[b]İsveçdə keçirilən internet sorğunun nəticələrinə görə, Heydər Əliyev son 20 ilin tanınmış siyasətçiləri sırasında 4-cü yerdədir[b]
[Stokholm-APA. İsveçdə internet vasitəsilə "Son 20 ilin ən bacarıqlı və tam mənada siyasətçisi" mövzusunda keçirilən sorğunun nəticələri açıqlanıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir həftə davam edən və 4 minədək isveçlinin qatıldığı virtual sorgunun nəticələrinə görə, Heydər Əliyev dünya miqyaslı 20 tanınmış siyasi xadim arasında 4-cü yerdədir. Siyahıda ABŞ prezidenti Corc Buş və Böyük Britaniyanın sabiq eks baş naziri Toni Bleer Heydər Əliyevdən sonrakı yerləri tutublar. İsveç vətəndaşlarının rəyinə görə, dunyanın ən tanınmış və bacarıqlı siyasətçiləri arasında birinci yeri bu ölkənin baş naziri Fredrik Reinfeldt, ikinci yeri Rusiyanın baş naziri Vladimir Putin, üçüncü yeri isə İsveçin keçmiş baş naziri Qoran Persson tutur. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə 16-cı yerdədir. Qeyd edək ki, internet-sorğunu İsveçin nüfuzlu "SistaDagen" qəzeti keçirir.
Azərbaycan Xəbərləri
Printable View

10-03-2008, 05:30 PMAPAİsveçdə keçirilən internet sorğunun nəticələrinə görə, Heydər Əliyev son 20 ilin tanınmış siyasətçiləri sırasında 4-cü yerdədir

10-03-2008, 05:40 PMAPAAzərbaycanda Ümumdünya Poçt Günü qeyd olunacaq
[b]Azərbaycanda Ümumdünya Poçt Günü qeyd olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Oktyabrın 9-da Azərbaycanda dünya üzrə poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü qeyd olunacaq. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu münasibətlə «Azərpoçt» Dövlət Müəssisəsinin bütün şöbə və idarələrində toplantılar keçiriləcək, məruzələr dinləniləcək. Orta məktəb şagirdləri ilə görüşlər keçiriləcək, onlara poçtun yaranma tarixi, poçt xidmətləri və poçtun müasir zamanda rolu barədə məlumat veriləcək. Bayramla əlaqədar zonalar üzrə vətəndaşların irad və təkliflərini dinləmək üçün görüşlər təşkil olunacaq.Oktyabrın 9-da «Azərpoçt» həmçinin poçt markaları sərgisinin təşkili, üç yeni poçt şöbəsinin açılışını, beş poçt şöbəsi üçün tikilmiş yeni binaların istifadəyə verilməsini planlaşdırır. -
10-03-2008, 05:50 PMAPABu gün BBVB-nin valyuta bölməsində 2,73 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 2,73 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8090 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8083 AZN/$1, USD/AZN T+0 aləti üzrə bağlanılan əqdlərin həcmi 420 962 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0007 bənd düşüb və 0,8090 AZN/$1 təşkil edib.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 789 216 AZN, manatın orta məzənnəsi isə 0,8090 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,73 mln. dollar və ya 2 210 178 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 682 500 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə illik 17,00% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-03-2008, 06:00 PMAPA12 ölkənin cüdoçuları Bakıya gələcək
[b]12 ölkənin cüdoçuları Bakıya gələcək[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Oktyabrın 11-12-də Bakı İdman Sarayında keçiriləcək cüdo üzrə kişi və qadınlar arasında Dünya Kubokunda 13 ölkənin iştirakı dəqiqləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "APA-SPORT"a verilən məlumata görə, turnirə yığmamızla yanaşı, Türkiyə, Hollandiya, Rusiya, Polşa, Kanada, Çexiya, Gürcüstan, İsveçrə, Ukrayna, Yunanıstan, Litva və Xorvatiya komandaları qatılacaqlar.İştirakçıların sayının 15-i adlayacağı gözlənilir. Belə ki, Dünya Kubokuna sifariş ərizəsi vermək üçün ayrılan müddətin başa çatmasına hələ bir neçə gün qalıb. Paytaxtımıza Avropa Cüdo İttifaqının da rəsmiləri təşrif buyuracaqlar. Həmçinin, bu qurumun prezidenti Sergey Soloveyçikin də Bakıya səfəri nəzərdə tutulub.Qarşıdakı yarışda Azərbaycan yığması bütün çəkilərdə 4 cüdoçu ilə təmsil olunacaq. Qaydalara əsasən, yalnız meydan sahiblərinə belə hüquq verilir. Milli komandamızın heyətində XXIX Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparmış 6 cüdoçudan cəmi 2-si - Elxan Məmmədovla Kifayət Qasımova tatami üzərinə çıxacaq. Olimpiya çempionu Elnur Məmmədli, Pekindən bürünc mükafatla dönmüş Mövlud Mirəliyev, eləcə də Ramil Qasımov və Mehman Əzizov müxtəlif səbəblərdən Dünya Kubokunu buraxacaqlar. -
10-03-2008, 06:10 PMAPA"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmli inventar məlumat bazası yaradılıb
[b]"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmli inventar məlumat bazası yaradılıb[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Memarlıq və İnşaat Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə əməkdaşlığı ilə İçərişəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması həyata keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Layihə Mədəniyyət və Turizm Nazirliyi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi nəticəsində gerçəkləşib. İçərişəhərin yeni hazırlanan rəqəmli inventar məlumat bazası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təqdim edilib. -
10-03-2008, 06:20 PMAPAAzərbaycanda "Kitab-Bilik" festivalı keçiriləcək
[b]Azərbaycanda "Kitab-Bilik" festivalı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycanda ilk dəfə "Kitab-Bilik" festivalı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival oktyabrın 6-da Azərbaycan Dövlət Kukla Teatrının qarşısında təşkil olunacaq. Festivalda Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına musiqi məktəbi, "Aysel" qrupu, Səməd Vurğun adına Rus Dram Teatrı, Musiqili Komediya Teatrı və Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin kollektivləri səhnəciklər, musiqi və rəqs nömrələri ilə çıxış edəcəklər. Məktəblilərin qatılacağı festivalda ədəbiyyat xadimləri uşaqlar üçün yazılan yeni nümunələr söyləyəcək, nağıl qəhrəmanlarının geyimində yürüş təşkil olunacaq. Tədbirdə həmçinin müxtəlif kitab sərgilərinin, viktorinaların təşkili də nəzərdə tutulub. -
10-03-2008, 06:30 PMAPA"Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası apardığı monitorinqin nəticələrini açıqlayıb
[b]"Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası apardığı monitorinqin nəticələrini açıqlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. "Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 57 seçki dairəsində aparılan monitorinqin nəticələrinə əsasən seçkiyə hazırlıq prosesi qanunun və beynəlxalq standartların tələblərinə uyğundur. Monitorinq müddətində əsaslı qanun pozuntularına rast gəlinməyib. Bununla yanaşı, seçici siyahılarında bəzi seçicilərin adlarının olmaması, müəyyən hallarda isə vəfat etmiş şəxslərin adlarının hələ də siyahılarda qalması halı müşahidə olunub. Koalisiya xüsusilə 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron seçki dairələrində ciddi problemlərlə qarşılaşıb. Sentyabrın 24-dən oktyabrın 2-dək monitorinqi aparılan yazılı KİV-də seçki mövzusunda 111 material dərc edilib. Yazıların 56-sı birbaşa namizədlərlə bağlı olub. Namizəd İlham Əliyevin lehinə 15, əleyhinə 7, İqbal Ağazadənin lehinə 13, əleyhinə 1, Qüdrət Həsənquliyevin lehinə 6, əleyhinə 1, Qulamhüseyn Əlibəylinin lehinə 6, Fazil Qəzənfəroğlunun lehinə 4, əleyhinə 1, Hafiz Hacıyevin əleyhinə 2 yazı dərc edilib. Digər namizəd Fuad Əliyevlə bağlı isə heç bir yazıya rast gəlinməyib. Qeyd edək ki, "Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyası 5 qeyri-hökumət təşkilatı - "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi, "Demokratik Seçki Mərkəzi", "İntellekt" Araşdırmalar Mərkəzi, "Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi", "Azərbaycanda Regional İnkişaf Mərkəzi" tərəfindən yaradılıb. -
10-03-2008, 07:00 PMAPAPrezidentliyə namizədi Qüdrət Həsənquliyev şimal bölgəsində seçicilərlə görüş keçirib
[b]Prezidentliyə namizədi Qüdrət Həsənquliyev şimal bölgəsində seçicilərlə görüş keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyev şimal rayonlarında seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli APA-ya bildirib ki, Qusarda rayon İncəsənət Məktəbində keçirilən görüşdə Q. Həsənquliyev seçicilərə öz seçki platforması barədə məlumat verib və regionlarda insanların qarşılaşdığı gündəlik problemlərdən çıxış yolları haqda danışıb. Q. Həsənquliyevin növbəti görüşü isə Xaçmaz seçiciləri ilə olub. Burada namizəd əsasən təhsil və səhiyyə sahəsində həyata keçirmək istədiyi yeniliklərdən bəhs edib. Q. Həsənquliyev prezident seçiləcəyi təqdirdə bölgələrdəki işsizlik probleminin həlli üçün zəruri addımların atılacağını söyləyib. Prezidentliyə namizəd sonda seçiciləri maraqlandıran suallara cavab verib. -
10-03-2008, 07:20 PMAPABu ilin 9 ayında Bakıda baş verən yol qəzalarında 238 nəfər ölüb
[b]Bu ilin 9 ayında Bakıda baş verən yol qəzalarında 238 nəfər ölüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bu ilin 9 ayı ərzində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 238 nəfər ölüb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədovun bildirib ki, yanvar ayının 1-dən sentyabr ayının 27-dək Bakı şəhərində 1048 yol qəza hadisəsi baş verib. Yol qəzaları nəticəsində 238 nəfər ölüb, 1203 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövri ilə müqayisədə yol qəzalarının sayının xeyli azaldığını vurğulayan V. Əsədov bunun DYP əməkdaşlarının apardığı uğurlu əməliyyat tədbirləri nəticəsində mümkün olduğunu bildirib. V. Əsədov həmçinin son bir həftə ərzində Bakı şəhərində 9879 sürücünün qanun pozuntusuna görə saxlanıldığını söyləyib. -
10-03-2008, 07:50 PMAPAMir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib
[b]Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə ədibin nəvəsi, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, görkəmli, elm və ədəbiyyat xadimləri iştirak edib. Tədbirdə bəstəkar Fikrət Əmirovun "Mir Cəlalı yad edərkən" əsəri ilk dəfə ifa olunub. Daha sonra Mir Cəlal Paşayevin həyatını əks etdirən fotosessiya nümayiş olunub. Aktyorların ifasında ədəbiyyat xadimlərinin ədibin xatirəsinə həsr etdiyi şerlər, fikirlər səslənib. -
10-03-2008, 08:00 PMAPAStasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman və tibbi ləvazimatların siyahısına əlavələr edilib
[b]Stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman və tibbi ləvazimatların siyahısına əlavələr edilib[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi stasionar müəssisələrdə müalicə olunan xəstələrə verilən pulsuz dərman preparatları və tibbi ləvazimatların siyahısına əlavələr edib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildiriblər ki, imzalanmış ilkin əmrə əsasən stasionar tibb müəssisələrində müalicə olunan xəstələrə 60 adda dərman preparatları təmənnasız təqdim olunurdusa, nazir Oqtay Şirəliyevin oktyabrın 2-də imzaladığı əmrə əsasən siyahıya daha 55 adda həyati əhəmiyyətli əlavə olunub. Beləliklə, ümumilikdə əhalinin sağlamlığı üçün nəzərdə tutulmuş 115 adda vitaminlər, müxtəlif çeşid antibiotik və tibbi preparatlar əmr imzalandığı gündən etibarən stasionarda müalicə alan xəstələrə təmənnasız veriləcək.Xatırladırıq ki, həmin dərman preparatlarının siyahısı Səhiyyə Nazirliyinin mətbu orqanı sayılan "Tibb Qəzeti"nin növbəti sayında dərc olunacaq. -
10-03-2008, 08:10 PMAPABir qrup təhsil işçisinə fəxri adlar və "Tərəqqi" medalı verilib
[b]Bir qrup təhsil işçisinə fəxri adlar və "Tərəqqi" medalı verilib[b]
[Bakı - APA. Azərbaycan prezidenti təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinə "Azərbaycan Respublikasının əməkdar müəllimi", İsgəndərov Asəf Daşdəmir oğluna "Azərbaycan Respublikasının əməkdar elm xadimi", Babayeva Həcər Teymur qızı və Əliyev Eldar Hacıməmməd oğluna "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", Məmmədov Şamxəlil Hətəm oğluna isə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı verilib. Prezident İ. Əliyev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. -
10-04-2008, 10:50 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Bakı. Hafiz Heydərov-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16.30-dan 16.40-dək və 23.00-dan 23.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 20.45-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, oktyabrın 4-də isə saat 00.10-dan 00.30-dək və 02.10-dan 02.30-dək Ağdam rayonunun Baş Qərvənd və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-04-2008, 11:00 AMAPAETA İspaniyanın şimalında daha bir terror aktı törədib
[b]ETA İspaniyanın şimalında daha bir terror aktı törədib[b]
[Bakı. Vüqar Mustafayev - APA. Ötən gecə İspaniyanın şimalında yerləşən Tolosa şəhərində məhkəmə binasının qarşısında quraşdırılmış partlayıcı qurğu partlayıb. APA-nın «Europa Press» agentliyinə istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə 03:15-də) baş verib, xəsarət alan olmayıb. Hadisədən yarım saat əvvəl Yollarda Yardım Xidmətinə hazırlanan terror aktı haqqında anonim telefon zəngi daxil olub, zəng edən isə özünü ETA qruplaşmasının üzvü kimi təqdim edib. Xatırladaq ki, bu ilin sentyabr ayının 21-22-də İspaniyanın şimalında ETA yaraqlıları tərəfindən törədilən bir neçə terror aktı nəticəsində bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb. -
10-04-2008, 11:10 AMAPADaha iki ölkə dollardan imtina edib
[b]Daha iki ölkə dollardan imtina edib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu ilin oktyabr ayının 6-dan etibarən Argentina və Braziliya qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dollarından istifadə etməyəcək. «APA-ECONOMICS»in məlumatına görə, bu bəyanatla Argentina prezidenti Kristina Fernandes çıxış edib. Dövlət başçısı qeyd edib ki, bundan sonra iki ölkə arasında ticarət əməliyyatları yalnız bu dövlətlərin valyutaları əsasında aparılacaq. K.Fernandesin fikrincə, bu addım iki ölkənin iqtisadiyyatının inteqrasiyasına və möhkəmlənməsinə müsbət təsir göstərəcək. Qeyd edək ki, Braziliya ilə Argentina arasında ticarət dövriyyəsinin həcminin 2008-ci ilin sonuna kimi 30 mlrd. dollara çatacağı proqnozlaşdırılır.Hər iki ölkənin iş adamları və iqtisadçıları isə öz növbəsində dövlət başçılarının bu addımına pessimist yanaşırlar. Onlar hesab edirlər ki, dünya bazarında müşahidə olunan maliyyə böhranına baxmayaraq, dollar hələ də peso və realdan daha sabit valyutadır. İqtisadçıların fikrincə, argentinalıların əksəriyyəti 2001-ci ildə ölkədə baş vermiş iqtisadi böhrandan sonra öz vəsaitlərini əsasən dollarda saxlayır və son qərar daha çox siyasi maraqlara xidmət edir. «Çox az sayda ixracatçı yeni sxem üzrə işləyəcək», - deyə Argentinanın İxracat Palatasının vitse-prezidenti Elvio Baldinelli bildirib.Qeyd edək ki, Argentina və Braziliyadan əvvəl xarici ticarət əməliyyatlarında dollardan Fars körfəzinin 5 ölkəsi, o cümlədən Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qatar və BƏƏ imtina edib. Bu ölkələr valyuta birliyinin yaradılması və vahid valyuta haqqında qərara gəlib. Bu prosesə 2010-cu ildən start veriləcək. -
10-04-2008, 11:20 AMAPALuçesku "Beşiktaş"a qayıdır
[b]Luçesku "Beşiktaş"a qayıdır[b]
[Bakı - APA-SPORT. UEFA kubokunda mübarizəni erkən dayandıran Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi dəyişikliyi gözlənilir. "APA-SPORT"un məlumatına görə, uğursuz çıxışda günahkar sayılan Ərtuğrul Sağlam yaxın günlərdə istefaya göndəriləcək. Böyük ehtimalla, onu Mirça Luçesku əvəzləyəcək.Belə ki, "Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörən hazırda Ukraynanın "Şaxtyor" klubuna başçılıq edən rumıniyalı mütəxəssislə görüşüb. Bütün məsələlərdə anlaşan tərəflər bu haqda ictimaiyyəti oktyabrın 6-da daha geniş məlumatlandıracaqlar.Qeyd edək ki, Luçesku 2002-04-cü illərdə "Beşiktaş"ı çalışdırıb və komandaya 100 illiyində ölkə çempionluğunu qazandırıb. -
10-04-2008, 11:30 AMAPARusiyanı Gürcüstanda İsveçrə səfirliyi təmsil edəcək
[b]Rusiyanı Gürcüstanda İsveçrə səfirliyi təmsil edəcək[b]
[Bakı. Vüqar Mustafayev - APA. Rəsmi Moskva ilə Tiflis arasında diplomatik əlaqələrin kəsilməsi ilə əlaqədar Rusiyanın Gürcüstanda maraqlarını İsveçrə səfirliyi təmsil edəcək. APA-nın verdiyi xəbərə görə, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumatda bildirilir ki, bu qərar Rusiya və Gürcüstan vətəndaşlarının maraqlarının təmin edilməsi məqsədi ilə qəbul olunub. Artıq oktyabrın 2-də İsveçrənin Tiflisdəki səfirliyi nəzdində Rusiyanın Maraqları Seksiyasının açılması ilə bağlı bütün məsələlər razılaşdırılıb. Yaxın vaxtlarda Rusiya-İsveçrə ekspert qrupları səviyyəsində məsləhətləşmələr aparılacaq. Xatırladaq ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra rəsmi Tiflis avqustun sonunda Moskva ilə diplomatik əlaqələrin kəsilməsinə dair qərar qəbul edib. Rusiyanın Gürcüstandakı səfirliyi isə sentyabrın 3-də işini dayandırıb və həmin ayın 22-də rusiyalı səfir Vyaçeslav Kovalenko və səfirliyin daha 22 əməkdaşı Moskvaya dönüb. -
10-04-2008, 11:40 AMAPAABŞ Konqresi «Polson planı»nı təsdiqləyib
[b]ABŞ Konqresi «Polson planı»nı təsdiqləyib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Ötən gün ABŞ Senatının ardınca Konqres də ölkə iqtisadiyyatının sağlamlaşdırılması üçün nəzərdə tutulan 700 mlrd. dollar həcmində maliyyə yardımının yönəldilməsinə dair qanun layihəsini təsdiqləyib.
[«APA-ECONOMICS»in məlumatına görə, «Polson planı» adlanan bu sənədin lehinə 263, əleyhinə isə 171 konqresmen səs verib. Xatırladaq ki, qanun maliyyə sistemində qeyri-sağlam aktivlərin (əsasən, ipoteka kreditləri üzrə törəmə aktivləri) alınmasını nəzərdə tutur. Maliyyə naziri Polson və ümumiyyətlə ABŞ rəhbərliyi hesab edir ki, bu addımın atılması maliyyə sistemində böhranın aradan qaldırılması üçün zəruri tədbirdir. Qanunun tərəfdarları hesab edirlər ki, ölkənin tam maliyyə böhranı bürüyüb və bu sənəd qəbul olunmasa, böhran daha da kəskinləşəcək. Sənədin qəbulundan dərhal sonra qanun layihəsini ABŞ prezidenti Corc Buş da təsdiqləyib. Maraqlıdır ki, qanunun qəbul edilməsi ABŞ-ın fond bazarında son günlər müşahidə olunan enmə prosesini dayandırmayıb. Oktyabrın 3-də Dow Jones indeksi 1,5%, NASDAQ isə 1,48% düşüb. Qeyd edək ki, ABŞ parlamenti qanunu qəbul edərkən iki mühüm bəndi sənədə əlavə edib. İlk növbədə bank depozitlərinin sığorta təminatının limiti 100 min dollardan 250 min dollara qədər artırılıb, həmçinin biznes və fərdi vergi ödəyiciləri üçün 110 mlrd. dollar həcmində vergi güzəştləri əlavə edilib. Bəzi analitiklərin fikrincə, 700 mlrd. dollarlıq maliyyə axını ABŞ iqtisadiyyatında çox saylı neqativ nəticələrə (inflyasiyanın sürətlənməsi, dolların kəskin ucuzlaşması, korporativ sektorda məsuliyyətsizlik və s.) səbəb olacaq. Bunların isə dünya maliyyə sisteminə də təsir edəcəyi şübhəsizdir. Artıq indi Avropa və Asiyada ABŞ-la bağlı olmayan aktivlərə tələbat kəskin artır, yəni investorlar dollar aktivlərindən çəkinir. Son sözü isə ABŞ-ın dünən qəbul etdiyi qanunun icrasının ilkin nəticələri deyəcək: ya böhran tendensiyaları azalmağa doğru gedəcək, ya da Amerika iqtisadiyyatı və valyutasının dünya miqyasında dominantlığına son qoyulacaq. -
10-04-2008, 12:00 PMAPAAzərbaycan ilin sonunadək 3G standartının tətbiqinə başlayacaq
[b]Azərbaycan ilin sonunadək 3G standartının tətbiqinə başlayacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycanda 3G rabitə standartının tətbiqinə başlanılacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.Nazir müavininin sözlərinə görə, 3G üzrə lisenziyaların verilməsi üçün tarifləri müəyyənləşdirmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi artıq Tarif (Qiymət) Şurasına müraciət edib və yaxın vaxtlarda Şura bu təkliflərə baxacaq.Qeyd edək ki, 3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - İnternet şəbəkəsi xidmətləri ilə yüksəksürətli mobil çıxışı, məlumatların ötürülməsi kanallarını yaradan radioəlaqə texnologiyalarını birləşdirən «üçüncü nəsil» xidmətlər toplusudur. Üçüncü nəsil şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə göndərir, həmçinin videotelefon əlaqəni təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır. -
10-04-2008, 12:10 PMAPAAzərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb
[b]Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri başlayıb. Bununla əlaqədar Tatarıstanın baş nazirinin müavini, mədəniyyət naziri Ziliya Valayevanın rəhbərliyi ilə 60 nəfərlik nümayəndə heyəti Bakıya gəlib. APA-nın məlumatına görə, bu gün nümayəndə heyəti və Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fəxri Xiyabanda Heydər Əliyev, xanımı Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Qeyd edək ki, Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri çərçivəsində bu gün M.F.Axundov adına Milli Kitabxanada tədbir keçiriləcək. Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşün və mətbuat konfransının, Muzey Mərkəzində «Tatarıstanın müasir incəsənəti» adlı sərginin keçirilməsi nəzərdə tutulub. Bu gün axşam isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Tatarıstanın incəsənət ustaları konsert proqramı ilə təntənəli açılış mərasimi keçiriləcək. Oktyabrın 5-də incəsənət ustalarının Mərdəkanda konsert keçirməsi planlaşdırılır. Oktyabrın 6-dək həmçinin nümayəndə heyətinin muzeylərə ekskursiyaları və şəhər gəzintisi təşkil olunacaq. -
10-04-2008, 12:20 PMAPAAzərbaycan paytaxtında İslam ölkələri təhsil nazirlərinin konfransı keçiriləcək
[b]Azərbaycan paytaxtında İslam ölkələri təhsil nazirlərinin konfransı keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Oktyabrın 6-8-də Azərbaycan Təhsil Nazirliyi və İSESCO-nun birgə təşkilatçılığı ilə Bakıda İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, konfransda 57 ölkənin təhsil və elm nazirlərinin iştirakı gözlənilir. Tədbirdə müsəlman dövlətlərində təhsil sahəsinin ən vacib problemləri və onların həlli yollarının müzakirəsi planlaşdırılır. Konfransın Bakıda keçirilməsi barədə razılıq isə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin Azərbaycan ötən ilin sonunda baş tutan səfəri zamanı əldə edilib.Qeyd edək ki, İslam ölkələri elm və təhsil nazirlərinin I konfransı Liviyada, II iclası Səudiyyə Ərəbistanında, III konfransı Küveytdə keçirilib. Sonuncu konfrans 2006-cı ildə olub. -
10-04-2008, 12:30 PMAPASatıcını qarət edən şəxs həbs olunub
[b]Satıcını qarət edən şəxs həbs olunub[b]
[Bakı. Hafiz Heydərov-APA. Binəqədi rayonunda mağaza satıcısı qarət edilib. Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, rayonun İ. Dadaşov küçəsində yerləşən mağazada satıcı işləyən, 1987-ci il təvəllüdlü Fərqiyyə Mirzəyevanın telefonunu və pulunu oğurlayıb qaçmaq istəyən 1974-cü il təvəllüdlü Füzuli Quliyev 5-ci Polis Bölməsinin və Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb. F. Quliyevin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-04-2008, 12:40 PMAPARusiya və Ermənistan müdafiə nazirləri hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər
[b]Rusiya və Ermənistan müdafiə nazirləri hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiyanın müdafiə naziri Anatoli Serdyukov İrəvanda işgüzar səfərdədir. APA-nın «RİA Novosti» istinadən verdiyi məlumata görə, Rusiya müdafiə nazirinin mətbuat katibi, polkovnik Aleksey Kuznetsov deyib ki, bu gün Anatoli Serdyukov və Ermənistanın müdafiə naziri Seyran Ohanyan hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. -
10-04-2008, 12:50 PMAPAAzərbaycanlı karikaturaçı-rəssam xaricdə iki müsabiqədə xüsusi mükafata layiq görülüb
[b]Azərbaycanlı karikaturaçı-rəssam xaricdə iki müsabiqədə xüsusi mükafata layiq görülüb[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyədə keçirilən Bursa Beynəlxalq Karikatura və Argentinada keçirilən «Diògenes Taborda» Beynəlxalq Karikatura müsabiqələrində Azərbaycan karikaturaçısı xüsusi mükafata layiq görülüb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya bildirilib ki, hər iki müsabiqənin xüsusi mükafatı ilə təltif olunan azərbaycanlı karikaturaçı-rəssam, Rəssamlar Birliyinin üzvü Seyran Cəfərlidir. Məlumatda bildirilir ki, 50-yə yaxın ölkəni təmsil edən yüzlərlə karikaturaçı arasında həmyerlimizin xüsusi mükafata layiq görülməsi rəssamın əməyinin nəticəsi, müasir Azərbaycan karikaturasının beynəlxalq karikatura aləmində uğurudur. -
10-04-2008, 01:00 PMAPAAIG xaricdəki daha üç bölməsini satmağa hazırlaşır
[b]AIG xaricdəki daha üç bölməsini satmağa hazırlaşır[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. «American International Group» (AIG) sığorta şirkəti Yaponiyada həyat sığortası üzrə «Alico Japan», «AIG Edison Life İnsurance Co.» və «AIG Star Life Insurance Co.» üç bölməsinin satılması barədə bəyanat yayıb. «APA-ECONOMICS»in məlumatına görə, bu addım ABŞ hökuməti tərəfindən AIG-ə kreditin ödənilməsi çərçivəsində atılır. AIG-in baş ofisinin məlumatına görə, şirkət bütün dünyada bir sıra bölmələrini satmaq niyyətindədir. Xatırladaq ki, hazırda sığorta şirkətinin dünyada 130 törəmə strukturu mövcuddur.Qeyd edək ki, sentyabrın 17-də ABŞ-ın Federal Ehtiyat Sistemi AIG-ə 85 mlrd. dollar məbləğində kredit ayırıb. Şirkətin səhmlərinin 79,9%-nin girov qoyulan bu kreditin məqsədi AIG-i müflisləşmədən xilas etməkdir. Şirkətin 2008-ci ilin ilk yarısı üzrə xalis zərəri 13,162 mlrd. dollar təşkil edib, ötən ilin müvafiq dövründə isə şirkət 8,4 mlrd. dollar mənfəət əldə edib. Kredit 2 il müddətinə verilsə də, şirkət ödənişi tezləşdirmək niyyətindədir. Aparılan islahatlar çərçivəsində artıq şirkətin bütün top-menecmenti dəyişdirilib. -
10-04-2008, 01:10 PMAPAAzərbaycan prezidenti Füzuli, Beyləqan və Ağdam rayonlarında səfərdə olub - YENİLƏNİB
[b]Azərbaycan prezidenti Füzuli, Beyləqan və Ağdam rayonlarında səfərdə olub - YENİLƏNİB[b]
Füzuli - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 4-də Füzuli rayonuna səfər edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı və xanımı Mehriban Əliyeva Horadiz şəhərində əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət ediblər. Sonra prezident parkla tanış olub. Bunun ardınca Horadiz şəhərinə təbii qazın verilişinin bərpa olunması mərasimi keçirilib. Dövlət başçısı əvvəlcə Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının, o cümlədən Horadiz şəhərinin qaz təchizatı sxemi ilə tanış olub."Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov məlumat verib ki, layihənin birinci mərhələsində təxminən 69 km uzunluğunda qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Horadiz şəhərində qazpaylayıcı xəttin uzunluğu 8600 metr olacaq. İndiyədək 6 min metr qaz xətti çəkilib. Bütövlükdə 2050 evin qazlaşdırılması nəzərdə tutulur. Hələlik 300 evə mavi yanacaq verilir.Prezidentə ümumilikdə respublikada qazlaşdırmanın vəziyyəti barədə də məlumat verilib. Bildirilib ki, 2008-ci ildə Azərbaycanda 1 milyon 374 min 468 əhali abonentinə qaz verilir ki, bu da 83,6 faiz deməkdir. 2013-cü ilə qədər həmin abonentlərin sayının 1 milyon 484 min 622-yə çatdırılması nəzərdə tutulur. Təbii qazdan istifadə edən əhalinin evlərində və mənzillərində 1 milyon 105 min 715 sayğac quraşdırılıb. Prezident İ. Əliyev Horadiz şəhərinə təbii qazın verilməsinin bərpasını bildirən məşəli yandırıb və mərasimdə çıxış edib. Sonra dövlət başçısı və xanımı sakinlərlə görüşüblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, Füzuliyə səfərini başa vuran dövlət başçısı Beyləqana gedib. Dövlət başçısı Xocavənddən olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbə ilə tanış olub, burada məskunlaşmış sakinlərlə görüşüb. Oradan Ağdama gedən prezident Quzanlı qəsəbəsinə mavi yanacağın verilməsi mərasimində iştirak edib. -
10-04-2008, 01:40 PMAPAAzərbaycanda yerli memarlar arasında ən yaxşı layihə mövzusunda müsabiqə keçirilir
[b]Azərbaycanda yerli memarlar arasında ən yaxşı layihə mövzusunda müsabiqə keçirilir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) Memarlar İttifaqı ilə birlikdə yerli memarlar arasında ən yaxşı layihə (tikili) mövzusunda müsabiqə elan edib. Bu barədə «APA-ECONOMICS»ə Dövlət Komitəsindən məlumat verilib.Müsabiqə müstəqillik illərində tikilib istifadəyə verilmiş və hazırda tikilməkdə olan mülki - mənzil təyinatlı obyektlərin layihələri üzrə keçirilir. Hər iki istiqamət üzrə ayrılıqda I, II, III yerləri tutan müəlliflərə diplom və pul mükafatı təqdim olunacaq.Müsabiqədə iştirak etmək istəyənlərin sənədlərinin qəbulu dekabrın 1-də yekunlaşacaq. -
10-04-2008, 01:50 PMAPALondonda "Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası" mövzusunda dəyirmi masa keçiriləcək
[b]Londonda "Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası" mövzusunda dəyirmi masa keçiriləcək[b]
[Bakı. Laçın Sultanova-APA. Oktyabrın 7-də Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda (The International Institute for Strategic Studies - IISS) «Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası» mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçi qismində mərkəzin rəhbəri Elxan Nuriyev çıxış edəcək. Dəyirmi masada Böyük Britaniyanın tanınmış politoloqları, iqtisadçıları və bu ölkədə akkreditasiya olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər. Mərkəzdən o da bildirilib ki, Avropa İttifaqına üzv ölkələrdə Cənubi Qafqaz regionuna, xüsusən də Azərbaycana marağın artmasını nəzərə alınaraq, tədbirdə qızğın diskussiya və geniş fikir mübadiləsinin aparılacağı gözlənilir.Müzakirələrdə əsas diqqət Azərbaycanın daxili və xarici siyasətinə dair müxtəlif məsələlərə və Azərbaycan-Avropa münasibətlərinin inkişaf perspektivlərinə yönəldiləcək. -
10-04-2008, 02:20 PMAPAİlin sonunda Qazaxıstan banklarını ciddi sınaq gözləyir
[b]İlin sonunda Qazaxıstan banklarını ciddi sınaq gözləyir[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya maliyyə böhranı tədricən əhatə dairəsini genişləndirir. Artıq Qazaxıstan iqtisadçıları da ölkələnin bank sistemində mövcud problemlərin mürəkkəbləşdiyini etiraf edirlər. «APA-ECONOMICS»in məlumatına görə, Mərkəzi Asiyanın İqtisadi Strategiyalar İnstitutunun hesablamalarına əsasən, hazırda Qazaxıstan banklarının məcmu xarici borcu 12 mlrd. dollara çatıb və bu, ümumi bank aktivlərinin 11%-nə bərabərdir. Bu həcmin böyük hissəsi üzrə ödənişlər isə artıq cari ilin sonuna təsadüf edir və bnəticədə, bankların cari likvidlik problemi kəskinləşə bilər. Bununla yanaşı, banklarda vaxtı keçmiş kreditlərin həcmi artmaqdadır və bu səbəbdən bankların mənfəəti azalır. Cari ilin üç rübü ərzində Qazaxıstan banklarının mənfəəti 82,4 mlrd. tenqe (687 mln. dollar) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. Ekspertlər belə şəraitdə bankların xarici borclarını normal şəkildə qaytara biləcəyinə şübhə ilə yanaşır.Çıxış yolu olaraq Qazaxıstan bankları ümidlərini likvidliyin yeni mənbəyinə bağlayıb. Bu rolu Beynəlxalq Valyuta Fondunun təklif etdiyi «stress aktivlər fondu» oynaya bilər. Fondun yaradılması prosesində Dünya Bankının da iştirak edəcəyi gözlənilir. Bu fondun fəaliyyəti kommersiya əsaslı olsa da, Qazaxıstan ekspertləri bu təşəbbüsün uğuruna olduqca pessimist yanaşırlar. -
10-04-2008, 03:10 PMAPATatarıstan Milli Kitabxanasında mühafizə olunan tarixi sənədlər Azərbaycana təqdim olunub
[b]Tatarıstan Milli Kitabxanasında mühafizə olunan tarixi sənədlər Azərbaycana təqdim olunub[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün Tatarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycan Xalq Cümhuriyyətinə dair qiymətli tarixi sənədlər Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdim edilib. APA-nın məlumatına görə, tarixi sənədlər Bakıda səfərdə olan Tatarıstanın nümayəndə heyəti tərəfindən verilib. Tədbirdə eyni zamanda Azərbaycan Milli Kitabxanası tərəfindən Tatarıstan tarixinə, tatar yazıçı və şairlərinin yaradıcılığına dair qiymətli kitabların da Tatarıstan Milli Kitabxanasına təqdimatı olub. Azərbaycanda bu gündən öz işinə başlayan Tatarıstan Mədəniyyət Günləri çərçivəsində həyata keçirilən təqdimat mərasimində Milli Kitabxananın fondunda mühafizə olunan tatar ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisi təşkil olunub. -
10-04-2008, 03:20 PMAPAErmənilərin Tərtər çayını zəhərləməsi səbəbindən çayın suyundan istifadə qadağan edilib
[b]Ermənilərin Tərtər çayını zəhərləməsi səbəbindən çayın suyundan istifadə qadağan edilib[b]
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər çayı boyunca yerləşən yaşayış məntəqələrində çay suyundan istifadə qadağan edilib. Buna səbəb son günlər ermənilər tərəfindən çaya zəhərli maddələrin axıdılmasıdır.
[APA-nın Qarabağ bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, Tərtər çayının suyu həddindən artıq bulanıb, çayda kütləvi şəkildə balıq və digər suda yaşayan canlıların cəsədi aşkarlanıb. Eyni zamanda, ermənilər işğal altında olan Sərsəng su anbarında lil qatını təmizləməyə başlayıblar. APA-ya daxil olan məlumata görə, təmizləmə işləri Rusiya şirkəti tərəfindən həyata keçirilir. Təmizləmə prosesi hətta Dağlıq Qarabağda fəaliyyət göstərən erməni televiziyalarında da nümayiş etdirilib. Sərsəng gölü də daxil olmaqla, ətrafdakı su mənbələrindəki çirkab sular Tərtər çayına axıdılır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdindəki Su Problemləri İnstitutunun əməkdaşları tərəfindən analizlər aparılıb. Məlum olub ki, çayın suyu 90% istifadəyə yararsızdır. Suyun tərkibində ammonyak maddəsi də aşkarlanıb. Ən son məlumatlara görə, Tərtər və Bərdə rayonlarının çay boyu yaşayış məntəqələrinin su təchizatında çətinlik yaranıb. -
10-04-2008, 03:50 PMAPANigar Topçubaşova: "Faiqin porno-kasetlərinə baxdım, nifrət hissi keçirdim, iyrəndim ki, bu insan mənim həyat yoldaşım olub..." - FOTO
[b]Nigar Topçubaşova: "Faiqin porno-kasetlərinə baxdım, nifrət hissi keçirdim, iyrəndim ki, bu insan mənim həyat yoldaşım olub..." - FOTO[b]
[Bakı. Ülkər Qasımova - APA. "Faiq Ağayevin qohumlarının mətbuat konfransında iştirakı Faiqin özü tərəfindən hazırlanmış təxribat idi. Mən uşaq deyiləm axı, bu insanlar ora elə-belə gəlməmişdilər. Faiq o qohumlarını illərlə görmür, heç telefon zənglərinə belə cavab vermir. Onların ora gəlməsinin yeganə bir səbəbi var idi ki, mətbuat konfransına mane olsunlar. Faiqin qohumlarının suallarından sonra hər şey mənə aydın oldu". Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı Nigar Topçubaşova deyib. Bəzi məqamlara aydınlıq gətirən N. Topçubaşova Faiq Ağayevlə bağlı yeni faktlar açıqlayıb: "Biz evlənəndən təxminən bir il sonra Faiqdə dəyişikliklər hissə eləməyə başladım. Həkim Faiqə səhhətində ciddi problemlərin yarandığını demişdi. Bu problemlərin nədən ibarət olduğunu isə mən bu günə kimi də bilmirəm. Məhz həmin vaxt Faiq mənə belə bir mesaj yazdı: "Bağışla məni, Nigar. Mən sənin də, özümün də həyatımı məhv etdim". Əslində ona kimi mən heç onun üzünü də görmürdüm, həm işi ilə əlaqədar, həm də xasiyyəti elə idi. Elə olurdu ki, həftələrlə evə gəlmirdi".Dünənki mətbuat konfransında Faiq Ağayevə böyük sevgi duyduğu üçün onunla ailə qurduğunu etiraf edən N. Topçubaşova artıq ona qarşı heç bir hissinin qalmadığını deyib: "Düzdür, əvvəl sevgi olub və mən bunu etiraf edirəm, ancaq indi heç bir hissim yoxdur o insana qarşı. Bir də ki, bu sevgi həmişə mənim tərəfimdən olub, qarşılıqsız. Onun tərəfindən heç bir sevgi hiss etməmişəm. Faiqin ancaq özünə və pula sevgisi var. Danışanda deyir ki, anasını belə istəyir, yoldaşını belə sevirmiş... Lakin bütün bunlar ağ yalandır. O özündən və puldan başqa heç kimi və heç nəyi sevmir. Mən həmişə demişəm, yenə deyirəm: Mən ailə həyatımı sevgi üstündə qurmuşam. Hər halda xanımlar məni başa düşər. Bu söz-söhbətlər yeni başlayanda ailəmin dağılmasını istəmirdim. Düşünürdüm ki, çətinliklə də olsa, ailəmi qoruyub-saxlayım. Sonradan bunun mümkün olmadığını görüb, ayrılmağa qərar verdim. Bu qərarımdan sonra isə ardı-arası kəsilməyən şantajlar başladı. Onda başa düşdüm ki, Faiqin sözləri yalanmış. Faiq Ağayevin hələ biz ailə qurmazdan əvvəl yayılmış porno-kasetini mənə göndərmişdilər. Ancaq Mən Faiqi həqiqətən sevdiyim, ona inandığım üçün o kasetə əhəmiyyət verməyib, ailə qurdum. Mən o kasetə bu günə kimi də baxmamışam. Ancaq sonradan mənə yenə bir neçə başqa kaset göndərdilər. Həmin kasetlərə baxdım, nifrət hissi keçirdim, iyrəndim ki, bu insan mənim həyat yoldaşım olub... Birinci prono-kaseti Faiq Bakıda ekspertiza etdirdi və guya oradakı şəxsin özü olmadığını dedi. Biz isə o kasetləri Moskvada ekspertizaya göndərmişik ki, həqiqət üzə çıxsın. Ekspertizadan cavab gələndən sonra hər şey məlum olacaq. Faiqin qeyri-ənənəvi cinsi oriyentasiyası ilə bağlı porno-kaset yayılanda atası psixoloji sarsıntı keçirdi. Onun atasını Mərkəzi Klinik Xəstəxanaya mən müalicəyə aparırdım, ona ürək-dirək verirdim, bunların yalan olduğunu deyirdim. Ancaq atası bildirirdi ki, bunların şayiə olmadığını bilir. Onun atası mərhum Ağabəy Sultanovun xəstəsi olub". N. Topçubaşova qardaşı Rüfətin səkkiz ilə yaxın Almaniyada olduğu müddətdə F. Ağayevin ona sponsorluq etməsi barədə dediklərinin də əsassız olduğunu bildirib: "Birincisi, Faiq elə insan deyil ki, mənim qardaşıma kömək etsin, o heç öz doğma qardaşına kömək etmir. İkincisi, biz Faiqlə ailə quranda qardaşım artıq bir neçə il idi ki, Almaniyada yaşayırdı. Bəs onda kim sponsorluq edirdi Rüfətə? Rüfət altı ay əvvəl gəlib Azərbaycana. Bütün baş verənlərdən, bizim boşanmağımızdan, bu söz-söhbətlərdən onun xəbəri olmayıb. Mən bir bacı kimi Rüfətin bunları bilməsini istəmirdim. O, ilk gündən mənim Faiqlə ailə qurmağımın əleyhinə idi, bunu Faiq özü də çox gözəl bilir. Rüfət məhz bu addımıma görə uzun müddət, mənimlə küsülü olub. Rüfət gələndən sonra Faiq mətbuata verdiyi müsahibəsində ailəsinin yanında olduğunu demişdi. Bu da azmış kimi həmin müsahibəsində guya mənim hamilə olduğunu bildirmişdi. Belə şey olmayıb, axı... Bu ilin sentyabrın 3-də artıq iki il tamam olur ki, mən valideynlərimin evində yaşayıram". Bunu Faiqin bütün qonşularının təsdiq edə biləcəyini vurğulayan N. Topçubaşova istənilən şəxsə bunu sübut edə biləcəyini vurğulayıb: "Bu müddət ərzində susmağımın yeganə səbəbi ailəmi qoruyub-saxlaya biləcəyimi düşünməyim idi. Düzdür, biz boşanmışdıq, amma əlaqəmiz var idi. Həm Faiq, həm də anası deyirdilər, düzələcək, səbir et. Sonradan isə başladı məni şantaj etməyə, hədə-qorxu gəlməyə... "Sən bunu eləməlisən, sən mənimlə getməlisən" kimi təzyiqlər etməyə. Sonuncu dəfə mənə zəng vurub dedi ki, Röya bizi toya çağırıb. Mən də bildirdim ki, birincisi, mənim nənəm rəhmətə gedib, hətta Röya özü zəng vurub mənə başsağlığı verib. İkincisi də, lap belə olmasaydı da, səninlə birlikdə toya getmək fikrində deyiləm, neçə vaxtdır, mənim adımdan istifadə edirsən. Faiq gəlib anama və qardaşıma söz verdi ki, boşanmağımızı sentyabrda açıqlayacaq. Mən hardan bilim ki, bu sentyabrda ad alacaq. Faiq məhz bunu gözləyirdi. İki ay əvvəl bu söz-söhbətə görə Faiq özü bizim evdə olub. Anamla qardaşım onu bizə çağırdılar, danışdılar. Bu müddət ərzində Rüfət məhz mənə görə bunları açıqlamayıb. Rüfət məsələnin bu vəziyyətə çatmasını istəmirdi. Rüfət ona dedi ki, açıqla məsələni bitsin, Faiq də bildirdi ki, açıqlayacaq. Sonra da başladı, qardaşıma hədə-qorxu gəlməyə, onu şantaj etməyə. Bunun ardınca evimizə cürbəcür adamlar zəng vurmağa, bizi qorxutmağa başladılar. Faiq də mesaj yazırdı ki, "Eləmə bunu, çaşma, sonra başqa cür olacaq". Mən başa düşə bilmirəm ki, niyə hamı bizdən bunu indiyə kimi açıqlamamağımızın səbəbini soruşur. Bəs bu sualı Faiqə niyə verən yoxdur? Nə qədər insana təzyiq göstərmək olar... Biz ailəvi şəkildə polisə Faiq Ağayevlə bağlı ərizə yazmışıq. Axı onun bu şantajları oyuncaq deyil. Faiq bəyanatında deyib ki, guya boşanandan bir ay sonra mən onun yanın gedib birgə yaşamağımızı istəmişəm. Bunu sübut eləsin ki, biz harada, necə yaşamışıq. Faiq Ağayevlə ailə qurmağıma çox peşmanam. Bundan sonrakı həyatımın çox gözəl olacağına əminəm. Əgər Allah məni ondan ayırıbsa, demək hər şey yaxşı olacaq". N. Topçubaşova atası Əli İsmayılovun toyunda iştirak etməməsinin səbəblərinə də aydınlıq gətirib: "Atam da Rüfət kimi bu evliliyinin əleyhinə idi". O, dünən keçirilmiş mətbuat konfransında ünvanına bəzi ifadələr işlədən Gülnarə Bəylərbəyovanın Faiqin xalası deyil, sadəcə uzaq qohumu olduğunu söyləyib: "Düzdür o, bizim elçiliyimizdə, nişanımızda iştirak edib, ancaq mənim yengəm olmayıb. Gərək mən bunları mətbuat konfransında deyərdim, səhvim o oldu ki, demədim, utandım. O necə yaxın qohumdur ki, Faiqin evinin qapısının hansı rəngdə olduğunu belə bilmir". -
10-04-2008, 04:00 PMAPATürkiyəli deputatın NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizədliyi irəli sürülüb
[b]Türkiyəli deputatın NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizədliyi irəli sürülüb[b]
[Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisi NATO qrupunun sədri, hakim AKP-nin Kırıkkale millət vəkili Vahid Ərdəm NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizəd göstərilib. Xüsusi qrupun iclası oktyabrın 8-9-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək. Bu barədə APA-nın Türkiyə bürosuna açıqlama verən Vahid Ərdəm keçiriləcək tədbirin çox önəmli olduğunu bildirib: "NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupuna indiyədək rəhbərlik edən şəxsin səlahiyyət müddəti bitdiyi üçün sədrliyə mənim namizədliyim gündəliyə gəlib. İclasda Aralıq dənizi və Orta Şərq ölkələrində terrora qarşı mübarizə və təhlükəsizlik məsələlərində əməkdaşlığa dair müzakirələr aparılacaq. Bilirsiniz ki, NATO-nun Aralıq dənizi ölkələri ilə əməkdaşlığını nəzərdə tutan "İstanbul təşəbbüsü" də var".Qeyd edək ki, Türkiyənin dövlət orqanlarında uzun müddət yüksək vəzifələrdə işləyən Vahid Ərdəm 2002-ci ildən iqtidardakı AKP-nin Kırıkkale millət vəkilidir. O, 2003-2007-ci illərdə NATO Parlament Assambleyasının birinci vitse-prezidenti olub. -
10-04-2008, 04:20 PMAPAMSK iki prezidentliyə namizədin vəkillərini qeydə alıb
[b]MSK iki prezidentliyə namizədin vəkillərini qeydə alıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, MSK-nın katibi Natiq Məmmədov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli tərəfindən vəkil edilən 50 nəfər qeydə alınıb, Vüqar Xasayev isə MSK-da namizədin məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənib. Həmçinin prezidentliyə namizəd İqbal Ağazadə tərəfindən vəkil edilən 50 nəfər şəxs də qeydə alınıb. Sonra Azərbaycandakı 125 dairə seçki komissiyasının hər birinə 1 nəfər səs hüquqlu üzv təyin olunub. Seçkidə "exit-poll" keçirmək istəyi ilə MSK-ya məktub göndərən "Sumqayıt Gənclərin Hüquqi Maarifləndirməsi" İctimai Birliyinin müraciətinə də baxılıb. N. Məmmədov deyib ki, müraciət MSK-nın qaydalarına uyğun olmadığından təşkilatın "exit-poll" keçirməsi məqsədəuyğun hesab olunmayıb. Onun sözlərinə görə, ictimai birlik MSK-ya ancaq məktubla müraciət edib, seçki zamanı müvafiq fəaliyyəti ilə bağlı qurumu məlumatlandırmayıb. -
10-04-2008, 04:30 PMAPAMSK sədri: "Yerli KİV-in Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməsi üçün qeydiyyat tələb olunmur"
[b]MSK sədri: "Yerli KİV-in Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməsi üçün qeydiyyat tələb olunmur"[b]
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək istəyən 34 minə yaxın şəxs qeydiyyatdan keçib.
[APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. M. Pənahov bildirib ki, oktyabrın 3-ə olan məlumata görə, ölkədə seçkiləri izləyəcək 884 beynəlxalq müşahidəçi qeydiyyata alınıb: "Seçki günü müşahidəçilik fəaliyyəti ilə məşğul olacaq 31386 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Mindən çox şəxsə isə MSK tərəfindən müşahidəçilik hüququ verilib". Oktyabrın 5-də müşahidəçilərin qeydə alınması prosesinin yekunlaşacağını deyən MSK sədri KİV nümayəndələrinin seçkini izləmək missiyasına da toxunub: "Yerli KİV nümayəndələri seçki prosesini müşahidə etməkdə sərbəstdir, bunun üçün qeydiyyat tələb olunmur. Beynəlxalq KİV nümayəndələrinin qeydiyyatdan keçməsi isə məcburidir". -
10-04-2008, 07:00 PMAPAAzərbaycan prezidenti Şirvan şəhərində qısamüddətli səfərdə olub
[b]Azərbaycan prezidenti Şirvan şəhərində qısamüddətli səfərdə olub[b]
[Şirvan. Əlibəy Zeynalov - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev cənub-qərb bölgəsindən səfərdən qayıdarkən Şirvan şəhərinə baş çəkib. Şirvan Şəhər İcra Hakimiyyətindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birgə öncə Heydər Əliyev parkında olub, şəhər əhalisi ilə görüşüb, onlarla söhbət edib. Prezident daha sonra Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, şəhərdə görülən tikinti-yenidənqurma işləri ilə maraqlanıb. -
10-05-2008, 04:00 PMAPATürkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olub
[b]Türkiyənin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olub[b]
Tovuz. Nəzakət Məşədiəliqızı -APA. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı fövqalada və səlahiyyətli səfiri Hulisi Kılıc Tovuz rayonuna səfər edib.
[Diplomat xanımı ilə birgə cəbhə xəttində yerləşən kəndlərdə olub, təmas xəttini müşahidə edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayonunda şəhidlərin məzarını ziyarət edən səfir və qonaqlar, Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində də olublar. Burda yerli sakinlərlə görüşən səfir Hulusi Kılıca ermənilərin cəbhənin bu istiqamətində törətdikləri yanğınlar, kənd təsərrüfatı ilə məşğul olan dinc əhalini atəşə tutmaları barədə məlumat verilib. Diplomat ermənilərin atəşkəsi pozması nəticəsində zərər dəymiş evlərə də baş çəkib, kənddə keçirilən toy məclisində iştirak edib. Səfir APA-nın yerli bürosuna bildirib ki, Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır: "Türkiyə həmişə Azərbaycanın yanındadır. Biz bölgədə sülh və sabitlik olmasını istəyirik. Bu, hamının arzusudur". Diplomat daha sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Görüşdə səfirə Tovuzun tarixi, iqtisadi potensialı, yerli istehsal növləri, biznes istehsal sahələri ilə bağlı məlumat verilib. Xarici iş adamlarının Tovuzda kənd təssərrüfatı məhsullarının emal sahələrinə sərmayə yatırması, bu sahədə yerli sahibkarlarla əməkdaşlığın qurulması mümkün olduğunu vurğulanıb. Tovuza səfəri zamanı səfirə saz hədiyyə olunub. -
10-05-2008, 04:10 PMAPAAğdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib
[b]Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, yanacaqdoldurma məntəqəsi Qamboy Verdiyev adlı şəxsə məxsusdur. Yanğın yanacaqdoldurma məntəqəsində ehtiyat yanacağın boşaldılması zamanı baş verib.
[Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Yanğın Təhlükəsizlik Xidmətinin və rayon polis şöbəsinin əməkdaşları gəliblər. Onlar dərhal yaxınlıqda yaşayan sakinləri və ətrafda fəaliyyət göstərən mağazalardakı satıcıları evokuasiya ediblər. Yanğının söndürülməsinə Ağcabədi, Bərdə və Tərtər rayonundan yanğın təhlükəsizliyi xidmətlərinin əməkdaşları cəlb edilib. Ümumilikdə 8 yanğınsöndürən maşınla çalışan yanğınsöndürənlər yanacaqdoldurma məntəqəsində alovun başqa tikililərə keçməsinə imkan verməyiblər. Artıq yanğının qarşısı alınıb. Ağdam Yanğın Təhlükəsizlik Xidmətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yanğın əhatə etdiyi ərazidə ümumi həcmi 45 ton olan üç yanacaq çəni olub. Onlardan biri 5 tonluq dizel, digər ikisi isə 20 tonluq benzin çənləridir. Xoşbəxtlikdən çənlərdən heç birində partlayış baş verməyib. Mütəxəssislərin sözlərinə görə, əgər partlayış baş vermiş olsaydı, ətravdakı binaların və yaşayış evlərinin əksəriyyəti zərər çəkərdi.Faktla bağlı araşdırma aparılır. -
10-05-2008, 04:20 PMAPABərdədə ağır yol qəzası baş verib, bir hərbçi ölüb, beş nəfər isə yaralanıb
[b]Bərdədə ağır yol qəzası baş verib, bir hərbçi ölüb, beş nəfər isə yaralanıb[b]
Bərdə. Teymur Zahidoğlu-APA. Bu gün Bərdə rayonu ərazisində Aran-Bəhramtəpə yolunun 56-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə istiqamətində hərəkət edən 44 BC 160 nömrə nişanlı VAZ-2106 markalı «Jiquli» əks istiqamətdə irəliləyən, Bərdə rayon Bəciravn kənd sakin, 1968-ci il təvəllüdlü Əlizamin Səmədovun idarə etdiyi 90 CM 085 nömrəli «Mercedes» markalı avtomobillə toqquşub. Nəticədə «Jiquli»də olan sərnişin, Ağdam rayon sakini, hərbçi Quliyev Bəhruz Şahin oğlu hadisə yerindəcə həlak olub. Maşının sürücüsü, Etibar Süleymanov, sərnişinlər, Bakı şəhəri, Yasamal rayon sakini, 1986-cı il təvəllüdlü Yusif Babayev, Ağdam rayon sakini, 1989-cu il təvəllüdlü Elmir Süleymanov, Ağdam rayon sakini, 65 yaşlı Ofeliya Süleymanova, «Mercedes»in sərnişini, 1940-ci il təvəllüdlü Tamara Salahova xəsarət alıb. Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ofeliya Süleymanovanın vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır. -
10-05-2008, 08:10 PMAPATürkiyədə sərnişin avtobusu aşıb, yaralılardan üçü azərbaycanlıdır
[b]Türkiyədə sərnişin avtobusu aşıb, yaralılardan üçü azərbaycanlıdır[b]
Türkiyə-APA. Türkiyənin Düzcə rayonunda Ankaradan İstanbula gedən "İqdırlılar" firmasına məxsus sərnişin avtobusunun "Jeep" markalı avtomaşınla toqquşması nəticəsində çoxlu sayda insan yaralanıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, qəza hər iki maşının uçuruma yuvarlanması ilə nəticələnib.
[Hadisə nəticəsində yaralanan 34 nəfərin arasında Azərbaycan vətəndaşları da var. Hələlik qəzada yaralananlardan 13-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onlardan üçünün azərbaycanlı olduqları bildirilir. Bunlar Fəxrəddin Səfərov, Məhərrəm Məhərrəmov və Hikmət Seyidov adlı şəxslərdir. Yaralıların vəziyyəti ilə bağlı məlumat yoxdur.