[b]Azərbaycanın turizmdən gəliri gələn il 1 mlrd. dolları ötəcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Gələn il Azərbaycanın turizm sektorundan əldə edəcəyi gəlirin 1 mlrd. ABŞ dollarından çox olacağı gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.Nazirin sözlərinə görə, ötən il ölkəyə 1 milyondan çox turist gəlib. Bakının İslam ölkələrinin paytaxtı elan edilməsi ilə əlaqədar 2009-cu ildə Azərbaycana gələcək turistlərin sayında artım gözlənilir. Nazir həmçinin bildirib ki, yaxın 2-3 il ərzində Azərbaycanda turistlər üçün 50 minədək yerləşmə yeri olacaq. Bununla da ildə 1,5-2 mln. turistə xidmət etmək imkanı yaranacaq.
Azərbaycan Xəbərləri
Printable View

09-27-2008, 04:00 PMAPAAzərbaycanın turizmdən gəliri gələn il 1 mlrd. dolları ötəcək

09-27-2008, 04:20 PMAPASəfa Mirzəyev: "Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hələlik hazır deyil"
[b]Səfa Mirzəyev: "Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hələlik hazır deyil"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı hazırlanan qanun layihəsi hələlik hazır deyil. Sənədin üzərində ciddi iş gedir. Təkcə parlamentin komissiya üzvləri deyil, bütün müvafiq qurumlar bu işə cəlb olunub. Əmanətlərin qaytarılması ilə bağlı çox çətin problemlər var". APA-nın məlumatına görə, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Parlament Aparatının rəhbəri əsas problemin o dövrdə mövcud olan bank sənədlərinin itirilməsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, prosesin başlanması üçün həmin sənədlərin bərpası vacibdir: "Əsas problemlərdən biri də o vaxt Azərbaycanda öz əmanətlərini saxlayan və hazırda xaricdə olan şəxslərin əmanətlərinin qaytarılması ilə bağlıdır. Bu sahədə aparılan iş başa çatan kimi layihə parlamentə daxil olacaq". -
09-27-2008, 04:30 PMAPAAzərbaycan Sosial Demokrat Partiyasının XI qurultayı keçirilib
[b]Azərbaycan Sosial Demokrat Partiyasının XI qurultayı keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) XI qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda 25 rayon təşkilatından seçilən 103 nümayəndədən 89-u iştirak edib. Toplantıya telefonla qatılan partiyanın həmsədri Ayaz Mütəllibov qurumun qarşılaşdığı problemlərin birlikdə aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb: "Hələ də bəzi rayonlarda təşkilatlarımız yoxdur. Rayon təşkilatlarının sayı artırılmalıdır". A. Mütəllibov partiyanın sıralarının genişləndirilməsi üçün yerli təşkilatların fəaliyyətinə diqqətin artırılmasının zəruriliyini qeyd edib: "Partiyada yaranan narazılıqlarda heç kimə üstünlük vermirəm". Partiyanın digər həmsədri Araz Əlizadə isə çıxışında ölkədəki ictimai-siyasi proseslərdən danışıb və ASDP-nin bu proseslərdən kənarda qalmadığını deyib. O, partiyadaxili problemlərə də toxunub: "Ayaz Mütəllibov partiyaya qoşulduqdan sonra çoxlu sayda insan quruma üzv yazıldı. Ancaq Ayaz Mütəllibovun ölkəyə qayıdışında problemlər yarandığını hiss edənlər yavaş-yavaş uzaqlaşdılar". A. Əlizadə partiyanın maddi çətinliyinin olduğunu da gizlətməyib. Sonra seçkili orqanlara qapalı seçki keçirilib. Ayaz Mütəllibov və Araz Əlizadə yenidən ASDP-nin həmsədrləri seçiliblər. Mərkəzi Komitənin 24, Mərkəzi Nəzarət Komissiyasının 3 nəfərdən ibarət tərkibi də müəyyənləşib. -
09-27-2008, 04:40 PMAPABFB-da yenə də DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb
[b]BFB-da yenə də DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10504820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 min manat təşkil edib. Sifariş 92,13% (gəlirlik 9,99%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan olunub. -
09-27-2008, 04:50 PMAPAAzərbaycanın «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi Türkmənistana göndərilib
[b]Azərbaycanın «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi Türkmənistana göndərilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi bu il ərzində ikinci dəfə Türkmənistana göndərilib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Hazırkı ezamiyyətin məqsədi 1972-ci ildə azərbaycanlı geoloqlar tərəfindən aşkar edilmiş «Livanov Bankəsi» yatağında strateji zondlaşdırma və araşdırmalar aparmaq, dərinsulu platformaların quraşdırılması, boru kəmərlərinin və digər iri obyektlərin inşası üçün qruntun davamlılığını yoxlamaqdır. Gəmi ilə Türkmənistana ARDNŞ-in Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin 15 nəfərdən ibarət ekspedisiyası da yola düşüb. Qeyd edək ki, «Zöhrab Vəliyev» gəmisi SSRİ-nin hərbi gəmi zavodunda inşa edilərək, 1985-ci ildə Azərbaycan mədənlərinə gətirilib. Gəmi ən mürəkkəb hidro-geoloji şəraitdə avtonom olaraq 32 gün çalışa bilər. Mühəndis-geoloji tədqiqatların aparılması üçün gəmidə 150 metr dərinliyədək işlər həyata keçirə bilən qazma dəzgahı quraşdırılıb. Bu il aparılan təmir işləri zamanı gəmi ABŞ və Hollandiyadan alınmış ən müasir geofiziki, geoloji və naviqasiya avadanlığı ilə təchiz edilib. -
09-27-2008, 05:00 PMAPABu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8063 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8063 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi 0,8071 AZN/$1 təşkil edib.USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,58%, ABŞ dolları üzrə isə illik 16,25% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
09-27-2008, 05:10 PMAPAQara dənizdə Rusiya gəmisi batıb
[b]Qara dənizdə Rusiya gəmisi batıb[b]
[Bolqarıstan - APA. Bu gün səhər Qara dənizin Bolqarıstan sahillərinə yaxın hissəsində Rusiyaya məxsus gəmi batıb. APA-nın məlumatına görə, bunu Bolqarıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər. FOCUS agentliyi batan gəminin "Tolstoy" adlı yük gəmisi olduğunu xəbər verib. Ekipaj itkin düşmüş sayılır. Axtarış tədbirləri zamanı gəminin batdığı ərazidə boş qayıq tapılıb. -
09-27-2008, 05:30 PMAPANovruz Məmmədov: "Təəssüf ki, Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursu yoxdur"
[b]Novruz Məmmədov: "Təəssüf ki, Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursu yoxdur"[b]
Bakı. Laçın Sultanova-APA. "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə danışmaq hələ tezdir". Bu açıqlamanı APA-ya Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib.
[Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edən PA rəsmisi bildirib ki, görüşdə regionda son vəziyyət ətrafında müzakirə aparıldığını deyib: "Nazirlər xüsusilə bu situasiyada Ermənistan-Azərbaycan münaqişəsinin həlli, regional problemlər və proseslər, onların perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Əslində regional vəziyyətin perspektivi əsas etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Ona görə də görüş zamanı prezidentlərin də münaqişənin həlli ilə bağlı görüşü məsələsi müzakirə olunub". Ermənistan prezidenti Serj Sərksiyanın Azərbaycanı Dağlıq Qarabağa sərmayə yatırmağa çağırmasına münasibət bildirən Novruz Məmmədov adı çəkilən Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursunun olmadığını deyib: "Çox təəssüf edirəm ki, Ermənistan rəhbərliyinin xarici siyasətində ardıcıl bir xətt yoxdur. Onlar bu gün bir cür, sabah başqa cür bəyanat verir, üçüncü gün hər iki bəyanatın əksinə olan fikirlər söyləyirlər. Hər dəfə də öz bəyanatlarını hansısa formada əsaslandırmağa çalışırlar. Yəqin ki, bu durum Ermənistan rəhbərlərinin hələlik dövlətçiliyin gələcəyini yaxşı görməməyindən irəli gəlir. Çünki bu yolla dövləti, cəmiyyəti, milləti xoşbəxtliyə aparmaq çətindir. Onlar bir fikir söyləyəndə onun bu gün, sabah, hansı təməllər üzərində duracağını sanki heç fikirləşmirlər. Dünən Serj Sərkisyan utanmadan BMT Baş Assambleyasının tribunasından qeyd edir ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərini pozur. Amma bütün dünya bilir ki, 20 ildir ki, beynəlxalq hüququ pozan tərəf Ermənistandır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, onları yerinə yetirməyən tərəf, başqa ölkənin ərazisini işğal edən və 20 ildir işğal altında saxlayan, etnik separatçılıq siyasəti yürüdən tərəf Ermənistandır. Buna baxmayaraq Serj Sərkisyan utanmadan əvvəl belə fikir söyləyir, sonra münaqişənin həllindən, investisiyalardan danışır. Əlbəttə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Azərbaycanın öz ərazisinə investisiya qoymaq fikri var, lakin bunun üçün münaqişə tam həll olunmalı, Ermənistan Silahlı Qüvvələri bu torpaqdan çıxıb getməli, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməlidir. Buna təminat alınandan sonra Azərbaycan Dağlıq Qarabağa investisiya yatıracaq". Novruz Məmmədov bütün dünya ölkələrinin dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: "Son zamanlar Rusiya rəhbərliyi, ABŞ vitse-prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı bəyanat veriblər. Lakin bundan o tərəfə daha etibarlı, daha qətiyyətli addım hələlik atılmır. Bugünkü dünya birliyinin ən zəif cəhətidir. Dünyanın aparıcı ölkələri beynəlxalq hüququn həyata keçirilməsi və tətbiq olunmasında müəyyən mənada zəiflik göstərirlər. Onlar bu yanaşmanın sonda özlərinə ziyan gətirəcəyini nə üçün görə bilmirlər? Cənubi Qafqazda son baş verən hadisələr əslində bu müstəvidə təhlil oluna bilər. Münaqişə qaldıqca, dondurulduqca, o bir təhlükəni özündə saxlayır". -
09-27-2008, 05:40 PMAPAPrezidentliyə namizəd Fazil Qəzənfəroğlu Sumqayıtda seçicilərlə görüşüb
[b]Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu Sumqayıtda seçicilərlə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu bu gün Sumqayıtda seçicilərlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən görüşdə namizədin vəkili Elxan Şükürlü seçicilərə F. Qəzənfəroğlunun siyasi fəaliyyəti barədə məlumat verib. F. Qəzənfəroğlu isə çıxışında seçicilərə öz seçki platforması barədə geniş məlumat verib. Namizədin növbəti görüşü sabah Gəncə seçiciləri ilə təşkil olunacaq. -
09-27-2008, 05:50 PMAPARamazanın bayram namazı sentyabrın 30-da qılınacaq
[b]Ramazanın bayram namazı sentyabrın 30-da qılınacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Bu il bayram namazı sentyabrın 30-da səhər saat 9-10 radələrində qılınacaq". Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər. Ayın 30-da oruc tutulub-tutulmaması ilə bağlı suala isə belə aydınlıq gətirilib: "Əgər sentyabrın 29-da axşam ay görünərsə, 30-u səhər oruc tutulmur. Ürəyində ayın görüb-görünmədiyinə şübhəsi olanlar isə sentyabrın 30-da bayram namazına kimi oruc tuturlar". Ramazan ayında adambaşına 3 kiloqram buğda, xurma və ya kişmişin dəyərində fitrə verilir. Fitrə ailənin bütün üzvləri üçün adambaşına hesablanaraq, bayram gününə qədər verilməlidir. Fitrə verənlər buğda, xurma, kişmiş və ya bu nemətlərinin birinin üç misli dəyərində pul vəsaitini evdən çıxarırlar. Fitrə imkansız, əlil və yetimlərə verilsə, daha xeyirlidir. Qeyd edək ki, əhali fitrə verərkən, əsasən, 3 kilo buğdanın dəyərini əsas götürür. Bazarda 1 kilo buğdanın bugünkü qiyməti isə 60-80 qəpik civarındadır.