[b]Markus Heykkinen: "Azərbaycan yığması müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir"[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. "Azərbaycan millisi haqda qeyri-adi məlumatımız yoxdur. Bilirik ki, onlar müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir. Bu yolla da rəqibi büdrədirlər". "APA-SPORT"un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının yarımmüdafiəçisi Markus Heykkinen deyib. Azərbaycan yığması ilə bu gün keçiriləcək qarşılaşmadan iki gün sonra 30 illik yubileyini qeyd edəcək futbolçu komandamızı Hollandiya ilə müqayisə edib: "Düzdür, Lixtenşteynlə fərqli oynayıblar. Lakin bu o demək deyil ki, onlar Hollandiya kimi oynayır. Oyunla bağlı taktikamızı da müəyyənləşdirmişik. Bir saata qarşılaşmanın taleyini həll edib, matçı rahat bitirmək istəyirik".
Azərbaycan Xəbərləri
Printable View

10-11-2008, 02:10 PMAPAMarkus Heykkinen: "Azərbaycan yığması müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir"

10-11-2008, 02:20 PMAPAKiyev məhkəməsi Ukrayna prezidentinin parlamenti buraxmaq qərarını ləğv edib
[b]Kiyev məhkəməsi Ukrayna prezidentinin parlamenti buraxmaq qərarını ləğv edib[b]
Kiyev-APA. Kiyev inzibati dairə məhkəməsi Ukrayna prezidenti Viktor Yuşşenkonun parlamenti buraxmaq barədə qərarını ləğv edib.
[APA-nın məlumatına görə, prezidentin qərarının ləğv olunması tələbi ilə məhkəməyə Yuliya Timoşenko Blokunun deputatı Vladimir Pilipenko müraciət edib. Məhkəmə həmçinin dekabrın 7-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı hər hansı fəaliyyət göstərməyi də qadağan edib. Ukraynanın ədliyyə naziri Nikolay Onişuk isə prezidentin qərarının ləğvi şansının sıfıra bərabər olduğunu vurğulayıb. -
10-11-2008, 02:30 PMAPAOli Ren: "Avropa İttifaqı Türkiyənin Qafqaz regionunda proseslərin nizamlanmasındakı rolundan razıdır"
[b]Oli Ren: "Avropa İttifaqı Türkiyənin Qafqaz regionunda proseslərin nizamlanmasındakı rolundan razıdır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv olmaq üçün islahatları sürətləndirməlidir". APA-nın məlumatına görə, bu bəyanatla Avropa İttifaqının genişlənməsi üzrə komissar Oli Ren çıxış edib. İstanbulda Türkiyə-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş konfransa qatılan Oli Ren bildirib ki, bu iki subyekt öz iqtisadiyyatlarını və cəmiyyətlərini birləşdirmək üçün eyni istiqamətdə fəaliyyət göstərirlər. Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü müsbət qiymətləndirib: "Avropa İttifaqı Türkiyənin Qafqaz regionunda proseslərin nizamlanmasındakı rolundan razıdır". -
10-11-2008, 02:40 PMAPA"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov Azərbaycan prezidentinə məktub göndərib
[b]"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov Azərbaycan prezidentinə məktub göndərib[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov Azərbaycan prezidentinə məktub göndərib.
[Bu barədə APA-ya açıqlamasında Qamət Süleymanov bildirib. O, "Əbu Bəkr" məscidi adından göndərilən təşəkkür məktubunda ölkədə sabitliyin qorunmasında görülən işlərin yüksək qiymətləndirildiyini qeyd edib: "Ölkədə sabitlik yüksək səviyyədə təmin olunmasaydı, "Əbu Bəkr" məscidində baş verən terror hadisəsi daha genişmiqyaslı ola bilərdi. Biz bütün bunlara görə dövlət başçısına təşəkkür edirik". Təşəkkür məktubunun nüsxələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Milli Təhlükəsizlik Nazirliyinə də ünvanlanıb. -
10-11-2008, 03:10 PMAPASeyid Camal Əzimbəyli: "Qarabağ seyid ocaqları prezidentliyə namizəd İlham Əliyevi dəstəkləməyə qərar veriblər"
[b]Seyid Camal Əzimbəyli: "Qarabağ seyid ocaqları prezidentliyə namizəd İlham Əliyevi dəstəkləməyə qərar veriblər"[b]
Ağcabədi. Teymur Zahidoğlu - APA. Bu gün Qarabağ seyid ocaqlarının nümayəndələri prezidentliyə namizəd İlham Əliyevi dəstəklədikləri barədə qərarlarını elan ediblər.
[APA-nın xəbərinə görə, bu qərarı Ağcabədi rayonunda seyid ocaqlarının bir qrup nümayəndəsi və ziyalılarla birgə mətbuat konfransı keçirən Seyid Camal Əzimbəyli bildirib. Seyid Camal Əzimbəyli çıxışında deyib ki, bu gün regionda və dünyada baş verən proseslər Azərbaycan xalqının milli birlik, həmrəylik nümayiş etdirməkdən başqa yolu olmadığını göstərir: "Bu cür şəraitdə milli birliyini, həmrəyliyin qorunması, ölkədəki inkişafın təminatı üçün ən doğru addım İlham Əliyevin namizədliyini dəstəkləməkdir. Biz növbəti beşillikdə də onun ölkə rəhbərliyində fəaliyyətini dəstəkləyəcəyik". Tədbirdə iştirak edən 100-dən çox din adamı, seyid ocaqlarının nümayəndələri və ziyalılar da İlham Əliyevin namizədliyini dəstəklədiklərini deyiblər.Qeyd edək ki, Seyid Camal Əzimbəyli bir müddət öncə Müsavat Partiyası sıralarını tərk edib. -
10-11-2008, 03:20 PMAPABaş müstəntiq: "Mingəçevirin axundu oktyabrın 16-dək könüllü polisə gəlməsə, məcburi gətiriləcək"
[b]Baş müstəntiq: "Mingəçevirin axundu oktyabrın 16-dək könüllü polisə gəlməsə, məcburi gətiriləcək"[b]
[Mingəçevir. Şahnəzər Bəşirov-APA. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev suvaqçı işləyən Mingəçevir sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək xəsarət yetirməsi ilə bağlı işin təhqiqatı başa çatıb. Hazırda faktla bağlı istintaq araşdırması aparılır. Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsinin baş müstəntiqi Mehman Şükürov məlumat verib. Müstəntiq deyib ki, artıq faktla bağlı zərərçəkəndən və şahidlərdən ifadələr alınıb: "Xanəli Babayev isə istintaqdan yayınır. Ona üç dəfə istintaqa çağırılması ilə bağlı bildiriş göndərilib. Hətta bu bildirişlərdən birini özü qəbul edib və imzalayıb. Lakin o, istintaqa gəlməyib. Əgər oktyabrın 16-dək Xanəli Babayev istintaqa gəlməsə, o qanunvericilikdə nəzərdə tutulmuş formada məcburi qaydada istintaqa cəlb olunacaq". Müstəntiq onu da deyib ki, axundun istintaqdan yayınması ilə bağlı Mingəçevir şəhər Prokurorluğu da məlumatlandırılıb. M. Şükürov onu da deyib ki, zərərçəkən R. Süleymanov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Qeyd edək ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 5 ünvanda yaşayan R. Süleymanov Aşıq Ələsgər küçəsi, 9 ünvanda yaşayan bibisinin evinin fasad hissəsində suvaq işləri apararkən qonşuluqda yaşayan Hacı Xanəli Babayevin ailə üzvləri tərəfindən təhqirlərə məruz qalıb. R. Süleymanov bu zaman evə gələn Hacı Xanəliyə müraciət edərək, ailə üzvlərindən ona şikayət etmək istəyib. Məlumata görə, şəhərin Axundu R. Süleymanovu dinləmədən onun üzünə yumruqla zərbələri endirib. Eyni zamanda Xanəli Babayevin sürücüsü və yaxın qohumu olduğu bildirilən Saleh Rafiq oğlu Babayev də R. Süleymanovun başına yumruq zərbələri vurub. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R. Süleymanova çənə sınığı diaqnozu qoyulub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır. -
10-11-2008, 06:20 PMAPAFazil Qəzənfəroğlu seçkiqabağı təbliğat-təşviqat kampaniyasını yekunlaşdırıb
[b]Fazil Qəzənfəroğlu seçkiqabağı təbliğat-təşviqat kampaniyasını yekunlaşdırıb[b]
Bakı. Ramil Məmmədli-APA. Bu gün prezidentliyə namizəd Fazil Qəzəınfəroğlu "Təbriz" kinoteatrının qarşısındakı meydanda seçicilərlə görüş-mitinq keçirib.
[F. Qəzənfəroğlunun Seçki Qərargahından APA-ya verilən məlumata görə, mitinqdə Fazil Qəzənfəroğlunun vəkilləri Bəxşeyiş Əsgərov və Elxan Şükürlü çıxış edərək, namizədlə, onun fəaliyyəti ilə bağlı seçicilərə məlumat veriblər. Daha sonra çıxış edən F. Qəzənfəroğlu isə platformasından, ölkədəki iqtisadi, siyasi, sosial, mədəni sahələrə aid öz görüşlərini seçicilərlə paylaşıb. Qeyd edək ki, Seçki Qərargahı bu mitinqlə Fazil Qəzənfəroğlunun seçkiqabağı təbliğat-təşviqat kampaniyasının yekunlaşdığını bildirib. -
10-11-2008, 08:50 PMAPABakı sakini özünü 14-cü mərtəbədən ataraq intihar edib
[b]Bakı sakini özünü 14-cü mərtəbədən ataraq intihar edib[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gün saat 16 radələrində Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Cəfər Xəndan küçəsi 42 b ünvanında intihar hadisəsi baş verib.
[Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1980-cı il təvəllüdlü, iki uşaq anası Günel Loğman qızı Əliyeva 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən mənzilindən özünü ataraq, intihar edib. Binanın sakinləri APA-ya deyiblər ki, G. Əliyevanın həyat yoldaşı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqidir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır. -
10-11-2008, 10:50 PMAPABərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb
[b]Bərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb[b]
Bərdə. Teymur Zahidoğlu-APA. Bu gün saat 21 radələrində Bərdə-Ağdam yolunun 4-cü kilometrliyində yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəzada 3 nəfər yaralanıb.
[Bərdə şəhər sakini Fazil Muradovun idarə etdiyi 03-BC-253 nömrə nişanlı VAZ-2106 markalı avtomobil qarşıdan gələn pambıq dolu traktor qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun sərnişinləri Əvəz Bayramovla Həsrət Qarayeva ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.Həkimlər yaralılardan Əvəz Bayramovun vəziyyətini daha ağır qiymətləndirirlər. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. -
10-11-2008, 11:00 PMAPAAzərbaycan milli komandası Finlandiya yığmasına məğlub olub
[b]Azərbaycan milli komandası Finlandiya yığmasına məğlub olub[b]
Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində bü gün Finlandiya ilə qarşılaşıb. "APA-SPORT"un məlumatına görə, Helsinkinin Olimpiya stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.
[Yığmamızın start heyətində Kamran Ağayev, Rəşad Sadıqov, Rail Məlikov, Saşa Yunisoğlu, Mahir Şükürov, Aleksandr Çertoqanov, Samir Abbasov, Elvin Məmmədov, Zeynal Zeynalov, Leandro Qomeş və Branimir Subaşiç yer alıb. 4-5-1 taktiki sxemini seçən Berti Foqts əsasən müdafiə futboluna üstünlük verib. Bunun məntiqi nəticəsidir ki, oyun finlandiyalıların ərazi üstünlüyü şəraitində keçib.Qarşılaşmada ilk real qol epizodunu Finlandiya komandası yaradıb. Lakin qapıçımız Kamran Ağayev rəqib futbolçunun yaxın məsafədən vurduğu zərbəni qaytarıb. "Xəzər-Lənkəran" klubunun da şərəfini qoruyan 22 yaşlı qapıçı ilk hissədə yığmamızı daha bir neçə real qoldan xilas edib. Bu müddət ərzində milli komandamızdan yalnız Rail Məlikovun qüvvətli zərbəsi yadda qalıb.Fasilədən sonra təzyiqi artıran finlandiyalılar istəklərinə çatıblar. 62-ci dəqiqədə görüşün şotlandiyalı baş hakimi Uilyam Kollum Saşa Yunisoğlunun cərimə meydançasında rəqib komandanın kapitanı Sami Hyuyupya qarşı kobud oynadığını bildirərək, penalti təyin edib. Topa yaxınlaşan Mikael Forssell şansını boşa verməyib - 1:0. Qalan vaxtda tərəflərin səyinə baxmayaraq, hesab dəyişməyib.Beləliklə, Berti Foqtsun yetirmələri dünya çempionatının seçmə qrup mərhələsində ikinci dəfə məğlubiyyətə üzləşiblər. Yığmamız sentyabrın 6-da səfərdə Uelsə 0:1 hesabı ilə uduzmuşdu. Onu da qeyd edək ki, milli komandamızın Helsinkidəki məğlubiyyətlərinin sayı 4-ə çatıb. Finlandiyalılar öncə futbolçularımıza daha 3 dəfə (3:0; 3:0; 2:1) qalib gəlmişdilər.