[b]Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib[b]
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Bu gün saat 7.00 radələrində Bakı-Qazax yolunun 200-cü kilometrliyndə, Kürdəmir rayon Xırdapay kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
[Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, qəza Laçın rayon Hacılar kənd sakini, 1952-ci il təvəllüdlü Orucov İxtiyar Məhəmməd oğlunun 90-BR-993 dövlət nömrə nişanlı "Hundai" markalı maşını yüksək sürətlə idarə etməsi nəticəsində baş verib. Maşın yoldan çıxaraq, aşıb.Nəticədə sürücü hadisə yerindəcə keçinib. Maşında olan beş sərnişindən ikisi, sürücünün həyat yoldaşı, 1959-cu il təvəllüdlü Orucova Hürü Hüseyn qızı və qaynı, 1974-cü il təvəllüdlü Mehdiyev Sarvan Hüseyn oğlu xəsarət alıblar. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

09-28-2008, 01:10 PMAPAKürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

09-28-2008, 01:20 PMAPAElmar Məmmədyarov Kondaliza Raysla görüşüb
[b]Elmar Məmmədyarov Kondaliza Raysla görüşüb[b]
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibi Kondoliza Raysla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ikitərəfli siyasi və iqtisadi əlaqələr barədə müzakirələr aparılıb.
[Dünyada və xüsusilə regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi edilib. Hər iki ölkənin xarici siyasət idarələrinin başçıları bölgədə sülh və sabitliyin bərqərar olması ilə bağlı səylərin əsirgənilməməsinin vacibliyini vurğulayıblar. ABŞ dövlət katibi Azərbaycanın regionda vacib rol oynadığını da qeyd edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Azətbaycan XİN başçısı münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha vurğulayıb.E. Məmmədyarovla K. Rays enerji təhlükəsizliyi məsələsi ilə bağlı da müzakirələr aparıblar. -
09-28-2008, 04:00 PMAPAATƏT-in Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası ilk hesabatını açıqlayıb
[b]ATƏT-in Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası ilk hesabatını açıqlayıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası ilk hesabatını açıqlayıb.
[APA-nın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 7 namizəd qeydə alınıb, 3 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib, bir neçə müxalifət partiyası isə ya seçkilərdə iştirak etməmək və ya boykot yolu tutub. Sənəddə Azərbaycanın Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin, əsasən, Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in tövsiyələrinə cavab verdiyi qeyd olunur. Sənəddə seçki komissiyalarının tərkibinin tam formalaşdırılmadığı, müxalifətin bu prosesdə iştirakdan imtina etdiyi bildirilir. "Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq prosesində aktiv iştirak edir, müntəzəm görüşlər keçirir", deyə hesabatda vurğulanır. Hesabatda 4,8 milyon Azərbaycan vətəndaşının səsvermədə iştirak edəcəyi, seçici siyahılarının sentyabrın 10-da dərc olunduğu əksini tapıb. Sənəddə, həmçinin qeyd olunur ki, sentyabrın 17-də təbliğat-təşviqat kampaniyasına start verilib, ölkədə KİV-in vəziyyəti ilə bağlı müəyyən narahatlıqlar var. Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar dövlət televiziyasında seçki kampaniyası aparmaq qadağandır, seçki ilə bağlı pulsuz proqramlar isə yalnız İctimai Televiziyada yayımlana bilər. Sentyabrın 5-dən ATƏT missiyası 7 telekanalın və 4 qəzetin monitorinqinə başlayıb. Hesabatda o da bildirilir ki, Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq, şikayətlərin araşdırılması üçün xüsusi komissiyalar yaradılıb. Lakin bu komissiyalar, əsasən, fəaliyyətdə olan komissiyaların üzvlərindən və ekspert vəkillərdən təşkil olunub. -
09-28-2008, 05:10 PMAPAElmar Məmmədyarov: "GUAM məkanındakı "dondurulmuş münaqişələr" regionda qeyri-sabitliyin əsas mənbəyidir"
[b]Elmar Məmmədyarov: "GUAM məkanındakı "dondurulmuş münaqişələr" regionda qeyri-sabitliyin əsas mənbəyidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində keçirilən ümumi siyasi diskussiyalarda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əsas diqqəti Cənubi Qafqazda baş verən proseslərə yönəldib.
[APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir çıxışında baş verənlərin regionda beynəlxalq təhlükəsizlik sisteminin möhkəmləndirilməsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. E. Məmmədyarovun fikrincə, Gürcüstan hadisələri GUAM məkanındakı "dondurulmuş münaqişələr"in regionda qeyri-sabitliyin əsas mənbəyi olduğunu növbəti dəfə sübut edib. Azərbaycan xarici siyasət idarəsinin başçısı bildirib ki, kövrək atəşkəs rejimi dünyanın bu bölgəsində daimi və möhkəm sülhü heç vaxt əvəz edə bilməz: "Bu münaqişələrin hələ də həllini tapmaması beynəlxalq sülh və əminamanlığa təhlükədir, həmçinin Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji cəhətdən əhəmiyyətli bir bölgənin potensialından tam istifadə etməyə imkan vermir". Nazir qeyd edib ki, münaqişələrin həlli təkcə GUAM ölkələrinin deyil, bütövlükdə regionun xeyrinədir. Bu mənada o, diqqəti Türkiyənin son təşəbbüslərinə yönəldib, Ankaranın təklif etdiyi Qafqazda Sabitlik Platformasının qarşılıqlı ərazi bütövlüyünə hörmət, mövcud sərhədlərin tanınması, bərabərhüquqluluq və yaxşı qonşuluq münasibətlərini əks etdirən regional təhlükəsizlik sisteminin yaradılması üçün dayaq nöqtəsi ola biləcəyini vurğulayıb. E. Məmmədyarov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın suverenliyinin bərpası regionda əməkdaşlıq və xoş qonşuluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verərdi: "Yalnız bu halda biz sülh və bütün regionun iqtisadi cəhətdən çiçəklənməsi yolu ilə gedə bilərik. Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Biz əminik ki, regionda mövcud olan fikir ayrılıqları dialoq, beynəlxalq hüququn norma və prinsipləri, habelə qarşılıqlı hörmət əsasında aradan qaldırılmalıdır. Regional sabitliyin möhkəmləndirilməsi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması hesabına mümkündür. Azərbaycan məhz bu istiqamətdə səylərini gücləndirir". Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının inşasına toxunan nazir bu layihəni Avropa ilə Asiya arasında etibarlı körpü adlandırıb. E. Məmmədyarov BMT Təhlükəsizlik Şurası üzvləri arasında dünyada sülhün bərqərar olması yolunda yaranan problemlərin aradan qaldırılmasına yanaşmada vahid mövqe olmamasının ümumi təhlükəsizlik sisteminin yaradılmasına və BMT-nin nüfuzuna mənfi təsir göstərdiyini vurğulayıb. BMT-də islahatların aparılmasına tərəfdar olduğunu qeyd edən nazirin fikrincə, bu təşkilat milli sərhədlərdən kənara çıxan və beynəlxalq əminamanlığa təhlükə yaradan hallara qarşı tam mənada kollektiv müqaviməti təşkil etmək məsuliyyətini üzərinə götürməlidir: "Biz hamımız beynəlxalq münasibətlərin unikal tənzimləmə vasitəsi olan BMT Nizamnaməsinə ciddi riayət etməliyik". -
09-29-2008, 01:20 PMAPAAŞ PA-nın payız sessiyası işinə başlayır
[b]AŞ PA-nın payız sessiyası işinə başlayır[b]
Bakı-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası işinə başlayır. APA-nın məlumatına görə, sessiya oktyabrın 3-dək davam edəcək.
[Sessiya qurumun prezidenti Luis Mariya de Puçun bəyanatı, assambleyanın vitse-prezidentinin seçilməsi və Gürcüstandakı vəziyyətə dair müzakirələr keçirilməsi üçün verilmiş sorğunun müzakirəsi ilə başlayacaq. Bu gün BMT-nin sivilizasiyaların ittifaqı üzrə nümayəndəsi Jorj Sampayo, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yavuz Mildon və Latın Amerikası Parlamentinin sədri Jorj Pizarronun çıxışları olacaq. Sentyabrın 30-da Avropa İnsan Haqları Məhkəməsinin Lüksemburqdan olan üzvü seçiləcək, elə həmin gün Gürcüstanla Rusiya arasında baş vermiş müharibə müzakirə ediləcək. Müzakirələrə hər iki ölkə üzrə həmməruzəçilər, insan haqları, miqrasiya və qaçqınlarla bağlı komitələrin nümayəndələri qatılacaqlar. Günün ikinci yarısında yunan Kiprinin prezidenti Demetris Xristofiasın çıxışı nəzərdə tutulub. Sonra Bosniya və Herseqovinanın AŞ PA qarşısındakı öhdəlikləri ilə bağlı məsələ müzakirəyə çıxarılacaq. Oktyabrın 1-də Şimali Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələt nitq söyləyəcək və Kipr problemi ətrafında diskussiya aparılacaq. Oktyabrın 2-də Gürcüstandakı vəziyyətin müzakirəsi davam etdiriləcək. Sonra İsveçin baş naziri Frederik Reynfildtin çıxışı, Serbiyanın AŞ PA qarşısındakı öhdəlikləri, Voyvodinada (Rumıniya) milli azlıqların durumu müzakirə olunacaq. Sessiyanın sonuncu günü isə qadınlara qarşı zorakılıq və belə hallarla mübarizə, KİV-də demokratizmin indikatorları və digər məsələlərə baxılacaq. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri artıq Strasburqdadırlar. -
09-29-2008, 01:40 PMAPAŞeyxülislam: "Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür"
[b]Şeyxülislam: "Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür"[b]
Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
[QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrikdə Ramazan ayı münasibətilə bütün müsəlmanlar təbrik edilib: " Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm. Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara sonsuz səadət və fəxarət bəxş edir. Həmd-səna olsun uca Allaha ki, onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar". Şeyxülislam qeyd edib ki, bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir: "Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin". Təbrikdə da sonra qeyd edilir: "Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür. Bu səbəbdən, müsəlmanlarımızın hər iki günü bayram etməsi müstəhəbdir. Qoy Allah orucumuzun əcri olaraq öz lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!" -
09-29-2008, 02:00 PMAPAYol qəzasında Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib, üçü isə yaralanıb
[b]Yol qəzasında Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib, üçü isə yaralanıb[b]
Gəncə. Nəzakət Məşədiəliqızı -APA. Ötən gün saat 21.00 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində ağır yol-nəqiliyyat hadisəsi baş verib. Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 50 BR 836 nömrə nişanlı VAZ 2107 markalı avtamobil, 20 CH 775 nömrə nişanlı Mercedes markalı maşınla toqquşub.
[Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Fizuli Yusifovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, qəza nəticəsində VAZ-2107 markalı avtomabildə olan N saylı hərbi hissənin əsgəri, 1986-cı il təvəllüdlü Fariz Fəyyaz oğlu Aslanov hadisə yerindəcə keçinib. Maşında olan digər üç əsgər isə yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirlir. Yaralılar dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Daha sonra müalicələrini davam etdirmək üçün onları hərbi hospitala göndəriblər.Faktla bağlı Gəncə şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə cinayət işi açılıb. -
09-29-2008, 02:20 PMAPAAraz Əzimov: "Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür"
[b]Araz Əzimov: "Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür"[b]
[Bakı. Rəşad Süleymanov - APA. "Bütün region ölkələri ilə əlaqələri inkişaf etdirmək istəyən İran bölgədəki münaqişələrin sülh yolu ilə həllini istəyir. Ancaq Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı buna böyük maneə yaradır". APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak niyyətinə münasibət bildirərkən deyib: "Regiondakı bəzi problemlərin həlli Dağlıq Qarabağ münaqişəsi aradan qalxandan sonra mümkündür. Biz İranın bu istiqamətdə cəhdlərini müsbət qiymətləndiririk. Münaqişənin həlli ilə bağlı müvafiq baza var və danışıqlar da buna əsasən aparılır". -
09-29-2008, 02:30 PMAPAAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü təhlil olunandan sonra müzakirələrin formatı müəyyən ediləcək
[b]Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü təhlil olunandan sonra müzakirələrin formatı müəyyən ediləcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünün nəticələri təhlil olunandan sonra müzakirələrin formatı müəyyən ediləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
[A. Əzimov qeyd edib ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin münaqişənin həll olunması istiqamətində göstərdiyi səyləri müsbət qiymətləndirir: "Türkiyə regiondakı münaqişələrin həllini istəyir və bunda maraqlıdır. Rəsmi Ankara əvvəlki mövqeyində qalır və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır". -
09-29-2008, 02:50 PMAPASSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov yeni siyasi partiya yaradır
[b]SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov yeni siyasi partiya yaradır[b]
Moskva-APA. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov bankir Aleksandr Lebedevlə birlikdə yeni siyasi partiya yaratmağı planlaşdırır.
[APA-nın "Qazeta.ru"-ya istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə A. Lebedev bildirib. A. Lebedevin sözlərinə görə, yeni siyasi təşkilat Rusiya Müstəqil Demokrat Partiyası adlanacaq. Hazırda M. Qorbaçovun rəhbəri olduğu "Sosial-Demokratlar İttifaqı"nda da məlumatı təsdiqləyiblər. M. Qorbaçovun müavini Mixail Kuznetsov bildirib ki, yeni partiya 2011-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. -
09-29-2008, 04:10 PMAPAAŞ PA-da Rusiya-Gürcüstan münaqişəsinə dair məruzə və qətnamə qəbul ediləcək
[b]AŞ PA-da Rusiya-Gürcüstan münaqişəsinə dair məruzə və qətnamə qəbul ediləcək[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasının ilk günü ənənəvi olaraq qurumun prezidenti Luis Mariya de Puçun mətbuat konfransı ilə başlayıb.
[APA-nın Avropa bürosunun məlumatına görə, AŞ PA sədri sessiyanın gündəliyinin əsas məqamlarına toxunaraq, Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin sessiyanın əsas məsələsi kimi dəyərləndirib. O bu məsələnin müzakirə ediləcəyi sabahkı iclasın çox qızğın keçəcəyini bildirib. Təqribən 80 parlamentarinin çıxışa yazıldığını deyən de Puç müzakirələrin nəticəsi olaraq hər hansı rəsmi sənədin qəbul edilməyəcəyini söyləyib: "Müzakirələr Gürcüstan və Rusiya üzrə AŞ PA araşdırma missiyasının rəhbəri Luk van den Brandenin hazırladığı sənəd əsasında aparılacaq. Sessiyanın dördüncü günü isə AŞ PA bu məsələ ilə bağlı xüsusi sənədlər qəbul etməyi nəzərdə tutur". AŞ PA prezidenti Rusiya nümayəndə həyətinin səlahiyyətlərinin dondurulması haqda onlara artıq tələb məktubunun unvanlandığını, bununla bağlı AŞ PA-nın ayrıca iclas keçirməyi nəzərdə tutduğunu qeyd edib: "Biz, ümumiyyətlə, Qafqazda stabilliyin və dialoqun yenidən bərpa olunmasına çalışmalıyıq". Budəfəki sessiyanın özünəməxsus olduğunu söyləyən AŞ PA prezidenti quruma üzv olan iki ölkənin bir-biri ilə müharibə etməsinin AŞ-nin prinsiplərinə və beynəlxalq normalara xələl gətirdiyini vurğulayıb: "Avropa Şurası müharibəni dayandırmaq, vəziyyəti stabilləşdirmək, tərəflər arasında dialoqun başlanması üçün bu məsələyə müdaxilə edib. Sessiyada aparılacaq müzakirələr zamanı qurumun vəziyyətin normaya salınmasında hansı rol oynaya biləcəyi ilə bağlı fikir mübadiləsi olacaq. Sentyabrın 22-25-də Luk van den Brandenin rəhbərliyi altında 9 nəfərdən ibarət AŞ PA missiyası Rusiya və Gürcüstanda olub. Artıq bu gün səhər AŞ PA Bürosunun iclasında Luk van den Brandenin hazırladığı məruzə qəbul edilib və bu sənəd sabahkı müzakirələrin əsasini təşkil edəcək". "AŞ PA sessiya zamanı Gürcüstanın Cənubi Osetiyaya təcavüzünü tanıyacaqmı" sualının cavabında AŞ PA sədri bildirib ki, Luk van den Branden hazırladığı sənəddə Gürcüstanda baş verənlərin daha əsaslı səkildə araşdırılması, məsələnin mahiyyətinə varılması və müharibənin başlanmasında günahkar olan şəxslərin tapılması üçün müstəqil beynəlxalq təşkilat tərəfindən təhqiqatın aparılmasını təklif edib: "Sənəddə qeyd olunur ki, müharibəni kimin birinci başladığını demək çətindir. Bu aydın deyil. AŞ PA-nın sessiyasında aparılacaq müzakirələrin əsas məqsədi isə vəziyyəti bir daha təhlil etmək, bütün Cənubi Qafqaz regionunda stabilliyə nail olmaq, Rusiya ilə Gürcüstanın siyasi dialoqa qayıtması üçün uyğun formulun tapılmasıdır. Sentyabrın 30-da və oktyabrın 2-də aparılacaq müzakirələrin sonunda AŞ PA-nın məruzə və qətnaməsi qəbul olunacaq". Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının dayandırılması məsələsinə toxunan prezident bu barədə artıq qurumun İntizam Komissiyasına məlumat verdiyini deyib: "Komissiyanın verdiyi istiqamətə uyğun olaraq, çıxaracağım qərarı AŞ PA nümayəndələrinə bildirəcəyəm". Qeyd edək ki, bu gün Cənubi Osetiyadan olan bir qrup şəxs Gürcüstanın təcavüzünü pisləmək məqsədilə AŞ-nin qarşısında etiraz aksiyası keçirir. -
09-29-2008, 04:30 PMAPALuis Mariya de Puç: "Ümid edirəm ki, Azərbaycanda prezident seçkiləri Avropa Şurasının prinsiplərinə uyğun keçiriləcək"
[b]Luis Mariya de Puç: "Ümid edirəm ki, Azərbaycanda prezident seçkiləri Avropa Şurasının prinsiplərinə uyğun keçiriləcək"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Mən bu yay Azərbaycana səfərim zamanı ölkə başçısı, baş nazir və bütün aidiyyəti dövlət qurumlarından Avropa Şurasının öhdəliklərə əməl etməyi xahiş etmişəm. AŞ PA demokratiya ilə bağlı Azərbaycanda vəziyyəti öyrənib, siyasətçilərin və jurnalistlərin azad edilməsi istiqamətində müəyyən tələblər irəli sürüb.
[Mən bu yaxınlarda məlumat almışam ki, Azərbaycan prezidentinin imzaladığı əfv fərmanı ilə 80 nəfər həbsdən azad edilib. Lakin bu əfv fərmanının nəzərdə tutulan bütün məhbusları əhatə etdiyini deyə bilmərəm". Bu sözləri AŞ PA prezidenti Luis Mariya de Puç qurumun payız sessiyasının başlanmasına həsr olunmuş mətbuat konfransında Azərbaycanda siyasi məhbuslarla bağlı sualı cavablandırarkən deyib. Məhbusların azad edilməsi prosesinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyən prezident Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunub: "Ümumilikdə ölkədə demokratiyanın tamamilə bərqərar olmasına və qarşıdan gələn seçkilərin Avropa Şurasının prinsiplərinə uyğun şəkildə keçirilməsinə ümid edirəm. Mən Azərbaycanda olarkən prezident İlham Əliyev də şəxsən qarşıdan gələn seçkilərin tam demokratik şəkildə keçiriləcəyinə təminat verdi". -
09-29-2008, 05:00 PMAPAGəncədə güclü yağın olub
[b]Gəncədə güclü yağın olub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Bu gün saat 12.00 radələrində Gəncə şəhəri Rüzgar Qasımov küçəsi, ev 13 ünvanında güclü yanğın baş verib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın qərb bürosuna verilən məlumata görə, 50 yaşlı Səlim Həsənova məxsus, ümumi sahəsi 80 kvadrat/metr olan 3 otaqlı evin 1 otağı əşyaları ilə birgə tamam yanıb. Yanğın 15 kvadrat/metr sahəni tam, 12 kvadrat/metri isə qismən əhatə edib. Ailə üzvləri arasında xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri dəqiqləşdirilir. -
09-29-2008, 05:40 PMAPAGəncədə yeni doğulan uşaqlara elektron kartların paylanmasına başlanılıb
[b]Gəncədə yeni doğulan uşaqlara elektron kartların paylanmasına başlanılıb[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Səhiyyə Nazirliyinin «Elektron Azərbaycan» layihəsi çərçivəsində Gəncədə yeni doğulan uşaqlara doğum şəhadətnaməsi ilə birgə sağlamlıq kartının verilməsinə başlanılıb. Gəncə şəhər Səhiyyə İdarəsinin baş pediatrı Yeganə Həsənovanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, elektron kartlarda körpənin dünyaya göz açdığı gündən keçirdiyi xəstəliklər, edilən peyvəndlər, müalicələr, müxtəlif preparatlara qarşı olan həssaslığı və başqa digər informasiyalar qeyd olunacaq: "Elektron kart iki hissəyə bölünəcək. Birinci hissədə olan informasiyaları bütün həkimlər oxuya biləcəklər. Kartın xüsusi kodla şifrlənmiş hissəsində isə yalnız ixtisasca və sahəcə aidiyyəti olan həkimlərin xəstəliklər barədə (məsələn SPİD və s.) oxuması mümkün olan məlumatlar yerləşdiriləcək".Qeyd edək ki, ilkin mərhələdə sağlamlıq elektron kartlar 2007-2008-ci illərdə dünyaya göz açan körpələrə verilir. Gələcəkdə isə hissə-hissə bütün uşaqların bu kartlarla təmin olunması planlaşdırılır. -
09-29-2008, 08:30 PMAPAFaiq Ağayev: "Həyat yoldaşım Nigardan rəsmən 2006-cı il fevralın 17-də boşanmışam"
[b]Faiq Ağayev: "Həyat yoldaşım Nigardan rəsmən 2006-cı il fevralın 17-də boşanmışam"[b]
Bakı. Ülkər Qasımova-APA. "Böyük əfsusluq və kədər hissi ilə bəyan edirəm ki, ailə həyatıma son qoymağa məcburam. Uzun zamandır ki, qaynım İsmayılov Rüfət Əli oğlunun bədxah səyləri nəticəsində həyat yoldaşım Nigarla aramızda səngiməyən mübahisələr baş verirdi.
[Məhz buna görə mən 17 fevral 2006-cı il tarixində həyat yoldaşımdan rəsmən boşandım. Lakin boşanmağa razılıq verən Nigar bir ay sonra qərarını səhv sayaraq, yenidən birgə yaşamağımızı məndən israrla rica etdi. Münasibətlərimizi davam edərək, 2 ilə yaxın yenidən sıcaq ailə həyatı yaşadıq. Bu 4 il ərzində ailə həyatımı qorumaq üçün Rüfətin xaricdə yaşamağını qaynanam və yoldaşımın xahişi ilə maliyyə cəhətdən təmin etdim". APA-nın məlumatına görə, bu açıqlama ilə bu gün Azərbaycanın xalq artisti Faiq Ağayev keçmiş qaynı Rüfət İsmayılovun bu günlərdə yerli mətbuata bacısı Nigarın ondan boşanması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə dediklərinə cavab olaraq çıxış edib: "8 ilə yaxın ilk olaraq Hollandiya, sonra isə Almaniyada qeyri-leqal yaşayan, hansı məzhəbə qulluq etməsi bəlli olmayan, tüfeyli, sərsəri həyat tərzi keçirən Rüfət cari ilin əvvəllərində Almaniyanın dövlət qurumlarının qəti təzyiqi nəticəsində məcburən Azərbaycana dönməli oldu. Qayıtdıqdan dərhal sonra o, problemlərini (həqiqi hərbi xidmətdən yayınmaq, müstəqil həyat üçün mənzil və avtomobil ilə təmin olunmaq, işləməyərək məndən stabil aylıq məvacib almaq) həll etməkdən ötrü dəfələrlə anası Dilbər xanım və həyat yoldaşım Nigar vasitəsilə mənə qarşı sərt, arsız tələblər irəli sürdü. Məsələni çözmək üçün ailə qurduğum gündən bəri üzünü görmədiyim, qaynanam Dilbər xanımdan boşanan və hal-hazırda Rusiya Federasiyasında yeni ailəsi ilə yaşayan qayınatam Əli müəllimlə görüşmək istədim. Lakin bu niyyətim baş tutmadı. Bezib, təngə gələrək Rüfətin tələb və təzyiqlərinə rədd cavabı verdim. Kəskin "qardaş-ər" seçimi qarşısında qalan Nigar məsələni həll etmək üçün məndən müvəqqəti olaraq anası və qardaşı ilə kirayə tutulan evdə birgə yaşamaq iznini aldı. Bu zaman ərzində Rüfət mənə təsir etməkdən ötrü hər vəchlə mətbu orqanlarına həqiqətə uyğun olmayan məlumatların, şayiələrin sızıntısını bilərəkdən təşkil etdi. Ailə həyatım intriqa və pul, var-dövlət davası üzərində yox, qarşılıqlı məhəbbət və sayğı-hörmət üzərində qurulduğunu əsas tutaraq, 4 il valideynlərimə yaxşı gəlin, mənə sadiq dost və vəfalı ömür-gün yoldaşı olan Nigarla məsləhətləşib, ailə münasibətlərimizə son qoymaq qərarına gəldik. Bu addımı atmaq, doğma, əziz yuvamı - ailəmi dağıtmaq mənə çətin, iztirablı və ağır oldu..." Xalq artisti son olaraq baş verən bu hadisələrin əsl qaynağı, real səbəbi olan iki məqama xüsusilə toxunub: "Rüfətin birinci istəyi bir neçə gün bundan əvvəl müğənni Kərimin ailəsində onun qəsddən etdiyi iyrənc addımları nəticəsində baş verən və böyük, səmimi qardaş təəssüfümə səbəb olan olaylardan ictimaiyyətin diqqətini daha böyük bir skandalla - Faiq-Nigar cütlüyünün ayrılması faktı ilə yayındırmaq və Rüfət-Kərim qalmaqalını ört-basdır etmək, digər məqsədi isə bu günlərdə Azərbaycanın ali fəxri adı - respublikanın xalq artisti adını aldığımdan dərhal sonra 20 il ərzində halalcasına qazandığım nüfuza xələl gətirmək, mənə şər və böhdan ataraq, ləkə yaxaraq Azərbaycan millətinin gözündən salmaqdır. Rüfətin bu riyakar, çirkin, haram hərəkətləri nəticəsində Kərim-Təranə, Faiq Ağayev - Nigar cütlüklərinin ailə həyatına amansız, qəddarcasına son qoyuldu! Bədxahlarım dostları Rüfətin əli ilə xoşbəxt həyatıma, ailə səadətimə qənim kəsildilər! Allah cəzalarını versin! Bu bəyanatım - yeganə, qəti və son mövqeyimdir. Mövzuya bir daha qayıtmaq niyyətində deyiləm". -
09-29-2008, 09:20 PMAPAAğdaş şəhərində xeyli silah-sursat aşkarlanıb
[b]Ağdaş şəhərində xeyli silah-sursat aşkarlanıb[b]
[Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş rayonunun mərkəzində xeyli silah-sursat aşkarlanıb. Ağdaş rayon Polis Şöbəsinin rəis müavini Güloğlan Məmmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, silah-sursat Ağdaş şəhərində fəaliyyətini dayandırmış Tikinti Quraşdırma İdarəsinin (PMK-1) həyətindəki birmərtəbəli yararsız binada tapılıb. Bu gün saat 14.40 radələrində naməlum şəxsin Polis Şöbəsinin növbətçi hissəsinə verdiyi telefon məlumatına əsasən, polislər hadisə yerinə dərhal baxış keçiriblər. Baxış zamanı binadan 1 ədəd "AK-74" tipli avtomat silah, 1 ədəd tank əleyhinə qumbaraatan, 4 ədəd tank əleyhinə qumbaraatan mərmisi, həmin mərmilər üçün 4 ədəd alışqan, 16 mm kalibrli 1 ədəd lüləsi kəsik ov tüfəngi, avtomat silah üçün 8 ədəd sandıqca, 1 ədəd "F-1" əl qumbarası, 1791 ədəd müxtəlif kalibrli avtomat güllələri aşkarlanaraq götürülüb. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır. -
09-29-2008, 09:40 PMAPABaş prokuror Zakir Qaralova "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib
[b]Baş prokuror Zakir Qaralova "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib[b]
[Bakı - APA. Prezident İlham Əliyev baş prokuror Zakir Qaralova "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Z. Qaralova bu ad prokurorluq orqanlarının inkişafında xidmətlərinə görə verilib. -
09-30-2008, 03:20 PMAPARusiyanın Gürcüstandakı səfiri və daha 22 diplomat Tiflisi tərk edib
[b]Rusiyanın Gürcüstandakı səfiri və daha 22 diplomat Tiflisi tərk edib[b]
Tiflis - APA. Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko və səfirliyin daha 22 əməkdaşı sentyabrın 30-da Tiflisi tərk edərək Moskvaya uçub.
[APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, diplomatlar Moskvaya xüsusi göndərilmiş "İl-62" təyyarəsi ilə yollanıblar. Bununla belə, V. Kovalenko bildirib ki, bir neçə diplomat və texniki heyət səfirlikdə qalaraq, fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, Rusiyanın avqustun sonlarında Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasından sonra Gürcüstan rəsmi Moskva ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib. Diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar Gürcüstan hakimiyyəti Rusiya vətəndaşları üçün viza rejimini sərtləşdirib, turistlərə viza verilməsini isə dayandırıb. Lakin sentyabrın əvvəllərində əvvəlki qaydalar bərpa olunub. Həmin qaydalara əsasən, Rusiya vətəndaşları sərhəddəki Nəzarət Keçid Məntəqələrində və beynəlxalq aeroportlarda viza ala bilirlər. Gürcüstanın Moskvadakı diplomatik nümayəndəliyi də konsulluq fəaliyyətini davam etdirir. Öz növbəsində, Rusiya sentyabrın 3-də Gürcüstandakı səfirliyini bağlayıb. Bundan başqa, konsulluq şöbəsi fəaliyyətini dayandırıb, Gürcüstan vətəndaşlarına viza verilməsi də dayandırılıb. -
09-30-2008, 07:10 PMAPAABŞ dövlət katibinin birinci müavini Azərbaycana gəlir
[b]ABŞ dövlət katibinin birinci müavini Azərbaycana gəlir[b]
Bakı-APA. Sabah ABŞ dövlət katibinin birinci müavini Con Neqroponte Azərbaycana səfərə gələcək. APA-nın məlumatına görə, səfər oktyabrın 3-dək davam edəcək.
[C. Neqroponte Azərbaycanın hökumət rəsmiləri, biznes dairələrinin, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə ediləcək. -
09-30-2008, 07:20 PMAPASəməd Seyidov AŞ PA sədri Luis Maria de Puçla görüşüb
[b]Səməd Seyidov AŞ PA sədri Luis Maria de Puçla görüşüb[b]
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun sədri Luis Maria de Puçla görüşüb.
[APA-nın Avropa bürosunun xəbərinə görə, görüşdə Azərbaycanda keçiriləcək prezident seçkiləri , Avropa Şurası ilə münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. AŞ PA sədri qurumun seşkiqabağı missiyasının Bakiya səfərindən danışıb, seçkiqabağı vəziyyətlə bağlı ilkin rəyləri aldığını bildirib. AŞPA sədri Dağlıq Qarabağ üzrə alt komitənin gələcək fəaliyyəti haqqında da fikirlərini bildirib. Görüşdə Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov da iştirak edib. -
09-30-2008, 07:30 PMAPASalyan rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib
[b]Salyan rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib[b]
Salyan. Əlibəy Zeynalov-APA. Bu gün Salyan rayonunun Xalac kəndində yeni quraşdırılmış modul tipli su təmizləyici qurğu istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
[İ. İbrahimova bildirib ki, Xalac kəndində müasir texnologiya əsasında İsrail dövlətinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş su təmizləyici qurğu gün ərzində 60 kubmetr su təmizləmə gücünə malikdir. Modul tipli qurğunun fəaliyyəti nəticəsində kəndin 3011 nəfər əhalisi 13 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək. Qurğunun açılışında ekologiya və eəbii sərvətlər naziri Hüseyn Bağırov iştirak edib. -
09-30-2008, 07:40 PMAPAZərdabda 18 yaşlı qız itkin düşüb
[b]Zərdabda 18 yaşlı qız itkin düşüb[b]
Zərdab. Zahid Abışov-APA. Zərdəb rayonunun Məmmədqasımlı kənd sakini, 18 yaşlı Xəlilova Cəmalə Novruz qızı itkin düşüb. Bu barədə APA-nın yerli bürosuna C. Xəlilovanın qohumları məlumat verib.
[Qohumlarının sözlərinə görə, 10 gün bundan öncə günün ikinci yarısında evdən çıxan C. Xəlilova bir daha geri qayıtmayıb. Ailəsi bir neçə gün Göyçay və Ağcabədidə olan qohumlarının evində də onu axtarıblar. Onlar C. Xəlilovanı tapmadıqlarını yəqinləşdirəndən sonra polisə müraciət ediblər. -
09-30-2008, 07:50 PMAPAAŞ PA-da Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib
[b]AŞ PA-da Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib[b]
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin nəticələrinə dair fövqəladə müzakirələr keçirilib.
[APA-nın Avropa bürosunun məlumatına görə, öncə AŞ PA-nın 22.09-25.09.2008 tarixlərində Rusiya və Gürcüstanda səfərdə olmuş faktaraşdırma missiyasının məruzəsi dinlənilib. Sonra deputatlar məsələ ilə bağlı çıxış ediblər. Çıxışlarda əsas diqqət AŞ üzvü olan iki dövlətin müharibə etməsinin yolverilməzliyinə, insan haqlarının müdafiəsinə, dialoqun davam etdirilməsinə, avqust ayında Avropa İttifaqının təşəbbüsü ilə tərəflər arasında imzalanmış sülh planının şərtlərinə riayət olunmasına, habelə məsələnin dərindən araşdırılmasına, səhih məlumatların əldə olunması üçün müstəqil təhqiqatın aparılmasına yönəldilib. Deputatlar habelə regionda humanitar vəziyyətin acınacaqlı olmasına, çoxlu sayda insanın tələfatına diqqət çəkiblər. AŞ PA-nın Gürcüstan üzrə həmməruzəcisi Kastriot İslami çıxışında bəyan edib ki, bu münaqişə təkcə Gürcüstan və Rusiyanın deyil, bütövlükdə Avropanın məsələsidir. O bu müharibənin enerji təhlükəsizliyini də təhdid altına aldığını vurğulayıb və AŞ-nin bu vəziyyətlə barışmayacağını qeyd edib: "AŞ məsələyə qətiyyətli münasibət sərgiləməli, onun təməl prinsipləri olan insan haqları və qanunun aliliyinin təmin olunmasına zəmanət verilməlidir. Etnik təmizlənmənin aparılması yolverilməzdir. Tərəflər üzərinə götürdükləri öhdəliklərə əməl etməlidir. Hökumətlər və AŞ müharibənin məsuliyyətini dərk edərək, münaqişənin həll olunmasına, eləcə də Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasına təminat verməlidir". Gürcüstan üzrə digər həmməruzəçı Matyaz Öshi isə çıxışında həqiqətin aydın olması üçün müstəqil təhqiqatın aparılmasının zəruriliyini vurğulayıb: "Hər iki tərəf müharibənin qarşısını almaq ucun kifayət qədər səy göstərməyib. AŞ tənqid etmək və pisləməklə yanaşı, problemin həllinə yardım da göstərməlidir. Cənubi Osetiya və Qafqazda vəziyyət tarazlaşdırılmış deyil. Rusiya ilə Gürcüstan razılığa gəlməli, müharibə qurbanlarının geriyə dönüşü, insan haqlarına riayət olunması təmin olunmalıdır". Müzakirələr oktyabrın 2-də davam etdiriləcək. -
09-30-2008, 08:50 PMAPATerri Devis: "Qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıdışı mütləq prioritetdir"
[b]Terri Devis: "Qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıdışı mütləq prioritetdir"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Rusiya ilə Gürcüstan arasında müharibə təkcə regionun deyil, bütövlükdə Avropa Şurasının böhranıdır. Bütün təhrikedici hərəkətlərə son vermək və münaqişənin nizamlanmasına cəhd etmək lazımdır". APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurasının baş katibi Terri Deviş Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı AŞ PA-da keçirilmiş müzakirələrdəki çıxışında deyib.
[Rusiyanın müharibənin qarşını almaq ucun dinc vasitələrdən istifadə etmədiyini söyləyən baş katib rəsmi Moskvanın, həmçinin, tərəfdaş olduğu İnsan Haqları Konvensiyasına zidd hərəkət etdiyini vurğulayıb: "Bununla bağlı Avropa Məhkəməsinə çoxlu şikayət daxil olub. Digər tərəfdən, rus sülhyaratma qüvvələri Cənubi Osetiya tərəfindən təhrikedici hərəkətlərin, hücumların qarşısını almamaqda uğursuz hərəkət edib. BMT Baş Assambleyasının 63-cü sessiyası zamani monitorinq prosedurunun həyata keçirilməsini təklif etdim. Bu, vəziyyətlə bağlı daha dolğun məlumatların əldə olunmasına imkan verəcək". T. Devis AŞ-nin Mədəniyyət Baş Direktorluğunun müharibənin fəsadlarının araşdırılması ilə bağlı regiona missiya göndərəcəyini, habelə qurumun Sosial Yardım Direktorluğu təmsilçilərinin də Gürcüstana səfər edəcəklərini deyib. Baş katib özü isə gələn həftə Gürcüstana səfər edəcəyini diqqətə çatdırıb.O, qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıdışının mütləq prioritet olduğunu xüsusi vurğulayıb. -
09-30-2008, 09:10 PMAPATomas Hammarberq: "Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin edilməlidir"
[b]Tomas Hammarberq: "Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin edilməlidir"[b]
[Strasburq. Fuad Qulubəyli - APA. "Müharibə qurbanlarının geriyə dönüş hüququ təmin olunmalıdır". APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxışı zamanı AŞ-nin İnsan haqları üzrə komissarı Tomas Hammarberq deyib. O, Cənubi Qafqaz regionuna son səfəri zamanı bu məsələni diqqətdə saxladığını bəyan edib. Gürcüstana sentyabrın sonunda səfər etdiyini bildirən T. Hammarberq hazırda faciəvi humanitar vəziyyətin yarandığını diqqətə çatdırıb: "Bununla belə, müsbət irəliləyişlər müşahidə olunur. Ötən müddət ərzində çoxlu sayda insan geri qayıdıb". Komissar ərazilərin minalardan tam təmizlənməsi üçün tərəflər arasında məlumat mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. T. Hammarberq əsirlərin dəyişdirilməsində də irəliləyişlərin olduğunu bildirib: "Bu, həm ailələr, həm də tərəflər arasında etimadın yaradılması üçün də vacibidir".Komissar humanitar təşkilatların regionda sərbəst hərəkəti üçün razılığın əldə olunmasının zəruriliyini də diqqətə çatdırıb. O, insan haqlarının effektiv səkildə təmin olunması üçün mütəxəssislərə ehtiyac duyulduğunu, ofisinin buna hazır olduğunu qeyd edib. -
09-30-2008, 09:40 PMAPAGürcüstan rəsmisi: "Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir"
[b]Gürcüstan rəsmisi: "Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir"[b]
[Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Gürcüstan-Rusiya müharibəsinin nəticələrinə həsr olunmuş müzakirələrdən sonra Gürcüstanın qurumdakı nümayəndə həyəti və bu ölkənin xarici işlər nazirinin müavini Georgi Bukeria mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun məlumatına görə, G. Bukeria müzakirələrin getdiyi zaman Rusiyanın Gürcüstan ərazilərinin işğalını davam etdirdiyini bildirib: "Biz avropalı ekspertlərin Gürcüstana və işğal edilmiş ərazilərə gəlmələrini, Rusiyanın təcavüzünə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymət verilməsini istəyirik. AŞ PA-nın oktyabrın 2-də qəbul edəcəyi qətnaməyə gəldikdə, gürcü tərəfi, əsasən, parlamentarilərin və ümumilikdə Avropa institutlarının bu məsələdə vahid, yekdil fikrə gəlməsinə çalışır".G. Bukeria deyib ki, AŞ PA-da Rusiya nümayəndə həyətinə qarşı sanksiya qəbul edilməsi qurumun səlahiyyətində olan məsələdir və gürcü tərəfi bu məsələdə hər hansı spekulyasiyaya əl atmaq niyyətində deyil: "Lakin bəzi məsələlər var ki, onlar fakt kimi qəbul edilməlidir. Biz Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qəsb etməsinə heç cür dözümlülük göstərə bilmərik. Bu qəbuledilməzdir və beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün müəyyən addımlar atmalıdır". Kosovo ilə Cənubi Osetiya problemi arasında çoxlu fərqin olduğunu diqqətə çatdıran G. Bukeria beynəlxalq birliyin Kosovoya etnik təmizləməyə son qoymaq üçün müdaxilə etdiyini bildirib: "Cənubi Osetiyanın timsalında isə azlıqda olanlar tərəfindən çoxluğa qarşı etnik təmizləmənin aparılmasının şahidi oluruq. Gürcüstan hakimiyyətinin müdaxilə etməməsi bu etnik təmizləməyə rəvac vermə anlamına gələr və bu, ölkə ərazisinin bir hissəsinin ələ keçirilməsi üçün bir vasitə olardı. Etnik təmizləməyə əsaslanan xalqların öz müqəddəratını təyin etmək hüququ qəbul edilməzdir".Gürcüstan hökumətinin 4 ildir, münaqişəni həll etmək üçün beynəlxalq norma və prinsipləri tətbiq etməyə cəhd göstərdiyini qeyd edən nazir müavini Rusiyanın regionda ATƏT və Avropa İttifaqının əsl sülhyaratma qüvvələri yaratması yönündə bütün səylərinin qarşısını aldığını vurğulayıb. -
10-01-2008, 01:30 PMAPADaxili İşlər Nazirliyi Cinayət Axtarışı Şöbəsinin rəisi oğlu ilə birlikdə qətlə yetirilib
[b]Daxili İşlər Nazirliyi Cinayət Axtarışı Şöbəsinin rəisi oğlu ilə birlikdə qətlə yetirilib[b]
Vladiqafqaz - APA. Cənubi Osetiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarışı Şöbəsinin rəisi Vitali Çeldiyev Vladiqafqazda qətlə yetirilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onun maşını oktyabrın 1-də səhər Şimali Osetiya paytaxtının yaxınlığında gülləbaran edilib. Şöbə rəisi ilə birgə maşında olan 20 yaşlı oğlu da öldürülüb.
[Qatillərin isti izlərlə tutulması üçün "Vulkan-5" adı altında əməliyyat axtarış tədbirlərinə başlanılıb. Hadisənin baş verdiyi ərazidən bir neçə kilometr radius hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Qətlin törədildiyi yerdən bir qədər aralıda yandırılmış maşın aşkarlanıb. Maşının qətli törədənlərə məxsus olduğu ehtimal edilir. Məlumata görə, hadisə şöbə rəisi işə gedərkən baş verib. Rəis oğlunu universitetə aparandan sonra işə getməliymiş. Qeyd edək ki, 2008-ci ilin martında Cənubi Osetiya DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) rəisi Mark Metsayev qətlə yetirilib. V. Çeldiyev də bu yaxınlara kimi MCMİ-də işləyib. -
10-01-2008, 02:10 PMAPAOrta məktəbdə baş vermiş bədbəxt hadisə nəticəsində 4 şagird ölüb, 10 nəfər yaralanıb
[b]Orta məktəbdə baş vermiş bədbəxt hadisə nəticəsində 4 şagird ölüb, 10 nəfər yaralanıb[b]
Orenburq - APA. Orenburq məktəblərindən birində baş vermiş bədbəxt hadisə nəticəsində 4 məktəbli ölüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə bu gün Moskva vaxtı ilə saat 9.30-da Orenburq vilayətinin Belyovka qəsəbəsində baş verib.
[Orta məktəbdə aparılan təmir-tikinti işləri zamanı ikinci və üçüncü mərtəblərdəki pilləkənlər uçub. Uçqun təqribən 250 kv/metr sahəni əhatə edib. Hadisə yerinə gələn xilasedicilər 800 məktəblini evakuasiya ediblər. Dağıntılar altından çıxarılan 10 şagird təcili Belyovka xəstəxanasına yerləşdirilib. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Xilasetmə işləri davam etdirilir. -
10-01-2008, 06:20 PMAPAAzərbaycanda 10 il ərzində valyutadəyişmə məntəqələrinə silahlı basqınlar etmiş keçmiş polis əməkdaşları həbs olunub
[b]Azərbaycanda 10 il ərzində valyutadəyişmə məntəqələrinə silahlı basqınlar etmiş keçmiş polis əməkdaşları həbs olunub[b]
Bakı - APA. 1998-2008-ci illər ərzində Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı valyutadəyişmə məntəqələrinə, habelə orada işləyən şəxslərə qarşı odlu silahla hədə-qorxu gəlməklə külli miqdarda əmlak əldə etmək məqsədilə çoxlu sayda quldurluq cinayəti törədildiyi müəyyən olunub.
[Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun oktyabrın 1-də yaydığı məlumatda bildirilir ki, bu ağır və xüsusilə ağır cinayət hadisələri cəmiyyətdə geniş rezonans doğurub, onları törətmiş şəxslərin müəyyən edilərək ifşa olunmaması ölkədə mövcud kriminogen vəziyyətə mənfi təsir göstərməklə gələcəkdə də bu cür cinayətlərin törədilməsinə şərait yaradıb. MTN-in İctimaiyyətlə Əlaqə Mərkəzindən APA-ya daxil olan məlumata görə, həmin cinayət faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 181.3.2-ci (quldurluq) maddələri ilə cinayət işləri başlanılıb, lakin görülmüş istintaq-əməliyyat təbirlərinə baxmayaraq, onların üstünün açılmasını təmin etmək mümkün olmayıb. Həmin cinayət hadisələrinin açılmasının təmin edilməsi məqsədilə Respublika Baş Prokurorluğu tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə 26 avqust 2008-ci il tarixdə müvafiq əməliyyat tapşırıqları verilib. Bu növ cinayətlər barədə daxil olan məlumatların təhlilinin nəticələri nəzərə alınaraq, MTN tərəfindən Azərbaycanın iqtisadi sahədə maraqlarının və təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi əməliyyat-axtarış tədbirləri planı hazırlanaraq həyata keçirilib. Müəyyən edilib ki, uzun müddət cəzasızlıq şəraitində Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində törədilmiş 20-dən artıq həmin quldurluq cinayət hadisələri nəticəsində zərər çəkmiş şəxslərin əksəriyyəti «Binə» adlı ticarət mərkəzində və bir sıra banklarda işləyib. Eyni zamanda, bu cinayətlərin həyata keçirilməsinin üsul və vasitələrinin, eləcə də hazırlıq proseslərinin təhlili həmin hüquqazidd əməllərin əməliyyat-axtarış fəaliyyətini yaxşı bilən və hüquq mühafizə orqanlarının iş prinsip və metodlarına yaxından bələd olan şəxs, yaxud şəxslər tərəfindən törədildiyini də ehtimal etməyə əsas verib.2008-ci il sentyabrın 30-da MTN tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü, DİN Yasamal rayon polis idarəsində, Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsində, Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin rəisi və Yasamal rayon polis idarəsinin cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində işləmiş, 1997-ci ildə öz xahişi ilə işdən azad olunmuş Mehdi Əmirəliyev, 1964-cü il təvəllüdlü, DİN Şuşa şəhər şöbəsində və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 1994-cü ildə polis orqanlarından xaric olunmuş İrac Nəsrullayev və 1971-ci il təvəllüdlü Ceyhun Qarayev şübhəli şəxs qismində saxlanılıb, onların üzərindən 1 ədəd «TT» markalı tapança silah aşkar olunaraq götürülüb.M. Əmirəliyev, İ. Nəsrullayev və C. Qarayev istintaqa verdikləri ifadələrində 1998-ci ildən etibarən Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən, «Binə» adlanan ticarət mərkəzindəki valyuta dəyişmə məntəqələrində işləyən ayrı-ayrı şəxslərə qarşı 20-dən artıq silahlı basqın törətdiklərini və onların külli miqdarda pullarını mənimsədiklərini etiraf ediblər. Eyni zamanda, İ. Nəsrullayev və M. Əmirəliyev törətdikləri hadisələrin təfərrüatları barədə verdikləri ifadələrində hüquq mühafizə orqanlarında işləyərkən topladıqları təcrübə əsasında özlərinin qanunsuz olaraq müəyyənetmə və məxfi müşahidə tədbirləri keçirdiklərini də bildiriblər.İş üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-01-2008, 06:30 PMAPATerri Devis: "Ermənistan nədənsə mart hadisələri ilə əlaqədar yaradılan müstəqil komissiyanın pərdəsi arxasında gizlənir"
[b]Terri Devis: "Ermənistan nədənsə mart hadisələri ilə əlaqədar yaradılan müstəqil komissiyanın pərdəsi arxasında gizlənir"[b]
Strasburq. Fuad Qulubəyli - APA. "Ermənistanda mart hadisələri zamani həlak olmuş insanlarla bağlı təhqiqatların gecikməsindən çox narahatam". APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurasının (AŞ) bas katibi Terri Devis AŞ Parlament Assambleyasının sessiyası çərçivəsində bu gün keçirdiyi mətbuat konfransında "Ermənistanda siyasi məhbus varmı" sualına cavabında deyib.
[Baş katib qeyd edib ki, heç vaxt siyasi məhbus etiketinə istinad etməyib: "Düzdür, Ermənistanda həbsdə insanlar var və onlar hələ də məhkəmə qarşısına çıxarılmayıblar".T. Devis mart hadisələri zamanı 13 nəfərin həlak olması ilə bağlı aparılan təhqiqatda müşahidə olunan gecikmə ilə bağlı Ermənistan hakimiyyətini hərəkətə keçməyə çağırdığını xatırladıb: "Polis də bu araşdırmanı aparmalıdır. Müstəqil komissiyanın olması polisi öz işindən azad etmir. Ermənistan nədənsə mart hadisələri ilə əlaqədar yaradılan müstəqil komissiyanın pərdəsi arxasında gizlənir. Polis bu hadisələrlə bağlı öz işini görməlidir". -
10-01-2008, 07:30 PMAPAŞirvanda sərnişin mikroavtobusu "KrAZ" markalı yük avtomobili ilə toqquşub, 9 nəfər yaralanıb
[b]Şirvanda sərnişin mikroavtobusu "KrAZ" markalı yük avtomobili ilə toqquşub, 9 nəfər yaralanıb[b]
Şirvan. Əlibəy Zeynalov - APA. Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
[Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 17.30 radələrində Şirvan şəhəri H. Əliyev prospektində Sabirabad rayon Qaragünə kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov İsmixan Məmmədağa oğlunun idarə etdiyi, 5 saylı marşrut üzrə hərəkət edən 18 BA 723 dövlət nömrə nişanlı mikroavtobus Hacıqabul rayon sakini Dadaşov Fazil Abbasqulu oğlunun idarə etdiyi "KrAZ" markalı, 24 AC 104 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində 9 nəfər yaralanıb. Onlardan 5-i orta-ağır dərəcəli sınıq travmaları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına, bir nəfər isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 3 nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır. -
10-01-2008, 08:00 PMAPAAzərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib
[b]Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində qurumun prezidenti sədri Luis Mariya de Puçun təşəbbüsü ilə bu gün Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri Səməd Seyidov və David Arutunyanın AŞ PA prezidenti yanında görüşü keçirilib.
[APA-nın Avropa bürosunun xəbərinə görə, görüş barədə məlumat verən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın bas katibli Matias Sorinasın da qatıldığı görüşdə əsas diqqətin qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin keçmiş sədri Lord Rassel Constonun vəfatından sonra komitənin gələcək fəaliyyət istiqamətinə yönəldiyini bildirib. Görüşdə qərara alınıb ki, Azərbaycanda növbəti prezident seçkiləri ilə əlaqədar bu məsələnin AŞ PA-nın yanvar sessiyasında müzakirəsi daha məqsədəuyğun olardı. Həmçinin Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər verilməklə, Azərbaycan və Ermənistan nümayəndələrinin yanvar sessiyasında AŞ PA prezidenti yanında bir daha görüşünün keçirilməsi barədə razılığa gəlinib. -
10-01-2008, 10:20 PMAPAAŞ PA Rusiyanın qurumdakı nümayəndə heyətinin mandatının alınması ilə bağlı məsələni müzakirə edib
[b]AŞ PA Rusiyanın qurumdakı nümayəndə heyətinin mandatının alınması ilə bağlı məsələni müzakirə edib[b]
Strasburq. Fuad Qulubəyıi-APA. Bu gün AŞPA-nın payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin həmmməruzəçisi Andreas Qrossun hazırladığı « AŞ PA-dakı Rusiya nümayəndə heyətinin təsdiq olunmuş mandatına əsaslı səbəblərə görə yenidən baxılmasına dair » adlı qətnamə layihəsinin müzakirəsi keçirilib.
[APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə çıxış edən əksər deputatlar AŞ-nın Rusiya ilə münasibətlərinin davam etdirilməsinin tərəfdarı kimi çıxış ediblər. Çıxışlarda o da vurğulanıb ki, AŞ PA Rusiya və Gürcüstan rəsmilərini eyni platformada birləşdirən çox az məkanlardan biridir. Böyük Britaniyadan olan deputat Hankok Mikaelin Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına qarşı çıxıb. Deputatın çıxışı sərtliyi ilə seçilib, o, Gürcüstan prezidenti Mixail Saakaşvilini hədəfə alıb : « Biz Rusiya nümayəndə heyətinin səlahiyyətlərini dondurmaqla heç nə əldə edə bilmərik. Bu heç də Gürcüstan və Cənubi Osetiya xalqlarının xeyrinə deyil. Saakaşvili ordunu Cənubi Osetiyaya göndərmək və mülki əhaliyə atəş açmaqla hərbi cinayət törədib. O, düzgün siyasi hesablama apara bilməyib və yanlış hərəkət edib ». AŞ PA-dakı Gürcüstan nümayəndə heyətinin başçısı isə məqsədlərinin Rusiyanı təcrid etmək olmadığını, sadəcə AŞ-nın norma və prinsiplərinə riayət olunmasını istədiklərini ifadə edib : « Rusiyaya vaxt verilməsi başadüşüləndir, amma bu ölkəyə nə etməli olduğunu da demək lazımdır. Rusiya qüvvələrini Gürcüstandan çıxarmalı, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə bağlı qərarını ləğv etməlidir ». Müzakirələrdən sonra məruzə 114 lehinə, 20 əleyhinə olmaqla qəbul edilib. Deputatlar Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının alınmasının əleyhinə səs veriblər. -
10-01-2008, 10:40 PMAPAElmar Məmmədyarov: "Türkiyənin təklifləri artıq masanın üstündədir"
[b]Elmar Məmmədyarov: "Türkiyənin təklifləri artıq masanın üstündədir"[b]
Bakı-APA. "Biz sonuncu dəfə avqustun 1-də ATƏT-in Minks Qrupunun həmsədrləri ilə Moskvada görüşərkən belə razılığa gəlmişdik ki, növbəti görüşü Nyu Yorkda keçirək.
[Belə ki, BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirakımız bizə belə fürsət yaradırdı. Daha sonra isə, məlum olduğu kimi, Gürcüstandakı hadisələrin ardınca Türkiyə tərəfi regionda Sülh və Sabitlik Platforması adlı bir təşəbbüs irəli sürdü. Həmin vaxt isə biz artıq yeni Türkiyə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində yeni görüşü razılaşdırdıq". APA-nın xəbərinə görə, bunu "Amerikanın səsi" radiostansiyasına müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nyu-Yorkda keçirdiyi görüşlərini şərh edən XİN başçısı həmsədrlərlə görüşü, sadəcə, növbəti təmas adlandırıb: "Gürcüstandakı hadisələrdən sonra bəzi yeni məqamlar ortaya çıxıb və biz də onun əsasında müzakirələr apardıq. Bir məqamı da vurğulayım ki, həm Ermənistanın xarici işlər naziri, həm mən, həm də həmsədrlər özləri belə bir fikir səsləndiriblər ki, artıq Qarabağ münaqişəsi də region üçün təhlükəsizlik baxımından böyük problem yaradır. Və mümkün qədər tez şəkildə biz hansısa irəliləyişə nail olmalıyıq. Buna görə də Nyu Yorkda razılığa gəldik ki, müzakirələri davam etdirək. Növbəti addım olaraq çox güman ki, ya həmsədrlər regiona gələcəklər, ya da biz nazirlər hansısa paytaxtlardan birində görüş keçirəcəyik. Amma belə razılaşdırmışıq ki, görüş məsələsini daha detallı olaraq 1-2 həftədən sonra müzakirə edək".Türkiyənin təşəbbüsünə Azərbaycanın mövqeyinin müsbət olduğunu deyən nazir "Türkiyənin təklifləri artıq masanın üstündədir. Biz üçtərəfli görüşdə yekdilliklə elan etdik ki, Türkiyənin təşəbbüsü çox maraqlıdır, müsbət təşəbbüsdür və biz onun üzərində çalışaq. Yəni ümumi şəkildə bu platforma ilə regionda hansısa bir yeni mərhələyə - regiona stabillik və sülh gətirməyə çalışaq. Əlbəttə, biz müzakirələri davam etdirməliyik"-deyə, bildirib. "Azərbaycanla Ermənistan arasında münaqişə hələ də davam edərkən, Qafqazda sabitlik təşəbbüsü nə qədər realdır?" sualını cavablandıran E. Məmmədyarov "Bu, aktual sualdır, amma biz gərək çalışaq. Əlbəttə ki, Qafqazda sabitliyə nail olmaq üçün Qarabağ münaqişəsi ətrafında xüsusi olaraq hərəkət etməliyik ki, hansısa yeni mərhələyə çıxaq. Azərbaycan tərəfi məsələni belə qoyur ki, ilk növbədə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqlardan 7 rayon azad edilsin, erməni qoşunları oradan çıxsın və məcburi köçkünlər geri qayıtsınlar. Ondan sonra yeni mərhələ açıla bilər. O baxımdan ki, bölğədə hərtərəfli kommunikasiya başlaya bilər və ondan sonra bu, hansısa yeni imkanlar da yarada bilər. Bu baxından da biz gərək çalışıb sübut edək ki, bu münaqişə doğrudan da regionun təhlükəsizliyinə böyük zərərdir və onu tezliklə yerindən tərpətmək lazımdır. Əlbəttə ki, Qarabağ konflikti çox dərin münaqişədir, onu bir gün və ya bir həftə ərzində həll etmək çətindir. Məhz buna görə Azərbaycan tərəfi təklif edir ki, bu, mərhələli proses əsasında olsun. Biz addım-addım hansısa irəliləyiş əldə edə bilərik. Mən inanıram ki, biz buna nail ola bilərik»-deyə, vurğulayıb. "Türkiyənin son təşəbbüsləri ilə ATƏT-in Minsk Qrupunun fəaliyyəti arasında bir koordinasiyanın mövcud olub-olmaması ilə bağlı suala cavabında E. Məmmədyarov bildirib ki, Minsk Qrupunun həmsədrləri təkcə Dağlıq Qarabağ münaqişəsilə bağlı fəaliyyət göstərirlər: " Türkiyənin təşəbbüsünə isə daha çox geniş mənada baxmaq lazımdır. Yəni bu, regional platforma məsələsidir. Beləliklə, onlar məsələlərə daha geniş müstəvidə yanaşırlar". -
10-01-2008, 11:00 PMAPARusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü : « Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim »
[b]Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü : « Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim »[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim. Bu məsələ müzakirəyə 24 parlamentarinin imzası ilə çıxarılsa da, Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasının lehinə cəmi 20 deputat səs verdi.
[Mən qərarın obyektiv olduğunu bildirirəm. Burada artıq başa düşürlər ki, hər hansı sanksiyalarla məsələləri həll etmək mümkün deyil ». APA-nın Avropa bürosunun xəbərinə görə, bu açıqlamanı Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Konstantin Kosaçevin qurumda Rusiya nümayəndə heyətinin madatının alınması ilə bağlı səsvermədən sonra verib. Avropa Şurasının tərəflər arasında əlaqələrin yaradılması, onları siyasi dialoqa dəvət etmək, beynəlxalq münasibətlərdə güc tətbiq etməyin əleyhinə çıxmaq kimi unikal missiyaları olduğunu xatırladan deputat sabahkı müzakirələrin ağır olacağını proqnozlaşdırdığını da deyib : « Biz Assambleyanı hər hansı qərar və ya tələsik addım atmaqdan çəkindirə bildik. Sabah isə biz bu münaqişənin məhz Gürcüstanın təhriki ilə baş verdiyini, Rusiyanın başqa çıxış yolu olmadığını, Rusiyanın yüzlərlə, minlərlə insanın taleyini xilas etdiyini sübut etməyə çalışacağıq. Bu addım isə özünü demokratik adlandıran hər bir ölkənin müqəddəs borcudur ». -
10-02-2008, 09:50 AMAPABakıda silahlı atışma olub, polis iki nəfəri zərərsizləşdirib-EKSKLÜZİV
[b]Bakıda silahlı atışma olub, polis iki nəfəri zərərsizləşdirib-EKSKLÜZİV[b]
Bakı. Hafiz Heydərov-APA. Bu gecə Bakıda silahlı atışma olub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə iki nəfər silahlı şəxsin polisə müqavimət göstərməsi nəticəsində baş verib.
[Belə ki, dünən axşam saatlarında Maştağa kənd sakini Mirkərim Xəlilov Sabunçu rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, silahlı basqına məruz qaldığı və maşınının qaçırıldığını bildirib. Hadisə ilə bağlı dərhal Sabunçu RPİ-də əməliyyat qrupu yaradılıb. Polis tezliklə qaçırılmış maşının izinə düşərək, onu Bakıxanov qəsəbəsində tapıb. Bakıxanov qəsəbəsindən başlayan izləmə Ramanaya qədər davam edib. Ramanada polis maşını hərəkətsiz vəziyyətə gətirə bilib. Bu vaxt isə maşında olan iki nəfər polisə silahlı müqavimət göstərib və atışma başlayıb. Polis müqavimət göstərənləri zərərsizləşdirə bilib. Hadisə nəticəsində ölən şəxslərin Maştağa kənd sakini, 1969-cu il təvəllüdlüFərhad Quliyev və onun 1963-cü il təvəllüdlü əmisi oğlu Azad Quliyev olduğu müəyyənləşib. O da bəlli olub ki, F. Quliyev Cinayət Məcəllsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1 (1qanunsuz silah gəzdirmə) maddəsi ilə uzun müddət axtarışda olub. Əməliyyat zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir. -
10-02-2008, 10:30 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 17,60 -
10-02-2008, 10:50 AMAPAABŞ Senatı 700 milyard dollarlıq sabitləşdirici paketi qəbul edib
[b]ABŞ Senatı 700 milyard dollarlıq sabitləşdirici paketi qəbul edib[b]
Vaşinqton - APA. ABŞ Senatı ölkənin maliyyə bazarında sabitlik yaratmaq üçün prezident Corc Buşun irəli sürdüyü qanun layihəsini qəbul edib.
[APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, böhrandan çıxış məqsədilə 700 milyard dollar ayrılmasını nəzərdə tutan layihənin lehinə 74, əleyhinə isə 25 senator səs verib. Sənədin oktyabrın 3-də Nümayəndələr Palatasının da təsdiqindən keçəcəyi gözlənilir. Prezidentliyə namizədlər, Senatın üzvləri Barak Obama və Con Makkeyn də təklifi dəstəkləyiblər. Qanun layihəsinə əsasən maliyyə nazirinə problemli maliyyə aktivlərini satın almaq və maliyyə bazarlarını sabitləşdirmək üçün ilk mərhələdə federal büdcədən 250 milyard dollar vəsait xərcləmək səlahiyyəti verilir. Prezidentin qərarı ilə bu məqsədlər üçün daha 100 milyard dollar ayrıla bilər. Qalan 350 milyard dollarlıq hissə isə Konqresin qərarı ilə xərclənəcək. -
10-02-2008, 11:00 AMAPADünya çempionatının püşkü atıldı
[b]Dünya çempionatının püşkü atıldı[b]
Azərbaycan yığması Ukrayna və Belarusla qarşılaşacaq
[Bakı. Kənan Həsənov - APA-SPORT. İtaliyanın Turin şəhərində 2010-cu ildə keçiriləcək kişi və qadın voleybol milli komandaları arasında dünya çempionatının püşkü atılıb. "APA-SPORT"un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi qadın yığmamız turnirə ikinci təsnifat mərhələsindən başlayacaq. Voleybolçularımız 2009-cu ilin mayında Bakıda təşkil olunacaq qrup oyunlarında Ukrayna, Belarus və birinci mərhələnin B qrupunda (İngiltərə, Portuqaliya, İsrail, İslandiya) qalib gələn kollektivlə qarşılaşacaqlar. Milli komandamız qrupu ilk iki pillədə başa vuracağı halda, üçüncü mərhələyə yüksələcək. Burada eyni uğura imza atacaq kollektivlər isə dünya çempionatının Yaponiyada təşkil olunacaq final mərhələsinə yüksələcəklər. Kişilərdən ibarət milli komandaların həlledici oyunları isə İtaliyada keçiriləcək. Sabir Əliyevin başçılıq etdiyi yığmamız bu nüfuzlu yarışa qatılmaq üçün mübarizəyə birinci mərhələdən qoşulacaq. Dekabrda Bakıda təşkil olunacaq D qrupunun oyunlarında voleybolçularımızın rəqibləri Albaniya, Moldova və Çernoqoriya olacaq. İkinci mərhələyə yalnız qrup qalibi vəsiqə qazanacaq. -
10-02-2008, 11:10 AMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD