[b]Koreya Azərbaycanın dəmir yolunda hərəkət sürətinin artırılması layihəsinə 300 mln. dollar yatırmağa hazırdır[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Koreya Dəmir Yolları Şəbəkəsi Azərbaycanda Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) dəmir yolunda sürətin artırılması layihəsinə 300 mln. ABŞ dolları məbləğində vəsait ayırmağa hazırdır.
[«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) baş mühəndisi Qurban Nəzirov bildirib.«Hazırda koreyalı mütəxəssislərlə bu layihə müzakirə olunur. Burada söhbət sürətli qatarların tətbiqi deyil, sadəcə olaraq mövcud yolda sürətin artırılması üçün əsaslı təmir işlərindən gedir», - deyə Q.Nəzirov vurğulayıb.ADDY baş mühəndisinin sözlərinə görə, bu istiqamətdə tədbirlərin bir hissəsinin Dəmir yolunun inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Oktyabrın 9-da Bakıda Cənubi Koreya Dəmir Yolları Şəbəkəsinin təqdim etdiyi iki layihə - «Bakı-Böyük Kəsik» layihəsinin yerinə yetirilməsi üçün Layihə Komitəsinin (Layihə İdarəetmə qrupunun) yaradılması və fəaliyyəti ilə bağlı Sazişin icmalı» və «Layihənin Maliyyə Planı» müzakirə olunub.Qeyd edək ki, Koreya Dəmir Yolları Şəbəkəsinin mütəxəssislərinin hazırladığı layihə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) istiqamətində mövcud dəmir yolunda sürətin artırılmasını nəzərdə tutur. Koreyalıların təqdim etdiyi layihədə qatarların sürətinin mövcud 80 km/saatdan 120 km/saatadək artırılması nəzərdə tutulur. Xatırladaq ki, cari ilin may ayının 19-da bu layihə ilə bağlı Azərbaycanla Koreya arasında müvafiq anlaşma memorandumu imzalanıb. Layihənin ümumi dəyəri ilkin olaraq 2 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.
Azərbaycan Xəbərləri
Printable View

10-13-2008, 02:10 PMAPAKoreya Azərbaycanın dəmir yolunda hərəkət sürətinin artırılması layihəsinə 300 mln. dollar yatırmağa hazırdır

10-13-2008, 02:20 PMAPABVF bütün ölkələr üzrə inflyasiya proqnozlarını artırıb
[b]BVF bütün ölkələr üzrə inflyasiya proqnozlarını artırıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, 2008-ci ildə Azərbaycanda inflyasiya 22,4%, 2009-cu ildə isə 20% səviyyəsində gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə BVF tərəfindən hazırlanmış «Dünya iqtisadi icmalı»nda deyilir. Ümumilikdə, BVF tərəfindən bütün ölkələr üzrə hesablanan inflyasiya proqnozları artıb. Məsələn, MDB ölkələri üzrə inflyasiya 2007-ci ildə 9,7% olduğu halda, 2008-ci ildə 15,6%, 2009-cu ildə isə 12,6% səviyyəsində proqnozlaşdırılır. Hesabatda bildirilir ki, MDB ölkələrinin əksəriyyəti ərzaq məhsulları və enerji daşıyıcılarının bahalaşması nəticəsində yüksək inflyasiyaya məruz qalacaq. Eyni zamanda, əksər ölkələrin qida sənayesində müşahidə olunan zəifləmə dünyada ərzaq məhsullarının bahalaşması və idxal qiymətlərinin yüksəlməsi ilə nəticələnəcək. BVF mütəxəssislərin fikrincə, dünya ölkələrinin əksəriyyətində, əsasən də inkişafda olan dövlətlərdə pul siyasəti çərçivəsində inflyasiyaya qarşı görülən tədbirlərin effektsiz olacağı gözlənilir. Ümumilikdə, «Dünya iqtisadi icmalı»nda iqtisadi zonalar üzrə inflyasiyanın səviyyəsi aşağıdakı kimi proqnozlaşdırılır:MDB 2006 2007 2008 2009 Azerbaijan 8.4 -
10-13-2008, 02:30 PMAPANoyabrın 27-də Avropa Şurası Nazirlər Komitəsində sədrlik İsveçdən İspaniyaya keçəcək
[b]Noyabrın 27-də Avropa Şurası Nazirlər Komitəsində sədrlik İsveçdən İspaniyaya keçəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Noyabrın 27-də Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik İsveçdən İspaniyaya keçəcək. APA-nın məlumatına görə, həmin gün Strasburqda AŞ Nazirlər Komitəsinin iclası olacaq. İclasda İsveç quruma sədrliyi 6 ay müddətinə İspaniyaya təhvil verəcək.Xatırladaq ki, bu il mayın 7-dən Nazirlər Komitəsinə İsveçin xarici işlər naziri Karl Bildt rəhbərlik edir. Onun sələfi isə Slovakiyanın xarici işlər naziri olub. -
10-13-2008, 02:40 PMAPA"Seçki 2008" QHT Koalisiyasının seçkilərə hazırlıqla bağlı iclası keçirilib
[b]"Seçki 2008" QHT Koalisiyasının seçkilərə hazırlıqla bağlı iclası keçirilib[b]
[Bakı. Elnur Məmmədli-APA. "Seçki 2008" QHT Koalisiyası təsisçilərinin bu gün keçirilən iclasında seçki günü görüləcək işlər müzakirə olunub. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda müşahidəçilər üçün təlimlər başa çatdırıldığı və koalisiyanın müşahidəçi korpusunun formalaşması yekunlaşdığı bildirilib. Müşahidəçilərə təlimatlar, akt və yekun rəy nümunələri, yaddaş kitabçaları paylanıb. Koalisiya 59 dairədə və 1500-dən çox məntəqədə müşahidə aparacaq. 118 müşahidəçi 59 seçki dairəsində, 1457 müşahidəçi isə məntəqələrdə fəaliyyət göstərəcək.Seçki günü koalisiyanın ofisində 510 03 20 saylı şəhər telefonu "Qaynar xətt" rejimində işləyəcək. Bütün gün ərzində hər bir kəs şəhər nömrəsinə müraciət edərək seçki pozuntuları və problemlərlə bağlı məlumat verə bilələr. "Qaynar xəttə"ə daxil olan məlumatlar və müşahidəçilərin göndərdikləri məlumatlar əsasında bülletenlər hazırlanacaq. Seçki günü koalisiyanın 4 bülleteni yayılacaq. Koalisiyanın ilkin rəyi isə 16 oktyabrda keçiriləcək mətbuat konfransında açıqlanacaq. -
10-13-2008, 02:50 PMAPAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası yanır - YENİLƏNİB
[b]Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası yanır - YENİLƏNİB[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında güclü yanğın baş verib.
[APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, dərhal hadisə yerinə 10-dək yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür. Hadisə yerində operativ qərargah yaradılıb. Yanğının binanın dam örtüyündə başladığı bildirilir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də hadisə yerindədir. Ə. Qarayev APA-ya açıqlamasında deyib ki, hadisə zamanı xəsarət alan olmayıb. O, yanğının yağışlar zamanı islanmış rekvizitlər olan yerdə baş vermiş qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu deyib. Nazir artıq yanğının məhdudlaşdırıldığını söyləyib.Qeyd edək ki, teatrın binası hazırda təmirdədir. -
10-13-2008, 03:00 PMAPAHeyki Talvitie: "Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur"
[b]Heyki Talvitie: "Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Gürcüstanda baş verənlərin bölgədəki digər "dondurulmuş münaqişələr"ə necə təsir göstərəcəyinə dair ətraflı qiymətləndirmə aparmaq hələ tezdir". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Heyki Talvitie deyib. O, bu il yalnız Dnestryanı münaqişənin həllində pozitiv inkişafın müşahidə olunduğunu bildirib: "Gürcüstandakı hadisələr digər münaqişələrdə status məsələsini yenidən gündəmə gətirdi və problemlərin həllinin tezləşdirilməsi zərurətini ortaya qoydu". H. Talvitienin fikrincə, bu il həm Ermənistan, həm də Azərbaycanda seçki ili olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur: "Finlandiya sədr olaraq təminat verir ki, münaqişələr ATƏT gündəmindəki əsas məsələlərdən biri olaraq alacaq. Təşkilat münaqişələrin həllinə daha çox vaxt və enerji sərf etməlidir". -
10-13-2008, 03:30 PMAPAİstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
[b]İstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb[b]
[İstanbul. Mayis Əlizadə-APA. İstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssam Həsənağa Məmmədovun fərdi sərgisi açılıb. Sərginin açılış mərasimində Türkiyənin sənət və elm dünyasının tanınmış simaları iştirak edib. Sənət qalereyasının sahibi Mehmet Kıyatın APA-nın Türkiyə bürosuna verdiyi məlumata görə, Həsənağa Məmmədovla 10 ilə yaxındır əməkdaşlıq etdiyini, onun bir dəfə Ankarada, bir dəfə də İstanbulda fərdi sərgisinin açıldığını bildirib. Mehmet Kıyat bildirib ki, Həsənağa Məmmədovun əsərləri Türkiyənin sənət bazarında ən çox rəğbətlə qarşılana və baha qiymətə satılan əsərlər kateqoriyasına daxildir. Qeyd edək ki, 1949-cu ildə Neftçala rayonunun Aslanbəyli kəndində anadan olan Həsənağa Məmmədov Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra Tiflis Rəssamlıq Akademiyasından məzun olub. 1992-ci ildən Türkiyənin sənət dairələri ilə əməkdaşlıq edən soydaşımızın bu ölkədə indiyədək 50 fərdi sərgisi açılıb. Yağlı boya, sulu boya, quşa, akrilik boya ilə işlədiyi əsərləri Hasan Taşdemir imzası ilə Türkiyənin sənət bazarına təqdim edən azərbaycanlı sənətkar bu ölkədə peyzaj və fiqur janrının bir neçə önəmli ustasından biri sayılır. Həsənağa Məmmədov Türkiyədə əsərləri baha qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir. -
10-13-2008, 03:40 PMAPAMiklos Haraşti: "Azərbaycanda jurnalistlər anlamalıdır ki, onların hüquqları ilə yanaşı, vəzifələri də var"
[b]Miklos Haraşti: "Azərbaycanda jurnalistlər anlamalıdır ki, onların hüquqları ilə yanaşı, vəzifələri də var"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanda seçkilər ərəfəsində ortaya çox şey qoyulub və bütün dünya bu prosesi izləyir".
[APA-nın məlumatına görə, bu fikirlər ATƏT-in söz və media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin ofisinin nəşr etdirdiyi "ATƏT regionunda media azadlığının 10 ili: indiki və qarşıdakı çətinliklər" kitabında öz əksini tapıb. Kitabda qeyd olunur ki, 2007-ci il Azərbaycan üçün mürəkkəb il olub, bu günə qədər ölkədə 4 jurnalist həbsdədir: "Bununla belə Azərbaycanda təhqiqat jurnalistikasının inkişafı müşahidə olunur. Peşəkar standartların inkişafı və gücləndirilməsinə ehtiyac var. Jurnalistlər anlamalıdır ki, onların hüquqları ilə yanaşı, vəzifələri də var". Kitabda ATƏT və Avropa Şurasının Azərbaycandan diffamasiya haqqında qanun qəbul olumasını tələb etdiyi və ATƏT-in jurnalistlər üçün treninqlər keçirdiyinə dair fikirlər də öz əksini tapıb. -
10-13-2008, 03:50 PMAPATürk mütəxəssisləri PKK terrorçuları ilə mübarizə aparacaq robot hazırlayıblar
[b]Türk mütəxəssisləri PKK terrorçuları ilə mübarizə aparacaq robot hazırlayıblar[b]
[Ankara - APA. Türkiyə PKK terrorçuları ilə mübarizədə "növbətçi" robotlardan istifadə edəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İMTAKS adlanan robot yaxınlaşan təhlükəni müəyyən edir, sistemdəki operatora xəbərdarlıq göndərir və nəticədə atəş açılır. Sistemi hazırlayan "Yüksel Holding"in müdafiə sistemləri şirkətinin nümayəndəsi Hayri Esen növbətçi robot İMTAKS layihəsi üzərində uzun müddətdir çalışdıqlarını bildirib: "Bu, silah deyil, içinə silah qoyulan bir sistemdir. Heç bir sistem terrorla mübarizədə təkbaşına kifayət etməz. Amma bu sistem vasitəsilə şəhidlərin sayının azalacağına ümid edirik. Ən çox itkini terrorçuların ilk atəşi nəticəsində veririk. Bu layihə də əsgərlərimizi ilk atəşdən mühafizə etmək məqsədilə hazırlanıb". -
10-13-2008, 04:00 PMAPASəlim Müslümov: «MDB ölkələri vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol ikitərəfli sazişlərdir»
[b]Səlim Müslümov: «MDB ölkələri vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol ikitərəfli sazişlərdir»[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. MDB ölkələrində yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan MDB ölkə vətəndaşlarının qarşılıqlı pensiya təminatı üçün ən səmərəli yol bununla bağlı dövlətlər arasında ikitərəfli razılaşmaların əldə edilməsidir. Bunu «APA-ECONOMICS»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. Fond sədrinin sözlərinə görə, bununla bağlı sazişin 1994-cü ildə imzalanmasına baxmayaraq, o, heç bir ölkə tərəfindən ratifikasiya olunmayıb. Buna görə də qarşılıqlı pensiya təminatı məsələsi bu günədək açıq qalıb: «Bunun üçün də hesab edirik ki, ikitərəfli sazişlər daha səmərəlidir. Çünki pensiya təminatında müxtəlif ölkələrdə müxtəlif sistemlər var, yəni sistemlər adekvat deyil. Bu səbəbdən daha yaxşı olardı ki, bu məsələ ikitərəfli müqavilələrlə tənzimlənsin».Qeyd edək ki, 1990-cı illərin əvvəlində keçmiş SSRİ respublikalarından bir-birinə köçüb getmiş MDB ölkə vətəndaşlarının pensiya təminatının həllində müəyyən problemlər var. MDB ölkələri istəyir ki, belə insanların pensiya təminatını onlarınilk vətəni olmuş ölkə öz üzərinə götürsün. Lakin Azərbaycan tərəfi bununla razılaşmır və qeyd edir ki, həmin dövrdə ölkəmizə köçüb gələn azərbaycanlıların pensiya təminatını DSMF öz üzərinə götürüb.Xatırladaq ki, Azərbaycan vətəndaşların pensiya təminatına dair Türkiyə, Moldova, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna və Gürcüstanla ikitərəfli saziş bağlayıb. -
10-13-2008, 04:10 PMAPAAstarada boğulmuş qadın meyiti tapılıb
[b]Astarada boğulmuş qadın meyiti tapılıb[b]
[Astara. Ağəddin Babayev-APA. Astara rayonunda qətl hadisəsi baş verib. Astara rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, bu gün səhər saat 10.00 radələrində prokurorluğa rayonun Siyəkü ərazi vahidliyinin Fətəli Oba yaşayış məntəqəsində qadın meyitinin tapılması barədə məlumat daxil olub. Prokurorluğun əməliyyat-axtarış qrupu hadisə yerinə gedib. Qətlə yetirilən şəxslin Astara rayonunun Siyəkü kənd sakini 1980-ci il təvəllüdlü Validə Balağa qızı Fətəliyeva olduğu aşkarlanıb. Meyitə baxış zamanı onun boğaz nahiyəsində barmaqla boğulma izləri aşkarlanıb. Məlumata görə, V. Fətəliyeva 4 yaşlı oğlu Surac Elşən oğlu Fətəliyevlə bir yerdə yaşayırmış. Qeyd olunub ki, 5 il əvvəl Elşən Fətəliyevlə ailə həyatı quran V. Fətəliyeva 1 il sonra ondan boşanıb. İlkin ehtimallara görə, görə qətl ailə münaqişəsi zəminində V. Fətəliyevanın keçmiş həyat yoldaşı tərəfindən törədilib. Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. -
10-13-2008, 04:20 PMAPAAzərbaycanda regional tikinti müəssisəsi satışa çıxarılıb
[b]Azərbaycanda regional tikinti müəssisəsi satışa çıxarılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Gəncə Mənzil Tikinti» ASC-nin səhmlərinin 99,96%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dən məlumat verilib.Gəncə şəhərində yerləşən və əsas fəaliyyət növü dəmir-beton məmulatlarının istehsalı, tikinti quraşdırma işləri olan səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 697 092,8 manatdır. ASC-nin buraxılmış səhmlərinin sayı 14 348 546 ədəd, səhmlərinin növü sənədsiz adlı, nominal dəyəri isə 2 manatdır. Satışa müəssisənin ümumi nominal dəyəri 2 696 108 manat olan 1 348 054 səhmi çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak haqqı və qeyri-maddi aktivləri yoxdur.Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 136 404,70 manat (o cümlədən, əməkhaqqı və ona bərabər borcları 1 499,80 manat), debitor borcları isə 248 948,60 manat təşkil edib.İddiaçılar müəssisənin mövcud fəaliyyətinin bərpa edilməsi və müasir standartlara uyğun olaraq yenidən qurulmasına dair təkliflərini, həmçinin, dövlət büdcəsinə ödəniləcək 1 mln. manat vəsaitin, silinmək üçün DƏİEDK-ə təqdim olunacaq 50 min özəlləşdirmə çeki (xarici investorlar çeklərin sayı miqdarında dövlət özəlləşdirmə opisionları da təqdim etməlidir) ilə bağlı təkliflərini təqdim etməlidir. İddiaçıların ərizə və təkliflərinin qəbulu noyabrın 14-da başa çatacaq. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək. Müsabiqə Komissiyası tərəfindən isə təkliflərin qiymətləndirilməsinə noyabrın 19-dan başlanacaq. -
10-13-2008, 04:40 PMAPAElçin Behbudov Zakir Nəsirovla görüşüb
[b]Elçin Behbudov Zakir Nəsirovla görüşüb[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Naziriliyinin istintaq təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya məlumat verən komitə sədri orada Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, ömürlük məhbus Zakir Nəsirovla görüşdüyünü deyib. Z. Nəsirovun səhhətindən heç bir problemin olmadığını qeyd edən hüquq müdafiəçisi deyib ki, məhbus istintaqla bağlı bəzi problemlərinin olduğunu bildirib. E. Behbudov MTN-nin istintaq təcridxanasında 66 şəxsin 15 oktyabr prezident seçkilərində səs verəcəklərini bildirib. Səsvermə təcridxananın idman zalında keçiriləcək. -
10-13-2008, 04:50 PMAPASeçki günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək
[b]Seçki günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə "Media və seçkilər" mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq, seçki prosesinin işıqlandırılmasında jurnalistlərin rolundan danışıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev çıxışında seçki prosesində iştirak edən jurnalistlərin digər müşahidəçilərdən fərqi, onların hüquqları barədə məlumat verib. Tədbirdə bildirilib ki, seçki prosesində jurnalistlərlə bağlı baş verə biləcək hər hansı problemi araşdırmaq məqsədi ilə seçki günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək. Qeyd olunub ki, seçki günü xidməti vəzifələrini yerinə yetirərkən hər hansı xoşagəlməz vəziyyətlə rastlaşan mətbuat təmsilçiləri 561-82-46 və 561-80-37 nömrələrlə "Qaynar xətt"ə müraciət edə bilərlər. -
10-13-2008, 05:00 PMAPAŞamaxı Şərab Emalı zavodunun mühafizəçisi və Nizami rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Şamaxı Şərab Emalı zavodunun mühafizəçisi və Nizami rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Oktyabrın 9-da Şamaxı rayonundakı Şərab Emalı zavodunda, oranın mühafizəçisi Razi Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, daha bir elektrik cərəyanı vurma hadisəsi Bakının Nizami rayonunda qeydə alınıb. Nizami rayonu Naxçıvanski küçəsində yaşayan Zeynəb Şakirova mənzilində elektrik cərəyanı vurması nəticəsində ölüb. -
10-13-2008, 05:10 PMAPAAzərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır
[b]Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Yaxın günlər ərzində ölkə ərazisində hava, əsasən, yağmursuz keçəcək, havanın temperaturu tədricən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-23 dərəcə olacaq. Sabah respublika ərazisində gecə və axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağış yağacaq, duman olacaq, zəif şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 18-22 dərəcə isti olacaq. Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti hökm sürəcək. Həmin müddətdə biometeoroloji amillərin zəif tərəddüdləri gözlənilir. Meteoroloji şərait meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. -
10-13-2008, 05:20 PMAPATürkiyə prezidenti Abdullah Gül Tallində Azərbaycan icmasının üzvləri ilə görüşüb - FOTO
[b]Türkiyə prezidenti Abdullah Gül Tallində Azərbaycan icmasının üzvləri ilə görüşüb - FOTO[b]
[Tallin. Laura Cəbrayıllı-APA. Estoniya Milli Kitabxanasında "Estoniya-90 və Türkiyə-85" adlı sərginin açılışı olub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət Komitəsi Mətbuat xidmətindən iki ölkə arasındakı münasibətlərə dair arxiv materiallarının, şəkil və sənədlərin nümayiş etdirildiyi sərginin açılışında Türkiyə prezidenti Abdulla Gül və Estoniya prezidenti Hendrik İlves iştirak ediblər. Hendrik İlves deyib ki, bütün zamanlarda Estoniyanın ən çətin dönəmlərində Türkiyə Cumhuriyyəti bizim yanımızda olub. Sərgidən sonra Tallinin Kadriorq toplantı salonunda Türkiyə prezidentinin təşəbbüsü ilə bu ölkənin turkdilli icmalarının - Azərbaycan, tatar, başqırd, özbək və qırğız diasporlarının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Tatar icmasının nümayəndəsi İldar Mühamədsin Tallində məscidin tikilməsi təklifi ilə çıxış edib. Türkiyə prezidenti Abdulla Gül bu işə dəstək verəcəyini bildirib. Azərbaycan icmasının rəhbərliyi isə Abdulla Gülə, Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Türk və Azərbaycan diasporlarının birgə fəaliyyətinə dəstək verdiklərinə görə minnətdarlıq edib. -
10-13-2008, 05:30 PMAPALənkəranda prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib
[b]Lənkəranda prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran şəhərində prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Cənub bürosunun xəbərinə görə, "Xəzər-Lənkəran" futbol klubunun stadionunda keçirilən tədbirdə İlham Əliyevin vəkilləri, Mili Məclisin üzvləri Hadı Rəcəbli, Miri Qənbərov və professor Musa Qasımov çıxış edib. Çıxışlarda İlham Əliyevin prezident olduğu 5 il ərzində ölkədə aparılan islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışılıb. -
10-13-2008, 05:40 PMAPAQərbi Avropa maliyyə böhranına qarşı birgə mübarizə aparacaq
[b]Qərbi Avropa maliyyə böhranına qarşı birgə mübarizə aparacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu ilin oktyabrın 12-də Parisdə keçirilən maliyyə sammiti nəticəsində Avropanın aparıcı banklarının sabitliyinin qorunmasına dair qərar qəbul olunub. «APA-ECONOMICS»in məlumatına görə, Fransa prezidenti Nikolya Sarkozinin təşəbbüsü ilə keçirilən sammitdə həmçinin Böyük Britaniyanın baş naziri Gordon Braun, Almaniya kansleri Angela Merkel və İtaliyanın baş naziri Silvio Berluskoni iştirak edib.Sammitin keçirilməsində əsas məqsəd Avropada maliyyə böhranına qarşı razılaşdırılmış siyasətinin müəyyənləşdirilməsi olub. Görüşün əsas nəticəsi ölkələrin aparıcı banklarının sağlamlaşdırılması üçün dövlətlər tərəfindən vəsaitin ayrılması barədə razılığın əldə olunmasıdır. Qərara alınıb ki, oktyabrın 15-dək hər ölkə öz maliyyə qurumlarına ayıracağı vəsaitin həcmini müəyyənləşdirsin.Dövlətlərin maliyyə yardımı bankların qismən milliləşdirilməsi və hökumətlər tərəfindən təmin olunmuş ssudaların verilməsi yolu ilə keçiriləcək. Qeyd edək ki, bu, Böyük Britaniyanın irəli sürdüyü təşəbbüs və plandır. Baş nazir G.Braun hətta bu ölkənin üç ən iri bankın imtiyazlı səhmlərinin dövlət tərəfindən alınacağını bəyan edib. Britaniya hökumətinin planlarına əsasən, həmçinin bankların aktivlərinin cari hesablanması üzrə qaydaların yumşaldılması nəzərdə tutulur. Belə ki, maliyyə və qeyri-maliyyə təşkilatları öz aktivlərini cari bazar qiyməti ilə deyil, defoltun ehtimalı nəzərə alınmaqla qiymətləndirməlidir.Qeyd edək ki, hazırda Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iştirakı ilə «Böyük 20-liyin» sammiti keçirilir və toplantıda əsas mövzu dünya maliyyə böhranından çıxış yolları və ona qarşı razılaşdırılmış tədbirlərin müəyyənləşdirilməsidir.«Böyük 20-liyin» sırasına ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Yaponiya (Böyük 7-lik), Avstraliya, Argentina, Braziliya, Avropa İttifaqı, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika və Cənubi Koreya daxildir. G-20 ölkələrin dünya üzrə ümumi daxili məhsulun strukturunda payı 85%, məcmu ticarət dövriyyəsində isə 80% təşkil edir. -
10-13-2008, 05:50 PMAPARuhi Azərbaycanda analoqu olmayan avtomobil alıb
[b]Ruhi Azərbaycanda analoqu olmayan avtomobil alıb[b]
[Bakı. Ülkər Qasımova - APA. Müğənni Ruhi Azərbaycanda analoqu olmayan avtomobil alıb. Müğənninin yaxınları APA-ya bildiriblər ki, Ruhi "Mercedes SLS" markalı avtomobili sifarişlə başqa ölkədən gətirtdirib. Ağ rəngdə olan yeni avtomobil iki nəfər üçün nəzərdə tutulub. Qiyməti yarım milyon dollardır. Maşından həm üstü açıq, həm də üstü bağlı şəkildə istifadə etmək olur. Ruhi bundan əvvəl istifadə etdiyi ağ rəngli "Mercedes"i isə satıb. -
10-13-2008, 06:00 PMAPASamux rayon sakini insan alveri faktı ilə bağlı tutulub
[b]Samux rayon sakini insan alveri faktı ilə bağlı tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samux rayon sakini Şəfayət Allahverdiyeva tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ş. Allahverdiyeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaq faktı ilə əlaqədar təqsirləndirilir. -
10-13-2008, 06:10 PMAPAAzərbaycanda prezident seçkilərini 50 minə qədər yerli və beynəlxalq müşahidəçi izləyəcək
[b]Azərbaycanda prezident seçkilərini 50 minə qədər yerli və beynəlxalq müşahidəçi izləyəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini 50 minə qədər yerli və beynəlxalq müşahidəçi izləyəcək. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. Onun sözlərinə görə, artıq müşahidəçilərin qeydiyyatı prosesi başa çatıb. Müşahidəçilik məqsədi ilə müraciət etmək üçün müəyyən olunmuş müddətdə MSK-ya 2672 yerli, 1233 beynəlxalq müşahidəçi müraciət edib. DSK-larda isə 43 min 100 müşahidəçi qeydə alınıb. Bunların 25 mini siyasi partiyaları, 15 mini QHT-ləri təmsil edir, 6 minə yaxını isə müstəqil şəxslərdir. M. Pənahov səsvermənin gedişi ilə bağlı oktyabrın 15-də gün ərzində 5 dəfə mətbuata məlumat veriləcəyini bildirib. -
10-13-2008, 06:20 PMAPARusiyanın «Baltika» şirkəti Azərbaycanda aldığı pivə zavodunda istehsalı üç dəfə artıracaq
[b]Rusiyanın «Baltika» şirkəti Azərbaycanda aldığı pivə zavodunda istehsalı üç dəfə artıracaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Rusiyanın iri pivə istehsalçısı olan «Baltika» şirkətinin Xırdalandakı «Bakı-Castel» pivə zavodunun alınmasına dair mətbuat konfransı keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən «Baltika» şirkətinin prezidenti Anton Artemyev bildirib ki, tərəflər arasında zavodun alınmasına dair sövdələşmə tamamilə başa çatdırılıb. Tədbirdə «Baltika» şirkəti haqqında ətraflı məlumat verən A.Artemyev qeyd edib ki, şirkət Rusiyanın pivə bazarının 38%-ni əhaət edir və 50 ölkədə Rusiyadakı 11 zavodun istehsal etdiyi məhsulu reallaşdırır: «Biz ildə 50 mln. hektolitr (1 hektolitr = 100 litr) pivə istehsal edirik ki, məhsulumuzun da 70%-i ixrac olunur. Gün ərzində 96 mln. litr məhsul satılır. Belə ki, Şimali Avropada şirkətimiz satışa görə 1-ci yeri, dünyada isə 4-cü yeri tutur».A.Artemyev həmçinin qeyd edib ki, «Baltika» şirkətinin məhsulları Azərbaycanda 2000-ci ildən satılır və ölkə bazarının 4%-ni təşkil edir. Rusiya və Azərbaycanda pivə tələbatını müqayisə edərək «Baltika» şirkətinin prezidenti qeyd edib ki, Azərbaycanda yay mövsümündə pivə qış mövsümünə nisbətən 14 dəfə çox satılır, Rusiyada isə bu fərq iki dəfədir.«Biz Azərbaycanda yeni imkanlar tədbiq edəcəyik, qış mövsümündə digər ölkələrə ixracı təmin edək. Həmçinin, aldığımız zavodu bir sıra yeni avadanlıqlarla təchiz edəcəyik», - deyə A.Artemyev bildirib. A.Artemyevin sözlərinə görə, artıq gələn ildən etibarən zavodda Azərbaycanın yerli pivə brendləri («Xırdalan», «33 Export», «Bizim Pivə», «Əfsanə» və s.), o cümlədən şirkətin istehsal etdiyi brendlər («Baltika», «Arsenalnoye», «Nevskoye» və s.) inkişaf olunacaq. Tərəflər arasında baş tutmuş sövdələşmənin ümumi məbləğini açıqlamaq istəməyən A.Artemyev əlavə edib ki, artıq 2009-cu ilin may ayından etibarən Azərbaycanda «Baltika» pivələrinin istehsalına başlanacaq: «Biz Azərbaycanda yüksək keyfiyyətli pivə istehsal edəcəyik və artıq 2009-cu il ərzində «Baltika»nın 9, 7, 3 nömrələrini şüşə və dəmir qablarda, bundan başqa şirkətin istehsal etdiyi digər superpremium, premium, qənaətli və s. pivə məhsullarının istehsalına başlayacağıq».Şirkətin prezidenti bildirib ki, əgər hazırda müəssisə ildə 0,7 mln. hektolitr pivə istehsal edirsə, «Baltika» şirkəti gələcəkdə bu rəqəmi 2 mln. hektolitrə çatdırmağı planlaşdırır: «Demək olar ki, Azərbaycanda pivə yalnız yay mövsümündə realizə olunur. Belə ki, 0,7 mln. hektolitrin bir çox hissəsi məhz yayda satılır».Qeyd edə ki, Azərbaycanda ildə 2,4 mln. dekalitr (1 dekalitr=10 litr) pivə içilir. Yerli pivə bazarının 70%-ni «Xırdalan», qalan hissəsi isə «Efes» və «Baltika» pivələri arasında bölüşür. Ötən il ərzində Azərbaycanda pivənin adambaşına istehlak həcmi 6 litr təşkil edib, 2006-ci ildə isə bu rəqəm 3,9 litr olub. Xatırladaq ki, müstəqil ekspertlərin fikrincə, Azərbaycanın iri pivə istehsalçısı olan «Bakı-Castel»in fransızlar tərəfindən satılmasının əsas səbəbi həmin ərəfədə avronun məzənnəsinin artması ilə əlaqədardır.Xatırladaq ki, «Baltika» ASC «Bakı-Castel»in səhmlərinin 92%-ni alıb. -
10-13-2008, 06:30 PMAPA«Azerfon» şirkəti yeni regional satış və müştəri xidmətləri mərkəzi açıb
[b]«Azerfon» şirkəti yeni regional satış və müştəri xidmətləri mərkəzi açıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Şəki rayonunda yeni satış və müştəri xidmətləri mərkəzini istifadəyə verib. Bu barədə «APA-ECONOMICS»ə «Azerfon» MMC-dən məlumat verilib.Şəkinin Heydər Əliyev prospekti,4 ünvanında yerləşən yeni «Nar Mobile» Mərkəzində abunəçilərə geniş çeşiddə xidmətlər göstərilir, abunəçiləri maraqlandıran bütün suallar cavablandırılır və yeniliklər haqqında məlumatlar təqdim olunur. Hazırda şirkətin Bakı, Gəncə, Şəki və Naxçıvanda 10 «Nar Mobile» Mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, hazırda «Nar Mobile»in Azərbaycan ərazisində 400-dən artıq rəsmi diler və distribütor mərkəzlərindən ibarət satış şəbəkəsi mövcuddur. Qeyd edək ki, GSM operatoru olan «Azerfon» MMC şirkətinə mobil rabitə xidmətlərinin göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabr ayında lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən çox abunəçi istifadə edir. -
10-13-2008, 06:50 PMAPAAvropa Birliyi Özbəkistana qarşı sanksiyaların böyük qismini ləğv edib
[b]Avropa Birliyi Özbəkistana qarşı sanksiyaların böyük qismini ləğv edib[b]
[Brüssel - APA. Avropa Birliyi Özbəkistana qarşı tətbiq olunan sanksiyaların böyük qismini ləğv edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qərar AB ölkələri xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında qəbul olunub. Qərara əsasən yalnız Özbəkistana silah satışına qoyulmuş qadağa qüvvədə saxlanılıb. Xatırladaq ki, AB 2005-ci ildə Özbəkistana qarşı sanksiyalar tətbiq etmişdi. Səbəb Özbəkistan hökumətinin eyni ilin may ayında Əndican şəhərində baş vermiş qanlı hadisələrlə bağlı beynəlxalq təhqiqat aparılmasından imtina etməsi idi. Sanksiyalara əsasən prezident İslam Kərimov da daxil olmaqla bir sıra dövlət məmurlarının AB ərazisinə səfərlərinə qadağa qoyulmuş, bu ölkə ilə əməkdaşlığa dair sazişin fəaliyyəti dayandırılmış və Özbəkistana silah satışına embarqo qoyulmuşdu. -
10-13-2008, 07:00 PMAPAAvropa Birliyi Aleksandr Lukaşenkoya 6 aylıq viza verib
[b]Avropa Birliyi Aleksandr Lukaşenkoya 6 aylıq viza verib[b]
[Brüssel - APA. Belarus prezidenti Aleksandr Lukaşenkonun Avropa Birliyi ölkələrinə səfərlərinə qoyulmuş qadağa müvəqqəti olaraq götürülüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə AB xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında qərar qəbul edilib. Qərar 1999-2000-ci illərdə bəzi müxalifətçilərin yoxa çıxmasına görə şübhəli bilinən 3 məmur və Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina istisna olmaqla, digər Belarus məmurlarına da şamil olunacaq və yarım il qüvvədə qalacaq. AB-yə sədrlik edən Fransanın təmsilçiləri bu yolla Belarusda demokratiyanın inkişafını təşviq etdiklərini deyiblər. Müxalifətin üç nümayəndəsi - Aleksandr Kozulin, Sergey Parsyukeviç və Andrey Kimin həbsdən buraxılması da bu qərarda rol oynayıb. Xatırladaq ki, AB 2006-cı ildə Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını bildirərək bu ölkəyə qarşı sanksiyalar tətbiq etmişdi. -
10-13-2008, 07:30 PMAPASeçki Monitorinq Mərkəzinin koordinatoru qurumun seçki günü üçün hazırladığı ssenari ilə bağlı sensasion bəyanat yayıb
[b]Seçki Monitorinq Mərkəzinin koordinatoru qurumun seçki günü üçün hazırladığı ssenari ilə bağlı sensasion bəyanat yayıb[b]
Bakı - APA. "Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün bütün vətəndaşlar fəallıq göstərməlidir.
[Ölkə qanunvericiliyinin verdiyi imkanlardan istifadə etməklə hamımız Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və kampaniyanın demokratikliyini daha da artıra bilərik. Mən də gənc və bitərəf ziyalı kimi Seçki Monitorinq Mərkəzinin (SMM) Quba-Xaçmaz bölgəsindəki nümayəndəliyinin təşkil etdiyi müşahidəçilər qrupuna qoşulmuşam, bu qurumun 54 və 55 saylı seçki dairələri üzrə koordinatoruyam. Bundan əlavə, MSK-dan uzunmüddətli könüllü müşahidəçi kimi qeydiyyatdan keçmişəm. SMM rəhbərliyindən bizə bildirilib ki, müstəqil müşahidəçilər adı altında Dairə Seçki komissiyalarından və MSK-da qeydiyyatdan keçməli, lakin sonradan SMM-in müşahidəçiləri kimi fəaliyyət göstərməliyik. SMM-in adı isə heç yerdə çəkilməməlidir". Bu sözlər SMM-in 54 və 55 saylı seçki dairələri üzrə koordinatoru, qurumun təlimçisi və respublika ərazisi üzrə müşahidəçisi, Xaçmaz sakini Təranə Rafiq qızı Zaliyevanın bu gün yaydığı bəyanatdandır. T. Zaliyevanın APA-ya daxil olan bəyanatında bildirilir ki, onlara o da tapşırılıb ki, seçki günü səslərin paralel sayılmasını təşkil etsinlər və heç bir dövlət və qeyri-dövlət qurumları, hətta yerli müşahidəçilər belə bir müddət bundan xəbərdar olmamalıdırlar: "Qeyd edim ki, mən əvvəldən belə fəaliyyətin əleyhinə olmuşam. Başa düşə bilmirdim ki, nəyə görə SMM rəhbəri Anar Məmmədli demokratiya və şəffaflıqdan danışdığı halda, bizi gizli fəaliyyət göstərməyə təhrik edir, KİV-lərdə çıxış etməyə qadağa qoyub".T. Zaliyeva SMM-in oktyabrın 10-da yaydığı hesabatında onun 55 saylı Seçki Dairəsindən verdiyi məlumatı saxtalaşdırdığını da qeyd edib: "Mən internet vasitəsi ilə göndərdiyim informasiyada bildirmişəm ki, YAP-ın Xaçmaz şəhərində keçirdiyi aksiyada rayon mərkəzində və kəndlərdə yaşayan partiya üzvləri iştirak ediblər. SMM-in yaydığı hesabatda isə göstərilir ki, kəndlərdə yaşayan YAP-çılar guya avtobuslarla Xaçmaz şəhərinə gətiriliblər. Vətəndaşları aldatmaq, yalan və saxtakarlıq yolunu tutmuş SMM-in seçkilərin nəticələrini də saxtalaşdıracağına heç bir şübhə yoxdur. SMM-in 15 oktyabrda seçki məntəqələrində süni qarışıqlıq yaradacağı, məntəqələrdən verilən məlumatları da təhrif edəcəyi gözləniləndir. Mən SMM-in belə fəaliyyətini pisləyirəm, qurumun təşkil etdiyi "seçki komediyası"nda iştirakdan imtina edirəm. Mənim kimi SMM tərəfindən aldadılaraq bu qurumun fəaliyyətinə cəlb olunmuş bütün vətəndaşlardan eyni addımı atmağı xahiş edirəm. SMM-in rəhbərliyinə isə təklifim budur ki, seçkiləri müşahidə edəcək müşahidəçilərinin siyahısını, alınan qrantın məbləğini açıqlasın. Onda hər şey göz qabağında olacaq və dediklərimə heç bir şübhə yeri qalmayacaq". -
10-13-2008, 07:40 PMAPAQüdrət Həsənquliyevin təbliğat mitinqi keçirilib
[b]Qüdrət Həsənquliyevin təbliğat mitinqi keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakıdakı "Təbriz" kinoteatrının qarşısında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin təbliğat xarakterli mitinqi keçirilib. APA-nın məlumatına görə, saat 17:00-da başlayan mitinqi açan namizədin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli Q. Həsənquliyevin siyasi fəaliyyəti haqda danışıb. Vahid Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov və Təkamül Partiyasının sədri Teyyub Qəni namizədin platformasını yüksək qiymətləndirərək seçiciləri Q. Həsənquliyevə səs verməyə çağırıblar. Prezidentliyə namizəd isə çıxışını sosial-iqtisadi, hərbi və elm sahələrində olan problemlərə həsr edib. O, bir çox sahədə islahatlara ehtiyac olduğunu bildirib: "Hökuməti parlament seçkilərində qalib gələn partiya qurmalı, ölkədə ciddi siyasi islahatlar aparılmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün isə ilk növbədə Ermənistan ordusundan on dəfə güclü ordu formalaşdırılmalıdır. Hərbi xərclər büdcənin 25 faizinə çatdırılmalıdır. Orduya dövlət və ictimai nəzarət gücləndirilməli, Neft Fonduna toplanan vəsaitlərin 80 faizi müdafiə sənayesinin inkişafına və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməlidir. Bununla yanaşı, peşəkar ordu quruculuğu prosesinin tez bir zamanda həyata keçirilməlidir". Q. Həsənquliyev prezident seçiləcəyi təqdirdə bölgələrdəki işsizlik probleminin həlli üçün zəruri addımların atılacağını söyləyib. O, rayonlarda məmur özbaşınalıqlarına da toxunub. Qeyd edək ki, mitinqə "Yoxsulluqla Mübarizəyə Çağırış" QHT alyansının üzvləri də qoşulub. Aksiya saat 18:00-da insidentsiz başa çatıb. -
10-13-2008, 07:50 PMAPAQax sakini yol qəzasında ölüb
[b]Qax sakini yol qəzasında ölüb[b]
[Qax. Vüqar Heydərov-APA. Qax rayonunun Süsgənc kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Yevlax rayonunun Xaldan kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Ramiz Sabit oğlunun idarə etdiyi daşla yüklənmiş "KamAZ" markalı 45-BY-753 dövlət nömrə nişanlı avtomaşın aşıb. İlkin məlumata görə, maşının aşmasına tormoz sisteminin xarab olması səbəb olub. Maşında olan 1961-ci il təvəllüdlü Qax rayonu Ləkit kənd sakini Rəhimov Vəli Şakir oğlu üzərinə daş düşməsi nəticəsində hadisə yerində ölüb. Sürücü R. Məmmədov və digər sərnişin 1967-ci il təvəllüdlü Ləkit kənd sakini Vahabov Beray Vahab oğlu bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. -
10-13-2008, 08:10 PMAPAAzərbaycanda prezident seçkilərinin müşahidə edəcək İran nümayəndə heyəti Bakıya gəlib
[b]Azərbaycanda prezident seçkilərinin müşahidə edəcək İran nümayəndə heyəti Bakıya gəlib[b]
[Bakı. Ramil Məmmədli-APA. Azərbaycanda prezident seçkilərinin müşahidə edəcək İran nümayəndə heyəti Bakıya gəlib. Müşahidə missiyasının üzvü, İran parlamentinin mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi APA-ya bildirib ki, 5 nəfərdən ibarət olan missiya həm dövlət, həm QHT nümayəndələrindən formalaşıb. Onun sözlərinə görə, müşahidəçilər İran-Azərbaycan Dostluq Cəmiyyətinin, bu ölkənin parlamentinin, Xarici İşlər Nazirliyinin və Prezidentin İcra Aparatının təmsilçiləridir. İ. Təbrizi müşahidənin yekunlarına dair hesabatın açıqlanacağını da qeyd edib. -
10-14-2008, 10:10 AMAPAErmənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 13-də saat 19.00-dan 19.30-dək, 20.00-dan 20.15-dək və oktyabrın 14-də saat 01.30-dan 01.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Aygepar, İcevan rayonu Berkaber, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Bala Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 18.45-dən 18.55-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 14-də saat 05.55-dən 06.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.10-dan 06.15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-14-2008, 10:20 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-14-2008, 10:40 AMAPA"Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində tədbirlər keçiriləcək
[b]"Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində tədbirlər keçiriləcək[b]
[Bakı-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində İspaniyanın Kartagena və Malaqa şəhərlərində oktyabrın 19-dan 24-də təlim kursu keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 20-24 oktyabr tarixlərində isə Bakı şəhərində Hərbi-Dəniz Qüvvələri zabitlərinin NATO (HDQ ilə) tanışlıq kursu olacaq. Oktyabrın 25-dən 29-dək isə Albaniyanın Tirana şəhərində Hərbi Hava Qüvvələri Komandanları Konfransı baş tutacaq. 27-30 oktyabrda isə İtaliyanın Neapol şəhərində Dənizdə hərbi əməliyyatların planlaşdırılması üzrə işçi görüşü olacaq. İctimai Əlaqələr mövzusunda konfrans isə oktyabrın 27-dən 31-dək davam edəcək. Türkiyənin Ankara şəhərində və Ankaranın Bəytəpə qəsəbəsində "Sülhü Dəstəkləmə Əməliyyatlarında qaçqınların idarə olunması" kursu 20-23 oktyabr tarixlərində keçiriləcək. «Sülh Naminə Tərəfdaşlıq» proqramına əlavə çərçivəsində 23-24 oktyabrda Sloveniyanın Lyublyana şəhərində Hərbi Attaşelərin illik toplantısı olacaq. Almaniyanın Flensburq, Mürvik və Qlüksburq şəhərlərində Hərbi Dəniz Qüvvələri (HDQ) üzrə məlumat toplantısı oktyabrın 28-29 tarixlərində gerçəkləşəcək. Qazaxıstanın Almatı şəhərində "Vyana-99" sənədi üzrə oktyabrın 27-dən noyabrın 1-dək silahlara nəzarətə dair regional kurs keçiriləcək. Almaniyanın Heydelberq şəhərində Avropa Orduları Konfransı 29-31 oktyabrda baş tutacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək. -
10-14-2008, 11:00 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində «NATO Günləri» keçiriləcək
[b]Azərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində «NATO Günləri» keçiriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində «NATO Günləri» keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 26-dan 29-dək keçiriləcək tədbirlər çərçivəsində müdavimlərə NATO, bu alyansla əlaqələr, sülhyaratma missiyalarında iştirakı və s. anlayışlar veriləcək.«NATO Günləri» NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının nümayəndə heyətinin iştirakı ilə keçiriləcək. Qeyd edək ki, Azərbaycan 1994-cü ildən NATO ilə «Sülh Naminə Tərəfdaşlıq» (PfP) proqramı çərçivəsində əməkdaşlıq edir. -
10-14-2008, 11:10 AMAPAAzərbaycan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsünün aparılmasına başlanılıb
[b]Azərbaycan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsünün aparılmasına başlanılıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsü müəyyənləşdirilir.
[Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, artıq bununla bağlı NATO ekspertlərinin iştirakı ilə müzakirələrə başlanılıb. Bu məqsədlə oktyabrın 30-31-də Bakıda Müdafiə Nazirliyi və Baş Qərargahın G strukturuna keçidi ilə əlaqədar NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertləri ilə Müdafiə Nazirliyinin işçi qrupunun görüşü keçiriləcək. Görüşdə Baş Qərargah strukturunun NATO ölkələrində olduğu kimi Müdafiə Nazirliyindən ayrılması, eləcə də Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO strukturlarına uyğunlaşdırılması məsələlərinin müzakirəsi gözlənilir.Qeyd edək ki, dünyanın bir çox ölkəsində Baş Qərargah Müdafiə Nazirliyindən ayrı fəaliyyət göstərir. NATO-nun tələblərindən biri də Azərbaycan Müdafiə Nazirliyinin strukturunda dəyişikliklərin edilməsi, müdafiə naziri postuna mülki şəxsin gətirilməsi ilə bağlıdır. -
10-14-2008, 11:20 AMAPAAzərbaycan Milli Bankı dünya maliyyə böhranına hazırlaşır
[b]Azərbaycan Milli Bankı dünya maliyyə böhranına hazırlaşır[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin ötən gün keçirilən iclasında uçot dərəcəsi illik 15%-dən 12%-ə endirilib.
[Bununla yanaşı, faiz dəhlizinin yuxarı həddi 20%-dən 17%-ə azaldılıb. Bu barədə «APA-ECONOMICS»ə AMB-nin mətbuat xidmətindən məlumat verilib.İdarə Heyətinin qərarı ilə həmçinin, cari ilin noyabr ayının 3-dən etibarən bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 12%-dən 9%-ə, xarici öhdəliklər üzrə məcburi ehtiyat norması isə 5%-dən 0%-ə endirilib.AMB-nin məlumatına əsasən, bu il ərzində strateji valyuta ehtiyatları 17 mlrd. dollara qədər artıb, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 9 mlrd. dollar üstələyir: «Nəticədə, Azərbaycan dünya iqtisadiyyatı ilə maliyyə münasibətlərində kreditor mövqeyini daha da möhkəmlədib. Strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinin daha da artmasını təmin edir, yəni bu ehtiyatlar ölkənin məcmu xarici borcundan 1,7 dəfə çoxdur». «Bununla belə bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bank hökumətlə birgə preventiv siyasət tədbirlərini davam etdirir. Bu tədbirlər bank sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığının daha da güclənməsinə yönəlmiş kompleks prudensial idarəetmə və likvidlik alətlərinin yüksək çevikliyinin təmin olunmasını əhatə edir», - deyə mətbuat xidmətdən bildirilib. AMB rəhbərliyinin fikrincə, cari ildə bank sisteminin potensial risklərə qarşı ehtiyatlanması səviyyəsi gücləndirilib, kredit, likvidlik və bazar risklərinin idarə olunması xüsusi nəzarətə götürülüb. Həyata keçirilən tədbirlər bank sistemində likvidlik göstəricilərinin adekvat səviyyədə qorunub saxlanmasına və bu əsasda bankların maliyyə dayanıqlığının daha da artmasına imkan verir.Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənir. Yəni, Azərbaycanda pul-kredit siyasətinin bir qədər yumşaldılması zəruri hesab olunur, bu da onu göstərir ki, bank sistemində problemlər yaranmaqdadır. Banklar tərəfindən istehlak kreditlərini dayandırmasına baxmayaraq, bankların likvidlik problemi yaranıb, bunu da son zamanlar müşahidə olunan həm repo əməliyyatlarının kəskin azalması, həm də mərkəzləşdirilmiş kredit bazarının fəallığının artması təsdiqləyir. Beləliklə, AMB banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırda kommersiya banklarının xarici borcu tarixi maksimuma çatıb (1,6 mlrd. manat), bu da dünya maliyyə böhranı, iri maliyyə qurumlarının müflisləşmə təhlükəsi ilə üzləşməsi baxımından milli bank sistemi üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, bankların xarici borcunun yüksək səviyyədə olması şəraitində bank təşkilatları üçün ehtiyat normalarının ləğv edilməsi qərarı uçot dərəcəsinin azaldılmasından daha faydalı ola bilər. Ümumilikdə, AMB tərəfindən uçot dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını gözləmək olar, əks halda bu addımın əhəmiyyəti olmayacaq və uçot dərəcəsi bank sisteminin sağlamlaşmasında heç bir rolu oynamayan nəzəri göstərici kimi qalacaq. -
10-14-2008, 11:30 AMAPAHeydər Əliyev Fondu və Polşa səfirliyinin birgə layihəsi əsasında Samuxda 220 yerlik məktəb tikilir
[b]Heydər Əliyev Fondu və Polşa səfirliyinin birgə layihəsi əsasında Samuxda 220 yerlik məktəb tikilir[b]
[Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondu və Polşanın Azərbaycandakı səfirliyi birgə layihəsi əsasında Samux rayonunun Sarıqamış kəndində yeni məktəb binası inşa edilir. Fonddan APA-ya verilən məlumata görə, 220 yerlik yeni məktəb binası 2008-ci ilin sonunadək təhvil veriləcək. Bu layihə Heydər Əliyev Fondu ilə Polşa səfirliyi arasında imzalanmış anlaşma memorandumu əsasında həyata keçirilir. Fondun icraçı direktoru Anar Ələkbərov və Polşanın Bakıdakı səfiri Kşiştof Krayevski tərəfindən imzalanmış memorandum təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.Polşa tərəfindən layihəyə vəsait Kiçik Qrantlar Fondu çərçivəsində Polşanın dövlət büdcəsinin xüsusi ehtiyatından ayrılıb. -
10-14-2008, 11:40 AMAPARöya və "Dəyirman" qrupunun birgə konsertini məşhur dj Elizabet idarə edəcək
[b]Röya və "Dəyirman" qrupunun birgə konsertini məşhur dj Elizabet idarə edəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Müğənni Röya ailə həyatı qurduqdan bəri ilk konsertini verəcək. Noyabrın 1-də baş tutacaq konsertdə Röya ilə birgə "Dəyirman" qrupu da çıxış edəcək. Konsertin təşkilatçısı Cavid Mustafaoğlunun APA-ya verdiyi məlumata görə, Əl Oyunları Sarayında keçirilməsi nəzərdə tutulan konsertdə tamaşaçılara bir çox sürprizlər təqdim olunacaq. Sürprizlərdən biri dünyanın məşhur qadın dj-i olan Elizabetin Azərbaycana gəlməsi olacaq. Konserti məhz dj Elizabet idarə edəcək. Təşkilatçının sözlərinə görə, konsertdə həm Röyanın, həm də "Dəyirman" qrupunun ən son və hit mahnıları ilə yanaşı, yeni mahnıları və duetləri də səslənəcək. -
10-14-2008, 11:50 AMAPABakıdakı barlardan birində qətl hadisəsi baş verib
[b]Bakıdakı barlardan birində qətl hadisəsi baş verib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bu gecə Azərbaycan paytaxtında disko-barda qətl hadisəsi olub. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə gecə saat 2.00 radələrində Azadlıq prospektində yerləşən "444-Prins" disko-barında baş verib. Barda əylənən Naxçıvan Muxtar Respublikasının sakinləri Sahib Sultan oğlu Əliyev və Emil Rafiq oğlu Ağayevlə orada olan Şəmkir sakinləri Arzu Səfər oğlu İsayev və Nail adlı şəxs arasında dava düşüb. Şəxsi münasibətlər zəminində baş verən davada S. Əliyev üzərində olan bıçaqla Naili vurub. Bir neçə yerdən bədən xəsarəti alan Nail xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə əlaqədar S. Əliyev və E. Ağayev saxlanılıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-14-2008, 12:00 PMAPA«Azərenerji» ASC: Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı elektrik enerjisi təminatında problemlər yaranmayacaq
[b]«Azərenerji» ASC: Sabah Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı elektrik enerjisi təminatında problemlər yaranmayacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Oktyabr ayının 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkənin bütün regionlarının elektrik enerjisi ilə təchizatında problemlər olmayacaq. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.M.Əsgərovun sözlərinə görə, «Azərenerji»nin bütün yerli strukturları seçkilərə hazırlıqla əlaqədar olaraq gücləndirilmiş rejimdə işləyir. Bütün yaşayış məntəqələrində transformator məntəqələrinə, yarımstansiyalara baxış keçirilib və seçki günü problemlərin yaranmaması üçün tədbirlər görülüb. «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən də şəbəkənin bir neçə gündür gücləndirilmiş iş rejiminə keçdiyi bildirilib. Şəbəkənin əməkdaşları tərəfindən paytaxtın bütün ərazilərində transformator və yarımstansiyalara baxış keçirilib. Seçki günü həmçinin qurumun operativ qəza xidməti və 199 saylı «qaynar xətti»də gücləndirilmiş rejimdə işləyəcək.