[b]Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan prezidenti ilə görüşü olub[b]
Nyu-York. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya ) Nyu-Yorkda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər.
[APA-nın "Arka-nyus" agentliyinə istinadən yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub. Tərəflər həmçinin Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün təşkili perspektivlərini müzakirə ediblər. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün Nyu-Yorkdadırlar. Hər iki nazirin iş qrafiki gərgin olduğundan görüşün dəqiq tarixini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bununla belə görüşün bu gün və ya sabah baş tutacağı bildirilir. Eyni zamanda sabah Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü gözlənilir.
Azərbaycan Xəbərləri
Printable View

09-25-2008, 02:20 PMAPANyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan prezidenti ilə görüşü olub

09-25-2008, 02:30 PMAPAHicran Hüseynova Azərbaycan Qadınlarının III Qurultayında iştirak etmək üçün Bakıya gələn nümayəndələrlə görüşüb
[b]Hicran Hüseynova Azərbaycan Qadınlarının III Qurultayında iştirak etmək üçün Bakıya gələn nümayəndələrlə görüşüb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının III Qurultayında iştirak etmək üçün Bakıya gələn bir qrup xarici nümayəndə ilə görüşüb. APA-nın məlumatına görə, H. Hüseynova qurultaya müxtəlif ölkələrin nüfuzlu təmsilçilərinin qatılacağını bildirib: "Qonaqların hələ hamısı gəlməsə də, onların bir qismi artıq Bakıdadır. Azərbaycanda qadın hərəkatının genişlənməsi inkişafımızın əsas əlamətlərindən biridir. Hələ 1901-ci ildə ölkəmizdə müsəlman qızları üçün ilk məktəb açılıb. Bu çox önəmli bir faktdır. Azərbaycan qadınları bu tarixi ənənəni istər-istəməz davam etdirirlər".Görüşdə Türkiyənin Qadın və Ailə Məsələləri üzrə dövlət naziri Nemət Çubukçu, Litva Respublikasının Müdafiə Nazirliyinin dövlət katibi Jurate Raquçiene, İordaniyanın Qadın Məsələləri üzrə Milli Komitəsinin baş katibi Əsma Xader, Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və başqaları iştirak ediblər. -
09-25-2008, 02:40 PMAPAAsiya İnkişaf Bankı ilə İslam İnkişaf Bankı Azərbaycanda birgə maliyyələşdirməyə dair saziş imzalayıb
[b]Asiya İnkişaf Bankı ilə İslam İnkişaf Bankı Azərbaycanda birgə maliyyələşdirməyə dair saziş imzalayıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Asiya İnkişaf Bankı (ADB) ilə İslam İnkişaf Bankı (IDB) arasında hər iki bankın üzv ölkələrində həyata keçirilən layihələrin icrasına 4 mlrd. ABŞ dolları həcmində birgə maliyyələşdirməyə dair saziş imzalanıb.
[ADB-nin Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sazişə əsasən, hər bank növbəti 3 il ərzində üzv ölkələrə 2 mlrd. dollar məbləğində vəsait ayıracaq. Maliyyələşdirmə əsasən infrastruktur, süni suvarma, kommunal xidmətlər, səhiyyə, təhsil və digər sahələrə yönəldiləcək. Bundan başqa, ADB və IDB arasında imzalanan saziş üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi üçün üçüncü tərəfi də cəlb etmək imkanı verir. Hər iki bankın üzv ölkələri siyahısına Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İndoneziya, Banqladeş, Pakistan, Maldiv və Əfqanıstan daxildir. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin və 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində IDB Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün 200 mln. dollar, ADB isə 300 mln. dollara yaxın vəsait ayırıb. -
09-25-2008, 02:50 PMAPAQafqaz savaşının əks effekti
[b]Qafqaz savaşının əks effekti[b]
«Beşgünlük müharibə» Qərbin Xəzər hövzəsinin enerji resurslarına marağını daha da artırıb
[Əvvəl-axır bu baş verməli idi. Nəzərə alsaq ki, lap başlanğıcdan Qərb Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərini (bu sıraya Bakı-Tiflis-Ərzurum qaz kəmərini də aid etmək olar) Rusiya və İrandan yan keçən və Avropanın bu ölkələrdən asılılığının azaldılmasına yönəlmiş strateji əhəmiyyətli arteriya kimi qələmə verirdi. Hazırda beynəlxalq mövqeyi o qədər də əlverişli olmayan İranın regionda qarışıqlıq yaratmaq cəhdlərinin bu ölkənin özü üçün müsbət nəticələrə gətirib çıxarmayacağı aydındır. Belə bir addımın regionda ciddi maraqları olan ABŞ-ın kəskin reaksiyasını doğuracağını nəzərə alan rəsmi Tehran hələ ki, gözləmə mövqeyindən çıxış edir. Eyni zamanda, Rusiyanın o qədər də obyektiv olmayan maraqlarını belə çılpaq aqressivliklə, bütün beynəlxalq norma və prinsiplərə açıq-açığına meydan oxuyaraq təmin etməsini də nə Qərbdə, nə də postsovet məkanında heç kim gözləmirdi. Hələ 2000-ci ildə Rusiyanın nəzarətindən yan keçən Bakı-Tiflis-Ceyhan kəmərinin təhlükəsizliyinə əmin olan ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton kəmərin inşasını «XX əsrin sonunun ən böyük nailiyyəti» kimi dəyərləndirib. Həm Rusiya, həm də Gürcüstan bir-birini «beşgünlük Qafqaz müharibəsi»nin başlanmasının təqsirkarı adlandırır. Cənubi Osetiyadakı qondarma «vətəndaşlarının» və «sülhməramlıları»nın həyatının qorunması adı altında Rusiya ordusunun Gürcüstana yeridilməsinin arxasında başqa motivlərin olduğu tezliklə özünü göstərdi. Müharibə zonasından çox aralıda yerləşən ərazilərdə törədilən təxribatlar Rusiyanın regiondan keçən kommunikasiyalar üzərində nəzarətin əldə edilməsi planının çoxdan mövcud olduğu anlamına gəlir. Əks halda, döyüş zonasından aralıda yerləşən və Azərbaycandan, eləcə də Mərkəzi Asiyadan neft və neft məhsullarının nəql edildiyi Kaspi şəhəri yaxınlığındakı yeganə dəmir yolu körpüsünün, daha sonra neft məhsulları daşıyan qatarın partladılması, coğrafi cəhətdən qətiyyən nə Abxaziyaya, nə də Cənubi Osetiyaya aidiyyəti olmayan, lakin neft daşımalarında əhəmiyyətli rol oynayan Poti şəhərinin rus qoşunları tərəfindən tutulması və sırf «təsadüfən» hərbi əməliyyatlardan bir gün əvvəl BTC kəmərinin Türkiyə hissəsində partlayışın baş verməsinin eyni vaxta düşməsi barədə bir çox suallar yaranır. Əslində prezident Mixail Saakaşvilinin Cənubi Osetiyada konstitusion quruluşun bərpası əməliyyatı lap yerinə düşmüşdü. Kremlə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqinin hadisələrdən dərhal sonra, bir qədər tələsərək «artıq BTC kəməri öldü» deməsi isə əsas hədəfin Qafqaz enerji dəhlizi olduğu barədə heç bir şübhələrə yer qoymur.Rusiya ilə Gürcüstanın hazırkı hakimiyyəti arasında antaqonizmin kökləri hələ 2003-cü ilin sonuna - Gürcüstanda «Qızılgül inqilabı» nəticəsində Rusiyaya münasibətdə bir qədər loyal və ehtiyatlı davranan Eduard Şevardnadzenin bu ölkədə prezident vəzifəsindən devrilərək onun yerinə ABŞ-ın Kolambia Universitetinin məzunu M.Saakaşvilinin gətirilməsi zamanına gedib çıxır. «Qızılgül inqilabı» Qərb üçün çox sərfəli bir vaxtda baş vermişdi. Çünki bir müddət sonra strateji əhəmiyyətli Bakı-Tiflis-Ceyhan neft kəməri işə düşəcəkdi. Kəmərin işə salındığı 2005-ci ilin iyulunadək Gürcüstan demək olar ki, tamamilə Rusiyanın təsiri altından çıxdı. Saakaşvilinin özünün dediyi kimi, BTC kəməri Rusiyanın bu ölkəyə hücumunun əsas səbəbi olub. Avqustun 19-da Vaşinqtonda Atlantik Şuranın seminarında iştirak edən Gürcüstan parlamentinin spikeri David Bakradze isə Qərbə açıq mesaj göndərib: «Əgər Rusiya ABŞ-ın regionda əsas müttəfiqi olan Gürcüstanı dizi üstə çökdürərsə, onda digərləri nə edəcək?» Bakradzenin fikrincə, Gürcüstana dəstək Rusiyanı Xəzər hövzəsi ixrac yollarını nəzarətə götürməyə imkan verməyəcək: «Gürcüstan Rusiyanın təsiri altına düşsə, Azərbaycan alternativ enerji ixracı yoluna malik olmayacaq. Bu isə heç bir gülləsiz-filansız Azərbaycanın da nəzarət altına düşməsi anlamına gəlir». Məlum olduğu kimi, bu ilin iyununda Azərbaycana səfər edən «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller rəsmi Bakıya «Şahdəniz» layihəsi çərçivəsində hasil edilən bütün qazı Avropa qiymətləri ilə almaq təklifi verib. Analitiklərin qeyd etdiyi kimi, bu təklifin əsas məqsədi Qərbin ciddi-cəhdlə həyata keçirməyə çalışdığı «Nabucco» qaz kəməri layihəsinin reallaşmasına maneə törətmək idi. Azərbaycan və Türkmənistan adıçəkilən qaz kəmərinin əsas təchizatçıları qismində təqdim edilir. Türkmənistanı Azərbaycan vasitəsilə «Nabucco» layihəsinə birləşdirəcək Transxəzər qaz kəməri layihəsi də bu gün heç vaxt olmadığı qədər gündəmdədir. Transxəzər kəmərinin inşa ediləcəyi təqdirdə Türkmənistanda hasil ediləcək təbii qazın böyük hissəsi Qərbə bu marşrutla nəql ediləcək. Son vaxtlar Azərbaycanla Türkmənistan arasında yaranan isti münasibətlər Qərbin dəstək verdiyi layihələrin reallaşacağına ümid verir. Rusiyanın məlum təklifinə rəsmi Bakı o zaman həmin təklifin dəyərləndiriləcəyi barədə qeyri-dəqiq cavab verib. Rusiya Gürcüstandakı son addımları ilə həm Qərbdə Qafqaz enerji dəhlizinin düşünüldüyü kimi təhlükəsiz olmadığı şübhələri yaradır, digər tərəfdən isə Mərkəzi Asiya ölkələrinə onların karbohidrogen resurslarının nəql yolları barədə qərar vermələrində müstəqil olmadıqları mesajını verir. Avqustun 14-də Gürcüstandakı hadisələrin qızğın vaxtında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrinin «Qazprom» tərəfindən Azərbaycana verilən təklifin qüvvədə olmasını xatırlatması deyilənlərə bariz sübutdur.Qafqazdakı hadisələrdən ilk günlər şok keçirən Qərb bu gün özünə gələrək vəziyyətdən çıxış yolları aramaqdadır. ABŞ Avropa dövlətlərini Rusiyadan enerji asılılığını azaltmağa və alternativ təchizat mənbələri aramağa çağıranda bu ölkələri təmsil edən şirkətlər «Qazprom»la əməkdaşlıq barədə ikitərəfli sazişlər imzalayırdı. Hazırda bir çox Avropa dövlətləri Rusiyanın irəli sürdüyü «Şimal axını» və «Cənub axını» layihələrində iştirak edir. Lakin Rusiya bu kəmərləri işə salmadan da Avropanın ən iri neft və qaz təchizatçısı hesab olunur. Ötən il qitənin qaz idxalının 38%-ni, neft idxalının isə 33%-ni Rusiya təmin edib. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2030-cu ildə Avropanın qaz idxalının həcmi iki dəfə artacaq ki, bunun da böyük hissəsi Rusiyanın payına düşəcək. Hazırkı durumda Avropa Birliyinin Polşa və Litvanın tələb etdiyi kimi Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaları tətbiq etməsi qitənin özü üçün mənfi nəticələrə gətirib çıxara bilər. AB-nin Brüsseldə fövqəladə sammitin keçirildiyi gün - sentyabrın 2-də Rusiyanın «təmir işləri ilə əlaqədar» Avropaya qaz nəql edən Yamal-Avropa qaz kəmərinin fəaliyyətini dayandırması Qərbə növbəti xəbərdarlıq kimi dəyərləndirilməlidir.Deyəsən Qərb də öz növbəsində bu xəbərdarlıqdan lazımi nəticə çıxarmağa başlayır. Brüssel sammitində iştirak edən Böyük Britaniyanın baş naziri Qordon Braun həmkarlarını əmin etməyə çalışıb ki, Avropa tam mənada müstəqil siyasət yeritmək üçün enerji təchizatçılarının diversifikasiyasına daha çox vəsait ayırmalıdır. Bu günlərdə Avropa Birliyinin enerji komissarı Andris Piebalqs da Gürcüstandakı hadisələrdən sonra AB-nin «Nabucco» layihəsinə diqqətinin artırılmasının vacibliyi barədə bəyanat verib. ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin digər Qərbyönlü postsovet ölkələri ilə yanaşı Azərbaycana səfər etməsi isə Qərbin illərdən bəri işləyib hazırladığı layihələrdən belə asanlıqla imtina etməyəcəyini nümayiş etdirməyə yönəlmiş addımdır. «Beşgünlük müharibə» Rusiyanın planlaşdırdığının əksinə olaraq, Qərbin bölgədən keçən enerji dəhlizinin təhlükəsizliyinin təmin edilməsinə, eləcə də «Nabucco» kimi alternativ layihələrin reallaşmasına marağını daha da artırıb. /APA-ECONOMICS/ -
09-25-2008, 03:00 PMAPAEvində əxlaqsızlıq yuvası saxlayan qadın tutulub
[b]Evində əxlaqsızlıq yuvası saxlayan qadın tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində evində əxlaqsızlıq yuvası saxlayan Bakı sakini tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, evində əxlaqsızlıq yuvası saxlayan şəxs Səmail Hüseynovadır. -
09-25-2008, 03:10 PMAPAAzərbaycanın ədliyyə naziri türkiyəli həmkarını qəbul edib
[b]Azərbaycanın ədliyyə naziri türkiyəli həmkarını qəbul edib[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Bakıda səfərdə olan türkiyəli həmkarı Mehmet Əli Şahini qəbul edib. APA-nın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. F. Məmmədov qardaş ölkənin ədliyyə nazirini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, hər iki dövlət arasında mövcud olan hüquqi anlaşma sazişindən danışaraq Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə qonağa məlumat verib. Bu istiqamətdə Türkiyənin təcrübəsindən faydalandıqlarını vurğulayan F. Məmmədov hüquq sahəsində qarşılıqlı münasibətlərin gündən-günə inkişaf etdiyini söyləyib. Nazir Azərbaycanda 2000-dən çox Türkiyə şirkətinin fəaliyyət göstərdiyini və orada çalışan Türkiyə vətəndaşlarının hüquqlarının qorunması üçün müvafiq işlər aparıldığını vurğulayıb. M. Ə. Şahin də öz növbəsində Türkiyədə çalışan azərbaycanlıların hüquqlarının qorunduğunu bildirib. -
09-25-2008, 03:20 PMAPAQDİƏT ölkələri xarici işlər nazirlərinin qeyri-formal görüşü keçiriləcək
[b]QDİƏT ölkələri xarici işlər nazirlərinin qeyri-formal görüşü keçiriləcək[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Nyu-Yorkda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin qeyri-formal görüşü keçiriləcək. APA-nın QDİƏT-in saytına istinadən verdiyi məlumata görə, görüşü təşkilata sədrlik edən Albaniyanın xarici işlər naziri Lulzim Başa təşkil edəcək. Toplantıda QDİƏT ölkələrinin əməkdaşlığının gücləndirilməsi müzakirə olunacaq. Qeyd edək ki, bu tipli görüşlər BMT Baş Assambleyassının sessiyaları çərçivəsində hər il keçirilir. -
09-25-2008, 03:40 PMAPAMəhbusların öz ölkələrinə qaytarılması ilə bağlı Azərbaycan və Türkiyə arasındakı problemlər həll olunacaq
[b]Məhbusların öz ölkələrinə qaytarılması ilə bağlı Azərbaycan və Türkiyə arasındakı problemlər həll olunacaq[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda cəza çəkən Türkiyə vətəndaşlarının və Türkiyədə cəza çəkən azərbaycanlıların öz ölkələrinə qaytarılması ilə bağlı problemlər danışıqlar vasitəsilə həll olunacaq. APA-nın məlumatına görə, bunu Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin azərbaycanlı həmkarı ilə görüşündə deyib. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov isə məhbusların geri qaytarılması prosesinin həyata keçirilməsində onların öz istəklərinin nəzərə alındığını söyləyib. O, ölkəsinə qayıtmaq arzusu olan türkiyəli məhbusların tez bir zamanda qardaş ölkəyə təhvil verildiyini bildirib. -
09-25-2008, 04:02 PMAPAAzərbaycan əsas kapitala yatırılan investisiyaların artım tempinə görə gələn il MDB-də ikinci olacaq
[b]Azərbaycan əsas kapitala yatırılan investisiyaların artım tempinə görə gələn il MDB-də ikinci olacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan 2009-cu ildə MDB məkanında əsas kapitala yatırılan investisiyaların həcminin artım tempinə görə ilk üçlüyə daxil olan dövlətlər sırasında yer alacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu MDB Statistika Komitəsinin ekspertləri proqnozlaşdırırlar.Komitə tərəfindən hazırlanmış proqnozlara əsasən, 2009-cu ildə Azərbaycana investisiya axımının artımı 15-20% təşkil etsə də, bu, 2008-ci ilin müvafiq proqnozundan aşağı olacaq:Ölkəİnvestisiyaların artım proqnozu (2009-cu il, %) Belarus 23-25 Azərbaycan 15-20 Rusiya 15 Özbəkistan 15 Ermənistan 12-15 Ukrayna 12 Moldova 10-12 Qazaxıstan 10 * Gürcüstan, Qırğızıstan, Tacikistan üzrə məlumat yoxdurQeyd edək ki, 2008-ci il üçün tərtib olunan proqnozlarla da Azərbaycan ikinci yerdə qərarlaşıb: Ölkə İnvestisiyaların artım proqnozu (2008-ci il, %) Tacikistan 50 Azərbaycan 30 Belarus 23-25 Özbəkistan 17-20 Rusiya 17-19 Ermənistan 15 Ukrayna 12 Qazaxıstan 12 Moldova 12 Qırğıstan 2-5 * Gürcüstan üzrə məlumat yoxdurCari ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 5 396,6 mln. manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 36,6% artıqdır. İnvestisiyaların 61,9%-i dövlətə məxsus müəssisə və təşkilatların, 38,1%-i isə qeyri-dövlət müəssisələrin payına düşür. Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitin 70,9%-i daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 442,2 mln. manat (ümumi investisiyanın 45,2%-i), bank kreditləri 183,4 mln. manat (3,4%), büdcə vəsaitləri 2 254 mln. manat (41,8%-i), büdcədənkənar fondların vəsaitləri 354,8 mln. manat (6,6%-i), əhalinin şəxsi vəsaitləri 159,9 mln. manat (3%-i), digər vəsaitlər isə 2,3 mln. manat təşkil edib. -
09-25-2008, 04:10 PMAPAİlham Əliyevin təbliğat-təşviqat kampaniyasında 100 mindən artıq seçici iştirak edib
[b]İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında 100 mindən artıq seçici iştirak edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında bu günə qədər 100 mindən artıq seçici iştirak edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sentyabrın 17-də "Bibiheybət" stadionunda mitinq-görüşlə başlayan təşviqat kampaniyası ölkənin bütün bölgələrində, şəhər, kənd və qəsəbələrdə davam etdirilir. Partiyanın "İlhamla irəli" şüarı ilə başlayan təşviqat kampaniyası qanuna müvafiq olaraq namizədlərin görüşləri və kütləvi aksiyalar üçün nəzərdə tutulmuş ünvanlarda keçirilir. Prezidentliyə namizəd İ. Əliyevin seçki qərargahının regional şöbələrinin təşkil etdiyi görüşlərdə namizədin vəkilləri ilə yanaşı, tanınmış ziyalılar və ictimai xadimlərdən ibarət təşviqatçılar da iştirak edir.