[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 17,60
Azərbaycan Xəbərləri
Printable View

09-25-2008, 10:20 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri

09-25-2008, 10:50 AMAPARusiya Dövlət Dumasının keçmiş deputatı Ruslan Yamadayev öldürülüb
[b]Rusiya Dövlət Dumasının keçmiş deputatı Ruslan Yamadayev öldürülüb[b]
Moskva - APA. Sentyabrın 24-də Rusiya Dövlət Dumasının keçmiş deputatı, "Şərq" xüsusi təyinatlı çeçen batalyonunun sabiq komandiri Sulim Yamadayevin qardaşı Ruslan Yamadayev Moskvada sui-qəsd nəticəsində öldürülüb.
[APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, R. Yamadayevin idarə etdiyi "Mercedes S 600" markalı avtomobil Moskva vaxtı ilə saat 17.15-də Smolensk küçəsində atəşə tutulub. Belə ki, R. Yamadayevin avtomobili yol ayrıcında dayanarkən üzünü tənziflə örtmüş qatil ona yaxınlaşıb və zirehli maşının sürücü tərəfdəki pəncərəsindən "Kedr" tipli tapança-pulemyotdan atəş açmağa başlayıb. Güllə darağını tam boşaltdıqdan sonra killer "Audi-80" markalı avtomobillə hadisə yerindən uzaqlaşıb. Bəzi şahidlər isə atəş açanların iki nəfər olduğunu bildirirlər. Hüquq-mühafizə orqanlarını əməkdaşları olay yerində onlarla giliz aşkarlayıblar. Avtomobildə olan Çeçenistanın keçmiş hərbi komendantı, general-polkovnik Sergey Kizyun ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır. -
09-25-2008, 11:00 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
09-25-2008, 11:10 AMAPAABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandırıb
[b]ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandırıb[b]
[Vaşinqton - APA. ABŞ prezidentliyinə namizəd Con Makkeyn seçki kampaniyasını dayandıraraq Vaşinqtona qayıtmaq barədə qərar qəbul edib. APA-nın "France Presse" agentliyinə istinadən yaydığı məlumata görə, C. Makkeyn ölkədəki kəskin maliyyə böhranı ilə əlaqədar bu qərarı verib. O, rəqibi Barak Obamanı qərarından xəbərdar edərək onu da seçki kampaniyasını dayandırmağa çağırıb və cümə gününə təyin olunmuş teledebatları təxirə salmağı təklif edib. Ancaq demokratların namizədi bununla razılaşmayıb. O, jurnalistlərə bildirib ki, prezidentliyə namizəd eyni anda bir neçə işi yerinə yetirməyi bacarmalıdır. B. Obama Nümayəndələr Palatasının sədri Nensi Pelosi, demokratların lideri Hovard Din və maliyyə naziri Henri Polsonla müntəzəm əlaqə saxladığını söyləyib. Namizəd deyib ki, onun köməyinə ehtiyac yaransa, dərhal Vaşinqtona yola düşməyə hazırdır. B. Obamanın fikrincə, məhz indiki şəraitdə amerikalılar bilməlidir ki, növbəti prezident bu qarma-qarışıqlıqla necə mübarizə aparmaq niyyətindədir. -
09-25-2008, 11:20 AMAPAAudit Komitəsi: «Zamin Bank»ın filial direktorunun mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur»
[b]Audit Komitəsi: «Zamin Bank»ın filial direktorunun mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur»[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) «Mərkəz» filialının həbs edilən direktoru Vidadi Xudiyevin mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur. Bunu «APA-ECONOMICS»ə açıqlamasında bankın Audit Komitəsinin sədri Namiq Bağırov bildirib. N.Bağırovun sözlərinə görə, həbs olunan V.Xudiyev 2007-ci ilin noyabr ayının 30-dan «Zamin Bank» SKB-də işləmir: «Həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşları aldadaraq onların pullarını mənimsəyib. Mənimsənilən pulların bankın vəsaitlərinə heç bir aidiyyəti yoxdur».Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində «Zamin Bank» ASC-nin «Mərkəz» filialının direktoru, Bakı şəhər sakini Vidadi Xudiyev tutulub. V.Xudiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaq yolu ilə Orxan Şirinov, Sərdar Qəribov və qeyrilərinə məxsus 100 min manat məbləğində pul vəsaitlərini mənimsəməsi bildirilir. Faktla əlaqədar Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb. -
09-25-2008, 11:30 AMAPAUkraynada "narıncı koalisiya"nın bərpası ilə bağlı danışıqlar başlayıb
[b]Ukraynada "narıncı koalisiya"nın bərpası ilə bağlı danışıqlar başlayıb[b]
[Kiyev - APA. Ukraynada "Yuliya Timoşenko" bloku, "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" blokları və Litvinin bloku arasında yeni koalisiyanın formalaşdırılması ilə bağlı danışıqlar başlayıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, danışıqlarda "Yuliya Timoşenko" blokunu təmsil edən Ali Radanın sədr müavini Nikolay Tomenko ilk görüşün nəticələrindən nikbin olduğunu bildirib: "Buz tərpəndi və üçtərəfli formatda koalisiyanın formalaşdırılması üçün şans yarandı". N. Tomenko parlamentin növbəti iclasının gündəliyini birgə müəyyənləşdirəcəklərini söyləyib: "İki gün ərzində cəhd edəcəyik ki, üç fraksiya de-fakto koordinəli şəkildə çalışmağa başlasın"."Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" fraksiyasının lideri Vyaçeslav Kirilenko isə deyib ki, üçtərəfli koalisiyanın yaradılması ilə xeyli sayda problemin həlli mümkündür. O, koalisiya razılaşmasının imzalanması üçün irəli sürdükləri şərtləri də açıqlayıb. Buna əsasən "Yuliya Timoşenko" bloku Regionlar Partiyası və kommunistlərlə birgə səsvermədən, prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan və Viktor Yuşşenkonun veto qoyduğu qanun layihələrini dəstəkləməkdən imtina etməlidir. V. Kirilenko Rusiya-Gürcüstan münaqişəsinə dair ümumi mövqe ortaya qoyulmasını və deputat toxunulmazlığının ləğvini istədiklərini də vurğulayıb. Hər üç blok bu gün məsləhətləşmələri davam etdirəcək. Sentyabrın 26-da isə hər üç fraksiyanın deputatlarının iştirakı ilə görüş keçiriləcək. "Yuliya Timoşenko" blokunun üzvü Andrey Şkil bildirib ki, görüşə prezident Viktor Yuşenko da dəvət olunmalıdır. Xatırladaq ki, sentyabrın 2-də "Yuliya Timoşenko" bloku, Regionlar Partiyası və kommunistlərin səsləri ilə prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan qanun layihələri qəbul edilib. Həmçinin bu üç fraksiya "Bizim Ukrayna"nın Rusiya-Gürcüstan müharibəsi ilə bağlı təklif etdiyi bəyanatı dəstəkləməyib. Bundan sonra "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" bloku koalisiya hökumətindən çıxdığını bəyan edib. -
09-25-2008, 11:40 AMAPAAvropa ölkələri mədəniyyət nazirlərinin Bakı müşavirəsinə 10 İKT üzvü də dəvət olunub
[b]Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı müşavirəsinə 10 İKT üzvü də dəvət olunub[b]
[Bakı. Laçın Sultanova - APA. Avropa ölkələri mədəniyyət nazirlərinin dekabrın 2-3-də Bakıda keçiriləcək müşavirəsinə ilk dəfə olaraq İslam Konfransı Təşkilatının (İKT) 10 üzvü, o cümlədən Özbəkistan, Qazaxıstan, Türkmənistan və Tacikistanın mədəniyyət nazirləri də dəvət olunublar. APA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müstəqil Dövlətlər Birliyinin Mədəni Əməkdaşlıq Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən 23-cü iclasında çıxışında deyib. Qeyd edək ki, Bakı müşavirəsinin təşkilatçıları Avropa Şurası və Azərbaycan hökumətidir. -
09-25-2008, 11:50 AMAPAVenesuela prezidenti Uqo Çavesin Rusiyaya rəsmi səfəri başlayır
[b]Venesuela prezidenti Uqo Çavesin Rusiyaya rəsmi səfəri başlayır[b]
[Moskva - APA. Venesuela prezidenti Uqo Çaves Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə bu gün Moskvaya iki günlük rəsmi səfərə gəlir. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, səfər zamanı enerji, elm və texnologiya sahələrində ikitərəfli razılaşmaların imzalanacağı gözlənilir. Moskvaya Pekindən gələn Venesuela lideri Rusiyadan Fransaya, oradan isə Portuqaliyaya yola düşəcək. U. Çavesin səfəri iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi və hərbi-texniki sahələrdə ikitərəfli əlaqələrin gücləndiyi dövrə təsadüf edir. Bu günlərdə Rusiyanın Tu-160 strateji-bombardmançı təyyarələri Venesuelaya uçuş həyata keçiriblər. -
09-25-2008, 12:00 PMAPAAzərbaycanda sümük iliyinin transplantasiyası əməliyyatı keçiriləcək
[b]Azərbaycanda sümük iliyinin transplantasiyası əməliyyatı keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Yaxın vaxtlarda Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Talassemiya Mərkəzinin açılış mərasimi olacaq. Azərbaycan Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili şöbəsinin rəisi Soltan Əliyev APA-ya bildirib ki, bu mərkəzdə ölkədə ilk dəfə olaraq, sümük iliyinin transplantasiyası əməliyyatı keçiriləcək. Hazırda bu əməliyyat MDB məkanında yalnız Moskva (Rusiya) və Minsk (Belarus) şəhərlərində aparılır. S. Əliyevin sözlərinə görə, bu əməliyyatın aparılması üçün artıq mütəxəssis hazırlığı da həyata keçirilib. -
09-25-2008, 12:10 PMAPA"Qazprom" Ermənistana satdığı qazın qiymətini 40 faiz artırıb
[b]"Qazprom" Ermənistana satdığı qazın qiymətini 40 faiz artırıb[b]
İrəvan-APA. Rusiyanın "Qazprom" şirkəti gələn il aprelin 1-dən Ermənistana nəql edilən mavi yanacağın qiymətinin 40 faiz bahalaşması haqqında qərar qəbul edib.
[APA-nın məlumatına görə, RAO "ArmRosQazprom" şirkətinin baş direktoru Karen Karapetyan bildirib ki, aprelin 1-dən Ermənistan qazın hər min kubmetri 154 dollara satılacaq. Hazırda bu qiymət 110 dollar təşkil edir. "Qazprom" həmçinin 2010-cu ilin aprelindən başlayaraq Ermənistana qazın hər min kubmetrini 200 dollara satmaq barədə qərar qəbul edib. 2011-ci ildən başlayaraq isə Ermənistan Rusiyadan mavi yanacağı Avropa qiymətləri ilə nəql edəcək.