[b]Uzun müddət Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Uzun müddət Rusiya Federasiyasında axtarışda olan Azərbaycan vətəndaşı Bakıda həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1975-ci il təvəllüdlü Fədakar Ramazan oğlu Əsədov Rusiya Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinir. Rusiya hüquq mühafizə orqanlarının Azərbaycan Daxili İşlər Nazirliyi və Nəsimi Rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində F. Əsədov Bakı şəhərində həbs edilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

10-09-2008, 03:00 PMAPAUzun müddət Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub

10-09-2008, 03:10 PMAPARusiya XİN: BTC-nin fəaliyyətinin etibarlılığı Qafqazda stabillikdən çox asılıdır
[b]Rusiya XİN: BTC-nin fəaliyyətinin etibarlılığı Qafqazda stabillikdən çox asılıdır[b]
[Bakı. Laçın Sultanova-APA. "Rusiyanın "Nabucco" layihəsində iştirakı iqtisadi şərait və regionda stabillikdən asılıdır". APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin birinci müavini Andrey Denisov "İnterfaks"a müsahibəsində deyib. O deyib ki, "Nabucco" layihəsi hələ ki, kağız üzərindədir, onun perspektivini qiymətləndirmək çətindir. A. Denisov Bakı-Tiflis-Ceyhanı Rusiyanın rəqibi hesab etmədiklərini, bununla belə, kəmərlə bağlı məsələnin həddindən artıq siyasiləşdirildiyini vurğulayıb: "Lakin bu kəmərin də fəaliyyətinin etibarlılığı Qafqazda stabillikdən çox asılıdır". -
10-09-2008, 03:20 PMAPAVenesiya Komissiyasının növbəti plenar iclası keçiriləcək
[b]Venesiya Komissiyasının növbəti plenar iclası keçiriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 17-18-də Avropa Şurası Venesiya Komissiyasının (VK) növbəti plenar iclası keçiriləcək. VK-nın üzvü Lətif Hüseynovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanla bağlı məsələ müzakirə olunmayacaq. Toplantıda Albaniya Konstitusiyasına dəyişikliklər, Ermənistan və Moldovanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, Qırğızıstanın sərbəst toplaşmaqla bağlı qanunvericiliyinə dəyişikliklər, bu ölkənin "Dini azadlıq haqqında" qanun layihəsi, Türkiyədə siyasi partiyaların ləğv olunması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi və digər məsələlər müzakirə olunacaq. VK müzakirə olunan hər bir məsələyə rəy verəcək. -
10-09-2008, 03:30 PMAPAAzərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib
[b]Azərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 9-da Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vyayryunenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Bakıda təşkil olunan Azərbaycan-Finlandiya biznes forumundan danışaraq, bunun ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Öz növbəsində, dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. Prezident Azərbaycan-Finlandiya biznes forumunun iqtisadi əməkdaşlıq üçün faydalı olacağını deyib, Finlandiyanın xarici ticarət və inkişaf nazirinin bu səfərinin də ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. -
10-09-2008, 03:40 PMAPAAzərbaycan prezidentliyinə namizədin MSK-ya qarşı məhkəmə iddiası təmin edilib
[b]Azərbaycan prezidentliyinə namizədin MSK-ya qarşı məhkəmə iddiası təmin edilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Məhkəmə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddianı təmin edib. Q. Həsənquliyevin APA-ya verdiyi məlumata görə, məhkəmə onun 2003-cü il prezident seçkilərində namizəd olarkən MSK-ya borclu qaldığı 12 min manatın qaytarılması, əvəzində builki seçki kampaniyası üçün onun seçki fonduna dövlət büdcəsindən vəsait ayrılması barədə qərar qəbul edib. Q. Həsənquliyev borclu qaldığı 12 min manatı artıq MSK-ya ödədiyini, MSK-nın isə məhkəmənin qərarını hələlik icra etmədiyini bildirib: "Bu qərar bir neçə gün əvvəl qəbul edilsə də, pul hələ də bizim seçki fondumuza köçürülməyib. Seçki kampaniyanın başa çatmasına isə az qalır. Biz hesab edirik ki, MSK bu qərarı təcili icra etməlidir". Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev də APA-ya MSK ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Eyni problemlə qarşılaşan H. Hacıyev bildirib ki, seçki kampaniyasını borc pul götürməklə həyata keçirib: "MSK ilə danışıq aparırıq, seçkidən sonra da olsa, biz bu iddiadan çəkinməyəcəyik. Biz həmin vəsaiti alıb borclarımızı qaytarmağı düşünürük". H. Hacıyev də 2003-cü il seçkilərində MSK-ya borclu qaldığı 12 min manatı qaytarmağa hazır olduğunu qeyd edib. Məsələ ilə bağlı MSK-nın mövqeyini öyrənmək mümkün olmayıb. -
10-09-2008, 03:50 PMAPA"Neftçi" Yaponiyaya gedib
[b]"Neftçi" Yaponiyaya gedib[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Sabah Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı start götürəcək. "APA-SPORT"un Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda "Neftçi" İSM-nin kollektivi çıxış edəcək. Tokioya yollanan komandanın heyətinə yığma üzvləri, Aliyə Qarayeva, Zeynəb Cavadlı və Samirə Mustafayeva cəlb ediliblər. Qeyd edək ki, dünya çempionatı oktyabrın 12-də başa çatacaq. -
10-09-2008, 04:00 PMAPAAzərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətlin üstü açılıb
[b]Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətlin üstü açılıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 3 gün əvvəl rayon ərazisində kişi meyiti tapılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Bakı sakini, 1958-ci il təvəllüdlü Natiq Firudin oğlu Əhmədovu Bakı sakini, 1957-ci il təvəllüdlü Natiq Müzəffər oğlu Bayramov şəxsi münaqişə zəminində qətlə yetirib. N. Bayramov cəsədi Yasamal rayonu ərazisində səkinin kənarına atıb. RPİ-nin əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində N. Bayramov saxlanılıb, onun barəsində Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Qeyd edək ki, N. Əhmədovun meyidi oktyabrın 6-da Yasamal rayonu ərazisində aşkarlanıb. Tibbi ekspertiza onun üzərində zorakılıq əlamətlərinin olduğunu müəyyən edib. -
10-09-2008, 04:10 PMAPAViktor Yuşşenko parlament seçkilərində iştirak edəcək
[b]Viktor Yuşşenko parlament seçkilərində iştirak edəcək[b]
[Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko növbədənkənar parlament seçkilərində öz adı ilə adlanacaq bloka başçılıq edəcəyini istisna etməyib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, V. Yuşşenko bunu Romada keçirdiyi mətbuat konfransında deyib. O, öz adı ilə seçki blokunun formalaşdırılmasına razılıq verib-verməyəcəyi və bu bloka rəhbərlik edib-etməyəcəyi barədə sualı belə cavablandırıb: "İstisna etmirəm". Xatırladaq ki, V. Yuşşenko Ali Radanın buraxılması və dekabrın 7-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayıb. -
10-09-2008, 04:20 PMAPAPolitoloq Aleksandr Karavayev: "Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil"
[b]Politoloq Aleksandr Karavayev: "Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil". APA-nın məlumatına görə, bu fikirləri Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsinə dair informasiya-analitik mərkəzinin siyasi proqnozlaşdırma xidmətinin rəhbəri Aleksandr Karavayev söyləyib. O, münaqişənin yalnız üç əsas faktorun nəzərə alınması halında mümkünlüyü vurğulayıb: "Birinci faktor danışıqlar formatının dəyişdirilməsi, Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının qəbul edilməsidir. Burada əsas rolu ikitərəfli münasibətlərin gücləndirilməsi tendensiyasına ayırmaq lazımdır. Hesab edirəm ki, bu kontekstdə 2010-2011-ci illərdə münaqişənin nizamlanması istiqamətində bəzi irəliləyişlər ola bilər. İkinci faktor Azərbaycanda iqtisadi situasiyanın necə inkişafından ibarətdir. Əgər növbəti 5 il ərzində Azərbaycan Cənubi Qafqaz ölkələrin yeni uğurlu inkişaf modeli təqdim edə bilsə, Ermənistan bu münaqişənin nizamlanmasında müəyyən addımlar atmalı olacaq. Üçüncü faktor isə Ermənistan daxilində ictimai situasiyanın dəyişməsidir". -
10-09-2008, 04:30 PMAPAATƏT "Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar" adlı sənədi hökumət qurumlarına təqdim edib
[b]ATƏT "Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar" adlı sənədi hökumət qurumlarına təqdim edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu "Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar" adlı sənədi hökumət qurumlarına təqdim edib. ATƏT-dən APA-ya verilən məlumata görə, bu qanunla bağlı venesiya Komissiyasında keçirilən son diskussiyalarda qeyd olunub ki, qanun beynəlxalq standartlara tam cavab verir: "Lakin bu qanunun düzgün tətbiq olunması üçün təlimatlar hazırlamaq lazımdır. Bununla əlaqədar belə razılaşdırılıb ki, DTİHB və ATƏT-in Bakı Ofisi qeyd olunan təlimatların hazırlanmasında Azərbaycanın müvafiq qurumlarına köməklik edəcək. Bu təlimatlar sərbəst toplaşmaq azadlığı ilə bağlı ATƏT-in əsas sənədlərinə və digər beynəlxalq aktlara əsaslanır". -
10-09-2008, 04:40 PMAPAƏdəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına veriləcək
[b]Ədəbiyyat üzrə Nobel mükafatı Fransa yazıçısına veriləcək[b]
[Stokholm - APA. 2008-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı elan edilib. APA-nın məlumatına görə, Stokholmda keçirilən mətbuat konfransında ədəbiyyat üzrə Nobel mükafatının 68 yaşlı fransız yazıçısı Jan-Mari Qustav le Klezioya veriləcəyi açıqlanıb. Jan-Mari Qustav le Klezio dekabrın 10-da keçiriləcək mərasimdə Norveç Kral Akademiyasının diplomu, qızıl medal və 10 milyon İsveç kronu (1,42 milyon dollar) puldan ibarət mükafatını alacaq. Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı 1901-ci ildən verilir. Ötən il mükafatı britaniyalı Doris Lessinq almışdı. -
10-09-2008, 04:50 PMAPAPrezidentliyə namizəd Qulamhüseyn Əlibəyli seçki kampaniyası başa çatana qədər görüşlərini davam etdirəcək
[b]Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli seçki kampaniyası başa çatana qədər görüşlərini davam etdirəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli seçicilərlə görüşlərini seçki kampaniyası başa çatana kimi davam etdirəcək. Namizədin vəkili Xanoğlan Əhmədovun APA-ya verdiyi məlumata görə, Q. Əlibəyli sabah Xaçmaz seçiciləri ilə görüşəcək. Görüş saat 12-00-da rayon mərkəzində yerləşən Musiqi Məktəbində olacaq. Sabah Qusara da səfər edəcək prezidentliyə namizəd saat 14.00-da İncəsənət Məktəbində seçicilərlə görüş keçirəcək. Görüşlərdə namizədin öz ilə bərabər onun vəkilləri, səlahiyyətli nümayəndələri və ictimaiyyətin tanınmış nümayəndələri də iştirak edəcəklər. Oktyabrın 11-də Q. Əlibəylinin Sumqayıt, oktyabrın 12-də isə Qobustanda və Şamaxıda seçicilərlə görüşləri nəzərdə tutulub. -
10-09-2008, 05:00 PMAPA«Royal Bank of Baku» yaxın vaxtlarda nizamnamə kapitalını 24% artıracaq
[b]«Royal Bank of Baku» yaxın vaxtlarda nizamnamə kapitalını 24% artıracaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. «Royal Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti (ASC) yaxın vaxtlarda nizamnamə kapitalını 23,5% artıraraq 21 mln. manata çatdıracaq. Bankın İdarə Heyətinin sədri Zaur Fərzəliyevin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, nizamnamə kapitalının artırılması bankın mövcud səhmdarları hesabına həyata keçiriləcək. Elan olunmuş əlavə səhm emissiyasının həcminin ödənilməsi isə tezliklə başa çatdırılacaq. Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 21 filialı, 22 bankomatı və 59 POS-terminalı fəaliyyət göstərir. -
10-09-2008, 05:10 PMAPAParlamentin təhlükəsizlik xidmətinin əməkdaşı özünü öldürüb
[b]Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşı özünü öldürüb[b]
[Riqa - APA. Latviya Seymi və prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşı intihar edib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, insident oktyabrın 9-na keçən gecə baş verib. Vitali adlı 35 yaşlı serjant parlamentin binasında xidməti silahı ilə özünü vurub. İlkin versiyalara əsasən intihar işlə bağlı məsələlərlə əlaqəli deyil. -
10-09-2008, 05:20 PMAPAAzərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları bir aya istifadəyə veriləcək
[b]Azərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları bir aya istifadəyə veriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları yaxın bir aya istifadəyə veriləcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycan İslam Universitetinin rektoru Hacı Sabir Həsənli məlumat verib. Rektor deyib ki, hazırda universitet binasında son tamamlanma işləri aparılır. Onun sözlərinə görə, müasir standartlara uyğun inşa edilən universitet binası 4 mərtəbəlidir. S. Həsənli Qafqaz Müsəlmanları İdarəsinin binasının tikintisinin də yaxın vaxtlarda başa çatdırıldığını deyib. Rektor universitetin tələbələrinin hələlik 6-cı mikrorayonun ərazisindəki tədris korpusunda təhsil aldıqlarını bildirib. -
10-09-2008, 05:30 PMAPAAzərbaycan paytaxtında yeni metro stansiyası istismara verilib
[b]Azərbaycan paytaxtında yeni metro stansiyası istismara verilib[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Bakı Metropoliteninin "Nəsimi" stansiyası istismara verilib.
[APA-nın məlumatına görə, stansiyanın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, bu, Azərbaycanın müstəqillik illərində inşa olunmuş ilk metro stansiyasıdır. İki il əvvəl - 2006-cı ildə inşasına başlanmış stansiyanın tikintisinə 100 milyon manat məbləğində vəsait xərclənib. Metronun «Memar Əcəmi» - «Nəsimi» xəttinin uzunluğu 2660 metr, stansiyanın platformasının uzunluğu 102, eni 38 metrdir. Stansiyadan 6 və 9-cu mikrorayonlara çıxışlar var. -
10-09-2008, 05:40 PMAPAElşən Manafov: "30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən Araz Əlizadənin xəbəri yoxdur"
[b]Elşən Manafov: "30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən Araz Əlizadənin xəbəri yoxdur"[b]
[Bakı. Ramil Məmmədli - APA. "ASDP-ni tərk edərək, Azərbaycan Demokratik Sol Partiyanın Təşəbbüs Qrupuna üzv olan şəxslərin sayı artıq 30-u keçib". Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratik Sol Partiyanın (ADSP) Təşəbbüs Qrupun sədri Elşən Manafov deyib. E. Manafov bildirib ki, artıq həmin şəxslərin ASDP-dəki partiya vəsiqələri ona təqdim olunub: "Araz Əlizadə son müsahibələrinin birində deyib ki, Zərdüşt Əlizadə partiyanı tərk edəndə onunla birgə qurumu 47 nəfər tərk etmişdi, Elşən Manafovla isə 3 nəfər gedəcək. Yəqin ki, 30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən onun xəbəri yoxdur". E. Manafov ADSP-nın formalaşdırılması istiqamətində görülən işlərə də toxunub: "Proqram sənədləri üzərində iş gedir. Bakının bəzi rayonlarında ilk təşkilatların formalaşması prosesi yekunlaşıb. Seçkidən sonra isə partiyanın təşkilatı işləri daha da genişlənəcək". E. Manafov yeni yaradılacaq partiyanın hakimiyyətdəki islahatçı qüvvələrlə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. -
10-09-2008, 05:50 PMAPAAzərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb
[b]Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşların müraciətini nəzərə alaraq dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə sənəd qəbulunun müddətini oktyabrın 17-nə qədər uzadıb. Bu barədə APA-ya Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Bu il sentyabrın 11-də elan edilən sənəd qəbulunun oktyabrın 10-da yekunlaşması nəzərdə tutulmuşdu. Qeyd edək ki, son məlumata görə, 33 dövlət orqanının 601 vakant yerinə 1493 namizəd sənəd verib. -
10-09-2008, 06:00 PMAPA«Royal Bank of Baku» İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan yeni kredit tranşı alıb
[b]«Royal Bank of Baku» İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan yeni kredit tranşı alıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. «Royal Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti (ASC) İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondundan cəlb etdiyi kreditin növbəti tranşını alıb.Bankdan «APA-ECONOMICS»ə verilən məlumata görə, bu tranşın məbləği 1,5 mln. ABŞ dolları təşkil edir və cəlb olunmuş vəsaitlər bankın istehlak kreditləri üçün nəzərdə tutulub. Qeyd edək ki, ötən il İtaliyanın «The Sturgeon Fund Ltd.» investisiya fondu bankın səhmdarları sırasına daxil olub. İndiyədək «The Sturgeon Fund Ltd.» tərəfindən banka 21 mln. dollar həcmində vəsait ayrılıb. Bank bu ilin oktyabr ayının 15-də fonddan daha 1 mln. dollar, oktyabrın 30-da isə 5 mln. dollarlıq növbəti tranşlarını alacaq: «İtaliya fondundan cəlb olunan vəsaitin sonrakı tranşları da istehlak kreditlərinin maliyyələşdirilməsinə sərf edəcək. «Royal Bank of Baku» öz siyasətinə uyğun olaraq Azərbaycanın bank sistemində istehlak kreditləri üzrə lider olmaq niyyətindədir».Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 28 filialı, 4 şöbəsi, 3 mübadilə məntəqəsi, 24 bankomatı və 75 POS-terminalı fəaliyyət göstərir. -
10-09-2008, 06:10 PMAPATimsah futbolçunu yeyib
[b]Timsah futbolçunu yeyib[b]
[Bakı - APA-SPORT. Zimbabve çempionatında aşağı divizion təmsilçisi "Midland Portland Cement" klubunun üzvü faciə ilə üzləşib. "APA-SPORT"un məlumatına görə, futbolçu çayda çimərkən yoxa çıxıb. Belə ki, yerli çempionatın oyunundan əvvəl komandanın 16 üzvü mənfi enerjidən qurtulmaq üçün yaxınlıqdakı çaya yollanıblar. Bu zaman onlara timsah hücum edib. 15 nəfər tez bir zamanda sahilə çıxsa da, adı açıqlanmayan futbolçunun yırtıcıya yem olduğu müəyyənləşib. Komanda üzvlərini bu qəribə addımı atmağa isə baş məşqçi vadar edibmiş. -
10-09-2008, 06:20 PMAPAAzərbaycan siyasətçilərinin ACP-nin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsinə münasibəti - SORÄ
[b]Azərbaycan siyasətçilərinin ACP-nin İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsinə münasibəti - SORÄ

10-09-2008, 06:30 PMAPAAsiya İnkişaf Bankının su missiyası Azərbaycana gəlib
[b]Asiya İnkişaf Bankının su missiyası Azərbaycana gəlib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Asiya İnkişaf Bankının (AİB) su missiyasının Azərbaycana səfəri başlayıb. Bu barədə «APA-ECONOMICS»ə AİB-in Bakı ofisindən məlumat verilib.«Oktyabr ayının 16-dək davam edəcək səfər çərçivəsində AİB-in nümayəndə heyəti ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, «Azərsu» ASC-də və bir sıra digər təşkilatlarda görüşlər keçirəcək. Görüşlərin əsas məqsədi AİB və Azərbaycan hökuməti arasında hazırda respublikada icra olunan «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» üzrə müzakirələrin aparılması olacaq. Səfər çərçivəsində həmçinin, layihəyə daha üç şəhərin əlavə olunması məsələsinə baxılacaq», - deyə nümayəndəlikdən bildirilib. Missiyaya AİB-in şəhərlərin inkişafı üzrə baş mütəxəssisi Şakil Xan (Shakeel Khan) başçılıq edir. AİB-in nümayəndə heyətinə həmçinin Bankın şəhərlərin inkişafı üzrə mütəxəssisi Vicay Padmanabxan da (Vijay Padmanabhan) daxildir. Qeyd edək ki, layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastruktur qurulması və bərpası və institusional islahatlar və maddi texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.Fiziki infrastrukturun qurulması və bərpası komponenti çərçivəsində Ağdaşda və Göyçayda 6 buruq quyusundan ibarət su quyusu sahəsinin yaradılması və mövcud iki buruq quyusunun reabilitasiyası, hazırkı su paylama sistemini yeni borularla (təxminən 100 km) əvəz edilməsi, su axınının təzyiqini yaratmaq üçün hündürdə qurulacaq 6 hovuz və təmizləmə-saflaşdırma qurğularının tikintisi daxildir.Naxçıvanda isə, infiltrasiya qurğusundan öz axını ilə gələn yeni sutoplama sistemi, 4 idarəolunan hovuzun yaradılması, 6 mövcud hovuzun təmiri və onların öz təzyiqi ilə axan şəbəkə vasitəsi ilə paylama sisteminə birləşdirilməsi nəzərdə tutulur.Çirkab kanalizasiya suyu üçün isə hər üç bölgədə çirkab axıntının tənzimlənməsi hovuzları sistemi qurulacaq ki, bu da çaya axıdılan suyun lazımi səviyyədə təmizlənməsinə imkan verəcək. Bundan başqa, 120 km uzunluqda əsas və əlavə kanalizasiya xətləri və 4 kanalizasiya nasos stansiyası qurulacaq. Xatırladaq ki, AİB «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində Azərbaycan hökumətinə 30 mln. ABŞ dolları həcmində kredit ayırıb. Vəsait layihə üçün nəzərdə tutulan ləvazimatlar, işlər, əlaqədar xidmətlər və konsaltinq xidmətlərinə yönəldiləcək. Azərbaycanla AİB arasında «Şəhər su təchizatı və kanalizasiya Layihəsi»nin icrasına dair razılaşma sənədi 2005-ci ilin noyabr ayında imzalanıb. -
10-09-2008, 06:40 PMAPABakıda Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinin təqdimatı keçirilib
[b]Bakıda Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinin təqdimatı keçirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Rusiyadan aldığı yeni gəminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə dövlət başçısı İlham Əliyev də iştirak edib.XDG-nin rəisi Aydın Bəşirov bildirib ki, Cabbar Həşimovun adını daşıyan bu tanker gəmisi Tatarıstanın Zelenodolsk tərsanəsində tikilib. Bu gəmi funksiyalarına görə XDG-nin aldığı digər gəmilərdən fərqlənir. Uzunluğu 150, eni 17,3 metr olan gəminin yükgötürmə qabiliyyəti 12 min tondur. İlkin mərhələdə gəmi Xəzər hövzəsində işləyəcək. Gəmidə neft və neft məhsullarının daşınması nəzərdə tutulur. Bütün sistem kompüterləşdirilib. -
10-09-2008, 06:50 PMAPAAzərbaycan rəqabətlilik indeksi üzrə dünyada 69-cu yeri tutub
[b]Azərbaycan rəqabətlilik indeksi üzrə dünyada 69-cu yeri tutub[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Ümumdünya İqtisadi Forum tərəfindən 2008-2009-cu illər üzrə ölkə iqtisadiyyatlarının rəqabətlilik indeksi üzrə hazırladığı renkinqdə 69-cu yeri tutub. «APA-ECONOMICS»in məlumatına görə, bu göstəricisi üzrə Azərbaycan 2007-2008-ci illərin renkinqi ilə müqayisədə 3 pillə geriləyib.Qeyd edək ki, renkinq 134 ölkə üzrə hazırlanıb. Siyahıya ABŞ başçılıq edir, ikinci yeri İsveçrə, ücüncünü isə Danimarka tutub. MDB ölkələri arasında Azərbaycanı Rusiya (51-ci yer) və Qazaxıstan (66-cı yer) qabaqlayıb. Hazırlanmış reytinqdə Ermənistan 97-ci yeri tutub.Renkinq müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatın real sektoru, maliyyə bazarı, iri və orta şirkətlər üzrə rəqabətlilik səviyyəsi göstəriciləri əsasında hazırlanıb.2008-ci il Ölkə 2007-ci il 1 United States 1 2 Switzerland 2 3 Denmark 3 4 Sweden 4 5 Singapore 7 6 Finland 6 7 Germany 5 8 Netherlands 10 9 Japan 8 10 Canada 13 11 Hong Kong 12 12 United Kingdom 9 13 Korea, Rep. 11 14 Austria 15 15 Norway 16 -
10-09-2008, 07:00 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti və baş nazirinə başsağlığı verib
[b]Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti və baş nazirinə başsağlığı verib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti Abdullah Gülə və baş nazir Rəcəb Tayyip Ərdoğana başsağlığı məktubu göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident başsağlığı məktubunda Türkiyədə baş verən son terror aktlarından olduqca kədərləndiyini bildirib: "Son günlər ölkənizdə baş vermiş terror aktları xəbəri bizi olduqca kədərləndirir. Törədilmiş belə amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini kəskin şəkildə pisləyirik. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm". -
10-09-2008, 07:10 PMAPASergey Lavrov: "Gürcüstanın MDB-dən çıxmasının bu qurum üçün heç bir neqativ nəticəsi olmayacaq"
[b]Sergey Lavrov: "Gürcüstanın MDB-dən çıxmasının bu qurum üçün heç bir neqativ nəticəsi olmayacaq"[b]
[Bişkek-APA. "Gürcüstanın MDB-dən çıxmasının bu qurum üçün heç bir neqativ nəticəsi olmayacaq. Çünki son illər ərzində Gürcüstanın bu qurumda fəaliyyəti yalnız MDB-nin aşınmasına yönəlmişdi". APA-nın məlumatına görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. O, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Ukraynanın bu qurumdan çıxmaq niyyətini açıqlamadığını bildirib: "Kiyevin MDB-dən çıxmaq barədə düşündüyü barədə verilən bəyanatlar özünü doğrultmadı. Ukrayna nümayəndə heyəti MDB qurumlarının fəaliyyət proseduralarının müzakirəsində son dərəcə aktiv iştirak etdi. Bundan belə nəticə çıxarırıq ki, Ukrayna bu qurum daxilində fəaliyyətini aktivləşdirmək niyyətindədir". Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının Bişkek toplantısında Gürcüstanın Müstəqil Dövlətlər Birliyindən çıxmasına dair texniki qərar qəbul olunub. -
10-09-2008, 07:20 PMAPAAxtarışda olan şəxs Rusiyadan Azərbaycana qayıdarkən hava limanında həbs olunub
[b]Axtarışda olan şəxs Rusiyadan Azərbaycana qayıdarkən hava limanında həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda 9 ay axtarışda olan şəxs Rusiyadan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Xırdalan sakini, 1971-ci il təvəllüdlü Azər Səfərov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinir. Onun bu ilin yanvar ayında cinayət hadisəsi törətdikdən sonra ölkəni tərk edərək, Rusiya Federasiyasında gizləndiyi bildirilir. Binəqədi RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində A. Səfərov bu gün Vətənə qayıdarkən hava limanında həbs edilib. -
10-09-2008, 07:40 PMAPAAzərbaycanda "Kənd təsərrüfatı işçiləri günü" təsis edilib
[b]Azərbaycanda "Kənd təsərrüfatı işçiləri günü" təsis edilib[b]
[Bakı - APA. Prezident İlham Əliyev Azərbaycanda "Kənd təsərrüfatı işçiləri günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyəti nəzərə alınaraq, hər il noyabrın 1-i Azərbaycanda "Kənd təsərrüfatı işçiləri günü" kimi qeyd ediləcək. -
10-09-2008, 08:00 PMAPAAvropa Şurasında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb
[b]Avropa Şurasında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun iclasında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı AŞ-nın fəaliyyət planının yerinə yetirilmə vəziyyəti müzakirə olunub.
[APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov çıxış edərək, ölkədə prezident seçkilərinə hazırlıq, görülmüş işlər barədə Nümayəndələr Komitəsinə ətraflı məlumat verib. O, Azərbaycan hökumətinin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnun olduğunu bildirib. Müzakirələrdə AŞ Katibliyinin Demokratiya və Siyasi Məsələlər üzrə Baş Direktoru J. Loran və AŞ Baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi V. Kotek çıxış edərək, Azərbaycanda prezident seçkiləri ilə bağlı Avropa Şurası Fəaliyyət Planının həyata keçirilməsində heç bir problemin olmadığını, onun səmərəli şəkildə həyata keçirildiyini, Azərbaycanın hakimiyyət qurumlarının Avropa Şurası ilə sıx əməkdaşlıq etdiklərini və hər iki tərəfin bu əməkdaşlıqdan məmnun olduğunu vurğulayıblar. Seçkilərlə bağlı ölkədə müxtəlif treninq və maarifləndirici tədbirlərin keçirilməsi və bu müstəvidə Azərbaycan hökumətinin bu seçkilərin ən yüksək səviyyədə, Avropa standartlara cavab verməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı yüksək qiymətləndirilib."Aqo" qrupunun rəhbəri Stelian Stoyan Fəaliyyət Planının qüsursuz həyata keçirilməsini alqışladığını, bunun Azərbaycanda ədalətli seçki keçirməyə kömək edəcəyinə ümidvar olduğunu bildirib. Bununla yanaşı, o, bütün üç Cənubi Qafqaz ölkəsinə müxalifətin seçkilərə iştirak etməməsini, onların siyasi oyun qaydalarından xəbərsiz olmaları kimi səciyyələndirdiyini və bu səbəbdən, Avropa Şurasına müxalifətə bu sahədə treninq keçirilməsini də məsləhət bilib.Müzakirələrdə çıxış edən Venesiya Komissiyasının katibi Canni Bukikkio, Fransa, Böyük Britaniya, Norveç, Rusiya və Moldova nümayəndələri Azərbaycanda seçkiqabağı proseslərin normal keçdiyini, treninqlərin və maarifləndirici tədbirlərin keçirilməsini, seçkilərə çoxlu sayda beynəlxalq müşahidəçilərin dəvət edilməsinin, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını və Fəaliyyət Planına önəm verilməsinin hökumətin ədalətli seçkilər keçirməkdə maraqlı olduğuna dəlalət etdiyini təqdirəlayiq hal kimi qiymətləndiriblər. -
10-09-2008, 08:30 PMAPAAzərbaycanda prezident seçkilərini izləyəcək AŞ PA, Avropa Parlamenti və ATƏT-in qısamüddətli müşahidəçilərinin səfər proqramı açıqlanıb
[b]Azərbaycanda prezident seçkilərini izləyəcək AŞ PA, Avropa Parlamenti və ATƏT-in qısamüddətli müşahidəçilərinin səfər proqramı açıqlanıb[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropa Parlamenti və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qısamüddətli müşahidəçiləri prezident seçkilərini izləmək üçün oktyabrın 12-17-də Azərbaycanda səfərdə olacaq.
[AŞ PA katibliyindən APA-nın Avropa bürosuna verilən məlumata görə, AŞ PA-nın müşahidə qrupuna 26 parlamentar, AŞ Venesiya Komissiyasının 1 eksperti və AŞ PA Katibliyindən 5 nəfər daxildir.Müşahidə missiyasına AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel rəhbərlik edəcək. Missiya oktyabrın 13-14-də müxtəlif görüşlər keçirəcək. Görüşlər, əsasən, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, prezidentliyə namizədlər, müxalifət partiyalarının rəhbərləri, media və vətəndaş cəmiyyətinin üzvləri ilə keçiriləcək. Oktyabrın 15-də seçkiləri müşahidə edəcək missiya oktyabrın 16-da seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək. -
10-10-2008, 10:20 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 9-da saat 11.30-dan 11.40-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.00-dan 17.15-dək, 21.30-dan 21.55-dək, 22.35-dən 23.05-dək və oktyabrın 10-da saat 03.20-dən 04.00-dək, 05.20-dən 05.30-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Seysulan və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək və oktyabrın 10-da saat 01.45-dən 02.05-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-10-2008, 10:30 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-10-2008, 11:00 AMAPABakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb
[b]Bakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb[b]
Bakı. Hafiz Heydərov - APA. Bakı-Şamaxı yolunda dəhşətli yol qəzası baş verib. "KamAZ"-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
[Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə Bakı-Şamaxı magistral yolunun 41-ci kilometrliyində, Abşeron rayonu ərazisində baş verib. Şamaxı istiqamətində hərəkət edən, Sülh Hüseynovun idarə etdiyi "Ford" markalı sərnişin mikroavtobusu əks istiqamətdə hərəkət edən Vahid Həsənovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 3 nəfər hadisə yerindəcə keçinib. Ölənlərin Şamaxı sakinləri olduğu, hazırda onların şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir. Bundan başqa, mikroavtobusda olan bir neçə nəfər ağır yaralanıb. Faktla bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır. -
10-10-2008, 11:10 AMAPAQulamhüseyn Əlibəyli: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıl əlverişli geosiyasi şərait yaranıb"
[b]Qulamhüseyn Əlibəyli: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıl əlverişli geosiyasi şərait yaranıb"[b]
Prezidentliyə namizəd, Azərbaycan Aydınlar Partiyasının Təşəbbüs Qrupunun sədri Qulamhüseyn Əlibəylinin APA-ya müsahibəsi
[- Prezidentliyə namizəd olaraq seçkilərə hansı şüarlarla gedirsiniz, qarşıya qoyduğunuz əsas məqsədlər hansılardır?- Seçkilərə namizədliyimi irəli sürərkən ən müxtəlif şüarlar üzərində düşündüm. Və elə bir şüar seçməyə çalışdım ki, bütün məqamları özündə əks etdirsin. Amma Azərbaycanda problemli sahələr çox olduğundan belə bir şüar seçmək mümkün deyildi. Ona görə də bir neçə şüar irəli sürüldü. Bunlar "Azad vətəndaş, məğrur millət, güclü dövlət!", "Korrupsiyasız və səmərəli idarəetmə!", "Fasiləsiz və davamlı demokratiya!", "Nizamlı həyat vasitəsilə aydınlığa doğru!" şüarlarıdır. - Seçicilərlə görüşlərdə daha çox Azərbaycanda idarəetmə sistemindən narazılığınızı bildirirsiniz?- Azərbaycanda idarəetmənin təşkili ilə bağlı nöqsanlar var. Yəni idarəetmə mexanizmi düzgün təşkil olunmayıb. Prezidentin əlində həddən artıq rəsmi səlahiyyətlər cəmləşib. Milli Məclis demək olar ki, real səlahiyyətə malik olmayan orqandır. Nazirlər Kabinetinin isə ümumiyyətlə səlahiyyəti yoxdur. Ona görə də, bir nəfərin əlində səlahiyyət çox cəmləşəndə həmin səlahiyyətləri ilə necə rəftar etməyi bilmir. Mən prezident seçiləndə ilk addımlardan biri kimi dövlət başçısının səlahiyyətlərini referendum yolu ilə xeyli məhdudlaşdıracağam. Seçkilərdə qalib gələcəyim halda referendum yolu ilə Konstitusiyada dəyişikliklər ediləcək və hakimiyyət strukturları arasında səlahiyyətlər bölgüsü dəqiqləşdiriləcək. Yəni icra hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasına, həmin səlahiyyətlərin Milli Məclis və Nazirlər Kabineti arasında bölüşdürülməsinə ehtiyac var. Dövlət idarəetməsinin həyata keçirilməsində Nazirlər Kabinetinin rolu artırılmalı, Nazirlər Kabinetinin respublika hökuməti statusu təmin olunmalı, Nazirlər Kabineti parlament seçkilərində qalib gəlmiş siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən formalaşdırılmalıdır. Mən hesab edirəm ki, yerli hakimiyyətin həyata keçirilməsi mexanizmində də əsaslı dəyişikliklərin edilməsinə ehtiyac var. - Bu yanaşma bələdiyyələrə də aiddir?- Bəli. Bələdiyyələrin statusu artırılmalıdır. Onların səlahiyyətləri və maliyyə iqtisadi fəaliyyətini tənzimləyən yeni təkmil qanunlar qəbul olunmalıdır. Yerli icra hakimiyyəti orqanlarının kənd və qəsəbələr üzrə ərazi nümayəndəlikləri ləğv edilməlidir. Bu məsələlər bizim seçki platformamızda öz əksini tapıb. Bu gün Azərbaycanda bələdiyyələrin təşkilati strukturu təkmil deyil, biz bu institutun təkmilləşməsinə tərəfdarıq. Bakı və Gəncədə şəhər bələdiyyələri yaradılmasına ehtiyac var. Bələdiyyə təkcə öz fəaliyyəti hesabına maliyyələşməməlidir. Dövlət büdcəsinə ödənilən bir sıra vergi və ödənişlər bələdiyyə büdcəsinə keçirilməsinə, dövlət büdcəsindən bələdiyyələrin inkişafına dotasiya, subsidiya və uzunmüddətli faizsiz kreditlərin verilməsinə dair sistemli tədbirlərin görülməsinə çalışacağam. - Seçki sahəsində islahatların aparılmasına nə qədər ehtiyac var?- Hesab edirəm ki, seçki sistemində əsaslı islahatlar aparılmalıdır. Bir neçə il əvvəl Azərbaycanda proporsional seçki sistemi ləğv edildi. Bu, düzgün addım deyildi. Bu sistemi bərpa etmək və yenidən qarışıq sistemə keçməyə ehtiyac var. Həmçinin, bütün pillələrdən olan seçki komissiyalarının üzvləri dövlət məmurları kimi test imtahanları vasitəsilə seçilməlidir ki, onlar öz işlərini daha qanunauyğun yerinə yetirə bilsinlər. Bundan başqa məşvərətçi səs hüquqlu komissiya üzvlərinin səlahiyyətləri genişləndirilməli, müşahidəçilərin rəyi və müşahidə zamanı topladığı materiallar qanuni yolla əldə olunmuş sübut növü sayılmalıdır. - Sizin seçki platformanızda əsas yerlərdən biri də Qarabağ problemi ilə bağlı müddəalar tutur. Münaqişənin nizamlanmasına dair yeni bir təklifiniz varmı?- Bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problemimiz Qarabağ problemidir. İşğalçı işğal etdiyi torpaqları danışıqlar yolu ilə qaytarmayacaq. Ermənilərin torpaqları təhvil verməsi o halda mümkün ola bilər ki, Azərbaycan dövləti özünə arxayın olsun. Amma bu günə qədər Azərbaycan dövləti daim güzəşt etmək mövqeyi tutub. Təsəvvür edin, Minsk Qrupu, ABŞ, Avropa İttifaqı gəlir və çox vaxt Azərbaycanla danışıq aparmırlar. Sadəcə gəlib təklif verirlər ki, ermənilər bunu təklif edir, razısınız, ya yox. Çünki onlar əmindir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinin elan olunması istisna olmaqla hər şeyə razılıq verir. Vasitəçilərin də obyektivliyinə inanmaq şübhəli məsələdir. Müharibə edən tərəflərdən birinin dostu necə vasitəçi ola bilər? Vasitəçilərdən biri olan Rusiya Ermənistanla dostluq əməkdaşlıq və hərbi yardım barədə müqavilə imzalayıb. Fransa ermənilər nə deyirsə, həmin dəqiqə rəsmiləşdirir. ABŞ-a gəlincə, fikirləri həmişə Fransa ilə üst-üstə düşür. Bir cavan oğlan göndəriblər, ağzında saqqız çeynəyə-çeynəyə gəlir, hər gün qəribə bir bəyanat verir. Sonra da deyir ki, "yox, mən elə deməmişəm, məni düzgün başa düşməyiblər". Deməli, Qarabağ probleminə münasibətdə həmsədrlərin üçünün də mövqeyi bir-birindən fərqlənmir. Ona görə də, Azərbaycan dövləti onların vasitəçilik missiyasından rəsmən imtina etməlidir. Mən hesab edirəm ki, problemin həlli ilə bağlı Azərbaycanda əlverişli geosiyasi şərait yaranıb. Yəni Azərbaycan neft amilindən istifadə edib danışıqlarda sərt mövqe nümayiş etdirməlidir və öz şərtini diktə etməyə çalışmalıdır.- Sizin hansı yeni variant təklif edirsiniz? - Dağlıq Qarabağ probleminin ədalətli və xalqımızın milli maraqlarına uyğun həlli üçün ilk növbədə danışıqlar zamanı Azərbaycanın rəhbər tutmalı olduğu əsas prinsiplər Milli Məclis tərəfindən təsdiq edilməlidir. Mən prezident seçilsəm, atacağım ilk addımlardan biri bu olacaq. Danışıqlarda daim güzəştə getmək və ya güzəştə hazır olmaq barədə bəyanatlardan imtina olunmalı, Dağlıq Qarabağ ermənilərinin statusu haqqında məsələ deyil, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olaraq təcavüzün nəticələrinin aradan qaldırılması prioritet sahə kimi müəyyənləşməlidir. Problemin dinc yolla həlli üçün nisbətən optimal variant sayılan "mərhələli həll" planı əsas götürülə bilər. Yəni işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması, həmin ərazilərdə torpaqların təmizlənməsi, qaçqınların öz doğma yurdlarına qaytarılması və onların təhlükəsizliyinin təmin olunması məsələsi həll olunduqdan sonra Dağlıq Qarabağ ermənilərinin statusu haqqında müzakirələrə başlamaq mümkündür. Mən həmçinin Azərbaycan ordusunun NATO standartları əsasında qurulmasının tərəfdarıyam. Bu sahədə Qərblə əməkdaşlıq daha da inkişaf etdirilməli, ordunun yüksək döyüş hazırlığına malik peşəkarlardan formalaşdırılmasına başlanmalıdır. Bu gün ordunun inkişafına mane olan məsələlərdən biri də korrupsiyaya və özbaşınalıqdır. Biz bunlara qarşı mübarizənin gücləndirilməsini və ordu üzərində parlament nəzarəti həyata keçirilməsini istəyirik.- İqtisadi sahədə hansı islahatların həyata keçirilməsini vacib sayırsınız?- İqtisadiyyat sahəsində problemlərimiz həddindən artıq çoxdur. Bu gün dövlət büdcəsinin 90 faizini neftdən gələn gəlirlər təşkil edir. Neft isə tükənən sərvətdir, 2030-cu ilə qədər Azərbaycan neftinin böyük bir hissəsi tükənə bilər. Ondan sonra necə olacaq Azərbaycan iqtisadiyyatı? Azərbaycan dövləti 10 milyarda yaxın neft pullarının bir hissəsini ən aşağı faizlə iflas təhlükəsi altında olan xarici banklarda qoyub. Halbuki daha nüfuzlu, nisbətən yuxarı faiz təklif edən və iflas təhlükəsi olmayan banklar var ki, o pulları həmin banklarda yerləşdirmək olardı. Biz neft gəlirlərini daha çox lazım olmayan istiqamətlərə yönəldirik. Bəlkə neft gəlirlərini daha çox gəlirli sahələrə, gələcəkdə investisiya və yaxud istehsal gətirə bilən sahələrə yönəldək? İqtisadiyyatın inkişafına mane olan əsas amillərdən biri rüşvətxorluq və korrupsiyadır. Bu neqativ halları aradan qaldırmaq üçün dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilməlidir. Sahibkarlıqla, inhisarçılıqla məşğul olan məmurlar barəsində ciddi ölçü götürülməli, rüşvətxorluğu aradan qaldırmaqla özəl sahibkarlığı inkişaf etdirmək lazımdır. Bu da fikrimcə ilk növbədə regionların hesabına olmalıdır. Vaxtilə Azərbaycanda çayçılıq, tərəvəzçilik pambıqçılıq, üzümçülük və digər sahələr yüksək səviyyədə inkişaf edib. Bu sahələri yenidən əvvəlki səviyyəsinə qaldırmaq üçün güzəştli kreditlər vermək və vergilərdən azad etmək olar. Həmçinin pensiya sahəsində əsaslı islahatlar həyata keçirilməlidir ki, hər bir vətəndaş işlədiyinə uyğun pensiya alsın. Ən əsası onun aldığı pensiya kommunal xərcləri ödəsin. Amma bugünkü minimum əmək haqqı və pensiyalar kommunal xərcləri ödəməyə çatmır. Təhsil və səhiyyə ilə bağlı xeyli problemlərimiz var. Bu sahədə ciddi islahatlara ehtiyac var. Ən azı müəllimlərin maaşı artırılmalıdır ki, gedib başqa işlərlə məşğul olmasın, şagirdlərin, tələbələrin cibinə baxmasın. Yəni Azərbaycanda bütün sahələrdə problemlər mövcuddur. Buna baxmayaraq, onları aradan qaldırmaq mümkündür. - Siz ölkədə insan haqlarının vəziyyətindən narazı olan şəxslərdən birisiniz... - Son illər insanların Azərbaycan Konstitusiyası, Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə nəzərdə tutulmuş hüquqları və əsas azadlıqlarının təmin olunması üçün heç bir ciddi addım atılmayıb. İnsan hüquqları və azadlıqlarının məhdudlaşdırılması sahəsində hüquq-mühafizə orqanlarının səlahiyyətləri azaldılmalı və əvəzində insan hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın səlahiyyətləri artırılmalıdır. Vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək, seçmək, seçilmək, birləşmək hüquqlarının, fikir və söz, sərbəst toplaşmaq, məlumat azadlıqlarının real həyata keçirilməsi üçün şərait yaradılmasına ehtiyac var. Uzun illərdir ki, Azərbaycanda insanlar siyasi mənsubiyyətə görə təqib olunur. Biz istəyirik ki, bu kimi təzyiqlər aradan qaldırılsın, insanlar arasındakı ayrı-seçkiliyə son qoyulsun, bu və ya digər siyasi partiyanın üzvü olmasına görə insanlar sıxışdırılmasın, işdən çıxarılmasın və təqiblərə məruz qalmasın, hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməsin. - Siyasi partiyaların fəaliyyəti üçün hansı dəyişikliklərə ehtiyac var?- Azərbaycanda hakimiyyətə əks düşərgədə olan partiyaların fəaliyyəti üçün bu gün minimum imkanlar belə yoxdur. Əvvəlki illərdə ən azından qərargahları olan partiyalar bu gün qərargahsız fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Bizim seçki platformamızda bu məqamlar öz əksini tapıb. Ölkədə partiyaların fəaliyyəti üçün normal mühitin yaradılmasına ehtiyac var. Siyasi partiyaların normal fəaliyyəti üçün bərabər imkanlar yaradılmalı, partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir. Əgər mən bu seçkidə qalib gəlsəm, siyasi partiyalar və onların yerli təşkilatları qərargahlarla təmin ediləcək, dövlət və ictimai televiziyalarda müxalifət partiyaları üçün ayrıca vaxt nəzərdə tutulacaq. Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi həqiqətən xəbərdarlıq qaydasında tətbiq ediləcək, icra hakimiyyəti orqanları dinc toplantılara icazə vermək, toplantını qadağan etmək və məhdudlaşdırmaq səlahiyyətlərindən məhrum ediləcək, yalnız xüsusi əhəmiyyətli dövlət tədbirləri üçün nəzərdə tutulmuş məhdud sayda yerlər istisna olmaqla, dinc toplantıların istənilən yerlərdə keçirilməsinə yol veriləcək. -
10-10-2008, 11:20 AMAPAAkif Şahbazov: "Rəsul Quliyev İlham Əliyevə dəstək qərarımızı nə birmənalı müdafiə elədi, nə də əleyhinə çıxdı"
[b]Akif Şahbazov: "Rəsul Quliyev İlham Əliyevə dəstək qərarımızı nə birmənalı müdafiə elədi, nə də əleyhinə çıxdı"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin iclasından dərhal sonra partiya lideri Rəsul Quliyevlə telefon əlaqəsi yaratdım. Prezidentliyə namizəd İlham Əliyevin dəstəklənməsi ilə bağlı qərarı və iclasın gedişini onun diqqətinə çatdırdım. Rəsul Quliyev bildirdi ki, qəbul etdiyimiz qərar Azərbaycan xalqı üçün xeyirli olacaqsa, Azərbaycan dövlətinə xidmət mövqeyindədirsə, bu qərarın əleyhinə deyil". Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib.Onun sözlərinə görə, partiyanın lideri Rəsul Quliyev İlham Əliyevin dəstəklənməsi ilə bağlı qərarı birmənalı olaraq müdafiə etmək və ya əleyhinə çıxmaq mövqeyində olmayıb: "O yalnız dediyim kontekstdə qərara öz münasibətini bildirdi". A. Şahbazov onu da qeyd edib ki, belə qərar qəbul etməkdə prezidentdən müəyyən gözləntiləri var: "Biz İlham Əliyevin prezident seçiləcəyinə inanırıq və seçiləndən sonra bir sıra ciddi islahatlar həyata keçiriləcəyini gözləyirik. Müsbət addımlar bizim tərəfimizdən təqdir olunacaq, nöqsanlar isə müxalifət partiyası olaraq tərəfimizdən tənqid ediləcək". -
10-10-2008, 11:30 AMAPASeçki Müşahidəçilərinin Dünya Şəbəkəsi Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
[b]Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsi Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsi (SMDŞ) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. SMDŞ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəbəkə Mərkəzi Seçki Komissiyasından (MSK) tərəfindən dəvət alıb və müşahidəçilərinin siyahısını akkreditasiyadan keçmək üçün komissiyaya təqdim edib. Missiyanın tərkibində dünyanın 34 ölkəsindən nümayəndə olacaq. Onlar Göyçay, Mingəçevir, Lənkəran, Quba və Bakıda yerləşən 350 məntəqədə müşahidə aparacaqlar. SMDŞ-nın müşahidə missiyası oktyabrın 13-dən etibarən Bakıda olacaqlar. Oktyabrın 16-da isə müşahidəçilərinin rəyi əsasında yekun hesabat hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, SMDŞ-nin təsis yığıncağı 2008-ci il iyulun 3-də Tiflisdə keçirilib. SMDŞ-nin təsisçiləri arasında Bolqarıstan, Sloveniya, Gürcüstan, Moldova, Çexiya, Polşa, Finlandiya, Estoniya və Azərbaycandan olan QHT-lər var. Şəbəkənin əsas missiyası postsovet məkanı və inkişaf etməkdə olan ölkələrdə parlament və prezident seçkilərində qısamüddətli müşahidəçiliyini həyata keçirməkdir. -
10-10-2008, 11:40 AMAPATerim "Bavariya" və "Tottenhem" klublarından da təklif alıb
[b]Terim "Bavariya" və "Tottenhem" klublarından da təklif alıb[b]
[Bakı - APA-SPORT. Türkiyə Futbol Federasiyası ilə müqaviləsinin müddətini uzatmayan Fatih Terimin müştərilərinin sayı artır. "APA-SPORT"un məlumatına görə, "Qalatasaray"dan sonra iki əcnəbi klub da 55 yaşlı mütəxəssisə təklif göndərib.Belə ki, bir neçə gün öncə İtaliyada səfərdə olan Terimlə Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klublarının menecerləri görüşüblər. Amma türkiyəli mütəxəssis hələ ki, aldığı cəlbedici təkliflərə cavab verməyib.Cari mövsümdə daxili birinciliklərində uğursuz çıxış edən "Bavariya" və "Tottenhem" klublarının rəhbərliyi vəziyyətdən çıxış yolunu Terimi baş məşqçi postuna gətirməkdə görürlər. -
10-10-2008, 11:50 AMAPAÇernoqoriya və Makedoniya Kosovonu tanyıblar
[b]Çernoqoriya və Makedoniya Kosovonu tanyıblar[b]
[Priştina - APA. Çernoqoriya və Makedoniya hökumətləri Kosovonun müstəqilliyinin tanınması və bu ölkə ilə diplomatik münasibətlərin qurulması barədə qərar qəbul ediblər. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hər iki ölkənin qərarını alqışlayıb. Xatırladaq ki, Çernoqoriya və Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində olublar. Əvvəl Serbiyanın tərkibində olan Kosovo isə bu il fevralın 17-də müstəqilliyini elan edib. -
10-10-2008, 12:00 PMAPAAvropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqlayıb
[b]Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqlayıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Avropa İnsan Haqları Məhkəməsi 19853/03 saylı iş ("Akimova Azərbaycana qarşı") üzrə qərarını açıqlayıb. APA-nın məlumatına görə, 1950-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Valentina Akimova evinin məcburi köçkünlər tərəfindən qeyri-qanuni olaraq zəbt edildiyini bildirərək Strasburq məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti haqlı sayaraq iddiaçıya dəyən maddi və mənəvi zərərin ödənilməsi üçün ona Azərbaycan hökuməti tərəfindən 10 min manat təzminat verilməsi barədə qərar çıxarıb. Bundan başqa, Azərbaycan Ali Məhkəməsinin 21 yanvar 2008-ci il tarixli qərarına uyğun olaraq V. Akimovanın öz mənzili üzərindəki bütün hüquqları bərpa edilməlidir. -
10-10-2008, 12:20 PMAPAAzərbaycan Texniki Universitetinin müəllimi saxta sənəd satmaq faktı ilə bağlı tutulub
[b]Azərbaycan Texniki Universitetinin müəllimi saxta sənəd satmaq faktı ilə bağlı tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Musəvi saxta doğum haqqında şəhadətnaməni 350 manata satarkən tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, şəhadətnaməni N. Müsəviyə satmaq məqsədi ilə vermiş, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Bakı şəhər sakini Faiq Əliyev də tutulub. F. Əliyevin evinə baxış zamanı 50 ədəd müxtəlif sənədlər və 200 ədəd müxtəlif blanklar aşkar edilərək götürülüb.