[b]Gəncədə Şəhər Günü qeyd olunur[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncədə Şəhər Günü qeyd olunur. APA-nın yerli bürosunun xəbərinə görə, Gəncənin 2502-ci illiyi münasibəti ilə keçirilən bayram tədbirlərində Rusiya, Ukrayna, Belarus və Türkiyənin Azərbaycandakı səfirləri, Dərbənd şəhər meri, ətraf rayonların icra başçıları da iştirak edir. Şəhər Günü ilə bağlı Heydər Əliyevin abidəsi, Cavad xanın məqbərəsi ziyarət olunub. Gəncə şəhər darvazalarının önündə keçirilən tədbirdə Azərbaycanın milli adət-ənənələri nümayiş etdirilib. Şəhər Günü Gəncə şəhər embleminin qarşısında davam etdiriləcək. Daha sonra Heydər Əliyev meydanında teatrlaşdırılmış keçid, hərbi parad olacaq. Axşam isə Nizami məqbərəsi önündə Nizami poeziya günləri keçiriləcək.
Azərbaycan Xəbərləri
Printable View

09-23-2008, 11:40 AMAPAGəncədə Şəhər Günü qeyd olunur

09-23-2008, 11:50 AMAPA"Əl-Qaidə" gələn ay ABŞ-da terror aksiyaları törətməyə hazırlaşır
[b]"Əl-Qaidə" gələn ay ABŞ-da terror aksiyaları törətməyə hazırlaşır[b]
[Vaşinqton - APA. "Əl-Qaidə" beynəlxalq terror təşkilatı dünyanın müxtəlif ölkələrindəki özəklərinə xəbərdarlıq göndərib. APA-nın xəbərinə görə, ABŞ-ın "The New York Sun" qəzeti adının çəkilməsini istəməyən dövlət məmuruna istinadən mesajda aşağıdakı sözlərin yer aldığını yazıb: "Hazır olun. Tezliklə bizə lazım ola bilərsiniz". Xəbərdarlığı şərh edən ekspertlər bildiriblər ki, "Əl-Qaidə" ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir edə biləcək "oktyabr sürprizi"nə hazırlaşır. Qəzet xatırladır ki, 2004-cü ilin martında İspaniyada elektrik qatarında törədilən terror aktı parlament seçkilərində İraqdan qoşunları çıxaracağını vəd edən sosialistlərin qələbəsinə gətirib çıxarıb. Ancaq ekspertlər ABŞ-da törədiləcək terrorun xarici siyasətdə sərt xəttin tərəfdarı və İraqdan qoşunların çıxarılmasının əleyhdarı olan Con Makkeynin mövqelərini gücləndirəcəyini söyləyirlər. -
09-23-2008, 12:00 PMAPAAbdulla Gül Serj Sarkisyanla görüşməyəcək
[b]Abdulla Gül Serj Sarkisyanla görüşməyəcək[b]
[Nyu-York - APA. BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak etmək üçün ABŞ-da olan Türkiyə prezidenti Abdulla Gül görüşlərə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Gül 63-cü sessiyanın sədri Migel D’Eskoto Brokman, Avropa Komissiyasının sədri Joze Manuel Barroso və İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu ilə görüşüb. O, "Afrikanın inkişaf ehtiyacları" adlı toplantıya da qatılıb. Bu gün Türkiyə prezidenti Baş Assambleyada çıxış edəcək. A. Gülün 10-dan çox ölkənin lideri ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Bu ölkələr arasında Ermənistanın adı yoxdur. Erməni tərəfi ilə danışıqları xarici işlər naziri Əli Babacan aparacaq. A. Gül ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə də bir araya gələcək. -
09-23-2008, 12:10 PMAPAQüdsdə törədilən terror aktında çoxlu sayda İsrail əsgəri ölüb
[b]Qüdsdə törədilən terror aktında çoxlu sayda İsrail əsgəri ölüb[b]
[Qüds-APA. Bu gecə Qüdsdə törədilən terror akt nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. APA-nın məlumatına görə, terrorçu kamikadze trotil yüklənmiş avtomobili əhalinin gur olan yerində işə salıb. Partlayış nəticəsində ölənlərin əksəriyyəti İsrail ordusunun əsgərləridir. Hələlik heç bir terror təşkilatı aksiyaya görə məsuliyyəti öz üzərinə götürməyib. Aksiyanı fələstinli terrorçunun həyata keçirdiyi dəqiqləşib. -
09-23-2008, 12:20 PMAPADow Jones indeksi 3,3%, Nasdaq 4,2%, S&P 500 isə 3,8% düşüb
[b]Dow Jones indeksi 3,3%, Nasdaq 4,2%, S&P 500 isə 3,8% düşüb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 22-də Amerika bazarlarında Dow Jones indeksi 3,3% - 11015,69 bəndədək, Nasdaq 4,2% - 2178,98 bəndədək, S&P 500 isə 3,8% - 1207,09 bəndədək düşüb. «APA-ECONOMICS»in məlumatına görə, hərraca ABŞ dollarının ucuzlaşması və sərmayəçilərin Amerika hökumətinin iqtisadiyyatın möhkəmlənməsinə yönəldilmiş planının milli valyuta məzənnəsinin daha da düşməsinə gətirib çıxaracağına dair proqnozları təsir edib.Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,41% - 5236,26 bəndədək, Almaniya DAX-ı 1,32% - 6107,75 bəndədək, Fransa CAC-40-ı isə 2,34% - 4223,51 bəndədək enib. Nəticədə, «Ryanair Holdings» aviaşirkətinin qiymətli kağızları 6,3%, «Holcim» sement istehsalçısının isə 18% ucuzlaşıb.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4829 dollar təşkil edib. -
09-23-2008, 12:50 PMAPAAzərbaycanli alim Türkiyənin Mersin Universitetinin dekanı seçilib
[b]Azərbaycanli alim Türkiyənin Mersin Universitetinin dekanı seçilib[b]
Mersin. Mayis Əlizadə - APA. Azərbaycanlı alim Fəxrəddin Abdullayev Türkiyənin Mersin Universitetinin fənn-ədəbiyyat fakültəsinin dekanı seçilib.
[F. Abdullayev APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyəyə 1994-cü ildə gəldiyini deyib: "Bir müddət Trabzondakı Qara Dəniz Texniki Universitetində çalışdım. 1998-ci ildən bəri isə Mersin Universitetinin fənn-ədəbiyyat fakültəsində işləyirəm. Kafedra müdiriyəm və universitet Senatının üzvüyəm. İş yoldaşlarım məni dekan vəzifəsinə namizəd göstərdilər və bu vəzifəyə seçki ilə seçildim. Sentyabrın 16-da Ali Təhsil Qurumu məni bu vəzifəyə təsdiqlədi. Bizi gözləyən böyük işlər var. İş yoldaşlarımla birlikdə fakültəmizi universitetimizin qabaqcıl qurumu səviyyəsinə gətirəcəyimizə inanıram. Mənim bu vəzifəyə seçilməyim bir daha göstərir ki, Türkiyə ilə Azərbaycan həqiqətən eyni millətin iki dövlətidir. Türkiyədə azərbaycanlı həmkarlarımız istənilən vəzifəyə seçilə bilirlər - yetər ki, buna layiq olsunlar. Buradan Azərbaycandakı alimlərə müraciət edirəm ki, buralara gəlsinlər və onlarla birlikdə ikinci dalğanın yolunu açaq. Bilirsiniz ki, son illərdə Türkiyədə 30-dan artıq universitet açılıb. Buna görə də böyük elmi potensiala ehtiyac var".Professor hər gün Azərbaycanın 4 televiziya kanalını izlədiyini və ölkənin sürətlə böyüməsindən xəbərdar olduğunu söyləyib: "Ölkəmiz layiq olduğu yerə gələcək. Qarabağ problemi həll edilməlidir. Çünki bu, bizim qəlbimizə saplanmış bıçaqdır. Aparılan siyasət nəticəsində yaxın vaxtlarda problemin həll ediləcəyinə inanıram". Qeyd edək ki, 1957-ci ildə Şamaxı rayonunda anadan olan Fəxrəddin Abdullayev Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1986-cı ildə Ukraynada namizədlik, 2003-cü ildə isə eyni ölkədə doktorluq dissertasiyası müdafiə edib. -
09-23-2008, 01:00 PMAPABFB-da 10505320S seriyalı DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb
[b]BFB-da 10505320S seriyalı DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10505320S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 291 min manat təşkil edib. Sifariş 90,81% (gəlirlik 11,19%) qiymətdə təqdim olunub. Hərrac baş tutmamış hesab olunub. -
09-23-2008, 01:10 PMAPAYaxın günlərdə Azərbaycan paytaxtında məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə imzalanacaq
[b]Yaxın günlərdə Azərbaycan paytaxtında məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə imzalanacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bakı şəhərində məişət tullantılarının emalı zavodunun inşasına dair müqavilə 2008-ci ilin sentyabr ayının sonunda imzalanacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib. M.Cabbarovun sözlərinə görə, zavodun tikintisinə dair bütün sənədlərin hazırlanması artıq başa çatmaq üzrədir: «Yaxın günlərdə məişət tullantılarının emalı zavodunun tikintisinə dair Azərbaycanla Fransanın CNIM şirkəti arasında müqavilə imzalanacaq».Qeyd edək ki, hazırda Bakı və Bakı ətrafı ərazilərdə 1 mln. tona yaxın məişət tullantıları müşahidə olunur və zavodun məhz bu tullantıların əsasən cəmləşdiyi yerdə (Balaxanı poliqonu) tikintisi planlaşdırılır. Zavodun illik gücü isə 500 min ton olacaq. -
09-23-2008, 01:20 PMAPAABŞ-ın ən çox erməni tələbəsi olan universitetində Azərbaycan dili tədris olunacaq
[b]ABŞ-ın ən çox erməni tələbəsi olan universitetində Azərbaycan dili tədris olunacaq[b]
Los-Anceles. Hüsniyyə Həsənova - APA. Yaxın həftələrdə ABŞ-ın Kaliforniya Universitetində Azərbaycan dilinin tədrisinə başlanacaq.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, universitetin Yaxın Şərq Dilləri və Mədəniyyətləri Departamenti tərəfindən təşkil olunan kurslarda Azərbaycan dilinin ilkin əsasları tədris ediləcək. Dərsləri Bakı Dövlət Universitetinin professoru Altay Göyüşov keçəcək. Qeyd edək ki, Los-Ancelesin Kaliforniya Universiteti ABŞ-da ən çox erməni tələbəsi olan elm ocağıdır. -
09-23-2008, 01:30 PMAPAElmar Məmmədyarov Xorvatiya, Lüksemburq, Gürcüstan və Ukraynanın xarici işlər nazirləri ilə görüşüb
[b]Elmar Məmmədyarov Xorvatiya, Lüksemburq, Gürcüstan və Ukraynanın xarici işlər nazirləri ilə görüşüb[b]
[Nyu-York-APA. BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak məqsədilə Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xorvatiyalı həmkarı Qordon Yandrokoviç ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, görüşdə ikitərəfli, beynəlxalq və regional məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov regional münaqişələrin "dondurulmuş" olmadığını, regionda təhlükəsizlik üçün təhdid yaratdığını, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu vurğulayıb. Xorvatiya rəsmisi ölkəsinin Azərbaycanın bu mövqeyini dəstəklədiyini bir daha təkrarlayıb. Qordon Yandrokoviç ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib, Azərbaycanda ÜDM-in artımı və digər göstəricilər barəsində məlumatların sevindirici olduğunu söyləyib.Elmar Məmmədyarov həmçinin Lüksemburqun xarici işlər və immiqrasiya naziri Jan Asselborn ilə də görüşüb. Söhbət zamanı beynəlxalq, enerji və bir sıra digər məsələlər müzakirə olunub, regional sabitliyin bərqərar olması üçün Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb. Görüşdə qeyd olunub ki, Türkiyənin təklif etdiyi "Qafqazda Təhlükəsizlik və İnkişaf Platforması" maraqlı və müsbət təşəbbüsdür. XİN başçısı səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Yekaterine Tkeşelaşvili ilə də görüşüb..Məmmədyarov regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinin bütün region ölkələrinin maraq dairəsində olduğunu deyib. Regional münaqişələrin həllinin vacibliyini vurğulayan XİN başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Cənubi Qafqazda müsbət şəraitin yaradılmasına əhəmiyyətli töhfə verəcəyi qeyd edib. Görüşdə, həmçinin iki ölkə arasında enerji və nəqliyyat layihələri, bu sahədə mövcud vəziyyət də müzakirə olunub. Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin (AYK) üzvləri ilə də görüşüb, ikitərəfli, beynəlxalq və regional məsələləri müzakirə edib. AYK nümayəndələri bu yaxınlarda Azərbaycana səfərlərini xatırladaraq, ölkədən xoş təəssüratlarla qayıtdıqlarını qeyd ediblər. Elmar Məmmədyarov dünən həmçinin Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko ilə görüşüb. Söhbət zamanı ikitərəfli, regional, beynəlxalq, GUAM çərçivəsində əməkdaşlıq, birgə fəaliyyət və enerji məsələləri diqqət mərkəzində olub. Tərəflər həmçinin BMT Baş Assambleyasının 63-cü sessiyasında müzakirə olunacaq məsələlər və qəbul ediləcək sənədlər ətrafında da fikir mübadiləsi aparıblar. Dünən axşam Elmar Məmmədyarov ABŞ prezidenti Corc Buş və xanımı Lora Buş tərəfindən verilən ziyafətdə iştirak edib. XİN başçısının səfəri davam edir.