyada təlim-məşq toplanışında olacağam.- Deyəsən, payızda Rusiyanın "Yavara-Neva" klubunun heyətində yarışda çıxış etməli idiniz?- Həmin turnirə gedib-getməyəcəyimi bilmirəm. -
09-25-2008, 05:10 PMAPATünzalə Ağayeva: "Mən əsəbi olanda mahnı yazıram"
[b]Tünzalə Ağayeva: "Mən əsəbi olanda mahnı yazıram"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Mən əsəbi və gərgin olanda mahnı yazıram. Bir çox insanlardan fərqli olaraq mən əsəbiləşəndə qab sındırmır və kiminləsə əsəbi davranmıram". APA-nın məlumatına görə, bu açıqlamanı əməkdar artist Tünzalə Ağayeva verib. Sənətçi bildirib ki, həyatında baş verən ən dözülməz hadisələrdə belə, onu musiqi xilas edib: "Mən mahnı yazan zaman bütün problemlərdən uzaq oluram, həyatımdakı bütün pislikləri unuduram. Əslində bu xüsusiyyətimi sevriəm və bu gün bir bəstəkar kimi tanınmağımı buna borcluyam". Yaxın vaxtlarda Amerikaya səfər edəcəyini deyən müğənni, bunun sırf yaradıcılıq məqsədi daşıdığını qeyd edib. -
09-25-2008, 05:20 PMAPABakı şəhər İcra Hakimiyyətin müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb
[b]Bakı şəhər İcra Hakimiyyətin müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb[b]
[Bakı. Elnur Məmmədli-APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) bir neçə müxalifət partiyasının sentyabrın 28-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi partiyaların müraciətdə göstərdiyi 9 meydanın heç birində aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. Şəhər rəhbərliyi müxalifətə aksiyanı "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda keçirilməsini təklif edib. A. Hacılı bildirib ki, onlar Bibiheybətdə mitinq keçirmək fikrində deyillər və buna görə də sentyabrın 28-nə təyin edilmiş aksiya təxirə salınır: "Biz Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə bağlı məhkəməyə müraciət edəcəyik. Həmçinin, mitinqlərin keçirilməsinin digər yolları və həmçinin icazəsiz aksiyalarla bağlı müzakirələrə başlayacağıq". Qeyd edək ki, müxalifətin əməkdaşlıq mərkəzində təmsil olunan Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası, "Azərbaycan Naminə" İctimai Forum prezident seçkiləri il bağlı əks təbliğat aparmaq məqsədi ilə sentyabrın 28-nə mitinq təyin ediblər. Partiyalar öz müraciətlərində göstərdikləri 9 meydandan birində mitinqin keçirilməsinə icazə verilməsini istəyibdilər. -
09-25-2008, 05:30 PMAPAYaxın vaxtlarda Azərbaycanda donanmanın yeniləşdirilməsi proqramı təsdiqlənəcək
[b]Yaxın vaxtlarda Azərbaycanda donanmanın yeniləşdirilməsi proqramı təsdiqlənəcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın vaxtlarda Azərbaycan donanmasının yeniləşdirilməsi proqramının dövlət başçısı səviyyəsində təsdiq ediləcəyi gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov bildirib.Q.Qurbanovun sözlərinə görə, 2008-2012-ci illəri əhatə edəcək proqram çərçivəsində yeni dəniz limanının, gəmiqayırma zavodunun tikintisi, həmçinin tanker parkının, bərə terminalının yeniləşdirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində 6 bərə və 14 tankerin alınması planlaşdırılır. Qeyd edək ki, bu günədək ARDDA tərəfindən 987 gəmi qeydiyyata alınaraq onlara Azərbaycan bayrağı verilib. -
09-25-2008, 05:50 PMAPAAzərbaycanda köçürmə veksellərinin olmaması nağdsız hesablaşmaların inkişafının qarşısını alır
[b]Azərbaycanda köçürmə veksellərinin olmaması nağdsız hesablaşmaların inkişafının qarşısını alır[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda veksellərin sayı və həcmi artsa da, veksel dövriyyəsi hələ də başlamayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-ECONOMICS»ə verilən məlumata əsasən, cari ilin yanvar-avqust aylarında 57,4 mln. manat məbləğində 497 veksel dövlət qeydiyyatına alınıb, veksellər üzrə illik artım isə 7 dəfə təşkil edib.Qeyd edək ki, hazırda Azərbaycanda yalnız sadə veksellər mövcuddur. Yəni, veksel verən (kreditor) və veksel alan (debitor) öz aralarında veksel vasitəsi ilə müəyyən edilmiş tarixdə müəyyən edilmiş məbləğ haqqında saziş bağlayır. Bu halda veksel yalnız təsdiqlənmiş ödəmə öhdəliyini, yəni kommersiya və ya maliyyə krediti ifadə edir. Veksellərin digər növü - köçürmə vekseli isə Azərbaycanda hələ də istifadə olunmur. Qeyd edək ki, sadə vekseldən fərqli olaraq, köçürmə vekseldə veksel verən və veksel üzrə ödənişi alan şəxslər fərqlidir. Yəni, bu halda veksel (ödəmə tarixinə qədər) artıq nağdsız hesablaşma alətinə çevrilir. Beləliklə, köçürmə vekselinin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, vəsaitlərin bir şəxsdən digər şəxsin sərəncamına köçürülməsi aləti kimi çıxış edir. Qeyd edək ki, dünya praktikasında köçürmə veksellər maliyyə-kredit sistemində mühüm rol oynayır və nağd hesablaşmaları kəskin azaldır.Köçürmə veksellərinin mövcud olmasını şərtləndirən əsas amil kimi maliyyə sisteminin sabitliyi, maliyyə bazarının iştirakçıları və qeyri-maliyyə, o cümlədən istehsal, ticarət, vasitəçilik və s. sahələrdə çalışan qurumlarının etibarlı imicə malik olması və s. qiymətləndirilir. Düzdür, Azərbaycanda da bu kateqoriya aid olan iqtisadi subyektlər mövcuddur, habelə maliyyə sistemi sabitdir. Lakin köçürmə veksellər bazarı hələ də formalaşmayıb və bunun səbəbləri subyektivdir: iqtisadi subyektlər hələ də birbaşa, yəni yalnız pul hesablaşmalarına üstünlük verir. Bu səbəbdən də Azərbaycanın maliyyə-kredit sisteminə pul təzyiqi çox böyükdir. -
09-25-2008, 06:40 PMAPABu gün BBVB-nin valyuta bölməsində 1,065 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 1,065 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8071 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8071 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 831 519 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararsı əqdlərin həcmi 28 255,5 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8071 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,065 mln. dollar və ya 859 774,5 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 355 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 16,69% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
09-25-2008, 07:00 PMAPAİctimai Televiziya və Radioda namizədlərə ödənişli efir vaxtının ayrılması ilə bağlı püşkatma keçirilib
[b]İctimai Televiziya və Radioda namizədlərə ödənişli efir vaxtının ayrılması ilə bağlı püşkatma keçirilib[b]
[Bakı-APA. Azərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərə İctimai Televiziya və Radioda ödənişli efir vaxtının ayrılması ilə bağlı onların nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRŞ) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, şirkətdə yaradılan püşkatma komissiyasının sədri, İTRYŞ-nin baş direktorunun müavini Çingiz Aslanov bildirib ki, qanunvericiliyə uyğun olaraq namizədlərə televiziyada və radioda 6 saat ödənişli efir vaxtı ayrılıb və təşviqat prosesi başlayandan ötən bir həftə ərzində ödənişli efir vaxtının ayrılması üçün 5 qeydə alınmış namizəd tərəfindən şirkətə müraciət olunub. Komissiya sədri qeyd edib ki, efir vaxtı həm televiziyada, həm də radioda saat 09:51-dən 22:51-dək müəyyən edilib və vaxt bölgüsündə bərabər imkan yaradılıb. Püşkatmanın nəticəsinə əsasən ödənişli efir vaxtından Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev birinci, YAP-dan prezidentliyə namizəd İlham Əliyev ikinci, Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadə üçüncü, BAXCP-dən prezidentliyə namizəd Qüdrət Həsənquliyev dördüncü, BQP-dən prezidentliyə namizəd Fazil Qəzənfəroğu beşinci istifadə edəcək. Məlumata görə, həftənin cüt günləri 18.51 və 19.51-də nəzərdə tutulan vaxtlar namizədlərin iştirakı ilə keçirilən dəyirmi masa ilə əlaqədar olaraq 18.42 və 19.54-lə əvəzlənəcək. Şirkətin baş direktorunun müavini bildirib ki, İTRYŞ-nin Direktorlar Şurası prezidentliyə namizədlər üçün püşkatmaya çıxarılan ödənişli efir vaxtının qiymətlərində dəyişiklik edib. Qeyd olunub ki, televiziyada bu imkandan istifadə edənlərə 30 faiz, radioda isə 50 faiz güzəşt ediləcək. -
09-25-2008, 07:10 PMAPAMoskvada "Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası" mövzusunda dəyirmi masa keçirilib
[b]Moskvada "Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Laçın Sultanova - APA. Moskvada "Rusiya naminə vəhdət" Fondunun himayəsi altında "Azərbaycan 2008-ci ildə: prezident seçkiləri və xarici siyasətin strategiyası" mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Elxan Nuriyev tədbirə əsas məruzəçi qismində dəvət olunub. O, iştirakçıları Azərbaycandakı seçkiqabağı vəziyyətlə tanış edib. E. Nuriyev sosioloji araşdırmalara əsasən prezident İlham Əliyevin şəksiz lider olduğunu vurğulayıb və onun rəhbərliyi altında Azərbaycanın müasirləşməsi, hərtərəfli inkişafı istiqamətində həyata keçirilən kursun əhali tərəfindən dəstəklənməsinin səbəblərini açıqlayıb. Məruzəçi öz milli mənafelərindən çıxış edən, eyni zamanda qlobal və regional qüvvələrin də mövqeləri nəzərə alan Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas prinsipləri haqda ümumi məlumat verib. Fondun prezidenti Vyaçeslav Nikonov dəyirmi masada giriş nitqi və yekun şərhlə çıxış edib.