[b]Amerika Seçkiləri Müşahidə Qrupunun üzvü Piter Nadaş: "Azərbaycanda prezident seçkiləri ilə bağlı təəssüratlarım müsbətdir"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Azərbaycanda seçkilərə mütəşəkkil şəkildə hazırlaşıb". Bu eksklüziv açıqlamanı APA-ya Amerika Seçkiləri Müşahidə Qrupunun üzvü Piter Nadaş verib. O, səsvermə başladıqdan sonra 10 məntəqədə müşahidə apardığını və heç bir qanun pozuntusuna, saxtakarlıq hallarına rast gəlmədiyini deyib. "Təəssüratlarım müsbətdir. Bu gün qədər bir neçə inkişaf etməkdə olan ölkələrdə, yeni demokratiya dövlətlərində seçkiləri müşahidə etmişəm. Azərbaycan demokratik yola qədəm qoyub. Daha demokratik olmaq üçün siyasi partiyaların seçkilərdə fəallığını artırmasına ehtiyac var".
Azərbaycan Xəbərləri
Printable View

10-15-2008, 04:30 PMAPAAmerika Seçkiləri Müşahidə Qrupunun üzvü Piter Nadaş: "Azərbaycanda prezident seçkiləri ilə bağlı təəssüratlarım müsbətdir"

10-15-2008, 04:40 PMAPAMDB-dən olan müşahidəçi: "İnsanlar səhər tezdən kütləvi şəkildə məntəqələrə gəlirdi"
[b]MDB-dən olan müşahidəçi: "İnsanlar səhər tezdən kütləvi şəkildə məntəqələrə gəlirdi"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan seçiciləri həm seçki prosesi, həm də namizədlər haqqında daha çox məlumatlanıb. Bu gün səsvermənin gedişində biz bunu müşahidə etdik". Bu sözləri APA-ya açıqlamasında MDB müşahidə missiyasının üzvü Vladimir İzotov deyib. O, səsvermənin çox sakit şəraitdə, hər hansı insidentə yol verilmədən keçdiyini, müşahidəçilərə hər cür şərait yaradıldığını bildirib. V. İzotov yüksək seçici fəallığını xüsusi qeyd edib: "İnsanlar səhər tezdən kütlə halında məntəqələrə gəlirdi. Mən belə növbələri daha əvvəl yalnız mağazalarda görmüşəm". -
10-15-2008, 05:00 PMAPAGürcüstandakı Azərbaycan vətəndaşlarının 78 faizi səfirlikdə yaradılmış seçki məntəqəsində səs verib
[b]Gürcüstandakı Azərbaycan vətəndaşlarının 78 faizi səfirlikdə yaradılmış seçki məntəqəsində səs verib[b]
[Tiflis. Zaur Həsənov-APA. Azərbaycanın Gürcüstandakı səfirliyində yaradılmış məntəqədə qeydiyyatdan keçmiş 71 Azərbaycan vətəndaşından 55-i artıq səsvermədə iştirak edib. Azərbaycanın Gürcüstandakə səfiri Namiq Əliyevin APA-ya verdiyi məlumata görə, məntəqədə səs verənlərdən 8 nəfəri Kulebi terminalının işçilərdir. Namiq Əliyev məntəqənin tam olaraq seçki siyahısı, protokollar, möhürlər, seçki təlimatları və digər müvafiq ləvazimatlarla təmin edildiyini bildirib. Səfirlikdə baş tutan səsvermə prosesini Gürcüstanın "İmedi", "Rustavi 2" telekanalları və mətbuat orqanları geniş işıqlandırıb. -
10-15-2008, 05:10 PMAPAMDB Müşahidə Missiyasının üzvü: "Rusiyada belə seçkiyə rast gəlmək mümkün deyil"
[b]MDB Müşahidə Missiyasının üzvü: "Rusiyada belə seçkiyə rast gəlmək mümkün deyil"[b]
[Yevlax. Teymur Zahidoğlu-APA. "Seçkilərin gedişini yüksək qiymətləndirirəm. Bizim ölkəmizdə belə bir seçkiyə rast gəlmək mümkün deyil". APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında MDB Müşahidə Missiyasının Rusiyadan olan nümayəndəsi İqor Andruşenko bildirib. 48 saylı Yevlax və 49 saylı Yevlax-Migəçevir seçi dairələrinin 10 məntəqəsində müşahidə apardığını bildirən Rusiya təmsilçisi deyib ki, bu vaxta qədər səsvermənin gedişində hər hansı qanun pozuntusuna rast gəlməyib: "Səsverməyə gələnlərdən də hər hansı şikayət almamışıq. Seçkilərin təşkilatçılığı və seçicilərin fəallığı yüksək səviyyədədir". -
10-15-2008, 05:20 PMAPASaat 15.00-a olan seçici fəallığı (dairələr üzrə)
[b]Saat 15.00-a olan seçici fəallığı (dairələr üzrə)[b]

10-15-2008, 05:30 PMAPANaxçıvan Muxtar Respublikasında saat 17-yə qədər seçicilərin 78,2 faizi səs verib
[b]Naxçıvan Muxtar Respublikasında saat 17-yə qədər seçicilərin 78,2 faizi səs verib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA Saat 17.00-a olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında (MR) 193 min 972 seçici səsvermə hüququndan istifadə edib. Bu barədə APA-nın yerli bürosuna Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadıqov məlumat verib. Bu, MR üzrə seçicilərin 78,2 faizini təşkil edir. Ən çox seçici fəallığı 4 saylı Naxçıvan şəhər Seçki Dairəsində qeydə alınıb. Bu dairədə qeydiyyatda olan seçicilərdən 79,7 faizi səsvermədə iştirak edib.Qeyd edək ki, Naxçıvan MR üzrə 7 Seçki Dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir. MR üzrə qeydə alınan 248 min 99 seçicidən 6 min 635 nəfəri prosesə ilk dəfə qatılan gənclərdir. -
10-15-2008, 05:40 PMAPA"Seçkilər" İnformasiya Mərkəzinin fəaliyyəti ombudsman Elmira Süleymanovanı qane etməyib
[b]"Seçkilər" İnformasiya Mərkəzinin fəaliyyəti ombudsman Elmira Süleymanovanı qane etməyib[b]
[Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin seçki günü göstərdiyi fəaliyyət İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanovanı qane etməyib. APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən E. Süleymanova bildirib ki, mərkəz seçki ilə bağlı məlumatları əvvəlcədən elan etdiyi vaxtlarda ictimaiyyətə açıqlamır: "Saat 12-nin məlumatları saat 4-ə qalmış verilir və üstündən az keçmiş auditoriyaya fərqli rəqəmlər təqdim olunur. Bu, xoşagəlməz haldır. Gərək məlumatlar müntəzəm olaraq MSK-nın əvvəlcədən elan etdiyi vaxtlarda dəqiq açıqlanaydı". -
10-15-2008, 05:50 PMAPAMDB müşahidÓ™çisi Mixail Veliqodski: "Şirvan vÓ™ Hacıqabulda seçicilÓ™rin böyük aktivliyi müşahidÓ™ edilir"
[b]MDB müşahidÓ™çisi Mixail Veliqodski: "Şirvan vÓ™ Hacıqabulda seçicilÓ™rin böyük aktivliyi müşahidÓ™ edilir"[b]
[Şirvan. ƏlibÓ™y Zeynalov - APA. "Şirvan vÓ™ Hacıqabul rayonlarında seçicilÓ™rin böyük aktivliyi müşahidÓ™ edilir. BÓ™zi ölkÓ™lÓ™rdÓ™n fÓ™rqli olaraq, AzÓ™rbaycanın dÓ™qiq vÓ™ yaxşı yazılmış seçki qanunu prosesin çoxsaylı müşahidÓ™çilÓ™r tÓ™rÓ™findÓ™n izlÓ™nilməsinə şərait yaradır. SadÓ™ dildə yazılmış qanun seçki zamanı çirkli texnologiyalardan istifadÓ™ olunmasına imkan vermir". APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu sözləri bölgədə seçkiləri müşahidə edən MDB missiyasının üzvü Mixail Veliqodski deyib. O bildirib ki, mÓ™ntÓ™qÓ™ və dairə seçki komissiyalarının texniki tÓ™chizatı, onlar üçün ayrılmış otaqlar yüksÓ™k sÓ™viyyÓ™dÓ™dir: "Ukraynada keçirilən seçkilÓ™rdÓ™n fÓ™rqli olaraq, AzÓ™rbaycandakı seçkilər daha şÓ™ffaf vÓ™ mütÓ™rÓ™qqidir". -
10-15-2008, 06:00 PMAPA"ELS" Müstəqil Araşdırmalar Mərkəzi: "Seçkilər çox stabil, sakit və fəal keçir"
[b]"ELS" Müstəqil Araşdırmalar Mərkəzi: "Seçkilər çox stabil, sakit və fəal keçir"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Bizim mərkəzin apardığı sorğulara və müşahidəçilərimizin verdiyi informasiyalara görə, seçkilər çox stabil, sakit və fəal keçir. Yəni seçicilər səs verir və ortaya heç bir problemlər çıxmayıb". Bu açıqlamanı APA-ya "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova verib. O bildirib ki, seçkinin nəticələri ilə bağlı "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin yekun məlumatı saat 19.00-da açıqlanacaq. -
10-15-2008, 06:10 PMAPASaat 17.00: Seçicilərin 64.96 faizi səsvermədə iştirak edib
[b]Saat 17.00: Seçicilərin 64.96 faizi səsvermədə iştirak edib[b]
Bakı. Elnur Məmmədli - APA. Saat 17.00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 3 161 459 nəfəri səsvermədə iştirak edib.
[APA-nın "Seçkilər" İnformasiya Mərkəzində olan əməkdaşının verdiyi məlumata görə, bu, respublika üzrə seçicilərin ümumi sayının 64.96 faizini təşkil edir.Ən yüksək seçici aktivliyi 14 saylı Əzizbəyov 2-ci Seçki Dairəsində (80,45%), ən aşağı seçki aktivliyi isə 29 saylı Səbayel Seçki Dairəsində (43,39%) qeydə alınıb. -
10-15-2008, 06:20 PMAPAATƏT Müşahidə Missiyasının üzvü: "Səsvermənin gedişatını məqbul qiymətləndirirəm"
[b]ATƏT Müşahidə Missiyasının üzvü: "Səsvermənin gedişatını məqbul qiymətləndirirəm"[b]
Xaçmaz. Solmaz Mehdiyeva-APA. "Mən dördüncü dəfədir ki, Azərbaycanda seçki prosesini müşahidə edirəm. Bu dəfəki seçkiləri xüsusi qiymətləndirərəm. Hər şey qaydasında təşkil olunub.
[Bütün namizədlərin seçki məntəqələrindəki nümayəndələri ilə rastlaşdım və onlar da seçki prosesindən razılığını bildirdilər. Bu isə səsvermə prosesinin demokratik şəkildə keçirilməsindən xəbər verir. Mən azad seçki prosesini bölgənin həm şəhərlərindəki, həm də ucqar yaşayış məntəqələrində müşahidə etdim və səsvermənin gedişatını məqbul qiymətləndirirəm". APA-nın şimal bölgəsinin məlumatına görə, bunu Azərbaycanın şimal bölgəsində seçki prosesini izləyən ATƏT müşahidə missiyasının Böyük Britaniyadan olan üzvü Lord Kirkloney deyib. O bildirib ki, həmçinin bölgədə yaşayan dağ yəhudilərinin, ləzgilərin, azsaylı xalqların seçki fəallığını müşahidə edib. Sloveniyadan olan müşahidəçi Tadej Dubrovnik isə Quba rayonundakı seçki məntəqələrinin bir çoxunda müşahidə apardığını deyib: "Seçki prosesinin demokratik şəraitdə keçdiyini qeyd edirəm. Seçicilərin səsvermə zamanı mobil telefonlardan təcrid olunması faktını xüsusi dəyərləndirirəm. Bu qabaqcıl təcrübənin Azərbaycanın Quba rayonunda tətbiq olunmasına çox şadam. Səsvermənin gedişatını normal hesab edirəm". -
10-15-2008, 06:30 PMAPAUkraynada yaşayan Azərbaycan vətəndaşlarının 67.9 faizi artıq səsvermədə iştirak edib
[b]Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının 67.9 faizi artıq səsvermədə iştirak edib[b]
[Kiyev. Zaur Həsənov-APA. Ukraynada yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində aktiv iştirak edir. Bu barədə APA-ya Azərbaycanın bu ölkədəki səfiri Tələt Əliyev məlumat verib. Onun sözlərinə görə, Bakı vaxtı ilə 18.00-da səfirlikdə yaradılmış seçki məntəqəsindəki seçici siyahılarına adları daxil edilmiş vətəndaşların 67,9 faizi səsvermədə iştirak edib. O, seçici siyahısında 700 nəfərə yaxın soydaşımızın adının olduğunu vurğulayıb. Səfir bildirib ki, səsverməyə birinci gələn seçiciyə, seçkilərdə ilk dəfə iştirak edən 18 yaşlı seçiciyə və 50-yə yaxın azərbaycanlı tələbəyə hədiyyələr təqdim olunub. Seçki məntəqəsində yaradılmış 6 nəfərdən ibarət komissiyaya səfirliyin işçisi Yeganə Qafqazlı sədrlik edir. Səsvermənin gedişini Azərbaycan vətəndaşları müşahidə edirlər. -
10-15-2008, 06:40 PMAPASeçici fəallığı (dairələr üzrə)
[b]Seçici fəallığı (dairələr üzrə)[b]
[Seçki dairəsinin adıSeçici sayıMəntəqə sayı10:0012:0015:0017:0019:00 -
10-15-2008, 06:50 PMAPAPrezidentliyə namizədlərin seçki qərargahlarından reportaj - YENİLƏNİB FOTOSESSİYA
[b]Prezidentliyə namizədlərin seçki qərargahlarından reportaj - YENİLƏNİB FOTOSESSİYA[b]
Bakı. Elbrus Seyfullayev - APA. Səsvermənin başa çatmasına qısa müddət qalmış APA-nın əməkdaşı prezidentliyə namizədlərin seçki qərargahlarına baş çəkib. Ümid Partiyasının lideri İqbal Ağazadənin qərargahı qələbəlik olduğundan namizədlə görüşmək mümkün olmayıb. O, telefonla verdiyi açıqlamada hələlik seçkilərin gedişi ilə bağlı konkret fikirlər söyləyə bilməyəcəyini, "exit-poll"un nəticələrinə inanmadığını bildirib. Ümid Partiyası sədrinin mətbuat katibi Şəbnəm Bəkirzadə isə qərargaha 100-dək şikayət daxil olduğunu, seçkilərin şəffaf keçirilmədiyini deyib. İlkin rəsmi nəticələrin elan olunmasından sonra İ. Ağazadənin mətbuat konfransı keçirəcəyi gözlənilir.Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli isə prosesin normal getdiyini, xırda pozuntular olsa da, seçkilərə kölgə salacaq hadisələr baş vermədiyini söyləyib. Səsvermə başa çatdıqdan sonra BAXCP-də mətbuat konfransı keçiriləcək. Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevin seçki qərargahı da kiçik qanun pozuntuları istisna olmaqla, hər hansı ciddi olay qeydə almayıb. Qərargahın rəhbəri Cahangir Nəcəfov seçicilərin fəallığını yüksək qiymətləndirib. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Qəzənfəroğlunun da ciddi şikayəti yoxdur. O, ilkin rəsmi nəticələrin açıqlanmasından sonra münasibət bildirəcəklərini, lazım gələrsə, mətbuat konfransı keçirəcəklərini deyib.Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Qulamhüseyn Əlibəylinin seçki qərargahının mövqeyi də fərqli deyil. Qərargahın rəhbəri Qorxmaz İbrahimli kiçik pozuntular olsa da, seçkilərin nəticələrinə şübhə edəcək qanun pozuntularına şahid olmadıqlarını vurğulayıb. Prezidentliyə namizəd İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev partiyanın 5 mindən çox müşahidəçisinin bütün seçki məntəqələrində müşahidə apardığını, hər hansı qanun pozuntusunun aşkarlanmadığını, seçkilərin şəffaf və ədalətli keçirildiyini bəyan edib. Onun sözlərinə görə, seçicilər yüksək fəallıq göstəriblər və YAP-a seçki ilə bağlı heç bir şikayət daxil olmayıb. H. Paşayev saat 10.00-da mətbuat konfransı keçirəcəklərini də əlavə edib. -
10-15-2008, 07:10 PMAPAAzərbaycanda prezident seçkilərinin səsverməsi başa çatıb
[b]Azərbaycanda prezident seçkilərinin səsverməsi başa çatıb[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Mərkəzi Seçki Komissiyasından APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq saat 19.00-da seçki məntəqələri bağlanıb, səslərin sayılmasına başlanıb.
[Məntəqələrdə səslərin sayılması təxminən bir saat davam edəcək. Bundan sonra nəticələr məntəqə seçki komissiyalarından Dairə Seçki Komissiyalarına, DSK-lardan isə Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayacaq. Saat 22.00-dan ilkin nəticələrin açıqlanmasına başlanacaq. -
10-15-2008, 07:30 PMAPA"Rəy" Monitorinq Mərkəzi: "Exit-poll" keçirilməsində heç bir problem yaranmayıb
[b]"Rəy" Monitorinq Mərkəzi: "Exit-poll" keçirilməsində heç bir problem yaranmayıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan prezidentliyinə keçirilən seçkidə monitorinq keçirən "Rəy" Monitorinq Mərkəzi növbəti məlumatını açıqlayıb. Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov APA-ya bildirib ki, saat 16.00-a olan məlumata görə, seçicilərin 59,3%-i səs verib. Ən yüksək seçici fəallığı 84 saylı Füzuli, 56 saylı Xaçmaz kənd, 46 saylı Şirvan, 116 saylı Qəbələ Dairə Seçki Komissiyalarında qeydə alınıb.R. Abbasov "exit-poll" keçirilən seçki məntəqələrində sorğuların aparılmasında heç bir problemin yaranmadığını söyləyib. Təşkilat seçkinin nəticələri ilə bağlı saat 20.00-da mətbuat konfransı keçirəcək. -
10-15-2008, 07:40 PMAPAMəşhur türk şairi Fazil Hüsnü Dağlarca vəfat edib
[b]Məşhur türk şairi Fazil Hüsnü Dağlarca vəfat edib[b]
[İstanbul - APA. Məşhur türk şairi Fazil Hüsnü Dağlarca vəfat edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, türk ədəbiyyatının çinarlarından biri sayılan F. H. Dağlarca 98 yaşında dünyadan köçüb. 1914-cü ildə İstanbulda doğulan şair çoxlu sayda əsərin müəllifidir. O, 1967-ci ildə ABŞ-da keçirilən Millətlərarası Şeir Forumunda "Ən yaxşı türk şairi" seçilib. -
10-15-2008, 07:50 PMAPAMətbuat Şurası: Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb
[b]Mətbuat Şurası: Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Seçki günü Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərən "Qaynar xətt"ə saat 19.00-a qədər, cəmi iki jurnalist şikayəti daxil olub. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, "Lent.az" xəbər portalının müxbiri Elşən Məmmədov, "Novosti Azerbaydjan" agentliyinin əməkdaşları Anar İmanov və Roman Temnikovun xidməti vəzifələrini yerinə yetirilməsinə maneçilik olub. Quruma müraciət edən jurnalistlər 23 saylı Nəsimi-Səbayel Seçki Dairəsinin 25 saylı məntəqəsində onlardan seçki prosesinin izləmək üçün icazə tələb olunmasından şikayət ediblər. Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxladıqdan sonra jurnalistlərin müşahidəsinə imkan yaradılıb. Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasının üzvlərindən ibarət monitorinq qrupu paytaxtda dairə və məntəqə seçki komissiyalarında yerli və beynəlxalq KİV-lərin təmsilçiləri ilə birlikdə seçkinin gedişini izləyiblər. Monitorinq zamanı jurnalistlərin peşə fəaliyyətinin qarşısının alınmasına yönələn faktlar qeydə alınmayıb. -
10-15-2008, 08:00 PMAPANaxçıvan MR Mərkəzi Seçki Komissiyası: "Seçicilərin 90,9 faizi səsvermədə iştirak edib"
[b]Naxçıvan MR Mərkəzi Seçki Komissiyası: "Seçicilərin 90,9 faizi səsvermədə iştirak edib"[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı saat 19.00-a olan yekun rəqəmləri açıqlayıb. Komissiyadan APA-nın yerli bürosuna verilən məlumata görə, seçkilərdə əhalinin 225 min 571 nəfər iştirak edib. Bu da seçicilərin 90,9 faizi deməkdir.Naxçıvan MR MSK-dan onu da bildiriblər ki, MR üzrə ən çox seçici aktivliyi 1 saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb -92,2 faiz. Ən az səsvermə faizi isə 5 saylı Şahbuz- Babək Seçki Dairəsində qeydə alınıb -89,6 faiz. Qeyd edək ki, bu gün Naxçıvan MR üzrə 7 Seçki Dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərib. Regionda seçki prosesini ATƏT-in xətti ilə 33, MDB xətti ilə isə 12 beynəlxalq müşahidəçi izləyib. -
10-15-2008, 08:10 PMAPAYAP-ın Bakı rayon təşkilatlarının üzvləri partiyanın qərargahına doğru yürüşə başlayıblar - FOTOSESSİYA
[b]YAP-ın Bakı rayon təşkilatlarının üzvləri partiyanın qərargahına doğru yürüşə başlayıblar - FOTOSESSİYA[b]
Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyasının Bakı rayon təşkilatları partiyanın mərkəzi qərargahına doğru yürüşə başlayıblar.
APA-nın YAP-ın Nəsimi rayon təşkilatının binası qarşısında olan əməkdaşının verdiyi məlumata görə, hakim partiyanın üzvləri liderləri İlham Əliyevin seçkidə qalib gəldiyini bildirərək bu münasibətlə bayram tədbirlərinə başladıqlarını bəyan ediblər. Yürüşə YAP rəhbərliyində təmsil olunan şəxslər və millət vəkilləri də qatılıb. -
10-15-2008, 08:30 PMAPAPrezident seçkilərinin başa çatması ilə bağlı bölgələrdə təntənəli mərasimlər keçirilir
[b]Prezident seçkilərinin başa çatması ilə bağlı bölgələrdə təntənəli mərasimlər keçirilir[b]
[Bakı-APA. Ağdamın Quzanlı kəndində seçkilərin başa çatması ilə bağlı konsert proqramı başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, saat 8.00-da başlanan konsertin təşkilatçısı Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatıdır. Xaçmaz şəhərində isə saat 19.30-dan yürüş başlayıb. APA-nın Şimal bürosunun məlumatına görə, şəhər sakinləri küçələrdə piyada və avtomobillərlə hərəkət edirlər.Şirvan şəhərində isə prezident seçkilərinin başa çatması ilə bağlı konsert başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, konsert YAP-ın Şirvan təşkilatının qərargahının qarşısında təşkil olunub.APA-nın əməkdaşının məlumatına Goranboy şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospektində prezident seçkilərinin başa çatması ilə bağlı konsert proqramına start verilib. -
10-15-2008, 08:40 PMAPASəsvermə başa çatandan sonra məntəqələrin bağlanması zamanı bəzi prosedur pozuntular qeydə alınıb
[b]Səsvermə başa çatandan sonra məntəqələrin bağlanması zamanı bəzi prosedur pozuntular qeydə alınıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Seçkiləri müşahidə edən "Seçki 2008" QHT Koalisiyası səsvermənin başa çatması ilə bağlı məlumat yayıb. Koalisiyadan APA-ya bildirilib ki, əksər məntəqələr vaxtında bağlanıb. Bununla belə məntəqələrin bağlanması zamanı bir sıra prosedur pozuntular qeydə alınıb. Belə ki, bəzi məntəqələrdə səsvermənin bitdiyi rəsmən elan edilsə də, içəri giriş-çıxış tam dayandırılmayıb. Səsvermə bitdikdən, yəni saat 19.00-dan sonra məntəqələrə adamların daxil olması müşahidə edilib. Bu hallar hətta veb-kameralarda da aydın görünüb (məsələn, 34 saylı II Xətai Seçki Dairəsinin 15-ci məntəqəsi).Gün ərzində bir çox seçki komissiyasında üzvlərin peşəkarlığının aşağı olması müşahidə edilib. Xüsusən də məntəqələrin bağlanması və səslərin sayılmasına başlanması zamanı dərhal qutuların açılması və bülletenlərin sayılmasını bura aid etmək olar.Koalisiyanın müşahidəçilərinə qarşı xüsusi təzyiq halları müşahidə edilməyib (bir hal istisna olmaqla). Bundan başqa, müşahidəçilərin normal işləməsi üçün şərait təmin edilib və onların öz vəzifələrini icra etməsində əngəllərə rast gəlinməyib.Səsvermə prosesində bəzi adamların qrup halında avtobuslarla məntəqələrə daşınması müşahidə olunub. Koalisiyanın müşahidəçilərinin araşdırmalarından sonra bəlli olub ki, nisbətən uzaq məsafədə yaşayan məcburi köçkünlər üçün nəqliyyat təşkil edilib."Seçki 2008" QHT Koalisiyasının müşahidə etdiyi seçici fəallığı aşağıdakı kimi olub: saat 10.00 üçün 15,1%, saat 12.00 üçün 31,7%, saat 15.00 üçün 51,9%, saat 17.00 üçün 62% və saat 19.00 üçün 68,3%. -
10-15-2008, 08:50 PMAPA"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"a əsasən 80,5% səs toplayan İlham Əliyev qalib gəlib - YENİLƏNİB
[b]"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"a əsasən 80,5% səs toplayan İlham Əliyev qalib gəlib - YENİLƏNİB[b]
Bakı. Tamara Qriqoryeva - APA. Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev qələbə qazanıb. APA-nın məlumatına görə, "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un nəticələrinə əsasən səsvermədə seçicilərin 68%-i iştirak edib. Onlardan 80,5%-i İlham Əliyevə səs verib.
[Sonrakı yerləri Qulamhüseyn Əliyev (5,44%), İqbal Ağazadə (4,74%), Qüdrət Həsənquliyev (4,65%), Fazil Qəzənfəroğlu (3,92%), Fuad Əliyev (0,99%) və Hafiz Hacıyev (0,66%) tuturlar. "Rəy" Monitorinq Mərkəzi yekun nəticələri oktyabrın 16-da təqdim edəcək. -
10-15-2008, 09:10 PMAPAAŞƏS-in keçirdiyi «exit-poll»un nəticələrinə görə də İlham Əliyev seçkilərdə qalib gəlib
[b]AŞƏS-in keçirdiyi «exit-poll»un nəticələrinə görə də İlham Əliyev seçkilərdə qalib gəlib[b]
Bakı. Rəşad Süleymanov - APA. «Azad, Şəffaf, Ədalətli Seçkilər» Koalisiyası (AŞƏS) keçirdiyi «exit-poll»un son nəticələrini açıqlayıb. Koalisiyadan APA-ya verilən məlumata görə, AŞƏS 57 seçki dairəsinin 488 məntəqəsində "exit-poll" keçirib
[Dairələrdən 15-i Bakı şəhərində, 42-si isə regionlardadır. AŞƏS-in keçirdiyi «exit-poll»da Bakı şəhəri üzrə ümumilikdə 45300, regionlarda isə 29800 seçici iştirak edib, ümumi seçicilərin fəallığı təxminən 73,1% faiz olub.Səsvermə günü AŞƏS Koalisiyasının keçirdiyi «exit-poll»un nəticələrinə əsasən, təxmini ilkin hesablamalarına görə, seçkinin qalibi 85,7% səslə İlham Əliyevdir. Sonrakı yerləri İqbal Ağazadə (3,5%), Qulamhüseyn Əliyev (3,1%), Fazil Qəzənfəroğlu (2,7%), Qüdrət Həsənquliyev (2,5%), Fuad Əliyev (1,4%) və Hafiz Hacıyev (0,8%) tutub. «Exit-poll» bülletenlərinin 0,3%-i etibarsız sayılıb. Qeyd edək ki, AŞƏS seçkilərdə həyata keçirdiyi müşahidəçilik və «exit-poll»a əsasən seçkinin nəticələrinə dair ilkin rəyini sabah açıqlayacaq. -
10-15-2008, 10:10 PMAPAMilli Məclisin dəvəti ilə seçkiləri izləyən avropalı deputatlar prosesə müsbət qiymət veriblər
[b]Milli Məclisin dəvəti ilə seçkiləri izləyən avropalı deputatlar prosesə müsbət qiymət veriblər[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Milli Məclisin prezident seçkilərini izləmək üçün Avropa ölkələrindən dəvət etdiyi müşahidəçilər mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, almaniyalı Otto Hauzer seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirildiyini bildirib. Onun fikrincə, seçkilərə bu qədər beynəlxalq müşahidəçinin dəvət edildiyi ölkədə saxtakarlıq mümkün deyil. Alman deputat seçkilərə mənfi qiymət verən xarici müşahidəçilərə əvvəlcə öz ölkələrinə baxmağı məsləhət görüb. Böyük Britaniyadan olan Baronessa Okkahayn müxalifətin seçkidə demək olar ki, iştirak etməməsindən məyus olduqlarını söyləyib. O deyib ki, hər siyasi partiya ölkəsinin siyasi həyatında iştirak etməlidir. Baronessa seçkilərin gedişini müsbət qiymətləndirərək mediada bütün namizədlərə bərabər şərait yaradıldığını vurğulayıb. Bolqarıstanlı Solomon Passi isə 7-ci dəfədir Azərbaycana gəldiyini, ölkənin getdikcə inkişaf etdiyini və bu inkişafın seçkilərin keçirilməsində də özünü büruzə verdiyini bildirib. -
10-15-2008, 10:30 PMAPAAzərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb
[b]Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb[b]
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda keçirilmiş prezident seçkilərini izləyən İran İslam Respublikasından olan müşahidəçilərdən ibarət nümayəndə heyəti yekun bəyanat yayıb.
[Heyətdən APA-ya daxil olan məlumata görə, nümayəndə heyəti seçkilərə start verilən saatdan etibarən bir neçə müşahidəçi qrupu təşkil edərək, Bakıda və Azərbaycanın müxtəlif rayonlardakı seçki məntəqələrində olub, müşahidələr aparıblar. İranlı müşahidəçilər olduqları seçki məntəqələrində hər hansı qanun pozuntusu müşahidə etmədiklərini bildiriblər: "Səsvermə tamamilə sakit və nizamlı bir atmosferdə keçirilib. Vətəndaşlar seçki məntəqələrindəki səsvermə prosesində geniş formada iştirak edərək, nəzərəçarpacaq fəallıq göstəriblər". İran İslam Respublikasının müşahidəçilərindən ibarət nümayəndə heyəti, seçkilərin təşkilatçılarını təbrik etməklə yanaşı, Azərbaycan dövləti və xalqına tərəqqi və uğurlar arzulayır. -
10-15-2008, 10:40 PMAPASon nəticə: Seçicilərin 75,65 faizi seçkidə iştirak edib
[b]Son nəticə: Seçicilərin 75,65 faizi seçkidə iştirak edib[b]
Bakı. Elnur Məmmədli-APA. MSK-nın Seçkilər İnformasiya Mərkəzi (SİM) səsvermə ilə bağlı yekun nəticələri açıqlayıb. APA-nın SİM-dəki müxbirinin məlumatına görə, seçkidə 3 milyon 681 min 529 nəfər seçici iştirak edib. Bu isə ümumi seçicilərin 75,65 faizi deməkdir.
[Seçkidə ən çox seçici aktivliyi 1 saylı Şərur-Sədərək seçki dairəsində müşahidə olunub. Bu dairədə seçicilərin 92,2 faizi səsvermə hüquqlarından istifadə ediblər. 28 saylı Sabunçu 3-cü seçki dairəsində isə seçici aktivliyi aşağı olub. Bu dairədə seçicilərin 57,56 faizi səs verib. -
10-15-2008, 11:10 PMAPASeçici fəallığı (dairələr üzrə)
[b]Seçici fəallığı (dairələr üzrə)[b]
[Seçki dairəsinin adı Constituency comission Seçici sayı Number of voters Məntəqə sayı Number of polling stations 10:00 12:00 15:00 17:00 19:00 -
10-15-2008, 11:20 PMAPAFazil Qəzənfəroğlu İlham Əliyevi seçkidə qalib gəlməsi münasibətilə təbrik edib
[b]Fazil Qəzənfəroğlu İlham Əliyevi seçkidə qalib gəlməsi münasibətilə təbrik edib[b]
Bakı. Hafiz Heydərov-APA. Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu seçkilərin yekununa dair mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, səsvermə prosesi zamanı ciddi qanun pozuntularının qeydə alınmadığını deyən F.Qəzənfəroğlu seçicilərin aktivliyini Azərbaycan miqyasında normal qiymətləndirib. Yenidən prezident seçilməsi münasibəti ilə İlham Əliyevi təbrik edən F. Qəzənfəroğlu bildirib ki, iri şəhərlərdən daxil olan məlumatlarda İlham Əliyevdən sonra ikinci yeri o tutub. Prezidentliyə namizəd «exit-poll»ların nəticələri ilə razılaşmayıb. Prezidentliyə namizəd MSK ilkin nəticələri açıqlayandan sonra KİV-ə daha geniş açıqlama verəcəyini bildirib. -
10-15-2008, 11:30 PMAPAQüdrət Həsənquliyev də seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib
[b]Qüdrət Həsənquliyev də seçkilərdə qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib[b]
Bakı. Ramil Məmmədov- APA. Prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçkilərin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Q. Həsənquliyev indiyə qədər daxil olan bütün nəticələrin İlham Əliyevin qalib gəldiyini göstərdiyini deyib. O, İlham Əliyevi qalib gəlməsi münasibətlə təbrik edib.
[Seçkidə qanun pozuntuları ilə bağlı bəzi halların olduğunu vurğulayan Q. Həsənquliyev bunun ümumi nəticələrə təsir etmədiyini də bildirib. Onun sözlərinə görə, qanun pozuntuları əsasən seçici siyahıları ilə bağlı olub. Q. Həsənquliyev həmçinin, dairə seçki komissiyalarından onlara daxil olan ilkin məlumatlarda özünün ikinci olduğunu söyləyib. -
10-16-2008, 12:30 AMAPABakıda seçki bayramı - FOTOSESSİYA
[b]Bakıda seçki bayramı - FOTOSESSİYA[b]

10-16-2008, 10:00 AMAPABakı şəhərinin pərakəndə ticarət şəbəkəsində əsas ərzaq məhsullarının satış qiymətləri (16.10.2008-ci il)
[b]Bakı şəhərinin pərakəndə ticarət şəbəkəsində əsas ərzaq məhsullarının satış qiymətləri (16.10.2008-ci il)[b]
[(manatla)Məhsulun adı Çəkisi Qiyməti 1. Mal əti -
10-16-2008, 10:50 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-16-2008, 11:10 AMAPAABŞ-dan olan müşahidəçilər qrupu: "Azərbaycanda prezident seçkiləri azad və ədalətli şəkildə keçirilib"
[b]ABŞ-dan olan müşahidəçilər qrupu: "Azərbaycanda prezident seçkiləri azad və ədalətli şəkildə keçirilib"[b]
Bakı. Ramil Məmmədli-APA. 15 oktyabr prezident seçkilərini müşahidə edən ABŞ müşahidəçilər qrupu mətbuat konfransı keçirib.
[APA-nın xəbərinə görə, qrupun rəhbəri Qvenn Belkurt bildirib ki, ABŞ-dan olan müşahidəçilər qrupuna 40 müşahidəçi daxil olub. Onların arasında keçmiş konqresmenlər, siyasətçilər var. Onun sözlərinə görə, müşahidəçilər 200-dən çox məntəqədə müşahidə aparıblar. A. Belkurt Azərbaycanda tətbiq olunan seçki texnologiyasını ABŞ-da olan texnologiyaya bənzədib.O bildirib ki, seçkilər günü əvvəlki seçkilərdə olan qanun pozuntularına rast gəlməyiblər: "Qrupun müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusu olmayıb". Q. Belkurt müşahidəçilər qrupu adından seçkilərlə bağlı bəyanatı açıqlayıb. Bəyanatda bildirilib ki, seçkilər azad və ədalətli şəkildə keçirilib: "Qrup tam şəffaflıq və ədalətlilik müşahidə edib ki, bu da çox sevindiricidir". -
10-16-2008, 11:20 AMAPAGürcüstan prezidenti və Türkiyənin baş naziri qələbə münasibətilə İlham Əliyevi təbrik ediblər
[b]Gürcüstan prezidenti və Türkiyənin baş naziri qələbə münasibətilə İlham Əliyevi təbrik ediblər[b]
[Bakı-APA. Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Gürcüstan prezidenti Azərbaycanda prezident seçkilərinin ilkin nəticələrinə görə, qalib gəlməsi münasibətilə İlham Əliyevi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bu gün həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da prezident İlham Əliyevə zəng edib. Baş nazir də Azərbaycanda prezident seçkilərinin ilkin nəticələrinə görə, İlham Əliyevi qalib gəlməsi münasibətilə təbrik edib, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb. Dövlət başçısı Mixail Saakaşviliyə və Rəcəb Tayyip Ərdoğana göstərdikləri diqqətə görə təşəkkür edib. -
10-16-2008, 11:40 AMAPATürkiyənin "Mərmərə Qrupu" Azərbaycanda prezident seçkilərinin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edib
[b]Türkiyənin "Mərmərə Qrupu" Azərbaycanda prezident seçkilərinin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmiş Türkiyənin "Mərmərə Qrupu" seçki prosesinin demokratik və beynəlxalq standartlara uyğun keçdiyini bəyan edib. APA-nın məlumatına görə, bu gün mətbuat konfransı keçirən "Mərmərə Qrupu"nun rəhbəri Akkan Suver bildirib ki, seçkiləri izləmək üçün Türkiyədən 25 nəfərlik qrup gəlsə də, onlardan biri - jurnalist İrfan Ülkü Mərdəkanda vəfat edib. O, "Mərmərə Qrupu"nun müşahidəçilərinin 10 qrup şəklində 69 seçki məntəqəsində səsvermənin gedişini izlədiyini deyib. Akkan Suver seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu bildirib: "Biz səsvermənin gedişini izləyən müşahidəçilər, seçki məntəqələrinin rəhbərləri, seçicilər, "exit-poll" keçirən şəxslərlə söhbət etdik və onlar heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər". Akkan Suver ölkədə Avropa standartlarına uyğun seçkilərin keçirildiyini bildirib və bu səbəbdən Azərbaycanı təbrik etdiyini qeyd edib. Qrup rəhbəri səsvermənin nəticəsində prezident seçilmiş İlham Əliyevə uğurlar arzulayıb. Mətbuat konfransında qrupun digər üzvləri də çıxış edərək seçkilərlə bağlı təəssüratlarını bölüşüblər. -
10-16-2008, 11:50 AMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-16-2008, 12:00 PMAPAAzərbaycanda Ümumdünya Kulinariya Günü qeyd olunacaq
[b]Azərbaycanda Ümumdünya Kulinariya Günü qeyd olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 20-də Azərbaycanda Ümumdünya Kulinariya Günü qeyd olunacaq. Azərbaycan Kulinariya Mərkəzindən APA-ya bildirilib ki, dünyada beş dəfə keçirilmiş Ümumdünya Kulinariya Günü ölkəmizdə ikinci ildir ki, qeyd olunur. Ümumdünya Kulinariya Gününü Azərbaycan Kulinariya Mərkəzi Bakıda fəaliyyət göstərən "Monte Kristo" restoranında keçirəcək. Həmin gün bir il müddətində fərqlənmiş və beynəlxalq müsabiqələrdə yüksək nəticələr göstərən kulinarlar diplomlarla təltif olunacaqlar. -
10-16-2008, 12:10 PMAPALənkəranda iki yol qəzası olub
[b]Lənkəranda iki yol qəzası olub[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Ələt-Astara magistralının 202 kilometrliyində Lənkəran rayonunun Şilavar kəndi ərazisində yol qəzası baş verib. APA-nın Cənub bürosunun xəbərinə görə, Astara rayonu istiqamətindən hərəkət edən Lənkəran rayonunun Darquba kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Rəfail oğlu Əliyevin idarə etdiyi "VAZ-2106" markalı 42 BL 920 dövlət nömrə nişanlı avtomaşın Lənkəran şəhər sakini, 1967-ci il təvəllüdlü Nəriman Fərəməz oğlu Əliyevin idarə etdiyi "ZİL" markalı, 42 AC 452 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Lənkəran şəhər Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun APA-nın yerli bürosuna bildirib ki, "VAZ-2106"-nın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lənkəran-Boradigah yolunun 6-cı kilometrliyində, Lənkəran rayonunun Veravul kəndi ərazisində də yol qəzası baş verib. Lənkəran rayonunun Xarxatan kənd sakini, 1967-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi "Mersedes-280" markalı avtomobil həmin rayonun Girdəni kənd sakini, 1971-ci il təvəllüdlü Möhlət Daşdəmir oğlu Babayevin idarə etdiyi "İSUZİ" markalı avtomaşınla toqquşub. Nəticədə "Mersedes"in sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki hadisə ilə bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır. -
10-16-2008, 12:30 PMAPAMSK səslərin 96,8 faizinin hesablanması prosesini başa çatdırıb
[b]MSK səslərin 96,8 faizinin hesablanması prosesini başa çatdırıb[b]
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı səslərin hesablanması prosesini davam etdirir.
[APA-nın xəbərinə görə, 12.00-a qədər 5189 məntəqədən daxil olan səslərin sayılması prosesi başa çatıb. Bu nəticəyə görə, seçicilərin 88,64 faizi İlham Əliyev, 2,87 faiz İqbal Ağazadə, 2,5 faiz Fazil Qəzənfəroğlu, 2,3 faiz Qüdrət Həsənquliyev, 2,25 Qulamhüseyn Əlibəyli, 0,78 faiz Fuad Əliyev, 0,65 faiz isə Hafiz Hacıyevə səs verib. Hesabat saatına qədər ölkə üzrə yaradılmış 5359 seçki məntəqəsindən 5189-nun nəticələri açıqlanıb. Bu isə səslərin 96,8 faizinin sayıldığı deməkdir.