[b]Qulamhüseyn Əlibəyli Lənkəran və Masallıda görüşlər keçirib[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli seçkilərin təbliğat təşviqat kampaniyası çərçivəsində Lənkəran və Masallı seçiciləri ilə görüş keçirib. APA-nın məlumatına görə, Lənkəranda keçirilən görüş Olimpiya Kompleksində baş tutub. Görüşdə Q. Əlibəylinin vəkilləri İltifat Rəhimov, Qorxmaz İbrahimli çıxış edib, namizədin həyat və fəaliyyəti barədə məlumat veriblər. Q. Əlibəyli isə AXCP-dən istefa verməsi və prezident seçkilərinə qatılmasının səbəbləri ilə seçiciləri tanış edib. O, əhalini seçkidə fəal iştirak etməyə çağırıb. Masalılarla isə görüş Mədəniyyət Evində keçirilib. Burada da vəkillər və namizəd özü çıxış edərək seçiciləri seçkiyə çağırıblar.
Azərbaycan Xəbərləri
Printable View

09-27-2008, 12:10 PMAPAQulamhüseyn Əlibəyli Lənkəran və Masallıda görüşlər keçirib

09-27-2008, 12:20 PMAPAƏdliyyə orqanlarında 300-ə yaxın ştat vahidi boşdur
[b]Ədliyyə orqanlarında 300-ə yaxın ştat vahidi boşdur[b]
[Bakı. Ramil Məmmədli - APA. "Ədliyyə Nazirliyinin müvafiq sahələrində 300-ə yaxın ştat vahidi boşdur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov deyib. R. Məhərrəmov bildirib ki, Ədliyyə Nazirliyinin strukturu yeniləşib və əlavə ştat vahidləri ayrılıb: "Artıq Ədliyyə Nazirliyinin yerlərdə də regional bölmələr yaradılıb. Bununla yanaşı ədliyyə orqanlarında qeydiyyat, məhkəmə nəzarətçiləri və icraçıları sahəsi, Penitensiar Xidmət fəaliyyət göstərir. Bunlara əlavə ştat vahidləri ayrılıb. Bizim orqanın digər sahələrində də boş yerlər mövcuddur. Hesab edirik ki, bilik və səviyyəsi qaneedici olan şəxslər ədliyyə orqanlarına keçirilən imtahanlardan uğurla çıxacaqlar". -
09-27-2008, 12:30 PMAPAFuad Musayev həbs olunub
[b]Fuad Musayev həbs olunub[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında zavoddan oğurluq edən şəxs həbs edilib. Səbayel rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, 1981-ci il təvəllüdlü Fuad Musayev Bakı şəhəri "20-ci sahə" qəsəbə ərazisində yerləşən "Şəmkir" ASC-yə məxsus zavoddan, dəzgahı söküb mühərriki oğurlayarkən 8-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Səbayel RPİ-də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır. -
09-27-2008, 12:40 PMAPASofiyada Bolqarıstan-Azərbaycan biznes-forumu keçiriləcək
[b]Sofiyada Bolqarıstan-Azərbaycan biznes-forumu keçiriləcək[b]
[Bakı. Nicat Mustafayev, Viktoriya Dementyeva - APA-ECONOMICS. Bu ilin sentyabr ayının 30-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Bolqarıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Sofiyada Bolqarıstan-Azərbaycan biznes-forumu keçiriləcək. Azpromo-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, biznes-forum çərçivəsində Azərbaycan nümayəndə heyətinə ölkənin İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev başçılıq edəcək. Bolqarıstan rəsmilərindən isə forumda bu ölkənin sənaye və energetika nazirinin müavini Valentin İvanov iştirak edəcək. Tədbirdə Azərbaycandan əsasən tikinti və investisiyalar sahələrində fəaliyyət göstərən şirkət və təşkilatların nümayəndələri iştirak edəcəklər. Biznes-forum çərçivəsində Azərbaycan və Bolqarıstan şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. -
09-27-2008, 12:50 PMAPABakıdakı mağazalardan birindən 12 min dollar oğurlanıb
[b]Bakıdakı mağazalardan birindən 12 min dollar oğurlanıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında mağazadan 12 min ABŞ dolları oğurlanıb. Xətai rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, rayon ərazisində yerləşən Şahin Məmmədova məxsus mağazanın seyfindən 2295 manat və 8800 ABŞ dolları məbləğində pulun oğurlanması barədə 34-cü polis bölməsinə məlumat daxil olub. Bölməyə daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni elə həmin mağazanın anbardarı işləyən, 1967-ci il təvəllüdlü İlqar Rafiq oğlu Ramazanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı İlqar Ramazanov artıq saxlanılıb, faktla bağlı araşdırma aparılır. -
09-27-2008, 01:00 PMAPAAzərbaycanda daxili sərnişin dəmir yolu reyslərinə bilet qıtlığı yaranıb
[b]Azərbaycanda daxili sərnişin dəmir yolu reyslərinə bilet qıtlığı yaranıb[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın ölkədaxili sərnişin qatarlarına bilet satışında problemlər yaranıb.
[«APA-ECONOMICS»in məlumatına görə, artıq bir neçə gündür ki, paytaxtdan rayonlara hərəkət edən sərnişinlərin sayının kəskin artması ilə əlaqədar olaraq Bakı Dəmir Yolu Vağzalının bilet kassalarının qarşısında uzun növbələr yaranıb. Vağzalın işçiləri oktyabrın 1-dək ölkədaxili sərnişin qatarlarına biletlərin artıq tam həcmdə satıldığını bildiriblər. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov isə «APA-ECONOMICS»ə bildirib ki, problem Ramazan bayramı ilə əlaqədar olaraq Bakıdan rayonlara gedən sərnişinlərin sayının artması ilə əlaqədardır: «Artıq sərnişin sıxlığını nəzərə alaraq bütün ölkədaxili qatarlara əlavə vaqonlar artırılır».Hazırda Azərbaycan daxilində 10 marşrut üzrə sərnişin qatarları işləyir.Qeyd edək ki, ADDY 1880-ci ildə yaradılıb. Hazırda Azərbaycanda dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km təşkil edir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib. ADDY-nin balansında 473 lokomotiv (278 lokomotivin istismar müddəti başa çatıb), SR3 markalı 2 ədəd və ER2 markalı 71 ədəd elektrik qatarı, 734 sərnişin (32 «SV», 227 «Kupe», 340 «Plaskart» tipli) vaqonu var. -
09-27-2008, 01:10 PMAPAKlub prezidenti fırıldaqçı çıxdı
[b]Klub prezidenti fırıldaqçı çıxdı[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Madridin "Real" klubunun sabiq prezidenti Lorenso Sans həbs olunub. "APA-SPORT"un məlumatına görə, 65 yaşlı futbol funksioneri fırıldaqçılıqda günahlandırılır. 1995-2000-ci illərdə "Kral klubu"na rəhbərlik edən Sans hazırda "Real"dan uzaqlaşıb. İspaniyalı biznesmen "Malaqa" klubunun səhmlərinin böyük hissəsinə sahibdir. Bu komandada prezident vəzifəsini Sansın oğlu Fernando icra edir.. -
09-27-2008, 01:20 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
09-27-2008, 01:30 PMAPAAsiya İnkişaf Bankının prezidenti noyabrda Azərbaycana gələcək
[b]Asiya İnkişaf Bankının prezidenti noyabrda Azərbaycana gələcək[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin noyabr ayının 19-21-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə VII Nazirlər Konfransı keçiriləcək.
[Bu barədə «APA-ECONOMICS»ə AİB-in Bakı ofisindən məlumat verilib. «CAREC Proqramının üzv ölkələrinin Nazirlər Konfransında Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Əfqanıstan və digər ölkələrdən təxminən 140-a yaxın nümayəndə iştirak edəcək. Bu tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayevin təmsil edəcəyi gözlənilir», - deyə AİB-in Bakı ofisindən bildirilib. Bundan başqa, noyabrın 19-da Bakıda CAREC üzrə yüksək vəzifəli şəxslərin növbəti iclası da keçiriləcək ki, həmin tədbirə təxminən 80 nəfər iştirakçı qatılacaq: «Hər iki tədbirdə iştirak etmək üçün AİB-in prezidenti Xaruxiko Kurodanın Azərbaycana səfəri gözlənilir».Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kreditin ayrılmasını planlaşdırır. -
09-27-2008, 01:40 PMAPASabunçu sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Sabunçu sakini elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Sabunçu qəsəbə sakini Rafiq Zeynalov elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, R. Zeynalov Ramana qəsəbə sakini Vüqar Zeynalovun evində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. -
09-27-2008, 01:50 PMAPAAğdam rayonunda bıçaqlanma hadisəsi baş verib
[b]Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib[b]
[Bakı-APA. Ağdam rayonunun Dördyol-1 qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, qəsəbə sakini Telman Məmmədov münaqişə zəminində həmyerliləri İlyas Cəfərova və onun oğlu Xəyala bıçaqla xəsarət yetirib. Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T. Məmmədov tutulub. -
09-27-2008, 02:00 PMAPAAvropa Komissiyasının Bakıdakı nümayəndəliyi yeni ofisə köçüb
[b]Avropa Komissiyasının Bakıdakı nümayəndəliyi yeni ofisə köçüb[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Avropa Komissiyasının Bakıdakı nümayəndəliyi yeni ofisə köçüb. APA-nın məlumatına görə, bununla əlaqədar nümayəndəliyin rəhbəri Alan Vaddams köhnə ofislə vida mərasimi təşkil edib. Səfir bildirib ki, Avropa İttifaqının Azərbaycanda aktiv fəaliyyətini davam etdirəcəyinə inanır. Qeyd edək ki, Avropa İttifaqının Bakı nümayəndəliyinin yeni ofisi "Landmark"ın üçüncü binasında yerləşəcək. -
09-27-2008, 02:10 PMAPAAzərbaycanın 230 orta məktəbində USAID-in dəstəyi ilə iqtisadiyyat tədris olunacaq
[b]Azərbaycanın 230 orta məktəbində USAID-in dəstəyi ilə iqtisadiyyat tədris olunacaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), «StatoilHydro» və «Chevron Khazar» şirkəti arasında anlaşma memorandumu imzalanıb. «APA-ECONOMICS»in məlumatına görə, memoranduma əsasən, 2008-2010-cu illər ərzində «Junior Achievement Azərbaycan» (JAA) təşkilatı tərəfindən Azərbaycanın 230 orta məktəbində Məktəblərdə iqtisadiyyatın tədrisi Proqramı həyata keçiriləcək.İmzalanma mərasimində çıxış edən USAİD-in Azərbaycan üzrə koordinatoru Skot Teylor bildirib ki, proqram praktiki fəaliyyət vasitəsi ilə sahibkarlıq, işə hazırlıq bacarıqları və maliyyə savadı üzrə təlimləri əhatə edəcək: «Proqramdan ölkə üzrə 300 müəllim və minlərlə şagird faydalanacaq. İştirakçı şagirdlərə iqtisadiyyat fənni vasitəsi ilə beynəlxalq, həmçinin «Məktəbli şirkətlər» layihəsində biznes idarəçiliyinə yiyələnmək, biznesdə etikanın rolunu tədqiq etmək və Â«İşə hazırlıq» proqramında həqiqi iş təcrübəsini əldə etmək imkanı veriləcək». S.Teylorun sözlərinə görə, proqramın icrası üçün ümumilikdə 209 631 ABŞ dolları həcmində vəsait ayrılıb ki, bunun da 72 631 dolları USAİD-in, 87 min dolları «StatoilHydro», 50 min doları isə «Chevron Khazar» şirkətinin payına düşür. Qeyd edək ki, USAİD 1992-ci ildən indiyə kimi Azərbaycana 284 mln. dollar məbləğində yardım göstərib. -
09-27-2008, 02:20 PMAPAElçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb
[b]Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə APA-ya hüquq müdafiəçisi özü məlumat verib. E. Behbudovun sözlərinə görə, Polis İdarəsinə çağrılması bu ilin iyul ayında avtomobilindən külli miqdarda pulun oğurlanması üzrə aparılan istintaqla əlaqədar olub. Polis İdarəsinin istintaq şöbəsinin rəisi Yaşar Haqverdiyev tərəfindən qəbul olunduğunu bildirən komitə sədri deyib ki, görüşdə qarətçilərin hələ də tapılmamasına görə narahatlığını ifadə edib: "İdarədə mənə oğurluq hadisəsinin üstünün tezliklə açılacağını bildirdilər".Xatırladaq ki, bu il iyulun 14-də Nizami metro stansiyasının yaxınlığında Elçin Behbudovun şəxsi avtomobilindən 30 min manat oğurlanıb. -
09-27-2008, 02:40 PMAPAAzərbaycan paytaxtında boş qalmış avtobus marşrut xətləri digər sahibkarlara verilə bilər
[b]Azərbaycan paytaxtında boş qalmış avtobus marşrut xətləri digər sahibkarlara verilə bilər[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bakı şəhərinin sərnişindaşıma sistemində plansız islahatların aparılması, kiçik tutumlu avtobusların iriləri ilə əvəzlənmədən xətdən çıxarılması vətəndaşları ikiqat xərcə salır.
[Bunu son günlər ərzində paytaxtın sərnişindaşıma sistemində Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən islahatları «APA-ECONOMICS»ə şərh edən «Nəqliyyatçılara Hüquqi Yardım» İctimai Birliyinin sədri Məzahir Rüstəmov bildirib.M.Rüstəmovun sözlərinə görə, nazirlik kiçik avtobusları xətdən çıxarmazdan əvvəl bunun sonrakı nəticələrini və əhalinin maddi vəziyyətinə təsirini araşdıraraq qərar verməli idi.«Nəqliyyat Nazirliyi bu işləri plansız şəkildə həyata keçirir. Əhalinin güzəranı, maddi vəziyyəti düşünülmür. Təsəvvür edin, bir nəfər şəhərin mərkəzinə gəlmək üçün 2 avtobus dəyişir, yəni ikiqat xərcə düşür», - deyə təşkilat rəhbəri vurğulayıb.Qeyd edək ki, artıq Nəqliyyat Nazirliyi paytaxtın mərkəzi hissəsinə kiçik tutumlu avtobusların girişini qadağan edib. Nazirlik 40-dək marşrutdan kiçik tutumlu avtobusları çıxarıb. Bunların arasında 39, 177, 207, 215, 268, 331 və s. marşrutlar var.M.Rüstəmov marşrutlardakı kiçik tutumlu avtobusların iritutumlu avtobuslarla əvəz edilməsi barədə sahibkarlara əvvəlcədən bir neçə dəfə xəbərdarlıq olunduğunu da qeyd edib. Bununla belə, ekspert hesab edir ki, indiyədək sahibkarlar tərəfindən kütləvi şəkildə iritutumlu avtobusların Bakıya gətirilməməsinin bir neçə səbəbi var: «Məsələn, sahibkarların zəmanətli lisenziyaları və müqavilələri yoxdur. Beş illiyə lisenziyanı alırlar, 3 aydan sonra nazirlik hansısa səbəbi əsas gətirərək lisenziyanı geri çağırır və s.».Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2006-cı ildə sahibkarlara 2009-cu ilədək bütün marşrutlarda kiçik tutumlu avtobusları iritutumlu avtobuslarla əvəz etmək barədə göstəriş verib.Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda Bakı şəhərində orta və iritutumlu 1000-dən bir qədər artıq avtobusa ehtiyac var. Halbuki paytaxtın mərkəzi və ətraf yaşayış məntəqələrinə 5 minə yaxın müxtəlif tutumlu avtobus işləyir.Təşkilat rəhbəri M.Rüstəmov isə bildirib ki, Nəqliyyat Nazirliyinin son addımları paytaxtın sərnişindaşıma sistemində anlaşılmaz vəziyyət yaratmaqla bərabər, Bakı Metropolitenində sıxlığın artmasına səbəb olub. Bu da milyonlarla sərnişinin istifadə etdiyi metropolitendə təhlükəsizlik tədbirlərinin çətinləşməsi deməkdir.Nəqliyyat Nazirliyindən verilən məlumata görə, yaxın günlərdə Bakıya 50 ədəd «Daewoo», həmçinin xeyli sayda Almaniya istehsalı olan «MAN» və digər iritutumlu avtobuslar gətiriləcək.Qeyd edək ki, bu günədək Bakı şəhərinə 200 ədəd «Daewoo», 40 ədəd «MAN», 20 ədəd «MAZ», həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək xətlərə buraxılıb.Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov isə «APA-ECONOMICS»ə açıqlamasında ekspertin fikirləri ilə razılaşmadığını vurğulayıb. N.Həsənovun sözlərinə görə, sahibkarlara lisenziya verilərkən onların qarşısına 2009-cu ilə qədər xətdəki kiçik tutumlu avtobuslarını iritutumluları ilə əvəz edilməsi barədə tələb qoyulub: «Sahibkar da bu tələblərə əməl edib yeni avtobuslar gətirməlidir. Biz bu gün bütün marşrutlarda monitorinq keçiririk və tələblərə cavab verməyən avtobuslar xətdən çıxarılır».Sərnişinlərin son günlər üzləşdiyi problemlərə gəlincə nazirlik rəsmisi bunun müvəqqəti olduğunu vurğulayıb: «Xətlərə iri avtobuslar salınana qədər bir müddət problem olacaq. Əhali digər marşrutlardan istifadə etsin».N.Həsənov əlavə edib ki, sərnişindaşımada problemlərin yaranmaması üçün boş qalmış marşrut xətlərinin başqa sahibkarlara verilməsi məsələsinə baxıla bilər. -
09-27-2008, 02:50 PMAPAAbdullah Gül BMT baş katibindən Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünə dəstək verməsini xahiş edib
[b]Abdullah Gül BMT baş katibindən Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünə dəstək verməsini xahiş edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Türkiyə prezidenti Abdullah Gül BMT baş katibi Pan Gi Mundan Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünə dəstək verməsini xahiş edib. APA-nın məlumatına görə, prezident və baş katibin görüşündə Qafqazda durum və Kipr məsələsi diqqət mərkəzində olub. Abdullah Gül bildirib ki, bu platforma regionda problemlərin həllinə kömək edə bilər. Tərəflər həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ətrafında da müzakirələr aparıblar. -
09-27-2008, 03:00 PMAPAAzərbaycan prezidenti ölkənin yəhudi icmasını təbrik edib
[b]Azərbaycan prezidenti ölkənin yəhudi icmasını təbrik edib[b]
[Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev ölkənin yəhudi icmasını Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə bildirilib ki, əsrlərdən bəri ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıb, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətini, milli-mənəvi adət-ənənələrini günümüzəcən qoruyub saxlayıblar: " Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, yəhudi icması bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Hər il təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə sevinc və səadət arzulayıram". -
09-27-2008, 03:20 PMAPAFövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin açılışı olub
[b]Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin açılışı olub[b]
[Qəbələ. Şahnəzər Bəşirov-APA. Bu gün Qəbələ rayonunda akademik Zərifə Əliyevanın büstünün, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin inzibati binalarının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 16 mənzilli yaşayış binasının və Qəmərvan kənd orta məktəbinin açılış mərasimləri keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, akademik Zərifə Əliyevanın büstü rayon mərkəzində onun adını daşıyan parkda qoyulub. Bu gün rayonda büstün açılışı keçirilib. FHN-in Şimal-Qərb Regional Mərkəzinin açılışında isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib. Mərkəzin 3 mərtəbəli binasının tikintisinə 2006-cı ildə başlanıb. Mərkəz Azərbaycanın Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir. Regional mərkəz iki idarə, 15 şöbə və bölmədən, xilasetmə hissəsindən ibarətdir. Mərkəzdə istifadə olunacaq texnikalar Almaniya, Fransa, Yaponiya, Rusiya, Belarus, Koreya və Türkiyə istehsalıdır.Mərkəzin şəxsi heyətinin və işçilərinin sayı 162 nəfərdir. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin inzibati binasının açılış mərasimində isə təhsil naziri Misir Mərdanov iştirak edib. Mərkəzin tikintisinə 2006-cı ildə başlanıb. Mərkəzdə yeməkxana, yataqxana, kompüter laboratoriyası, xarici dil otağı, emalatxana, hotel , idman zalı fəaliyyət göstərir. Təhsil Nazirliyinin vəsaiti hesabına tikilən tədris mərkəzində 13 ixtisas tədris olunacaq. Təhsil naziri bu gün 360 yerlik Qəmərvan kənd orta məktəbinin açılışında da iştirak edib. Dövlət büdcəsi hesabına tikilən məktəbin inşasına 754 min manat vəsait ayrılıb.Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisinə 443 min manat vəsait xərcləndiyi qeyd olunub. Binanın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib. -
09-27-2008, 03:30 PMAPANaci Şensoy istefa verdi
[b]Naci Şensoy istefa verdi[b]
"Prezidentin həbsindən sonra "Belasitsa"da nə işim var?"
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Vaxtilə Tovuzun "Turan" klubunu çalışdıran Naci Şensoy yenə işsiz qalıb. "APA-SPORT"un məlumatına görə, Bolqarıstanın güclülər dəstəsində çıxış edən "Belasitsa" komandasının baş məşqçisi postundan istefa verən türkiyəli çalışdırıcı qərarını telefonla açıqlayıb. İstanbuldan klub rəhbərliyinə zəng vuran Şensoy vəzifəsindən ayrıldığını bəyan edib. Onu əvəzləyəcək köməkçisi Dobromir Mitova uğurlar arzulayan Naci bəy istefasının səbəbini açıqlayıb: "Ailəmlə birlikdə hər şeyi yaxşı ölçüb-biçdik. Belə nəticəyə gəldik ki, bundan sonra "Belasitsa"da qalmaq mənasızdır. Vitse-prezident Qoran Petrovla telefon əlaqəsi yaradaraq qərarımı açıqladım. O isə bununla razılaşmadı. Klubumuzun prezidenti Kostadin Hacivanovun həbsindən sonra orada nə işim vardı? Ancaq qərarımın düzgün olduğuna əminəm. Prezidentimiz səviyyəli oyunçuları transfer etməsə də, məndən ilk "altılığ"a düşməyi qarşımıza məqsəd qoymuşdu"Qeyd edək ki, Şensoyun rəhbərliyi altında 6 çempionat oyununda 1 qol vurub 8-ni buraxan "Belasitsa" 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. -
09-27-2008, 03:40 PMAPAAzərbaycanda Ramazan bayramı ilə əlaqədar ən çox istifadə olan mal və məhsulların qiymətləri üzrə monitorinq keçirilir
[b]Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ən çox istifadə olan mal və məhsulların qiymətləri üzrə monitorinq keçirilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Ramazan bayramında ən çox istifadə olunan mallar üzrə monitorinqə başlayıb. Bu barədə «APA-ECONOMICS»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, monitorinqdə əsas məqsəd bayram günləri ən çox istifadə olan mal və məhsulların qiymətlərinin süni artımının qarşısını almaqdır. Monitorinq Ramazan bayramı bitənədək davam edəcək. -
09-27-2008, 04:00 PMAPAAzərbaycanın turizmdən gəliri gələn il 1 mlrd. dolları ötəcək
[b]Azərbaycanın turizmdən gəliri gələn il 1 mlrd. dolları ötəcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Gələn il Azərbaycanın turizm sektorundan əldə edəcəyi gəlirin 1 mlrd. ABŞ dollarından çox olacağı gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.Nazirin sözlərinə görə, ötən il ölkəyə 1 milyondan çox turist gəlib. Bakının İslam ölkələrinin paytaxtı elan edilməsi ilə əlaqədar 2009-cu ildə Azərbaycana gələcək turistlərin sayında artım gözlənilir. Nazir həmçinin bildirib ki, yaxın 2-3 il ərzində Azərbaycanda turistlər üçün 50 minədək yerləşmə yeri olacaq. Bununla da ildə 1,5-2 mln. turistə xidmət etmək imkanı yaranacaq. -
09-27-2008, 04:20 PMAPASəfa Mirzəyev: "Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hələlik hazır deyil"
[b]Səfa Mirzəyev: "Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı qanun layihəsi hələlik hazır deyil"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı hazırlanan qanun layihəsi hələlik hazır deyil. Sənədin üzərində ciddi iş gedir. Təkcə parlamentin komissiya üzvləri deyil, bütün müvafiq qurumlar bu işə cəlb olunub. Əmanətlərin qaytarılması ilə bağlı çox çətin problemlər var". APA-nın məlumatına görə, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Parlament Aparatının rəhbəri əsas problemin o dövrdə mövcud olan bank sənədlərinin itirilməsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, prosesin başlanması üçün həmin sənədlərin bərpası vacibdir: "Əsas problemlərdən biri də o vaxt Azərbaycanda öz əmanətlərini saxlayan və hazırda xaricdə olan şəxslərin əmanətlərinin qaytarılması ilə bağlıdır. Bu sahədə aparılan iş başa çatan kimi layihə parlamentə daxil olacaq". -
09-27-2008, 04:30 PMAPAAzərbaycan Sosial Demokrat Partiyasının XI qurultayı keçirilib
[b]Azərbaycan Sosial Demokrat Partiyasının XI qurultayı keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) XI qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda 25 rayon təşkilatından seçilən 103 nümayəndədən 89-u iştirak edib. Toplantıya telefonla qatılan partiyanın həmsədri Ayaz Mütəllibov qurumun qarşılaşdığı problemlərin birlikdə aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb: "Hələ də bəzi rayonlarda təşkilatlarımız yoxdur. Rayon təşkilatlarının sayı artırılmalıdır". A. Mütəllibov partiyanın sıralarının genişləndirilməsi üçün yerli təşkilatların fəaliyyətinə diqqətin artırılmasının zəruriliyini qeyd edib: "Partiyada yaranan narazılıqlarda heç kimə üstünlük vermirəm". Partiyanın digər həmsədri Araz Əlizadə isə çıxışında ölkədəki ictimai-siyasi proseslərdən danışıb və ASDP-nin bu proseslərdən kənarda qalmadığını deyib. O, partiyadaxili problemlərə də toxunub: "Ayaz Mütəllibov partiyaya qoşulduqdan sonra çoxlu sayda insan quruma üzv yazıldı. Ancaq Ayaz Mütəllibovun ölkəyə qayıdışında problemlər yarandığını hiss edənlər yavaş-yavaş uzaqlaşdılar". A. Əlizadə partiyanın maddi çətinliyinin olduğunu da gizlətməyib. Sonra seçkili orqanlara qapalı seçki keçirilib. Ayaz Mütəllibov və Araz Əlizadə yenidən ASDP-nin həmsədrləri seçiliblər. Mərkəzi Komitənin 24, Mərkəzi Nəzarət Komissiyasının 3 nəfərdən ibarət tərkibi də müəyyənləşib. -
09-27-2008, 04:40 PMAPABFB-da yenə də DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb
[b]BFB-da yenə də DQİ-nin yerləşdirilməsi üzrə hərrac baş tutmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10504820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 min manat təşkil edib. Sifariş 92,13% (gəlirlik 9,99%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan olunub. -
09-27-2008, 04:50 PMAPAAzərbaycanın «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi Türkmənistana göndərilib
[b]Azərbaycanın «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi Türkmənistana göndərilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi bu il ərzində ikinci dəfə Türkmənistana göndərilib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Hazırkı ezamiyyətin məqsədi 1972-ci ildə azərbaycanlı geoloqlar tərəfindən aşkar edilmiş «Livanov Bankəsi» yatağında strateji zondlaşdırma və araşdırmalar aparmaq, dərinsulu platformaların quraşdırılması, boru kəmərlərinin və digər iri obyektlərin inşası üçün qruntun davamlılığını yoxlamaqdır. Gəmi ilə Türkmənistana ARDNŞ-in Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin 15 nəfərdən ibarət ekspedisiyası da yola düşüb. Qeyd edək ki, «Zöhrab Vəliyev» gəmisi SSRİ-nin hərbi gəmi zavodunda inşa edilərək, 1985-ci ildə Azərbaycan mədənlərinə gətirilib. Gəmi ən mürəkkəb hidro-geoloji şəraitdə avtonom olaraq 32 gün çalışa bilər. Mühəndis-geoloji tədqiqatların aparılması üçün gəmidə 150 metr dərinliyədək işlər həyata keçirə bilən qazma dəzgahı quraşdırılıb. Bu il aparılan təmir işləri zamanı gəmi ABŞ və Hollandiyadan alınmış ən müasir geofiziki, geoloji və naviqasiya avadanlığı ilə təchiz edilib. -
09-27-2008, 05:00 PMAPABu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində əqd bağlanılmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8063 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8063 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi 0,8071 AZN/$1 təşkil edib.USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,58%, ABŞ dolları üzrə isə illik 16,25% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
09-27-2008, 05:10 PMAPAQara dənizdə Rusiya gəmisi batıb
[b]Qara dənizdə Rusiya gəmisi batıb[b]
[Bolqarıstan - APA. Bu gün səhər Qara dənizin Bolqarıstan sahillərinə yaxın hissəsində Rusiyaya məxsus gəmi batıb. APA-nın məlumatına görə, bunu Bolqarıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər. FOCUS agentliyi batan gəminin "Tolstoy" adlı yük gəmisi olduğunu xəbər verib. Ekipaj itkin düşmüş sayılır. Axtarış tədbirləri zamanı gəminin batdığı ərazidə boş qayıq tapılıb. -
09-27-2008, 05:30 PMAPANovruz Məmmədov: "Təəssüf ki, Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursu yoxdur"
[b]Novruz Məmmədov: "Təəssüf ki, Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursu yoxdur"[b]
Bakı. Laçın Sultanova-APA. "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə danışmaq hələ tezdir". Bu açıqlamanı APA-ya Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib.
[Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edən PA rəsmisi bildirib ki, görüşdə regionda son vəziyyət ətrafında müzakirə aparıldığını deyib: "Nazirlər xüsusilə bu situasiyada Ermənistan-Azərbaycan münaqişəsinin həlli, regional problemlər və proseslər, onların perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Əslində regional vəziyyətin perspektivi əsas etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Ona görə də görüş zamanı prezidentlərin də münaqişənin həlli ilə bağlı görüşü məsələsi müzakirə olunub". Ermənistan prezidenti Serj Sərksiyanın Azərbaycanı Dağlıq Qarabağa sərmayə yatırmağa çağırmasına münasibət bildirən Novruz Məmmədov adı çəkilən Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursunun olmadığını deyib: "Çox təəssüf edirəm ki, Ermənistan rəhbərliyinin xarici siyasətində ardıcıl bir xətt yoxdur. Onlar bu gün bir cür, sabah başqa cür bəyanat verir, üçüncü gün hər iki bəyanatın əksinə olan fikirlər söyləyirlər. Hər dəfə də öz bəyanatlarını hansısa formada əsaslandırmağa çalışırlar. Yəqin ki, bu durum Ermənistan rəhbərlərinin hələlik dövlətçiliyin gələcəyini yaxşı görməməyindən irəli gəlir. Çünki bu yolla dövləti, cəmiyyəti, milləti xoşbəxtliyə aparmaq çətindir. Onlar bir fikir söyləyəndə onun bu gün, sabah, hansı təməllər üzərində duracağını sanki heç fikirləşmirlər. Dünən Serj Sərkisyan utanmadan BMT Baş Assambleyasının tribunasından qeyd edir ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərini pozur. Amma bütün dünya bilir ki, 20 ildir ki, beynəlxalq hüququ pozan tərəf Ermənistandır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, onları yerinə yetirməyən tərəf, başqa ölkənin ərazisini işğal edən və 20 ildir işğal altında saxlayan, etnik separatçılıq siyasəti yürüdən tərəf Ermənistandır. Buna baxmayaraq Serj Sərkisyan utanmadan əvvəl belə fikir söyləyir, sonra münaqişənin həllindən, investisiyalardan danışır. Əlbəttə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Azərbaycanın öz ərazisinə investisiya qoymaq fikri var, lakin bunun üçün münaqişə tam həll olunmalı, Ermənistan Silahlı Qüvvələri bu torpaqdan çıxıb getməli, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməlidir. Buna təminat alınandan sonra Azərbaycan Dağlıq Qarabağa investisiya yatıracaq". Novruz Məmmədov bütün dünya ölkələrinin dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: "Son zamanlar Rusiya rəhbərliyi, ABŞ vitse-prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı bəyanat veriblər. Lakin bundan o tərəfə daha etibarlı, daha qətiyyətli addım hələlik atılmır. Bugünkü dünya birliyinin ən zəif cəhətidir. Dünyanın aparıcı ölkələri beynəlxalq hüququn həyata keçirilməsi və tətbiq olunmasında müəyyən mənada zəiflik göstərirlər. Onlar bu yanaşmanın sonda özlərinə ziyan gətirəcəyini nə üçün görə bilmirlər? Cənubi Qafqazda son baş verən hadisələr əslində bu müstəvidə təhlil oluna bilər. Münaqişə qaldıqca, dondurulduqca, o bir təhlükəni özündə saxlayır". -
09-27-2008, 05:40 PMAPAPrezidentliyə namizəd Fazil Qəzənfəroğlu Sumqayıtda seçicilərlə görüşüb
[b]Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu Sumqayıtda seçicilərlə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu bu gün Sumqayıtda seçicilərlə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən görüşdə namizədin vəkili Elxan Şükürlü seçicilərə F. Qəzənfəroğlunun siyasi fəaliyyəti barədə məlumat verib. F. Qəzənfəroğlu isə çıxışında seçicilərə öz seçki platforması barədə geniş məlumat verib. Namizədin növbəti görüşü sabah Gəncə seçiciləri ilə təşkil olunacaq. -
09-27-2008, 05:50 PMAPARamazanın bayram namazı sentyabrın 30-da qılınacaq
[b]Ramazanın bayram namazı sentyabrın 30-da qılınacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Bu il bayram namazı sentyabrın 30-da səhər saat 9-10 radələrində qılınacaq". Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər. Ayın 30-da oruc tutulub-tutulmaması ilə bağlı suala isə belə aydınlıq gətirilib: "Əgər sentyabrın 29-da axşam ay görünərsə, 30-u səhər oruc tutulmur. Ürəyində ayın görüb-görünmədiyinə şübhəsi olanlar isə sentyabrın 30-da bayram namazına kimi oruc tuturlar". Ramazan ayında adambaşına 3 kiloqram buğda, xurma və ya kişmişin dəyərində fitrə verilir. Fitrə ailənin bütün üzvləri üçün adambaşına hesablanaraq, bayram gününə qədər verilməlidir. Fitrə verənlər buğda, xurma, kişmiş və ya bu nemətlərinin birinin üç misli dəyərində pul vəsaitini evdən çıxarırlar. Fitrə imkansız, əlil və yetimlərə verilsə, daha xeyirlidir. Qeyd edək ki, əhali fitrə verərkən, əsasən, 3 kilo buğdanın dəyərini əsas götürür. Bazarda 1 kilo buğdanın bugünkü qiyməti isə 60-80 qəpik civarındadır. -
09-27-2008, 06:10 PMAPAAzərbaycan Gənclərinin V Forumunda 1600-dən artıq nümayəndə iştirak edəcək
[b]Azərbaycan Gənclərinin V Forumunda 1600-dən artıq nümayəndə iştirak edəcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Azərbaycan Gənclərinin V Forumu oktyabrın 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Foruma ölkənin bütün rayon, şəhər, qəsəbələrindən və fəaliyyət göstərən gənclər təşkilatlarından təxminən 1600-dən artıq nümayəndə seçilib". Bu açıqlamanı APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. O, forumda müasir gəncliyi maraqlandıran məqamların müzakirə obyektinə çevriləcəyini bildirib: "İlk forumlarda daha çox problemlər ortaya qoyulsa da, sonrakı forumlarda uğurlar haqqında danışılır. Gənclərin bu toplantılarından sonra bir neçə önəmli dövlət proqramları qəbul edilib, gənclərin yaradıcılığının inkişafı üçün müxtəlif mükafatlar təsis edilib. Bu gün gənclərin beynəlxalq mübadiləsi genişlənir, bir sıra beynəlxalq layihələr keçirilir. Çıxışlarda gənclərin yaradıcılığı, istedadlarının aşkar olunması, təhsil sahəsində əldə edilən nailiyyətlərlə bağlı fikirlər əks olunacaq". Forumda növbəti illər üçün yeni vəzifələrin irəli sürüləcəyini bildirən İ. Babayev toplantı iştirakçılarının yekun qətnamə qəbul edəcəyini söyləyib. Qeyd edək ki, hər üç ildən bir təşkil olunan Azərbaycan Gənclərinin ilk forumu 1996-cı il fevralın 2-də keçirilib. Bu tarixə əsasən Azərbaycanda 2 fevral Gənclər Günü elan edilib. -
09-27-2008, 06:20 PMAPAAzərbaycanın iqtisadi inkişaf naziri Bakıda səfərdə olan ABŞ Kommersiya Departamentinin başçısının müavinini qəbul edib
[b]Azərbaycanın iqtisadi inkişaf naziri Bakıda səfərdə olan ABŞ Kommersiya Departamentinin başçısının müavinini qəbul edib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan ABŞ Kommersiya Departamentinin başçısının müavini Pol Dikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İqtisadi İnkişaf Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Doing Business-2009» hesabatında Azərbaycanın 64 pillə irəlləyərək 33-cü yeri tutması barədə qonaqlara məlumat verərək H.Babayev qeyd edib ki, Azərbaycan dünyada ən islahatçı ölkə elan olunub və islahatlar davam etdiriləcək. Belə ki, Azərbaycanda sahibkarlığın inkişafı üzrə 2010-2011-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb. Proqramın yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Nazir həmçinin qeyd edib ki, bundan başqa, tikinti üçün icazələrin verilməsi sahəsində «bir pəncərə» prinsipinin tətbiqi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Analoji sistemin idxal-ixrac rəsmiləşdirilməsi sahəsində də tətbiq olunması nəzərdə tutulur. Görüş çərçivəsində Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi də müzakirə olunub. Belə ki, ötən ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 497 mln. ABŞ dolları olduğu halda, bu ilin 7 ayı ərzində bu rəqəm 4,2 mlrd. dollara çatıb. H.Babayev onu da bildirib ki, Azərbaycan tərəfi iki ölkə arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və bunun üçün hər cür dəstək göstərməyə hazırdır. Öz növbəsində çıxış edən P.Dik ABŞ-ın Kommersiya Departamentinin Azərbaycanda nümayəndəliyinin açılmasını əlaqələrin daha da inkişafı sahəsində atılmış uğurlu addım kimi qiymətləndirib və iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını bildirib. -
09-27-2008, 06:40 PMAPASandra Rulofs: "Azərbaycan və Gürcüstanın bir çox sahədə ortaq problemləri var"
[b]Sandra Rulofs: "Azərbaycan və Gürcüstanın bir çox sahədə ortaq problemləri var"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Gürcüstan prezidentinin xanımı, BMT-nin Şərqi Avropada vərəmlə mübarizə üzrə elçisi Sandra Rulofs Azərbaycan, Qazaxıstan və Qırğızıstana 5 günlük səfəri çərçivəsində Bakıya gəlib. APA-nın məlumatına görə, qonaq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb, Vərəm Mərkəzində olub. Mətbuat konfransı keçirən S. Rulofs səfəri başa çatdıqdan sonra Cenevrəyə gedərək məruzə nəticələrlə bağlı məruzə edəcəyini deyib. O, Azərbaycanda vərəmlə mübarizədə irəliləyişlər olduğunu söyləyib. S. Rulofs Azərbaycan və Gürcüstanın qardaş ölkələr olduğunu da vurğulayıb: "Biz bir çox sahədə bir-birimizdən asılıyıq və ortaq problemlərimiz var". Siyasi hadisələrə də toxunan qonaq hazırda Gürcüstanda avqust hadisələri ilə bağlı bir çox monitorinq qrupunun çalışdığını, Hillari Klintonun da analoji qrup yaratmağı planlaşdırdığını açıqlayıb. S. Rulofs həyat yoldaşının prezident kimi Rusiya tərəfindən tanınmadığı barədə sualı belə cavablandırıb: "Həyat yoldaşım azad, demokratik və çiçəklənən Gürcüstan istədiyi üçün Rusiya onu qəbul etmir". -
09-27-2008, 06:50 PMAPALondonda azərbaycanlı tələbələrin forumu keçiriləcək
[b]Londonda azərbaycanlı tələbələrin forumu keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 11-14-də Londonda Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək. Foruma bu və ya digər ölkələrdən, o cümlədən Azərbaycandan olan nümayəndələr qatılacaq. Bu barədə APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. O, il ərzində Avropanın müxtəlif ölkələrində azərbaycanlı tələbələrinin forumlarının keçirildiyini bildirib: "Bu gün dünyanın müxtəlif ölkələrdə azərbaycanlı tələbələr təhsil alır. Avropada təhsil alan gənclərimizin təşkilatçılığı ilə artıq Azərbaycanlı Tələbələrin Forumu təsis edilib və Belçikada rəsmi qeydiyyatdan keçib. Qurumun mərkəzi təşkilatı Brüssel şəhərində yerləşir. Ənənəvi olaraq, hər ilin mayında Avropada təhsil alan Azərbaycanlı Tələbələrin Baş Assambleyası keçirilir və il ərzində müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə forumlar təşkil olunur". İ. Babayev tələbələri bir araya gətirən bu təşkilatın fəaliyyətinin Azərbaycan prezidentinin fərmanı ilə artıq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməyə başladığını deyib: "Forumların məqsədi xaricdə təhsil alan gəncləri bir araya gətirmək, onlar arasında bir şəbəkə qurmaq, bu şəbəkəni həm onların öz problemlərinin həllinə, həm də ölkəmiz, dövlətimizlə əlaqələrinin qurulmasına, onların vasitəsilə milli mənafeyimizin qorunması və Azərbaycan naminə təbliğatın aparılmasına yönəltməkdir". -
09-27-2008, 07:10 PMAPAAzərbaycan prezidenti Qusar rayonunda bir neçə obyektin açılışında iştirak edib
[b]Azərbaycan prezidenti Qusar rayonunda bir neçə obyektin açılışında iştirak edib[b]
[Qusar. Solmaz Mehdiyeva-APA. Bu gün prezident İlham Əliyev ölkənin şimal bölgələrinə səfəri çərçivəsində Qusar rayonunda olub. APA-nın yerli bürosunun Qusar rayon İcra Hakimiyyətindən aldığı xəbərə görə, prezident səfərinə Heydər Əliyevin rayondakı abidəsini ziyarət etməklə başlayıb.Rayon Olimpiya Kompleksinin açılışında iştirak edən ölkə başçısı rayonda tikiləcək beşmərtəbəli, 235 yerlik xəstəxananın təməlqoyma mərasimində də iştirak edib.Daha sonra prezident yeni dərs ilində açılışı keçirilmiş 320 yerlik yeni məktəblə də tanış olub. -
09-27-2008, 09:10 PMAPAAzərbaycan prezidenti Qusar və Xaçmaz rayonlarına səfər edib-YENİLƏNİB
[b]Azərbaycan prezidenti Qusar və Xaçmaz rayonlarına səfər edib-YENİLƏNİB[b]
Qusar-Xaçmaz. Solmaz Mehdiyeva-APA. Bu gün prezident İlham Əliyev ölkənin şimal bölgələrinə səfəri çərçivəsində Qusar rayonunda olub. APA-nın yerli bürosunun Qusar rayon İcra Hakimiyyətindən aldığı xəbərə görə, prezident səfərinə Heydər Əliyevin rayondakı abidəsini ziyarət etməklə başlayıb.
[Rayon Olimpiya Kompleksinin açılışında iştirak edən ölkə başçısı rayonda tikiləcək beşmərtəbəli, 235 yerlik xəstəxananın təməlqoyma mərasimində də iştirak edib.Daha sonra prezident yeni dərs ilində açılışı keçirilmiş 320 yerlik yeni məktəblə də tanış olub. Xaçmaz rayonuna gələn prezident burada Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra rayondakı rəsm qalereyasının açılışında iştirak edən dövlət başçısı Zərifə Əliyeva adına 8 saylı məktəbə baş çəkib, muzeylə tanış olub. Rayondakı yeraltı keçidlə də tanış olan ölkə başçısı daha sonra əsaslı təmirdən çıxmış rayon Mədəniyyət Evinə də baş çəkib. -
09-27-2008, 09:30 PMAPARespublika Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı təsdiq edilib
[b]Respublika Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı təsdiq edilib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Respublika Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
[APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədi ilə prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün dövlət proqramı təsdiq edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, 2009-2011-ci illər üçün dövlət büdcələrinin layihələri hazırlanarkən bu sərəncamla təsdiq edilmiş dövlət proqramının həyata keçirilməsi üçün zəruri vəsaitin ayrılmasını təmin etsin. -
09-27-2008, 09:40 PMAPAAzərbaycan prezidenti Respublika Prokurorluğunun bir qrup əməkdaşını təltif edib-TAM SİYAHI
[b]Azərbaycan prezidenti Respublika Prokurorluğunun bir qrup əməkdaşını təltif edib-TAM SİYAHI[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Respublika Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqındasərəncam imzalayıb.
[APA-nın xəbərinə görə, prezident ölkədə qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə bir qrup prokurorluq əməkdaşını "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib: Usubov Rüstəm Sabir oğlu - Azərbaycan Respublikası Baş prokurorunun birinci müaviniVəliyev Xanlar Rüstəm oğlu - Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Seyidov Əziz Cəfər oğlu - Bakı şəhər prokuroru Əliyev Kamran Bayram oğlu - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisiHacıyev Ruslan Müzəffər oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisiAdıgözəlov Şirxan Yusif oğlu - Bakı şəhəri Səbail rayon prokuroru Bir qrup prokurorluq əməkdaşı isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub: Abdinov Sabir Məzlumağa oğlu - Füzuli rayon prokuroru Abdullayev Yusif Abdulla oğlu - Ordubad rayon prokuroru Bəyalıyev Bulud İbrahim oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əkbərov Ələkbər Məhərrəm oğlu - Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuror-kriminalisti Əliyev Mahir Bəhlul oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru Əliyev Vüqar Nürəddin oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri Əsgərov Azər Əsgər oğlu - Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Həsənəliyev Fazil Əsgər oğlu - Bakı şəhər prokurorunun birinci müavini İbayev Pərviz Mansur oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqiİsmayılov Behbud İsmayıl oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi İsmayılov Rahil Əliş oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mahmudov Fikrət Ağa oğlu - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin rəisi Mehdiyev Əmrah Allahverdi oğlu - Qarabağ hərbi prokuroru Məlikov Rasim Hacıbala oğlu - Xaçmaz rayon prokuroru Məmişov Niyaz Balaca oğlu - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisiNəsibov Vüqar Məsim oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqiNovruzov Allahverdi Culovxan oğlu - Şəmkir rayon prokuroru Sadiqov Əli Həsən oğlu - Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Səfərov Qurban Naib oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqiŞirinov Ceyhun Böyükkişi oğlu - Bakı şəhəri Sabunçu rayon prokuroru Şükürov Çingiz Fərman oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov Abdulla Əhməd oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini - Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Yusifov Qibləli Sefil oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi -
09-27-2008, 09:50 PMAPAAzərbaycan prezidenti bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb-TAM SİYAHI
[b]Azərbaycan prezidenti bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb-TAM SİYAHI[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Respublika Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
[. APA-nın xəbərinə görə, prezodentin sərəncamı ilə baş prokurorunun müavini Namiq Əsgərov və Baxçıvan MR prokuroru Səbuhi Şahverdiyev II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinə layiq görülüblər. Prokurorluğun bir qrup əməkdaşına isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Abbasov Nazim İsa oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisiCəfərov İlqar Xanlar oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisiƏhmədov Eldar İbad oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin rəisiQılıcov Kamal Səyad oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisiSultanov Müqəddəs Hətəm oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisiTalıbov Məhərrəm Yusif oğlu - Naxçıvan Muxtar Respublikası prokurorunun müavini -
09-27-2008, 10:00 PMAPAABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib
[b]ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib[b]
Bakı-APA. ABŞ prezidenti Corc Buş müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
[APA-nın xəbərinə görə, tədrik məktubunda bildirlib: " Müqəddəs Ramazan ayının başa çatdığı bir dövrdə qeyd etdiyiniz bu bayram münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Qoy, Ramazan ayında bütün dünyada müsəlmanların əziz tutduqları xeyriyyəçilik, fədakarlıq və mərhəmət kimi dəyərlər azadlığın, dözümlülüyün və bütün xalqlar arasında sülhün bərqərar olmasına xidmət etsin. Mən Sizə və Azərbaycan xalqına firavanlıq və cansağlığı diləyirəm".