[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 17,60
Azərbaycan Xəbərləri
Printable View

10-06-2008, 10:20 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri

10-06-2008, 10:30 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Bakı. APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 09.20-dən 09.25-dək və oktyabrın 6-da saat 00.40-dan 00.55-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 13.10-dan 13.20-dək, 14.45-dən 17.45-dək, 19.20-dən 22.50-dək və oktyabrın 6-da saat 02.25-dən 02.45-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.10-dan 02.20-dək və 05.40-dan 05.45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-06-2008, 10:50 AMAPAPiter Semnebinin Azərbaycana səfəri başlayıb
[b]Piter Semnebinin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Laçın Sultanova-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda səfərdədir.
[APA-nın məlumatına görə, P. Semnebini Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək, bundan başqa, xüsusi nümayəndə müxtəlif görüşlər keçirəcək.Qeyd edək ki, səfərin məqsədi Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyətlə yaxından tanış olmaqdır. -
10-06-2008, 11:00 AMAPAPrezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüşüb
[b]Prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüşüb[b]
[Şirvan. Əlibəy Zeynalov - APA. Oktyabrın 5-də Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüş keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, görüşdə Fazil Mustafayev seçicilərə seçki platforması barədə məlumat verib, onların suallarını cavablandırıb. Namizədin çıxışı, əsasən, Azərbaycanın neft ölkəsindən rifah ölkəsinə çevrilməsi ruhunda olub. Görüşü ATƏT nümayəndələri də müşahidə edib. -
10-06-2008, 11:10 AMAPAAzərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib
[b]Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib[b]
Bakı. Hafiz Heydərov-APA. Bakıda dəhşətli qətl hadisəsi baş verib. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, qardaş bacısından nişanını qaytarmağı tələb etdiyi üçün gələcək kürəkəni tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
[Abşeron rayon sakini, 1982-ci təvəllüdlü Malik Zahidov nişanlısının qardaşını, Əmircan sakini, 1984-cü il təvəllüdlü İlqar Mehrəliyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən M. Zahidov aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Faktla bağlı Qaradağ RP-da Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-06-2008, 11:20 AMAPAKürdəmirdə baş verən yol qəzasında 81 yaşlı piyada ölüb
[b]Kürdəmirdə baş verən yol qəzasında 81 yaşlı piyada ölüb[b]
[Kürdəmir- Şahnəzər Bəşirov- APA. Dünən saat 19.00 radələrində Kürdəmir rayonunun Topal Həsənli kəndi ərazisində ölümlə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində rayonun Şıxımlı kənd sakini 1969-cu il təvəllüdlü İbrahimov Azad Əlövsət oğlunun idarə etdiyi 35-BY-331 dövlət nömrə nişanlı VAZ-21-011 markalı avtomobili Topal Həsənli kənd sakini 1927-ci il təvəllüdlü Şirəliyev Böyükağa Hacıqulu oğlunu vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. -
10-06-2008, 11:30 AMAPABakıda 17 yaşlı gənci maşın vurub
[b]Bakıda 17 yaşlı gənci maşın vurub[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində baş verib. 1962-ci ilk təvəllüdlü Arif Surxay oğlu Məmmədov idarə etdiyi VAZ-21-093 markalı 10-EG-660 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Zeynalovu vurub. O. Zeynalov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır. -
10-06-2008, 11:40 AMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-06-2008, 11:50 AMAPATürkiyədə avtobusun qəzaya uğraması nəticəsində yaralanan 35 sərnişindən 12-si Azərbaycan vətəndaşıdır
[b]Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində yaralanan 35 sərnişindən 12-si Azərbaycan vətəndaşıdır[b]
Bakı. Laçın Sultanova - APA. Ankaradan İstanbula gedən "İqdırlılar" firmasına məxsus sərnişin avtobusunun Düzcə rayonunda qəzaya uğraması nəticəsində yaralanmış 35 nəfər arasında 12 Azərbaycan vətəndaşı var.
[Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib. Səfirin sözlərinə görə, həmvətənlərimizin əksəriyyəti ilk tibbi yardımdan sonra buraxılıblar. Qeyd edək ki, hadisə dünən baş verib. "İqdırlılar" firmasına məxsus sərnişin avtobusunun "Jeep" markalı avtomaşınla toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi uçuruma yuvarlanıb. Hələlik qəzada yaralananlardan 13-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Artıq xəsarət almış azərbaycanlılardan üçünün adı açıqlanıb. Bunlar Firəddin Səfərov, Məhərrəm Məhərrəmov və Hikmət Seyidovdur. Xəsarət almış digər soydaşlarımızın kimliyi dəqiqləşdirilir. -
10-06-2008, 12:00 PMAPAPrezidentliyə namizəd İlham Əliyevin vəkilləri Göyçayda seçicilərlə görüşüblər
[b]Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Göyçayda seçicilərlə görüşüblər[b]
[Göyçay. Zahid Abışov - APA. Dünən Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, Göyçay şəhər stadionunda keçirilən görüşdə İlham Əliyevin vəkilləri - Milli Məclis üzvləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Sabir Hacıyev və "İrəli" Gənclər Hərəkatının sədri Ceyhun Osmanlı iştirak edib. Görüşdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. İlham Əliyevin vəkilləri Göyçay rayonunun bir sıra kəndlərində də seçicilərlə görüşüblər. -
10-06-2008, 12:10 PMAPAƏbülfəs Qarayev: "AŞ PA Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasının vahid tərkibdə təşkil olunmasında israr edirik"
[b]Əbülfəs Qarayev: "AŞ PA Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasının vahid tərkibdə təşkil olunmasında israr edirik"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyası Azərbaycana səfər etməyi planlaşdırır. Biz əvvəlki kimi missiyanın vahid tərkibdə təşkil olunmasında israr edirik". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Onun sözlərinə görə, Azərbaycan ölkəmizə, işğal altında olan ərazilərə və Ermənistana səfər edəcək missiyanın eyni tərkibdə olmasını istəyir. Əbülfəs Qarayev bildirib ki, Ermənistanda islam mədəni abidələrinin dağıdılmasına dair Azərbaycan tərəfdə faktlar mövcuddur: "Hazırda tərəflərə alternativ missiya variantları təklif olunur, bu, missiyanın müxtəlif vaxtlarda hər bir regiona səfər etməsi deməkdir. Bu variant bizi qane etmir, çünki missiyanın tərkibində dəyişiklik ola bilər və nəticədə müxtəlif fikirlər meydana çıxar". Nazir bildirib ki, Ermənistanın səfərlə bağlı hər dəfə yeni təklif irəli sürməsi bu missiyanın həyata keçirilməsi üçün problemlər yaradır: "Missiyanın baş çəkəcəyi abidələrin siyahısı hələ dəqiqləşdirilir, problem ondadır ki, Ermənistan tərəfi bu prosesi uzadır. Bununla belə, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun missiyasını qəbul etməyə hazırdır". -
10-06-2008, 12:20 PMAPAİKT Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək
[b]İKT Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. İslam Konfransı Təşkilatının Gənclər Forumu qurumun təhsil nazirlərinin konfransında bir sıra təşəbbüslər irəli sürəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə forumun baş katibi Elşad İsgəndərov məlumat verib. Onun sözlərinə görə, İKT Gənclər Forumu quruma üzv ölkələrin dərs kitablarına Xocalı faciəsi haqqında fəslin daxil edilməsi təşəbbüsünü irəli sürəcək. Bundan başqa forum İKT ölkələrində Xocalı faciəsinin anılması məsələsinə dair kurs təşkil etmək niyyətindədir. BU konteksdə digər təşəbbüs İKT regionunda Xocalı faciəsinin anım gününün təyin olunması ilə bağlıdır. Qeyd olunan təşəbbüslərlə bağlı layihələr 2009-2012-ci illərdə həyata keçiriləcək. -
10-06-2008, 12:30 PMAPAAzərbaycanın dörd futbolçusu "Real" klubuna cəlb olunacaq
[b]Azərbaycanın dörd futbolçusu "Real" klubuna cəlb olunacaq[b]
AFFA rəhbərliyi "kral klubu" ilə qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün Madridə yollanacaq
[Bakı. Mehman Süleymanov - APA-SPORT. AFFA rəhbərliyi Madridin "Real" klubu ilə qarşılıqlı əməkdaşlıqla bağlı danışıqlar aparıb. "APA-SPORT"un assosiasiyanın rəsmi İnternet saytına istinadən məlumatına görə, 17 yaşlılardan ibarət yığmamızın 4 üzvü "kral klubu"nun eyniyaşlı komandasında bir aylıq təlim-məşq toplanışı keçəcək.Yaxın günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov, U-17 və U-21-in baş məşqçisi, həmçinin ali futbol qurumunun texniki direktoru Bernard Lippert və hüquqşünas Rəmiş Malıyev "Real"la əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün İspaniyaya səfərə yollanacaqlar. Madrid komandasında təlim-məşqdə olacaq futbolçulardan ikisi isə bir aylıq toplanış başa çatdıqdan sonra "Real"ın məşqçilərinin seçiminə əsasən, klubun 17 yaşlılardan ibarət komandasına cəlb ediləcək. Bununla bağlı bütün xərclər ispaniyalılar tərəfindən ödəniləcək.Qeyd edək ki, U-17 yığmamız bu il sentyabrın 17-də Madriddə "Real"la keçirdiyi yoldaşlıq görüşündə 3:2 hesablı qələbə qazanmışdı. -
10-06-2008, 12:40 PMAPAAzərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb
[b]Azərbaycan Dövlət Neft Şirkətinin REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol» şirkəti alıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi oktyabr ayının 29-30-da Rusiyanın Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair elan etdiyi marketinq sorğusunun nəticələrini açıqlayıb. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Oktyabrın 3-də yekun vurulmuş sorğunun nəticələrinə əsasən, İsveçrənin «Vitol S.A.» şirkəti qalib elan olunub.Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk neft kəməri ilə xam neftin ixracına 1997-ci ildə başlayıb. Bu marşrutla ARDNŞ-in hasil etdiyi xam neft ixrac olunur. Neft kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində rusiyalı ixracatçıların neftinə qarışır və Novorossiysk limanından Urals (Rusiya xam neft növü) markası altında satılır. -
10-06-2008, 12:50 PMAPAAzərbaycanda keçirilən sonuncu pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb
[b]Azərbaycanda keçirilən sonuncu pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən oktyabrın 2-də keçirilən 481-ci pul hərracında iki səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dən məlumat verilib.Hərracda səhmləri satılmış təşkilatlar «Kürdəmir Broyler» və «Qusar Konserv» səhmdar cəmiyyətləridir.Səhmdar cəmiyyətlərinin məcmu nizamnamə kapitalı 2 848 511 manat, buraxılmış səhmlərinin ümumi sayı 1 592 578 ədəd, bir səhminin nominal qiyməti 2 manat, satışa çıxarılmış səhmlərinin sayı 267 179 ədəd, satışa çıxarılmış səhmlərin nominal dəyəri 534 358 manat, satışa çıxarılmış səhmlərin ilkin hərrac qiyməti isə 267 179 manat təşkil edib. Hərraca çıxarılmış bütün səhmlər satılıb. -
10-06-2008, 01:00 PMAPAKürdəmirdə baş verən yol qəzasında üç nəfər ölüb
[b]Kürdəmirdə baş verən yol qəzasında üç nəfər ölüb[b]
[Kürdəmir- Şahnəzər Bəşirov-APA Ötən gecə saat 22.30 radələrində Bakı-Qazax magistral yolunun Ağsu-Kürdəmir-İmişli yolu ilə kəsişməsində baş verən yol qəzasında 3 nəfər ölüb. Kürdəmir rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, Cəbrayıl rayonundan olan məcburi köçkün, hazırda Biləsuvar rayonundakı qaçqın şəhərciyində yaşayan 1970-ci il təvəllüdlü Hacıyev Arif Mürsəl oğlunun idarə etdiyi 02-BC-230 dövlət nömrə nişanlı VAZ-21-011 markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən Türkiyənin Koçeli- İzmit şəhər sakini, 1952-ci il təvəllüdlü Kinc Osman Mehmet oğlunun idarə etdiyi 34-YJ-4840 nömrə nişanlı "Volvo" markalı qoşqulu yük avtomaşını ilə toqquşub. Nəticədə VAZ-21-011 markalı avtomobilin sürücüsü A. Hacıyev və onun sərnişinləri Göyçay rayonu Çərəkə kənd sakini 1984-cü il təvəllüdlü Əhmədov Elmir Oqtay oğlu, 1966-cı il təvəllüdlü Bakı şəhəri Biləcəri qəsəbə sakini İsmayılov Roman Ümidvar oğlu hadisə yerində ölüblər. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. -
10-06-2008, 01:10 PMAPAVakant dövlət qulluğu vəzifələri ilə bağlı elan edilən müsahibə üzrə sənəd qəbulu başa çatıb
[b]Vakant dövlət qulluğu vəzifələri ilə bağlı elan edilən müsahibə üzrə sənəd qəbulu başa çatıb[b]
[Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən sentyabrın 11-də elan edilən müsahibəyə təqdim edilən 198 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyada 106 namizəd qeydə alınıb. Onlardan 17-si qadın, 89-u isə kişidir. Qeyd olunub ki, 14 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarını əhatə edən bu vəzifələrdən 69,19 faizi üç dövlət orqanı üzrədir. Müsahibədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 70, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 38, Dövlət Sosial Müdafiə Fondu isə 29 vakant vəzifə ilə iştirak ediblər. Müsahibədə iştirak etmək üçün ən çox namizəd Mədəniyyət və Turizm Nazirliyi (3 vakant yerə qarşı 7 namizəd), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (8 vakant yerə qarşı 13 namizəd) və İqtisadi İnkişaf Nazirliyi (18 vakant yerə qarşı 20 namizəd) üzrə qeydə alınıb. Bu dövlət orqanları üzrə bir vakant yerə sənəd verən namizədlərin sayı müvafiq olaraq 2.33, 1.63 və 1.11 olub. Müsahibədə 1 vakant vəzifə ilə iştirak edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Dəniz Administrasiyası üzrə heç bir namizəd qeydə alınmayıb. -
10-06-2008, 01:20 PMAPAÖtən ay Azərbaycanın 1 695 875 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
[b]Ötən ay Azərbaycanın 1 695 875 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Cari ilin sentyabr ayı ərzində Azərbaycanın 1 695 875 kv/m ərazisi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, təmizləmə əməliyyatları nəticəsində 15 101 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 339 nəfər, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. ANAMA tərəfindən indiyədək ümumilikdə 75 109 944 kv/m ərazi təmizlənib və 343 932 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd, Ağstafa rayonlarında və Bakı şəhəri Qaradağ rayonunda aparılır. Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.Qeyd edək ki, 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə 101 hadisədə 57 nəfər həlak olub, 137 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. -
10-06-2008, 01:30 PMAPAANAMA İsveçdən minatəmizləmə təlimlərində istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb
[b]ANAMA İsveçdən minatəmizləmə təlimlərində istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb[b]
[Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) İsveçdən minatəmizləmə mütəxəssisləri üçün keçirilən təlimlər zamanı istifadə olunan xüsusi «D-MİNE» elektron sistemi alıb. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. Agentliyin nümayəndələri ötən ay İsveçə səfəri çərçivəsində «D-MİNE» sistemlərinin istehsalçısı olan «Arne Nordstroms Mexanikal» şirkəti ilə danışıqlar aparılıb və sistemin alğı-satqısına dair razılıq əldə olunub.Hazırda «D-MİNE» sisteminin təlim prosesinə inteqrasiyası başlanıb. ANAMA-da hesab edirlər ki, sistemin istifadəsi əməliyyatlar zamanı minatəmizləmə heyətinin təhlükəsizlik səviyyəsini artıracaq və bununla əməliyyatların daha da məhsuldar olmasına köməklik göstərəcək. -
10-06-2008, 01:40 PMAPAQənimət Zahidin 1 saylı İstintaq Təcridxanası ilə bağlı iddiası təmin olunmayıb
[b]Qənimət Zahidin 1 saylı İstintaq Təcridxanası ilə bağlı iddiası təmin olunmayıb[b]
[Bakı-APA. Bu gün Səbayel Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin 1 saylı İstintaq Təcridxanasına qarşı qaldırdığı 300 səhifədən çox əlyazmalarının qaytarılması iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, məhkəmə Q. Zahidin iddiasının təmin olunmaması barədə qərar qəbul edib .Baş redaktorun vəkili Elçin Sadıqov APA-ya açıqlamasında qərardan apellyasiya şikayəti verəcəyini deyib. Qeyd edək ki, Q. Zahid iddiasında ona məxsus 300 səhifəlik əlyazmalarının təcridxana rəhbərliyi tərəfindən məhv edildiyini bildirib. -
10-06-2008, 01:50 PMAPAAzərbaycanda 80 il istismarda olan elektrik stansiyası satışa çıxarılıb
[b]Azərbaycanda 80 il istismarda olan elektrik stansiyası satışa çıxarılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Çiçəkli Su Elektrik Stansiyası (SES)» ASC-nin səhmlərinin 94,33%-nin (85% + səhmlərin əmək kollektivinə güzəştli satışından qalan 9,33%) satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dən məlumat verilib.Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilər. Göygöl rayonunun Çiçəkli qəsəbəsində yerləşən bu SES-in nizamnamə kapitalı 55 368 manat, buraxılmış səhmlərinin sayı 27 684 ədəd, səhmlərinin növü «sənədsiz adlı», bir səhmin nominal dəyəri isə 2 manatdır. İnvestisiya müsabiqəsinə müəssisənin ümumi nominal dəyəri 52 228 manat olan 26 114 ədəd səhmi çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı və qeyri-maddi aktivləri yoxdur. Müəssisə 1928-ci ildə istismara verilib və layihə üzrə illik istehsal gücü 2 760 kVt/saatdır. Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 4 276 manat (əməkhaqqı və ona bərabər borclar) təşkil edir, debitor borcları isə yoxdur.İddiaçılar qarşısına müəssisədə elektrik enerjisi istehsalını bərpa etmək, bununla bağlı İnvestisiya Proqramını təqdim etmək, müəssisədə beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırmaq və s. təkliflər qoyulub.İddiaçılar silinmək üçün DƏİEDK-ə 4 min dövlət özəlləşdirmə çekinə dair, xarici investorlar isə özəlləşdirmə çeklərinin sayına bərabər dövlət özəlləşdirmə opsionları təqdim etməlidirlər. İddiaçılar tərəfindən müraciətlərin qəbulu noyabrın 3-dək DƏİEDK-in inzibati binasında aparılacaq. Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsinə isə noyabrın 5-dən başlanılacaq. -
10-06-2008, 02:00 PMAPAFabio Luis Ramim Finlandiyaya qarşı oynamayacaq
[b]Fabio Luis Ramim Finlandiyaya qarşı oynamayacaq[b]
Braziliyalı futbolçu Türkiyəyə yollandı
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Futbol üzrə Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiya yığması ilə oyun öncəsi ciddi itki ilə üzləşib. "APA-SPORT"un məlumatına görə, "Bakı"nın üzvü Fabio Luis Ramim yığmamıza oktyabrın 11-də Helsinkidə keçiriləcək matçda kömək edə bilməyəcək.Azərbaycan Premyer Liqasının son turunda qol vuran 26 yaşlı braziliyalı yarımmüdafiəçinin səhhəti ilə bağlı problemi var. Hələ milli komandamızın sentyabrın 6- səfərdə Uelsə qarşı keçirdiyi görüşdə diz nahiyəsindən zədələnən Ramim bu gün Türkiyəyə yollanıb. İstanbulda cərrahiyyə əməliyyatı olunacaq braziliyalı bu səbəbdən yığmamızın baş məşqçisi Berti Foqstun sərəncamında olmayacaq.Üstəlik, Fabio Finlandiya ilə oyundan 4 gün sonra Bəhreyn yığması ilə səfərdə baş tutacaq yoldaşlıq görüşündə də iştirak etməyəcək. Bundan başqa, "İnter"in ukraynalı müdafiəçisi Vladimir Levin də cərrahiyyə əməliyyatına məruz qaldığından Foqtsun siyahısından çıxarılıb. Elmar Baxşıyev isə cəza ucbatından qarşıdakı görüşü buraxacaq. Almaniyalı mütəxəssis milli komandanın heyətini bu gün açıqlayacaq. Qeyd edək ki, Uelslə matçda qırmızı vərəqə alan Fabio cəzalı olduğundan Lixtenşteynlə Bakıdakı oyunda forma geyinməmişdi. UEFA tərəfindən Ramimə verilən bir oyunluq cəzanın müddəti başa çatsa da, futbolçu bu dəfə zədə üzündən yığmadan kənarda qalacaq. -
10-06-2008, 02:10 PMAPAMilanda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək
[b]Milanda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Noyabrda Milanda İtaliya-Azərbaycan biznes-forumu keçiriləcək. Bu barədə APA-ya İtaliyanın Azərbaycandakı səfiri Canluici Maşa məlumat verib. Onun sözlərinə görə, bununla əlaqədar AZPROMO nümayəndələri, iqtisadi inkişaf naziri Heydər Babayev və bir sıra iş adamları İtaliyaya gedəcəklər. Milanda həmçinin Azərbaycanda investisiya mühitinin təqdimatı keçiriləcək. -
10-06-2008, 02:30 PMAPABakıda "Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə" adlı sərgi açılıb
[b]Bakıda "Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə" adlı sərgi açılıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Dövlət Rəssamlıq Akademiyasında "Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə" adlı sərginin açılış mərasimi keçrilib. APA-nın məlumatına görə, sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Qız qalası" rəsm qalereyası, "Kapital Bank" və "Standart İncurance"nin təşkilatçılığı ilə keçirilir. Sərginin açılışında çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Almaniya ilə Azərbaycanda arasında mədəni əlaqələrinin genişlənməsinə sevindiyini bildirib. Səfir bu sərgilərin ənənə halını aldığını vurğulayıb. Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tələbələrin bu cür sərgilərdə fəallıq göstərdiyini bildirib. Sərgidə mövzu ilə bağlı rəsm əsərləri nümayiş olunub və qalib rəssamlar diplomla təltif olunublar. Qeyd edək ki, sərginin nümayişi oktyabrın 16-dək davam edəcək. -
10-06-2008, 02:40 PMAPAUkrayna səfiri MSK sədri Məzahir Pənahovla görüşüb
[b]Ukrayna səfiri MSK sədri Məzahir Pənahovla görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıq vəziyyəti ilə maraqlanıb. MSK sədri isə seçkilərə hazırlıqla bağlı həyata keçirilən tədbirlər, seçki komissiyalarının fəaliyyət prinsipləri və s. vacib seçki məsələləri barədə məlumat verib. Görüşdə həmçinin, Azərbaycan və Ukrayna MSK-ları arasında əməkdaşlıq barədə memorandumun imzalandığı qeyd olunub və komissiyaların altı ildir ki, bu sənədə uyğun olaraq təcrübə mübadiləsi apardıqları bildirilib. -
10-06-2008, 02:50 PMAPAAlmaniya səfiri Per Stankina: "Azərbaycanda prezident seçkilərinin azad və ədalətli keçəcəyinə ümidvarıq"
[b]Almaniya səfiri Per Stankina: "Azərbaycanda prezident seçkilərinin azad və ədalətli keçəcəyinə ümidvarıq"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratiya prinsiplərinə nə cür riayət etdiyini isbatlaması üçün gözəl şansdır. Ümidvarıq ki, seçkilər ədalətli və azad keçiriləcək". Bu aşıqlamanı APA-ya Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankina verib. Səfir bildirib ki, oktyabrın 10-da Almaniya federal parlamentinin təmsil edən 45 nümayəndə seçkilərin gedişini izləmək üçün Azərbaycana gələcəklər. Nümayəndə heyətinin səfəri oktyabrın 18-də başa çatacaq. -
10-06-2008, 03:00 PMAPAQüdrət Həsənquliyev: "Prezidentliyə namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrim yoxdur"
[b]Qüdrət Həsənquliyev: "Prezidentliyə namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrim yoxdur"[b]
[Bakı. Hafiz Heydərov - APA. Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi- Təbliğat kampaniyası necə gedir?- Kampaniya normal gedir. Lakin bizim təbliğat imkanlarımız iqtidar nümayəndəsi ilə müqayisədə məhduddur. Azərbaycan dövlət televiziyası hazırda Seçki Məcəlləsini pozaraq, yalnız prezidentin təbliğatı ilə məşğul olur. Düzdür, Seçki Məcəlləsində qeyd olunub ki, prezident kampaniya dövründə öz səlahiyyətlərini davam etdirir, deməli, onun prezident kimi fəaliyyəti də işıqlandırılmalıdır. Amma dövlət televiziyası hazırda sırf təbliğatla məşğul olur. Mən və daha bir neçə prezidentliyə namizəd də parlamentdə deputat kimi çıxış edirik, amma dövlət televiziyası bizimlə bağlı adi bir görüntü belə vermir. Həmçinin, məqsədyönlü şəkildə parlamentdəki iqtidar çoxluğu Mərkəzi Seçki Komissiyasını formalaşdırmadı. Mən bu məsələni Milli Məclisdə də qaldırdım, qanunda da əks olunub ki, azlıqda qalan partiyalar MSK-ya 6 nümayəndə təyin edə bilər. Bir nəfər isə bitərəflərin nümayəndəsi kimi razılaşdırılır. Lakin bu heç də belə olmadı, iki yer boş saxlanıldı. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə ictimaiyyətə yanlış informasiya verərək, guya bizim öz aramızda razılaşa bilmədiyimizi söyləyir. Halbuki, digər 4 yerə üzv təyin olunanda da hər hansı razılaşma əldə olunmamışdı. Başqa bir nöqsan isə İctimai Televiziyada bizə ayrılan pullu efir vaxtı ilə bağlıdır. Qanunda göstərilib ki, pullu efir vaxtı pulsuz efir vaxtı qədər və ya ondan iki dəfə çox ola bilər. Bizdə isə 4 namizədə 5 dəqiqəlik efir vaxtı ayrılır. Digər televiziyalar isə seçki təbliğatı prosesində ümumiyyətlə iştirak etmirlər. Yalnız ANS bu prosesə qoşulub. Bu televiziya isə yalnız reklam çarxları yayımlayır, çıxış üçün efir vaxtı ayırmır. - Yerlərdə təbliğat kampaniyasının aparılması üçün şərait necədir? Məsələn, plakatlar cırılırmı və ya seçicilərlə görüş üçün yerlər ayrılırmı? - Kütləvi olaraq, plakat cırılması halı yoxdur. Sadəcə, bir-iki yerdə xuliqanlıq faktı kimi belə hallar qeydə alına bilər. Amma bu çox epizodikdir. Seçicilərlə görüşlər üçün də normal şərait var. Daha doğrusu, bu şərait yerlərə görə dəyişir. Məsələn, mənim Qusar və Xaçmazda seçicilərlə görüşüm üçün rayon mərkəzlərində çox gözəl yerlər ayrılmışdı. Göyçayda da zalın vəziyyəti yaxşı idi, amma mərkəzdən uzaqda idi. Lənkəranda isə həm yer bərbad idi, həm də çox uzaq idi. Lənkəranda görüşün baş tutmamasına da çalışıldı. Amma digər rayonlarda belə hallar olmayıb. - Seçki kampaniyası dövründə paytaxtda mitinq keçirməyi planlaşdırırsınızmı?- Bəli, hava şəraitindən asılı olaraq, ya mitinq, ya da qapalı görüş keçirməyi nəzərdə tuturuq. Artıq görüş keçirmək üçün müraciət də etmişik. Müraciətdə Opera və Balet Teatrının binasını istəmişik. - Bu seçki kampaniyası ilə bağlı ölkədə çox fərqli fikirlər var. Kampaniyanın sakit keçməsi əsas müzakirə mövzularından biridir. Necə hesab edirsiniz, seçki belə olmalıdır, yoxsa daha böyük hay-küyə ehtiyac var? - Bu mülahizələrin ortaya çıxmasının çox səbəbi var. Əvvəla, bu seçkiyə elektron informasiya vasitələrinin ayırdığı vaxt çox azdır. Bu KİV-lərin seçki təbliğatdakı rolu çox zəifdir. Müxalifətdən olan namizədlərin efir imkanları isə xeyli məhduddur. İkincisi, hər seçkidə ölkənin seçki sivilizasiyasına uyğunlaşması bir az daha artır. Yəni, sözü qışqıra-qışqıra deyil, sakit tərzdə, real formada deməyi öyrənənlərin sayı artır. Məsələn, mən bizim partiyadan başqa öz platformasını ortaya qoyan ikinci namizədə rast gəlmirəm. Bəzi namizədlər yalnız sual verir, olan problemləri sadalayırlar, YAP-dan olan vəkillər isə ancaq tənqidlərə cavab verir və görülmüş işlərdən danışırlar. Bizdən başqa, ölkədəki mövcud problemlərin köklü, fundamental həlli yolları ilə bağlı ortaya variant qoyan ikinci partiya yoxdur. Bizim platformamızda Konstitusiya, səhiyyə və təhsil islahatları, Dağlıq Qarabağ problemi, iqtisadi sahə ilə bağlı bütün görüşlər öz əksini tapıb. Məsələn, biz deyirik ki, yanvar ayının birindən pensiyaçılar 500, müəllimlər və həkimlər 600 manat alacaq. Hər yeni doğulan uşağa görə, ailələrə 5000 manat veriləcək. Biz deyirik ki, regionların inkişafı üçün yaradılacaq istehsal və emal müəssisələri 2 il vergidən azad olunacaq. Bu gün regionlarda tikilən idman kompleksləri və diaqnostika mərkəzləri üçün dövlət büdcəsindən 1 manat belə sərf olunmayacaq. Biz bu işləri müsabiqə yolu ilə həll edəcəyik. Bu, bizim platformamızın bir hissəsidir və əgər seçicilər bizim dediyimiz prizmadan buna yanaşsalar, inanıram ki, bizə səs verəcəklər.- Namizədliyinizi kiminsə xeyrinə geri götürmək fikriniz yoxdur ki? - Xeyr, sona qədər mübarizə aparacağam. -
10-06-2008, 03:10 PMAPA"Azərbaycan doğma diyar" devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək
[b]"Azərbaycan doğma diyar" devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 8-9-da "Azərbaycan doğma diyar" devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazilriyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, festivalın keçirilməsi Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Dəvəçidən azsaylı xalqların bədii kollektivləri Bakıya ezam olunacaqlar. Festival çərçivəsində Muzey Mərkəzində "Milli azlıqların mədəni irsinin qorunması" mövzusunda dəyirmi masa keçiriləcək. Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii kollektivlərin çıxışlarına baxış keçiriləcək. Oktyabrın 9-da "Azərbaycan doğma diyar" II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı yekun konserti ilə başa çatacaq. -
10-06-2008, 03:20 PMAPAATƏT-in müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci hesabatını açıqlayıb
[b]ATƏT-in müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci hesabatını açıqlayıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə missiyası ikinci hesabatını açıqlayıb.
[APA-nın məlumatına görə, hesabatda bildirilir ki, ölkədə seçkiqabağı atmosfer sakitdir: "Seçkilərə ictimai maraq azdır, buna səbəb parlaq rəqabətin olmamasıdır. Seçkilər ərəfəsində yalnız Yeni Azərbaycan Partiyası aktiv kampaniya aparır. Digər namizədlər də təbliğat kampaniyası aparsa da, bu proses aktiv deyil". Hesabatda qeyd olunub ki, paytaxt rəhbərliyi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu əsas gətirərək seçkiləri boykot edən müxalifət partiyalarına Bakının mərkəzində mitinq keçirməyə icazə verməyib: "MSK seçkilərə aktiv hazırlaşır. Mərkəzi Seçki Komissiyası seçki prosesini daha şəffaf təşkil etmək üçün veb-kameralar quraşdırmağı planlaşdırır. İctimai Televiziya ilə keçirilən mütəmadi debatlar bütün namizədlərə öz platformalarını təqdim imkanı yaradır". -
10-06-2008, 03:30 PMAPATibb sahəsində Nobel mükafatının laureatları elan olunub
[b]Tibb sahəsində Nobel mükafatının laureatları elan olunub[b]
[Bakı. Laçın Sultanova - APA. Stokholmda Karolina Tibb İnstitutunun Nobel Komitəsi tibb sahəsində 2008-ci ilin qaliblərini elan edib. APA-nın məlumatına görə, mükafata Almaniya və Fransa alimləri layiq görülüblər. Almaniyalı alim Harald Turhauzen bu yüksək mükafata uşaqlığın xərçənginin virusunu aşkarladığına, fransalı Fransua Barre-Sinusi və Lyuk Montenye isə QİÇS xəstəliyini yaradan immun çatışmazlığı virusunu aşkarladıqlarına görə layiq görülüblər. Qeyd edək ki, bu il Nobel mükafatı hər nominasiyada 1 milyon 399 min dollar təşkil edir. Bu məbləğin yarısı almaniyalı alim, digər yarısı isə fransalı alimlər arasında bölünəcək. -
10-06-2008, 03:40 PMAPAAVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb
[b]AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb[b]
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezident seçkiləri ilə bağlı KİV-də apardığı monitorinqin bir aylıq nəticələrini açıqlayıb. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinq səsvermə gününədək davam edəcək. Monitorinq 7 telekanal, 8 gündəlik qəzetin fəaliyyətini əhatə edir.
[Ötən müddət ərzində telekanallarda seçkiyə aid ümumilikdə 327 informasiya yayımlanıb ki, onlardan 295-i rəsmi və ümumi, beynəlxalq missiyalar, seçki prosesinin monitorinqinə dair xəbərlər, 17-i tok-şou, dəyirmi masa, 105-i isə namizədlər haqqında məlumatlar və siyasi reklamdır. Bu müddətdə ATV və Lider telekanalları istisna olunmaqla özəl telekanallarda namizədlərin ödənişli efir vaxtı qeydə alınmayıb. AzTV, "Space" və "Lider" telekanallarının seçki prosesi ilə bağlı ümumi məlumatlarının 67%-i fəaliyyətdə olan prezident və hökumət üzvləri, 26%-i MSK-ın məlumatları və beynəlxalq müşahidəçilər, yerdə qalan 7%-i isə digər namizədlər barəsindədir. Ümumilikdə isə seçki ilə bağlı məlumatlar daha çox İctimai Televiziyada yayımlanıb. Monitorinqə cəlb edilmiş 8 qəzet ötən müddət ərzində ümumilikdə 862 material dərc edib ki, onlardan 502-i ümumi məlumatlar və beynəlxalq missiyaların seçki ilə bağlı rəy və çıxışları, 360-ı isə namizədlər və seçkiləri boykot edən müxalifət partiyaları haqqındadır. -
10-06-2008, 03:50 PMAPAAkif Şahbazov: "Güman etmirəm ki, Rəsul Quliyev seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarının əleyhinə çıxacaq"
[b]Akif Şahbazov: "Güman etmirəm ki, Rəsul Quliyev seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarının əleyhinə çıxacaq"[b]
[Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin növbəti iclası oktyabrın 8-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçiriləcək. Bu barədə APA-ya məlumat verən partiyanın sədri Akif Şahbazovun sözlərinə görə, iclasda oktyabrın 15-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi məsələsi müzakirəyə çıxarılacaq. A. Şahbazov İdarə Heyətinin müvafiq təklifi ilə bağlı partiyanın lideri Rəsul Quliyevlə əvvəlcədən heç bir müzakirə aparılmadığını qeyd edib: "İndi bilmirəm, Rəsul Quliyevin bu təklifdən xəbəri var, ya yox. Bu məsələdə partiya sərbəst qərar qəbul etdi". Akif Şahbazov qərarla bağlı Rəsul Quliyevə məlumat verilməməsini onun prezidentliyə namizəd kimi seçkilərdə iştirak etməməsi və partiya ilə intensiv əlaqələrin olmaması ilə izah edib: "Demək olar ki, bizim əlaqələrimiz həmişə birtərəfli qaydada, yalnız Rəsul Quliyev tərəfindən reallaşdırılır. Bu məsələdə partiya sərbəstdir, yaxın günlərdə də Ali Məclis məsələyə rəsmi mövqeyini bildirəcək". Rəsul Quliyevin bu təklifin əleyhinə olacağı halda ACP-nın hansı addım atacağı ilə bağlı sualı cavablandıran A. Şahbazov bildirib ki, partiya liderinin bu qərarın əleyhinə çıxacağını güman etmir: "Mən hələ Azərbaycan Demokrat Partiyasında Ali Məclisin sədri olan zaman konstruktiv müxalifətçiliklə bağlı qərar qəbul etmişdik. Rəsul Quliyev həmin qərarın əleyhinə oldu. Rəsul Quliyev indikindən fərqli olaraq o zaman partiya sədri idi, səlahiyyətindən istifadə edərək prosesə birbaşa müdaxilə etdi, həmin qərarın ləğvinə nail oldu. Nəticədə isə Rəsul Quliyev öz tərəfdarları ilə ADP-dən ayrıldı və yeni bir partiya təsis etdi. O zaman da həm ADP-yə, həm bizim partiyaya, həm də bütövlükdə müxalifət düşərgəsinə əhəmiyyətli dərəcədə zərbə dəydi. Yenə də güman etmirəm ki, Rəsul Quliyev İlham Əliyevin dəstəklənməsinin əleyhinə olacaq. Əgər o bu qərardan xəbər tutub əleyhinə gedərsə, mən hesab edirəm ki, partiya bu məsələdə israrlı mövqe nümayiş etdirəcək". -
10-06-2008, 04:00 PMAPAPermdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin şəxsiyyəti müəyyənləşdirilib
[b]Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin şəxsiyyəti müəyyənləşdirilib[b]
[Bakı. Laçın Sultanova - APA. Sentyabrın 14-də Perm yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin kimliyi artıq məlum olub. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Sverdlovsk məhkəmə-tibb ekspertizası bürosunun rəisinin müavini Vladimir Qromov bildirib ki, oktyabrın sonunadək aviaqəzada həlak olanların hamısının cəsədi identifikasiya olunacaq. Ekspertiza bitəndən sonra nəticələr Rusiya Prokurorluğunun İstintaq Komitəsinə göndəriləcək. Qeyd edək ki, qəza nəticəsində 88 sərnişin ölüb. Onların arasında 7-si Azərbaycan vətəndaşı olmaqla, 8 azərbaycanlı və əslən Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsindən olan 4 nəfərdən ibarət Naxumovlar ailəsi olub. -
10-06-2008, 04:10 PMAPAOPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib
[b]OPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya bazarında OPEC-in «neft səbətinin» qiyməti 8 aylıq minimuma enib. «APA-ECONOMICS»in məlumatına görə, «səbətin» qiyməti oktyabrın 3-də 2,91 dollar ucuzlaşaraq 86,37 dollar/barel səviyyəsinə çatıb. Qeyd edək ki, sonuncu dəfə bu qiymət səviyyəsi cari ilin fevralın 8-də qeydə alınıb. OPEC-in «neft səbətinin» maksimal qiyməti (140,7 dollar) isə iyulun 3-də müşahidə olunub. «Səbətin» qiyməti OPEC-ə üzv olan ölkələrin ixrac etdiyi neftin orta qiymətini əks etdirir. Hazırda «səbətə» 13 neft markası, o cümlədən, Saharan Blend (Əlcəzair), Girassol (Anqola), Oriente (Ekvador), Minas (İndoneziya), Iran Heavy (İran), Basra Light (İrak), Kuwait Eport (Küveyt), Es Sider (Liviya), Bonny Light (Nigeriya), Qatar Marine (Qətər), Arab Light (Səudiyyə Ərəbistanı), Murban (BƏƏ) və BCF 17 (Venesuela) daxildir.Neftin qiymətinin aşağı düşməsi digər markalar üzrə də müşahidə olunur və bunun əsas səbəbi dünya bazarlarında dolların bahalaşması ilə bağlıdır. Qeyd edək ki, bu gün dolların avroya qarşı məzənnəsi 1,3543 dollar təşkil edərək 13 aylıq maksimuma çatıb. -
10-06-2008, 04:20 PMAPATədqiqat: Avropada tıxaclardan daha çox britaniyalı sürücülər əziyyət çəkir
[b]Tədqiqat: Avropada tıxaclardan daha çox britaniyalı sürücülər əziyyət çəkir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Böyük Britaniyanın bir qrup alimi Avropanın iri şəhərlərində istifadədə olan avtomobillərin orta sürətini öyrənmək üçün tədqiqat keçirib. «APA-ECONOMICS»in məlumatına görə, siyahıya London (Böyük Britaniya) başçılıq edir. Belə ki, bu şəhərdə avtomobillərin orta sürəti 19 km/saat təşkil edir. Londondan sonra siyahıda 24 km/saat sürətlə Berlin (Almaniya) qərarlaşıb. İlk üçlüyü Varşava (Polşa) tamamlayır. Bu şəhərdə avtomobillərin orta sürəti 26 km/saat təşkil edir. Siyahıya həmçinin Roma (İtaliya), Mançester, Bristol (Böyük Britaniya) Edinburq, Qlazqo (Şotlandiya), Paris (Fransa), Belfast (Şimali İrlandiya) və digər tıxaclardan əziyyət çəkən şəhərlər daxil olub.Qeyd edək ki, siyahıda MDB ölkələrinin heç bir şəhəri daxil edilməyib. Çünki bu ölkələrdə tədqiqat aparılmayıb. İstisna olunmur ki, tədqiqat Azərbaycanda da aparılsaydı, Bakı şəhərinin lider ölkələrin siyahısına daxil olardı. -
10-06-2008, 04:30 PMAPAPrezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüşüb
[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, görüşdə namizədin vəkili Etibar Allahverdiyev Q. Əlibəylinin həyat və fəaliyyəti, Milli Azadlıq Hərəkatında iştirakı, millət vəkili kimi fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.Q. Əlibəyli isə çıxışında öz seçki platforması barədə məlumat verib, əhalinin sosial vəziyyəti, insan haqları, demokratik problemlər, hüquq bərabərliyi və digər sahələrdə olan problemlərdən danışıb, bu vəziyyətdən çıxış yollarına toxunub. Q. Əlibəyli hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakına tərəfdar olduğunu, məhz buna görə seçkilərə qatılmaq qərarı verdiyini bildirib. O, seçkidən başqa hakimiyyət məsələsini həll edə biləcək vasitənin olmadığını vurğulayıb: "Keçdiyim yol Azərbaycan dövlətinin idarə olunmasında iştirakıma imkan verir. Ona görə də, bu hüquqdan istifadə etməyə çalışıram. Məqsədimə nə dərəcədə nail olacağım isə mənə səs vermək istəyən seçicilərdən və təbii ki, hakimiyyətin seçkini necə yekunlaşdırmaq istəyindən asılıdır".Q. Əlibəylinin sözlərinə görə, bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problem Qarabağ məsələsidir. O, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində güzəştli mövqe tutduğunu bildirib və ümumilikdə Minsk Qrupundan imtina edilməsinin vacib olduğunu qeyd edib. Prezidentliyə namizəd bildirib ki, Azərbaycanda sosial problemlər kifayət qədərdir, əhali çətin vəziyyətdə yaşayır. O, həkimlərin, müəllimlərin əməkhaqlarının artırılmasının vacib olduğunu bildirib. Bundan əlavə Q. Əlibəyli Azərbaycanda idarəetmə mexanizminin düzgün təşkil olunmadığını qeyd edib: "Prezident seçilsəm, ilk addım kimi prezidentin səlahiyyətlərini referendum yolu ilə xeyli məhdudlaşdırmağa çalışacağam". -
10-06-2008, 04:40 PMAPAXəzərin Azərbaycan sektorunu ən çox çirkləndirən mənbələr açıqlanıb
[b]Xəzərin Azərbaycan sektorunu ən çox çirkləndirən mənbələr açıqlanıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda və 955,08 km-lik sahil zolağında (şimaldan cənubadək), çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. 1 027 monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı 1 537 su və qrunt nümunələri üzərində 15 212 kimyəvi, bioloji, ekotoksikoloji, mikrobioloji təhlillər aparılıb. Monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 316 axar qeydə alınıb ki, onlardan 287-si sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir.Monitorinqlər nəticəsində məlum olub ki, qaynar nöqtə kimi qeydə alınmış Hövsan və 32 saylı kanallar vasitəsi ilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Bakı ərazisindən Xəzər dənizinə axıdılmaqdadır. Ekoloji tarazlığın ən çox pozulma halları «Neft Daşları» rayonunda, «Bibiheybətneft», «Abşeronneft», «28 May», «Qum adası» Neft-Qaz Çıxarma İdarələrinin istehsalat dairələrində qeydə alınıb. Bakı Buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir-beton konstruksiyalarının dənizdən çıxarılma işləri də davam etdirilir. -
10-06-2008, 04:50 PMAPAAzərbaycan sentyabrda enerji istehsalını 14% azaldıb
[b]Azərbaycan sentyabrda enerji istehsalını 14% azaldıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu isə avqust ayına nisbətdə 14% azdır. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.Bu həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 mlrd. kVt/saat, su elektrik stansiyalarının (SES) payına isə 0,1 mlrd. kVt/saat elektrik enerjisi istehsalı düşüb. Bununla yanaşı, ay ərzində Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib. Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində enerji sistemində ümumilikdə 15,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bunun 13,7 mlrd. kVt/saatı İES-lərin, 2 mlrd. kVt/saatı isə SES-lərin payına düşüb. -
10-06-2008, 05:00 PMAPADemokratik Jurnalistlər Liqası keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
[b]Demokratik Jurnalistlər Liqası keçirdiyi monitorinqin nəticələrini açıqlayıb[b]
[Bakı-APA. Demokratik Jurnalistlər Liqası (DJL) sentyabr ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. DJL-dən APA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə görə sentyabr ayında 29 fakt qeydə alınıb: "Ötən ay 6 KİV əməkdaşı prokurorluq əməkdaşları tərəfindən dindirilib, 2 KİV əməkdaşı polislər tərəfindən fiziki təzyiqə məruz qalaraq saxlanılıb". Qeyd olunub ki, 1 KİV-in baş redaktoru Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315.1 (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyətin nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunaraq 1 il 6 ay müddətinə şərti həbs cəzası alıb. Hesabatda o da bildirilib ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət üzrə Baş İdarəsi tərəfindən bəzi təşkilatlara olan 20 min manatdan çox borcu ödəmədiyi üçün 1 KİV-in bank hesabı dondurulub. -
10-06-2008, 05:10 PMAPALuçesku: "İş yerimi gələn il dəyişəcəyəm"
[b]Luçesku: "İş yerimi gələn il dəyişəcəyəm"[b]
[Bakı - APA-SPORT. "Nə qədər çox istəsəm də, dekabradək "Şaxtyor"dan ayrıla bilmərəm. Komandanın prezidenti Renat Axmetov məni buraxmaz". "APA-SPORT"un məlumatına görə, bu sözləri Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Mirça Luçesku deyib. Rumıniyalı mütəxəssis bildirib ki, yanvarda iş yerini mütləq dəyişəcək: "Artıq yorulmuşam. 2009-cu ilin yanvarından Donetsk klubunu çalışdırmayacağam". Türkiyə, Rumıniya və bir çox ölkələrdən təklif aldığını vurğulayan Luçesku daha çox istirahət haqqında düşündüyünü deyib.Qeyd edək ki, Luçesku Türkiyədəki fəaliyyəti ilə futbol həvəskarlarının daha çox yadında qalıb. O, 2002-ci ildə "Qalatasaray"a, 2004-cü ildə isə "Beşiktaş"a qızıl medal qazandırıb. Hazırda "Beşiktaş" rəhbərliyi onu yenidən komandaya cəlb etmək istəyir.