[b]AŞ PA sessiyasında Rusiya ciddi tənqid olunub[b]
[Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bu gün keçirilən plenar iclasında avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin nəticələri müzakirə olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə söz alan deputatların əksəriyyəti bu müharibəni Avropada təhlükəsizliyə və əməkdaşlığa zərbə, Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirərək Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasının qəbuledilməz və beynəlxalq prinsiplərə zidd olduğunu bildiriblər. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu vurğulayan parlamentarlar Rusiyanı öz qərarını ləğv etməyə, üzərinə götürdüyü öhdəlikləri, Gürcüstanla imzaladığı sülh planını yerinə yetirməyə çağırıblar. Onların fikrincə, tərəflər arasında həqiqi dialoqun və etimad mühitinin yaranması münaqişənin həlli və uzunmüddətli sabitliyin bərqərar olması üçün ən yaxşı vasitədir.Mövzuya dair hazırlanan 11724 saylı qətnamə günün ikinci yarısında səsə qoyulacaq.
Azərbaycan Xəbərləri
Printable View

10-02-2008, 07:10 PMAPAAŞ PA sessiyasında Rusiya ciddi tənqid olunub

10-02-2008, 07:20 PMAPAMetyu Brayza Azərbaycanda səfərdədir
[b]Metyu Brayza Azərbaycanda səfərdədir[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycanda səfərdədir.
[APA-nın məlumatına görə, o, Azərbaycana ABŞ dövlət katibinin müavini Con Neqroponte ilə gəlib. Səfəri barədə heç bir açıqlama verməyən M. Brayza gəlişinin məqsədinin yalnız C. Neqroponteni müşayiət etmək olduğunu bildirib. -
10-02-2008, 07:30 PMAPANorveç xarici işlər nazirinin müavini: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"
[b]Norveç xarici işlər nazirinin müavini: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə Norveç Krallığının Xarici İşlər Nazirinin müavini Raymond Yohanseni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən, xüsusən də enerji sahəsində əməkdaşlıqdan razılıq ifadə olunub. Cənubi Qafqaz regionunda baş verən proseslərdən söz açan R. Yohansen Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının vacibliyini vurğulayıb.Öz növbəsində, E. Məmmədyarov Ermənistanın təcavüzkar siyasətinin bütün regionun inkişafına zərbə vurduğunu qeyd edib, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib: "Regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün Azərbaycanın işğal edilmiş əraziləri təcavüzkar qoşunlardan azad edilməli, məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, həmin ərazilərin infrastrukturu bərpa edilməlidir". -
10-02-2008, 08:00 PMAPAHakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs edilib
[b]Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Yasamal rayonunda hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərərək zor tətbiq etməkdə təqsirli bilinərək barəsində axtarış elan olunmuş şəxs həbs edilib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən məlumat verilib. 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Murad Asif oğlu Quliyev həbs edilib. Polis İdarəsində M. Quliyevin barəsində açılan cinayət işinin icrasına başlanılıb və istintaq tədbirləri davam etdirilir. -
10-03-2008, 10:30 AMAPALitmanen Azərbaycanla oyuna çağırılmadı
[b]Litmanen Azərbaycanla oyuna çağırılmadı[b]
Finlandiya yığmasının heyəti açıqlandı
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Finlandiya milli komandasının heyəti açıqlanıb. "APA-SPORT"un məlumatına görə, ingiltərəli mütəxəssis Stüart Bekster oktyabrın 11-də Azərbaycan, dörd gün sonra Rusiyaya qarşı dünya çempionatının seçmə oyunlarında 19 futbolçunun xidmətindən yararlanacaq. Daha 5 futbolçunun isə Azərbaycanla qarşılaşmayadək zədəsini sağaltmaq şansı var. Bunlar Yari Litmanen, Conatan Yohansson, Ari Nyuman, Njzi Kuqi və Peter Enkelmandır. Finlandiya yığması toplanışa oktyabrın 7-də başlayacaq.Qapıçılar: Yussi Yaskelaynen ("Bolton", İngiltərə), Otto Fredriksson ("Lillestrom", Norveç).Müdafiəçilər: Veli Lampi, Hannu Tihinen (hər ikisi "Sürix", İsveçrə), Petri Pasanen ("Verder", Almaniya), Toni Kuivasto ("Yurqorden", İsveç), Sami Hyuyupya ("Liverpul", İngiltərə), Niklas Moysander ("Alkmaar", Holandiya), Toni Kallio ("Fulhem", İngiltərə). Yarımmüdafiəçilər: Yonas Kolkka (NAK, Hollandiya), Markus Heykkinen ("Rapid", Avstriya), Roman Yeryomenko ("Dinamo", Ukrayna), Mika Vayrinen ("Herenven", Hollandiya), Daniel Syolund ("Yurqorden", İsveç), Timu Taynio ("Sanderlend", İngiltərə).Hücumçular: Roni Porokara ("Erebru", İsveç), Mikael Forssell ("Hannover-96", Almaniya), Berat Sadik ("Arminiya", Almaniya), Paulius Rohya (HİK, Finlandiya). -
10-03-2008, 10:50 AMAPAAzərbaycanın hüquq müdafiəçiləri ABŞ dövlət katibinin müavini ilə görüşüblər
[b]Azərbaycanın hüquq müdafiəçiləri ABŞ dövlət katibinin müavini ilə görüşüblər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavini Con Neqroponte ilə görüşüblər. Səidə Qocamanlı APA-ya bildirib ki, görüşdə ABŞ dövlət katibinin müavinin köməkçisi Metyu Brayza, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi də iştirak edib. Görüşdə Azərbaycanda və Cənubi Qafqazda mövcud vəziyyət müzakirə olunub. Hüquq müdafiəçisinin sözlərinə görə, C. Neqroponte insan hüquqları, demokratiya, söz və din azadlığı, insan alveri, seçkilərdən sonra Azərbaycanı necə görmək istədikləri barədə hüquq müdafiəçilərinin fikirlərini öyrənib. S. Qocamanlı deyib ki, onlar qeyd edilən məqamlar, həmçinin həbsdə olan jurnalistlərlə bağlı təkliflərini açıqlayıblar. -
10-03-2008, 11:00 AMAPATürkiyəli ekspert: "Azərbaycanla Ermənistanın Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasinda yer alacağına inanmıram"
[b]Türkiyəli ekspert: "Azərbaycanla Ermənistanın Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasinda yer alacağına inanmıram"[b]
[Ankara. Mayis Əlizadə - APA. "Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ideyası Rusiyanın Gürcüstana hücumundan sonra gündəmə gəldi. Türkiyənin bu şəkildə proaktiv siyasət yeridərək liderlik rolunu öz üzərinə götürməsinin ən önəmli səbəblərindən biri BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün dəstək qazanmaq istəməsidir". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında bu ölkənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan "Arı" qrupunun baş koordinatoru Ural Aküzüm deyib. O bildirib ki, Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü AKP-nin gördüyü bəzi düzgün işlərdən biridir: "Türkiyənin bölgədə belə bir rol oynaması vacibdir. Ancaq digər tərəfdən, bu siyasətdə bir tutarsızlıq da var. Bölgədə sülh istəmək çox konkret bir çağırış deyil - bu, bir növ suya-sabuna toxunmamaq deməkdir. Gürcüstan NATO-ya üzv olsaydı, Türkiyə yenə eyni şəkildə hərəkət edəcəkdimi? Diqqət etdinizsə, baş nazir Ərdoğanın Moskvada Putin və Medvedevlə görüşündən sonra rus qəzetləri Türkiyənin Rusiyanı haqlı saydığına dair şərhlər verdilər. Amerikalı şərhçilərdən də eyni analiz gəldi. Ancaq bütün bunlara baxmayaraq, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması yaxşı olardı". Məsələyə Azərbaycanın nöqteyi-nəzərindən baxdıqda hansı mənzərənin ortaya çıxdığına dair sualı cavablandıran ekspert Bakının İrəvanla diplomatik münasibət yaratmasının mümkün olmadığını vurğulayıb: "Çünki Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Buna görə də Azərbaycan və Ermənistanın hələlik eyni platformada əməkdaşlıq edəcəyinə ehtimal vermirəm". -
10-03-2008, 11:10 AMAPASerj Sərkisyan: "Dağlıq Qarabağda müharibə başa çatmayıb"
[b]Serj Sərkisyan: "Dağlıq Qarabağda müharibə başa çatmayıb"[b]
İrəvan-APA. Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ müharibəsinin hələ başa çatmadığını bəyan edib.
[APA-nın məlumatına görə, Sərkisyan bu fikrini münaqişə tərəflərinin silahlanmaya davam etməsi ilə əsaslandırıb: "Qarabağda müharibə başa çatmayıb. Çünki silahlanma yarışı davam edir və münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş imzalanmayıb". O, jurnalistlərə analoji sualla kənd və şəhərlərdə yaşayan ermənilərə müraciət etməyi məsləhət görüb: "Onlar da sizə eyni cavabı verəcəklər ki, Dağlıq Qarabağda müharibə başa çatmayıb". -
10-03-2008, 11:20 AMAPABMT-nin baş katibi Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib
[b]BMT-nin baş katibi Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib[b]
[Bakı. APA. BMT-nin baş katibi Pan Ki Mun 10 oktyabr Ümumdünya Məskunlaşma Günü ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilki Ümumdünya Məskunlaşma Gününün mövzusu "ahəng şəhərlər"dir: "Xarabalıqlarda məskunlaşan insanların iş tapmaq imkanlarından istifadə edə və öz həyat şəraitlərini yaxşılaşdıra bilmədikləri bir halda bizim sürətlə urbanizasiyaya məruz qalan dünyamız ahəngdar sayıla bilməz. Minilliyin inkişaf məqsədləri 2020-ci ilədək xarabalıqlarda yaşayan 100 milyona yaxın insanın həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa çağırır". Baş katib bildirib ki, sağlam yaşayış şəraiti ilə bərabər aşağı səviyyəli enerji istehlakı, resurslardan istifadə və onların israf olunması ilə birgə mövcud olan, müxtəlif insanların harmoniyada yaşadığı şəhərlərin balanslaşmış inkişafın pozulması üçün çox böyük potensial var: "Biz Ümumdünya Məskunlaşma Gününü qeyd etdiyimizdən, mən bütün tərəfdaşları və bizimlə birgə çalışanları imkan olduğu qədər bu potensialı reallaşdırmağa, bizim təbii irsimizi qorumaqla və daha yaşıl və daha yaxşı inkişafa yardım edəcək şəkildə bütün qadınlar, kişilər və uşaqlar üçün layiqli həyat şəraitini yaratmağa çağırıram". -
10-03-2008, 11:40 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-03-2008, 11:50 AMAPADünya bazarında neftin qiyməti 94 dollaradək ucuzlaşıb
[b]Dünya bazarında neftin qiyməti 94 dollaradək ucuzlaşıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 4,56 dollar və ya 4,6% ucuzlaşaraq 1 barelə görə 93,97 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,77 dollar - 90,56 dollaradək enib. Qeyd edək ki, neftin qiymətinə dünya bazarında dolların möhkəmlənməsi və ABŞ-da neft ehtiyatlarının artması təsir göstərib. Belə ki, ABŞ-da son 6 həftədə ilk dəfə neft ehtiyatlarının, son 10 həftədə isə benzin ehtiyatlarının artımı müşahidə olunur. Həm də ABŞ-da neft və neft məhsullarının istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 7,1% azalıb. -
10-03-2008, 12:00 PMAPALitva parlamenti "Tvinning" layihəsi çərçivəsində Azərbaycan tərəfi ilə ilkin danışıqlara başlayıb
[b]Litva parlamenti "Tvinning" layihəsi çərçivəsində Azərbaycan tərəfi ilə ilkin danışıqlara başlayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Litva parlamentinin baş katibi Gintautas Vilkelisin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin dəvəti ilə Azərbaycanda səfərdədir. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Avropa Birliyinin Azərbaycan Milli Məclisi ilə həyata keçirəcəyi "Tvinning" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir. Litva parlamenti AB-də Azərbaycan üzrə elan edilən "Tvinning" layihəsində iştirak çağırışına qoşularaq Azərbaycan tərəfi ilə ilkin danışıqlar mərhələsinə başlayıb. Layihədə məqsəd Avropa Birliyinə üzv ölkələrdən biri və ya bir neçəsi ilə sıx əməkdaşlıq və tərəfdaşlıq zəminində Azərbaycan qanunvericiliyinin Avropa Birliyi standartlarına uyğunlaşdırılmasıdır. Hər iki ölkənin parlament aparatı rəhbərlərinin görüşündə layihənin ayrı-ayrı məqamları təhlil edilib, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub. -
10-03-2008, 12:10 PMAPAMüxalifətçi deputat yoxa çıxıb
[b]Müxalifətçi deputat yoxa çıxıb[b]
[Bişkek - APA. Qırğızıstan parlamentinin müxalifətçi deputatı Ruslan Şabatoyev itib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Sosial-Demokrat Partiyasından seçilmiş deputatın yoxa çıxmasını onun partiya yoldaşı, deputat Bakıt Beşimov açıqlayıb. B. Beşimov sonuncu dəfə R. Şabatoyevi sentyabrın 30-da gördüklərini deyib. Deputat həmin günün axşamı evdən çıxaraq hansısa görüşə gedib və geri qayıtmayıb. Onun mobil telefonu söndürülüb. Milis R. Şabatoyevin axtarışına başlayıb. -
10-03-2008, 12:20 PMAPABeynəlxalq Böhran Qrupu: "Ötən ay Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişilməz qalıb"
[b]Beynəlxalq Böhran Qrupu: "Ötən ay Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişilməz qalıb"[b]
Bakı. Tamara Qriqoryeva-APA. Sentyabr ayında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət dəyişilməz qalıb. APA-nın məlumatına görə, bu fikirlər Beynəlxalq Böhran Qrupunun daimi hesabatında öz əksini tapıb.
[Hesabatda bildirilir ki, ötən ay on regionda münaqişələrlə bağlı vəziyyət pisləşib, iki münaqişə rayonunda isə situasiya yaxşılaşıb. Hesabat müəllifləri həmçinin ötən ay Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmağa başladığını da xüsusi qeyd ediblər. Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə seçki kampaniyasının başlaması, ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin bu ölkəyə səfəri xüsusi qeyd edilir. -
10-03-2008, 12:30 PMAPAAzərbaycanın nümayəndə heyəti Həştərxanda keçirilən Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransına qatılıb
[b]Azərbaycanın nümayəndə heyəti Həştərxanda keçirilən Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransına qatılıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Həştərxanda (Rusiya) Xəzər dənizi ölkələrinin hökumətlərarası iqtisadi beynəlxalq konfransı işə başlayıb. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə baş nazirinin birinci müavini Yaqub Eyyubov başçılıq edir. «Bir sıra ölkənin iştirak etdiyi konfransda Azərbaycanı hökumət rəsmiləri ilə yanaşı Azpromo-nun da nümayəndələri təmsil edir. Tədbir iştirakçılarına Azərbaycanın neft və qaz sektorunun potensialından məlumat veriləcək və bir sıra digər məsələlər müzakirə olunacaq», - deyə Fonddan bildirilib.Konfransda həmçinin Xəzər dənizi ölkələri arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.Xatırladaq ki, Azpromo 2003-cü ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.Qeyd edək ki, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov da Həştərxana yola düşüb. Nazir burada Xəzəryanı ölkələrin nəqliyyat nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısında iştirak edəcək. İclasda Xəzər hövzəsi regionunda nəqliyyat əlaqələri, daşımaçılığın inkişafı və perspektivləri müzakirə olunacaq. Nazirlərin iclası cari ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçıları sammitinə hazırlıq məqsədi daşıyır. -
10-03-2008, 12:40 PMAPAAzərbaycanlı müğənni Tarkanın mahnısını ifa etmək üçün ondan icazə alıb
[b]Azərbaycanlı müğənni Tarkanın mahnısını ifa etmək üçün ondan icazə alıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkiyə şou-biznesinə qatılan azərbaycanlı müğənni Yeganə Mürsəlova meqa-star Tarkanın mahnısını oxuyacaq. Bununla bağlı APA-ya açıqlama verən Y. Mürsəlova Tarkanın bəstəsi olan və ifasında səslənən "İstanbul ağlıyor" mahnısını yaxın günlərdə ifa edəcəyini deyib: "Bu mahnını ifa etmək üçün Tarkanın özündən icazə alınıb. O, klipin çəkilməsinə də razılıq verib. Yaxın günlərdə mahnı ictimaiyyətə təqdim olunacaq. Ümidvaram ki, "İstanbul ağlıyor" mənim ifamda da seviləcək". Y. Mürsəlova bu mahnının üzərində hazırlıq işləri gedən ikinci albomuna daxil ediləcəyini qeyd edib. Türkiyə şou-biznesindən razılıq edən müğənni Azərbaycana qayıtmaq niyyətində olmadığını açıqlayıb. Müğənni albomuna Azərbaycanın üç xalq mahnısının da daxil ediləcəyini qeyd edib. Türkiyədə olduğu müddətdə Azərbaycandakı həmkarlarının heç biri tərəfindən adicə telefon zənginin belə edilmədiyini deyən Yeganə azərbaycanlı sənətçilərin onun bu uğuruna sevinmədiklərini vurğulayıb: "Yəqin ki, mənim bu uğuruma Azərbaycanda sevinən həmrkarlarım yoxdur ki, məni təbrik etməyiblər. Əslində mən qərib ölkədəyəm, bu zənglərə, həmvətənlərimin dəstəyinə ehtiyacım var. Mən bunu gözləyirdim, təəssüf ki, bunu nə gördüm, nə də eşitdim..." -
10-03-2008, 12:50 PMAPABMW yeni krossoverinin ilkin variantını nümayiş edib
[b]BMW yeni krossoverinin ilkin variantını nümayiş edib[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Almaniyanın BMW avtomobil şirkəti Parisdə (Fransa) keçirilən beynəlxalq avtomobil sərgisində yeni «BMW Concept X1» krossoverini nümayiş etdirib. «APA-ECONOMICS»in məlumatına görə, hazırda sərgidə nümayiş olunan «BMW Concept X1» yeni modelin ilkin variantıdır və gələn ilin yanvar ayında Detroytda (ABŞ) keçiriləcək avtomobil sərgisində bu modelin istehsal olunacaq versiyası nümayiş olunacaq. Dünya avtomobil bazarına isə bu model 2009-cu ilin ortalarında çıxarılacaq. Avtomobil mütəxəssislərinin fikrincə, «BMW Concept X1» modeli «BMW X3» modelinə çox oxşayır və sadəcə «X3»dən bir qədər qısadır. Belə ki, əgər «BMW X3»ün uzunluğu 4 569 mm təşkil edirsə, «BMW Concept X1» modelinin uzunluğu 4 457 mm-dir. Modellər arasında ciddi fərq olmasa da, yeni «BMW Concept X1»in satış qiyməti bir qədər ucuz olacaq. Belə ki, bu modelin satış qiymətinin təxminən 30-35 min avro olacağı gözlənilir. -
10-03-2008, 01:00 PMAPAŞamaxı rayonunun bir neçə yaşayış məntəqəsi sel suları altında qalıb
[b]Şamaxı rayonunun bir neçə yaşayış məntəqəsi sel suları altında qalıb[b]
Şamaxı. Şahnəzər Bəşirov-APA. Dünən saat 18.00-dan başlayaraq yağan güclü yağışlar Şamaxı rayonunun bir neçə yaşayış məntəqəsinə ziyan vurub.
[Şamaxı rayon Fövqəladə Hallar Komissiyasından APA-nın Şirvan bürosuna verilən məlumata görə, rayonun Sabir qəsəbəsində fərdi həyətyanı sahələr, küçələr, əkinə yararlı torpaqlar sel sularının gətirdiyi lil örtüyünün altında qalıb. Məlumata görə, 10-dan artıq yaşayış evini sel suları basıb. Rayonun Mərzəndiyə kəndinin sakinləri də güclü sel təhlükəsi ilə üzləşib, bir neçə evə ziyan dəyib. Gecə saatlarında sel basan evlərin sakinləri başqa əraziyə köçürülüb. Bakı-Şamaxı-Yevlax yolunun həmin ərazidən keçən hissəsində ötürücü qurğular sel sularına tab gətirməyərək fəaliyyətini dayandırıb və nəticədə yolda avtomobillərin hərəkəti yarım saat dayanıb. Avtomobillər su altında qalıb. Əraziyə texnika cəlb olunması nəticəsində yaranmış vəziyyət aradan qaldırılıb. Qeyd olunub ki, təhlükəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıb. Hadisə barədə baş nazirə, Fövqəladə Hallar Nazirliyinə, teleqramlar göndərilib. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri evlərə, ərazilərə baxış keçirərək dəyən ziyanı müəyyənləşdirirlər. -
10-03-2008, 01:10 PMAPADİN və Respublika Baş Prokurorluğu Fərhad və Azad Quliyevlərin zərərsizləşdirilərək məhv edilməsi ilə bağlı məlumat yayıb
[b]DİN və Respublika Baş Prokurorluğu Fərhad və Azad Quliyevlərin zərərsizləşdirilərək məhv edilməsi ilə bağlı məlumat yayıb[b]
Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu polisə silahlı müqavimət göstərən Fərhad və Azad Quliyevlərin zərərsizləşdirilərək məhv edilməsi ilə bağlı məlumat yayıb.
[DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, 2008-ci il oktyabrın 1-də Maştağa qəsəbə sakini Mirkərim Xəlilov Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək sentyabrın 29-da saat 17 radələrində həmyerlisi, əvvəllər məhkum olunmuş Fərhad Quliyev tərəfindən tapança ilə hədələnməsi və «Nissan Murano» markalı avtomaşınının zorla əlindən alınması barədə xəbər verib. Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə axtarılan Fərhad Quliyevin tutularaq istintaqa təhvil verilməsi məqsədilə dərhal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib. Tədbir zamanı F. Quliyevin quldurluq yolu ilə əldə etdiyi «Nissan-Murano» markalı avtomobillə Ramana qəsəbəsi ərazisində hərəkət etməsi müəyyən olunub və ondan könüllü təslim olması tələb edilib. F. Quliyev və onunla birlikldə avtomobildə olan yaxın qohumu Azad Quliyev polisin qanuni tələblərinə tabe olmaqdan imtina edib, ətrafda olan çoxsaylı insanların həyatı üçün təhlükə yaratmaqdan çəkinməyərək, ümumi təhlükəli üsulla tapançadan atəş açaraq əməliyyat qrupunun üzvlərinə silahlı müqavimət göstəriblər. Asayiş keşikçilərinə yönəlmiş odlu silahla müşayiət olunan zorakılığın qarşısı alınarkən Fərhad və Azad Quliyevlər zərərsizləşdirilərək məhv ediliblər. Hadisə yerinə baxış zamanı 1 ədəd «Makarov» tipli tapança, onun gilizləri, 1 ədəd «F-1» tipli qumbara, 1 xəncər, 16 ədəd patron və narkotik vasitə aşkar edilərək götürülüb. Məlumatda bildirilir ki, F. Quliyev əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən qəsdən adam öldürmə və qanunsuz odlu silah gəzdirməyə görə cinayət məsuliyyətinə cəlb edilib, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub. O, cari ilin sentyabrın 1-də Maştağa qəsəbəsində odlu silahdan atəş açaraq həmyerlisi Hidayət Hüseynovu da qətlə yetirib və istintaqdan yayınıb. Bu cinayəti törədərkən F. Quliyevin istifadə etdiyi «TT» markalı tapança polis əməkdaşları tərəfindən elə həmin gün qohumlarının birindən götürülüb, sentyabrın 4-də isə onun həyətində olan «Lincoln» markalı avtomobilə baxış zamanı daha bir odlu silah - «Mauzer» tipli tapança aşkar edilib.Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin xidməti vəzifələri yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirməyə görə məsuliyyət nəzərdə tutan 315.2 və 228.2.2 maddələri ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. -
10-03-2008, 01:20 PMAPA"Günaydın, mələyim" filminə ictimai baxış keçirilib
[b]"Günaydın, mələyim" filminə ictimai baxış keçirilib[b]
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün "Azərbaycan" kinoteatrında dövlət sifarişi ilə istehsal olunmuş "Günaydın, mələyim" bədii filminə ictimai baxış keçirilib. APA-nın məlumatına görə, 100 dəqiqəlik filmin çəkilişləri Bakı, Pirqulu, Xızı və Şamaxıda aparılıb. Müharibə və onun ağır nəticələrindən bəhs olunan filmdə tənha qalan bir ananın çətin həyatı təsvir olunub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Oqtay Mirqasımov, quruluşu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Mayis Ağabəyov, Nazim Bəykişiyev, bəstəkarı Elmar Feldir. Filmdə əsas rolları Ayan Mirqasımova, Bəsti Cəfərova, Fuad Poladov, Telman Adıgözəlov, Şamil Süleymanov, Bəxtiyar Xanızadə, Cəfər Namiq Kamal, Qurban İsmayılov ifa ediblər. Filmin nümayişindən sonra keçirilən mətbuat konfransında Oqtay Mirqasımov eyni kollektivlə işləməyi çox sevdiyini bildirib: "Mən insanlara öyrəşirəm, doğmalaşıram. Kino sadə iş deyil. Bu, iynə ilə gor qazmaqdır, amma problemlər çox tez unudulur, yadda yaxşı xatirələr qalır". Qeyd edək ki, sabah "Azərbaycan" kinoteatrında filmin premyerası keçiriləcək. -
10-03-2008, 01:30 PMAPAYasamalda yanğın baş verib
[b]Yasamalda yanğın baş verib[b]
[Bakı-APA. Dünən saat 20.30 radələrində Yasamal rayonundakı Şərifzadə küçəsində yeni tikilmiş 56 saylı evin liftində elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə sakinlərdən Emin Rzayev, qızı Zəhra və Rəsmiyyə Əliyeva yanıq xəsarətləri alıblar. Faktla bağlı araşdırmalar aparılır. -
10-03-2008, 01:50 PMAPAEdvard Nalbandyan: "Qafqazda Təhlükəsizlik və Stabillik Platformasının reallaşması üçün həllini tapmalı olan hələ çox məsələ var"
[b]Edvard Nalbandyan: "Qafqazda Təhlükəsizlik və Stabillik Platformasının reallaşması üçün həllini tapmalı olan hələ çox məsələ var"[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiya Ankaranın Qafqazda Təhlükəsizlik və Stabillik Platformasının yaradılması təşəbbüsünü dəstəkləyir. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı ilə keçirdiyi brifinqdə bildirib: "Biz stabilliyə yönəlmiş və regionun 5 ölkəsinin platformada iştirakını nəzərdə tutan bu təşəbbüsü dəstəkləyirik". Erməni nazir Edvard Nalbandyan da Türkiyənin təşəbbüsü barədə müsbət fikir söyləyib: "Biz də bu təşəbbüsü dəstəkləyirik, lakin onun reallaşması üçün həllini tapmalı olan hələ çox məsələ var". -
10-03-2008, 02:10 PMAPAAzərbaycanda Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sisteminin tətbiqi üzrə tender keçirilir
[b]Azərbaycanda Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sisteminin tətbiqi üzrə tender keçirilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi «Əsas Vəsaitlərin Uçotu avtomatlaşdırılmış sistemi»nin alınması və tətbiqi məqsədilə tender elan edib. Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini və tender təkliflərini bu ilin noyabrın 4-dək təqdim etməlidirlər. Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru noyabrın 5-də keçiriləcək. Əlaqə telefonu: (+994 12) 404-47-27. -
10-03-2008, 02:20 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti perspektivli sahələrdə aparılmış 2D və 3D seysmik işlərin nəticələrini araşdırır
[b]Azərbaycan Dövlət Neft Şirkəti perspektivli sahələrdə aparılmış 2D və 3D seysmik işlərin nəticələrini araşdırır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsində «Azneft» İB-nin sifarişi ilə «Bəyimdağ-Təkçay» sahəsində aparılmış 2D, «Muradxanlı-Cəfərli-Ağaməmmədli-Qaralı» sahələrində aparılmış 3D və 2D seysmik işlərinə aid hesabatların müzakirəsi keçirilib. Bu barədə «APA-ECONOMICS»ə Geofizika və Geologiya İdarəsindən məlumat verilib. Hesabatlarda əsas məsələ tabaşir çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi və onların daxilində karbohidrogen yığımlarının aşkar edilməsindən ibarət olub. Xüsusilə mezozoy çöküntülərinin daxili strukturunu əks etdirən laylardan ilk dəfə olaraq informasiya alınması geoloq və geofiziklərin böyük maraqla qarşılanıb. Qeyd edək ki, «Muradxanlı-Cəfərli» və «Cəfərli-Ağaməmmədli-Qaralı» sahəsində yüksək keyfiyyətli seysmik məlumatların alınmasında ARDNŞ-in böyük köməkliyi olub. Belə ki, məlumatlar ABŞ-ın «İnput/Output» şirkətindən alınmış FOUR-AC 3000 kanallı qəbul və qeydedici sistemin tətbiqi nəticəsində reallaşıb. Geofizika və Geologiya İdarəsinin Texniki Şurasında aparılan müzakirələrdə iştirakçılar 3D işlərinin digər perspektivli sahələrdə də tətbiq olunması zərurətini qeyd ediblər. -
10-03-2008, 02:30 PMAPAGənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq
[b]Gənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Gənclər üçün karyera-yay məktəbləri təşkil olunacaq. Bu məktəblər artıq təhsilini başa çatdırmış gənclərin özlərinə layiq olan iş yeri tapa bilməsinə yardım edəcək. İlk karyera məktəbi Qubada təşkil edilsə də, 2009-cu ildən növbəti məktəblərin təşkili nəzərdə tutulur". Bu sözləri APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O, gənclər üçün yeni karyera mərkəzlərinin yaradıldığını da bildirib: "İlk belə mərkəz Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında formalaşıb. Bu layihə uğurlu alınarsa, gələcəkdə digər təhsil müəssisələrinə də yayılacaq. Bu mərkəzlərdə müxtəlif kurslar təşkil olunacaq, beynəlxalq təcrübə öyrəniləcək, metodik tövsiyələr hazırlanacaq, gənclərlə iş axtaran və iş təklif edən müəssisələrlə əlaqə qurulacaq". İ. Babayevin sözlərinə görə, gələcəkdə həmçinin "Gənclər - karyera günləri" adlı əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur: "Gənclərə karyerasını qurmaqda yardımçı olmaqla yanaşı, onların yaradıcılığının inkişafı üçün də bir sıra yeni layihələr var. Gənclik və elm həftəliyi təşkil etmək, gənc alimlərin əsərlərinin toplusunun nəşrinə başlamaq fikrindəyik. Eyni zamanda, gənc alimlərin qurultayını keçirməyi də planlaşdırırıq". -
10-03-2008, 02:50 PMAPAÇelik Bakıda açacağı restoranda həftənin üç günü özü oxuyacaq
[b]Çelik Bakıda açacağı restoranda həftənin üç günü özü oxuyacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış sənətçisi Çelik gələn həftə Bakıya gələcək. APA-nın məlumatına görə, oktyabrın 7-də baş tutacaq səfərin əsasını onun Bakıda biznes qurmaq planı təşkil edir. Belə ki, Çelik Bakıda yeni restoran açacaq. Səfər zamanı yerli kanallarda yayımlanan müxtəlif verilişlərin də qonağı olacaq sənətçi 10 gün Bakıda qalacaq. Qeyd edək ki, Çelik hər həftə Türkiyədən Bakıya gələrək restoranında üç gün özü oxuyacaq. -
10-03-2008, 03:00 PMAPAZiyad Səmədzadə: «Yaxın 5 ildə Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 2 dəfə artacaq»
[b]Ziyad Səmədzadə: «Yaxın 5 ildə Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 2 dəfə artacaq»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Xəzər İnteqrasiya İşgüzar Klubu (CİBC) üzvlərinin Azərbaycan Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə ilə görüşü keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən CİBC-nin prezidenti Telman Əliyev klubun fəaliyyəti barədə məlumat verib. T.Əliyev bildirib ki, hazırda klubda Azərbaycanla yanaşı MDB məkanında və Avropada fəaliyyət göstərən bir sıra nüfuzlu şirkətlər təmsil olunur.Z.Səmədzadə isə çıxışında əsas diqqəti Azərbaycanda gedən iqtisadi proseslərə yönəldib. Azərbaycanda azad iqtisadi mühitin yarandığını deyən Z.Səmədzadə bu sahədə daha böyük imkanların yaradılması üçün mükəmməl qanunvericilik bazasının hazırlandığını vurğulayıb.«Bu ilin sonuna qədər Azərbaycanda adambaşına düşən məhsul istehsalı 5,6 min ABŞ dolları olacaq. Növbəti 5 il ərzində isə bu göstərici 10 min dollara çatacaq», - deyə Z.Səmədzadə vurğulayıb.Komissiya sədri onu da vurğulayıb ki, ölkədə daxili investisiyaların həcmi artır və artıq yaxın illərdə Azərbaycanda daxili investisiyalar xarici investisiyaların həcmini üstələyəcək.Toplantıda iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədov isə çıxışında vurğulayıb ki, hazırda ölkədə 400 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ASK prezidenti qeyd edib ki, 5 il əvvəl sahibkarlıq subyektlərinin 76,5%-i paytaxtda cəmləşdiyi halda, indi bu göstərici 52%-ə enib.Daha sonra Z.Səmədzadə CİBC üzvlərinin suallarını cavablandırıb. Sonda ona CİBC-nin fəxri üzvü seçilməsi münasibəti ilə diplom təqdim olunub. -
10-03-2008, 03:10 PMAPAAvqustda Azərbaycan paytaxtında ilkin bazar üzrə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb
[b]Avqustda Azərbaycan paytaxtında ilkin bazar üzrə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında Bakı şəhərində ilkin bazar üzrə 1 348, təkrar bazar üzrə isə 2 138 olmaqla, ümumilikdə 3 486 daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılıb. Bu barədə «APA-ECONOMICS»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.Üzərində mülkiyyət hüquqları ilk dəfə qeydiyyata alınan daşınmaz əmlak obyektlərindən 185-i fərdi yaşayış və bağ evi, 725-i mənzil, 373-ü torpaq sahəsi, 59-u qeyri-yaşayış sahəsi, 6-sı əmlak kompleksi kimi müəssisələrdir.Təkrar bazar üzrə isə Bakı şəhərində avqust ayında 326 fərdi yaşayış və bağ evi, 1 422 mənzil, 292 torpaq sahəsi, 90 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi kimi müəssisə üzərində hüquqlar qeydiyyata alınıb.Avqust ayı ərzində DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən 2 691 arayış verilib, paytaxt üzrə 842 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılıb. -
10-03-2008, 03:20 PMAPAAzərbaycan ekspertləri daşınmaz əmlak idarəçiliyi ilə bağlı Zaqrebdə keçirilən seminarda iştirak edir
[b]Azərbaycan ekspertləri daşınmaz əmlak idarəçiliyi ilə bağlı Zaqrebdə keçirilən seminarda iştirak edir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) əməkdaşları Zaqrebdə (Xorvatiya) BMT-nin Avropa dövlətləri üçün iqtisadi komissiyasının «Daşınmaz əmlak idarəçiliyinin insanlara və biznesə təsiri» mövzusunda keçirdiyi seminarda iştirak edir. Bu barədə «APA-ECONOMICS»ə DƏDRX-dən məlumat verilib. Səfər çərçivəsində Xidmət nümayəndələri seminarda iştirak etməklə bərabər Azərbaycanda keçirilməsi planlaşdırılmış seminarla bağlı təşkilati məsələləri komissiya rəhbərliyi ilə müzakirə edəcək. Xorvatiyanın daşınmaz əmlakın idarə edilməsi sahəsində təcrübəsi ilə tanış olacaqlar. Səfər çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» üzrə Xidmətin əməkdaşlıq etdiyi qurumların təmsilçiləri, xarici ekspertlərlə də məsləhətləşmələrin aparılması nəzərdə tutulur. Qeyd edək ki, komissiyanın təşkil etdiyi bu cür seminarlar ildə iki dəfə keçirilir. Gələn ilin payızında analoji tədbirin Bakı şəhərində təşkili nəzərdə tutulur. -
10-03-2008, 03:30 PMAPABakı sakinləri daha çox Anarı və Çingiz Abdullayevi bəyənir - SORÄ
[b]Bakı sakinləri daha çox Anarı və Çingiz Abdullayevi bəyənir - SORÄ

10-03-2008, 03:50 PMAPAPrezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Mingəçevir və Yevlax seçiciləri ilə görüş keçirib
[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli Mingəçevir və Yevlax seçiciləri ilə görüş keçirib[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli bu gün Mingəçevir və Yevlax seçiciləri ilə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, Mingəçevir görüşü rayon mərkəzində yerləşən "Energetiklər Klubu"nda baş tutub. Seçki qərargahının rəhbəri Qorxmaz İbrahimli çıxış edərək seçicilərə Q. Əlibəyli haqqında məlumat verib, onun həyat və fəaliyyəti barədə danışıb. Q. Əlibəyli isə çıxışında namizədliyini irəli sürməsinin səbəbləri, seçki platforması və qarşıya qoyduğu məqsədlərdən bəhs edib. O, hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakının tərəfdarı olduğunu bildirib. Seçki platformasında əsas yerlərdən birini Qarabağ probleminin tutduğunu vurğulayan namizədin sözlərinə görə, hazırda problemin həlli üçün əlverişli geosiyasi şərait yaranıb: "Azərbaycan neft amilindən yararlanaraq sərt mövqe nümayiş etdirməli və öz şərtlərini diktə etməyə çalışmalıdır". Q. Əlibəylinin fikrincə, Azərbaycanda idarəetmə mexanizmi düzgün təşkil olunmayıb, prezidentin əlində həddən artıq səlahiyyət cəmləşib, parlament isə real səlahiyyətə malik olmayan orqandır: "Nazirlər Kabinetinin ümumiyyətlə, səlahiyyəti yoxdur. Prezident seçilsəm, ilk addımlardan biri kimi prezidentin səlahiyyətlərini referendum yolu ilə məhdudlaşdıracağam".Q. Əlibəyli iqtisadiyyat sahəsində də problemlərin həddən artıq çox olduğunu söyləyib: "Bu gün dövlət büdcəsinin 90 faizini neftdən gələn gəlirlər təşkil edir. Neft isə tükənən sərvətdir, 2030-cu ilə qədər Azərbaycan neftinin böyük bir hissəsi tükənə bilər. Ondan sonra Azərbaycan iqtisadiyyatı necə olacaq? Azərbaycan dövləti 10 milyarda yaxın neft pullarının bir hissəsini ən aşağı faizlə iflas təhlükəsi altında olan xarici banklara yerləşdirib. Halbuki daha nüfuzlu, nisbətən yuxarı faiz təklif edən və iflas təhlükəsi olmayan banklar var ki, o pulları həmin banklarda yerləşdirmək olardı. Biz neft gəlirlərini daha çox lazım olmayan yerlərə yönəldirik".Daha sonra Yevlax rayonuna yola düşən Q. Əlibəyli "Karvan" futbol klubunun stadionunda mitinq keçirib. O, çıxışında rüşvətxorluq və korrupsiyanın iqtisadiyyatın inkişafına mane olduğunu deyib: "Bu gün Azərbaycanda biznes fəaliyyəti müxtəlif məmurlar arasında bölünüb. Başqa şəxsin həmin sahəyə daxil olmağa ixtiyarı yoxdur. Sahibkarlıqla, inhisarçılıqla məşğul olan məmurlar barəsində ciddi ölçü götürülməli, rüşvətxorluq aradan qaldırılaraq sahibkarlıq inkişaf etdirilməlidir. Bu da fikrimcə, ilk növbədə regionların hesabına olmalıdır". Q. Əlibəyli çıxışında təhsil və sosial sahələrdə olan problemlərə də toxunub və onların həlli yolları barədə danışıb. Oktyabrın 5-də Q. Əlibəyli Gəncə, Şəmkir və Gədəbəy seçiciləri ilə görüş keçirəcək. -
10-03-2008, 04:00 PMAPA"ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu" mövzusunda keçirilən konfrans başa çatıb
[b]"ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu" mövzusunda keçirilən konfrans başa çatıb[b]
[Bakı-APA. Vaşinqtonda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network-USAN) Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi "ABŞ-Azərbaycan strateji müttəfiqlik əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu" mövzusunda keçirilən konfrans başa çatıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Corc Vaşinqton Universitetində keçirilən müzakirələrə 300-ə yaxın diaspora nümayəndəsi qatılıb. Konfransın ilk günü ABŞ Konqresinin sabiq üzvləri Robert Livinqston, Qreq Laflin, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov, Azərbaycanşünas professor Tadeuş Svyataxovski çıxış ediblər. "Heritec" Fondunun sabiq Sovet ölkələri üzrə baş tədqiqatçısı Ariel Koen qeyd edib ki, ABŞ-da qarşıdan gələn prezident seçkilərində hansı siyasi partiyanın qalib gəlməsindən asılı olmayaraq, Ağ Ev bölgəmizdə maraqlarının müdafiəsi naminə Azərbaycan kimi müttəfiqləri ilə strateji tərəfdaşlıq əlaqələrini davam etdirəcək. Konfransın ikinci günündə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin üzvü Asim Mollazadə, ölkəmizin BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Azərbaycan icmasının ölkəmizlə sıx münasibətlər qurmasının əhəmiyyətindən danışıblar. Şəbəkə üzvləri Azərbaycan və türk diasporu təşkilatlarının gündəminə duran prioritet məsələlər, o cümlədən Azadlığa Dəstək Aktının 907-ci maddəsinin tamamilə aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinə ABŞ-ın geniş dəstəyini qazanmaq üzrə səyləri gücləndirərək Konqreslə təmasları artırmaq qərarına gəliblər. Sonda Amerikada yaşayan həmvətənlərimizə, Amerika ictimai təşkilatlarına, dövlət qurumlarına, Konqresə və prezidentliyə namizədlərə müraciətlər qəbul edilib. Müraciətlərdə Azərbaycan gerçəklikləri, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü və bu məsələdə Amerikanın rolunun vacibliyi qeyd olunub. -
10-03-2008, 04:10 PMAPAAzərbaycanda prezident seçkilərini izləmək üçün 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
[b]Azərbaycanda prezident seçkilərini izləmək üçün 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalana kimi davam edəcək. MSK-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 274 nəfər, MDB Parlament Assambleyasından 3 nəfər, MDB Müşahidə Missiyasından 256 nəfər, Latviya MSK-dan 2 nəfər, Rusiya MSK-dan 3 nəfər, Ukrayna MSK-dan 4 nəfər, Beynəlxalq Respublikaçılar İnstitutundan 2 nəfər, Milli Demokratiya İnstitutundan 5 nəfər, İsrail və Fransa səfirliyinin hərəsindən 1 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. -
10-03-2008, 04:20 PMAPAMDB müşahidə missiyasının qərargah rəhbəri və ATƏT müşahidə missiyasının rəhbəri arasında görüş olub
[b]MDB müşahidə missiyasının qərargah rəhbəri və ATƏT müşahidə missiyasının rəhbəri arasında görüş olub[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Sloboda ilə ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun müşahidə missiyasının rəhbəri Boris Frles arasında görüş keçirilib. Y. Sloboda APA-ya açıqlamasında hər iki tərəfin öz iş prinsipləri haqqında məlumat verdiyini deyib. Görüşdə missiya rəhbərləri və ekspertlər səviyyəsində görüşləri davam etdirmək barədə razılığa gəlinib.Qeyd edək ki, MDB müşahidə missiyasının seçkiqabağı mühitlə bağlı ilk aralıq hesabatı gələn həftə açıqlanacaq. -
10-03-2008, 04:30 PMAPA"Qalatasaray" bir milyon avroya qapıçı alır
[b]"Qalatasaray" bir milyon avroya qapıçı alır[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Kiyevin "Dinamo" və Ukrayna yığmasının qapıçısı Aleksandr Şovkovski karyerasını Türkiyədə davam etdirə bilər. "APA-SPORT"un məlumatına görə, gənc həmkarı Stanislav Boquşun gəlişindən sonra ehtiyatda qalan 32 yaşlı qapıçı "Qalatasaray" və "Gənclərbirliyi" ilə danışıqlar aparıb. "Dinamo" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İstanbulda "Fənərbaxça"nın qonağı olan zamanı boş oturmayan Şovkovski gələcək karyerasını müəyyənləşdirməklə məşğul olub. Türklərin Aleksandrla üç illik müqavilə bağlamaq istədiyi deyilir. Oyun praktikası qazanmaq üçün yeni kluba keçmək istəyən Şovkovskiyə "Qalatasaray" daha yaxşı təklif edib. Belə ki, "cim-bom" onun transferinə görə bir milyon avro ödəməyə hazırdır. -
10-03-2008, 04:40 PMAPADağıstanda Azərbaycan vətəndaşının meyiti tapılıb
[b]Dağıstanda Azərbaycan vətəndaşının meyiti tapılıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Dağıstanda Zaqatala sakininin meyiti tapılıb. Dağıstanda çalışan Zaqatala sakinlərinin APA-ya verdiyi məlumata görə, sentyabrın 30-da Mahaçqala şəhərinin Separatornı qəsəbəsində üzərində zorakılıq əlamətləri olan, 40-45 yaşlarında kişi meyiti tapılıb. Dağıstan milisinin apardığı araşdırmalar nəticəsində bunun Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayıl Qədirovun cəsədi olduğu məlum olub. İlkin araşdırmalar zamanı həmçinin C. Qədirovun öldürüldüyü qeyd edilib. Məlumata görə, bu versiya üzrə Dağıstan milisi tərəfindən araşdırma aparılır.C. Qədirovun meyiti ötən gün doğulduğu Yuxarı Çardaxlar kəndinə gətirilərək torpağa tapşırılıb. Y. Çardaxlar kənd icra nümayəndəsi Məhəmməd Hacıməmmədov isə APA-ya açıqlamasında C. Qədirovun cəsədinin üzərində heç bir zorakılıq əlamətlərinin olmadığını və mərhumun epilepsiyadan əziyyət çəkdiyini bildirib. İcra nümayəndəsinin sözlərinə görə, C. Qədirov məhz bu xəstəlikdən vəfat edib. C. Qədirovun Dağıstana işləmək üçün getdiyi və yaxın qohumları ilə birgə Mahaçqala şəhərində tikinti obyektlərindən birində çalışdığı bildirilir. -
10-03-2008, 04:50 PMAPAGəncədə silah-sursat aşkarlanıb
[b]Gəncədə silah-sursat aşkarlanıb[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə Nizami məqbərəsinin yaxınlığında, Gəncə-Bakı yolunun ikinci kilometrliyində yerləşən zibilxanada xeyli miqdarda silah-sursat aşkarlanıb. Gəncə şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna bildirilib ki, həmin ərazidə silah-sursatın olduğu ötən gün Kəpəz rayon Polis Şöbəsinə gələn anonim zəngdən sonra aşkarlanıb. Polis Şöbəsi əməkdaşları əraziyə baxış keçirib və zibilxanada olan dəmir qutunun içərisində xeyli sayda əl qumbarası, sandıqca və patron aşkarlayıblar. -
10-03-2008, 05:00 PMAPAAzərbaycan Kür və Araz çaylarında keçirilən son ekoloji monitorinqin nəticələrini açıqlayıb
[b]Azərbaycan Kür və Araz çaylarında keçirilən son ekoloji monitorinqin nəticələrini açıqlayıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı Kürün Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddinin (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kür çayının Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 4, Ağstafaçayda fenollar 5, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 6, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində YVQH-dən 1,4-1,5 dəfə çoxdur. Buna səbəb isə Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Horadiz məntəqəsində 1,3, Bəhramtəpədə 1,9, I Şahsevəndə isə 2 dəfə YVQH-ni keçib. Bunun səbəbi isə Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır.Suyun oksigen rejimi bütün məntəqələrdə 6,12-8,36 mq/l arasında dəyişərək norma daxilində olub. -
10-03-2008, 05:10 PMAPAOktyabrın sonunda Azərbaycanda beynəlxalq bank konfransı keçiriləcək
[b]Oktyabrın sonunda Azərbaycanda beynəlxalq bank konfransı keçiriləcək[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu ilin oktyabr ayının 25-26-da Bakıda beynəlxalq bank konfransı keçiriləcək. Azərbaycan Banklar Assosiasiyasının (ASA) icraçı direktoru Fərhad Əliyevin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, konfrans MDB və Şərqi Avropa ölkələrinin Banklar Assosiasiyasının Beynəlxalq Bank Şurası tərəfindən təşkil olunur. Tədbirin əsas sponsoru rolunda Azərbaycan Beynəlxalq Bankı (ABB) çıxış edir.F.Əliyevin sözlərinə görə, konfransın keçirilməsində əsas məqsəd ayrı-ayrı ölkələrin bankları arasında yaxın əlaqələrin qurulması, həmçinin banklar assosiasiyaları arasında əməkdaşlığın gücləndirilməsidir. Tədbirə 40-a yaxın ölkənin bank nümayəndələri qatılacaq. Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzv olub. -
10-03-2008, 05:20 PMAPAAzərbaycanda İT-nin tətbiqi ilə əlaqədar sahibkarlara güzəştlər veriləcək
[b]Azərbaycanda İT-nin tətbiqi ilə əlaqədar sahibkarlara güzəştlər veriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Azərbaycanda informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar sahibkarlara güzəştlər tətbiq olunmalıdır. «APA-ECONOMICS»in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.Komissiya sədrinin sözlərinə görə, gələcəkdə innovasiyalı iqtisadiyyatın yaradılması ilə əlaqədar olaraq bir sıra güzəştlərin tətbiqi mümkündür. Artıq bununla bağlı dövlət başçısı müvafiq strukturlara tapşırıqlar verib.