[b]Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub[b]
[Bakı. Tamara Qriqoryeva - APA. İyulun 3-də ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib. APA-nın məlumatına görə, qəbulda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, Amerika xalqı müstəqilliyin elan olunmasından indiyə qədər azadlıq ideyaları ilə yaşayır: "Amerika kimi, Azərbaycan da azadlıq istiqamətində seçim edib və bu seçim Azərbaycan xalqının sülh, müstəqillik şəraitində inkişafını təmin edəcək". Tədbirdə çıxış edən Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iştirakçıları Azərbaycan prezidenti adından təbrik edərək Amerika xalqına sülh və rifah arzulayıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini deyib. Z. Əsgərov 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biri olduğunu xatırladıb. O, ümid etdiyini bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş səyləri davam etdirəcək.
Azərbaycan Xəbərləri
Printable View

07-04-2008, 12:01 PMAPABakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub

07-04-2008, 12:11 PMAPA""Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxarılan İşçi Partiyası üzvlərindən biri həbs edilib, biri isə buraxılıb
[b]""Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxarılan İşçi Partiyası üzvlərindən biri həbs edilib, biri isə buraxılıb[b]
[Ankara - APA. Türkiyə polisinin ""Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxardığı İşçi Partiyasının Gənclər Təşkilatının lideri Barbaros Xeyrəddin Altıntaş haqqında həbs qətimkan tədbiri seçilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, növbətçi məhkəmə önünə çıxarılan B. X. Altıntaş həbs edilsə də, onun müavini Tunç Akkoç sərbəst buraxılıb. T. Akkoç məhkəmə salonundan çıxdıqdan sonra jurnalistlərə açıqlamasında Türkiyədə vətənsevərləri, Atatürkün prinsiplərini məhkum etmək istəyənlərin öz istəklərinə çatmadıqlarını bəyan edib: "Bu ölkədə vicdanlı hakimlər var. Bunu bir daha sübut etdilər. Artıq "Ergenekon" oyunu çöküb". Qeyd edək ki, B. X. Altıntaş bir neçə ay əvvəl həbs olunmuşdular. İyulun 1-də həbs olunan 21 nəfərdən 4-ü isə artıq azadlığa buraxılıb. -
07-04-2008, 12:21 PMAPARəcəb Tayyib Ərdoğan: "Məni hədələyirlər"
[b]Rəcəb Tayyib Ərdoğan: "Məni hədələyirlər"[b]
Ankara - APA. "Biz bu işə baş qoyduq. Mən və yaxın dostlarım hədələr alırıq, amma qətiyyən yarı yolda dayanmayacağıq".
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tələbələrlə görüşündə son günlər aparılan həbslərə dair suala cavabında deyib. O, xalqa mafiyanın çökdürüləcəyi barədə söz verdiklərini və buna böyük ölçüdə nail olduqlarını söyləyib. İstintaqı aparan prokuror Zəkəriyyə Özün isə Milli İstihbarat (kəşfiyyat) Təşkilatı, Əmniyyət Müdirliyi (polis təşkilatı) və Baş Qərargaha sorğu göndərərək "Ergenekon" adlı terror təşkilatı olub-olmadığını soruşduğu məlum olub. Bilavasitə baş nazirə tabe olan strukturlar - kəşfiyyat və polis sorğuya verdikləri cavabda belə bir təşkilatın olduğunu bildirsələr də, Baş Qərargahdan "bilmirik" cavabı gəlib. -
07-04-2008, 12:31 PMAPABakıda toyuq ətindən kütləvi zəhərlənmələr baş verib
[b]Bakıda toyuq ətindən kütləvi zəhərlənmələr baş verib[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Yay mövsümü ilə əlaqədar Azərbaycan paytaxtında qidadan zəhərlənmə halları artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, son vaxtlar gün ərzində zəhərlənmə ilə bağlı 15-20 müraciət daxil olur. O, toyuq ətindən zəhərlənmələrə daha çox rast gəlindiyini deyib. Bir neçə gün əvvəl Bakıda toyuq ətindən qaynaqlanan kütləvi zəhərlənmə halına təsadüf edildiyini söyləyən R. Nağıyevin sözlərinə görə, Zığ qəsəbəsində yerləşən müəssisələrdən birində toyuq ətindən hazırlanan dönərdən 9 nəfər zəhərlənib. Türkan kəndində yerləşən daş karxanasında çalışan 7 fəhlə də toyuq əti yedikdən sonra özünü pis hiss edib. Hər iki halda zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər. Qida zəhərlənmələri ilə bağlı ölüm faktı hələlik qeydə alınmayıb. -
07-04-2008, 02:51 PMAPALeysan yağışları Göygölün Danayeri kəndində süni su anbarının bəndlərini dağıdıb
[b]Leysan yağışları Göygölün Danayeri kəndində süni su anbarının bəndlərini dağıdıb[b]
[Göygöl. Nəzakət Məşədiəliqızı-APA. Dünən gecə Azərbaycanın Qərb bölgəsinə yağan leysan yağışları Göygöl və Daşkəsən rayonlarına ciddi ziyan vurub. APA-nın Qərb bürosunun məlumatına görə, Göygöl rayonunun Yalıqışlaq və Danayeri kəndləri təbii fəlakətdən daha çox əziyyət çəkib. Leysan yağışları nəticəsində Danayeri kəndində yaradılmış süni su anbarının bəndlərindən biri uçub və anbardakı su bütünlüklə kəndin əkin sahələrinə, evlərin zirzəmilərinə axıb. Güclü su axını həmçinin Daşkəsən magistral yolunun su keçidində tıxac əmələ gətirib. Nəticədə yolun alt istinad divarının təqribən 300 metri sıradan çıxıb. Güclü sel həmçinin Daşkəsən rayonunun bütün kəndlərinə ciddi ziyan vurub, əksər kəndlərdə mal-qaranı sel aparıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş görülür. -
07-04-2008, 03:01 PMAPACənubi Osetiya münaqişəsi zonasında atışma baş verib, ölənlər və yaralananlar var
[b]Cənubi Osetiya münaqişəsi zonasında atışma baş verib, ölənlər və yaralananlar var[b]
[Tiflis - APA. Cənubi Osetiya münaqişəsi zonasında vəziyyət ciddi şəkildə gərginləşib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, separatçı rejimin "Mətbuat və İnformasiya Komitəsi" iyulun 4-nə keçən gecə gürcü tərəfinin atıcı silahlar, miaatanlar və qumbaraatanlardan istifadə etməklə üç istiqamətdən atəşə başladığını və strateji yüksəklikləri ələ keçirməyə çalışdığını açıqlayıb. Atışmada osetinlərdən 3 nəfərin həlak olduğu, 10-dan çox adamın yaralandığı bildirilir. Gürcüstan Müdafiə Nazirliyinin Sülhməramlı əməliyyatlar üzrə qərargah rəisi Mamuka Kuraşvili isə silahlı toqquşma faktını təsdiqləsə də, Cənubi Osetiya tərəfinin ittihamlarını rədd edib. O bildirib ki, gürcü tərəfinin addımları məcburi və cavab xarakterli olub: "Gecə Cənubi Osetiya tərəfi atəşə başladı, səhər saat altıda isə Böyük və Kiçik Liaxvi dərələrini birləşdirən yolda yerləşən postumuza hücum etdi. Biz cavab atəşi açmağa məcbur olduq". O, münaqişə zonasında vəziyyətin gərgin, ancaq nəzarət edilən olduğunu vurğulayıb. Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı isə gürcü tərəfinin atəşi dayandırmayacağı təqdirdə, münaqişə bölgəsinə ağır texnika yeridəcəklərini bəyan edib: "Biz gürcü tərəfinin öz qoşunlarını geri çəkəcəyini gözləyirik. Əks halda, əldə olunmuş razılaşmalara zidd olaraq münaqişə zonasına yeridilmiş hərbi qüvvələri məhv etmək üçün bölgəyə ağır texnika və hücum silahları göndərəcəyik". Separatçılar tanınmamış respublikada ümumi səfərbərlik elan ediblər. -
07-04-2008, 03:11 PMAPAOqtay Əsədov: "Bəzi qüvvələr "Təhsil haqqında" qanunun hələ qəbul olunmamasını şişirdirlər"
[b]Oqtay Əsədov: "Bəzi qüvvələr "Təhsil haqqında" qanunun hələ qəbul olunmamasını şişirdirlər"[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri cari məsələlər ətrafında çıxış ediblər. APA-nın məlumatına görə, millət vəkili Pənah Hüseyn ölkədə üç jurnalistin həbsdə olduğunu, onların azadlığa buraxılmasının vacibliyini vurğulayıb. Millət vəkili İqbal Ağazadə isə çıxışında Şamaxıda taxıl yığımında problemlər yarandığını, bu problemlərin qarşısının alınması üçün təcili tədbirlər görülməsinə çağırıb. Millət vəkili Cəmil Həsənli isə "Təhsil qanunu"nun hələ də qəbul olunmamasından danışıb. Sonuncu məsələyə toxunan spiker Oqtay Əsədov bildirib ki, bəzi qüvvələr "Təhsil haqqında qanun"un bu günə kimi qəbul edilməməsini şişirdirlər: "Qanun ekspertizaya verilib, ekspertiza başa çatdıqdan sonra sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq. Təhsil qanunu çərçivə qanunudur, buna görə də bu, son dərəcə mükəmməl sənəd olmalıdır". Spiker həmçinin gələcəkdə "Yol hərəkəti qaydaları haqqında" qanuna dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb: "Əksər hallarda sürücülərin maşını idarə edərkən telefonla danışdığını görürəm. Məhz belə hallar nəticəsində yol qəzalarının sayı artır. Bu kimi hallara yol verməmək lazımdır. Bununla bağlı Daxili İşlər Nazirliyi ilə danışacağam, lazım gələrsə, "Yol hərəkəti qaydaları" haqqında dəyişiklik edə, maşın idarə edərkən telefonla danışan sürücülərə kəsilən cəzaları sərtləşdirə bilərik". -
07-04-2008, 05:51 PMAPA"GEN" MMC-nin rəhbəri tərəfindən pullarının mənimsənildiyini iddia edən vətəndaşlar mətbuat konfransı keçiriblər
[b]"GEN" MMC-nin rəhbəri tərəfindən pullarının mənimsənildiyini iddia edən vətəndaşlar mətbuat konfransı keçiriblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün "GEN" MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev tərəfindən aldadıldıqlarını iddia edən bir qrup vətəndaş mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbirdə vətəndaşların hüquqi nümayəndəsi,"Demokratiyanın Müdafiəsinə Kömək" İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov çıxış edərək, E. Əliyevin bina tikmək adı ilə 500-dən artıq vətəndaşın pulunu mənimsədiyini deyib. Onun sözlərinə görə, E. Əliyev də məhz vətəndaşların şikayət əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilib. Şirkətin baş mühasibi Əliyar Abbasov isə E. Əliyevin ifadəsi əsasında saxlanılıb: "Bu işdə günahkar olanlar təkcə bu iki nəfər deyil. Bu şirkətin digər əməkdaşları da həbs edilməlidir. Çünki vətəndaşların pullarının mənimsəməsində şirkətin digər əməkdaşlarının da rolu olub". V. İsgəndərov deyib ki, onlar məsələyə Milli Məclisin və Prezident Aparatının münasibət bildirməsini istəyirlər. Zərərçəkmişlər isə bildiriblər ki, ev almaq üçün 500-dən çox vətəndaş aldadılıb, 52 vətəndaşın isə kompensasiya ödənilməsi vədi ilə evləri sökülüb. Vətəndaşlar ev almaq üçün şirkətlə müqavilə bağlayıblar və külli miqdarda pul ödəyiblər. İşlə bağlı zərərçəkənləri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və idarənin istintaq şöbəsinin rəisi Yaşar Haqverdiyevin qəbul edib. Rəsmilər zərərçəkmişlərə hazırda həbs olunanlar barəsində istintaq hərəkətləri aparıldığını, istintaqın sonunda hər şeyin aydınlaşacağını söyləyiblər. Zərərçəkmişlər işin Bakı Şəhər Baş Polis İdarəsindən alınıb Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsinə verilməsini istəyirlər. Qeyd edək ki, "GEN" MMC-nin rəhbəri E. Əliyev və şirkətin baş mühasibi Əliyar Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. -
07-04-2008, 06:01 PMAPANarkoman məhkumlar üçün müalicə müəssisəsinin tikilməsi ilə bağlı yer axtarılır
[b]Narkoman məhkumlar üçün müalicə müəssisəsinin tikilməsi ilə bağlı yer axtarılır[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovla görüşüb. Komitə sədri APA-ya bildirib ki, görüşdə cəzaçəkmə müəssisələrindəki durum, məhkumların ona etdikləri müraciətlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri nazir müavini ilə narkomaniyadan əziyyət çəkən məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinin tikilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını da bildirib: "Nazim Ələkbərov dedi ki, artıq belə bir müəssisəsinin tikilməsi nəzərdə tutulub və hazırda bina üçün yer axtarılır". -
07-04-2008, 06:11 PMAPATürk ordusu AKP-çi bələdiyyə sədrini həbs edib
[b]Türk ordusu AKP-çi bələdiyyə sədrini həbs edib[b]
İzmir - APA. Türkiyənin İzmir bölgəsinin Buca rayonu ərazisindəki Kaynaklar bələdiyyəsinin hakim Ədalət və İnkişaf Partiyasından olan üzvü (AKP) Mustafa Karagülməz jandarma tərəfindən həbs edilib.
[APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün 400 jandarmanın iştirakı ilə keçirilən əməliyyat zamanı bələdiyyə başçısı da daxil olmaqla, 38 nəfər həbs olunub. Həbslər M. Karagülməz haqqında bir müddətdir "korrupsiya, rüşvət, silah qaçaqmalçılığı, tenderlərdə qanunsuzluqlar, vəzifədən sui-istifadə" ittihamları ilə istintaq aparan İzmir Prokurorluğunun təlimatı ilə aparılıb. Jandarmalar bələdiyyənin tenderlər haqqında dosyelərini və digər sənədləri müsadirə ediblər. Bələdiyyə sədrinin evində də axtarış aparılıb. Qeyd edək ki, Türkiyədə Jandarma Qüvvələri ordunun Baş Qərargahına tabedir və ictimai asayişə cavabdehdir. Bu arada Hərbi Prokurorluq türk ordusuna qarşı məqsədli kampaniya aparan "Taraf" qəzetinə rəsmi xəbərdarlıq göndərib. Qəzet PKK-nın Dağlıca sərhəd zastavasına 13 türk əsgərinin şəhid olması, 8-nin girov götürülməsi ilə nəticələnmiş hücumu haqda ordu rəhbərliyinin əvvəlcədən məlumatlı olduğunu, lakin tədbir görülmədiyini yazmış və bu barədə sənədlər olduğunu bildirmişdi. Hərbi Prokurorluq qəzetə göndərdiyi xəbərdarlıqda həmin sənədlərin təqdim olunmasını istəyib, əks halda redaksiyada axtarış aparılacağını bəyan edib. Bu xəbərdarlıqdan sonra "Taraf"ın rəhbərliyi kompüterləri başqa yerə köçürüb və redaksiyada sutka boyu növbətçilik tətbiq etməyə qərar verib.