[b]Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində ölümlə nəticələnən yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Z. Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Məhəmməd Talıbov idarə etdiyi VAZ-2106 markalı, 10-EP-789 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Tərlan Hacıbabayevi vurub. Zərərçəkən ağır vəziyyətdə xətəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

10-14-2008, 12:10 PMAPABakıda baş verən yol qəzasında 1 nəfər ölüb

10-14-2008, 12:20 PMAPAMetronun "İçərişəhər" stansiyası ərazisində yeraltı tikililər aşkarlanıb
[b]Metronun "İçərişəhər" stansiyası ərazisində yeraltı tikililər aşkarlanıb[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Metronun "İçərişəhər" stansiyası ərazisində aparılan təmir işləri zamanı iki növ yeraltı tikili aşkar edilib. Bu barədə APA-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, yeraltı tikilinin biri quyunu xatırladır və XVI əsrə aid tarixi abidə olduğu ehtimal edilir. Keçmiş Qubernator bağında aşkarlanan yeraltı xətdə isə araşdırma davam edir, onun konkret hansı dövrə aid olduğu dəqiqləşdirilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli hələlik əraziyə dəvət edilmədiklərini bildirib: "Azərbaycanda arxeoloji tədqiqatların mərkəzi bizim institut hesab edilir. Mövcud qanunvericiliyə görə, aparılan hər hansı qazıntı zamanı tarixi abidə aşkar edilərsə, tikinti dərhal dayandırılmalı və tikintini aparan təşkilat tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə və bizim instituta müraciət olunmalıdır. Güman edirik ki, ərazidə aşkar edilən maddi tapıntının tədqiqatı üçün institutumuza müraciət ediləcək". -
10-14-2008, 12:30 PMAPA"Best model of Azerbaijan-2008"in sonuncu seçimləri keçiriləcək
[b]"Best model of Azerbaijan-2008"in sonuncu seçimləri keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu həftə "Best model of Azerbaijan-2008" model yarışmasının sonuncu seçimləri keçiriləcək. Layihənin koordinatoru Nəzakət Hacıyevanın APA-ya verdiyi məlumata görə, sonuncu seçim turunda 43 model iştirak edəcək. Finala vəsiqə qazananlarının adları həmin gün açıqlanacaq. Final mərhələsində 30 model (15 qız və 15 oğlan) iştirak edəcək. Noyabrda keçirilməsi nəzərdə tutulan milli seçim turunda bir qız və bir oğlan modeli "Best model of the world" müsabiqəsində iştirak hüququ qazanacaq. "Best model of Azerbaijan-2008" yarışmasının münsiflər heyətində Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələrdən də tanınmış simaların iştirakı nəzərdə tutulur. Xatırladaq ki, müğənni Ruhinin rəhbərliyi ilə keçiriləcək builki müsabiqəyə 500-ə yaxın model sənəd vermişdi. Sentyabrın sonlarında "Excelsior" otelində müsabiqənin iki seçimi baş tutub. "Best model of Azerbaijan" model yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var. -
10-14-2008, 12:40 PMAPATağı Əhmədov: «Seçki günü metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək»
[b]Tağı Əhmədov: «Seçki günü metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Bakı Metropoliteni hərəkət qrafikinə dəyişiklik etməyəcək. Bu barədə «APA-ECONOMICS» Bakı Metropolitenin rəisi Tağı Əhmədov məlumat verib.T.Əhmədov bildirib ki, 15 oktyabr qeyri-iş günü olduğundan metroda sərnişinlərin azalması ehtimal olunur. Buna görə də metro şənbə gününün iş qrafikinə uyğun hərəkət edəcək. Lakin buna baxmayaraq, seçki günü hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün metropolitendə təhlükəsizlik tədbirləri gücləndiriləcək. -
10-14-2008, 12:50 PMAPAMDB müşahidəçilərinin rəhbəri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb
[b]MDB müşahidəçilərinin rəhbəri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycandakı prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbəri, MDB-nin icra katibi Sergey Lebedev baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə seçki kampaniyasına dair məsələlər müzakirə olunub. S. Lebedev bu gün ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyində də görüş keçirəcək. Seçki günü o, Bakının Qaradağ və Səbayel rayonlarında seçkiləri izləyəcək, oktyabrın 16-da isə missiyanın yekun hesabatını açıqlayacaq. -
10-14-2008, 01:00 PMAPABVF və DB-nin birgə illik toplantısı keçirilib
[b]BVF və DB-nin birgə illik toplantısı keçirilib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) birgə illik iclası keçirilib. «APA-ECONOMICS»in BVF-nin baş ofisindən aldığı məlumata əsasən, iclasda Fondun icraçı direktoru Dominik Strauss-Kan hazırda dünyada yaşanan maliyyə böhranı barədə çıxış edib.D.Strauss-Kan qeyd edib ki, dünya maliyyə sistemi ötən əsrin 30-cu illərdən ən mühüm böhranla üzləşib və ondan çıxış üçün ölkələrin birgə addım atması vacibdir. Bank sektorundan başqa böhran əksər inkişaf etmiş ölkələrdə əhaliyə də təsir edib, çünki böhranla bağlı fond bazarında azalma investisiya fondları, həmçinin pensiya fondlarının aktivlərinə mənfi təsir göstərib. Belə ki, bu fondların aktivləri əsasən qiymətli kağızlarda olub və bunun nəticəsində aktivlər üzrə itkilər təxminən 2 trln. dollara çatıb.BVF rəhbəri dünya ölkələrinin maliyyə hakimiyyətlərini böhrana qarşı çevik addım atmağa çağırıb. D.Strauss-Kan qeyd edib ki, hökumətlər artıq öz maliyyə sistemlərinin qorunması üçün aparıcı bankların və maliyyə qurumlarının likvidliyinin saxlanılması üçün bir sıra addımlar atır, o cümlədən, söhbət hökumət tərəfindən aktivlər üzrə zəmanətlərin təqdim edilməsindən gedir. Eyni zamanda o, bu cür addımların hədəflərini də qeyd edib - likvidlik problemi, «pis aktivlər», kapitallaşmanın aşağı düşməsi və etibarlılığın azalması. BVF rəhbərinin sözlərinə görə, ölkələrin böhrana qarşı addımlarda əməkdaşlıq etməsi də mühüm rol oynayır. Lakin bu addımların həm dünya miqyasında, həm də regional miqyasda razılaşdırılması vacibdir. D.Strauss-Kan BVF-yə üzv olan 185 ölkənin maliyyə rəhbərlərini əməkdaşlığa çağırıb və qeyd edib ki, yalnız çoxtərəfli, beynəlxalq əməkdaşlıq qarşıya qoyulan məqsədlərə nail olmağa imkan yarada bilər. -
10-14-2008, 01:10 PMAPAAŞ PA müşahidə missiyası siyasi partiyaların təmsilçiləri və prezidentliyə namizədlərlə görüşüb
[b]AŞ PA müşahidə missiyası siyasi partiyaların təmsilçiləri və prezidentliyə namizədlərlə görüşüb[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası siyasi partiyaların nümayəndələri və prezidentliyə namizədlərlə görüşüb. Bu barədə APA-ya məlumat verən Andres Herkelin sözlərinə görə, görüşdə prezidentliyə namizədlərin proqramları, seçkilərə hazırlıq məsələləri müzakirə olunub. Andres Herkel görüşdə seçkilərə qatılmayan siyasi qüvvələrin təmsilçilərinin də iştirak etdiyini bildirib. Bu gün AŞ PA müşahidə missiyası həmçinin media təmsilçiləri ilə görüşüb. Qeyd edək ki, AŞ PA təmsilçiləri dünən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun analitikləri, MSK sədri Məzahir Pənahov və QHT təmsilçiləri ilə görüş keçiriblər. -
10-14-2008, 01:20 PMAPABerti Foqts: "Biz Finlandiyada qorxaq futbol oynadıq"
[b]Berti Foqts: "Biz Finlandiyada qorxaq futbol oynadıq"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Milli komandanın baş məşqçisi Berti Foqts Bəhreynlə oyun öncəsi müsahibə verib. "APA-SPORT"un məlumatına görə, alman mütəxəssis Finlandiya ilə üç gün əvvəl baş tutan oyunun təhlili, yığmada hazırkı vəziyyət, Bəhreynlə sabahkı yoldaşlıq görüşü, bu oyunun vacibliyi haqda danışıb. - Millimizin Finlandiya komandası ilə oyunu məşqçilər korpusu tərəfindən müzakirə olundumu ?- Bəli. Biz ilk yarım saat ərzində qorxaq futbol oynamışıq. Sonrakı dəqiqələrdə isə komanda yaxşı oyun nümayiş etdirdi. Futbolçuların fiziki hazırlığının yaxşı olması sona qədər özünü göstərdi.- Oyundan sonra keçirilən mətbuat konfransında qeyd etdiniz ki, bizdə sonuncu ötürmə alınmır. Daha hansı çatışmazlıqlar olub?- Əsas nöqsan bu idi. Buna görə də qapıya zərbələr alınmırdı. Biz bunu aradan qaldırmağa çalışırıq. Gənc futbolçuları milliyə dəvət etdiyimizdən, vaxt lazımdır ki, onlar müəyyən qədər təcrübə toplasınlar.- Bunun üçün hansı addımlar atılmalıdır?- Aşağı yaş qruplarından ibarət yığma komandalar daha çox yoxlama oyunları keçirməlidirlər. Məsələn, Almaniyada U-17, U-19, U-21 əsas millidən çox yoldaşlıq oyununda iştirak edir. Azərbaycanda isə bu vəziyyət heç də ürəkaçan olmayıb. U-21, demək olar ki, yoldaşlıq oyunları keçirməyib. Buna görə də gərək milli komanadanın üzvlərinin daha çox təcrübə toplamaları üçün yoldaşlıq görüşləri tez-tez təşkil olunsun.- Futbolun kütləviliyinin təmin olunması məqsədilə belə görüşlərin respublikamızın regionlarında da keçirilməsi nəzərdə tutulubmu?- Bəli, fikrimiz var ki, bu ilin dekabr ayında keçirilməsi planlaşdırılan yoxlama oyunlarından birini Lənkəran şəhər stadionunda təşkil olunsun.- Rəsmi oyundan sonra iki məşq keçirilib. İndi komandada vəziyyət necədir?- Müsbət amillərdən biri budur ki, zədəli oyunçu yoxdur. Hamı birlikdə məşq edir. Biz Finlandiya ilə oyunda buraxılan səhvləri futbolçularla birlikdə müzakirə etmişik və məşq prosesində onların aradan qaldırılmasına çalışırıq.- Konkret olaraq nəyi nəzərdə tutursunuz?- Məşq prosesində futbolçular özlərini çox yaxşı göstərirlər. Əla ötürmələr verir, yaranmış qol imkanlarından maksimum bəhrələnirlər. Meydana çıxanda isə oyunları çox vaxt alınmır.- Sizcə, bunun səbəbi nədir?- Bizim futbolçulara daha çox təcrübə lazımdır. Rəsmi oyunla məşq arasında fərq olsa da, onlar bunu hiss etdirməməlidirlər. Millinin əksər futbolçularının ölkə Premyer Liqasında çıxış etməsi bu sahədə işımızı çətinə salır.- Məşqdə yiyələndikləri vərdişləri oyunda tətbiq etmək üçün futbolçulara nə mane olur: təcrübənin azlığı, yoxsa psixoloji durum?- Futbolçuların psixoloji vəziyyəti yaxşıdır, amma təsrübə sarıdan hələ ki problemlərimiz var.- Bəhreyn yığması ilə yoldaşlıq oyununa nə dərəcədə ehtiyac duyulurdu? - Biz bəzi rəsmi oyunlarımızi şənbə və çərşənbə günləri intervalında keçirəcəyik. Bu gərginliyə hazır olmaq üçün şənbə günü keçirilən rəsmi qarşılaşmadan 4 gün sonra yoldaşlıq oyunu keçirmək vacib idi.- Rusiya yığması ilə qarşılaşmadan sonra da yoldaşlıq oyunu keçiriləcəkmi?- Çöx güman ki, aprelin 1-də Portuqaliya yığması ilə səfərdə qarşılaşacağıq.- Sabahkı yoldaşlıq oyununda Emin Cəfərquliyevin hazırlıq səviyyəsini yoxlamaq mümkün olacaqmı?- Bəli, onu sınaqdan keçirəcəyəm. Çox güman ki, o, birinci hissənin sonuna yaxın meydana çıxacaq. Mən həmin mövqedə Raili görmək istərdim, amma ikinci hissədə Emin oynayacaq.- Millinin növbəti təlim-məşq toplanışı nə vaxt keçiriləçək?- Noyabrda keçiriləcək yoldaslıq oyunu ərəfəsində. Dekabrın əvvəlində də toplanışın təşkili və futbolçuların tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.Mənbə: affa.az -
10-14-2008, 01:50 PMAPASergey Lebedev: "Azərbaycandakı 125 seçki dairəsinin hamısında seçkiləri müşahidə etmək planımız var"
[b]Sergey Lebedev: "Azərbaycandakı 125 seçki dairəsinin hamısında seçkiləri müşahidə etmək planımız var"[b]
Bakı. Tamara Qriqoriyeva-APA. "Biz Azərbaycanda 10-a yaxın seçki dairəsində olmuşuq. Ölkədə olan 125 seçki dairəsinin hamısında seçkiləri müşahidə etmək planımız var".
[APA-nın xəbərinə görə, bu sözləri MDB icra katibi, MDB-nin Azərbaycanda Seçkiləri Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev deyib. Müşahidələrə əsasən, Azərbaycanda siyasi-iqtisadi baxımdan vəziyyətin sabit olduğunu bildirən S. Lebedev ölkədə seçkilərə hazırlığın yaxşı təşkil olunduğunu bildirib: "Azərbaycanın Mərkəzi Seçki Komissiyası bu dəfə seçkilərə daha yaxşı hazırlaşıb. Seçkilər barədə seçicilərə ətraflı məlumatlar çatdırılıb. Azərbaycanda normal seçki keçirilə bilər". S. Lebedev müşahidə apardıqları məntəqələrin seçimi ilə bağlı suala cavab olaraq deyib ki, bu seçimi onlar həm özləri edir, həm də MSK-nın məsləhətini nəzərə alırlar. O, son vaxtlar MDB ölkələrində seçkilərin sabit keçdiyini də vurğulayıb: "Bu, həm də MDB məkanında iqtisadi, sosial baxımdan vəziyyətin yaxşılaşması ilə bağlıdır. Seçicilər arasında narazılıq potensialı azalır". Missiya rəhbəri Azərbaycan seçicilərinin daha məlumatlı, hazırlıqlı olduqlarını qeyd edib. S. Lebedev seçki məntəqələrində kameraların qurulmasını Azərbaycan hökumətinin seçkiləri şəffaf, açıq keçirmək istəyi kimi dəyərləndirib.O, seçki gününün sonunda MDB Müşahidə Missiyasının nümayəndələri məsləhətləşmə aparacaqlarını bildirib. Oktyabrın 16-da təxminən saat 10.30-da isə missiyanın seçkilərin nəticələri barədə ilkin mövqeyi açıqlanacaq. -
10-14-2008, 02:30 PMAPAAzərbaycan bu il cari hesab balansının ÜDM-yə nisbətinə görə dünyada ikinci olacaq
[b]Azərbaycan bu il cari hesab balansının ÜDM-yə nisbətinə görə dünyada ikinci olacaq[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan 2008-ci ildə cari hesab balansının ÜDM-yə nisbətinə görə dünyada ikinci yeri tutacaq.
[«APA-ECONOMICS»in məlumatına görə, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən hazırlanmış «Dünya iqtisadi icmalı»nda Azərbaycan üzrə bu göstərici 2008-ci il üçün 38,3%, 2009-cu il üçün isə 38,6% səviyyəsində proqnozlaşdırılıb.BVF-nin proqnozlarına əsasən, cari hesab balansının ÜDM-yə nisbəti üzrə dünyada birinci yeri Küveyt (müvafiq olaraq 44,6% və 39,3%) tutacaq. Qeyd edək ki, 2008-ci ilin ilk yarısı üzrə Azərbaycanda bu göstərici 32,4% təşkil edib. MDB ölkələri arasında bu göstərici üzrə ikinci yeri Türkmənistan (26,5% və 33%), üçüncü yeri isə Özbəkistan (16,8% və 12,8%) tutur. Ermənistan üçün isə proqnoz mənfi 9,7% və mənfi 10,8% təşkil edir, yəni bu ölkə üçün BVF mənfi saldo proqnozlaşdırır.Ümumilikdə, «Dünya iqtisadi icmalı»nda MDB üzrə ölkələrin cari hesab balansının ÜDM-yə nisbəti aşağıdakı kimi proqnozlaşdırılır: 2006200720082009Azərbaycan -
10-14-2008, 02:40 PMAPAAzərbaycan MSK-nın sədri: "Saat 22.00-dan prezident seçkilərinin ilkin nəticələrinin açıqlanmasına başlanılacaq"
[b]Azərbaycan MSK-nın sədri: "Saat 22.00-dan prezident seçkilərinin ilkin nəticələrinin açıqlanmasına başlanılacaq"[b]
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bütün seçiciləri sabah keçiriləcək prezident seçkilərində səs verməyə çağırıb.
[APA-nın məlumatına görə, bu barədə MSK sədri bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Seçki hüququ olan bütün vətəndaşları seçki məntəqələrinə gələrək, ölkənin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən prezident seçkilərində iştiraka və ən layiqli namizəd səs verməyə çağırıram". O, seçki komissiyalarının seçkilərə tam hazır olduğunu vurğulayıb: "Seçki günü bütün seçki komissiyaları gərgin və operativ rejimdə işləyəcək, qəbul olunan bütün məlumatlar ictimaiyyətə çatdırılacaq, problemlər dərhal aradan qaldırılacaq". MSK sədri səslərin sayılması prosesinin məntəqələrdə ən uzağı 2 saat çəkəcəyini və 3 saat ərzində isə məlumatların DSK-lara ötürüləcəyini qeyd edib: "Bu baxımdan saat 22.00 radələrində ilkin nəticələrin açıqlanmasına başlanılacaq". -
10-14-2008, 02:50 PMAPAAzərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunub
[b]Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunub[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın «2009-cu ilin dövlət büdcəsi haqqında» qanun layihəsi Milli Məclisə təqdim olunub.
[Parlamentdən APA-ya verilən məlumata görə, yaxın günlərdə gələn ilki dövlət büdcəsinin layihəsi parlamentin iqtisadi siyasət daimi komissiyasının iclasında müzakirəyə çıxarılacaq. İlkin proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 43,6 mlrd. manata, orta aylıq əməkhaqqı isə 353,3 manata çatdırılacaq.Gələn il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 27,9%-i həcmində (2008-ci ilə nisbətən 2,4 faiz bəndiçox) və yaxud 12 177 mln. manat nəzərdə tutulur. Bu da 2008-ci ilə nisbətən 16,1% çoxdur. Dövlət büdcəsinin xərcləri isə ÜDM-nin 28,3%-i həcmində (2008-ci il ilə müqayisədə 1,4 faiz bəndi çox), yəni 12 355 mln. manat və ya 11,7% çox olacaq.Növbəti ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6 655,5 mln. manat (xərclərin 53,9%-i), əsaslı xərclər 5 609,4 mln. manat (45,4%), kreditlərin qaytarılması və faizlərin ödənilməsi ilə bağlı xərclər 90,1 mln. manat (0,7%) həcmində nəzərdə tutulub. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33% (4 024 mln. manat) olmaqla 2008-ci il ilə müqayisədə 790 mln. manat artacaq.Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirləri 22 680,1 mln. manat olmaqla 2008-ci ilə nisbətən 29,9%, xərcləri isə 14 758 mln. manat olmaqla 15,5% çox proqnozlaşdırılır.Xatırladaq ki, ikin makroiqtisadi proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda ÜDM-nin artım tempinin ən azı 18%, inflyasiyanın isə 12-14% olacağı gözlənilir. Neftin baza qiyməti pessimist ssenari ilə 80 dollar/barel səviyyəsində götürülüb. Orta ssenariyə əsasən, 2009-cu ildə neftin qiyməti 100 dollar/barel, optimist ssenaridə isə 125 dollar/barel səviyyəsində nəzərdə tutulub.Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda 39 mlrd. manat həcmində ÜDM istehsalı planlaşdırılsa da, ilin sonunadək bu göstəricinin 41 mlrd. manata çatacağı gözlənilir. Xatırladaq ki, mövcud qanunvericiliklə yeni ilin dövlət büdcəsinin layihəsi cari ilin oktyabr ayının 15-dək parlamentə təqdim olunmalıdır. -
10-14-2008, 03:00 PMAPAAzərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib
[b]Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələri tutmaq üçün müsabiqə elan edib. Bu barədə APA-ya XİN mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında diplomatik xidmətə müsabiqə vasitəsi ilə qəbul qaydaları"nda qeyd olunan sənədləri Xarici İşlər Nazirliyinin Müsabiqə Komissiyasına təqdim etməlidir. Namizədlər bu qaydalarla müsabiqə komissiyasında və ya XİN-in internet səhifəsində tanış ola bilərlər. Sənədlər cari il oktyabrın 20-dən noyabrın 12-dək hər gün (bazar günü istisna olmaqla) saat 10.00-dan 17.00-dək Xarici İşlər Nazirliyində qəbul olunur. Müsabiqədə ali təhsilli, sənədlər təqdim edildiyi gün yaşı 28-dən artıq olmayan, xarici dili sərbəst bilən, diplomatik vəzifələrdə işləmək üçün beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər sahələrində xüsusi biliklərə malik olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqəni müvəffəqiyyətlə keçən şəxslər altı ay müddətinə stajçı kimi diplomatik xidmətə götürülür. -
10-14-2008, 03:10 PMAPADövlət Gömrük Komitəsi əməkdaşlarının müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb
[b]Dövlət Gömrük Komitəsi əməkdaşlarının müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının müxtəlif vaxtlarda müsadirə etdikləri dini kitablar Azərbaycandakı yəhudi icmalarına bağışlanıb. Bu barədə APA-ya DGK-dən məlumat verilib. Xaçmaz Gömrük İdarəsinin rəisi Sahib Axundov bildirib ki, indiyədək gömrük orqanları tərəfindən müsadirə edilən müqəddəs kitablar, ikonalar və digər dini əşyalar aidiyyəti təşkilatlara, o cümlədən, dini ocaqlara bağışlanıb. Bu yaxınlarda gömrük qaydalarının pozulmasına görə gömrük əməkdaşları tərəfindən götürülən dini məzmunlu və yəhudi uşaqları üçün nəzərdə tutulan «Sivoys Qaşem» adlı 100 kitabın da Xaçmaz rayonunun Qırmızı qəsəbə ərazisində yerləşən Sinaqoqa verilməsi qərara alınıb. Qırmızı Qəsəbədəki Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Boris Simanduyev bu addımı Azərbaycanda tolerantlığın bariz bir nümunəsi kimi səciyyələndirib. Qeyd edək ki, oktyabrın 10-da eyni adlı 150 dini kitab da Avropa yəhudi dini icmasının Azərbaycandakı nümayəndəliyinə təqdim olunub. -
10-14-2008, 03:20 PMAPANeft Qaz Çıxarma İdarəsinə məxsus paylayıcı qurğuda bədbəxt hadisə baş verib
[b]Neft Qaz Çıxarma İdarəsinə məxsus paylayıcı qurğuda bədbəxt hadisə baş verib[b]
[Bakı-APA. Oktyabrın 13-də Bakıda naməlum şəxs elektrik cərəyanı vurması nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Səbayel rayonundakı Bibi-Heybət Neft Qaz Çıxarma İdarəsinə məxsus paylayıcı qurğuda baş verib. 25-30 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır. -
10-14-2008, 03:30 PMAPAGələn həftə Almaniyanın biznes missiyası Azərbaycana gələcək
[b]Gələn həftə Almaniyanın biznes missiyası Azərbaycana gələcək[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 20-də Almaniyanın Şimali Reyn-Vestfaliya Torpağının biznes missiyası Azərbaycana gələcək. Bu barədə «APA-ECONOMICS»ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Oktyabrın 24-dək davam edəcək səfərin əsas məqsədi Azərbaycanla Şimali Reyn-Vestfaliya arasında iqtisadi əlaqələrin genişləndirilməsidir.Almaniya nümayəndə heyəti Dortmund Ticarət-Sənaye Palatasının nümayəndələri və yeddi müəssisəsinin (tikinti sektoru, tikinti maşınları, elektrik və istilik enerjisi, ərzaq məhsulları) rəsmilərindən ibarətdir. Bu müəssisələrin avandaqları hazırda Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin icrasında istifadə olunur. Bu məhsulların bir qismi «Iteca Caspian» şirkəti tərəfindən oktyabrın 22-24-də Bakıda təşkil olunacaq «BakuBuild-2008» beynəlxalq sərgisində nümayiş etdiriləcək.Qeyd edək ki, Şimali Reyn-Vestfaliya Almaniyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş hissəsidir. Buranın ümumi daxili məhsulunun həcmi 529,42 mlrd. avro təşkil edir. Şimali Reyn-Vestfaliya Azərbaycanda «RWE AG», «E.ON AG», «Vogelsang GmbH.», «Wilo AG», «Facet GmbH.», «Bentec GmbH.», «Wirtgen GmbH.» kimi müəssisələrlə təmsil olunub.Qeyd edək ki, biznes missiyanın səfəri Dortmund Ticarət-Sənaye Palatası və Almaniya-Azərbaycan İqtisadi Yardım Forumu (DAWF) tərəfindən təşkil edilir. Səfər zamanı qonaqlar Azərbaycan İqtisadi İnkişaf və Sənaye və Energetika nazirliklərində, həmçinin yerli iş adamları ilə görüşlər keçirəcək. -
10-14-2008, 03:40 PMAPA«Bank Avrasiya» ilin əvvəlindən kredit portfelini 155 dəfə artırıb
[b]«Bank Avrasiya» ilin əvvəlindən kredit portfelini 155 dəfə artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 51,094 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan analoji göstəricidən 99,8% çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,8 dəfə genişlənərək 26,105 mln. manat, kredit portfeli 155 dəfə artaraq 27,201 mln. manat, o cümlədən istehlak kreditləri 5,321 mln. manat təşkil edib. Həmçinin, bankın məcmu kapitalı 4,2% artaraq 20,835 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat olub. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 19,9 dəfə artaraq 3,910 mln. manata, xərcləri isə 11,2 dəfə artaraq 2,529 mln. manata çatıb. Nəticədə, bank bu ilin ilk 9 ayında 1,382 mln. manat həcmində mənfəət əldə edib.Bu dövr ərzində bank 1 mübadilə məntəqəsi açıb, həmçinin 1 bankomat və 11 POS-terminal quraşdırıb. Cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə bankın işçilərinin sayı 52,2% artaraq 35 nəfər, orta aylıq əmək haqqı isə 1 335 manat təşkil edib.Xatırladaq ki, «Bank Avrasiya» SKB-yə lisenziya 2007-ci ilin noyabrında verilib. Hazırda bankın 1 bankomatı və 11 POS-terminalı və 1 mübadilə məntəqəsi mövcuddur. -
10-14-2008, 03:50 PMAPAAzərbaycanın avtonəqliyyat sektorunda keçirilən «Təmiz hava» aylığının nəticələri açıqlanıb
[b]Azərbaycanın avtonəqliyyat sektorunda keçirilən «Təmiz hava» aylığının nəticələri açıqlanıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının icrası ilə əlaqədar avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və digər iri şəhər və rayonlarında bu ilin avqustunda keçirdiyi «Təmiz hava» aylığının nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Təmiz hava» aylığı çərçivəsində paytaxtdakı 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparılıb. Yoxlanılan 817 avtomobildən 123-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb. Yoxlamaların nəticələri əsasında 23 müəssisəyə qarşı ümumilikdə 1 150 manat məbləğində iddia irəli sürülüb. Bakı şəhərinin küçə və magistrallarında keçirilən reydlər zamanı yoxlanılan 3 850 avtomobilin 1 744-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması faktı müəyyənləşib. Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Biləsuvar və Yardımlı rayonlarında keçirilən reydlər zamanı 191, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 153 avtomobildə atmosfer havasına atılan zərərli maddələrin miqdarı normadan artıq olub. Araşdırmalar nəticəsində ətraf mühitə normadan artıq çirkləndirici maddələr atan avtomobillərin istismara buraxılmasına görə yoxlanılan təsərrüfatlara İnzibati Xətalar Məcəlləsi əsasında 7,5 min manat məbləğində cərimələr tətbiq olunub. Aylıq zamanı 49 müəssisədə avtomobillərin atmosferi ixrac qazları ilə normadan artıq çirkləndirməsi müəyyən edilib və təbiətə dəymiş ziyana görə həmin müəssisə və təşkilatlara 1 308 manat iddia, 5 780 manat məbləğində ödəmə tətbiq edilib. Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə fərdi qaydada yoxlanılan 10 436 avtomobildən atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən 4 215 avtomobilin sürücüsünün inzibati qaydada cərimələnməsi üçün Dövlət Yol Polisi İdarəsinin inzibati protokolları tərtib edilib. -
10-14-2008, 04:00 PMAPATuncelidə hərbi maşın karvanına hücum edilib
[b]Tuncelidə hərbi maşın karvanına hücum edilib[b]
[Tunceli - APA. Türkiyənin cənub-şərqindəki Tunceli rayonu ərazisində hərbi maşın karvanına hücum edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuların atəşi nəticəsində 5 əsgər yaralanıb. Əraziyə xüsusi təyinatlı qüvvələr göndərilib. Tunceli-Elazığ yolu qapadılıb. -
10-14-2008, 04:10 PMAPAMəzahir Pənahov seçkiləri izləmək üçün Azərbaycana gələn Rusiya Dövlət Dumasının nümayəndələri görüşüb
[b]Məzahir Pənahov seçkiləri izləmək üçün Azərbaycana gələn Rusiya Dövlət Dumasının nümayəndələri görüşüb[b]
[Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri izləmək üçün Bakıda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş və həmvətənlərlə əlaqələr üzrə komitənin sədri Aleksey Ostrovski və Rusiya Federasiya Şurası sədrinin müavini, MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova ilə ayrı-ayrılıqda görüş keçirib. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, hər iki görüşdə M. Pənahov prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib, seçkilərin tam demokratik, azad və şəffaf keçirilməsi üçün bütün imkanların səfərbər olunduğunu deyib. Qonaqlar da öz növbəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığı, seçkilərə hazırlığın səviyyəsini yüksək qiymətləndiriblər. Svetlana Orlova məntəqələrdə quraşdırılmış veb-kameralar vasitəsilə səsvermənin gedişinin izlənməsinin təqdirəlayiq olduğunu qeyd edib. -
10-14-2008, 04:20 PMAPAMSK sədri Piter Semnebi ilə görüşüb
[b]MSK sədri Piter Semnebi ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki məntəqələrinin 500-də veb-kameraların quraşdırıldığını diqqətə çatdırıb. MSK sədri seçkiləri 1200-dən çox beynəlxalq, 45 minə yaxın yerli müşahidəçi, 100-dən çox xarici KİV nümayəndəsinin izləyəcəyini qonağın diqqətinə çatdırıb. Piter Semnebi seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O Avropa İttifaqının bu seçkilərin azad və demokratik keçiriləcəyinə inandığını və bunda maraqlı olduğunu vurğulayıb. -
10-14-2008, 04:30 PMAPANaxçıvanın seçki məntəqələrinin hər birinə 2 nəfərlik tibbi heyət təhkim olunub
[b]Naxçıvanın seçki məntəqələrinin hər birinə 2 nəfərlik tibbi heyət təhkim olunub[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının bütün seçki məntəqələrində ilkin tibbi xidmətlər təşkil olunacaq. Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadiqovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, seçki prosesi ərəfÑ -
10-14-2008, 04:40 PMAPAMTN İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsinin qarşını alıb, 40 kq həşiş götürülüb
[b]MTN İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsinin qarşını alıb, 40 kq həşiş götürülüb[b]
Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb, 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb.
[Bu barədə APA-ya Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən bildirilib. Məlumata görə, Astara rayon sakinləri - Telman İmanov, İntizar Həmdəmov, Lənkəran rayonu Liman şəhər sakini Adil Yusubov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, bu il oktyabrın 9-da həmin İran vətəndaşları qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotikləri İntizar Həmdəmova təhvil verib və o, bu narkotik vasitələri Astara şəhərinin yaxınlığındakı Maşxan kəndinə gətirib burada gizlədib. Bundan sonra İntizar Həmdəmov Astara şəhərində Telman İmanov ilə görüşüb və sonuncunun idarə etdiyi «Mersedes-Benz» markalı avtomobillə Maşxan kəndinə gələrək burada gizlətdiyi həmin narkotikləri Telman İmanovun avtomobilinə qoyub oradan uzaqlaşıb. Telman İmanov öz növbəsində həmin narkotikləri Lənkəran şəhərinə gətirib onu burada gözləyən Liman şəhər sakini Adil Yusubova satıb və bunun müqabilində sonuncudan təxminən 42 min ABŞ dolları məbləğində pul alıb. Telman İmanov Adil Yusubovdan aldığı 42 min ABŞ dollarını onu Astara rayonunun ərazisində gözləyən İntizar Həmdəmova çatdırıb. İntizar Həmdəmov həmin puldan 37 min ABŞ dollarını özünə götürüb, qalan 5 min ABŞ dollarını isə Telman İmanova verib. Oktyabrın 10-da Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Adil Yusubov saxlanılıb, onun avtomobilinin yük yerinə baxış zamanı 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə Astara rayonunun ərazisində cinayətkar qrupun digər üzvləri - Telman İmanov, daha sonra İntizar Həmdəmov saxlanılıb. Telman İmanovun üzərindən 5 min, İntizar Həmdəmovun idarə etdiyi «UAZ» markalı avtomobilə baxış zamanı isə 37 min 100 ABŞ dolları aşkar edilərək götürülüb. Faktla bağlı MTN-in İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-14-2008, 05:10 PMAPASeçki Monitorinq Mərkəzinin şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparılmasını boykot edib
[b]Seçki Monitorinq Mərkəzinin şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparılmasını boykot edib[b]
[Xaçmaz. Fazil Qurbanov - APA. Seçki Monitorinq Mərkəzinin (SMM) şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparmayacağını bəyan edib. APA-nın məlumatına görə, Xaçmazda keçirilən toplantıda SMM-in koordinatoru Səidə Xanbabayeva və daha 11 müşahidəçi qurumun Quba-Xaçmaz bölgəsindəki nümayəndəliyinin sabah keçiriləcək prezident seçkilərində bu qurumun adından müşahidəçilik missiyasını yerinə yetirməyəcəyini deyib. Onlar digər bölgələrdəki nümayəndəlikləri də eyni addımı atmağa çağırıblar. S. Xanbabayeva bu addımlarını SMM rəhbərliyinin onlardan seçkiyə qərəzli mövqe ilə yanaşmağı tələb etməsi, KİV-lə əlaqəni qadağan etməsi, müşahidəçilər üçün hazırlanmış qovluqları, sənədləri gizli saxlamağı tələb etməsi ilə əlaqələndirib: "Mən on aydır ki, Seçki Monitorinq Mərkəzinin şimal bölgəsi üzrə koordinatoruyam. Biz SMM qeydiyyatda olduğu müddətdə normal fəaliyyət göstərmişik. Lakin sonradan məhkəmə SMM-in qeydiyyatını ləğv etdi. SMM-in rəhbəri KİV-lərdə iddia edir ki, bölgələrdə ofislər yoxdur. Lakin bizim ofisimiz 6 aydır ki, açılıb və fəaliyyət göstərir. Rəhbərlik isə bizə ofisin fəaliyyəti barədə heç yerdə danışmamağı tapşırıb. Mən və ofisdəkilər rayondakı bütün QHT-lər kimi açıq və şəffaf fəaliyyət göstərmək, mətbuatla təmasda olmaq istəyirdik. Lakin SMM rəhbərliyi bizə KİV-lərə əlaqə qurmağı qadağan edib. Yalnız internet vasitəsilə mərkəzi ofisə məlumatlar verir və təlimatlar alırdıq". SMM rəhbərliyindən bölgədəki məntəqələrin 60 faizini əhatə etməklə bağlı tapşırıq aldıqlarını deyən S. Xanbabayeva onlara müşahidəçilərin bölgədəki DSK-da və MSK-da könüllü və müstəqil müşahidəçilər kimi qeydiyyatdan keçirilməsinin tapşırıldığını söyləyib: "Bizə dedilər ki, heç bir halda DSK-larda və MSK-da SMM-in adı çəkilməməlidir. Qeydiyyatdan keçdikdən sonra müşahidəçilər SMM-in himayəsinə keçməlidirlər. Əvvəl bizə tapşırıldı ki, həmin müşahidəçilər məntəqə seçki komissiyalarında sadəcə seçkini müşahidə edəcəklər, yəni adi müşahidəçi kimi fəaliyyət göstərəcəklər. Bir qədər sonra isə bizi Bakıya çağırıb tapşırdılar ki, həmin şəxslər səslərin paralel sayılmasını aparacaqlar. Lakin bir müddət müşahidəçilərə bu haqda heç nə deyilməməlidir. Düzü, bu məni təəccübləndirdi və bəzi məqamlarda etirazımı da bildirdim. Hər şeyin gizli aparılması bizi şübhələndirmişdi. Gözləyirdik ki, seçkiyə bir neçə gün qalmış SMM şəffaf fəaliyyətə başlayacaq. Lakin bir neçə gün əvvəl bizə təlimat gəlib ki, seçkiyədək və seçki günü KİV-lərlə əlaqə saxlamaq qəti qadağandır. Bundan əlavə, rayona üzərində Azərbaycan və ingilis dillərində Seçki Monitorinq Mərkəzi yazılmış, içərisində SMM-in təlimatları və səs saymanın kodlaşdırılmış qaydasını əks etdirən sənədlər olan xeyli qovluq göndərdilər. SMM rəhbərliyi tələb etdi ki, müşahidəçilər bu qovluqlarla məntəqələrə daxil olmalıdırlar. Bu addım bir daha şübhələrimizin əsassız olmadığını göstərdi. Bizə məlum oldu ki, SMM-in bu missiyası seçki günü qarşıdurma yaratmağa xidmət edir. Mən və yoldaşlarım saxtakarlıq və yalan üstə qurulmuş belə fəaliyyətin əleyhinəyik. Odur ki, SMM-i seçki günü boykot etmək qərarına gəlmişik. Tək mən yox, burada olan və olmayan SMM-dən olan müşahidəçilərin böyük əksəriyyəti də bu fikirdədir. Mən respublika ərazisində SMM-dən olan bütün müşahidəçilərə müraciət edirəm ki, bizə qoşulsunlar, heç bir halda məntəqələrə SMM-in adı ilə daxil olmasınlar. Bəyan edirəm ki, heç bir siyasi qüvvəni təmsil etmirəm, ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsinin tərəfdarıyam. Bunun üçün lazım olan hər şeyi edəcəyəm". Qeyd edək ki, dünən SMM-in müşahidəçisi də eyni məzmunlu bəyanatla çıxış edib. -
10-14-2008, 05:20 PMAPADolların ucuzlaşması davam edəcək
[b]Dolların ucuzlaşması davam edəcək[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Son iki gündə dünya maliyyə bazarlarında baş verən hadisələr artıq dollar/avro nisbi məzənnəsinə təsir göstərib.
[«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 14-də avro dollara qarşı əvvəlki günlə müqayisədə 1,1% bahalaşıb. Bu tendensiyanın davam etməsi ehtimalı isə böyükdür.Qeyd edək ki, dünən həm ABŞ-da, həm Avropada fond indeksləri kəskin artıb. Bu da Avropa ölkələrinin rəhbərləri tərəfindən öz maliyyə sistemlərinin qorunmasına dair planları ilə bağlı birgə bəyanatının nəticəsidir. Bəyanat dərhal bazara müsbət təsirini göstərib. Yaxın vaxtlarda dünya bazarında aparıcı ABŞ banklarının, o cümlədən «JPMorgan», «Wells Fargo», «Citigroup» və «Merrill Lynch»in üç rüb üzrə maliyyə hesabatlarının açıqlanması gözlənilir. Mütəxəssislərin fikrincə, böhran şəraitində bu göstəricilərin çox zəif olacağı ehtimal edilir. Bundan başqa, ABŞ-da inflyasiya səviyyəsinin Avrozonanın analoji göstəricisindən daha yüksək olacağı gözlənilir. Və nəhayət, Avropa mərkəzi bankları özünün anti-krizis proqramlarında ABŞ-dan fərqli olaraq, təkcə bank səhmlərinin alınması deyil, onların aktivləri üzrə zəmanətlərin təqdim edilməsinə də diqqət yetirilir. Bu isə pul kütləsinin bazara açıq şəkildə axması demək deyil. Bütün bu amillər avronun dollara qarşı möhkəmlənməsini proqnozlaşdırmaq imkanı verir. Eyni zamanda, prosesin Azərbaycana da təsir edəcəyini gözləmək olar. Artıq manatın dollara qarşı möhkəmlənməsi və eyni zamanda avroya qarşı ucuzlaşması başlayıb. Dünya bazarlarındakı tendensiyaların əksi olaraq, bu proses davam edəcək. Hətta vurğulamaq lazımdır ki, əgər böhrana qarşı elan olunan tədbirlər Amerika və Avropada uğurla nəticələnərsə, investorlar yenə də fond bazarına qayıdaraq öz vəsaitlərini maliyyə alətlərinə yönəldəcəklər. Xatırladaq ki, son vaxtlar investorlar fond bazarlarındakı aktivlərini çıxararaq onları dollara çevirib. Lakin son hadisələrdən sonra alınmış dollar kütləsinin satılması, həmçinin dollara olan cari tələbatın kəskin azalacağı gözlənilir. Qeyd edək ki, məhz investorların öz aktivlərini satması və onları dollara çevirməsi sonr dövrdə dolların bahalaşmasının əsas səbəblərindən biri olub. Hazırda bu pposes tam əks istiqamətdə inkişaf edir. Nəticədə, manat avroya qarşı ucuzlaşsa da, dollara qarşı möhkəmlənəcək. -
10-14-2008, 05:30 PMAPABu gün BBVB-nin valyuta bölməsində 17,355 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 17,355 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8075 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8089 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 10 497 500 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0014 bənd yüksələrək 0,8075 AZN/$1-ə çatıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 518 139 AZN, manatın orta məzənnəsi isə 0,8077 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 17,355 mln. dollar və ya 14 015 639 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 735 500 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,86%, ABŞ dolları üzrə isə illik 16,57% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-14-2008, 05:40 PMAPAMil-Muğan bölgəsinin 11 rayonunda seçkiləri ATƏT-in 28 müşahidəçisi izləyəcək
[b]Mil-Muğan bölgəsinin 11 rayonunda seçkiləri ATƏT-in 28 müşahidəçisi izləyəcək[b]
[Şirvan. Əlibəy Zeynalov-APA. Mil-Muğan bölgəsinin 11 rayonunda seçkiləri ATƏT-in 28 müşahidəçisi izləyəcək. Bu barədə APA-nın Mil-Muğan bürosuna sentyabrın 10-dan Şirvan və daha 10 rayonda seçkiləri uzunmüddətli müşahidə missiyasını həyata keçirən Hollandoya təmsilçisi Marianne Aqata De Vit məlumat verib. Onun sözlərinə görə, artıq bu gündən qısamüddətli müşahidə missiyasını həyata keçirən ATƏT nümayəndələri də rayonlara gəlməkdədir. -
10-14-2008, 06:20 PMAPANaxçıvanda seçkiləri 45 beynəlxalq müşahidəçi izləyəcək
[b]Naxçıvanda seçkiləri 45 beynəlxalq müşahidəçi izləyəcək[b]
[Naxçıvan. J. Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasında prezident seçkilərinin gedişini 45 beynəlxalq müşahidəçi izləyəcək. Bu barədə APA-nın yerli bürosuna Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Sadiqov məlumat verib. R. Sadiqov bildirib ki, ATƏT-in xətti ilə 33 nəfər, Müstəqil Dövlətlər Birliyinin (MDB) xətti ilə 12 nəfər prosesdə müşahidəçi qismində iştirak edəcək. ATƏT-in xətti ilə gələn iki nəfər uzunmüddətli müşahidəçi bir aydan artıqdır regionda seçkilərə hazırlığı izləyir. Uzunmüddətli müşahidəçilər oktyabrın 20-dək Naxçıvan MR-də olacaqlar. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir. MR üzrə 248 min 99 nəfər səs verəcək. -
10-14-2008, 07:30 PMAPABəhreyn futbol yığması Azərbaycana gələcək
[b]Bəhreyn futbol yığması Azərbaycana gələcək[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Futbol üzrə Bəhreyn milli komandası Azərbaycana səfər edəcək. Bu haqda "APA-SPORT" agentliyinə məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, bununla bağlı Bəhreyn Futbol Assosiasiyasının rəhbərliyi ilə ilkin razılıq əldə olunub."Yaxın iki il ərzində bəhreynlilər ölkəmizə təşrif buyuracaqlar. Bəhreyn yığmasının Azərbaycanda milli komandamızla yoldaşlıq görüşü keçirməsini artıq razılaşdırmışıq. Bu, sabah Manamada baş tutacaq yoldaşlıq matçına cavab xarakteri daşıyacaq" - deyə Məmmədov vurğulayıb. -
10-14-2008, 07:40 PMAPASvetlana Orlova: "Azərbaycanın seçki qanunvericiliyi MDB məkanında ən yaxşılarından biridir"
[b]Svetlana Orlova: "Azərbaycanın seçki qanunvericiliyi MDB məkanında ən yaxşılarından biridir"[b]
[Bakı. Laçın Sultanova-APA. "Azərbaycanın seçki qanunvericiliyi MDB məkanında və bəlkə də dünyada ən yaxşılarından biridir. Bu qanunvericilik bütün beynəlxalq standartlara cavab verir". APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın sədri, bu qurumun müşahidə missiyasının rəhbəri, Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlova deyib. Azərbaycanın seçki qanunvericiliyinə edilən dəyişikliklərdən danışan Orlova bildirib ki, Azərbaycanda əvvəllər keçirilmiş seçkilərdən sonra beynəlxalq institutlar tərəfindən edilən əhəmiyyətli təkliflərin hamısı nəzərə alınıb. MDB PA müşahidə missiyasına Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Belarus, Tacikistandan 33 müşahidəçinin daxil olduğunu deyən Orlova onların seçki prosesini Bakı, Gəncə, Quba və Lənkəranda izləyəcəyini vurğulayıb. S. Orlova həmçinin bildirib ki, seçkiləri izləyəcək beynəlxalq missiyaların tərkibində ATƏT və Avropa Şurasının xətti ilə 45 rusiyalı müşahidəçi var. Mətbuat konfransında çıxış edən MDB Parlamentlərarası Assambleyanın baş katibi Mixail Krotov bildirib ki, qurumun uzunmüddətli müşahidəçiləri avqustun 1-dən Azərbaycandadır. -
10-14-2008, 07:50 PMAPARusiya Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycana gəlib
[b]Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycana gəlib[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün Bakıya gəlib. Bu barədə APA-ya Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib. MSK-nın 3 üzvü - İqor Borisov, İrina Dubrovina və Siyabşah Şapiyev, eləcə də Rusiyanın 5 federasiya subyektinin seçki komissiyalarının sədrləri də hazırda Azərbaycandadır. Onlar MDB müşahidə missiyasının tərkibində müşahidə aparacaqlar. -
10-15-2008, 07:10 AMAPADaxili Qoşunların Baş İdarəsi N saylı hərbi hissədə baş verən hadisə ilə bağlı açıqlama yayıb
[b]Daxili Qoşunların Baş İdarəsi N saylı hərbi hissədə baş verən hadisə ilə bağlı açıqlama yayıb[b]
[Bakı. Rəşad Süleymanov-APA. "Son günlər müxtəlif mətbuat orqanlarında və internet saytlarında xidmətə yeni çağırılmış gənc əsgərlərin daha çox xidmət müddəti keçmiş əsgərlər tərəfindən fiziki təzyiqlərə məruz qalmalarını əks etdirən məlumatlar və videogörüntülər yayılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin hadisə Daxili Qoşunların «N» saylı hərbi hissəsində baş verib. Fakt üzrə xidməti təhqiqat aparılıb". Bu barədə APA-ya Daxili Qoşunların Baş İdarəsinin mətbuat xidmətindən daxil oan məlumatda bildirilib. Məlumatda daha sonra qeyd olunub ki, hərbi vəzifə borcunun icrasına məsuliyyətsiz yanaşaraq, hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri nizamnamə qaydalarına uyğun qurmadıqlarına, hərbi hissədə nizam-intizamın möhkəmləndirilməsi, təlim-tərbiyə işinin və mənəvi-psixoloji durumun yüksək səviyyədə təşkili üçün vaxtında təsirli tədbirər görmədiklərinə, gənc əsgərlərə qarşı nizamnamədən kənar münasibətin qarşısını vaxtında almadıqlarına, məlum hadisə haqqında Daxili Qoşunların komandanlığına məlumat vermədiklərinə görə, daxili işlər nazirinin əmri ilə «N» saylı hərbi hissənin komandiri tutduğu vəzifədən azad olunub, komandirin tərbiyə işləri üzrə müavini isə vəzifədən azad edilərək Silahlı Qüvvələrə ehtiyata buraxılıb: "Analoji faktın təkrar olunmaması üçün Daxili Qoşunların rəhbərliyi tərəfindən bütün lazımi təşkilati-əməli tədbirlər görülür". -
10-15-2008, 08:00 AMAPAAzərbaycan müstəqillik qazanandan sonra ölkədə altıncı dəfə prezident seçkiləri keçirilir
[b]Azərbaycan müstəqillik qazanandan sonra ölkədə altıncı dəfə prezident seçkiləri keçirilir[b]
[Bakı - APA. Müstəqil Azərbaycan bu gün altıncı dəfə prezidentini seçir. APA-nın məlumatına görə, ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkiləri 1991-ci il sentyabrın 8-də keçirilib. Səsvermə hüququna malik seçicilərin 84,4 faizinin iştirak etdiyi seçkilərdə səslərin 98,5 faizini toplayan Ayaz Mütəllibov qalib elan olunub. 1992-ci il iyunun 7-də keçirilən ikinci prezident seçkilərinin qalibi isə AXC sədri Əbülfəz Elçibəy olub. Seçicilərin 76,3 faizinin səsverməyə qatıldığı seçkilərdə Əbülfəz Elçibəy 59,4 faiz, digər namizədlər isə 38 faiz səs toplayıblar. 1993-cü il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi ilə bağlı referendum keçirilib və səsverməyə qatılan 3,767, 928 seçicinin 92,02 faizi dövlət başçısına etimad göstərməyib. Referendumdan sonra oktyabrın 3-nə təyin olunan növbədənkənar prezident seçkiləri həm də ən yüksək seçici fəallığı ilə yadda qalıb. Səsvermə hüququna malik seçicilərin 97,6 faizinin iştirak etdiyi üçüncü prezident seçkilərində Heydər Əliyev səslərin 98,8 faizini toplayaraq dövlət başçısı seçilib. 1998-ci il oktyabrın 11-də Azərbaycanda dördüncü dəfə keçirilən prezident seçkiləri günü səsverməyə 3358465 seçici qatılıb (seçicilərin ümumi sayının 79,18 faizi). Seçicilərin 76,11 faizinin səsini qazanan Heydər Əliyev növbəti müddətə prezident seçilib. Beş il əvvəl, 2003-cü il oktyabrın 15-də isə müstəqil Azərbaycan tarixində beşinci prezident seçkiləri keçirilib. Bu seçkilərdə adı seçici siyahılarına daxil edilmiş Azərbaycan vətəndaşlarının 71,23 faizi səsverməyə qatılıb. Seçkilərin nəticələrinə görə, 76,84 faiz səs toplayan İlham Əliyev qalib gəlib. Bu gün keçirilən prezident seçkilərində isə Azərbaycan xalqı 7 namizəd arasında seçim etməlidir. -
10-15-2008, 08:20 AMAPAAzərbaycanda ilin əvvəlindən 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit ayrılıb
[b]Azərbaycanda ilin əvvəlindən 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit ayrılıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Azərbaycan Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) cari ilin yanvar-sentyabr ayları ərzində sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi üçün 2008-ci il dövlət büdcəsindən nəzərdə tutulmuş 80 mln. manatdan 63,8 mln. manat ayrılıb. SKMYF-dan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, həmçinin, Müşahidə Şurasının qərarına əsasən, Fondun xəzinə hesabına qaytarılan 9,2 mln. manat vəsait də sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.Ümumilikdə, oktyabrın 1-dək SKMF-dan müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 52 şəhər və rayonu üzrə 698 sahibkarlıq subyektinə 73 mln. manat güzəştli kredit verilib. Ayrılmış kreditlər əsasən, sənaye məhsulları istehsalı (119 layihə), kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının inkişafı (495 layihə), turizm infrastrukturunun inkişafı (33 layihə), xidmət sahəsi (50 layihə) və s. üzrə layihələrin maliyyələşdirilməsinə sərf olunacaq. Maliyyələşdirilmiş layihələrin 80%-dən çoxu respublikanın regionlarının payına düşür. Bu layihələrin 85,5%-i istehsal və emal yönümlüdür. İlin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 7,8 mindən çox yeni iş yerinin yaradılacağı gözlənilir.Xatırladaq ki, sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. -
10-15-2008, 08:30 AMAPABakının Xətai rayonunda yerləşən seçki məntəqələrdə səsvermə başlayıb
[b]Bakının Xətai rayonunda yerləşən seçki məntəqələrdə səsvermə başlayıb[b]
[Bakı. Rəşad Süleymanov-APA. Bakının Xətai rayonu ərazisində yerləşən 33, 34, 35 və 36 saylı dairə seçki komissiyalarının tərkibində fəaliyyət göstərən bütün seçki məntəqələrində səsvermə prosesi başlayıb. APA-nın adı çəkilən dairələrdə seçkiləri müşahidə edən əməkdaşının verdiyi məlumata görə, seçki qutuları komissiya üzvlərinin və müşahidəçilərin iştirakı ilə möhürlənib və ilk seçicilər seçki bülletenləri alaraq səs veriblər. 33 saylı seçki dairəsinin 26 saylı seçki məntəqəsinin qarşısında AVCİYA təmsilçiləri "exit-poll" keçirirlər. Hələlik beynəlxalq müşahidəçilər seçki məntəqələrinə gəlməyib. Səsvermə prosesinin gedişini əsasən müxtəlif təşkilatları təmsil edən yerli müşahidəçilər izləyirlər. Onların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləridir. -
10-15-2008, 08:40 AMAPAAzərbaycanın 41 saylı Sumqayıt I Seçki Dairəsinin 35 saylı məntəqəsində seçkilərə start verilib
[b]Azərbaycanın 41 saylı Sumqayıt I Seçki Dairəsinin 35 saylı məntəqəsində seçkilərə start verilib[b]
[Sumqayıt. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində 41 saylı Sumqayıt I Seçki Dairəsinin 35 saylı məntəqəsində səhər saat 8:00-da seçkilərə start verilib. APA-nın məntəqədə seçkilərin gedişini izləyən müxbirinin verdiyi məlumata görə, seçkilər nəzərdə tutulmuş vaxtda başlayıb. Seçki məntəqəsinin sədri Əzizağa Səmədovun APA-ya verdiyi məlumata görə, seçki prosesi normal davam edir: «Seçicilərin siyahısında 1 023 vətəndaş qeydiyyatdadır. Məntəqədə seçkilərin gedişini 7 təşkilatı təmsil edən müşahidəçilər izləyir. Bunlar, Ana Vətən, Yeni Azərbaycan, Azərbaycan Sosial Rifah partiyaları, habelə Gənclər üçün Təhsil Mərkəzi, «Seçki 2008», Azərbaycan Maarifçi Gənclər və AVCİYA təşkilatlarının nümayəndələridir».Ə.Səmədov həmçinin bildirib ki, Azərbaycanda səfərdə olan ATƏT və AŞ PA-nın nümayəndələri ötən gün seçki məntəqəsində olub, burada prezident seçkilərinə hazırlıqla bağlı görülən işlərlə tanış olublar. -
10-15-2008, 08:50 AMAPAPiter Semnebi seçkini Naxçıvan şəhərində və Culfa rayonunda izləyəcək
[b]Piter Semnebi seçkini Naxçıvan şəhərində və Culfa rayonunda izləyəcək[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Bu gün keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Avropa İttifaqının Gənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Naxçıvan Muxtar Respublikasındadır. Naxçıvan MR Mərkəzi Seçki Komiisiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə bu gün o, günorta saatlarına qədər Naxçıvan şəhərində, günortadan sonra isə Culfa rayonunun seçki məntəqələrində səsvermə prosesini izləyəcək. Qeyd edək ki, Naxçıvan MR-ə səfəri çərçivəsində P. Semnebi oktabrın 14-də günün ikinci yarısında Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbovla görüşüb, Naxçıvana qısamüddətli müşahidəçi kimi gəldiyini deyib. V. Talıbov qonağa regionda hazırlığın vəziyyəti ilə bağlı məlumat verib. -
10-15-2008, 09:00 AMAPAAzərbaycanın cənub bölgəsində seçkiləri izləmək üçün 4684 yerli və xarici müşahidəçi qeydə alınıb
[b]Azərbaycanın cənub bölgəsində seçkiləri izləmək üçün 4684 yerli və xarici müşahidəçi qeydə alınıb[b]
[Masallı-Ağəddin Babayev-APA. Azərbaycanın cənub bölgəsində 15 oktyabr prezident seçkilərinə start verilib. APA-nın Cənub bürosunun xəbərinə görə, bölgənin 6 rayonunda 12 Dairə Seçki Komissiyasının 565 seçki məntəqəsində 416 min 840 seçici qeydiyyatdaır. Seçkini izləmək üçün 4684 yerli və xarici müşahidəçi qeydə alınıb. APA-nın əməkdaşının müşahidə apardığı 75 saylı Masallı-Lənkəran DSK-nın 124 saylı məntəqəsində 732 seçici qeydə alınıb. Seçicilərdən 13-ü ilk dəfə səs verəcək. Məntəqədə 3 yerli müşahidəçi müşahidə aparır. -
10-15-2008, 09:10 AMAPABeynəlxalq müşahidəçilər seçki məntəqələrinə baş çəkməyə başlayıblar
[b]Beynəlxalq müşahidəçilər seçki məntəqələrinə baş çəkməyə başlayıblar[b]
[Bakı - APA. Beynəlxalq müşahidəçilər yavaş-yavaş seçki məntəqələrinə baş çəkməyə başlayıblar. APA-nın məlumatına görə, ATƏT və MDB müşahidə missiyalarından olan müşahidəçilər Bakıda yerləşən 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 19-cu məntəqəsində olublar. Bu məntəqədə qanunvericiliyə zidd olaraq namizədlərin fotoşəkilləri olan plakat çıxarılmayıb. Məntəqədə "exit-poll" keçirilmir. Bakıdakı 8 saylı Binəqədi I seçki dairəsinin 21-ci məntəqəsində səsverməni müşahidə edən amerikalı müşahidəçi, WNEO təşkilatının təmsilçisi Maykl Rankin qısa açıqlama verib. O, hələlik heç bir qanun pozuntusuna rast gəlmədiyini, prosesin normal getdiyini söyləyib. Beynəlxalq müşahidəçilər 19 saylı məntəqəyə də baş çəkiblər. Bu məntəqədə "exit-poll"un keçirilməsinə başlanıb. -
10-15-2008, 09:20 AMAPAAvropa Şurası Müşahidə Missiyasının rəhbəri Andres Herkel Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinə başlayıb - FOTOSESSİYA
[b]Avropa Şurası Müşahidə Missiyasının rəhbəri Andres Herkel Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinə başlayıb - FOTOSESSİYA[b]
Bakı. Viktoriya Dementyeva - APA. Avropa Şurası Müşahidə Missiyasının rəhbəri Andres Herkel və Avropa Şurası Katibliyinin başçısı Vladimir Dronov bu gün Azərbaycanda keçirilən prezident seçkilərinin gedişini izləmək məqsədilə səhər 08:00-dan etibarən monitorinqə başlayıblar. APA-nın verdiyi məlumata görə, ilk öncə avropalı müşahidəçilər 29 saylı Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində olub və burada yerli DSK-nın sədri Cahangir Məmmədovla görüşüblər. C.Məmmədov bildirib ki, dairə üzrə 46 150 seçici, 3 saylı məntəqə üzrə isə 1 118 seçici qeydiyyatdadır. Məntəqədə seçkinin gedişini həmçinin ATƏT-in iki nümayəndəsi və Ukrayna Ali Radasının bir təmsilçisi müşahidə edib. Müşahidəçilər tərəfindən seçkinin təşkili və gedişi ilə bağlı heç bir irad bildirilməyib. Seçki məntəqəsi nəzərdə tutulmuş vaxtda (08:00-da) açılıb. C.Məmmədov bildirilib ki, məntəqəyə daxil olmuş 3 yazılı ərizə və 1 telefon zəngi əsasında 4 vətəndaşın ev şəraitində səs verməsi üçün DSK-nın nümayəndələri ünvanlara gedərək sakinlərin səs verməsini təmin edəcəklər.