[b]Azərbaycanın 21 saylı Nəsimi I Seçki Dairəsinin 7 saylı məntəqəsində seçkilərə start verilib[b]
[Bakı. Elnur Hüseynquluyev - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində 21 saylı Nəsimi I Seçki Dairəsinin 7 saylı məntəqəsində səhər saat 8:00-da seçkilərə start verilib. APA-nın məntəqədə seçkilərin gedişini izləyən müxbirinin verdiyi məlumata görə, seçkilər nəzərdə tutulmuş vaxtda başlayıb. Seçki məntəqəsinin sədri Mina Həsənlinin APA-ya verdiyi məlumata görə, seçki prosesi normal davam edir və məntəqədə seçici fəallığı müşahidə olunur: «Seçicilərin siyahısında 1 447 vətəndaş qeydiyyatdadır. Məntəqədə seçkilərin gedişini yerli partiya və təşkilatları təmsil edən müşahidəçilər izləyir. Bunlar, Ana Vətən, Yeni Azərbaycan, Ümid partiyalarının nümayəndələri, habelə bitərəf müşahidəçilərdir. Artıq 50-dən artıq seçici səsvermədə iştirak edib».M.Həsənli həmçinin bildirib ki, seçki məntəqəsində «ELS» Müstəqil Araşdırma Mərkəzi və AVSİYA təşkilatının təmsilçiləri «exit-poll» keçirirlər.
Azərbaycan Xəbərləri
Printable View

10-15-2008, 09:30 AMAPAAzərbaycanın 21 saylı Nəsimi I Seçki Dairəsinin 7 saylı məntəqəsində seçkilərə start verilib

10-15-2008, 09:40 AMAPA109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb
[b]109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb[b]
[Balakən. Vüqar Heydərov-APA. 109 saylı Balakən Seçki Dairəsinin 6 məntəqəsində veb-kameralar quraşdırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dairə ərazisində olan 35 məntəqədə 37 min 361 seçici qeydiyyatdadır. 2 saylı məntəqədə seçki prosesini ATƏT-in müşahidəçiləri Lars Müllüqufte, Aleksandr Sukanov izləyir. Müşahidəçilər APA-nın əməkdaşına dünəndən Balakəndə olduqlarını, bir neçə məntəqəyə baş çəkdiklərini, seçkilərə hazırlığın normal təşkil olunduğunu bildiriblər. 1288 seçicinin qeydiyyatda olduğu 34 saylı məntəqədə isə ABŞ səfirliyinin nümayəndəsi Devid Holc müşahidə aparır. Dairə ərazisində seçkiləri izləyən MDB Müşahidə Missiyasının üzvü Aleksey Zaykovski APA-nın əməkdaşına müşahidə apardığı məntəqələrdə səsvermə kabinələrində bülleten nümunələrinin olmadığını irad kimi qeyd edib. -
10-15-2008, 09:50 AMAPAAvropa Şurasının müşahidəçisi Yevgeniya Jivkova paytaxtın mərkəzində prezident seçkilərinin gedişini izləyir
[b]Avropa Şurasının müşahidəçisi Yevgeniya Jivkova paytaxtın mərkəzində prezident seçkilərinin gedişini izləyir[b]
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində Avropa Şurasından müşahidəçi qismində iştirak edən xanım Yevgeniya Jivkova səhər saatlarında Bakı şəhəri ərazisində artıq iki seçki məntəqəsində olub.
APA-nın məlumatına görə, Y.Jivkova ilk öncə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı seçki məntəqəsinə baş çəkib. Avropalı müşahidəçi bildirib ki, məntəqə seçkilər üçün vaxtında açılıb (08:00-da) və hələ prosesin gedişində neqativ hal qeydə alınmayıb. Bundan sonra, Avropa Şurasının nümayəndəsi 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı seçki məntəqəsinə gəlib. Y.Jivkova burada da qanun pozuntusunun qeydə alınmadığını vurğulayıb. Məntəqədə bildirilib ki, burada 1 332 seçici qeydiyyatdadır. Veb-kamera quraşdırılmış bu məntəqədə seçkinin gedişini izləmək üçün 9 yerli və 3 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmçinin, ev şəraitində seçkilərə qatılmaq üçün məntəqəyə yerli sakinlərdən 6 yazılı və 2 telefon zəngi formasında müraciət daxil olub.Qeyd edək ki, bu gün Y.Jivkova daha 6 seçki məntəqəsində seçkilərin gedişini izləmək niyyətindədir. -
10-15-2008, 10:00 AMAPA90 saylı Ağdaş Seçki Dairəsinin 10 saylı məntəqəsində seçici fəallığı qeydə alınıb
[b]90 saylı Ağdaş Seçki Dairəsinin 10 saylı məntəqəsində seçici fəallığı qeydə alınıb[b]
[Ağdaş. Şahnəzər Bəşirov-APA. 90 saylı Ağdaş Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində seçici fəallığı qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, məntəqədə 1368 seçici qeydiyyatdadır. Komissiya sədri Tənzilə Şıxıyeva Prezident seçkilərin şəffaf keçirilməsi üçün şərait yaradıldığını deyib. Məntəqədə veb-kamera quraşdırılıb, "exit-poll" keçirilir. Məlumata görə, məntəqədə MDB Müşahidə Missiyasının üzvləri, Qazaxıstandan olan Zaxvay Kıdırbay və Rusiyadan olan Daryok Seyvadikov 40 dəqiqə ərzində müşahidə aparıblar. Qeyd edək ki, 38 min 777 seçicinin qeydə alındığı 90 saylı Seçki Dairəsi ərazisində 40 məntəqə var. -
10-15-2008, 10:10 AMAPAAzərbaycan prezidentliyinə namizəd Hafiz Hacıyev səs verib
[b]Azərbaycan prezidentliyinə namizəd Hafiz Hacıyev səs verib[b]
Bakı. Elxan Salahov - APA. Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev 8 saylı Binəqədi I Seçki Dairəsinin 32 saylı seçki məntəqəsində səs verib.
[APA-nın səsvermənin gedişini izləyən əməkdaşının məlumatına görə, prezidentliyə namizədi seçki məntəqəsində müavinləri müşayiət edib.Səs verəndən sonra jurnalistlərə açıqlama verən H. Hacıyev Azərbaycan tarixində ilk demokratik seçkilərin keçirildiyini bildirib. O, Azərbaycanda korrupsiyaya bulaşan məmurların əleyhinə və ölkənin sabit gələcəyinə səs verdiyini vurğulayıb. H. Hacıyev seçkilərdə özünün və prezidentliyə namizəd İlham Əliyevin şansının yüksək olduğunu vurğulayıb: "Həm mənim, həm də İlham Əliyevin ölkənin sabit gələcəyini təmin etmək imkanımız var". O, seçki zamanı hələlik hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildirib. Səsvermə zamanı seçki məntəqəsində xarici müşahidəçilər olmayıb. Yerli müşahidəçilərdən isə Ana Vətən və Sosial Rifah partiyalarının nümyəndələri səsverməni müşahidə ediblər. Məntəqədə «exit-poll» keçirilmir. Ətrafda heç bir polis əməkdaşı gözə dəymir. -
10-15-2008, 10:20 AMAPAAzərbaycanın 21 saylı Nəsimi Seçki Dairəsinin 6 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur
[b]Azərbaycanın 21 saylı Nəsimi Seçki Dairəsinin 6 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur[b]
[Bakı. Elnur Hüseynquluyev - APA. Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində 21 saylı Nəsimi I Seçki Dairəsinin 6 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur.APA-nın məntəqədə seçkilərin gedişini izləyən müxbirinin verdiyi məlumata görə, seçkilər nəzərdə tutulmuş vaxtda (08:00-da) başlayıb. Seçki məntəqəsinin sədri Sahibə Abbasovanın APA-ya verdiyi məlumata görə, seçki prosesi normal davam edir və artıq məntəqədə 70-dən artıq seçici səs verib: «Seçicilərin siyahısında 1 443 vətəndaş qeydiyyatdadır. Məntəqədə seçkilərin gedişini yerli partiya və təşkilatları təmsil edən müşahidəçilər izləyir. Bunlar, Yeni Azərbaycan, Ana Vətən, Ümid partiyalarının nümayəndələri, həmçinin bitərəf müşahidəçilərdir».S.Abbasova bildirib ki, prezident seçkilərinin gedişini izləmək məqsədi ilə məntəqəyə ATƏT və MDB beynəlxalq missiyalarının təmsilçilərinin də gələcəyi gözlənilir. -
10-15-2008, 10:30 AMAPAXarici müşahidəçilər Xətai rayonunda səsvermənin başlaması prosesini izləməyə gəlməyiblər
[b]Xarici müşahidəçilər Xətai rayonunda səsvermənin başlaması prosesini izləməyə gəlməyiblər[b]
[Bakı. Rəşad Süleymanov-APA. Seçkilərə start verildiyi ilk bir saat ərzində Bakının mərkəzindən kənarda yerləşən əksər seçki məntəqələrində xarici müşahidəçilər olmayıb. APA-nın əməkdaşının 33 və 36 saylı dairə seçki komissiyalarının tərkibində fəaliyyət göstərən məntəqələrində müşahidələr aparıb. Əksər məntəqələrdə xarici təşkilatları təmsil edən müşahidəçilər qeydiyata alınsa da, onlar seçkilərə start verilən zaman məntəqələrə gəlməyiblər. 33 saylı seçki dairəsinin 1 saylı məntəqəsinin sədri Tahir Ələkbərov APA-ya bildirib ki, məntəqədə dünən 2 xarici müşahidəçi qeydə alınsa da, onlar səsvermənin başlaması prosesini izləməyə gəlməyiblər. Xətai rayonu ərazisində yerləşən seçki məntəqələrinin əksəriyyətində "exit-poll" keçirilir. Prosesin gedişi ilə bağlı məlumat verən müşahidəçilər seçkilərin normal keçdiyini, hələlik ötən bir saat ərzində hansısa problem yaranmadığını vurğulayıblar. 36 saylı seçki dairəsinin 17 saylı məntəqəsində də xarici müşahidəçilər qeydə alınmasına baxmayaraq, onlar məntəqəyə gəlməyiblər. Məntəqənin sədri Xalidə Nəbiyeva APA-ya bildirib ki, proses əvvəlki seçkilərlə müqayisədə daha qənaətbəxş sayıla bilər və seçkilərdə seçici fəallığı hiss olunur. -
10-15-2008, 10:40 AMAPAAzərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev səsvermədə iştirak edib
[b]Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev səsvermədə iştirak edib[b]
[Bakı - APA. Hazırda həbsdə olan Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev prezident seçkilərinin səsverməsində iştirak edib. APA-nın əməkdaşı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xətti ilə 2 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən səsverməni izləyib. Əhval-ruhiyyəsi normal olan keçmiş nazir jurnalistlərə açıqlama verməyib və kimə səs verdiyini deməyib. Eyni Cəzaçəkmə Müəssisəsində saxlanılan "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov isə hələlik səsvermədə iştirak etməyib. Qeyd edək ki, 14 saylı Əzizbəyov II seçki dairəsinin 33 saylı məntəqəsinin yaradıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində 962 seçici qeydiyyatdadır. -
10-15-2008, 10:50 AMAPA"Seçki 2008" QHT Koalisiyası: "Səsvermənin ilk saatlarda ciddi prosedur pozuntuları qeydə alınmayıb"
[b]"Seçki 2008" QHT Koalisiyası: "Səsvermənin ilk saatlarda ciddi prosedur pozuntuları qeydə alınmayıb"[b]
[Bakı. Rəşad Süleymanov-APA. "Seçki 2008" QHT Koalisiyası prezident seçkilərinin gedişi ilə bağlı ilk məlumatı yayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 6 zona üzrə 59 dairəni əhatə edən koordinatorlarının saat 10.00 üçün verdiyi məlumata görə, səsvermə prosesi əsasən vaxtında başlayıb, ciddi prosedur pozuntuları və müşahidəçilərə əngəllərin törədilməsi halları qeydə alınmayıb.Bununla belə Koalisiyanın 1500-dən yuxarı müşahidəçisinin apardığı müşahidələr nəticəsində aşkar edilib ki, bəzi məntəqələrin sahəsi normal səsvermə keçirilməsi üçün əlverişli hesab edilə bilməz. Məsələn, 16 saylı Yasamal II seçki dairəsinin 20 və 21-ci seçki məntəqələri təxminən 30-35 kvadrat metrlik sahədə yerləşir. Bu iki məntəqədə ayrı-ayrılıqda 1425 və 1282 seçicinin səsverməsi nəzərdə tutulur.121 saylı Laçın seçki dairəsinin 88-ci məntəqəsində də səsvermə sahəsi darısqal olduğundan seçicilərin səs verməsi və müşahidəçilərin fəaliyyəti problemə çevrilib. Koalisiya bildirir ki, 9 saylı Binəqədi seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə vaxtından 10 dəqiqə, 16 saylı Yasamal II seçki dairəsinin 21-ci məntəqəsində isə 8 dəqiqə gec başlayıb: "Koalisiyanın müşahidəçiləri veb-kameraların işləməsini də müşahidə edir və hələlik əldə edilən bilgilərə görə bəzi bölgələrdə internetin sürətinin və giriş imkanlarının məhdud olması veb-kameralar vasitəsilə prosesin normal izlənməsini əngəlləyir". -
10-15-2008, 11:00 AMAPAATƏT-in sabiq sədri Solomon Passi: "Azərbaycanda keçirilən seçkilər bütün Avropa dövlətlərində keçirilən seçkilərə bənzəyir"
[b]ATƏT-in sabiq sədri Solomon Passi: "Azərbaycanda keçirilən seçkilər bütün Avropa dövlətlərində keçirilən seçkilərə bənzəyir"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Azərbaycanda keçirilən seçkilər bizim ölkədə və bütün Avropa dövlətlərində keçirilən seçkilərə bənzəyir". Bu eksklüziv açıqlamanı APA-ya ATƏT sabiq sədri, Bolqarıstanın keçmiş xarici işlər naziri Solomon Passi verib. O, səsvermə prosesi başlayan andan bəri bir neçə seçki məntəqəsində olduğunu və prosesi yaxından izlədiyini bildirib: "Baş çəkdiyim məntəqələrdə səsvermənin təşkili və seçkilərin gedişi ilə bağlı heç bir problemə rast gəlməmişəm. Seçkilər son dərəcə yüksək səviyyədə keçirilir". -
10-15-2008, 11:10 AMAPABeynəlxalq müşahidəçilər səsvermənin gedişini normal qiymətləndirirlər
[b]Beynəlxalq müşahidəçilər səsvermənin gedişini normal qiymətləndirirlər[b]
[Bakı - APA. "Altıncı dəfədir ki, Azərbaycanda keçirilən seçkiləri müşahidə edirəm. Hazırlıq işləri bu dəfə daha yaxşı aparılıb. Seçicilər daha aktiv və məlumatlıdır". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında MDB müşahidə missiyasının üzvü, ukraynalı Anatoli Raxanski deyib. İranlı müşahidəçiləri rəhbəri, bu ölkənin Azərbaycandakı sabiq səfiri Əhəd Qəzai də hər şeyin yaxşı təşkil olunduğunu, hər hansı problemin müşahidə edilmədiyini söyləyib. Dünya Seçki Müşahidə Şəbəkəsinin nümayəndələri, belaruslu Stanislav Taraseviç və britaniyalı Coanna Selo bildiriblər ki, məntəqələrdə xırda problemlərə rast gəlsələr də, proses ümumən normal keçir. Onlar seçkilərin ədalətli və şəffaf şəkildə keçiriləcəyinə ümid etdiklərini deyiblər. ABŞ Respublikaçılar İnstitutunun nümayəndəsi Xeron Erik isə hələlik yüksək aktivlik müşahidə etmədiyini, amma hər hansı ciddi problemin olmadığını vurğulayıb. -
10-15-2008, 11:20 AMAPA92 saylı Zərdab-Ucar Seçki Dairəsinin 46 saylı məntəqəsində seçkiləri MDB Müşahidə Missiyasının üzvü müşahidə edib
[b]92 saylı Zərdab-Ucar Seçki Dairəsinin 46 saylı məntəqəsində seçkiləri MDB Müşahidə Missiyasının üzvü müşahidə edib[b]
[Ucar. Zahid Abışov-APA. 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin 46 saylı Xalac kənd seçki məntəqəsində qeydə alınan 457 seçicidən 12 nəfəri ilk dəfə səs verəcək. APA-nın Aran bürosunun məlumatına görə, məntəqədə seçkilərə saat 8.00-da start verilib. Seçkilərəstart verilməsini MDB Müşahidə Missiyasının üzvü Raximcan Şalbayev müşahidə edib. Səsverməni yerli müşahidəçilər də izləyir. -
10-15-2008, 11:30 AMAPAAzərbaycan prezidentliyinə namizəd Qüdrət Həsənquliyev səs verib
[b]Azərbaycan prezidentliyinə namizəd Qüdrət Həsənquliyev səs verib[b]
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan prezidentliyinə namizəd Qüdrət Həsənquliyev səs verib. APA-nın müxbirinin məlumatına görə, Q. Həsənquliyev 16 saylı Yasamal ikinci seçki dairəsinin 20 saylı məntəqəsində həyat yoldaşı ilə birlikdə səs verib.
[Q. Həsənquliyev bildirib ki, o, bu seçkiyə böyük ümidlərlə baxır. Seçkidə indiyə qədər ciddi qanun pozuntusuna rast gəlinmədiyini deyən prezidentliyə namizəd günün sonuna qədər belə davam edəcəyinə ümid etdiyini söyləyib. Q. Həsənquliyev hesab edib ki, bu seçkinin beynəlxalq standartlara cavab verəcəyinə ümidli olduğunu biləcək: "Ümid edirəm ki, bu seçki ilə biz dünyaya normal seçki keçirə bildiyimizi, xalq olaraq buna hazır olduğumuzu göstərəcəyik". -
10-15-2008, 11:40 AMAPAMətbuat Şurasında fəaliyyət göstərən "Qaynar xətt"ə 11.00-dək müraciət edən olmayıb
[b]Mətbuat Şurasında fəaliyyət göstərən "Qaynar xətt"ə 11.00-dək müraciət edən olmayıb[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Mətbuat Şurasında seçki günü fəaliyyət göstərən "Qaynar xətt"ə saat 11.00-a qədər hələlik müraciət edən olmayıb. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Şuradan bildirilib ki, seçkini işıqlandıran jurnalistlər peşə fəaliyyətlərinin yerinə yetirilməsi ilə bağlı maneələrlə üzləşdikləri halda 561 82 46 və 561 80 37 nömrələrə zəng edərək "Qaynar xətt"ə müraciət edə bilərlər. -
10-15-2008, 11:50 AMAPAATƏT-in ilkin hesabatı sabah, yekun hesabatı isə 2 ay sonra açıqlanacaq
[b]ATƏT-in ilkin hesabatı sabah, yekun hesabatı isə 2 ay sonra açıqlanacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Seçkilərlə bağlı hələlik heç nə deyə bilmərəm, çünki səsvermə yeni başlayıb. Biz yalnız seçkiqabağı situasiya barədə danışa bilərik. Bununla bağlı iki hesabat yaymışıq. Seçki kampaniyası zamanı namizədlərin mediaya çıxışı ilə bağlı müəyyən problemlər vardı". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç deyib. O, oktyabrın 16-da seçkilərin yekunları ilə bağlı ilkin bəyanatla çıxış edəcəklərini, yekun hesabatın isə 2 ay sonra açıqlanacağını söyləyib. Y. Lenarçiç bildirib ki, ATƏT-in uzunmüddətli missiyası daha 2 həftə Azərbaycanda qalaraq şikayətləri qəbul edəcək və araşdıracaq. Qeyd edək ki, ATƏT-in müşahidə missiyasında 40-dan artıq ölkədən 360 qısamüddətli və 27 uzunmüddətli müşahidəçi təmsil olunur. -
10-15-2008, 12:00 PMAPAGUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Azərbaycanda prezident seçkiləri demokratik keçir"
[b]GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Azərbaycanda prezident seçkiləri demokratik keçir"[b]
Bakı. Laçın Sultanova-APA. "Azərbaycanda prezident seçkiləri çox yaxşı təşkil olunub". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə 29 saylı Səbayel seçki dairəsinin 2 saylı məntəqəsində səsvermənin gedişini izləyən GUAM-ın baş katibi Valeri Çeçelaşvili verib.
[O, seçkilərin demokratik keçdiyini, yüksək seçici fəallığını müşahidə olunduğunu vurğulayıb. Valeri Çeçelaşvili hazırda digər məntəqələrdə seçkilərin gedişini müşahidə edir. -
10-15-2008, 12:10 PMAPADünya bazarında neft daha 3% ucuzlaşıb
[b]Dünya bazarında neft daha 3% ucuzlaşıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,56 dollar və ya 3,15% enərək 1 barelə görə 78,63 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,93 dollar - 74,53 dollaradək enib. Neftin qiymətinin azalmasına əsasən ABŞ-ın fond indekslərinin düşməsi təsir göstərib. -
10-15-2008, 12:20 PMAPA58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin 3 məntəqəsində "exit-poll" keçirilir
[b]58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin 3 məntəqəsində "exit-poll" keçirilir[b]
[Hacıqabul. Əlibəy Zeynalov-APA. 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsində seçici fəallığı qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, dairə ərazisində 38 min 793 seçici qeydə alınıb. Dairədə olan 3 məntəqədə AVCİYA tərəfindən "exit-poll" keçirilir. Rayon üzrə olan məntəqələrdə 329 müşahidəçi qeydə alınıb. APA-nın əməkdaşının müşahidə apardığı 11 və 5 saylı seçki məntəqələrində Daxili Qoşunların "N" saylı Hərbi Hissəsinin əsgərləri də səs verib. Məntəqələrdə ATƏT xətti ilə 2, MDB Müşahidə Missiyasından olan 1 müşahidəçi prosesi müşahidə edir. -
10-15-2008, 12:30 PMAPAİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri cəzaçəkmə müəssisələrində keçirilən səsverməni müşahidə edib
[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri cəzaçəkmə müəssisələrində keçirilən səsverməni müşahidə edib[b]
[Bakı. Hafiz Heydərov - APA. Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində və 9 saylı Cəzaçəkmə Müəssisəsində səsvermə keçirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xətti ilə səsverməni müşahidə edən APA-nın əməkdaşının verdiyi məlumata görə, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində yaradılmış 14 saylı Əzizbəyov II seçki dairəsinin 35 saylı seçki məntəqəsində 993 məhbus qeydə alınıb. Məntəqədə səsvermə normal keçib. ATƏT müşahidəçiləri də məntəqəyə baş çəkiblər. 9 saylı Cəzaçəkmə Müəssisəsində yaradılmış 14 saylı Əzizbəyov II seçki dairəsinin 34 saylı məntəqəsində isə qeydiyyatdan keçmiş 295 məhbusdan 294-ü səs verib. Bir məhbus səsvermədə iştirakdan imtina edib. Bu Cəzaçəkmə Müəssisəsində Gəncə şəhərinin sabiq polis rəisi Natiq Əfəndiyev, ədliyyə alayının keçmiş komandiri Elmar Hüseynov, Ədliyyə Nazirliyinin sabiq baza müdiri Cavanşir Cabbarov, Respublika Prokurorluğunun keçmiş əməkdaşı Vidadi Səmədov kimi tanınmış məhbuslar saxlanılır. Səsverməni İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da müşahidə edib. O, 2 və 3 saylı cəzaçəkmə müəssisələrində də səsverməni müşahidə etdiyini və prosesin normal getdiyini bildirib. -
10-15-2008, 12:40 PMAPAABŞ-dan olan 5 müşahidəçi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində seçkiləri müşahidə edib
[b]ABŞ-dan olan 5 müşahidəçi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində seçkiləri müşahidə edib[b]
[Göyçay. Şahnəzər Bəşirov-APA. 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində prezident seçkilərini ATƏT-in xətti ilə ABŞ-dan olan 5 müşahidəçisi izləyib. Müşahidəçilər qrupunun rəhbəri Viet Mark APA-nın yerli bürosuna bildirib ki, onlar dairənin Göyçay şəhərində yerləşən 2, 3, 4, 7, 8, 12, 15, 16, dairə ərazisində olan Qaradağlar, Ərəbcəbirli, Xosrov kəndlərində yerləşən məntəqələrdə müşahidə aparıblar. Qrup rəhbəri saat 12.00-a qədər keçirilən prosesdə hər hansı qanun pozuntusu aşkarlamadıqlarını deyib. V. Mark bütün məntəqələrdə seçici fəallığı müşahidə etdiklərini bildirib. -
10-15-2008, 12:50 PMAPAAzərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası: "Əhalinin 22-25 faizi artıq səs verib"
[b]Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası: "Əhalinin 22-25 faizi artıq səs verib"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Seçki prosesində vətəndaşların fəallığı müşahidə edilir. Biz regionlarla da müntəzəm əlaqə saxlayırıq. İlkin hesablamalara görə, əhalinin 22-25 faizi artıq səsvermədə iştirak edib. Bəzi regionlardan aldığımız məlumata görə, fəallıq daha çoxdur, hətta səs vermək üçün seçicilər növbəyə düzülüblər". Bu açıqlamanı APA-ya Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı verib. O, saat 12.00-a olan məlumata görə, heç bir qanun pozuntusunu müşahidə etmədiklərini bildirib: "Seçici fəallığı yüksəkdir. Əhalinin fəallığından əlavə, diqqətimizi xırda pozuntular da cəlb edib, hazırda onları ümumiləşdiririk". -
10-15-2008, 01:00 PMAPAValeri Çeçelaşvili: "Müşahidə apardığım məntəqələrdə ciddi problemə rast gəlmədim"
[b]Valeri Çeçelaşvili: "Müşahidə apardığım məntəqələrdə ciddi problemə rast gəlmədim"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Mən 4-5 seçki məntəqəsində olmuşam. Müşahidə apardığım məntəqələrdə hər hansı ciddi problemə rast gəlmədim. Pozitiv məqamlardan biri odur ki, seçicilərin fəallığı müşahidə olunur. Seçki məntəqələrində növbələr olsa da, proses qanunauyğun keçir". APA-nın məlumatına görə, bu sözləri 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 18 saylı məntəqəsində jurnalistlərə açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O, GUAM müşahidə missiyasının 8 nəfərdən ibarət olduğunu, müşahidəçilərin 4 qrupa ayrıldığını söyləyib. V. Çeçelaşvili müşahidə üçün Bakı və Sumqayıtı seçdiklərini bildirib. -
10-15-2008, 01:10 PMAPA"Seçki 2008" QHT Koalisiyası: 35 saylı Xətai III Seçki Dairəsinin ərazisində bir müəssisədə 7 seçki məntəqəsi yerləşdirilib
[b]"Seçki 2008" QHT Koalisiyası: 35 saylı Xətai III Seçki Dairəsinin ərazisində bir müəssisədə 7 seçki məntəqəsi yerləşdirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA. "Seçki 2008" QHT Koalisiyasının cənub regionu üzrə koordinatoru Rey Kərimoğlu 70 saylı Masallı Seçki Dairəsinin 1 saylı səsvermə məntəqəsində komissiya üzvlərindən birinin təzyiqinə məruz qalıb. Koalisiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məntəqədə baş verən qarışıqlığın səbəbləri ilə maraqlanan R.Kərimoğlu burada sərt münasibətlə rastlaşıb, ona qarşı kobudluq edilib. R. Kərimoğlunun verdiyi məlumata görə, məntəqə seçki komissiyasının üzvləri seçicilərin çoxluğu üzündən normal iş şəraiti yaratmaqda çətinlik çəkib, müşahidəçilər də prosesi normal şəkildə izləyə bilməyiblər.Koalisiyasının 6 zona üzrə 59 dairəni əhatə edən koordinatorlarının saat 12.00 üçün verdiyi məlumata görə, səsvermə prosesində ajiotaja səbəb olacaq hallar müşahidə edilməyib. 59 saylı Salyan Seçki Dairəsinin 23 saylı məntəqəsində müvafiq sənədlərin divardan asılmasında qüsurlar müşahidə olunub. Dairə üzrə koordinatorlardan daxil olan məlumatlara görə, bir sıra seçki dairəsində fəallıq müşahidə edilsə də, bəzi dairələrdə hələ də ciddi aktivlik müşahidə edilmir. Müşahidəçilərin verdiyi məlumata görə, 121 saylı Laçın Seçki Dairəsində müşahidə aparılan dairələr arasında ən aşağı fəallıq qeydə alınıb. 35 saylı Xətai III Seçki Dairəsinin əksər məntəqələrində təşkilati işlər qaydasında deyil, hətta bir müəssisədə 7 məntəqənin yerləşdirilməsi halı mövcuddur. -
10-15-2008, 01:20 PMAPAEstoniyalı hüquq müdafiəçisi: "Azərbaycanda seçicilər öz vəzifələri barədə daha çox məlumatlıdır"
[b]Estoniyalı hüquq müdafiəçisi: "Azərbaycanda seçicilər öz vəzifələri barədə daha çox məlumatlıdır"[b]
[Bakı. Laçın Sultanova-APA. "Azərbaycanda seçicilər öz vəzifələri barədə daha çox məlumatlıdır. Prezident seçkiləri sakit və normal keçir". Bu açıqlamanı APA-ya prezident seçkilərini izləmək üçün Bakıya gəlmiş Estoniya qeyri-hökumət təşkilatının üzvü, hüquq müdafiəçisi Tomas Alatolu verib. Azərbaycanda bundan əvvəl iki dəfə seçkilərin gedişini izlədiyini deyən Tomas Alatolu 2003-cü il prezident seçkiləri və 2005-ci il parlament seçkilərində ölkəmizə AŞ PA və ATƏT-in müşahidə missiyalarının tərkibində gəldiyini deyib: "Mən 3 dəfə Estoniya parlamentinin üzvü olmuşam, hazırda isə qeyri-hökumət təşkilatının nümayəndəsi kimi müşahidəçilik aparıram. Yerli müşahidəçilər arasında gənclərin olması təqdirəlayiq haldır. Bu o deməkdir ki, siyasi partiyalar gənc resurslara malikdirlər". Artıq bir neçə seçki məntəqəsində olduğunu və heç bir pozuntu ilə rastlaşmadığını söyləyən Tomas Alatolu Avropada yüksək seçici aktivliyinin səhər saatlarında olduğunu, Azərbaycanda isə bu aktivliyin nahardan sonra qeydə alındığını bildirib: "Bunu şəxsi müşahidələrimə görə deyirəm. Yəqin bu, sizin millətə xas xüsusiyyətdir". -
10-15-2008, 01:30 PMAPAAzərbaycanın Salyan rayonu ərazisində baş verən yol qəzasında 8 nəfər ölüb - YENİLƏNİB
[b]Azərbaycanın Salyan rayonu ərazisində baş verən yol qəzasında 8 nəfər ölüb - YENİLƏNİB[b]
Salyan. Əlibəy Zeynalov-APA. Oktyabrın 14-dən 15-ə keçən gecə Ələt-Astara yolunun 83-cü kilometrliyində Salyan rayonu ərazisində 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
[APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Salyan rayonu Şorsulu kənd sakini, 1987-ci il təvəllüdlü İsgəndərov İlkin Sədyar oğlunun idarə etdiyi VAZ-2107 markalı 52 BE 333 dövlət nömrə nişanlı və Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkün 1963-cü il təvəllüdlü Məmmədov Nizami Amin oğlunun idarə etdiyi VAZ-21011 markalı, 14 BA 261 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Məlumata görə, hər iki sürücü, eyni zamanda VAZ-2107-nin sərnişinləri Şorsulu kənd sakinləri 1981-ci il təvəllüdlü İsgəndərov Teymur Sərəncam oğlu, 1984-cü il təvəllüdlü İsgəndərov Elnur Füzuli oğlu, 1987-ci il təvəllüdlü Hümbətov Ramin Gülməmməd oğlu, 1991-ci il təvəllüdlü İsgəndərov Ağakərim Bəylər oğlu, VAZ-21011-in sərnişinləri Cəlilabad rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev Akif Zülfüqar oğlu və 1990-cı il təvəllüdlü Ağayev Hənifə Taleh oğlu ölüblər. -
10-15-2008, 01:50 PMAPAAzərbaycanda prezident seçkiləri - FOTOSESSIYA
Azərbaycanda prezident seçkiləri - FOTOSESSIYA

10-15-2008, 02:00 PMAPABeynəlxalq müşahidəçilər 73 saylı Lənkəran Seçki Dairəsinin məntəqələrində indiyə qədər pozuntulara rast gəlmədiklərini bildiriblər
[b]Beynəlxalq müşahidəçilər 73 saylı Lənkəran Seçki Dairəsinin məntəqələrində indiyə qədər pozuntulara rast gəlmədiklərini bildiriblər[b]
[Lənkəran-Ağəddin Babayev-APA. 73 saylı Lənkəran Şəhər Seçki Dairəsinin məntəqələrində müşahidə aparan beynəlxalq müşahidəçilər səsvermə başlanandan qanun pozuntularına rast gəlmədiklərini bildiriblər. Dairə ərazisində prosesi izləyən MDB Müşahidə Missiyasının üzvü Nikolay Şumski və ATƏT müşahidəçiləri Musabəy Pelin, Xose Luis Merenat, Botagöz Əbilova APA-nın əməkdaşına səsvermə prosesinin indiyə qədər normal keçdiyini deyiblər.Qeyd edək ki, 73 saylı Seçki Dairəsinin 10 məntəqəsində veb-kamera quraşdırılıb. -
10-15-2008, 02:10 PMAPABakı sakini İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulub
[b]Bakı sakini İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehriban Tağıyeva tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Tağıyeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədi ilə qadınları Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirir. -
10-15-2008, 02:20 PMAPASergey Lebedev: "MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq"
[b]Sergey Lebedev: "MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq"[b]
[Bakı. Laçın Sultanova-APA. "MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində əlbəttə ki, dəyişikliklər olacaq". Bu açıqlamanı APA-ya Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev verib. O, Gürcüstan MDB-dən çıxdıqdan sonra qeyd olunan sahədə problemlərin çox güman ki, ikitərəfli əsasda həll olunacağını bildirib. S. Lebedev xatırladıb ki, Bişkekdə keçirilən MDB XİN Şurasının və MDB dövlət başçıları Şurasının iclaslarında Gürcüstanın qurumdan çıxmaq qərarı təəssüflə qarşılanıb: "Toplantılarda bildirilib ki, Gürcüstan rəhbərliyi MDB-yə yenidən daxil olmaq barədə qərar versə, qurumun qapıları onun üçün həmişə açıq olacaq. Gürcüstan MDB-də çox da vacib yer tutmayıb və tutmur. Bu qərarın neqativ nəticələri ilə yalnız Gürcüstan əhalisi üzləşə bilər". -
10-15-2008, 02:30 PMAPAMixail Krotov: «Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər»
[b]Mixail Krotov: «Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər»[b]
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda səfərdə olan MDB-nin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov bu gün Azərbaycanda keçirilən prezident seçkiləri çərçivəsində müşahidəçi qismində bir neçə seçki məntəqəsində olub.
[M.Krotov APA-ya açıqlamasında bildirib ki, Assambleyanın komissiyasına 7 ölkənin parlamentini təmsil edən 33 müşahidəçi daxildir. Komissiyaya Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova başçılıq edir.M.Krotov Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirib: «Azərbaycandakı seçkilər çox şəffafdır, proses olduqca sakit gedir. Bu sakitlik ölkə üçün yalnız müsbət bir amildir, buradakı sabitliyin göstəricisidir. Seçkilər azad və ədalətli keçirilir»Baş katibin sözlərinə görə, bu ilin avqust ayının 1-dən etibarən MDB-nin Parlamentlərarası Assambleyası nəzdində Demokratiya, Parlamentarlıq, İnsan Haqlarının Qorunmasının İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun Bakıda filialı fəaliyyətə başlayıb. Və artıq bu, sadəcə uzunmüddətli bir monitorinq deyil, daimi əsaslarla ölkədə olan və respublikada demokratiyanın inkişafını araşdıran bir qrupdur. Xatırladaq ki, avqustun 1-dən müşahidəçilər Azərbaycanın Bakı, Gəncə şəhərləri və Quba rayonunda monitorinqə başlayıb, bir neçə aralıq hesabatının təqdimatı keçirib.«Müşahidəçilər bugünkü seçkilərin beynəlxalq standartlara uyğunluğunu təhlil ediblər, həmçinin əvvəlki seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin iradları nəzərə alınıb. Seçki Məcəlləsində əsas 9 prinsipial məsələ öz əksini tapıb, o cümlədən, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ, seçici siyahılarının şəffaflığı, şikayət etmə prosedurasının sadələşdirilməsi və s. prinsipial məqamlar nəzərə alınıb. Seçki inzibatçılığının ən yüksək demokratiya qanunlarına cavab verməsi üçün bütün addımlar atılıb. Biz qeyd edirik, həm seçki komissiyalarının formalaşdırılması, namizədlərin qeydiyyatı mərhələsində, həm də bilavasitə seçkiqabağı kampaniyasının keçirilməsi mərhələsində qanunun bütün tələblərinə riayət olunub, rəqabətli seçkilər keçirilir, yaradılmış şərait isə idealdır», - deyə M.Krotov bildirib.Baş katib həmçinin vurğulayıb ki, seçki məntəqələrinin 10%-də real vaxt rejimində işləyən veb-kameralar quraşdırılıb və bu yenilik demokratik seçkilərin keçirilməsinə imkan yaradır, məntəqələrdə isə yüksək seçici fəallığı müşahidə olunur. M.Krotov həmçinin məntəqələrdə apardığı müşahidələrlə bağlı öz təəssüratları ilə də bölüşüb: «Seçki məntəqələri vaxtında açılıb, seçki qutuları, hər şey qaydalara uyğun, müşahidəçilərin iştirakı ilə möhürlənib. Düzdür, bəzi iradlarımız da olub. Lakin bunlar ərazi seçki komissiyalarına deyil, bizim həmkarlarımız olan ATƏT-in beynəlxalq müşahidəçiləri ilə bağlı olub. Gizli səsvermə zamanı ATƏT-in bir xanım müşahidəçisi pərdəni çəkərək seçicinin səsvermə kamerasında nə etdiyinə baxıb. Belə olmaz. Bu, gizli səsvermənin keçirilməsi qaydasına ziddir. Müşahidəçi səsverməyə mane olmamalıdır və seçki prosesinə qarışmaq haqqı yoxdur. Bundan başqa, bəzi yerlərdə «exit-poll»lar məntəqələrə çox yaxın aparılır. Bizim bütün iradlarımız nəzərə alınıb». Lakin baş katib bu cür çatışmazlıqları kiçik texniki məqamlar kimi qiymətləndirib: «Sözsüz ki, bunlar seçki təşkilatçılarının qüsuru sayıla bilməz. Bu gün Azərbaycan hətta digər ölkələrə demokratiya dərsi keçə bilər».Sonda M.Krotov vurğulayıb ki, missiyanın apardığı müşahidələrin yekunu sabaha planlaşdırılan mətbuat konfransında açıqlanacaq. Bu məqsədlə MDB-nin adından ümumi sənəd hazırlanacaq. -
10-15-2008, 02:50 PMAPA"Seçki 2008" QHT Koalisiyası: Saat 12.00-a bəzi dairələrdə seçici fəallığı 40 faizə çatıb
[b]"Seçki 2008" QHT Koalisiyası: Saat 12.00-a bəzi dairələrdə seçici fəallığı 40 faizə çatıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Bir sıra Seçki Dairəsində seçici fəallığı müşahidə olunur. "Seçki 2008" QHT Koalisiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidəçilərinin saat 14.00 üçün təqdim etdiyi məlumatlarda bildirilir ki, Koalisiyanın əhatə etdiyi 59 seçki dairəsi üzrə səs verənlərin sayı saat 12.00 üçün 31,7 faiz olub. Bəzi dairələrdə isə fəallıq hətta 40 faizə çatıb (13 saylı Əzizbəyov (34,1), 67 saylı Cəlilabad (35%), 125 saylı Qubadlı-Zəngilan (38%), 41 saylı Sumqayıt (40%), 39 saylı Gəncə (Kəpəz) (35,3%), 95 saylı Tərtər (38,7%), 49 saylı Yevlax-Mingəçevir (37,1%) və s.), bəzi dairələrdə isə bu rəqəm 30 faizdən az olub (43 saylı Sumqayıt (21,8), 19 saylı Nərimanov (20,99), 25 saylı Nizami (22%), 27 saylı Sabunçu (25%) və s.). Ümumilikdə prosesin normal getdiyi, hər hansı diqqət çəkən ciddi halların baş vermədiyi müşahidə edilib. -
10-15-2008, 03:00 PMAPABolqarıstanlı və litvalı müşahidəçilər seçici fəallığından razı qalıblar
[b]Bolqarıstanlı və litvalı müşahidəçilər seçici fəallığından razı qalıblar[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Viktor Paparazov Azərbaycandakı prezident seçkilərinin gedişinə münasibət bildirib. APA-nın xəbərinə görə, V. Paparazov seçici fəallığının yüksək olduğunu, hər hansı pozuntuya rast gəlmədiyini deyib. O, Azərbaycanda seçkilərin təşkili və keçirilməsində ciddi irəliləyişlər olduğunu vurğulayıb. Litvalı müşahidəçi Vastis Kudaytis də seçicilərin aktivliyini xüsusi qeyd edib. O, hər hansı qanun pozuntuları müşahidə etmədiyini söyləyib. -
10-15-2008, 03:10 PMAPAAzərbaycan Mərkəzi Seçki Komissiyasının sədri rusiyalı həmkarı ilə görüşüb
[b]Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri rusiyalı həmkarı ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıda səfərdə olan Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov bu gün Azərbaycan MSK-nın sədri Məzahir Pənahovla görüşüb. MSK-nın nəzdində Müstəqil Mətbuat mərkəzindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov seçkilərə hazırlıq, səsvermənin gedişi və digər məsələlər barədə qonağa məlumat verib.V. Çurov seçkilərə hazırlığın səviyyəsini və seçicilərin fəallığını yüksək qiymətləndirib.Görüşdə Azərbaycan və Rusiya MSK-ları arasında 2000-ci ildə imzalanmış memorandum əsasında əməkdaşlığın daha da genişləndirilməsi, seçki praktikası və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi, eləcə də digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. -
10-15-2008, 03:20 PMAPAAzərbaycan prezidentliyinə namizəd Fazil Qəzənfəroğlu səs verib
[b]Azərbaycan prezidentliyinə namizəd Fazil Qəzənfəroğlu səs verib[b]
Bakı. Elnur Hüseynquluyev - APA. Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu 27 saylı Sabunçu II Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində xanımı ilə birlikdə səs verib.
[APA-nın müxbirinin məlumatına görə, səsvermədən sonra jurnalistlərə açıqlama verən F. Qəzənfəroğlu seçki prosesinin pozuntusuz keçdiyini bildirib və xalqın normal fəallıq nümayiş etdirdiyini deyib.«Seçki cəmiyyətin gələcəyi üçün olduqca vacib bir məsələdir. Biz elə etməliyik ki, bu seçki Azərbaycanda ciddi, demokratik inkişaf prosesinin başlanğıcı kimi yadda qalsın. Ümid edirəm ki, xalqın iradəsi bu gün öz hədəfini tapacaq, xalqın dəstəklədiyi insanlar layiq olduğu yeri tutacaq», - deyə prezidentliyə namizəd vurğulayıbF. Qəzənfəroğlu seçkilərdə öz şansını yüksək qiymətləndirib: «Mən öz şansımı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, xalqdan normal dəstək alsam, ikinci tura yüksəlmək şansım olacaq. Amma bütün nəticələr Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin xeyrinə olacaq».Məntəqədə seçkinin gedişini 10 yerli müşahidəçi izləyir. Qeyd edək ki, bu gün həm də F. Qəzənfəroğlunun doğum günüdür. -
10-15-2008, 03:30 PMAPAQulamhüseyn Əlibəylinin seçki qərargahı səsvermə zamanı yol verilmiş qanun pozuntuları haqqında məlumat yayıb
[b]Qulamhüseyn Əlibəylinin seçki qərargahı səsvermə zamanı yol verilmiş qanun pozuntuları haqqında məlumat yayıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin müşahidəçiləri bir sıra məntəqələrdə müəyyən problemlər aşkarlayıblar. Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, 84 saylı Füzuli Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində polis QHT nümayəndəsinin məntəqəyə daxil olmasına imkan verməyib. 34 saylı Xətai II Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində Q. Əlibəylinin nümayəndəsi Siyavuş Cəfərov məntəqəyə buraxılmayıb. Bundan başqa, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsinin 3 və 4 saylı məntəqələrində müşahidəçilərin məntəqəyə daxil olmasına maneçilik törədilib: "Hələlik ən çox müşahidə olunan problem seçici siyahıları ilə bağlıdır. Bu tendensiya daha çox Bakı və Gəncədə müşahidə olunur».Qərargahdan bildirilib ki, 25 saylı Nizami II Seçki Dairəsinin 25 və 26 saylı məntəqələrində seçici fəallığı hiss edilir, 28 və 29 saylı məntəqələrdə isə fəallıq nisbətən aşağıdır. 34 saylı Xətai II Seçki Dairəsinin 11, 12, 13 və 14 saylı məntəqələrində seçki fəallığı saat 12:00-dək normal olub. 12.00-dən sonra isə nisbətən zəifləyib.Q. Əlibəylinin Qərb zonası üzrə səlahiyyətli nümayəndəsi Nizami Quliyev Qazax, Ağstafa və Tovuz rayonlarında səsvermənin normal getdiyini, seçici fəallığının hiss edildiyini bildirib. -
10-15-2008, 03:40 PMAPAMaarifçi Gənclər Təşkilatı: Ölkədə seçki fəallığı 45%-i keçib
[b]Maarifçi Gənclər Təşkilatı: Ölkədə seçki fəallığı 45%-i keçib[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan prezidentliyinə keçirilən seçki prosesini müşahidə edən Maarifçi Gənclər Təşkilatının qiymətləndirməsinə görə, ölkədə seçki fəallığı artıq 45%-i keçib. Təşkilatın sədri Eldar Aslanov APA-ya bildirib ki, yaxın 1-2 saat ərzində bu göstəricinin 50%-ə yaxınlaşacağı gözlənilir. Qurum sədri MGT-nin nəticələrinin "exit-poll" keçirən təşkilatların qiymətləndirmələri ilə uyğun gəldiyini söyləyib.E. Aslanovun sözlərinə görə, seçki məntəqələrində seçicinin öz adını siyahıda tapmaması halları yenə də qeydə alınır, müşahidəçilər arasında kiçik narazılıqlar yaranır. Buna baxmayaraq, seçki prosesi əvvəlki seçkilərdən demokratik və şəffaf keçir.Qeyd edək ki, MGT-nin 2700 müşahidəçisi seçki məntəqələrinin 60 faizə yaxınında seçki prosesini izləyir. -
10-15-2008, 03:50 PMAPAPrezidentliyə namizədlərin səs verməsi - FOTOSESSİYA
[b]Prezidentliyə namizədlərin səs verməsi - FOTOSESSİYA[b]

10-15-2008, 04:00 PMAPAGünorta saatlarına kimi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının 22 faizi səsvermədə iştirak edib
[b]Günorta saatlarına kimi Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının 22 faizi səsvermədə iştirak edib[b]
[Ankara. Zaur Həsənov-APA. Azərbaycanın Türkiyədəki səfirliyində yaradılmış seçki məntəqəsində səsvermədə iştirak etmək üçün 560 soydaşımız qeydiyyatdan keçib. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun APA-ya verdiyi məlumata görə, günorta saatlarına kimi bu seçicilərin 128 nəfəri səsvermədə iştirak edib. Səfir səsverməyə qatılan seçicilərin sayının az olmasını Türkiyədə iş günü olması və tələbələrin dərsdə olması ilə izah edib. O, seçici fəallığının Bakı vaxtı ilə 18.00 radələrindən sonra artacağının gözlənildiyini deyib. Qeyd edək ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının prezident seçkilərində iştirakını təmin etmək məqsədilə Ankaradakı səfirliyimiz və İstanbuldakı konsulluğumuzda seçki məntəqələri yaradılıb. Səfirlikdə fəaliyyət göstərən 6 nəfərdən ibarət seçki komissiyasına professor, skripka ustası Sərvər Qəniyev rəhbərlik edir. -
10-15-2008, 04:10 PMAPAProkuror aldığı güllə yarasından keçinib
[b]Prokuror aldığı güllə yarasından keçinib[b]
[Dnepropetrovsk - APA. Ukraynanın Dnepropetrovsk vilayətinin prokuroru Vladimir Şuba bu gün keçirilən təlim zamanı aldığı güllə yarasından keçinib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, insident odlu silahla ehtiyatsız istifadə nəticəsində baş verib. Ürək nahiyəsindən güllə yarası alan V. Şubanın həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyinin vilayət idarəsi faktla bağlı araşdırma aparır. -
10-15-2008, 04:20 PMAPAAntalya - Sankt-Peterburq təyyarəsinin qaçırılmasına cəhd edilib
[b]Antalya - Sankt-Peterburq təyyarəsinin qaçırılmasına cəhd edilib[b]
[Ankara - APA. Bu gün Türkiyənin Antalya şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan Türk Hava Yollarına məxsus "Airbus A320" tipli sərnişin təyyarəsinin qaçırılmasına cəhd göstərilib. APA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxdıqdan bir qədər sonra sərnişinlərdən biri üzərində bomba olduğunu bildirərək təyyarəni qaçırmağa cəhd edib. Lakin o, digər sərnişinlər tərəfindən zərərsizləşdirilib. İçində 2 Türkiyə və 165 Rusiya vətəndaşı olan təyyarə yoluna davam edib.