[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD
Azərbaycan Xəbərləri
Printable View

09-12-2008, 10:40 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr

09-12-2008, 11:00 AMAPAAzərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər
[b]Azərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər[b]
Bakı - APA. Sentyabrın 11-də Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlərin imzalanmasından sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış ediblər.
[Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidentinin səfərinin bu vaxta qədər də dinamik və səmərəli inkişaf edən münasibətlərin inkişafında çox mühüm mərhələ olduğunu bildirib: "Bizi birləşdirən ənənələrimiz, mədəniyyətimiz və dillərimizin ümumiliyidir. Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərə Özbəkistanın münasibətini çox yüksək qiymətləndiririk. Biz də öz lazım gələrsə, qardaş ölkəni həmişə dəstəkləyəcəyik".Yaxın müttəfiqlər kimi hərəkət etdiklərini vurğulayan Azərbaycan prezidenti Qafqazda, Xəzər regionunda, Mərkəzi Asiyada vəziyyətin qiymətləndirilməsində iki ölkənin yanaşmalarında ortaq cəhətlərin çox olduğunu deyib: "Biz istəyirik ki, regionumuzda sülh yaransın, bütün Qafqazda sabitlik bərqərar olsun, münaqişələr beynəlxalq hüququn normaları və prinsipləri əsasında ədalətlə həll edilsin. Bu halda bizim regionda əməkdaşlıq üçün lap çox imkan olacaq. Biz çox istəyirik ki, gələcəkdə Özbəkistanla birgə layihələrimiz, daha sıx kooperasiyaya, müştərək istehsalatlar yaradılmasına, investorların marağı olarsa, müştərək investisiyalara şərait yaradan layihələr həyata keçirilsin. Başqa sözlə, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün bazar münasibətlərinin bütün mexanizmlərini cəlb etmək istəyirik. Bir daha demək istəyirəm, bunun üçün hər cür şərait var: həm ənənəvi tarixi və mədəni əlaqələr, həm də regional siyasətin və beynəlxalq fəaliyyətin bir çox məsələlərinə ümumi yanaşmalar. Əminəm ki, səfərin davamı çox uğurlu olacaq". Özbəkistan prezidenti İslam Kərimov isə Özbəkistan-Azərbaycan münasibətlərinə xas olan ənənəvi səmimilik və qarşılıqlı etimad şəraitində keçmiş danışıqların yekunlarından tamamilə razı qaldığını bəyan edib: "Biz ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini ətraflı müzakirə etdik, regional qarşılıqlı fəaliyyətin aktual məsələləri və beynəlxalq problemlər barəsində də fikir mübadiləsi apardıq. Müzakirə edilən məsələlərin əksəriyyəti barədə mövqelərimizin üst-üstə düşməsini və ya oxşar olmasını qeyd etdik. Hesab edirik ki, bu gün dövlətlərarası və hökumətlərarası səviyyədə imzalanmış yeddi sənəd, habelə Azərbaycan tərəfi ilə bağlanmış müqavilələr münasibətlərimizin inkişafına böyük təkan verəcək, qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaq".İ. Kərimov Özbəkistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: "Həm də biz hesab edirik ki, bu münaqişənin həllinin əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Mənim fikrimcə, Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan tərəfindən təklif edilən modeli optimal və hər cəhətdən məqbuldur. Əlbəttə, mən öz fikrimi deyirəm, lakin əminəm ki, ötən on yeddi ildə baş vermiş hadisələri obyektiv qiymətləndirən insanların hamısı bu fikirlə razılaşar. Qarabağ problemi 1988-ci ildə başlanıb və bu münaqişə ilə əlaqədar prosesləri müşahidə edənlərin, sadəcə müşahidə etməklə kifayətlənməyib, onları diqqətlə izləyənlərin hamısı, zənnimcə, Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir". İ. Kərimov sonda bəyan edib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkənin dostluq və əməkdaşlığının daha da möhkəmlənməsində mühüm mərhələ olacaq.Qeyd edək ki, sentyabrın 11-də "Gülüstan" sarayında Azərbaycan prezidenti İlham Əliyevin adından Özbəkistan prezidenti İslam Kərimovun şərəfinə rəsmi qəbul təşkil edilib. Dövlət başçıları qəbulda nitq söyləyiblər. -
09-12-2008, 11:10 AMAPAMetyu Brayza gələn həftə Azərbaycana gələcək
[b]Metyu Brayza gələn həftə Azərbaycana gələcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanın Cənubi Qafqaz bölgəsinə səfəri başlayır.
[Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson məlumat verib. M. Brayza Ermənistan və Gürcüstana səfər etdikdən sonra gələn həftənin ortalarında Azərbaycana gələcək. T. Devidson bildirib ki, səfərdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirmək və bölgədə yaranmış vəziyyətin müzakirəsidir. -
09-12-2008, 11:20 AMAPAYol qəzasında yaralanan Salyan sakini komaya düşüb
[b]Yol qəzasında yaralanan Salyan sakini komaya düşüb[b]
[Salyan. Əlibəy Zeynalov-APA. Bu gün Salyan şəhəri Hüseynzadə küçəsi 60 ünvanında yaşayan İsmayılov Vüsal Kəlbiağa oğlu Salyan rayon sakini Səmədzadə Namiq Səxavət oğlunun idarə etdiyi VAZ 2107 markalı 10-BE-052 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, V. İsmayılov kəllə-beyin travması ilə ağır vəziyyətdə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, V. İsmayılov koma vəziyyətindədir. Salyan Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. -
09-12-2008, 11:30 AMAPAABŞ-dakı "Chenier and The Red Hot Louisiana Band" musiqi qrupu Azərbaycana gələcək
[b]ABŞ-dakı "Chenier and The Red Hot Louisiana Band" musiqi qrupu Azərbaycana gələcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Sentyabrın 17-də ABŞ-da fəaliyyət göstərən "Chenier and The Red Hot Louisiana Band" musiqi qrupu Azərbaycana gələcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, qrup sentyabrın 17-də Bakı Caz Mərkəzində, 18-də isə Sumqayıtda yerləşən Kimyaçıların Mədəniyyət Evində konsert verəcək. Konsertlər pulsuz olacaq. -
09-12-2008, 11:40 AMAPAAzərbaycan yığması Pekin Paralimpiadasında 6-cı medalı qazanıb
[b]Azərbaycan yığması Pekin Paralimpiadasında 6-cı medalı qazanıb[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan yığması bu gün XIII Pekin Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. "APA-SPORT"un məlumatına görə, komandamızın aktivinə növbəti mükafatı atlet Zeyniddin Bilalov yazdırıb.Üçtəkanla tullanma yarışında mübarizə aparan 43 yaşlı idmançı gümüş medala layiq görülüb. Bununla da, paralimpiyaçılarımızın qazandığı medalların sayı 6-ya çatıb. Öncə cüdoçular İlham Zəkiyev 1-ci, Tofiq Məmmədovla Kərim Sərdarov 2-ci, Ramin İbrahimov 3-cü, eləcə də üçtəkanla tullanma turnirinə qatılmış Vladimir Zayets 3-cü yeri tutub.Hazırda Azərbaycan yığması 1 qızıl, 3 gümüş, 2 bürünc mükafatla medal qazanan ölkələrin siyahısında 32-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Pekin Paralimpiadasında 18 idmançımız qüvvəsini sınayır. -
09-12-2008, 11:50 AMAPAHövsanda ölümlə nəticələnən yol qəzası baş verib
[b]Hövsanda ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı. Hafiz Heydərov - APA. Hövsan qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün saat 20.30 radələrində QAZ-31 markalı avtomobil "Mercedes"lə toqquşub. Qəza nəticəsində QAZ-31-in sürücüsü Nizami Əli oğlu Abbasov hadisə yerindəcə keçinib, "Mercedes"in sürücüsü isə yüngül bədən xəsarəti alıb. Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır. -
09-12-2008, 12:00 PMAPAAvropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aqrar bankının yaradılmasında iştirak etməyə hazırdır
[b]Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aqrar bankının yaradılmasında iştirak etməyə hazırdır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda aqrar sahəni maliyyələşdirəcək bankın yaradılması məqsədilə beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müzakirələr aparılır. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.E.Rüstəmovun sözlərinə görə, bununla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə də danışıqlar aparılır: «Burada söhbət yeni dövlət bankının yaradılmasından deyil, xüsusi mülkiyyət və xarici investisiyanın iştirakı ilə bankın yaradılmasından gedir. Xüsusilə də AYİB və Avropanın aqrar sektorunda fəaliyyət göstərən aparıcı banklarından birinin idarəetməyə daxil edilməsi nəzərdə tutulur. Sonra həmin qurumların da bankın mülkiyyətinə qatılmasına baxılacaq». E.Rüstəmov əlavə edib ki, artıq AYİB-in bu layihədə iştirakı ilə bağlı qərarı var və yaxın günlərdə həmin qərar AMB-yə rəsmən təqdim ediləcək. -
09-12-2008, 12:12 PMAPATürkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar tədbirlər keçiriləcək
[b]Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar tədbirlər keçiriləcək[b]
[Bakı-APA. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar 12-19 sentyabr tarixlərində bir sıra tədbirlər keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən APA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə Türk Universiteleri Məzunları Dərnəyi bu gün Göyçay rayonunda bir sıra tədbirlər təşkil edəcək. Göyçaydaki şəhid məzarları, Heydər Əliyevin büstü, Türk Əsgəri, Soyqırım abidələri ziyarət ediləcək, daha sonra konfrans baş tutacaq. Sabah isə Bakıda Atatürk Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasında konfrans keçiriləcək. Sentyabrın 15-də Bakının işğaldan azad olunması münasibəti ilə Bakıdakı Türk Şəhidliyi ziyarət olunacaq. Türkiyə səfirliyinin Mədəniyyət Mərkəzində TRT kanalı tərəfindən hazırlanan "Qafqazlardan əsən yelər, Vəfa - 1918 Qafqaz İslam Ordusunun Bakını qurtarması" sənədli filmi də həmin gün nümayiş etdiriləcək. Həmin gün daha sonra tarixçi Nəsiman Yaqublunun hazırladığı "Bakının qurtuluş tarixi" kitabının Türkiyə Səfirliyində təqdimatı keçiriləcək. Sentyabrın 19-da isə Qafqaz Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Tarixi Muzeyində "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda sərginin açılışı olacaq. -
09-12-2008, 12:20 PMAPARusiyanın yeni hərbi attaşesi Azərbaycanın müdafiə nazirinə təqdim olunub
[b]Rusiyanın yeni hərbi attaşesi Azərbaycanın müdafiə nazirinə təqdim olunub[b]
[Bakı - APA. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov təyin olunmuş yeni hərbi attaşe, 1-ci dərəcəli kapitan Aleksandr Moiseyevi müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə təqdim edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə müdafiə naziri ilə səfir arasında son zamanlar regionda yaranmış gərgin vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.