[b]Sentyabrda Azərbaycanın dövlət sərhədini pozan 19 sərhəd pozucusu saxlanılıb[b]
[Bakı-APA. Bu ilin sentyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 14 halda 19 nəfər sərhəd pozucusu saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tutulan sərhəd pozucularının 10 nəfəri Azərbaycan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Suriya vətəndaşıdır. Vizası olmadığı üçün 90 halda 128 nəfər (41 nəfər İran, 25 nəfər Türkiyə, 9 nəfər İraq, 7 nəfər Azərbaycan, 5 nəfər Əfqanıstan, 5 nəfər Filippin, 5 nəfər Nigeriya, 5 nəfər Pakistan, 3 nəfər Fil Dişi Sahili, 3 nəfər Latviya, 3 nəfər Rusiya Federasiyası, 2 nəfər Türkmənistan, 2 nəfər Hindistan, 2 nəfər Çin, hər ölkədən 1 nəfər olmaqla ABŞ, Almaniya, İsrail, Kamerun, Şimali Kipr, Livan, Malayziya, Nepal, Sinqapur, Tailand və Zimbabve vətəndaşı), vizalarının müddəti qurtardığı üçün 36 halda 40 nəfər (13 nəfər İran, 6 nəfər Türkiyə, 4 nəfər ABŞ, 2 nəfər İsrail, 2 nəfər Nigeriya, 2 nəfər Türkmənistan, 2 nəfər Yaponiya, hər ölkədən 1 nəfər olmaqla Almaniya, Anqola, Böyük Britaniya, CAR, Çin, Kamerun, Latviya, Yuqoslaviya vətəndaşı və 1 nəfər vətəndaşlığı olmayan şəxs), müvafiq sənədləri olmadığına görə 28 halda 41 nəfər (21 nəfər Azərbaycan, 11 nəfər Rusiya Federasiyası, 3 nəfər İran, 2 nəfər Türkmənistan, hər ölkədən 1 nəfər olmaqla Qırğızıstan, Suriya, Türkiyə və Ukrayna vətəndaşı) saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 92 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində isə ay ərzində 4 halda 25 kiloqram 239 qram narkotik maddə aşkar edilərək götürülüb. Məlumata görə, Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus 5 gəmi və 1 qayığa, Rusiya Federasiyasına məxsus 1 gəmiyə baxışı keçirilib. Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 32 halda ümumi dəyəri təxminən 166 min 432 manat olan qaçaqmal, o cümlədən 13 ədəd pnevmatik tapança, 5000 ədəd pnevmatik tapança patronu, 2 ədəd ov tüfəngi, 11 ədəd tüfəng patronu, 31100 ədəd dərman preparatı, 2075 qutu siqaret 73050 ABŞ dolları, xeyli miqdarda spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb.
Azərbaycan Xəbərləri
Printable View

10-10-2008, 04:10 PMAPASentyabrda Azərbaycanın dövlət sərhədini pozan 19 sərhəd pozucusu saxlanılıb

10-10-2008, 04:30 PMAPAAzərbaycanda sahibkarlara verilən lisenziyaların reyestrinin yaradılması təklif olunur
[b]Azərbaycanda sahibkarlara verilən lisenziyaların reyestrinin yaradılması təklif olunur[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə sahibkarlıq sahəsində qeydiyyatla bağlı yeni qurumun yaradılmasını təklif edəcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu IFC-nin «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması Layihəsi»nin rəhbəri Boris Devyak bildirib. «Biz Azərbaycan üçün tamamilə yeni məhsul təklif edəcəyik ki, bu da, icazələrin və lisenziyaların reyestridir. Hazırda bu məsələyə dair İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparırıq. Öz növbəsində Azərbaycan hökuməti bu məhsulu qiymətləndirir və tətbiqində maraqlıdır», - deyə B.Devyak bildirib.Layihə rəhbərinin sözlərinə görə, 2008-ci ilin sonuna kimi bu layihənin planı Azərbaycan hökumətinə təqdim olunacaq. -
10-10-2008, 04:40 PMAPAPrezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Qusar və Xaçmazda seçicilərlə görüşüb
[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Qusar və Xaçmazda seçicilərlə görüşüb[b]
[Bakı. Elnur Məmmədli-APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli Qusar və Xaçmaz rayonlarında seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, görüşlərdə Q. Əlibəyli isə seçki platforması barədə məlumat verib, əhalinin sosial vəziyyəti, insan haqları, demokratik problemlər, hüquq bərabərliyi və digər sahələrdə olan problemlərdən danışıb, bu vəziyyətdən çıxış yollarına toxunub. Q. Əlibəyli hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakına tərəfdar olduğunu və bu amilə görə də seçkilərə qatılmaq qərarı verdiyini bildirib. Q. Əlibəylinin sözlərinə görə, bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problem Qarabağ məsələsidir. O, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində güzəştli mövqe tutduğunu bildirib və ümumilikdə Minsk Qrupundan imtina edilməsinin vacib olduğunu qeyd edib. Prezidentliyə namizəd bildirib ki, Azərbaycanda sosial problemlər kifayət qədər çoxdur, əhali çətin vəziyyətdə yaşayır. O həkimlərin, müəllimlərin əməkhaqlarının artırılmasının vacib olduğunu bildirib. Bundan əlavə Q. Əlibəyli Azərbaycanda idarəetmə mexanizminin düzgün təşkil olunmadığını qeyd edib. -
10-10-2008, 04:50 PMAPADünya şöhrətli caz ustası Bakıda konsert verəcək
[b]Dünya şöhrətli caz ustası Bakıda konsert verəcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Oktyabrın 29-da Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, 2005-ci ildə ABŞ-da "Caz ustası" fəxri adına layiq görülmüş məşhur ifaçı və bəstəkar Çik Koreanın konserti keçiriləcək. Ç. Koreanın Azərbaycanda ilk konserti Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə baş tutacaq. Bu barədə APA-ya Azərbaycan Beynəlxalq Bankından məlumat verilib. "Dünya caz ulduzları Bakıda" silsiləsindən keçiriləcək bu konserti "Premier Art" Konsert Agentliyi təşkil edəcək. -
10-10-2008, 05:10 PMAPAAzərbaycanda MDB-də analoqu olmayan MAN Satış və Servis Mərkəzi açılıb - FOTOSESSİYA
[b]Azərbaycanda MDB-də analoqu olmayan MAN Satış və Servis Mərkəzi açılıb - FOTOSESSİYA[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Almaniya istehsalı olan MAN yük avtomobilləri və sərnişin avtobuslarının Azərbaycandakı rəsmi idxalçısı «Improtex Trucks & Buses» şirkəti Bakıda MDB məkanında analoqu olmayan MAN avtomobillərinin satış və servis mərkəzinin açılış mərasimini keçirib.«APA-ECONOMICS»in məlumatına görə, açılış mərasimindən öncə «Improtex Trucks & Buses», «MAN Avtomobili Rossiya» MMC və «MAN Nutzfahrzeuge AG» şirkətlərin rəsmi şəxslərinin iştirakı ilə mətbuat konfransı keçirilib.Konfransda çıxış edən «Improtex Trucks & Buses» MMC-nin baş direktoru Elxan Əkbərov qeyd edib ki, Azərbaycanın digər regionlarında da analoji mərkəzlər açılacaq: «Belə ki, yaxın gələcəkdə biz Quba və Lənkəran rayonlarında - Şimal-Cənub avtomobil magistralı üzərində və Gəncə şəhərində, İpək Yolunun marşrutu üzərində MAN-ın satış və servis mərkəzlərini açmaq niyyətindəyik».Öz növbəsində konfransda Azərbaycanda yeni və istifadə olunmuş MAN texnikasından danışan «Improtex Trucks & Buses» MMC-nin satış üzrə direktoru Samir Əliyev bildirib ki, hazırda ölkədə iqtisadi tərəqqi müşahidə olunur və bir sıra sahələr kimi tikinti sektoru da inkişaf edir: «Bunun nəticəsində, yük və tikinti avtomobillərinə olan tələbat artır. Azərbaycanda daha çox MAN-ın yeni texnikasına tələbat duyulur. Lakin bu, o qədər çox olmasa da, istifadə olunmuş avtomobillərə də tələbat müşahidə olunur. Ümumiyyətlə, ölkədə bu cür texnikaya olan tələb təklifdən çoxdur». S.Əliyev həmçinin qeyd edib ki, bu ilin sonunadək «Improtex Trucks & Buses» şirkəti 500 ədəd müxtəlif növ MAN avtomobili sifariş edib ki, artıq sifarişin 80%-i satılıb. İlin sonunadək isə qalan 20%-in asanlıqla realizə olunacağı gözlənilir: «İstisna olunmur ki, ilin sonunda MAN avtomobillərinin Azərbaycanda defisiti yaransın».Konfransda çıxış edən «Improtex Trucks & Buses» MMC-nin satış sonrası direktoru Azər Şirməmmədov bildirib ki, mərkəz Avropanın ən müasir servis avadanlıqları ilə təchiz olunub. Servis mərkəzində təmir növündən asılı olaraq gün ərzində 120-150 avtomobili təmir etmək imkanı var: «Qeyd etmək lazımdır ki, 2006-cı ildə cəmi 30 avtomobilə, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 1 700 avtomobilə xidmət göstərilib. Hazırda servis mərkəzində 37 nəfər işçi çalışır, gələcəkdə isə işçilərin sayının 170-ə çatacağı gözlənilir». Bakıda MAN avtomobil mərkəzinin açılmasından razı qaldığını bildirən «MAN Avtomobili Rossiya» MMC-nin baş direktoru Per Qustav Nilson bildirib ki, mərkəzin həm ərazi, həm də təchizatı yüksək səviyyədə təşkil olunub. Belə ki, sözügedən mərkəz MDB məkanında birinci və hələ ki yeganədir. P.Nilson həmçinin qeyd edib ki, MAN-ın Azərbaycanın yük və sərnişin avtomobilləri bazarında iştirak payı 70%-dir. Həmçinin bildirilib ki, MAN avtomaşınları hansı ölkədə (Almaniya, Türkiyə, Polşa, Avstriya) istehsal edilməsindən asılı olmayaraq, onların keyfiyyəti eynidir. Tədbirdə çıxış edən «MAN Avtomobili Rossiya» şirkətinin baş direktorunun müavini Hakan Sundstrom əlavə edib ki, şirkət avtomobilləri sataraq işini bitmiş saymır. Belə ki, satılan avtomobillərə sonradan yüksək keyfiyyətli servis xidmətləri göstərilir: «Son 5 il ərzində bizim strategiya dəyişib. Belə ki, biz şəffaflıq yaratmışıq və beynəlxalq arenada uğurla fəaliyyətə başlamışıq».Öz növbəsində «MAN Nutzfahrzeuge AG»nin Azərbaycan üzrə direktoru Sergey Xavkin bildirib ki, MAN avtomobillərinin satışına görə Azərbaycanı digər ölkələrlə müqayisə etmək çətindir və bu, satışın sürətlə yüksəlməsi ilə bağlıdır. Belə ki, son bir neçə ilə ərzində ölkədə satış həcmi 5 dəfə artıb və yaxın gələcəkdə bu rəqəmin daha 3 dəfə artacağı gözlənilir. «Cari ilin ilk 6 ayı ərzində MAN avtomobillərinin satışı 80% artıb. Ümumiyyətlə, analoji artım göstəriciləri heç bir başqa ölkədə müşahidə olunmayıb», - deyə S.Xavkin vurğulayıb. Qeyd edək ki, 4 hektar sahəni əhatə edən MAN avtomobil satış və servis mərkəzinin inşası «Improtex Trucks & Buses» şirkəti tərəfindən maliyyələşdirilib. Mərkəzin tərkibinə ümumi sahəsi 9 min kv. metr təşkil edən 6 inzibati və servis binaları daxildir.«Improtex» Şirkətlər Qrupuna daxil olan «Improtex Trucks & Buses» 2005-ci ildən fəaliyyət göstərir və artıq 2006-cı ildən etibarən Almaniyanın «MAN Nutzfahrzeuge» şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşı qismində çıxış edir. «Improtex Trucks & Buses» MMC dünyanın «Lufthansa» və BMW kimi tanınmış şirkətləri ilə də əməkdaşlıq edir. -
10-10-2008, 05:20 PMAPAElçin Behbudov polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib
[b]Elçin Behbudov polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Siyəzən, Dəvəçi, Samur, Xaçmaz və Qusar rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, müvəqqəti saxlanma təcridxanalarında saxlanılan şəxslər 15 oktyabr prezident seçkilərində səs vermək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına köçürülüblər. Komitə sədri bu gün rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqləri davam etdirəcəyini deyib. -
10-10-2008, 05:30 PMAPA«Azercell» sentyabrda daha 17 radio-baza stansiyası quraşdırıb
[b]«Azercell» sentyabrda daha 17 radio-baza stansiyası quraşdırıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» MMC sentyabr ayında ölkə ərazisində 17 radio-baza stansiyası istifadəyə verib. «Azercell»in mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, həmin stansiyaların 3-ü Bakı, digərləri isə Ağcabədi, Ağdaş, Balakən, Bərdə, Beyləqan, Cəlilabad, Gəncə, Göyçay, Göygöl, İsmayıllı, Qax, Yardımlı, Zaqatala və Zərdab rayonlarındadır. Hazırda «Azercell»in respublika üzrə 1 494 stansiyası fəaliyyət göstərir. Bununla yanaşı, şirkət 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 12 mobil rabitə kommutasiya mərkəzi quraşdırıb. -
10-10-2008, 05:40 PMAPAAzərbaycan prezidenti Polşa Prezidenti Administrasiyasının Milli təhlükəsizlik bürosunun rəhbərini qəbul edib
[b]Azərbaycan prezidenti Polşa Prezidenti Administrasiyasının Milli təhlükəsizlik bürosunun rəhbərini qəbul edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Polşa Prezidenti Administrasiyasının Milli təhlükəsizlik bürosunun rəhbəri Vladislav Stasiakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Polşa münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, qarşılıqlı səfərlərin, müvafiq dövlət strukturları və təşkilatları arasında əməkdaşlığın əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib. -
10-10-2008, 05:50 PMAPANamiq Tan: "İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq"
[b]Namiq Tan: "İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq"[b]
[Tel-Əviv-APA. "İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanıyarsa, bu qərar Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq". APA-nın "Panarmenian"a istinadən yaydığı məlumata görə, bu bəyanatla Türkiyənin İsraildəki səfiri Namiq Tan çıxış edib. O, ABŞ və Fransada bu məsələnin müzakirəsindən sonra Ankaranın təxirə salınmadan öz səfirlərinin geri çağırdığını xatırladıb. Knesset deputatlarının bu məsələni gündəliyə daxil etmək təşəbbüsünə sərt reaksiya verən səfir prezident Şimon Peresin mövqeyi ilə razı olduğunu deyib: "Bu məsələni müzakirə etmək siyasətçilərin deyil, tarixçilərin işidir. Knessetdə belə bir məsələnin müzakirəyə çıxarılması sanki Türkiyə parlamentində İsrailin Fələstin xalqına qarşı soyqırımı həyata keçirməsi məsələsinin müzakirəsi kimi bir şeydir. Ümidvaram ki, Knesset anlamlı şəkildə Türkiyə ilə tərəfdaşlıq münasibətlərini korlamayacaq". Namiq Tan ermənilərin məqsədyönlü şəkildə Türkiyə-İsrail münasibətlərinə kölgə salmaq istədiyini bildirib və Ankara-Bakı-Yerusəlim strateji alyansının yaradılmasının vacibliyindən söhbət açıb: "Artıq iki ildir ki, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri fəaliyyət göstərir. Biz Azərbaycan neft və qazının İsrailə, oradan isə Aşkelon-Eylat xətti ilə Çin və Yaponiyaya nəqlini arzulayırıq". -
10-10-2008, 06:00 PMAPAKinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib
[b]Kinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın incəsənət xadimi, kinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev tanınmış kinorejissorun həyat və yaradıcılığından söz açıb. C. Quliyev deyib ki, A. Babayev 10-dan artıq sənədli, "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Birisi gün gecə yarısı" tammetrajlı bədii filmlərinə, "Zirvə" kino-novellasına quruluş verib. Onun vətənpərvərlik və vətəndaşlıq mövqeyində çəkilən filmlərində Azərbaycan mənəviyyatı, dünyagörüşü və kino sənəti əks edilib.