[b]Rusiyanın xarici işlər naziri sabah İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah İrəvana işgüzar səfər edəcək. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, S. Lavrovun səfərini şərh edən nazirliyin rəsmisi Andrey Nesterenko bildirib ki, İrəvanda aparılacaq danışıqlarda Dağlıq Qarabağ münaqişəsi də müzakirə obyekti olacaq: "Axı bu çətin problem öz aktuallığını itirmir. Rusiya qarşılıqlı razılıq əldə etmək üçün münaqişə tərəflərinə gələcəkdə də yardım etmək niyyətindədir. Moskva ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyərək, bu münaqişə ilə bağlı öz prinsipial mövqeyinə sadiqlik nümayiş etdirir. Biz ona əsaslanırıq ki, nizamlanmanın yekun formuluna görə məsuliyyət ermənilər və azərbaycanlıların öz üzərinə düşür. Rusiya münaqişəyə cəlb olunmuş tərəfləri qane edən həll variantını dəstəkləməyə, kompromis razılaşma əldə olunduğu halda isə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır".
Azərbaycan Xəbərləri
Printable View

10-02-2008, 11:20 AMAPARusiyanın xarici işlər naziri sabah İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

10-02-2008, 11:30 AMAPAMSK-da Ümid Partiyasının Hafiz Hacıyevlə bağlı müraciətinə baxılıb
[b]MSK-da Ümid Partiyasının Hafiz Hacıyevlə bağlı müraciətinə baxılıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun bu gün keçirilən iclasında Ümid Partiyasının prezidentliyə namizəd Hafiz Hacıyevlə bağlı müraciətinə baxılıb. APA-nın məlumatına görə, Ümid Partiyası müraciətində bildirib ki, H. Hacıyev İctimai Radioda sentyabrın 26-da etdiyi çıxışda prezidentliyə namizəd İqbal Ağazadə barəsində böhtan və təhqirlər səsləndirib, Seçki Məcəlləsinin tələblərini pozub. Mətbuat qrupunun rəhbəri Azər Tağıyev böhtan və təhqir üzrə iddialara Cinayət Məcəlləsi ilə baxıldığını əsas gətirərək, bununla bağlı fərdi qaydada xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsini lazım bilib.Qurumun digər üzvləri isə H. Hacıyevin çıxışında Seçki Məcəlləsinin tələblərinin də pozulduğunu əsas gətirərək, məsələnin MSK-nın iclasına çıxarılmasını təklif ediblər. Təklif qəbul olunub. Ümid Partiyasının digər müraciəti isə H. Hacıyevin İctimai Radionun efirində özü üçün ayrılmış vaxtda çıxış etməməsi ilə bağlı olub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi isə bildirib ki, efir çıxışlar üçün yox, dəyirmi masa üçün ayrılıb. Buna görə də namizədin əvvəl və ya sonda çıxış etməsi qanun pozuntusu hesab oluna bilməz. Partiyanın ikinci müraciəti əsassız sayılıb. -
10-02-2008, 11:50 AMAPAÖtən gecə Ramana qəsəbəsində polislə atışmada öldürülənlər AXC fəalı Hacı Zakirin oğlu və qardaşı oğludur
[b]Ötən gecə Ramana qəsəbəsində polislə atışmada öldürülənlər AXC fəalı Hacı Zakirin oğlu və qardaşı oğludur[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gecə Sabunçu rayonunun Ramana qəsəbəsində baş verən atışmada öldürülən silahlılardan biri Fərhad Quliyev Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan Hacı Zakir Quliyevin oğludur.
[Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, öldürülən digər silahlı Azad Quliyev isə Hacı Zakirin qardaşı oğludur. Sabunçu rayon Polis İdarəsindən o da bildirilib ki, ötən gecə baş vermiş hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Fərhad Quliyev bir qədər əvvəl Maştağa kəndi, Mehdi Hüseynzadə küçəsi, ev 9-da yaşayan Hüseynov Hidayət Əliisgəndər oğlunu şəxsi münaqişə zəmnində odlu silahla qətlə yetirməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilib. Elə həmin gündən F. Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarış elan olunub. -
10-02-2008, 12:00 PMAPABakıda beynəlxalq təhsil və karyera sərgisi keçirilir
[b]Bakıda beynəlxalq təhsil və karyera sərgisi keçirilir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda II Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin ötən ildən keçirildiyinə baxmayaraq, iştirakçıların sayı əvvəlki ilə nisbətən 25% artıb. Nazir qeyd edib ki, 2007-ci ildə 1 000-ə yaxın azərbaycanlı tələbə xaricə təhsil almağa göndərildiyi halda, bu il həmin göstərici 1 130-a çatıb.«Ümumiyyətlə, hazırda 4 minə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır ki, bunun da 1 000 nəfəri dövlət hesabına maliyyələşdirilir. Azərbaycanda isə 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır və son 5 ildə onların sayı 2 dəfə artıb», - deyə M.Mərdanov vurğulayıb.M.Mərdanov həmçinin əlavə edib ki, son illər ərzində ölkədə təhsilin keyfiyyəti yüksəlib. Belə ki, 600-dən çox bal toplayan abituriyentlərin sayı dəfələrlə artıb.Sərginin meneceri Xəyal Əliyeva isə bildirib ki, sərgidə 11 ölkədən 40 şirkət və təşkilat iştirak edir. Sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20%, iştirakçıları isə 25% artıb. Tədbirdəki ekspozisiyalar orta və ali təhsil, xaricdə təcrübə, iş imkanları, dil kursları və ixtisasartırma, təhsildə İKT və digər məhsul və xidmətlər təklif edir.Sərgidə İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, İsveçrə və digər ölkələrin təhsil mərkəzləri iştirak edir.Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək sərgi «İteca Caspian» şirkəti tərəfindən təşkil olunub. Sərgini Azərbaycanın Təhsil Nazirliyi, Azərbaycan Ticarət və Sənaye Palatası dəstəkləyir. -
10-02-2008, 12:10 PMAPAAzərbaycan Milli Məclisinin payız sessiyası başlayıb
[b]Azərbaycan Milli Məclisinin payız sessiyası başlayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin payız sessiyası işə başlayıb. APA-nın xəbərinə görə, Milli Məclisin spikeri Oqtay Əsədov sessiyanın açılışı münasibəti ilə millət vəkillərini təbrik edib.
[Sessiyanın gündəliyinə 32 məsələnin müzakirəsi daxil edilib. Bu gün deputatların payız sessiyasının qanunvericilik iş planını təsdiq edəcəkləri, bir sıra məsələləri müzakirə edəcəkləri gözlənilir. -
10-02-2008, 12:20 PMAPAAzərbaycanda prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyası qərargahının rəhbəri bu gün Bakıya gəlir
[b]Azərbaycanda prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyası qərargahının rəhbəri bu gün Bakıya gəlir[b]
[Bakı. Laçın Sultanova-APA. Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası qərargahının rəhbəri, MDB İcraiyyə Komitəsinin seçkilər şöbəsinin müdiri Yevgeni Slaboda bu gün Bakıya gəlir. Qərargahın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Y. Slaboda ilə birlikdə daha 4 uzunmüddətli müşahidəçi Azərbaycana gələcək ki, bununla da, sentyabrın 16-dan fəaliyyətə başlayan qərargahın müşahidəçilərinin sayı 8-ə çatacaq. Qərargah rəhbəri Bakıda bir sıra görüşlər keçirəcək. Onun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Boris Fırleslə sabah görüşü planlaşdırılır. Qərargah qısamüddətli müşahidəçilərin iki qrupunu artıq akkreditasiya edib, oktyabrın 5-dək isə daha bir müşahidəçi qrupunu akkreditasiya etmək niyyətindədir. Missiyanın fəaliyyət dairəsinə daxil missiyalardan biri də müvafiq orqanlara daxil olmuş şikayət və müraciətlərin analizidir. Bunun üçün qərargah MSK, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa Seçki Məcəlləsi ilə bağlı qeydə alınmış qanun pozuntuları, açılmış cinayət işləri, müraciət və ərizələrin gedişi haqda məlumatları təqdim etmək xahişi ilə müraciət edib. Bu qurumlar artıq qərargahın müraciətini cavablandırıb. -
10-02-2008, 12:30 PMAPAATƏT-in müşahidə missiyası Azərbaycandakı seçkiqabağı durumla bağlı ikinci hesabatını hazırlayır
[b]ATƏT-in müşahidə missiyası Azərbaycandakı seçkiqabağı durumla bağlı ikinci hesabatını hazırlayır[b]
[Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə missiyası seçkiqabağı durumla bağlı ikinci hesabatını hazırlayır. Bu barədə APA-ya missiyanın mətbuat katibi Rasto Kuzel məlumat verib. O, oktyabrın 6-da açıqlanacaq hesabatda seçkiqabağı vəziyyətin əsas məqamlarının, o cümlədən kampaniyanın KİV-də işıqlandırılması məsələsinin əksini tapacağını söyləyib. -
10-02-2008, 12:40 PMAPALitva Seyminin kansleri Azərbaycana gəlib
[b]Litva Seyminin kansleri Azərbaycana gəlib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Litva Seyminin kansleri Gediminas Vilkyalisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas APA-ya bildirib ki, üç gün davam edəcək səfər zamanı parlamentlərarası əməkdaşlıq və parlament idarəçiliyi məsələləri ilə bağlı danışıqlar aparacaq. Səfər Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin dəvəti əsasında həyata keçirilir. -
10-02-2008, 12:50 PMAPASentyabrın sonu dolların ucuzlaşması ilə yadda qalıb
[b]Sentyabrın sonu dolların ucuzlaşması ilə yadda qalıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Ötən həftə Azərbaycanın valyuta bazarının bütün seqmentlərində birja ticarətinin həcmləri və məzənnələrinin qeyri-sabitliyi ilə yadda qalıb.«APA-ECONOMICS»in məlumatına görə, bu ilin sentyabr ayının 22-27-da Bakı Banklararası Valyuta Birjasında (BBVB) aparılan ticarət əməiyyatlarının məcmu həcmi 38,61 mln. dollar təşkil edib. Gündəlik dövriyyə isə aşağıdakı kimi olub: Beləliklə, hesabat dövrü ərzində həftəlik dövriyyə əvvəlki həftənin göstəricisindən 30% az olub. Gündəlik dövriyyələri nəzərdə keçirəndə görünür ki, valyuta birjasında ticarət 6 iş günündən yalnız 4-ü ərzində uğurlu, yəni məhsuldar olub. İki dəfə isə valyuta ticarəti üzrə sifarişlər olmayıb. Adətən, bu, yalnız kəskin böhran şəraitində müşahidə olunur, lakin sıfır dövriyyənin özündə həftəlik dövriyyənin 93,8%-ni cəmləşdirən sentyabrın 26-dakı ticarət günündən əvvəl və sonra müşahidə olunması faktı hər hansı böhran tendensiyasının olması barədə danışmağa əsas vermir. Bunu məzənnələrin dinamikası da sübut edir. Ümumilikdə, ötən həftə ərzində dolların birja məzənnəsi (BBVB-nin valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8106 manatdan 0,8063 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,53% düşüb. Qeyd edək ki, rəsmi məzənnə də həftə ərzində 0,51%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,77%, nağd satış məzənnəsi isə 0,73% enib. Bu, sentyabr ayı ərzində dolların həftəlik məzənnəsinin ən gözə çarpan dəyişikliyi olub. Ümumilikdə, sentyabr ayında birja məzənnəsi 0,75%, rəsmi məzənnə isə 0,86% düşüb. Beləliklə, dolların ucuzlaşmasının əsas hissəsi sentyabrın sonuncu həftəsinə təsadüf edib. Bu, tamamilə izah ediləndir, çünki ötən həftə Azərbaycanın valyuta bazarındakı proseslər dünya bazarlarında, əsasən də ABŞ-da baş verən hadisələri əks etdirib. Bu hadisələrin nəticəsi isə dolların avroya qarşı kəskin ucuzlaşması olub.Dolların manata qarşı məzənnəsinin dinamikası ötən həftə aşağıdakı kimi olub: Göründüyü kimi, nağd satış məzənnəsi istisna olmaqla, bütün məzənnələrin qrafiklərinin praktiki olaraq bir-birinə «yapışıb». İlk növbədə birja və rəsmi məzənnələrin dəyişməsinin sinxronluğu ötən həftə Azərbaycanda məzənnənin formalaşmasının tam inzibati nəzarət altında qalması və faktiki olaraq bazar mexanizmlərindən kənarda olmadığını göstərir. Həmçinin avronun rəsmi məzənnəsinin dinamikası da diqqəti cəlb edir: Yekunda avronun məzənnəsinin dəyişməsi praktiki olaraq müşahidə olunmayıb (əvvəlki səviyyəyədüşüb). Buna baxmayaraq, ayrı-ayrı günlər ərzində məzənnə çox ciddi şəkildə dəyişib. Onun bu dərəcədə enib-qalxması isə dünya bazarlarında dollar/avro məzənnəsinin dəyişməsi ilə bağlıdır.Dollara gəldikdə isə, hazırda bazarda ABŞ-dakı qeyri-müəyyənlik davam edir. Çünki ABŞ-ın maliyyə sisteminin mühafizə edilməsi üçün 700 mlrd. dolların yönəldilməsini nəzərdə tutan «Polson planı» Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə, bütün dünyada dolların məzənnəsinin azalmasını proqnozlaşdırmaq çətin olmayacaq. Bəzi analitiklər hətta dolların avroya qarşı ikiqat ucuzlaşacağını proqnozlaşdırır ki, bu da, sözsüz, Azərbaycan bazarına öz təsirini göstərəcək. -
10-02-2008, 01:00 PMAPAFransada beynəlxalq avtomobil sərgisi başlayıb
[b]Fransada beynəlxalq avtomobil sərgisi başlayıb[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Parisdə (Fransa) Beynəlxalq Avtomobil Sərgisi işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, sərgidə dünyanın aparıcı avtomobil şirkətləri bir sıra yeni modellərini nümayiş etdirir. Belə ki, Almaniyanın «Volkswagen» şirkəti yeni - altıncı nəslə aid olan «Golf» modelini (C class), «Toyota» şirkəti yeni «Avensis» modelini, «Chevrolet» yeni «Cruze» modelini, «Hyundai» isə yeni «i20» modelini nümayiş etdirir. Qeyd edək ki, sonuncu model dünya avtomobil bazarında «Hyundai Getz» modelini əvəzləyəcək. Bundan başqa, avtomobil sərgisində yeni «Ford Ka», «Renault Megane», «Kia Soul», «Mitsubishi Lancer» (xetçbek), Rusiyanın VAZ avtozavodunun istehsal etdiyi «Lada Revolution» (kupe) və bir sıra digər avtomobil modelləri nümayiş olunur.Qeyd edək ki, avtomobil sərgisi oktyabrın 19-dək davam edəcək. -
10-02-2008, 01:20 PMAPAMillət vəkilləri MSK-da Müsavat Partiyasına ayrılan yerlərin başqa partiyalara verilməsini təklif ediblər
[b]Millət vəkilləri MSK-da Müsavat Partiyasına ayrılan yerlərin başqa partiyalara verilməsini təklif ediblər[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında çıxış edən millət vəkilləri prezident seçkiləri və bir sıra başqa məsələlərlə bağlı fikirlərini bildiriblər. Milli Məclisin üzvü Fazil Qəzənfəroğlu Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunun qəbul olunmasına ehtiyac olduğunu bildirib. Deputat Mərkəzi Seçki Komissiyasında (MSK) Müsavat Partiyası üçün ayrılan iki yerin digər partiyalara verilməsini təklif edib. Millət vəkili Qüdrət Həsənquliyev də MSK-da boş qalan iki yerin digər partiyalara verilməsinin zəruriliyini vurğulayıb. Q. Həsənquliyev qeyd edib ki, YAP seçkilərdə bütün partiyalara bərabər imkan yaratmır. Prezidentliyə namizədlərə efir vaxtının düzgün ayrılmadığını bildirən deputat AzTV-də seçkilər haqqında heç bir məlumat verilmədiyini də bildirib. Millət vəkili Səyavuş Novruzov isə deyib ki, ölkədə normal seçki təbliğatı aparılır, qanunlara əməl olunur, hamıya bərabər imkan yaradılıb. YAP-ın namizədinin alternativinin olmadığını bildirən S. Novruzov digər namizədləri seçkilərdə üç faizlik baryeri aşmaq üçün səy göstərməyə çağırıb: "Onlar üç faizlik baryeri aşsınlar ki, dövlətin onlara ayırdığı vəsaiti geri qaytarmaqda çətinlik çəkməsinlər". -
10-02-2008, 01:30 PMAPANorveç xarici işlər nazirinin müavininin Azərbaycana səfəri başlayıb
[b]Norveç xarici işlər nazirinin müavininin Azərbaycana səfəri başlayıb[b]
[Bakı. Laçın Sultanova-APA. Norveçin xarici işlər nazirinin müavini Raymond Yohansen Azərbaycana işgüzar səfərə gəlib. Norveçin Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, nazir müavini artıq siyasi partiya liderləri, Norveçin Azərbaycanda fəaliyyət göstərən «Statoil» şirkətinin rəhbəri ilə görüşlər keçirib. Günün ikinci yarısında isə norveçli qonağı xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək, sonra R. Yohansen nazir müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə görüşəcək.Qeyd edək ki, R. Yohansen Bakıya səfərini Norveç Humanitar Müəssisəsinin Abşeronda yerləşən uşaq evində həyata keçirdiyi layihə ilə tanışlıqdan başlamalı olsa da, qonağı Gürcüstandan gətirən təyyarə gecikdiyindən proqramın bu hissəsi təxirə salınıb. Eyni səbəbdən nazir müavinin Bakıda akkreditə olunmuş Avropa ölkələrinin səfirləri ilə görüşü də təxirə salına bilər. Qeyd edək ki, R. Yohansen regiona səfərini Ermənistandan başlayıb, sonra Gürcüstanda olub və turnesini Bakıda yekunlaşdırır. -
10-02-2008, 01:40 PMAPAABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
[b]ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, Nardaran sakinləri qəsəbənin "Səfixanı" adlanan 30 hektar torpaq sahəsinin məhkəmənin qərarı ilə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero tərəfindən alınmasına etiraz ediblər. Səfirliyin binası qarşısına toplaşan kənd sakinlərindən 5-i ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusunun nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər. Sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə nardaranlıların məktubunu və piketin qətnaməsini səfirliyin nümayəndəsinə təqdim edib. Qətnamədə S. Eskuderonun hərəkətləri qanunsuz adlandırılıb və onun Azərbaycandan çıxarılması tələb olunub. Aksiya zamanı heç bir insident baş verməyib. Qeyd edək ki, Nardarandakı "Səfixanı" adlanan ərazidəki 30 hektar torpaq sahəsi S. Eskudero tərəfindən 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlərsə bu hadisədən 1 il sonra xəbər tutublar. Məhkəmə qərarı Salman Cəbrayılov adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb. Nardaran sakinləri isə uzun illərdən bəri əkib becərdikləri torpaq sahəsinin ələ keçirməsinə qarşı çıxaraq, məhkəmə qərarının dəyişdirilməsini tələb edirlər. -
10-02-2008, 02:10 PMAPAAzərbaycanda pensiyanın hesablanması zamanı iş stajı əsas götürüləcək
[b]Azərbaycanda pensiyanın hesablanması zamanı iş stajı əsas götürüləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya sistemində yeni dəyişikliklərin aparılması məqsədi ilə təkliflər hazırlayır. «APA-ECONOMICS»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.
[Fond sədrinin sözlərinə görə, bu təkliflərdən ən əsası 2006-cı ilin yanvarın 1-dək, yəni köhnə sistem əsasında pensiyaya çıxanların pensiya hüquqlarının müəyyənləşdirilməsi mexanizminin dəyişdirilməsi ilə bağlıdır. S.Müslümov bildirib ki, hər bir şəxs pensiyaya çıxanda onun pensiyası iki hissədən ibarət olur: «2006-cı ilin yanvarın 1-ə qədər olan dövrü əhatə edən birinci hissədə pensiyanın məbləği köhnə pensiya sisteminin qanunvericiliyinə uyğun hesablanır. İkinci hissə isə 2006-cı ilin yanvarın 1-dən sonra fərdi uçot sisteminin məlumatlarına əsasən müəyyənləşdirilən pensiya məbləğidir. İkinci hissənin hesablanmasında heç bir problem yoxdur. Çünki hər bir şəxsin fərdi hesabı var, 2006-cı ilin yanvarından sonra bütün aylar üzrə bu hesabda toplanılan sosial sığorta haqları əsasında onun qeyd edilən müddətdən sonrakı dövr üçün pensiyasının məbləği müəyyənləşdirilir. Lakin 2006-cı ilin yanvarın 1-dək olan hesabı müəyyənləşdirmək üçün onun 2004-2005-ci illər ərzindəki orta aylıq əmək haqqı əsasında arayış tələb olunur. Həmin arayış əsasında da pensiyaçının 2006-cı ilin yanvarın 1-ə qədər olan pensiyası müəyyənləşdirilir». S.Müslümov əlavə edib ki, pensiya sistemində neqativ hallar da məhz bu zaman meydana çıxır. Çünki arayışların çoxu arxivlərdən və guya keçmişdə fəaliyyət göstərildiyi bildirilən müəssisələrdən gətirilir. Fond sədrinin sözlərinə görə, pensiya hesablanması zamanı əmək haqqının məbləğinə qoyulan məhdudiyyət də ləğv edilib. Bu kimi hallar isə pensiyaların məbləğinin süni şəkildə şişirdilməsinə şərait yaradır. Yeni təkliflərini belə neqativ halların qarşısını almaq üçün hazırladıqlarını deyən S.Müslümov qeyd edib ki, təkliflərdə 2006-cı ilin yanvarın 1-ə qədər olan dövr üçün pensiyanın məbləği müəyyənləşdirilərkən əmək haqqına istinadın ləğvi, yalnız staj əsasında məbləğin müəyyənləşdirilməsi prinsipinə keçmək nəzərdə tutulur. DSMF sədrinin sözlərinə görə, bu qaydalar yalnız pensiyaya bundan sonra çıxanlara şamil edilə bilər. Təkliflər cari ilin sonuna kimi qəbul edilərsə, artıq 2009-cu ilin yanvarın 1-dən pensiyaya çıxanlar üçün bu sistem tətbiq ediləcək. Ədalətli sistem olduğundan 2006-2009-cu dövr üçün pensiya hesablanmasında heç bir dəyişiklik olmayacaq. Yeni təkliflərin reallaşması nəticəsində stajı çox olan işçilərin pensiyalarının məbləği də artacaq. S.Müslümov onu da əlavə edib ki, hazırda yeni sistemlə pensiya alanların sayı 200 min nəfərə yaxındır. Azərbaycandakı 1,263 mln. pensiyaçının 1,05 mln-a yaxını isə köhnə sistemlə pensiyaya çıxanlardır. -
10-02-2008, 02:20 PMAPADövlət Sosial Müdafiə Fondu İT üzrə işçi qəbulu üçün müsabiqə elan edib
[b]Dövlət Sosial Müdafiə Fondu İT üzrə işçi qəbulu üçün müsabiqə elan edib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) informasiya texnologiyaları üzrə işçi qəbulu üçün müsabiqə elan edib. «APA-ECONOMICS»in məlumatına görə, DSMF sədri Səlim Müslümov bildirib ki, bu müsabiqə hazırda sosial müdafiə mərkəzlərində informasiya texnologiyaları üzrə kadr probleminin həllinə yönəlib: «Bu gün biz maddi-texniki baza, rayonlarda lokal şəbəkələr, avtomatlaşdırılmış idarə sistemi yaratmışıq. Amma orada işləyən şəxslər bu sistemi idarə edə bilirmi? Burada böyük problem ortaya çıxır». S.Müslümov qeyd edib ki, bu problemin həlli üçün BMT-nin İnkişaf Proqramı və Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində informasiya texnologiyaları üzrə 14 mütəxəssis işə qəbul ediləcək. Artıq müraciət edən 70-ə yaxın şəxs arasında seçim prosesinə başlanılıb. Seçilənlərin 4 nəfəri DSMF-nin Mərkəzi Aparatında çalışacaq, qalan 10 nəfər isə 10 region üzrə təhkim olunacaq. -
10-02-2008, 02:30 PMAPA«Nabucco» konsorsiumu Rusiya qazından kiçik həcmdə istifadə olunacağını istisna etmir
[b]«Nabucco» konsorsiumu Rusiya qazından kiçik həcmdə istifadə olunacağını istisna etmir[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. «Nabucco» konsorsiumunun iştirakçıları inşası nəzərdə tutulan qaz kəməri ilə Rusiya qazından yalnız kiçik həcmlərlə nəqlini mümkün sayır. «APA-ECONOMICS»in «İTAR-TASS» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın layihədəki nümayəndəsi Mixay Bayer bəyan edib. Bununla belə, o, Rusiyanın layihədə iştirakı məsələsinin gündəmdə olmadığını qeyd edib: «Nabucco» qaz kəmərinin tikintisinin məqsədi yanacaq tədarükünün müxtəlifləşdirilməsidir. Lakin bu, o dəmək deyil ki, «Nabucco» layihəsi Rusiyaya qarşı yönəlib. Yanacaq marşrutlarının diversifikasiyası Avropa və bütün dünya üzrə enerji təhlükəsizliyinin təminatı üçün vacibdir».Bununla yanaşı, M.Bayer Macarıstanın qaz idxalının 83%-ni təmin edən Rusiya və bəzi tranzit ölkələr arasında münasibətlərin gərginləşməsini də xatırladıb. Qeyd edək ki, gələcəkdə «Nabucco» kəmərinin əsas real təchizatçı kimi Azərbaycan qiymətləndirilir.M.Bayer həmçinin bildirib ki, hazırda dünyada müşahidə olunan maliyyə böhranı «Nabucco» layihəsinin reallaşmasına ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, böhran sadəcə maliyyələşmə paketinin tərtib olunma prosesini bir neçə ay ləngidə bilər: «Hazırda layihənin kommersiya hissəsi və siyasi hazırlıq üzrə iş aparılır. Layihəyə sərmayə yatırmağa hazır olduqlarını bəyan edən maliyyə tərəfdaşlarımız mövqelərini dəyişməyib».Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞÂ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır. -
10-02-2008, 02:40 PMAPAAzərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: «Ermənilər işğal olunmuş ərazilərimizdə əkdikləri narkotik vasitələri xaricə satır»
[b]Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: «Ermənilər işğal olunmuş ərazilərimizdə əkdikləri narkotik vasitələri xaricə satır»[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Â«İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz»in işğal altında olan Xocavənd rayonunda ermənilərin ətraf mühit vurduğu ziyanla bağlı bır sıra faktlar əldə edib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ermənilər əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələri müxtəlif ölkələrə satır. Ərazilər mütəmadi yandırılır və bununla da fauna və flora tamamən məhv edilir. İstilik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır: «Ermənilər həmin ərazilərdə Azərbaycanın təbii sərvətlərini ziyan vurmaqda, dünya əhəmiyyətli təbiət və tarixi abidələri məhv etməkdə davam edirlər». -
10-02-2008, 02:50 PMAPAAvaraçılıq və dilənçiliklə məşğul olan 120 nəfər saxlanılıb
[b]Avaraçılıq və dilənçiliklə məşğul olan 120 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nəsimi rayon Polis İdarəsi, Qazax rayon Polis Şöbəsi, Yasamal rayon Polis İdarəsi və Çevik Polis Alayı avaraçılıq və dilənçiliklə məşğul olan 120 nəfəri saxlayıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, onlardan 6-sı kişi, 53-ü qadın, 61-i isə azyaşlı olub. Saxlanılanlar Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər. -
10-02-2008, 03:00 PMAPAİtkin düşən qadının meyiti Kür çayında tapılıb
[b]İtkin düşən qadının meyiti Kür çayında tapılıb[b]
[Bakı-APA. Sentyabrın 18-də Sabirabad rayonunda itkin düşən Ərkinaz Hacıəliyevanın meyiti, Kür çayının Axtaçı-Muğan kəndi ərazisindən keçən hissəsində tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb. -
10-02-2008, 03:10 PMAPANaxçıvan sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Naxçıvan sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Naxçıvan şəhər sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Naxçıvan şəhər sakini Mehralı Allahverdiyev Nərimanov rayonundakı Ə. Əliyev küçəsində inşa edilən binada işləyib və orada elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. -
10-02-2008, 03:20 PMAPASumqayıtda qaz sızmasından yaranan partlayış nəticəsində bir nəfər ölüb
[b]Sumqayıtda qaz sızmasından yaranan partlayış nəticəsində bir nəfər ölüb[b]
[Bakı-APA. Dünən saat 09.10 radələrində Sumqayıt şəhərində Beton Zavodunun ərazisindəki tikilidə yaşayan Qardaşxan Hüseynova məxsus 2 otaqlı fərdi evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə qapı və pəncərələr sınıb, 6 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xəsarət alan Q. Hüseynov və arvadı Zümrüd Təcili Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Q. Hüseynov xəstəxanada ölüdür.Həmin gün saat 09.30 radələrində Suraxanı rayonundakı 1-ci Bülbülə küçəsindəki yeni tikilidə yaşayan Arif Məcnunova məxsus 1 mərtəbəli 3 otaqlı evdə təbii qazın sızmasından partlayış baş verib. nəticədə evin qapı və pəncərələr sınıb, döşəmədə çatlar əmələ gəlib. Hadisə nəticəsində xəsarət alan A. Məcnunov, arvadı Sədaqət, qızları Aytac, Günel və oğlu Fərman Təcili Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər. -
10-02-2008, 03:30 PMAPASabah Həştərxanda Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayır
[b]Sabah Həştərxanda Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayır[b]
[Bakı. Laçın Sultanova - APA. Sabah Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransı başlayacaq. APA-nın məlumatına görə, tədbirdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın rəsmi hökumət nümayəndələri, iri beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər.İki gün davam edəcək konfrans çərçivəsində Xəzəryanı regionun hökumət və aidiyyəti nazirliklərin nümayəndələrinin iclası, işgüzar və ekspert dairələrin təmsilçilərinin bir sıra işgüzar sessiyaları, jurnalistlər üçün mətbuat konfransları, Xəzəryanı ölkələrin investisiya layihələrinin təqdimatı, Həştərxan vilayətinin mədəniyyət və sənaye obyektləri ilə tanışlıq nəzərdə tutulur. Konfransda Xəzəryanı ölkələrin baş nazirlərinin birinci müavinlərinin iştirakı gözlənilir. İşçi sessiyalarda dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafı, neft, qaz, nəqliyyat infrastrukturunun inkişafı perspektivləri, regionun ekoloji təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Konfrans çərçivəsində Xəzəryanı ölkələrin investisiya layihələri və texnologiyalarına dair irihəcmli beynəlxalq sərgi də təşkil olunacaq. Rusiyanın baş naziri Vladimir Putin artıq konfrans iştirakçılarına müraciət ünvanlayıb. Həştərxan qubernatorunun mətbuat xidmətinin yaydığı məlumata görə, müraciətdə deyilir ki, ilk dəfə keçirilən forumun məqsədi Xəzərdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verməkdir. -
10-02-2008, 03:40 PMAPAAzərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Almaniyanın şirkəti alıb
[b]Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Almaniyanın şirkəti alıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair marketinq sorğusunun qəlibini müəyyənləşdirib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Sorğunun nəticələrinə əsasən, qalib Almaniyanın «Select Energy GmbH.» şirkəti elan olunub. Bu şirkət oktyabr ayının 20-25-də Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək. -
10-02-2008, 04:00 PMAPATürkiyəli deputat: "Bəzi Avropa ölkələrinin Rusiyadan asılılığını aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantları tapılmalıdır"
[b]Türkiyəli deputat: "Bəzi Avropa ölkələrinin Rusiyadan asılılığını aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantları tapılmalıdır"[b]
[Strasburq. Fuad Qulubəyli - APA. "Avropa Birliyi Cənubi Qafqaza daha çox diqqət ayırmalıdır". APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının sessiyasında Gürcüstanla Rusiya arasındakı münaqişə ilə bağlı keçirilən müzakirələrdə Türkiyə nümayəndə heyətinin üzvü Birgən Keleş deyib. O bildirib ki, münaqişə Avropa Birliyinin nə qədər gec hərəkətə keçdiyini göstərib: "Bəzi Avropa ölkələrinin Rusiyadan enerji asılılığı var. Bu asılılığı aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantlarını tapmaq lazımdır". B. Keleş Gürcüstanın enerji resurslarının nəqlində önəmli tranzit məntəqəsi olduğunu, buna görə də həm AB, həm də Türkiyə üçün böyük önəm daşıdığını söyləyib. O, Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. B. Keleş bölgədə sabitlik və etimadın yaranması üçün Türkiyənin Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünün əhəmiyyətinə də diqqət çəkib. -
10-02-2008, 04:10 PMAPA«CATEL» rabitə xidmətlərinin əhatə dairəsini genişləndirir
[b]«CATEL» rabitə xidmətlərinin əhatə dairəsini genişləndirir[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın CDMA operatoru olan «CATEL» əhatə dairəsini genişləndirib. «CATEL»dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Bakı, Səngəçal, Ələt, Abşeron yarımadası, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabranla yanaşı, Lənkəran və Astarada da «FONEX»lə rahat danışmaq mümkün olacaq. Danışığın dəqiqəsi «Birinci» tarif əsasında 1 qəpiyə olacaq. Şirkət ilin sonuna qədər Tovuz, Qazax, Ağsu, Quba və bir sıra digər şəhər və rayonları da əhatə dairəsinə daxil etməyi planlaşdırır. Qeyd edək ki, «CATEL» şirkəti CDMA2000 standartında mobil rabitə xidmətləri göstərmək məqsədilə 2007-ci ilin aprelində yeni «FONEX» ticarət markasını telekommunikasiya bazarına çıxarıb. Şirkət 2004-cü ilin avqustundan Azərbaycanda ilk dəfə olaraq, ən müasir 3-cü nəsil «CDMA 2000 1x» mobil rabitə texnologiyasını «Huawei» şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. Bu texnologiya ikinci nəsil mobil rabitədən standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s. xüsusiyyətlərinə görə fərqlənir. -
10-02-2008, 04:20 PMAPAAŞ PA Monitorinq Komitəsi Ermənistanla bağlı məruzəni qəbul edib
[b]AŞ PA Monitorinq Komitəsi Ermənistanla bağlı məruzəni qəbul edib[b]
Bakı-Strasburq. Tamara Qriqoryeva, Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi insan haqları üzrə komissar Tomas Hammarberqin Ermənistana səfərinin (13-15 iyul) yekunları ilə bağlı hazırladığı məruzəni qəbul edib.
[APA-nın məlumatına görə, qanlı 1 mart hadisələrindən bəri Ermənistanda vəziyyətin yaxşılaşdırılması istiqamətində çox az addım atıldığını düşünən komitə T. Hammarberqə bu ölkəyə bir daha səfər edərək dekabrın 17-də keçiriləcək toplantı üçün yeni hesabat hazırlamağı tapşırıb. Komitə üzvləri 1-2 mart hadisələri zamanı həbs olunanların hələ də buraxılmamasından, bir çoxu siyasi motivlə tutulmuş bu şəxslərə münasibətdə amnistiya, əfv kimi humanist addımların atılmamasından, ölənlərlə bağlı istintaqın başa çatmamasından narahatlıqlarını bildiriblər. MK Ermənistanı AŞ PA-nın qəbul etdiyi 1620 və 1609 saylı qətnamələri yerinə yetirməyə çağırıb. AŞ-nin insan haqları üzrə komissarı T. Hammarberqin dekabrın 17-də təqdim edəcəyi hesabatdan sonra MK növbəti addımlar üzərində düşünəcək. Ermənistana sanksiyaların tətbiqi də istisna olunmur. -
10-02-2008, 04:30 PMAPAKinorejissor Bolat Şəmşiyev Azərbaycana gələcək
[b]Kinorejissor Bolat Şəmşiyev Azərbaycana gələcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Qırğızıstan prezidentinin mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, məşhur kinorejissor Bolat Şəmşiyev oktyabrın 3-də Azərbaycana səfərə gələcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü İsmayıl Ağayevin APA-ya verdiyi məlumata görə, səfər Azərbaycan Prezidentin İcra Aparatının, DAK Azərbaycan nümayəndəliyinin və Türk Dövlətlərinin Siyasətinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə həyata keçiriləcək. Səfər çərçivəsində B. Şəmşiyev Azərbaycanın ictimai-siyasi, ədəbi və mədəni mühiti ilə tanış olacaq, o cümlədən ictimaiyyət nümayəndələri ilə görüşəcək. İ. Ağayev deyib ki, B. Şəmşiyev Azərbaycanda olduğu müddətdə Qubada da olacaq. O, Azərbaycanda erməni-rus hərbi birləşmələri tərəfindən 1918-ci ildə soyqırıma məruz qalan azərbaycanlıların kütləvi məzarlığını ziyarət edəcək. Qeyd edək ki, səfər oktyabrın 10-da yekunlaşacaq. -
10-02-2008, 04:40 PMAPAMilli Məclis Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməni ratifikasiya edib
[b]Milli Məclis Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməni ratifikasiya edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə layihəsinin müzakirəsi deputatlar arasında fikir ayrılığına səbəb olub. APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxış edərək Milli Məclisin bu sənədi ratifikasiya etməsinin əleyhinə olduğu deyib. Deputat Azərbaycanın MDB-dən çıxmasını təklif edib. Millət vəkili Nəsib Nəsibli də sənədin əleyhinə çıxıb. Onun sözlərinə görə, Azərbaycan indiki məqamda çox ehtiyatlı davranmalıdır.Deputat Əkrəm Əylisli isə Azərbaycanla Rusiya arasında sıx əməkdaşlığın mövcud olduğunu deyib, sənədin qəbulunun zəruriliyini vurğulayıb. Sənəd səs çoxluğu ilə ratifikasiya olunub. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə bu ilin iyulun 3-də Bakıda imzalanıb. -
10-02-2008, 04:50 PMAPABVF yeni qurumlar yaratmağı planlaşdırır
[b]BVF yeni qurumlar yaratmağı planlaşdırır[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Beynəlxalq Valyuta Fondu (BVF) texniki yardımın konkret məqsədlərə yönəldilməsi üçün bir sıra trast-fond yaratmağı planlaşdırır. «APA-ECONOMICS»in məlumatına görə, bu məqsədli trast-fondların vəsaitlərinin BVF-nin ayırdığı texniki yardımlara əlavə edilməsi nəzərdə tutulur. BVF-nin hesablamalarına görə, aşağı və orta gəlirlərə malik olan ölkələrdə texniki yardıma tələbat böyükdür və trast-fondların yaradılmasının məqsədi də məhz bu yardımın genişləndirilməsidir. Bu prosesə əlavə olaraq beynəlxalq donorlar cəlb ediləcək. Hazırda pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə məqsədilə ilk trust-fondun yaradılması barədə artıq donorlarla danışıqlar aparılır. Bundan başqa, dövlət maliyyə vəsaitləri, təbii sərvətlərlə bağlı olan gəlirlər, daxili və xarici dövlət borclarının idarə olunması, maliyyə sektorunun sabitliyi və inkişafı və s. istiqamətlər üzrə məqsədli trast-fondların yaradılması planlaşdırılır. -
10-02-2008, 05:00 PMAPAMilli Məclisin deputatı qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib
[b]Milli Məclisin deputatı qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Qənirə Paşayeva qadınların nikah yaşının artırılması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasında çıxış edən xanım deputat Ailə Məcəlləsinə dəyişiklik edilməsi və qadınların nikah yaşının artırılmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda baş verən erkən nikahların qarşısını almaq üçün mütləq qanunvericilikdə dəyişiklik edilməlidir. Deputat, həmçinin, nikah bağlanarkən tibbi arayışların alınmasının vacibliyini də önə çəkib: "Bu insanlar arasında müxtəlif xəstəliklərin yayılmasının qarşısını almaqda böyük rol oynaya bilər". Q. Paşayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də sözügedən problemlərlə bağlı təkliflərinin olduğunu xatırladıb. Qeyd edək ki, Azərbaycanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17-dir. Q. Paşayevə çıxışı zamanı digər məsələlərə də toxunub. Millət vəkili 1948-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb: "Onların geri qaytarılmasının mexanizmlərinin hazırlanmalı və bu sahədə iş aparılmalıdır. 60 il əvvəl öz doğma torpaqlarından qovulan soydaşlarımızın repatriasiyasına nail olunmalıdır. Dünyanın bir çox yerində öz torpaqlarından didərgin düşən xalqlar sonradan geri qayıdıb. Bu sıraya Krım türkləri, Gürcüstandan çıxarılan Axısxa türklərini aid etmək olar. Belə olanda nəyə gərə Ermənistandan qovulan soydaşlarımızın geri qaytarılması məsələsi qaldırılmamalıdır?" Q. Paşayeva İpoteka kreditlərinin verilməsinin dayandırılmasını mənfi hal kimi qiymətləndirib. Millət vəkili İpoteka kreditlərin verilməsi ilə bir çox gəncin mənzil problemlərinin həll edildiyini diqqətə çatdırıb və bu işin davam etdirilməsinin zəruriliyini vurğulayıb. -
10-02-2008, 05:10 PMAPAAzərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır
[b]Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır[b]
Bakı. İlhamə İsabalayeva - APA. Yaxın günlər ərzində ölkə ərazisində hava, əsasən, yağmursuz keçəcək, temperatur tədricən yüksələcək.
[Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-23 dərəcə olacaq. Sabah respublika ərazisində gecə və axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağış yağacaq, duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-22 dərəcə isti olacaq. Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti olacaq. Həmin müddətdə biometeoroloji amillərin zəif tərəddüdləri gözlənilir. Meteoroloji şərait meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. -
10-02-2008, 05:20 PMAPABu gün BFB-da Azərbaycan Milli Bankının 20 759,4 mln. manatlıq notları yerləşdirilib
[b]Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 759,4 mln. manatlıq notları yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103919S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 21 464 600 manat təşkil edib. Sifarişlər 99,19% (gəlirlik 10,89%) - 99,28% (gəlirlik 9,67%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,21% (gəlirlik 10,62%), orta ölçülmüş qiyməti isə 99,24% (gəlirlik 10,21%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 187 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 759 400 manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 28-də icra olunacaq. -
10-02-2008, 05:30 PMAPABu gün BBVB-nin valyuta bölməsində 24,5 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 24,5 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8083 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8063 AZN/$1 təşkil edib, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 19 805 100 AZN, manatın orta məzənnəsi isə 0,8083 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 24,5 mln. dollar və ya 19 805 100 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 4 083 333 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,29%, ABŞ dolları üzrə isə illik 15,00% təşkil edib. Gün ərzində banklar arasında həcmi 5 mln. avro, müddəti 130 gün, faiz dərəcəsi isə illik 15,00% olan 1 əqd qeydə alınıb. -
10-02-2008, 05:50 PMAPAViktor Yuşşenko: "Bu gün saat 24-ə qədər koalisiya yaradılmasa, parlament buraxılacaq"
[b]Viktor Yuşşenko: "Bu gün saat 24-ə qədər koalisiya yaradılmasa, parlament buraxılacaq"[b]
[Kiyev - APA. Ukrayna Ali Radası sentyabrın 2-də qəbul olunan və prezidentin veto qoyduğu 5 qanun dəyişikliyini yenidən qəbul etməyib və dəyişikliklər qüvvəyə minməyib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" bloku ilə yeni koalisiya yaratmaq və parlamentin buraxılmasını əngəlləmək istəyən "Yuliya Timoşenko" bloku prezident Viktor Yuşşenkonun və onun blokunun irəli sürdüyü şərtləri qəbul edib. Belə ki, baş nazirin fraksiyası "Nazirlər Kabineti haqqında", "Dövlət xidməti haqqında", "Müvəqqəti istintaq komissiyaları haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Ukrayna Təhlükəsizlik Xidməti haqqında" qanunlara edilmiş və prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan dəyişikliklərə veto qoyan V. Yuşşenkonun vetosunu aradan qaldırmağa səs verməyib. Xatırladaq ki, "Yuliya Timoşenko" bloku bu dəyişiklikləri Regionlar Partiyası ilə birlikdə qəbul etmiş və bundan sonra "Bizim Ukrayna" hökumət koalisiyasından çıxmışdı. Ancaq prezident Viktor Yuşşenko ehtiyatlanır ki, bu gün ləğv olunmuş qanun dəyişiklikləri gələcəkdə yenidən qəbul oluna bilər. Belə addımları siyasi şarlatanlıq adlandıran və bu cür siyasətdən boğaza yığıldığını vurğulayan dövlət başçısı Lvovda keçirdiyi mətbuat konfransında bildirib ki, 10 gün sonra dəyişikliklərin yenidən qəbul olunmayacağına heç bir təminat yoxdur: "Mən məsləhətləşmələrin tərəfdarıyam və siyasi qüvvələrə dialoq imkanı verəcəyəm. Ancaq bu gün saat 24-ə qədər koalisiyanın yaradılmasına dair birgə bəyanat olmasa, parlamentin buraxılması hüququmdan istifadə edəcəyəm". -
10-02-2008, 06:00 PMAPAAzərbaycanda ümidsiz bank aktivlərinin həcmi son bir ildə 2,3 dəfə azalıb
[b]Azərbaycanda ümidsiz bank aktivlərinin həcmi son bir ildə 2,3 dəfə azalıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan bank sisteminin məcmu aktivlərinin 0,9%-i ümidsiz aktivlərin payına düşür. Azərbaycan Milli Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata görə, 2007-ci ilin ilk yarısı sonunda bu göstərici 2,1%-ə bərabər olub. Nəticədə, son bir il ərzində ümidsiz aktivlərin real həcmi 22%, nisbi həcmi isə 1,2 faiz bəndi və ya 2,3 dəfə azalıb. Eyni zamanda, təhlükəli və qeyri-qənaətbəxş aktivlərin ümumi aktivlərdə payları da azalıb. Belə ki, təhlükəli aktivlərin real həcminin 28,3% artmasına baxmayaraq, nisbi azalması 21,4% təşkil edib, qeyri-qənaətbəxş aktivlər isə 26% azalıb, nisbi azalması isə 2,7 dəfə olub. Bu, bank aktivləri üzrə sağlamlaşma tendensiyasının müşahidə olunduğunu təsdiqləyir. Eyni zamanda, bu, bankların aktiv əməliyyatlara olduqca ehtiyatla yanaşmasından irəli gəlir. Ümumiyyətlə, məcmu bank aktivlərinin strukturunda təhlükəli, qeyri-qənaətbəxş və ümidsiz aktivlərin xüsusi çəkisinin 5-6% səviyyəsində olması normal hesab edilir. Azərbaycanda isə banklar əsasən tam risksiz aktiv əməliyyatlara üstünlük verir ki, bu da bankların risk siyasətini risksiz əməliyyatlar əsasında qurmasından irəli gəlir. Bu səbəbdən də bank aktivlərinin həcmi hələ də aşağı səviyyədədir. Belə ki, Azərbaycanda məcmu bank aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 38% təşkil edir. Müqaisə üçün bildirək ki, Qazaxıstanda bu göstərici 80-85%, Rusiyada - 45-50% təşkil edir, inkişaf etmiş ölkələrdə isə bank aktivləri ÜDM-ni 1,5-2 dəfə üstələyir. -
10-02-2008, 06:10 PMAPAMSK prezident seçkilərində "exit-poll" keçirəcək yerli təşkilatları qeydə alıb
[b]MSK prezident seçkilərində "exit-poll" keçirəcək yerli təşkilatları qeydə alıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkilərində "exit-poll" təşkil edəcək yerli təşkilatları qeydə alıb. APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında "exit-poll" keçirəcək təşkilatlarla bağlı MSK-nın katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə 118 seçki dairəsi üzrə 800 seçki məntəqəsində "exit-poll" keçirmək fikrindədir. Sözügedən təşkilatlar bu məqsədlə 1600 intervüer hazırlayıb. "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) isə 57 dairə üzrə 488 seçki məntəqəsində, "RƏY" Monitorinq Mərkəzi isə 64 dairə üzrə 500 məntəqədə "exit-poll" keçirəcəyini bildirib. VCU 976, RƏY isə 1000 intervüer hazırlayıb.MSK müraciət edən təşkilatları qeydə alıb. İclasda, həmçinin, seçkilərlə bağlı quruma daxil olan bəzi müraciətlərə baxılıb. Mətbuat qrupunda müzakirə edilib qəbul olunmuş məsələlər MSK-da təsdiq edilib. -
10-02-2008, 06:20 PMAPAAzərbaycanda keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatmaq üzrədir
[b]Azərbaycanda keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatmaq üzrədir[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bülletenlərin çapı qısa vaxtda başa çatacaq və səsverməyə 10 gündən az qalmamaq şərti ilə Dairə Seçki Komissiyalarına göndəriləcək. DSK-lar isə öz növbəsində səsverməyə 5 gündən az qalmamaq şərti ilə məntəqə seçki komissiyalarına təhvil verməlidirlər. M. Pənahov onu da qeyd edib ki, seçkilərdə "ext-poll" keçirmək üçün bu günə qədər hər hansı beynəlxalq təşkilat MSK-ya müraciət etməyib. -
10-02-2008, 06:30 PMAPAAzərbaycan REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender elan edib
[b]Azərbaycan REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender elan edib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Qara dənizdəki Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dən məlumat verilib.Sorğuya oktyabrın 3-də yekun vurulacaq. Nəticələri isə oktyabrın 4-də elan olunacaq. Qalib gələn şirkət satışa çıxarılan xam neft həcminin ixracını oktyabr ayının 29-30-da təşkil etməlidir. -
10-02-2008, 06:40 PMAPARəcəb Tayyib Ərdoğan Monqolustanda "Bilgə Xaqan yolu"nu açacaq
[b]Rəcəb Tayyib Ərdoğan Monqolustanda "Bilgə Xaqan yolu"nu açacaq[b]
[Ankara - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Monqolustana səfər edəcək. APA-nın ANKA agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan oktyabrın 3-4-də Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun dəvəti ilə bu ölkənin qonağı olacaq. Səfər zamanı ikitərəfli münasibətlərin bütün sahələri, xüsusən enerji məsələləri müzakirə ediləcək, Türkmənistan-Türkiyə biznes-forumu keçiriləcək. Baş nazir monqol həmkarının dəvəti ilə oktyabrın 4-də bu ölkəyə yollanacaq. R. T. Ərdoğan Orxon-Yenisey abidələrinin olduğu Hoşo Saydam məntəqəsi ilə Karakurumu əlaqələndirən və Türkiyə dövlətinin hesabına inşa olunmuş 46 kilometrlik "Bilgə Xaqan yolu"nun, Orxon-Yenisey abidələrinin qorunması üçün tikilən Orxon muzeyinin, paytaxt Ulan-Batorda Atatürkün adı verilmiş məktəbin önündəki Atatürk büstünün və Ankara küçəsinin açılışlarında iştirak edəcək. "Bilgə Xaqan yolu"nun təməli 2005-ci ildə məhz R. T. Ərdoğan tərəfindən qoyulub. Orxon-Yenisey abidələri isə tarixdə ilk dəfə "türk" adının keçdiyi ilk türkcə mənbə sayılır. 1889-cu ildə kəşf olunmuş abidələrin üzərindəki yazılar 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen və alman əsilli məşhur rusiyalı türkoloq Vasili Radlof tərəfindən oxunub. Abidələr Ulan-Batordan 365 km uzaqda yerləşir. -
10-02-2008, 07:00 PMAPA«Rabitə sorğu-2008» xidməti gələn həftə işini yekunlaşdıracaq
[b]«Rabitə sorğu-2008» xidməti gələn həftə işini yekunlaşdıracaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi «Rabitə sorğu-2008» xidməti təşkil edib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sentyabrın 10-dan başlayan «Rabitə sorğu-2008» oktyabrın 10-da yekunlaşacaq. Xidmətin məqsədi telekommunikasiya, poçt, radio, televiziya yayımı, internet və digər rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, xidmət mədəniyyətini yüksəltmək, müraciət və təklifləri təhlil edərək tədbir görməkdir. «Rabitə sorğu-2008» həftənin iş günləri saat 10:00-dan axşam 17:00-dək işləyir. Sorğuda iştirak etmək istəyənlər 443-49-10 nömrəli telefona zəng edə və ya [ elektron ünvanı vasitəsilə fikir, təklif və iradlarını bildirə bilərlər. Bu xidmətə görə respublikanın bütün bölgələrindən edilən zənglər pulsuz olacaq.